SAKLARIN DİLİ VƏ ƏDƏBİYYATI

                       

                                                        BƏXTİYAR TUNCAY

                                                                      

                        SAKLARIN DİLİ VƏ ƏDƏBİYYATI

                                                  ÖN SÖZ

Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş xalqlardan biri də saklar olmuşdur. Təsadüfi deyil ki, xalqımızın soykökünə dəyərli əsərlər həsr etmiş, demək olar ki, bütün müəlliflər saklardan da bu və ya digər dərəcədə söhbət açmışlar. Bu baxımdan Qiyasəddin Qeybullayev (55.82-102,321-329), Mirəli Seyidov (133), Mahnud İsmayıl (137.7-19), Yusif Yusifov (1.102-105), Firidun Ağasıoğlu (7.96-111) və digər görkəmli Azərbaycan alimlərinin adını xüsusi vurğulamaq lazımdır.

Ön Asiya və Qafqazda yaşamış iskit və saklarla bağlı mövzuya V.V. Struve, Q.A. Melikaşvili, İ.M. Dyakonov, V.İ.Abayev, B.B. Piotrovski, E.İ.Krupnov, B.A. Litvinski, V.F. Minorski, E.A. Qrantovski, M.İ. Poqrebova, A.M. Xazanov, B.V. Terexov, A.N. Terenojkin, İ.V. Pyankov, O.A. Vişnevskaya s. xarici ölkə alimləri də toxunmuş, son dərəcə maraqlı fikirlər söyləmişlər (55.82).

Yuxarıda adı çəkilən alimlərdən İ.V. Pyankov (130) və B.A. Litvinov (131) qədim fars kitabələrində adları çəkilməkdə olan sakların yerləşdikləri coğrafyanın müəyyənləşdirilməsi istiqamətdə geniş tədqiqatlar aparmış və belə qərara gəlmişlər ki, Azərbaycan ərazisi də Ön və Orta Asiya, eləcə də Quzey Qafqaz əraziləri ilə birlikdə sözügedən coğrafi areala aiddir. Doğrudur, onlar sakları Orta Asiya və Qazaxıstanın avtoxton əhalisi hesab etmiş və onların Azərbaycana gəlişini sonrakı dövrlərə aid etmişlər. Məsələn, B.A. Litvinov yazır ki, saklar Orta Asiyanın Son Tunc dövrü tayfalarının birbaşa varisləridir və bunu keramika qalıqlarının və dəfn adətlərinin eyniliyi sübut etməkdədir (131.156). Alimin fikrincə, bu xalq məhz həmin ərazidən, Qafqaz dağlarını keçərək, Ön Asiya və Azərbaycan ərazisinə miqrasiya etmişdir.

Azərbaycanda sakların yaşayış arealından söz açan bütün tədqiqatçılar ilk növbədə tarixi mənbələrdə “Sakasena” və ya “Şakaşen” kimi qeyd olunan ərziyə işarə etmşlər. İ.M. Dyakonovun İran dilləri materialına istinadən “şaka şuana”, yəni “saklar ölkəsi” kimi şərh etdiyi “Sakasena” adına ilk dəfə l əsr müəllifi Strabonun əsərinin dörd yerində rast gəlinməkdədir (60.17,24,30). İ.M. Dyakonov sözügedən ərazini Gəncə və ətrafına şamil etmişdir (132.250). Qiyasəddin Qeybullayevin fikrincə, ilk dövrlərdə bu əraziyə erməni mənbələrində Sisakan (Sünik) adlandırılan Zəngəzur ərazisi də daxil olmuşdur (55.83).

Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Araksenadan sonra gəlir:

“Bu düzənlikdən sonra Albaniya və Kür çayı ilə sərhəddə yerləşən Sakasena başlayır, bir qədər sonra Qoqarena gəlir.” (60.30).

Mütəxəssislər ilk dəfə 371-ci ildə baş vermiş hadisələrlə əlaqədar Favst Bu-zand tərəfindən adı “Şakaşen” kimi çəkilən məkanla Sakasenanın eyni ərazinin bir qədər fərqli səslənişli adları olduğu fikrində yekdildirlər və bu halda da söhbətin məhz Gəncə və ətrafından getdiyini bildirirlər (55.83). Alimlər bu fikirlərini Gəncənin əsasının Şakaşen ərazisində qoyulduğunu yazmış Musa Kağankatlının sözləri (66.lll kitab, XXl fəsil) ilə əsaslandırırlar və şübhəsiz ki, haqlıdırlar. Bu fikri XVl əsrdə Gəncə yaxınlığındakı çaylardan birinin Şəkiçay adlanması faktı da (134) təsdiq etməkdədir.

Antik müəlliflər ölkəmizin ərazisində yaşamış sakları bəzən sakasanlar, bəzən isə sakapanlar  kimi yad etmişlər. ll əsr müəllifi Arrian isə Qavqamela döyüşü ilə bağlı məlumatında albanlar və sakesinlərin eyni cəbhədə döyüşdüklərini yazmışdır. (55.83). Arrianın bu məlumatını şərh edən İ. Dyakonov (132.444) və İ. Əliyev (135.139) bildirirlər ki, sözügedən döyüşdə albanlar və Sakasenanın sakinləri olan sakasinlər midiyalıların müttəfiqi kimi çıxış etmişlər.

Maraqlıdır ki, əsərində Sakasena haqqında dörd dəfə məlumat verən Strabonun məlumatlarından ikisində sözügedən ölkə barədə Araz çayından cənubda, yəni Güney Azərbaycan ərazisində, Qirkaniyadan aşağıda yerləşən ölkə kimi söhbət açılır (60.17,24). Uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmış bu məsələyə ilk dəfə münasibət bildirən Qiyasəddin Qeybullayev (136) olmuşdur.

İ. Dyakonov və İ Əliyevin fikrincə, Herodotun ortokoribantiləri ilə Kür və Araz hövzəsinin Sakasenasının əhalisi, eləcə də, tiqraxauda saklar-qədim fars mənbələrinin şişpapaqlı sakları eyni şeydir. Bu fikirlə razılaşmayan Qiyasəddin Qeybullayev yazır:

“R. Fray öz əsərinin bir yerində yazır ki, tiqraxauda saklar Midiya ərazisində, X satrapiyada məskun idilər.Biz burada adlarına qədim fars mənbələrində rast gəlinən bütün sak qruplarının mübahisəli məskunlaşma məsələsinə toxunmayacağıq. Yalnız onu qeyd edək ki, “tiqraxauda sak” Kür və Araz çayları  arasında deyil, Midiya ərazisində yaşayan  sak qrupunun farsca adıdır. Strabonda Midiya ərazisində məskun olan  sakların yaşadıqları ərazi də Sakasena adlanır.” (55.84)

Sakların Azərbaycanın avtoxton əhalisi deyil, gəlmə xalq olduğu barədə rus alimlərinin fikrinə şərik çıxan Mahmud İsmayıl bunun e.ə. Vll yüzillikdə baş verdiyini düşünməkdədir:

“Hələ lap qədim zamanlarda Azərbaycanda yerli soylarla yanaşı, uzaq yerlərdən, xüsusən Orta Asiyadan keçib bu yerlərə gəlmiş soylar da yaşamışlar. Bu soylardan ən çox saylısı sak-massagetlər olmuşdur. Tarix ədəbiyyatında onları işquzlar da adlandırırlar.

Həmin soyların hələ miladdan əvvəl Vll yüzillikdə qədim Azərbaycan torpaqlarına gəlmələri barəsində bizə ilk məlumatı miladdan qabaq V yüzillikdə yaşamış, “tarixin atası” çağırılan Herodot vermişdir. XlX  yüzilliyə qədər Heodotun bu əsəri Rusiya və Avropa alimlərinin nəzərini çəkmişdi. Keçən son iki yüzillikdə isə bu əsərdə verilən külli miqdarda məlumat barəsində yüzlərlə müxtəlif, bəzən bir-birinə zidd fikirlər söylənmişdir. İşquz-saklar probleminə həsr olunmuş əsərlərin böyük əksəriyyətində, mütəxəssislərin özlərinin etiraf etdikləri kimi, hadisələrin şərhinə obyektiv yanaşılmamış, “gündəlik siyasətə” tabe edilmişdir.” (137.7-8).

Yusif Yusifov da saklardan gəlmə xalq kimi bəhs etmiş və o da bu xalqın ölkəmizin ərazisinə e.ə. Vll əsrdə köç etdiyini vurğulamış, onların şimaldan gəldiyini qeyd etmişdir:

” E.ə. Vll əsrin birinci rübündə şimalda yaşayan kimmer, iskit və onların tərkibində sak tayfalarının Ön Asiyaya böyük bir axını başlanır. Bu tayfaların bir qismi qədim Azərbaycanda məskunlaşır.” (1.102).

Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev yazır:

“Ədəbiyyatda sakların mənşəyi və Albaniyaya gəlmələri barədə müxtəlif fikirlər vardır.

1. Saklar e.ə. Vlll-Vll əsrlərdə Ön Asiyaya, o cümlədən Midiyaya gəlmiş  iskitlərdir və yaxud onların bir hissəsidir. Kür və Araz çayları arsında yerləşən Sa-kasena Ön Asiya iskit xaqanlığının özəyi olmuşdur. Bu fikri İ.Dyakonov, E.Krupnov, K.Trever, İ.Əliyev, V.Minorski, A.Xazanov və digər alimlər dəstəkləmişlər…

2.  Ön Asiya üzərində 28 illik hakimiyyətdən sonra iskitlərin böyük bir hissəsi Qafqaz dağlarının şimalına geri döndükdən (belə hesab edilir ki, iskitlər Ön Asiyadan Quzey Qafqaza e.ə. 584-cü ildə dönmüşlər) sonra onların bir qismi cənubda , əsasən Sakasena ərazisində qaldılar və məskunlaşdılar. Bu fikrin sahibi B. Qafurova görə, Albaniya sakları irandilli iskitlərdir, Sakasena iskit xaqanlığının tərkib hissəsi olmamışdır, saklarsa “qalan iskitlərdir”.

3. Üçüncü fikir də mövcuddur. Həmin fikrə görə saklar Güney Qafqaza müstəqil surətdə, e.ə. Vl əsrdə Dərbənddən keçərək gəlmişlər. Bu mülahizənin müəllifi V.Struvedir. O, Strabonun Sakasena barədə söylədikləri ilə bağlı yazmışdı ki, saklar Kür-Araz ovalığına iskitlərdən müstəqil surətdə Ənəmənilər dövrünün başlarında gəlmişlər. Əgər onunla razılaşsaq və sakların iskitlərdən ayrı və başqa bir vaxtda gəldikləri ehtimalını qəbul etsək, o zaman Sakasenanı iskit xaqanlığının bir hissəsi kimi qəbul etmək məntiqi olmaz.” (55.84-86).

 AZƏRBAYCAN VƏ KİMMER-İSKİT-SAK XAQANLIĞI

Azərbaycan tarixşünaslığında son dövrdə qəbul edilmiş, möhkəmlənmiş və özünə çox sayda tərəfdar toplamış bir fikrə görə, “iskitlər Şimali Qara dəniz sahillərinə və Ön Qafqaza e.ə. Vlll əsrin ikinci yarısında gəlmişlər. Herodot və Diador iskitlərin Araz çayı sahillərindən gəldiklərini söyləyirlər. Herodota görə, iskitlər Asiyada yaşayırmışlar və massagetlər onları bu yerlərdən qovmuşlar. İskitlər Araz çayını keçərək Şərqi Avropaya, Qara dənizin şimalına gəlmiş, kimmerlərlə döyüşdə qələbə çalmış  və onların bir qismini əsarət altına almışdılar.  Kimmerlərin digər böyük bir qismi isə Ön Asiyaya qaçmışdı. Herodotun məlumatına görə, iskitlər kimmerlərin arxasınca düşmüş, lakin yolu azaraq Dərbənd keçidi vasitəsi ilə Ön Asiyaya çatmış, Ön Qafqaza və şimali İrana yayılmışlar. Beləliklə, iskitlər Araz çayı sahilindən şimala doğru hərəkət etmiş oraya gəlmə hesab edilirlər. Burada məskunlaşdıqdan sonra onların bir qismi kimmelərin ardınca Ön Asiyaya hərəkət etmişlər.

Saklar iskit tayfası hesab olunurlar. Strabon yazırdı ki, iskitləri həmçinin sak adlandırırlar. Onlar da geniş ərazidə təmsil olunmuşdular. İlk dəfə “sak” adı e.ə. Vll əsrin ortalarına aid Assur (Aşşur) mixi yazılarında, sonra isə Vl əsrin sonunda Bisitun kitabəsində çəkilmişdir. Sakların bir qismi Azərbaycan ərazisində məskunlaşmışdı.” (1.103).

Qeyd edək ki, yuxarıdakı sözlərin sahibi Yusif Yusifovdur. Onun sözlərinə görə, iskitlər Qərbi Azəbaycanda, Urmiya gölünün qərbində və şimalında məskən salmışdılar. Alim mixi qaynaqda qeyd edilən  “İskitlər Manna ölkəsinin vilayətində yaşayırlar” sözlərinə  istinadən iskitlərin Urmiya gölünə qədər geniş ərazidə məskunlaşdıqları fikrini əsaslandırır və bildirir ki, kimmerlər də Mannanın hüdudlarına gəlmişdilər. Bu fikrini isə o, e.ə. 715-ci ilə aid Aşşur mənbəsində qeyd edilən “Kimmerlər Manna ölkəsini tərk edib, Urartuya gəldilər” sözlərinə istina-dən vurğulayır:

“Kimmer, iskit və sakların Azərbaycanda məskunlaşması yer adlarında öz əksini tapmışdır. Mixi qaynaqlarda antik mənbələrin” kimmer”  adı “qimiraya” (qimirə mənsub) şəklində əks olunmuşdur. Azərbaycanın müasir toponomiyasında Qımır və Qımırlı (Zaqatala” rayonu) yer adları qalmışdır. Saklar əsasən Azərbay-canın   Urmiya gölünün şimalına qədər uzanan ərazisində və Urmiya gölü hövzəsində məskunlaşmışdılar. Burada “şiş papaq”  saklar yaşayırdılar. Həmin yerdən şimalda Araz çayının Kürə qovuşduğu çay arasında da saklar təmsil olunmuşdular. Erkən orta əsr qaynaqları buranı Balasaqan (türk. bala “çöl,düzən”; mənası “Sak düzü”) adlandırır. Beləliklə, e.ə. Vlll əsrin sonu-Vll əsrin əvvəllərində Qafqaz dağarını keçib Ön Asiyada yayılmış kimmer və sak tayfaları qədim Azərbaycan ərazisində də məskunlaşmışdılar.” (1.103-104).

Qeyd edək ki, elmi ədəbiyyatda kimmer-iskit-sak mövzusu ətrafında böyük bir qarmaqarışlıq yaranmışdır və ədalət xatirinə bildirməliyik ki, bu qarmaqarışıqlıq müəyyən dərəcədə ilkin mənbələr arasındakı ziddiyyətlərdən qaynaqlanmaqdadır. Alimlər iskit-sakların Azərbaycana e.ə. Vlll-Vll əsrlərdə kənardan gəlmə olduqları barədə yekdil fikir sərgiləsələr də, bu məsələ şübhəlidir və qədim mənbələrin söylədikləri və arxeolji qazıntıların nəticələri ilə üst-üstə düşmür. Sözügedən xalqların etnuk mənsubiyyəti və dili barədə söylənilənlər isə bir-birinə daban-dabana ziddir. Bir sözlə, mövzu ətrafında əməlli-başlı xaos hökm sürməkdədir. Odur ki, məsələni yenidən və diqqətlə incələməyə böyük ehtiyac duyulmaqdadır.

Qiyasəddin Qeybullayev haqlı olaraq yazır ki, iskitşünaslıqda “iskit” adına münasibətdə açıq-aşkar tam sərbəst bir yanaşma hiss edilir:

“İskit və sak ilk dövrlərdə (Sak və İşquz adlarının Midiyanın ayrı-ayrı   əyalətlərinin adları kimi qeyd edildiyi Aşşur mənbələrindən də göründüyü kimi) bir-biri ilə,  çox güman ki, qohum olan ayrı-ayrı etnik qrupların adları olmuşlar. Fəqət antik mənbələrdə bu etnonimlər əsasən ümumiləşdirici adlar kimi çıxış etməkdədir. Əgər iskit və sak etnonimlərinin hansı halda konkret etnik qrupların adları, hansı halda isə ümumiləşdirici adlar kimi çıxış etdiyini müəyyənləşdirmək çətindirsə, o zaman Albaniya saklarını Qara dəniz sahilinin iskitləri ilə qarışdır-maq lazım deyildir. İskitlərin və sakların eyniləşdirilməsi antik müəlliflərin məlumatlarının şərhlərindəki qarmaqarışıqlığın əsas səbəbi olmuşdur.” (55.84-85).

Alimin sözlərinin təsdiqi kimi qeyd edək ki, Mahmud İsmayıl yazılarında iskit əvəzinə hər yerdə “işquz” (137.7-19), Firidun Ağasıoğlu isə “sak” etnonimini “saqa”  və “saqat” formasında yazmış (7.96-126) və onsuz da elmdə mövcud olan qarmaqarışıqlığı daha da çözülməsi çətin hala gətirmişlər. Doğrudur, sözügedən müəlliflər belə edərkən, müəyyən məntiqə əsaslanmışlar. Məsələn, Mahmud İsmayıl “işquz” formasından istifadə edərkən elmdə mövcud olan və “iskit” termininin Aşşur mixi yazılarındakı “işquz” etnonimindən törədiyi məntiqini  əsas götürən fikrə (132.242-243) əsaslanmışdır. Bu metod ilk baxışdan doğru görünsə də, əslində uğurlu deyil. Çünki Aşşur mənbələrindəki “işquz” etnonimi konkret bir etnik qrupu ifadə edir və bu qrup saklardan fərqləndirilir. “İşquz” terminindən törədiyi söylənilən “iskit” terminini isə Herodot və digər antik müəlliflər ümumiləşdirici mənada işlətmiş və bir çox qohum etnik qrupları, o cümlədən sakları, ilk növbədə isə “skolot” adlandırdıqları Qara dəniz iskitlərini bu terminlə adlandırmışlar. Alim kimmerlərdən isə Aşşur mənbələrinə istinadən “qimmir” kimi söz açır:

“Herodot yazır ki, qimmirlər (kimmerlər) Asiyada yaşayan işquzlar (iskitlər) tərəfindən şərqə doğru sıxışdırılmışlar, işquzları isə öz növbəsində massagetlər sıxışdırdılar.” (137.8).

Firidun Ağasıoğlunun işlətdiy “saqat” termininə gəlincə, qeyd edək, bu dilçi alim “sak” etnonimini “saqa” kimi yazıb-oxumağın daha doğru olacağını düşünməkdə, “iskit” terminin də “saqa” və “at”(ut) cəm şəkilçisinin birləşməsindən yarandığını, “iskit” əvəzinə “saqat” (saqlar) termininin işlədilməsinin məqsədəuyğun olduğunu hesab etməkdədir. Alim elmdə qəbul edilmiş “kimmer” termininin əvəzinə də daha doğru olan “qamər” yazmağı lazım bilmişdir:

“Miladdan öncə Vlll əsrdə Qara dənizlə Azaq (Azov) dənizi yaxalarından qalxıb, Güney Qafqaza gələn və burada dövlət quran, uzun müddət ətraf ölkələrin şahlarını rahatsız edən, sonra yenidən Azaq yaxalarına qayıdaraq, orada yeni dövlət quran saqa (sak) boyundan söhbət açmışdıq. Burada isə saqa və qamər (kimmer) boylarının Azərbaycanla bağlı maraqlı tarixi səhifələri üzərində dayanmaq nəzərdə tutulub.” (7.96).

Firidun Ağasıoğlunun işlətdiyi “qamər”,”saqa” və “saqat” terminləri doğru, məntiqi və cəlbedici görünsə də, artıq qəbul edilmiş formalarla birləşərək lazımsız qarmaqarışıqlıq yaradır ki, buna da, fikrimizcə, ehtiyac yoxdur.

Məlumat üçün bildirək ki, rus elmi ədəbiyyatında “iskit” etnonumi “skif” formasında işlənməkdədir və bu forma uzun illər, rus dilindən Azərbaycan elmi ədəbiyyatına keçərək, Azərbaycan elmi ədəbiyyatında da işlək olmuşdur. Məsələn, Q.Qeybullayevin içindən sitatlar təqdim etdiyimiz kitabında bəzən “iskit”, bəzənsə “skif” yazılmışdır (55). “İskit” termininə gəlincə, bu, Türkiyədə qəbul olunmuş formadır və son dövrlər Azərbaycan elmi ədəbiyyatında da geniş istifadə edilməkdədir. Biz də doğru olmamasına rəğmən, eyni formadan istifadə etməyi lazım bildik. Çünki bu forma artıq Azərbaycan ədəbiyyatında “vətəndaşlıq hüqu-qu” qazanmışdır. Hərçənd ki, onu “skit” formasında işlədənlər də vardır. Bu baxımdan Yusif Yusifovu misal çəkə bilərik (1.102-105).

Qeyd edək ki, ingilis dilində sözügedən etnonim “scyth” formasında yazılmaqda, “skiz” kimi oxunmaqdadır. Türkiyə və Azərbaycan ədəbiyyatında işlək olan “iskit” termini ingiliscədəki “scyth” yazılış formasının türkcə oxunuşu və tələffüzü nəticəsində ortaya çıxmışdır. Ruslar isə həmin sözü, yəni “scyth” yazılış formasını özlərinə məxsus şəkildə “skif” kimi oxumuş və bu şəkildə də qəbul etmişlər. Yuxarıda qeyd etdiyimiz kimi, eyni forma uzun müddət Azərbaycan elmi ədəbiyyatında da geniş işlənmiş və bu gün ondan, demək olar ki, bütünlüklə imtina edilmişdir.

Fikrimizcə, kəlmənin düzgün formasına ingiliscə tələffüz forması olan “skiz” forması daha yaxındır və Herodot həmin formanı Aşşur mənbələrindəki “işquz” etnonimindən ya birbaşa, ya da sələfləri vasitəsilə əxz etmiş , fəqət ümumiləşdirici və daha geniş mənada işlətmişdir. Bu baxımdan tədqiqatçı alim Zaur Həsənovun fikirləri xüsusi diqqətə layiqdir (75.122-123). Bu barədə bir qədər sonra söhbət açacağıq. Hələlik isə qeyd edək ki, Herodotdan öncə iskitlər barədə  Aristey, ondan öncə isə e.ə. Vlll əsrdə yaşamış Hesiod məlumat vermişdir. T. Sulmirski bldirir ki, “iskit” terminini ilk dəfə məhz Hesiod işlətmişdir (138.282).

Herodotun əsərlərində rast gəldiyimiz “iskit” etnoniminin düzgün oxunuşunun “skuthai”, yəni “skuzay” olduğunu əsaslandıran İ.Dyakonov bu fikrini Aşşur mənbələində adlarına “asquzay” (aşquzlar), Babil mənbələrində “işquzay” (işquz-lar), qədim yəhudi mənbələrində isə “aşquz” kimi rast gəlinən etnik qrupun adı ilə əsaslandırmış və tamamilə haqlı olarq, qədim yunan mənbələrindəki “iskit” (skuz) adının bu etnik qrupun adından  qaynaqlandığını bildirmişdir (132.242-243).

Onun bu fikri ilə razılaşan Qiyasəddin Qeybullayev yazır:

“Vll əsrə aid aşşur mənbələrində iskitlər “aşquzay” (aşğuzay) və “işquzay” (işğuzay) adlandırılır.  İ.M.Dyakonov yazır ki, aşquzay və işquzay onların (iskitlərin) özlərinin-özlərinə verdikləri addır. Çünki aşşurlar yeni gələn tayfalara özlərindən  yeni ad verə bilməzdilər…İ.M.Dyakonov haqlı olaraq hesab etmişdir ki, yunan termini olan “iskit” kəlməsi aşşurların “aşquzay”, “işquzay” kəlməsindən törəmişdir. Lakin etnonimin əvvəlindəki “a”,”i” hərflərinin guya aşşur dilinin əlavəsi olduğunu və guya “d” səsinin “z” hərfi vasitəsi ilə ifadə edildiyini söyləyəndə səhvə yol vermişdir.” (55.276).

“Çar iskitləri” adlı çox sanballı əsərində bütün bu deyilənləri dərindən təhlil edən, İ. Dyakonovun oxunuşunu və mülahizələrini düzgün sayan Zaur Həsənov Herodotun sözügedən etnonimi qədim sami  (Aşşur, Babil, yəhudi) mənbələrindən birbaşa deyil,  sələfi Aristey vasitəsi ilə əxz etdiyini vurğulamaqdadır. Onun fikrincə, Aristey də həmin termini sözügedən sami mənbələrin yazıldığı dövrdə yaşamış Hesioddan qəbul etmişdir (75.122-124). Tədqiqatçı “skuz” oxunuşunu düzgün saymaqla bərabər, həmin etnonimin “quz” (oğuz) etnonimi ilə bağlılığını önə sürmüşdür. Şübhəsiz ki, o, tamamilə haqlıdır. Biz də o fikirdəyik ki,  qədim sami mənbələrində adlarına rast gəldiyimiz işquzlarla (aşquzlar, asquzlar) oğuzlar arasında sıx bağlılıq var və bu fikri bizdən çox-çox öncələr söyləmişlər (48.224). Bu barədə sırası gəldikdə söhbət açılacaqdır. Lakin bu fikri istisnasız olaraq, sami mənbələrində konkret etnik qrup kimi qeyd edilən işquzlara aid edirik. Zaur Həsənov isə eyni fikirlə iskitlərə, daha dəqiq desək, xaqan iskitlərinə münasibətdə də çıxış etməkdədir. Şübhəsiz ki, bu mövqe məntiqi və cəlbedici görünsə də, hələlik, sadəcə, bir ehtimaldır və tam sübut edilmədiyi və əsaslandırılmadığı üçün onu sübut edilmiş həqiqət kimi qəbul etmək hələlik mümkün deyil. Çünki antik müəlliflər “iskit”(“skuz” kimi oxunsa da) termini ilə konkret bir etnik qrupu deyil, bir-biri ilə qohum olan və eyni dildə danışan bir çox etnik qrupları adlandırmışlar. Lakin bu da faktdır ki, Herodot sözügedən adın məhz “çar (xaqan) iskitləri”nə aid olduğunu bildirmişdir. Məsələyə sırf bu baxımdan yanaşsaq, “çar iskitlərinin” oğuzlar olduğu barədə Zaur Həsənovun irəli sürdüyü fikrin tam məntiqi olduğunu etiraf etməkdən başqa çarə qalmayacaq.

Konkret olaraq saklar barədə bizə nələr məlumdur?

Yuxarıda artıq qeyd edildiyi kimi, “sak” etnoniminə ilk dəfə e.ə.Vll əsrin ortalarına aid Aşşur mənbələrində rast gəlinmişdir. Eyni dövrə aid Aşşur mənbələrində işquzlardan (asquz, aşquz) da ayrıca söhbət açılmaqdadır. Yəni Aşşur mənbələri sakları və işquzları ayrı-ayrı etnik qruplar kimi tanımaqda və təq-dim etməkdədir. Sözügedən dövrə aid mənbələrdə kimmerlərin adı da “qimiraya” kimi çəkilmişdir.

Maraqlıdır ki, Aşşur mənbələrində işquzlarla saklar arasında dəqiq fərq qoyulsa da, saklarla kimmerlər arasında qoyulan fərq konkret cizgilərə sahib deyildir, eyni hadisələrin iştirakçısı olan etnik qrup bəzən “kimmer”(qimiraya), bəzən isə “sak” adlandırılır. Bu barədə E.Qrantovski yazmışdır:

“1933-cü ildə Aşşurbanipalın (e.ə.668-663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısı dərc edildi. Başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme bu yazıda (146-cı sətirdə)”Saka ölkəsi”nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R.Tompson “saka” (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir.Lakin sonralar  X. Tadmor sübut etdi ki, ifadəni “Saka və Qutium” (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan iskitlərin (sakların) üzərində də hökm sahibi imiş, Qutium isə Mannanın başqa bir adı olmuşdur.”  (139.84).

Əlbəttə, X. Tadmorun məntiqi ilə razılaşmamaq çətindir. Aşşurbanipalın yazısı gerçəkdən də sübut edir ki, onun yaşadığı dövrdə Tuqdamme həm kimmerlərin, həm sakların, həm kutilərin, həm də bütövlükdə Manna dövlətinin hökmdarı idi. Hərçənd ki, ola bilər ki, həmin dövrdə saklar kimmerlərdən yox, əksinə, kimmerlər saklardan asılı vəziyyətdə olmuşdur. Mətndən başqa bir ehtimal da doğur: Burada ya “sak” konkret bir etnik qrupun adıdır, “kimmer” etnonimindən ümumiləşdirici ad kimi istifadə edilmişdir, ya da əksinə. Bu, həmin dövrdə hakimiyyətdə kimin-sakların, yoxsa kimmerlərin olmasndan asılıdır. Çünki tarixi mənbələrdən anlaşıldığı kimi, çox zaman tabeçilikdə olan soy və boylar da hakim soy və ya boyun adı ilə yad edilir. Yəni bu zaman hakim soyun adı bütün digər soy və boyların ümumiləşdirici adı kimi çıxış edir.

Qeyd edək ki, əgər sakların adına e.ə. Vll əsrin ortalarından rast gəlinməyə başlayırsa (1.102), kimmerlərin adı e.ə. Vlll əsrə (1.103), kutilərin adı isə e.ə. lll-ll minilliklərə aid mənbələrdə (1.81) qeyd edilmişdir. Sakların yazılı mənbələrdə gec peyda olmasını mütəxəssislər onların Azəbaycan ərazisinə sonradan gəlmələri ilə izah edirlər ki, bu barədə artıq məlumat vermişik. Lakin bu fikir gerçəyi o zaman əks etdirmiş olardı ki, “sak” etnoniminə Aşşur-Babil qaynaqlarından daha qədim qaynaqlarda rastlanmış olaydı və həmin qaynaqlarda bu etnik qrupdan başqa ölkənin sakinləri kimi söz açılaydı. Lakin belə mənbələr yoxdur. Saklardan bəhs edən ən qədim qaynaqlar məhz Aşşur-Babil mixi kitabələridir və həmin kitabələr saklardan məhz Azərbaycan və Ön Asiya sakinləri kimi söz açmaqdadırlar. Orta Asiya saklarından bəhs edən mənbələrə gəlincə, onlar, haqqında söz açdığımız kitabələrdən çox-çox sonrakı əsrlərə aiddirlər. Bu isə o deməkdir ki, mənbələr sakların Orta Asiyadan Ön Asiya və Azərbaycana gəldiklərini deyil, əksinə Azəbaycandan Orta Asiya istiqamətinə köç etdiklərini təsdiqləyir. İrəlidə görə-cəyimiz kimi, arxeoloji tapıntılar da eyni şeyi isbat etməkdədir.

Sakların adının kuti, subar, turuk, kumen və kimmerlərə nisbətən mənbələrdə daha sonra peyda olması isə onların gəlmə olduqlarından deyil, öncəki dövrlərdə qeyri-fəal olmaları və aparıcı mövqelərə sahib olmamaları ilə bağlıdır. Yəni onlar aktivləşdikdən, geosiyasi arenada daha fəal rol oynamağa başladıqdan və hakim mövqeyə yüksəldikdən sonra adlarını duyurmağa başlamışlar və bu üzdən də dövrün yazılı mənbələrində əsas personajlardan birinə çevrilmişlər. Bu, e.ə.Vll əsrin ortalarında baş vemişdir. Ən azı e.ə. Vl əsrdən etibarən isə saklar bütün qohum etnik qruplarını öz hakimiyyətləri altında toplaya bilmişlər. Elə bu üzdən də Əhəmənilər dövrünə aid qədim fars mənbələri saklardan gen-bol bəhs etdiyi halda, nə kutiləri, nə də kimmerləri tanımamaqdadır. Halbuki, Bisitun kitabəsinin farsdilli mətnində “sak” yazıldığı halda, eyni mətnin akkadca olan tərcüməsində ənənəvi olaraq, “kimmer” (qimiraya) yazılmışdır. Bu onu göstərir ki, həmin dövrdə kimmerlər artıq öncəki önəmini itirmiş və saklardan asılı vəziyyətə düşmüşdülər. Əslində isə kimmerlərin kutilərlə birlikdə sakların başçılığında qurulmuş yeni tayfa ittifaqına daxil olmaları e.ə. Vll əsrin ortalarında baş vermişdir ki, bunu Aşşurbanipalın kitabəsi sübut etməkdədir. Bundan öncələr isə saklar kuti və kimmerlərin növbə ilə başçılıq etdikləri tayfa ittifaqlarına daxil idilər və bu üzdən də heç kəsə məlum deyildilər.

                       KUTİLƏRDƏN KİMMERLƏRƏ

Qədim Anadolu və Azərbaycanın ərazisində yaşamış prototürk etnoslarından biri də adı qədim mənbələrdən “kuti” kimi çəkilən tayfa olmuşdur. “Kuti” etnonimi e.ə. III-II, eləcə də I minilliklərə aid qaynaqlarda yad edilir. Kutilər bir tərəfdən turukkilərlə, digər yandan isə suvarlarla ittifaqda olmuşlar. Bu tayfanın adı eyni zamanda Diyala çayının yuxarı axarlarında yerləşən Tukriş ölkəsi ilə yanaşı çəkilir (Bu ölkənin adına bənzər Tikriş adı daşıyan bir şəhərin də olduğu məlumdur). Həmin ölkədə Arisen adlı hökmdar hakimiyyətdə olmuşdur. Tədqiqatçılar Arisen adını Arslan adı ilə, Tukriş adını isə Türkeş qəbiləsinin adı ilə eyniləşdirirlər.

Tədqiqatçı B.Landeberqer kutilərin türk etnosuna mənsub olduğunu, etnonimin isə “quz” (oğuz) etnoniminin dəyişilmiş fonetik (z-d-t) forması olduğunu irəli sürmüş, Kamal Balkan isə, kuti şəxs adlarını türk dilində izah edərək, B.Landeberqerin fikrini təsdiqləmişdir (1.81-82). Eyni fikrə Firidun Ağasıoğlu da şərik çıxmışdır. O, kuti hökmdarlarından Yarlaqın adını qədim türk yazılarındakı Yarlakar Kan Atanın, İbranın adını “Kitabi-Dədə Qorquddakı İmrənin,  Kurumun adını qədim bulqarların xanı Kurum xanın  və Altun Orda xanı Kurum xanın, Elulameşin adını məlum Elalmış və İlalmışın adları ilə və s. tutuşduraraq kuti hökmdarlarının türk adları daşıdıqlarını ortaya qoymuşdur (7.149).

S.N. Kramer “Tarix Şumerdən başlayır” kitabının XlV fəslində 450 sətirlik “Enki və Kainat” adlı poema barədə məlumat verir. Təqribən 5000 il öncə qələmə alınmış bu poemanı bizim üçün maraqlı edən Mahan  toponimidir:

“Ölkələr… Mahan və Dilmun baxaraq mənə,

Dilmun gəmiləri şalban daşıyır.

Mahan gəmiləri göyə qədər yüklənib,

Meluhhidən “mahilum” yelkənli gəmilər

Qızıl və gümüş gətirir onlar.

Hamısı daşıyırlar Nippura.” (104.42-43).

Burada rast gəldiyimiz Mahan toponimini bizim üçün maraqlı edən əsas cəhət ona türk tarixi mənbələrində və folklor nümunələrində də rast gəlinməsi, bu yerlərin oğuz yurdu kimi yad edilməsidir. Belə ki, Övliya Çələbidə də eyni ölkə adını görürük. Övliya Çələbi Axlat şəhərinin təsviri zamanı bildirmişdir ki, tarixçilər bu şəhərin adını Dərmalə adlandırırlar və bu da “Oğuz şəhəri” deməkdir. O, Axlat oğuzları haqqında əfsanəni misal gətirərək yazır:

“Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Şah Samanqana gəlib, axlatlılardan yüz min yumurta tələb edir. Oğuzlar bu qədər yumurtanı toplayırlar, ancaq fikirləşirlər ki, onu göndərmək üçün at, dəvə lazımdır. Ağsaqqallar yığışıb məsləhətləşirlər. Bunu eşidən Mahan şahı öz adamını onların yanına göndərir və bildirir ki, mən gümüş yumurta nəzərdə tutmuşdum, toyuq yumurtası yox, amma onların ağır vəziyyətini nəzərə alaraq  onları vergidən azad edirəm. Oğuzlar gəlib yumurtalarını geri alırlar. Amma yumurtalar nişanlanmadığından  kiminə böyük, kiminə kiçik yumurta düşür. Bunu ədalətli hesab etməyən oğuzlar Allahın qəzəbini gözlməyə başladılar. Belə də oldu. Taun xəstəliyi gəldi. Bir gecədə şəhəri 12 min çadır tərk etdi. Onlar Misirə gəldilər. Abbasi xəlifəsi əl-Mustakfibillah Misirin Şərqində onlara yer ayırdı. Burada onlar özlərinə kərpicdən ev tikdilər . O vaxta qədər Misirdə heç kim özünə kərpicdən ev tikməmişdi. İndi də Qahirədən şərqə xarabalıq qalır. . Bu yeri “Axlat məhəlləsi” adlandırırlar.” (85.62-63).

Görəsən, Şumer əfsanəsindəki Mahanla haqqında Övliya Çələbinin məlumat verdiyi Mahan eyni ölkədirmi, yoxsa, bu, adların təsadüfi bir bənzəyişidir, axı, iki məlumatın qeydə alındıqları dövrlər arasında təqribən 4700-5000 illik məsafə var?! Doğrudanmı, bu böyüklükdə zaman kəsiyi ərzində yer adları dəyişmədən və ya cüzi dəyişikliklə dövrümüzədək ulaşa bilmişdir? Faktlar göstərir ki, bu suallara müsbət cavab vermək lazımdır.

Yuxarıda içərisindən sitat gətirdiyimiz Şumer dastanından belə aydın olur ki, Mahan ölkəsindən gəmilər yüklə qədim Şumerin Nippur şəhərinə gələrmişlər. Bu şəhərin yerini amerikalı alimlər 1883-cü ildə müəyyənləşdirə bilmişlər. Yerli ərəblərin “Nuffar” (Nippur adının bir qədər dəyişikliyə uğramış adı) adlandırdıqları yerdə aparılan arxeoloji qazıntılar ilk nəticəsini elə həmin il versə də bədəvilərin alimlərə hücumu onları tədqiqatları yarıda kəsməyə məcbur etmişdi. 1893-1896 və 1899-1900-cu illərdə aparılan qazıntılar Fərat çayının aşağı sahilində yerləşən qədim Şumer şəhərini gün üzünə çıxardı (43.140).

Deməli, Mahan ölkəsindən gəmilər Nippura Fərat çayı vasitəsi ilə gəlirmiş. Övliya Çəlbinin Mahan ölkəsinin şəhərlərindən olduğunu söylədiyi Axlat Dəclə çayının yuxarı axarında, Bağdad yaxınlığında yerləşirdi (85.60). Bu isə o deməkdir ki, Mahan ölkəsi Dəclə və Fərat çaylarının yuxarı axarında, bu iki çayın bir-birinə çox yaxınlaşdığı yerdə imiş və həm Şumer dastanında, həm də Övliya Çələbidə söhbət eyni ölkədən gedir.

Övliya Çələbinin bu ölkə ilə bağlı söylədiklərində diqqəti ən çox çəkən məqamlardan biri də Bayandur xanın həmin ölkə ilə əlaqəli yad edilməsidir. Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:

“Axlatda ilk oğuz köçərilərinin yaşaması haqqında bütün tarixlər və əfsanələr danışırlar. Ancaq Övliya Çələbinin məlumatında (“Qorqud Kitabı”nda oğuzların baş hakimi) Bayandur xanın Mahandan olması çox maraq doğurur. Bu isə o deməkdir ki, “Qorqud Kitabı”ndakı Bayandur xan bir çox tədqiqatçıların fikirləşdiyi kimi (V.Bartold, V. Jirmunski və b.) etnonimin şəxsləndirilməsi deyil, tarixi şəxsiyyətdir.

Bunu qəti şəkildə təsdiqləmək üçün bizdə kifayət qədər material yoxdur. Ancaq Övliya Çələbinin məlumatlarını tarixi həqiqət kimi qəbul etsək, onda məntiqi baxımdan “Qorqud Kitabı”ndakı Bayandur xanın prototipi olması ehtimalı artır. Bunu Övliya Çələbinin versiyasında Osmanlıların əcdadı Qayı Alp bəyin qardaşı olması da gücləndirir.” (85.63).

Övliya Çələbinin yazdığına görə,  Mahan şahı Bayandur xanı Axlatın hakimi təyin etmişdi (85.63). Bu isə söhbətin minillər öncələrdən getdiyinə işarədir. Yəni sözügedən məlumat doğrudursa, oğuzlar Mahan ölkəsinin ən qədim sakinlərindən olmuşlar. Bu isə o deməkdir ki, Mahan ölkəsi barədə məlumata sahib olan şumerlər oğuzlar barədə də məlumata sahib olmalı idilər. Artıq qeyd edildiyi kimi, Şumer-Akkad mənbələrində adlarına “kuti”(quti) formasında rast gəlinən xalqı türk-oğuz xalqı hesab edən alimlər də var və görünür, onlar səhv etmirlər.

Görəsən, şumer mənbələrindəki Mahan ölkəsi sonrakı minilliklərdə adına Aşşur-Babil və qədim yəhudi mənbələrində “Manna  (Man, Minni, Munaş) ölkəsi” kimi rast gəldiyimiz ölkə deyil ki, axı, bu ölkə bəzən mixi yazılarda Qutium, yəni “kutilər ölkəsi” də adandırılır?

Bu suala gələcək tədqiqatlar cavab verməli olacaq.

Firidun Ağasıoğlu yazır:

“Dəclə çayı ilə Urmu (Urmiya) gölü arasında ayrı-ayrı bəyliklər şəklində yaşayan çoxsaylı quti (kuti) boyları vaxtaşırı Akkad və Elam dövlətlərinin hücumlarına məruz qalır, var-dövlətləri yağmalanırdı. Həm akkad, həm də elam yazılarında göstərilir ki, qutilərin ölkəsində 70 boyla vuruşmuşlar. Əlbəttə, bu boyların hamısı ayrılıqda quti adlanmırdı. Sonrakı mənbələr göstərir ki, bəzi yazılarda “quti” adı o dövrdə həmin ərazidə yaşayan subar, turuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və sair türk boylarının ümumi adı kimi işlənmişdir.  Miladdan öncə XXlll əsrin sonunda yadelli işğalçılara qarşı öz ətrafında 70 boyu birləşdirən quti bəyliyi az sonra güclü dövlət qura bilmişdir.” (7.147).

Tarixi mənbələrdən məlumdur ki, kutilər İkiçayarasında (Messopatamiyada) baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer ikiçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Akkad hökmdarı Naran-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya hövzəsi etnosları ittifaq yaradırlar. Müttəfiqlərə qarşı göndərilən Akkad ordusu məğlubiyyətə uğradılır.  

Naran-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. Kuti dəstələrinin başında Enridavazir (e.ə.2225-2205) durmuşdu. Onun şərəfinə Nippur şəhərinin mərkəzinə mixi yazılı abidə qoyulur və orada Enridavazir “qüdrətli, Kutium (kutilər ölkəsi) və dünyanın  dörd səmtinin hökmdarı” adlandırılmışdı (1.69).

Naran-Suen e.ə.2201-ci ildə Enridavazirlə döyüşdə ölür və bundan sonra İkiçayarasının xeyli hissəsi kutilərin nəzarəti altına düşür. Ancaq Akkad və Şumer üzərində tam nəzarətə kutilər Elulemişin dövründə nail olurlar. Beləcə, F. Ağasıoğlunun fikrincə, kutilərin Şumer üzərində 91 il 40 gün (e.ə 2200-e.ə 2109) sürən hakimiyyəti başlayır. Bəzi alimlərə görə, bu hakimiyyət 124 və ya 132 il davam etmişdir. Quti hakimiyyətinin başlanğıc tarixi barədə də mütəxəssislər arasında yekdil fikir yoxdur. Məsələn, L.Helpen e.ə. 2622-ci ili, E.Meyer, Ş.Günaltay e.ə. 12550-2374 ci illər arasını göstərirlər. İ,Dyakonov bu hakimiyyətin son ili kimi e.ə. 2109-cu ili qəbul edir ki , F.Ağasıoğlu da bu fikrə şərik çıxır.

Həmin dövrdə Kuti imperatorluğunun mərkəzi Arrapha (indiki Kərkük) şəhəri idi. Kutilərin idarəsi altında olan torpaqlarda əmin-amanlıq və firavanlıq hökm sürürdü. Təsadüfi deyil ki, kutilərin Laqaş canişini Qudea (e.ə. 2133-2117) bu barədə belə yazmışdır:

“Şəhərin məzarlığında qəbir qazılmadı, heç bir ölü gömülmədi, qala rahibi musiqi aləti daşımadı, ondan bir nəğmə (yas havası) çıxmadı, ağıçı qadın ağı demədi.” (7.148).

Sözügedən dövrdə Kuti imperatorluğunun paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da kutilərin qədim oğuzlar olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur. Çünki cahiliyyə dövrü, yəni islamaqədərki ərəb ədəbiyyatında, o cümlədən Aşa və Nabiğa kimi şairlərin şeirlərində türklərdən bol-bol söhbət açılmaqda, tarixi mənbələrdə Həzrət Peyğəmbərimizin (c) səfərlərə çıxdığı zaman türk çadırında yaşadığı barədə məlumatlar bulunmaqdadır (84.22).

Oğuzların Azərbaycanın avtoxton əhalisi olduğunu və çox-çox öncəki minil-liklərdən bu ərazidə yaşadıqlarının başqa bir dolayı sübutu da vardır. Söhbət yaranma tarixi minilliklərin dərinliklərinə qədər uzanan və təmiz oğuz türkcəsində olan bir sıra folklor nümunələrimizin məhz minillər öncə ölkəmizin ərazisində ərsayə gətirildiyinin arxeoloji qazıntıların nəticələri ilə öz təsdiqini tapmasından gedir.

         Böyük rus türkoloqu Lev Qumilyov özünün məşhur “Qədim türklər”kita-bında ən qədim zamanlardan etibarən türklər arasında “yada daşı”, yəni cadu daşı adlanan magik daşların köməyi ilə quraqlıq zamanı yağış yağdırmağın mümkünlü-yünə inamın mövcud olduğunu qeyd etmiş və türklərin bu sənətlə məşğul olduqları barədə müxtəlif qaynaqlarda məlumatlar bulunduğunu yazmışdır:

         “Yuebanlar haqqında olan rəvayətdə soyuq hava və yağış çağırmağı bacaran 

cadugərlərdən söhbət açılır.Jujanlarla döyüş zamanı yueban cadugərləri qarlı fırtına çağırıb düşmənlərin üzərinə göndərmişdilər.Bənzər rəvayəti Turlu Qriqori

də nəql etmişdir.Avarların franklarla döyüşü zamanı avar cadugərləri şimşəkli tufan yaratmış, şimşək frank düşərgəsini vurmuş və onlar bunun nəticəsində məğlub olmuşdular.Eyni cadu gücü naymanlara da aid edilmişdir.Rəşidəddin yazır ki,Çingiz xana qarşı döyüşən və başında Camuxanın durduğu soy birləşməsinin cadugərləri də tufan yaratmış,fəqət hesablamada səhvə yol verdiklərindən tufan öz başlarına çaxmışdır.”(20.94-95).

          Türklərin yağış yağdırmaq gücünə sahib olan daşlardan istifadə etdikləri barədə bir çox müəlliflərin,o cümlədən Təbəri,Səəlibi,Balimi,Firdovsi,Mirxond, Sebos və başqalarıının əsərlərində,eləcə də 7-ci əsrin anonim Suriya və 10-cu əsr fars anonim mənbələrində çox sayda məlumat olduğunu  söyləyən Lev Qumilyov daha sonra yazır ki,yalnız Firdovsi bu halı izah etməyə çalışmış və baş verənləri kütləvi hiptnoz kimi şərh etmişdir.Qədim türklərin bu sənəti “yada”,yəni cadu ad-

landırdıqlarını diqqətə catdıran müəllifin bildirdiyinə görə,ayrı-ayrı türk xalqların-da bu inam 20-ci əsrin əvvəllərinə qədər davam etmişdir.                                                    

Dilçi alim Firudun Ağasıoğlu yazır:

         “Təbərinin yazdığına görə,Həzrət Nuh peyğəmbərin oğlu,türklərin ulu babası

hesab edilən Yafəs türk xalqına yağış yağdıran yada daşı vermişdir.Başqa bir rəvayətdə isə həmin daşın türklərə Həzrət İbrahim peyğəmbərdən miras qaldığı bildirilir.”(21.73-74).

         Türklərin yada daşının köməyi ilə yağış yağdırdıqları barədə məlumat verən müəlliflərdən biri də 10-cu əsrdə yaşamış  məşhur alim İbn Əl-Fəqih Əl-Həməda-nidir.O,ərəb dilində qələmə aldığı “Əxbar əl-buldan”,yəni “Ölkələr haqqında xəbərlər” adlı kitabının “Türklər,onların ölkəsi və bu ölkədəki möcüzələr haqqında“ başlıqlı bölümündə mövzu ilə bağlı maraqlı fikirlər söyləmişdir:

“Türklər ölkəsinin möcüzələrindən biri də onların köməyi ilə türklərin yağış,

qar,dolu yağdırdıqları və istədikləri digər bənzər təbiət hadisələrini meydana gətirə bildikləri daşlardır.Onlarda bu daşlar böyük önəmə sahibdirlər və geniş istifadə edilməkdədirlər.Bunu türklərin heç biri inkar etmir,fəqət həmin daşlar doqquzoğuzlar arasında daha çox qiymətləndirilir.”(22.49).

         Müəllifi məlum olmayan,13-cü əsrdə fars dilində qələmə alındığı bilinən “Əcaib əd-dünya”,yəni “Dünyanın qəribəlikləri”adlı kitabda da maraqlı bir qeydə rast  gəlmək mümkündür:

          “ Deyirlər ki,Ərdəbildə böyük daş var,əlinlə onu vurduqda xoş səs çıxarır. Quraqlıq düşdüyü zaman bu daşı şəhərdən kənara çıxarırlar və o saat yağış yağır.

Onu yenidən şəhərə qaytaranda yağış kəsir.”(23.124).

Sibir türklərinin inanclarının mühüm tərkib hissəsi olan yada daşına və onun magik qüvvəsinə inam şamanist təsəvvürlərlə və bu təsəvvürlərin əsasında duran mifik təsəvvürlərlə birbaşa bağlıdır. Məsələn, teleutların təsəvvürünə görə, sözügedən daşın sahibi göyün 12-ci qatında yaşayan Yada Atadır (127.34-35).

          Xalqımızın ilkin inam və etiqdlarının,ovçuluq,əkinçilik,maldarlıq həyatı ilə bağlı mifik təsəvvürləri bizə əsasən xalq yaradıcılığı nümumələri ilə gəlib çatmış-

dır. Bu nümunələr improvizə edilmiş formalarda,əksər halda isə türkdilli xalqların poetik yaradıcılığı üçün ənənəvi olan ibtidai ölçü qəliblərində yayılmışdır.Türk boy -larının ilkin magik təsəvvürlərinin poetikləşməsi ,şifahi bədii yaradıcılıqda  əks olunması dövrünün məhsulu olan ovsunlar müəyyən mərhələdə ibtidai insanın gündəlik həyatında,həyatı dərketmə və öz bildiyi kimi idarə etmə prosesində mühüm mövqe tutmuşdur.Zaman keçdikcə,təbiətin sirləri insan üçün açıldıqca ovsun təsəvvürləri də zəifləmiş, bir janr kimi arxaikləşmişdir.

Ovsun  sözün gücünə inamı əks etdirən bir janrdır.Bu janrda oxşar səslər, sözlər vasitəsilə insan psixikasına təsir göstərilir,sözün gücü,təsiri inamın təntənə-sinə çevrilir.

Xalq içərisində uzun müddət quraqlıq olarkən müəyyən “müqəddəs”ocaq-lardan götürülmüş daşları ortadan dəlib suya salardılar.Məsələn, Quba – Qonaq-kənd zonasında Baba dağdan gətirilmiş daşları suya salıb ipin başını sahildəki ağaclardan birinə bağlayardılar.İpin bağlandığı ağac adətən qarağac və ya fındıq ağacı olmalı idi.Daşlar suya salınarkən xorla oxuyardılar:

   “Daş başım,

            Yaş başım,

            Yaş oldu                                                                         

            Üst-başım.”

Sonra daşı suya salardılar.Bu vaxt ovsun oxunardı”

           “Suda daşım,

            Baba daşım,

            Gələr,getməz

            Yağışım.

             Suda daşım,

             Yaş başım,

             Yaş oldu

             Üst-başım.”(24.12).                                                          

Folklorşünas alim Azad Nəbiyev deyir:

             “Məlumdur ki,hələ çox qədimlərdən arası kəsilməz yağışlar zamanı günəşi çağırış mərasimləri xalq arasında geniş yayılmışdı.İbtidai insanlar bu görüşlə bağlı ovsunlar da yaratmışlar.Onlardan biri belədir :Günəşin çıxmasını arzulayan insanlar Baba dağından gətirilmiş daşları ocaqda,küldə basdırar və ocaqda xəşil bişirərdilər. Xəşili ananın ilki çalmalı idi.Ovsunçu basdırılan daşların  üstünə közləri yığa-yığa ovsun oxuyardı:                                                           

           “Qodu daşı,

             Odu daşı,

             Qodu kəssin

             Yağışı.”

            Sonra qızlar birlikdə oxuyurlar:

          “Budu daşı,

            Bulutların

            Kudu daşı,

            Bişirmişəm

            Xəmiraşı.

            Qonaq gəlsin

            Godu başı,

            Gətirsin

            Qızıl günü, 

         Aparsın

 Yağışı.

            Qodu daşı,

            Odu daşı,

            Qodu kəssin

            Yağışı.”   (24.12-13).                                                        

       Qarğalar təpəsindən tapılan ocaq yeri və ocaqdan qaralmış daşlar bu qədim türk inancının köklərinin ən azı Eneolit dövrünə,yəni 6-8 min il öncələrə qədər uzandığını və bu mərasim zamanı oxunan ovsunların da 6-8 min il öncəyə aid po-etik nümunələr olduğunu sübut edir (1.32).Bu isə o deməkdir ki,Azərbaycanda türk-oğuz ağız ədəbiyyatının yaşı minilliklərlə ölçülür.

Nəsir Rzayev yazır:

                “Ovsunçuluq qədim mədəniyyətimizdə,folklorumuzda dərin köklər sal-dığı üçün onun ənənəvi davam edən izləri dövrümüzədək gəlib çıxmışdır.Bu izlər təsərrüfat həyatında,təbiətdə və məişətdə baş verən hadisələri ovsunlamaq məqsədi ilə,dilimizə canlı və cansız varlıqları ovsunlayan sözlər gətirmişdir.Azərbaycan ərazisində,son vaxtlara qədər ovsunlama ayinlərinin ayrı-ayrı formaları,daha doğ-rusu,fraqmentləri icra edilirmiş.Ovçuluq,maldarlıq,əkinçilik təsərrüfatlarına dair bir neçə ovsun ayini nümunəsi göstərək.Ovçu gələcək ovun müvəffəqiyyətlə keç-məsi üçün ovu nişan alaraq oxu atarkən belə deyir:

                  Haş getdi,

                  Huş getdi,

                  Bu ox sənə

                  Tuş getdi.

 Maldar mal-qaranı canavardan qorumaq üçün bıçaq və ya qayçını bü-külmüş halda parçaya sarıyaraq deyir:

                  Qurdun ağzını bağladım.”(8.27).

                   Azərbaycanda geniş yayılmış ovsun folkloru nümunələrindən biri də

“Qurd ağzı bağlama” ovsunudur.Maraqlıdır ki,Gəmiqaya təsvirləri içərisində rast gəlinmiş bir təsvir bilavasitə qurd ağzı bağlama ovsunu ilə birbaşa bağlıdır. Sözü-gedən petroqlifdə qurd və qoyun,eləcə də onların arasından keçərək onları bir-birindən ayıran və ucu yumağa çevrilən ip şəkli çəkilmişdir.

                  Gəmiqayadan tapılmış bu petroqlifin əhəmiyyəti ondadır ki,onun ifadə etdiyi təsviri informasiyanın səsli-sözlü variantı da dövrümüzədək gəlib çatmışdır və o da “yağış çağırmaq” və “yağış kəsmək” ovsunları kimi sadə bayatı formasın-dadır.

Yağladım,

Dağladım,

Qurdun ağzın

Bağladım.

İstər bu fakt,istərsə də Qarğalı abidəsindən tapılan magik daşlar və müvafiq ovsun mətnləri folklor ədəbiyyatımızın, oğuz türkcəsində olan şerimizin ən azı 6-8 min il bundan öncə Azərbaycan ərazisində formalaşdığını sübut edir.                                                        

Oğuzların Azərbaycan ərazisində “kuti” etnoniminin Şumer-Akkad mənbələrində peyda omasından çox-çox öncələr yaşadıqları barədə çoxsayda təkzibedilməz dəlillər mövcuddur. Bu dəlillər içərisində ən maraqlılarından biri Azərbaycanın mərhum alimləri Ə.Hüseyni və C.Cəfərovun Qobustan və Gəmiqayadan üzə çıxardıqları türk soy və boylarının tamğalarıdır ki, onların da önəmli bir hissəsini oğuz tamğaları təşkil edir. Professor Cəfər Cəfərovun yazdığına görə, türk soy və boylarının ən qədim düşərgələrini, ata-baba yurdlarını,onların doğma vətənlərini,habelə mövcud olmuş ünvanlarını müəy-yənləşdirmək üçün həmin tamğaların müstəsna əhəmiyyəti vardır.Tamğa və işarələr, bir sıra başqa xalqlarda olduğu kimi,türk xalqlarının,o cümlədən Azərbaycan türklərinin də etnogenezində iştirak etmiş soy və soybirləşmələrinin qədim yazı nümunələri kimi qiymətlidir.Azərbaycanın bir sıra rayonlarından tapılmış və 10-12 min əvvələ və daha sonrakı dövrlərə aid edilən müxtəlif işarə və tamğalar haqqında Cəfər Cəfərov və Əbülfəz Hüseyni kimi tədqiqatçılar fikir söyləmiş, Əbülfəz Hüseyni Gəmiqaya təsvirləri,Cəfər Cəfərov Qobustan petroqlifləri içərisindən üzə çıxartdıqları, Firəngiz Muradova isə Şirvan zonasında tapdığı tamğalardan söhbət açmışlar.Müəlliflər bu işarələrin hansı soya mənsub olduğunu,həmin işarələrin qədim türk yazı sistemində paralellərini müəyyənləşdirə bilmişlər.

Maraqlıdır ki, həmin işarələrin paralellərinə digər qədim xalqların əlifba-larında da rast gəlinir.Məsələn,Yazıçıoğlu Əliyə görə 11-ci oğuz tayfası olan beg-

dililərin soy damğasına Gəmiqaya işarələri arasında cüzi fərqlə rast gəlinir.  Qara-

noqayların as və ya az soyunun tamğası isə Sofu Novruz pirində tapılmış işarə ilə eyni olmaqla yanaşı, həmin işarəyə eramızdan əvvəl 3-cü əsrdə Hindistanda formalaşdığı ehtimal edilən brahmi əlifbasının “ça” və “ba” hecalarının qrafik təsvirində də rast gəlinir.(6.29-36).

        Həmin əlifbada “tha”hecasını bildirən  qrafem də ağnoqayların türkmən soyunun tamğası ilə eynidir və bu işarənin ən qədim nümunəsi gəmiqayadan tapıl-mışdır. Brahmi əlifbasındakı “dha” hecasının işarəsi isə qaranoğayların konqes və ya kəngər soyunun tamğası ilə üst-üstə düşür və eyni işarəyə Sofu Novruz  pirində də rast gəlinməkdədir.

       Maraqlıdır ki, Şirvan damğalarından bəziləri də sami əlifbalarındakı hərflərə uyğun gəlməkdədir.Belə ki,qaranoğayların qazan boyunun ergenekli soyunun damğası ilə eyni olan işarə eramızdan əvvəl 5-3 -əsrlərdə işlənmiş arami əlif-basının “h”hərfi ilə üst-üstə düşür.  Şirvan tamğalarından bir qismi Dəməşq-səmud və Dəməşq-səfaid əlif-basının bəzi hərfləri ilə eynilik təşkil edir.

Qobustan və Gəmiqyadan tapılmış türk tamğalarının bir qisminin paralellərinə də Orxon və Yenisey əlifbalarında rast gəlinir.Beləki,bu tamğalarla sözügedən əlifbalardakı “nt” və ya “nd”, “ s” və ya “ş”,  “ı” və ya “i”, “p”, “b”, “d”, “t”,“z”,  “k”, “ç”səslərinin qrafik təsvirləri ilə eynidir (6.29-36).

Bütün bu faktlar Qobustan və Gəmiqaya təsvirlərini yaradan xalqın məhz əcdad türklər olduğunu təkzibedilməz şəkildə sübut etməklə yanaşı,ulu babalarımı-zın soy tamğalarının sonrakı dövrlərdə ən qədim fonetik və ideoqrafik əlifbaların qrafemlərinə çevrildiyini göstərir.Bu isə o deməkdir ki,Azərbaycan dünya yazı mə-dəniyyətinin ilk beşiyi olmuşdur. Bu taşğalardan bəzisi ağlasığmayacaq dərəcədə qədim dövrlərdən yadigar qalmışdır.

Mahmud Kaşğarlıya görə 6-cı oğuz boyu olan əfşarlara aid olan tamğaya, eləcə də Yazıçıoğlunun əfşarlara aid etdiyi , fəqət Mahmud Kaşğarlının təsvir etdiyi  tamğadan   fərqlənən  tamğaya  Gəmiqaya   işarələri   sırasında,  eləcə  də Abşeronun Duvannı qəsəbəsinin şimal-qərbində yerləşən Sofu Novruz qəbristanlığında qeydə alınmış tamğalar içərisində rast gəlinir.

Mahmud Kaşğarlının 3-cü oğuz tayfası kimi qeyd etdiyi bayandurların tam-

ğası isə Şamaxının Quşçu kəndində yerləşən Abdal damı mağarasında qeydə alın-mışdır. Maraqlıdır ki, bu işarənin ekvivalentinə Egey yazılarında da “şərab”mənası verən heroqlif kimi rast gəlinir.Yazıçıoğlu Əlidə 11-ci oğuz boyu kimi qeyd edlmiş begdelilərin tamğaları Gəmiqaya işaələri içərisində də qeydə alınmışdır.Eyni müəllifin 16-cı oğuz tayfası kimi göstərdiyi çepnilərin tamğası da eyni təsvirlər içərisində yer almaqdadır. Gəmiqayada rast gəlinən tamğalar içərisində Yazıçıoğlu Əlinin 19-cu oğuz boyu olduqlarını söylədiyi ulay-unduğların və Bahadır xanın 17-ci oğuz boyu kimi təsvir etdiyi samurların tamğaları da vardır (6.29-36).

Oğuzların ən azı Mezolit dövründən ölkəmizdə məskun olduqlarının başqa bir sübutu da var. Məlum olduğu kimi, Mezolit,yəni orta Daş dövrünün son mərhələsi üçün uzunluğu iki metrə çatan böyük öküz təsvirləri xarakterikdir.Bu rəsmlər konturlu xətlərlə ,əsasən realistik səpgidə işlənmişdir.Onlardan yuxarı mərəbədə yerləşmiş 42№-li  daşın şərq tərəfindəki və 29№-li daşın mağara divarında cızılmış öküz təsvirlərini göstərmək olar.Bu təsvirlərdə sözügedən heyvanların güc və əzəməti ifadə edilmişdir (8.15).

Tarixçi alim İ.Avşarov yazır:

        “Azərbaycan ərazisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir edilən heyvan rəsmləri və zoomorf elementlər qədim mifologiyada xüsusi yerə sa-hibdirlər.Təbii ki,bu,heyvanat aləminin ibtidai insanların həyatlarında oynadığı rolla bağlıdır.Təsadüfi deyil ki,bəzi heyvanlar qədim tayfa və qəbilələrin totemi kimi çıxış etmişlər.

        Məlum olduğu  kimi,oğuzlar çox qədim və zəngin mədəniyyətə sahib ol-muşlar.Tarixçi-etnoqraf Qoşqarlı özünün “Azərbaycanlıların maddi mədəniyyəti” adlı əsərində “Oğuznamə”yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz xanın Ayla Öküzün izdivacından döğulduğunu qeyd etmişdir.Elə bu səbəbdən də son Tunc-erkən Dəmir dövrləri abidələrindən əldə edimiş tunc kəmərlərin üzərində təsvir edilən öküz başlarının buynuzları aypara formasında təsvir edilmişdir.

       Göründüyü kimi, Azərbaycanın qədim sakinlərinin inanc sistemində öküzə inam xüsusi yer tutmuşdur.Bu baxımdan Xocalı-Gədəbəy abidələrindən üzə çıxarı-lan fiqurların bir çoxu məhz öküz başı formasındadır.Belə fiqurlar Cənubi Azər-baycan və şimali Qafqaz ərazisindən də tapılmışdır.Rus alimi Avdeyevin fikrincə, öküzə inam ən qədin zamanlardan Qafqaz və Şərqdə geniş yayılmışdı.Azərbaycan ərazisində hətta öküzün xüsusi hörmət və təmtəraqla dəfn edilməsi halına da rast-lanmışdır.Məsələn,arxeoloq Resler Xocalı kurqanında apardığı qazıntılar zamanı belə bir məzara rast gəlmişdir.Burada dəfn edilmiş öküzün başına bütöv ayın rəmzi

olan dairəvi disk bərkidilmişdi.”(35.24).

      Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər də oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmişlər.Bu alimlər bu halda “Oğuznamə”də yer alan sözlərə istinad etmişlər:

      “Olsun dedilər.Onun anqağusu budur.”(10.124).                                                     

“ “Oğuznamə”nin uyğur versiyasının birnci səhifəsinin birinci sətrində təs-

vir edimiş göy öküz oğuzların əcdadı Oğuz xanın şəkli,daha dəqiq desək,anqağusu,

yəni  ideoqrafik işarəsi kimi təqdim edilir.Bu şəkil əsərə sadəcə bir illüstrasiya ki-mi qəbul edilə bilməz.Çünki o,mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış edir və Oğuz xanın mətndəki sözlü təsviri ilə üst-üstə düşmür.Mətndə Oğuz xanın sözlü təsviri fərqlidirdir:

“Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı,bir oğlu oldu .Bu oğlanın üzü göy idi.Ağzı atəş kimi qırmızı,gözləri ala,saçları,qaşları qara idi.Gözəllikdə mələkdən də gözəl idi…

      …Ayağı öküz ayağına,beli qurd belinə,kürəyi samur kürəyinə,köksü ayı köksünə bənzəyirdi.” (10.124).

     Gördüyümüz kimi, sözlü təsvirdə söhbət oğlan uşağından gedir və onun xarici görünüşü bu təsvirdən əsaslı surətdə fərqlənir.Deməli,bu halda öküz təsviri

“Oğuz”kəlməsinin sadəcə ideoqrafik ifadəsidir.Elə bu səbəbdən də Əbülfəz Hü-seyni və Zelen Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini oğuzların ulu babalarının cızdıqlarını söyləmişlər.Burada sıhbətin məhz piktoqrafik yazıdan, yəni şəkil-yazıdan getdiyini elm aləmində şərti olaraq “7gözəl”adlanan petroqlif də sübut etməkdədir.                        

Şərti olaraq, “7 gözəl”adlanan bu piktoqramda böyük öküz təsvirinin fonunda 8 qadın təsvir edilmişdir. Burada öküz oğuz xalqını,8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir.Nəzərə alsaq ki,ilk soybirləşmələri məhz Mezolit dövründə formalaşmışdır və bu birliklərdə birləşən soyların başında qadınlar dururdu,tam cəsarətlə deyə bilərik ki,burada söhbət 8 oğuz soyunun birləşməsini ifadə edən  böyük bir qəbilədən,daha doğrusu bu qəbilənin özünü ifadəsindən gedir.

     Orxon-Yenisey mətnlərində Üçok,Onok,Onuyğur,Otuztatar,Üçoğuz, Altıo-ğuz,Doqquzoğuz,Üçkarluq və sairə soybirləşmələri ilə birlikdə Səkkizoğuz soybir-ləşməsindən də söhbət açılmaqdadır. Beləki, “Moyonçur”abidəsinin şərq tərəfində belə bir cümlə yer almaqdadır:

“Səkkizoğuz,Otuztatar qalmadı gəldi…”  (11.150 ).

      Doğrudur, mütəxəssislər sözügedən petroqlifdə öncə 7 qadının təsvir edildiyini, 8-cinin isə sonradan əlavə edildiyini qeyd edirlər. Elə bu üzdən də təsviri “7 gözəl adlandırmışlar. Fəqət bu hal işin mahiyyətini dəyişmir. Bu o deməkdir ki, öncə 7 oğuz qəbiləsi ittifaq bağlamış, sonra 8-ci qəbilə də bu ittifaqa qəbul edilmiş, nəticədə təsvirdə korrektə edilmişdir. Arxeoloqların fikrincə, petroqlifdəki qadınları bir-birindən fərqləndirən cizgilər onların, deməli, həm də ayrı-ayrı soyların  qəbilə ittifaqındakı, yəni boydakı ictimai mövqelərinə işarə etməkdədir.

Elmdə kutilərin dilini Elam-Zaqroş(?!) və Qafqaz dillərinə bağlamaq cəhdləri də olmuşdur. Bu barədə Nizami Xudiyev yazır:

“Ön Asiyanın qədim dillərində-yazılı abidələrində bir sıra türk sözləri (güman ki, Azərbaycan ərazisində yaşayan türklərin dillərindən keçmiş) qeydə alınmışdır ki,bu, türk etnoslarının Azərbaycanda, ümumən Ön Asiyada…müəyyən rol oynadıqlarını təsdiq edir. Azərbaycan ərazisində ən qədim zamanlardan məskunlaşan kuti və lullubilər, məlum olduğu kimi, şumer və akkadlarla sıx əlaqə şəraitində yaşamış, daha doğrusu o zamana qədər mövcud olan münasibətləri yeni tarixi şəraitdə davam etdirmişlər.

Azərbaycan ərazisində mövcud olan…bu ən qədim tayfaların dil mənsubiyyəti barədə daha hansı mülahizələr mövcuddur? İlk tədqiqatçılar lullubi dilini elam dilinə qohum hesab edirdilər. Elam dilinin ilk tədqiqatçılarından Q.Hüzinq lullubi, həm də kuti dilini elam dilinə, sonuncusunu isə Qafqaz dilləri ailəsinə daxil etmişdir. Q.Kameron həmin dillərin elam dilinə aid olduğunu göstərmişdir. A.Şpayzer regionun bir sıra toponimlərinin müqayisəsinə əsaslanaraq kuti, lullubi və elam dillərini Zaqroş dil qrupunda birləşdirmişdir. Q.A.Melikaşvili elam, kassi, kuti və lullubi dillərini Zaqr-elam dil qrupuna daxil etmiş və həmin qrup dillərin Qafqaz dillərinə yaxın olduğunu göstərmişdir. E.Hersfeld elamları elamları,kassiləri, kutiləri, lullubiləri və s. eyni etnolinqvistik qrupa aid etmişdir. İ.M. Dyakonov kuti və elam dillərinə aid etmiş və eyni xamanda kutilərin dili ilə Qafqaz albanlarının dili arasındakı qohumluq ehtimalından danışmış, sonra isə lullubi etnosunun mövcudluğunu inkar edib kutilərin dilini şimal-şərqi Qafqaz qrupuna daxil etmişdir. İ.Əliyev kuti dilinin Qafqaz, lullubi dilinin isə kassi və elam dillərinə yaxınlığını qeyd etmişdir və s. və i.a.” (70.15). 

Maraqlıdır ki, bu gün dilçilik elminə nə “Elam-Zaqroş”, nə də “Zaqr-elam” adlı dil qrupları məlum deyildir. Bu “qrupları” böyük tarixçi alim olmalarına baxmayaraq, dilçilik sahəsində tam diletant olan elm adamları uydurmuşlar və bu cür uydurmaların heç bir ciddi elmi əsası yoxdur (100.304-329). Qədim elam dilinə gəldikdə isə, onun Qafqaz dilləri ilə qohumluğu barədəki fərziyyələr özünü doğrultmamışdır və dilçi alimlər həmin dili dravid dilinə qohum sayırlar (1.86).

Mövzu ilə bağlı, şübhəsiz ki, bizim üçün ən mötəbər fikir qədim şərq dilləri və mixi yazılar üzrə görkəmli mütəxəssis Yusif Yusifovun və ömrünü bu kimi məsələlərə həsr etmiş professional dilçi alim Firidun Ağasıoğlunun fikirləridir. Xüsusən də həm böyük tarixçi, həm də böyük dilçi olmuş mərhum Yusif Yusifovun söylədikləri  maraq doğurmaqdadır:

“Kutilərin dil və etnik mənsubiyyəti barədə müxtəlif fərziyyələr irəli sürülmüşdür. Q.Hüzinq və F.Borkun elam dilinə aid araşdırmalarında kuti dilinin elam dilinə qohum olması və bunların öz növbəsində Qafqaz dilləri ilə qohumluq təşkil etməsi barədə mülahizə irəli sürülmüşdür. Lakin bu qohumluğu göstərə biləcək dəlillər gətirilməmişdir. Digər ehtimala görə (Z.Yampolski), kuti adı sonralar antik qaynaqlarda Azərbaycan ilə əlaqədar yad edilən “uti” etnoniminin ilkin forması olmuşdur, yəni sonrakı dövrlərdə guya “k” səsi düşmüşdür. Lakin bu hal da müşahidə olunmur. Əksinə, mixi qaynaqlar göstərir ki, kuti və utu // itu (uti adının ilkin forması) tayfa adları müxtəlif formalarda işlənirdilər.” (1.81).

Yusif Yusifov eyni zamanda bildirir ki, utu // itular turuk (türk) etnosuna mənsub idilər (1.80). Alimin fikrincə, kutilər türkdilli olmuşlar (1.82).

Elmi ədəbiyyatda, kutiləri utilərl, sonuncular isə udinlərlə eyniləşdirmək meylləri hələ də davam edir. Halbu ki, kuti, uti və udinlər tamam başaqa xalqlar olmuşlar.  Yuxarda qeyd etdiyimiz kimi, e.ə.Vlll-Vll əsrlərə aid aşşur mixi mənbələrində  “uti” (utu, itu) adlı etnonimə də rast gəlirik. Bu barədə Yusif Yusifov yazır:

“Eyni zamanda qaynaqlar burada turukki və lullularla əlaqədar Uta/Utem (-m şəkilçidir) ölkəsinin adı çəkilir. Şübhəsiz, ad Utu/İtu etnonimindən əmələ gəlmişdir. Məlum olduğu kimi utu/itu tayfası sonralar (e.ə. Vlll-Vll əsrlər) Assuriyada (Aşşurda) muzdlu döyüşçü sifətilə hərbi xidmətə cəlb olunurdular. Utu/itular turukki etnosuna mənsub idilər. Çox güman ki, utu/itu tayfa adı sonrakı (e.ə. V əsrdən etibarən) Azərbaycan ərazisində çox geniş təmsil olunmuş “uti” tayfa adının ilkin formasını təşkil edirdi. Etnonim hun tayfalarından olan türk mənşəli “utiqur” (uti xalqı) adını təmsil edir.” (1.80).

Biz utilərin utiqurlarla eyniləşdirilməsini düzgün saymırıq və utiqurlarla bağlı fikrimizi kimmerlərdən söz açarkən ortaya qoyacağıq.  

Mixi yazılara istinadən, kuti və utilərin qohum olmalarına baxmayaraq, ayrı-ayrı etnik qruplar olduğunu göstərən Yusif Yusifov  (1.81) eyni mənbələrdə udinlərin də adına fərqli bir etnonim kimi (udin adamı) rast gəlindiyini göstərmişdir (1.80).

Uti və udinlərin ayrı-ayrı etnuk qruplar olduğu və Qafqaz Albaniyasının fərqli bölgələrində yaşadıqları Musa Kağankatlının “Alban tarixi” kitabından da açıq aydın sezilməkdədir. Musa Kağankatlı özünün “Alban tarixi” kitabında Yafəs soyundan olan Albaniya hökmdarı Aranın adını çəkərək bildirir ki, albanlar,utilər və qarqarlar bu hökmdarın nəslindəndirlər.Bu məlumatı əldə əsas tutan və utiləri qafqazdilli udinlərlə eyniləşdirən bəzi mütəxəssislər utilərlə birlikdə albanları və qarqarları da qafqazdilli xalq hesab etmişlər.Halbuki, utilər və udinlər ayrı-ayrı xalqlar olmuş və Albaniyanın öz adları ilə adlanan iki fərqli bölgəsində yaşamışlar.Bu bölgələrdən biri Bərdə ətrafında yerləşirdi və Uti vilayəti adlanırdı. Digəri isə Şəki ətrafında idi və Udin vilayəti adlanırdı. Musa Kağankatlı yazır:

            “Müqəddəs Ruhun mərhəməti ilə üç xalqa,yəni ermənilərə,albanlara və gürcülərə əlifba düzəldən …şəxs sonralar Qüds şəhərinə ziyarətə gedir…Qüdsdən

qayıdanda Erməniyyəni keçir və Şərq ölkəsinin Uti vilayətinə gəlir…O, xaçpərəstliyi burada yenidən canlandırıb, möhkəmləndirir və Udin vilayətində Albaniya,Lpiniya,Kaspiya,Çola keçidinə qədər uzanan torpaqlarda…                          İncili təbliğ edir.” (66.51-52).

Gördüyümüz kimi, Uti və Udin Şərq ölkəsinin, yəni Albaniyanın fərqli vilayətləri idilər və burada fərqli xalqlar yaşayırdı. Bu məsələ mövzumuz baxımından o qədər əhəmiyyətlidir ki, onun üzərində bir qədər ətraflı durmağa ehtiyac var. Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev yazır:

“Hazırda Azərbaycanda yaşamaqda olan  qafqazdilli xalqlardan biri də udinlərdir. Onlar özlərini “udi” adlandırırlar… Udi etnonimini,  ilk dəfə Herodot və Strabon tərəfindən Midiya sakinləri kimi yad edilən utilərlə bağlayırlar.

Uti qəbiləsi ilə bağlı məsələ Albanşünaslıqda xüsusi yerə sahibdir, çünki bəzi mütəxəssislər, yuxarıda qeyd edildiyi kimi, udinləri alban etnosu ilə eyniləşdirirlər. Z.İ. Yampolskinin yazdığına görə, “Albaniyanın köklü əhalisi özünü uti adlandırırdı”. Belə bir fikir də var ki, alban əlifbası udin dili əsasında yaradılmışdır. İ.Q. Əliyev də utiləri Albaniyanın başlıca qəbiləsi hesab edirdi. V.L.Qukasyan isə bildirmişdir ki, “uti-udinlər Qafqaz Albaniyasının tayfa ittifaqına daxil idilər və burada aparıcı rola sahib idilər.” (55.143).

Bu fikirlərlə razılaşmayan və haqlı olaraq, Albaniyanın aparıcı etnosunun albanlar olduğunu və albanlarla udinlərin eyni dildə danışmadıqlarını bildirən (55.  143), alban əlifbasının da udin dili əsasında deyil, qıpçaq-qarqarların dili əsasında yaradıldığını çoxsaylı mənbələrlə isbat edən (55.77-82) Qiyasəddin Qeybullayev qeyd edir ki, Albaniyadakı utilərin mənşəyi hələlik tam müəyyənləşdirilməmişdir:

“Ən başdan qeyd edək ki, ədəbiyyatda yanlış olaraq, Strabonun “Uti”si, Ptolomeyin cənubdakı, Atropatena ərazisindəki “Otiena”sı, qədim erməni mənbələrinin Kür-Araz hövzəsində qeydə aldığı “Uti” və Ermənistanda, Sevan (Göyçə gölü) bölgəsindəki Uti vilayəti eyniləşdirilmişdir və bu üzdən də qarmaqarışıqlıq yaranmışdır.” (55.143).  

Udinlərin mənşəyi ilə bağlı ən düzgün fikri L.M.Meliksetbekov irəli sürmüşdür. O, udinlərin Albaniyaya qədim Urartu mənbələrində Uduri-Etiuni kimi qeyd edilən, Ağrı dağı yaxınlığında yerləşmiş Niq bölgəsindən gəldiklərini göstərmişdir (145).  O, haqlı olaraq göstərmişdir ki, bu etiunlar-udinlər ilk öncə Kür çayının sağ sahilinə, Ptolomeyin “Niqa” adlandırdığı Alazan-İberiya vadisinə  gəlmiş, oradan Kürün sol sahilinə keçmiş və özləri ilə birlikdə sonralar “Nic” (Qəbələ rayonu) şəkli alan “Niq” toponimini də gətirmişlər.

Meliksetbekovun bu fikri ilə razılaşan Qiyasəddin Qeybullayev Ptolomeyin Kür sahilindəki bir vilayəti “Toten vilayəti” adlandırdığını xatırladır, “Toten” toponiminin “Oten” (Udin) toponiminin bir qədər təhrifə uğramış forması olduğunu qeyd etir, utilərə gəlincə isə, Herodot və Starbona və çağdaş alimərin əsərlərinə istinadən yazır ki, onlar Albaniya ərazisinə cənubdan gəlmişdilər (55. 145).

Deməli, utilər qədim mixi yazıların qeydə aldqqları utu/itulardır ki, sonrakı dövrlərdə Musa Kağankatlı onların “Uti” adlanan vilayətdə (Bərdə və ətrafı) yerləşdiklərini yazmışdır (66.51-52). Etiun/udinlər isə qədim Urartu ərazisindən köçərək Musa Kağankatlının “Udin” adlandırdığı bölgədə (Qəbələ-Oğuz bölgəsi) məskən salmışlar və bugünə qədər həmin bölgədə yaşayırlar. Maraqlıdır ki, qafqazdilli udinlərin ilk vətənləri olmuş Urartu əhalisi də qafqazdilli idi.

Elm aləmində “Vll əsr erməni coğrafiyası”  kimi tanınan əsərdə Uti vilayətinin coğrafiyası baxımından çox önəmli bir məlumat bulunmaqdadır. Sözügedən əsərdə Arsax (Qarabağ) və Kür çayı arasındakı 7 alban vilayəti içərisində Uti vilayətinin də adı çəkilməkdə, Partav (Bərdə) şəhərinin bu vilayətdə yerləşdiyi qeyd edilməkdə, bu vilayətlərdən birinin Uti ilə həmsərhəd  Şakaşen (Sakasena, saklar ölkəsi) olduğu göstərilməkdədir (146.51).

Yuxarıda söylənilənlərdən çıxan və bizim üçün böyük önəm daşıyan nəticə budur: Udin və Uti qədim Albaniyanın fərqli bölgələri, udinlər və utilər isə fərqli etnosları olmuşlar. Utilər Uti vilayətinndə saklarla (Sakasena ilə) qonşuluqda  yaşamışlar və Bərdə şəhəri (Partav) bu vilayətdə yerləşirdi. Bu vəziyyət Vll əsrdə qeydə alınmışdır. Həmin dövrdə albanlar aparıcı mövqedə idilər və bu üzdən də həm saklar, həm də utilər Albaniyanın digər soy və boyları kimi öz xüsusi adları ilə yanaşı, ümumiləşdirici “alban” adı ilə də tanınırdılar. Herodotun yazdıqlarından isə belə məlum olur ki, 1200 il öncə, yəni e.ə. V əsrdə də utilər eyni bölgədə yaşamışlar. Tarixin atası onların Araz çayı yaxınlarında yaşadıqlarını yazmışdır (55.143).

Adların oxşarlığı üzündən həm əski, həm də çağdaş müəlliflər çox vaxt utilərlə udinləri qarışıq salmışlar. Gerçək isə budur ki, qafqazdilli udinlər adlarını bu günə qədər qoruyub saxladıqları kimi, türkdilli utilər də bu yaxın zamanlara qədər öz adları ilə (udulu) Şahsevən tayfalarının bir qolu kimi yaşamaqda davam etmiş və öz adlarını Şamaxı və Dəvəci rayonlarında mövcud olan və əhalisi Azərbaycan türkcəsində danışan Udulu kəndlərinin adında həkk etdirmişlər. Eyni türk xalqının adına “uduit” (udu+”it” cəm şəkilçisi, yəni udular) Fəzlullah Rəşidəddində də rast gəlinməkdədir (55.150).

Gördüyümüz kimi, utilərlə udinlər, eləcə də kutilr ayrı-ayrı xalqlar olmuşlar və bu üzdən də kutilərin udinlərl eyniləşdirilməsi heç bir mntiqə sığmır.

Kutilərin türklüyünə zərrə qədər də şübhə etməyən və şumer-türk paralellərini kutilərin İkiçayarası üzərindəki 1 əsrə yaxın hakimiyyəti dövrünün yadigarı sayan Firidun Ağasıoğlu haqlı olaraq yazır:

“Eyni sözləri  türk-şumer paralelləri haqqında da demək olar. Belə ki, bu dillərdə ayrı-ayrı qrammatik və leksik paralellərin ortaya çıxmasını m.ö. lV-ll minilliklərdə şumerlərlə kontaktda olmuş subar, kəngər, quti və turuk boylarının dili ilə izah etmək mümkündür…”şumer-türk əlaqəsini də “dil ittifaqı” hesab etmək olar.

Türk dillərinin başqa sistemli  dillərlə müqayisəsi göstərir ki, türk etnosu ilk çağlarda şumer, dravid, hat dilləri, sonra sami, hind-avropa və qafqazdilli xalqların əhatəsində olmuşdur. Doğu və quzey-doğu istiqamətlərəmiqrasiya edən türk boyları da çin, monqol  və ural dilləri ilə kontaktda olmuşlar. Türkologiya elminin çıxılmaz dalana girməsi məhz yanlış bilgi üzərində qurulan qondarma “Altay nəzəriyyəsi” ilə bağlıdır. nəzərə almaq lazımdır ki, Türk etnosu Ön Asiyada yaranmışdır, m.ö. lV və ll minillərin ortalarında iki böyük köçlə türklər doğu və quzey yönlərə miqrasiya etmişlər.Bunu antropoloji, arxeoloji, mifoloji və dil faktoru da təsdiq edir. Protoazər türkləri (Azərbaycan protürkləri) isə ilkin  Ata-yurdda qalmışlar.” (7.211).

Şumerlər kimdir?

Tədqiqatçılar ilk dəfə “şumer”ifadəsinə Aşşur hökmdarı Aşşurbanipal dövrünə aid mixi yazıları araşdırakən rast gəlmişlər.Əslində bu kəlmə “sumer”şəklində qeyd edilmişdir.Lakin termin rus elmi ədəbiyyatına nədənsə “şumer” şəklində daxil olmuş,azərbaycan elmi ədəbiyyatına da beləcə daxil olmuş-dur.Aşşur hökmdarının mirzəsi “gizli şumer sənədləri haqqında məlumat vermiş, sonralar Fərat çayının aşağı axarında aparılmış qazıntılar nəticəsində üzə çıxan və Aşşur-Babil mədəniyyətindən də qədim olan mədəniyyətə “şumer mədəniyyəti”adı verilmişdir.Alimlərin şumer adlandırdıqları xalq isə özünü “kenqir” və ya “kəngər”adlandırmış, qonşuları isə onlara “qarabaşlar” və ya “qarapapaqlar” demişlər.

             Tarix elmləri doktoru,mərhum Yusif Yusifov şumerlərin daşıdığı və qonşuları tərəfindən onlara şamil edilmiş bütün adlara sonrakı minilliklərdə də türk soy və boyları içərisində rast gəlindiyini xüsusi qeyd etmişdir.                                                           

             Şumerlər Messopatamiyanın,yəni İkiçayarasının adı elmə məlum ən qədim xalqı idi.Onlar bu əraziyə kənardan gəlmişdilər.Belə hesab edilir ki,eramızdan əvvəl 4-cü minilliyə aid edilən əl-Übeyd,eradan əvvəl 3000-2800-ci illərə təsadüf edən Uruk və eradan əvvəl 2800-2600-ci illəri əhatə edən Cömdət-Nəsr mədəniyyətləri bu xalq tərəfindən yaradılmışdır.

Ayrı-ayrı alimlər şumerlərin Messopatamiyaya,başqa sözlə, İkiçayarasına Anadoludan,Şərqi Qafqazdan,yəni şimali Azərbaycandan,Cənubi Azərbaycandakı

Urmiya gölü sahillərindən,eləcə də Cənubi Türkmənistandan köçüb gəldikləri baraədə fikirlər irəli sürmüşlər.Bu da təbiidir.Cünki alimlər həm Anadolu,həm Azərbaycan, həm də Cənubi Türkmənistan ərazilərində şumer mədəniyyəti ilə üst-üstə düşən mədəniyyətin izlərinə rast gəlmişlər.

Şumer mədəniyyətiniən görkəmli tədqiqatçılarından biri,tanınmış arxeolq samuel Kramer özünün “Tarix Şumerdən başlayır” adlı kitabında şumerlərin İkiçayarasına Cənubi Azərbaycanda yerləşən Urmiya gölü sahillərindən köçdüyünü,bunun eradan əvvəl 4 –cü minillikdə baş verdiyini yazmaqdadır.

             Məşhur norveçli səyyah və alim Tur Heyerdal da Qobustandakı gəmi təs-virlərini tədqiq etdikdən sonra şumerlərin Messopatamiyaya buradan köçüb getdiklərini bildirmişdir. Nəsir Rzayev yazır:

            “Qədim mədəniyyət və incəsənətimizdə şumer izlərinə həm Cənubi,həm də Şimali Azərbaycanda rast gəlinir.Bu izlər qədim azərbaycanlıların şumerlərlə qaynayıb qarışmasının,etnik yaxınlığının bir əlaməti kimi də çox maraqlıdır.Bu etnik yaxınlığın digər bir göstəricicsi Aydın Məmmədov və digər dilçilərimizin dilimizdə üzə çıxardıqları şumer dili paralelləridir.Bu dil qohumluğu həm qədim,həm də uzun tarixi bir prosesin nəticəsidir.

            Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığından,qan qohumluğundan xəbər verən bir çox maddi mədəniyyət,incəsənət abidələri içərisində Qobustanın günəş gəmiləri xüsusi yer tutur.

            1981-ci ildə məşhur səyyah və alim Tur Heyerdal və onu müşayiət edən SSRİ Elmlər Akademiyasının Etnoqrafiya institutunun baş elmi işçisi Henrix Anoxin Qobustan petroqliflərinə baxmış,eramızdan əvvəl 3-cü minilliyə aid günəş gəmilərinin təsvirlərində qədim şumer mədəniyyətinin izini görmüşlər.”(8.67).

           Qədim şumer yazılı abidələrindən belə məlum olur ki,Messopatamiyaya köçən və burada öz dövlətlərini quran şumerlərin ilk hakim sülaləsi Kiş sülaləsi,ilk şəhərləri də Kiş şəhəri olmuşdur.Buradakı “Kiş”adının Şəki rayonu ərazisindəki Kiş çayı və Kiş kəndinin adı ilə üst-üstə düşməsi heç də təsadüfi deyildir.Görünür,qədim şumerlər Azərbaycandan İkiçayarasına köçərkən əski yurdlarının adlarını da özləri ilə aparmışlar.Məlumat üçün bildirək ki,eyni adlı çay Naxçıvanın Şərur rayonu ərazisində də vardır.

            Allah –Təalanın Həzrət Musa əleyhissəlama və onun vasitəsilə İsrail oğullarına endirdiyi müqəddəs “Tövrat”da Nuh tufanından,Həzrət Nuh əleyhis-səlamın oğulları və onların soyları barədə məlumat verildikdən sonra tufandan sağ çıxmış insanların soylarından yaranan xalqın Şumer ölkəsinə köçməsindən də bəhs edilir. Köçənlərin Şərq ölkəsindən köçdükləri bildirilir:

            “Yer üzndə bir dil və bir ləhcə var idi.Nuh övladları Şərqdən hərəkətə keçərək Şumer ölkəsində düzənlik bir yer tapdılar.”(65. l.X.l).

             Gördüyümüz kimi, Tövratda şumerlrin Şumer ölkəsinə Şərq ölkəsindən gəldiyi bildirilir.Qədim və orta əsrlər yəhudi və xristian abidələrində,o cümlədən Musa Kağankatlının “Alban tarixi”kitabında “Şərq ölkəsi” deyilərkən şimali Azərbaycan ərazisi nəzərdə tutulur.                                                        

            Musa Kağankatlı eyni zamanda Şəkidəki Kiş kəndinin Şərq ölkəsində olduğunu qeyd edərək yazır:

            “Müqəddəs patrik Kişə gəlir,burada kilsə tikir və qansız qurban verir.Bu yer Şərqin bütün kilsə və şəhərlərinin başlanğıcıdır…” (66.18).

Musa Kağankatlının qədim yəhudi və xristian mənbələrinə istinadən verdiyi bir məlumat da çox maraqlıdır.Onun yazdığından belə aydın olur ki,qədim Çol,yəni Dərbənd şəhəri də Şərq ölkəsinə daxil olmuşdur.Deməli,şumerlər İkicayarasına,başqa sözlə Messopatamiyaya Şərq ölkəsindəki,yəni Azərbaycandakı Kiş çayı hövzəsindən köçmüşdülər.

Əski şumer mənbələrinin yazdığına görə, Kiş sülaləsinin və Şumer dövlətinin ilk hökmdarı Etana olmuşdur.Bu adın bir türk adı olduğu,Anadolunun bir parçasında bir müddət bəylik etmiş türk sülalələrdən birinin Eretana oğulları

adlandığı məlumdur.Qədim şumerlr Etana ilə bağlı bir dastan da qoşmuşdular və bu dastanın süjeti Azərbaycanda çox məşhur olan Məlikməmməd nağılının süjeti ilə ağlasığmaz dərəcədə üst-üstə düşür.Dastanda əbədi həyat çiçəyini tapmaq qərarına gələn Etana şah tanrıların məsləhəti ilə yola çıxır və bir quyuya düşür.O orada balaları qartal tərəfindən yeyilmiş ilanın həmin qartalla döyüşünün şahidi olur və ilanı öldürür. Etana qartalın belinə minib göyə qalxır.Göyə qalxanda Etana ilə qartal arasında dialoq baş verir. Quş qəhrəmana yerə baxmağı və onun nəyə oxşadığını təsvir etməyi təklif edir.Etana yeri öncə xəlbirlə,sonra çörəklə müqayisə edir.

             Dastanın yazıldığı gil lövhə qırıldığından onun ardı məlum deyil.Lakin elə bu qədər də söhbətin “Məlikməmmədin” şumer variantından,daha dəqiq desək,prototipindən getdiyinə heç bir şübhə oyatmır.Beləki,bizim qəhrəman da əbədi həyat çiçəyi axtaran Etana kimi,cavanlaşdırıcı almanın dalınca gedir.O da quyuya düşür.O da əjdaha ilə zümrüd quşunun konfliktinin şahidi olur.O da əjdahanı öldürür və quşun belində uçur.Ona da quş yerə baxmağı və nə gördüyünü söyləməyi təklif edir.Məlikməmməd də eynən Etananın verdiyi cavabı verir.                                                                  

            “Bibliya təpələri” kitabının müəllifi,qədim Şərq tarixinin böyük bilicisi Erix Tseren vaxtilə yazmışdır:

             “Alimlərin çoxu şumer dilini türk dili saymış və bu gün də saymaqda davam edirlər.”(43.193).

              Şumer və türk dillərinin qohumluğu müddəasını ilk dəfə irəli sürənlər görkəmli dilçi alimlər Hommel və Qroznı olmuşlar.Sonralar bu fikir Əhməd Ca-vad, Naili Boratav və başqaları tərəfindən daha da inkişaf etdirilmişdir.Bu iş sonrakı dövrlərdə də davam edirilmişdir və bu sahədə görkəmli Azərbaycan dilçisi Aydın Məmmədov və tanınmış qazax alimi Amanjolov, məşhur qazax şairi Oljas Süleymenov, araçay-balkar alimi Miziyev,türkiyəli tədqiqatçı Osman Nədim Tuna və başqalarının əməyini xüsusi qeyd etmək lazımdır.

            Hommel və Qroznı bu dillərin genetik qohumluğu müddəasını ilk növbədə həmin dillərin hər ikisinin aqqlünativliyinə əsaslanaraq irəli sürmüşlər.Amanjolov

da bu  yolla gedərək, 20-dən artıq şumer sözünün türk sözləri ilə eyniliyini fonetik qanunauyğunluqlar əsasında  açıb göstərmişdir.

            Əhməd Cavad,Naili Boratav və Miziyev də Hommel kimi bir çox şumer-türk sözlərinin qarşılıqlı müqayisəsini vermiş və bu dillərin genetik qohum olduqları versiyasını müdafiə etmişlər.Osman Nədim Tuna şumer və türk dillərinin tarixi əlaqəsinə həsr etdiy əsərində 170-ə qədər şumer kəlməsini türk kəlməsi ilə tutuşdurmuş və linqvistik qanunauyğunluqlar əsasında şumer-türk leksik uyğunluqlarını müəyyən etmişdir.Alim fonetik səs əvəzlənməsi prinsipinə istinad edərək belə nəticəyə gəlmişdir ki,şumer dilində həm qərbi,həm də şərqi türk ləhcə və şivələrinin ünsürlərinə rast gəlinir. Əhməd Cavad yazmışdır:

            “Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir.Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Vulli  şumerlərin morfoloji cəhətdən əski türkcəyə bənzər bir dildə danışdığını qəbul edir: Şumerlərin türk olduğu məsələsinin çoxlu sübutu var.Bizi bu qənaətə gətirən ən güclü sübut ikidir: 1)Dil sübutu; 2)Geoloji və arxeoloji sübut.”  (44.58-59).                                                                   

Dmitri Rederin sözlərinə görə, Şumerlərin dili ayrıca bir dildir. Bizə məlum olan dillərlə onu bağlamaq hələlik əsaslı və mübahisəsiz nəticələr verməmişdir. Yalnız onu qəti demək olar ki, o,iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər.(45.15).

                Qulo Vinkler isə bildirmişdir:

“Bizə gəlib çatmış şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də,dünyada ən qədim mədəni dil olan şumer dilinin ümumi xarakteri barədə kifayət qədər bizdə təsəvvür yaranıb.Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və sami dillərinin quruluşundan tamamilə fərqlənir.” (46.6-7).                                                                                                                                                                         

Filoloq alim Elməddin Əlibəyzadə deyir:

            “Məşhur Amerika şumerşünası Samuel Kramer şumerlərə həsr etdiyi kitabını belə adlandırıb: “Tarix Şumerdən başlayır.” Kitabın ayrı-ayrı fəsil və bölmələri bu məntiqi davam edir: “İlk məktəblər”,İlk ikipalatalı Parlament”, “İlk

tarixçi”, “Heyvanlar haqqında ilk təmsillər”, “İlk ədəbi mübahisələr”, “Bəşəriyyətin ilk qəhrəmanlıq əsəri”,  “İlk matəm nəğmələri”, “İlk ədəbi əxzetmə”, “İlk məhəbbət nəğməsi”, “İlk kitabxana kataloqu” və sairə.Hər şeyin ilki,hər şeyin çıxış nöqtəsi,yəni tarixin başlanğıcı.

           Kitabda zəngin mətnlər , yazılar əsasında təsdiq edilir və göstərilir ki,miladdan öncə ən azı 3 min il əvvəlki qədim Şumerdə güclü mədəniy-yət,elm,ədəbi ənənə  olmuşdur.Şumerdə məktəblər,sistemli oxu mətnləri,sabit dərsliklər,müəllimlər,mirzələr,xəttatlar var idi. Şumerdə zəngin kitabxana və orada gil lövhələrdən ibarət  kitablar,yüzlərcə müxtəlif növ kitablar,elmi əsəsrlər vardı.Rəsm və şumer dili müəllimləri fəaliyyət göstərirdi,yaxşı işlənmiş qrammatika kitablarından istifadə edilirdi.Elmin ayrı-ayrı sahələrinə aid dərs vəsaitləri,proqramlar yaradılmışdı və sairə.” (47.61-62).                                            

          Tanınmış qazax ədibi və tədqiqatçısı Oljas Süleymenov belə hesab edir ki,qədim mixi yazılarda qeyri-dəqiq ifadə olunmuş şumer vokal sisteminin bərpası məsələsində müasir türk dili materialı ilə müqayisənin böyük əhəmiyyəti vardır. Onun fikrincə,bu halda  U-Ü və A-Ə qarşıdurması nəzəri cəlb edir.

Oljas Süleymenov şumer cingiltili samitlərinin bir qayda olaraq türk kar sa-mitlərinə uyğun gəldiyini söyləyir və fikrini aşağıdakı nümunələrlə əsaslandırır:

          Şumercə                                   Türkcə

           ———————————————–

          DİNGİR                                   TENQRİ (TANRI)

          UD                                           UT (OD)                                                     

          UDUN                                      UTUN (ODUN)

          ADA                                         ATA

          DİRİQ                                       TERİK (DƏRİN)

          TAQ                                          TAK (TƏK)

          ————————————————-

 

          “Məsələn,şumerlər Tanrıya “Dinqir” dedikləri halda əski türk dilində bu kəlmə “Tenqri” formasında qeydə alınmışdır. Əski türk mənbələrində “od” kəlməsi “ut”şəklində yazıldığı halda, şumer mətnlərində eyni kəlmə “ud”kimi yazılmışdır. Şumercədəki “D” cingiltili səsinə əski türkcədəki “T” kar samitinin uyğun gəlməsini dərin mənasında olan “diriq-terik”qarşıdurmasında da müşahidə edə bilərik. Bu halda “Q-K” qarşıdurması da diqqəti çəkir.Eyni hal  “taq-tak” münasibətlərində də özünü göstərir.”(48.207-208).

Şumer dilinin morfologiyasından söhbət açan Oljas Süleymenov  həmin dilin morfologiyasına istinadən “məsdər +k =isim”türk sözdüzəldici sxeminin qədimliyi haqqında fikir söyləyərək  maraqlı nəticələrə gəlmişdir:

                                                    

            Şumercə                                   Türkcə

           —————————————————

           URU                                          QURmaq,QURUluş

           URUQ                                       QURĞU,tikili,şəhər

           YÜZÜ                                       ÜZmək

           YÜZÜK                                     ÜZGÜ,ÜZən,su quşu

           EŞTİ                                          EŞİTmək

           QEŞTUQ                                  qulaq

            TURU                                       DİRİ olmaq

            TURUQ                                    DİRİLİK,həyat    (48.207-208).     

            —————————————————-

 

Şumercə “uru” türkcədəki “qur” feli ilə üst-üstə düşür. Şumer dilində bu felə “q” sözdüzəldici şəkilçisi artırmaqla feldən isim düzəldilmişdir.Nəticədə  yeni “uruq”kəlməsi  yaranmışdır ki,bu kəlmə dilimizdəki “qurğu” kəlməsinə uyğundur və tikili,şəhər mənalarını da ifadə edir.Eyni yolla,yəni “k” və ya “q” sözdüzəldici

şəkilçisinin  artırılması ilə üz, üzmək mənasında olan “yüzü” felindən  üzgü, üzgüçü vəya da su quşu mənalarını verən “yüzük” kəlməsi törəmişdir.

Bu sözlərdən göründüyü kimi ortada.5 min illik bir fasilə olsa da şumer dilinin sözləri ilə bugünkü dilimizin sözləri arasında fərq o qədər də böyük deyildir.Feldən isim düzəldilməsi mexanizmi də,bu zaman işlədilən sözdüzəldici şəkilçilər də eynidir.

Elməddin Əlibəyzadə yazır:

             “Artıq 19-cu əsridən dünya tarixində yeni bir elm sahəsi-Şumeşünaslıq yaranıb və inkişaf etməkdədir.Dünyanın bi çox görkəmli şumerşünas alimləri yetişib və fəaliyyət gösərir. Bu sahədə qarşıya çıxan ilk problem şumerlərin kimliyi,hansı müasir xalqların əcdadları olması problemidir. Problem ətrafında çoxlu mübahisəli fikir və mülahizələr də söylənib və söylənilir.Bu,təbiidir;lakin bir həqiqət gün kimi aydındır ki,əsas şumerşünasların fikir və rəyləri üst-üstə düşür, bir-birindən xəbərsiz gəldikləri nəticələr bir nöqtədə birləşir:Şumerlər dünyanın ilk sivilizasiyalı xalqıdır;şumerlər müasir türk xalqlarının əcdadlarıdır.” (47.61).                                              

           Oljas Süleymenovun araşdırmalarından belə məlum olmuşdur ki, şumer dilində  türk dilinə xas olan nümunəvi “imperativ + en və ya an şəkilçisi =keçmiş zaman feli sifəti “ sxemi də mövcud olmuşdur.Bu isə ümümi sintaktik quruluşdan xəbər verməkdədir.Ümumi cəhətlərdən biri də şumer dilində rastlanan “ra” yönlük hal şəkilçisinin Orxon-Yenisey  kitabələrində hələ məhsuldar şəkilçi kimi çıxış et-məsidir.Eyni şəkilçi bu gün də dilimizdə işlənir.Məsələn,ora,bura…

Oljas Süleymenov 60 şumer sözünü türk sözləri ilə müqayisə edərək, hər iki dilin leksikonunun eyni bazaya malik olduğunu göstərmişdir.Özü də bu halda həmin 60 söz Dyakonovun nümunə kimi göstərdiyi 100-dən bir qədər artıq şumer sözü içərisindən seçilmişdir.Bu isə o deməkdir ki, 5 min öncəki türk dilində,yəni şümer dilində mövcud olmuş sözlərin ən azı 60 faizi  bu gün də öz yaşarlılığını sürdürməkdədir.Məsələn:

            Şumercə                                     Türkcə

           —————————————————

           AB,EB                                         EV,OBA

           EŞ                                                EŞİK

           ED                                               GET

           ZAQQİN                                     YAXIN 

           QULŞE                                        GÜLÜŞ

           ME                                               MƏN

           QAŞ                                             QUŞ

           DEŞ                                             DEŞİK

           UŞ                                                ÜÇ                                                               

           HAME                                         NƏ,NƏMƏNƏ

           EN                                                ƏN (48.195-203).

           ——————————————————-

 

Elməddin Əlibəyzadənin sözlərinə görə,Hazırda elmi ədəbiyyatda çox-çox qədim və Şumerdən əzəli olan Kür-Araz mədəniyyətindən söz açılır.Kür-Araz mədəniyyəti,onun daha qədimliyi, inkişafı.əhatə dairəsi barədə tədqiqatlar aparılır,fikir və mülahizələr söylənilir. Azərbaycanın Kürlə Araz qoynuna sığınmış Qarabağında,bu ana torpağın dağlı – düzənli yerlərində miladdan öncə çox qədim mədəniyyətin nişanələri olan çoxsaylı kurqanlar məhz bu mədəniyyətin canlı yadigarları deyilmi? Bunlar bizim şumer-türk əcdadlarımızın məskəni, ocaqlarıdır.

             Görkəmli dilçi alimimiz Aydın Məmmədov yazmışdır:       

            “…Şumer dili ilə türk dillərinin tarixi əlaqəsinin mahiyyətini daha aydın duymaq üçün ilk növbədə bu dilləri müqayisə etmək və onları yaxınlaşdıran fonetik,leksik, və qrammatik eyniyyətlər bir tərəfdən Şumer dilinin genetik mənşəyini daha obyektiv şəkildə öyrənməyə şərait yaradırsa,digər tərəfdən də türk dillərinə məxsus sözləin tərkibində daşlaşmış bəzi köklərin arxetiplərini bərpa etməyə tutarlı əsas verir.” (49.5).

Aydın Məmmədov özünün “Şumer-Türk leksik paralelləri” adlı məqaləsində dillərin yaxınlıq səviyyəsini müəyyənləşdirməkdə leksik qatın əvəzsiz rol oynadığını nəzərə alaraq, şumer dili ilə türk dillərinin genetik bağlılığını sübut edən 120 leksik paraleli misal gətirmişdir.Məsələn:

        Şumercə                               Türkcə

           ——————————————–

            UZU                                     OZAN

            UD                                        ÖD (zaman)

            UŞ                                         US, HUŞ (ağıl)

            UŞ                                         UŞAQ

            İZİ                                         İSTİ

            ARA                                      ARA (orta)

            KAŞ                                      QAÇ(maq)                                                     

            AŞTAR                                 AÇAR

            E                                            DE

            UMA                                     UMMAQ

            DURU                                   DURU

            BAR                                      BARDAQ

            PA                                         BAĞIR(maq)

         PA                                         BAĞ(lamaq)

            SA                                         SÖZ

            DE                                         DEMƏK                                                                  

            BE                                         BƏY

            BADARA                             BAYRAQ

            SA                                         SAĞ

            SAA                                      SAP (kəndir)

            QUM                                     QUM

            SU                                         SU

            Mİ                                         MƏMƏŞ (49.5-6).

            —————————————————

 

        Maraqlıdırki,Aydın Məmmədovun müqayisəyə çəkdiyi sözlərin, bir neçəsi istisna olmaqla, heç biri Oljas Süleymenovun 60  sözü ilə üst-üstə düşmür.Yəni bu halda tamam başqa sözlər müqayisəyə çəkilmişdir.Bu deyilənlərlə kifayətlənməyən alim “Türk dillərində ilkin köklərin bərpasının nəzəri məsələləri” adlı digər məqaləsində müqayisələrdə daha da dərinə getmiş,bu dəfə ayrı-ayrı türk ləhcə və şivələrində rast gəlinən sözləri deyil,ümumtürk mahiyyəti daşıyan sözləri bütün semantik yuvalarına görə müqayisə etmiş və hər iki dilin genetik qohumluğunu təkzibolunmaz bir şəkildə ortaya qoymuşdur. Daha sonra prototürklərin,yəni əcdad türklərin Ön Asiyada təşəkkül tapdığı və oradan Avrasiyanın geniş ərazilərinə yayıldığı fikrini ifadə edən alim Azərbaycanın da həmin təşəkkül zonası ilə bağlı olduğunu qeyd etmişdir.

          Şumer-türk  paralellərinin  və bu paralellər əsasında genetik qohumluq əlaqələrinin üzə çıxarılması sahəsində professor Tofiq Hacıyevin əməyi də yüksək qiymətləndirilməlidir.İstər fonetika,istər leksika,istər morfologiya və istərsə də sintaktik quruluş baxımından böyük maraq doğuran paralelləri üzə çıxaran alim müqayisə edilən dil materiallarının fonetik qanunauyğunluqları barədə deyir:

           “Şumercədə bəzi mütəxəssislər 4,bəziləri 6 sait qəbul edirlər.18 samit qeydə alınmışdır.Bunlar müasir türk dilinin sait-samit sisteminə uyğun deyildir,ancaq həmin səslərin hamısı türk dilində var.Əlbəttə,bu, tipoloji uyğunluqdur və kök sözlərdə,iki heca həcmində yalnız eyni sait çıxış edir.Bu,ahəng qanununun ardıcıl

izlənməsi deməkdir.Bu prinsip yalnız alınma sözlərdə pozulur.Samitlərin inkişafında,əvəzlənməsində də uyğunluq nəzərə çarpır. Köhnə və yeni şumercədəki

p-b, t-d-z, s-z, s-ş və sairə səs uyğunluqları türk dillərində də mövcuddur.Hətta müvafiq səs uyğunluqlarını tutuşdurmaqla bir çox şumer və türk sözləri arasında etimoloji əlaqə alınır.Məsələn,şumercə də Tuş və suş,yəni düşmək,oturmaq,türkcə-də tüş və düş.Burada əlaqə birbaşa görünür.Şumer dilində sipa,yəni çoban kəlməsini götürək.Həm şumercədə,həm də türkcədə s-ç və p-b samit uyğunluqlarını qəbul etdikdə sipa- çoban əlaqəsi təbiiləşir.

            Bu dillər arasında bir sıra maraqlı fonetik-morfoloji uyğunluqlar da müşahidə edilir.Şumer dilindəki “tibira”,yəni misgər sözü türk dillərindəki “təmir”,“dəmir” sözü ilə bir kökdəndir.Buradakı “t” səsi qeyri-sabitdir.Eyni hal səma ,göy mənasını verən “an” kəlməsində də görünür.Bu sözə “t” səsini artır-maqla göy anlamına gələn “tan” sözü alınır.” (50.22-23).                                                        

Mütəxəssislərin bir çoxunun qeyd etdiyi kimi,eləcə də Qobustandakı şumer gəmi təsvirlərinin və Ağstafa rayonu ərazisindəki arxeoloji tapıntıların da sübut etdiyi kimi,qədim şumerlər bugünkü İraq ərazisinə məhz Azərbaycandan köçmüşdülər.Bunu Gəmiqayadakı araba təsvirləri də sübut edir.

Alimlər təkəri və arabanı şumerlərin kəşf etdiklərini bildirməkdə-dirlər.Gəmiqayadan tapılan bu rəsm sözügedən kəşfin Azərbaycan ərazisində edildiyini,şümerlərin də bu sahədə bilikləri İkiçayarasına Azərbaycandan apardıqlarını söyləməyə əsas verir.                                                           

          “Oğuznamə”nin verdiyi bir məlumatdan belə aydın olur ki,arabnın kəşfi məhz türk-oğuz mühitində baş vermişdir:

          “Vuruşdan sonra Oğuz Kağanın ordusuna,əsgərlərinə,el-gününə o qədər çox qənimət düşdü ki,yükləyib daşımağa at,qatır,öküz azlıq etdi.Oğuz Kağanın ordusunda təcrübəli,usta bir kişi vardı.Onun adı Barmaqluq Cosun Bilik idi.Bu usta bir araba qayırdı.Arabanın üstünə cansız qənimətləri qoydu,canlı qənimətləri arabaya qoşdu.Dartdılar,getdilər.Əsgərlər,el-gün bunu görüb mat qaldı.Arabalar düzəltdilər.Kanğa,kanğa deməklə kanğa sözü belə yarandı.Bunun üçün də onlara kanğa adını qoydular.”  (10.133-134).                                                 

         Maraqlıdır ki qədim mixi yazılarda şumerlər özlərini kəngər və kanq adlandırırlar.(7.155).Bu fakt da şumerlərin türk-oğuz mühitindən qopduqlarını və Azərbaycandan köçüb getdiklərini sübut etməkdədir.Elə bu üzdən də şumer dili və ədəbiyyatının öyrənilməsi bizim üçün böyük önəm daşıyır.Çünki bu yolla 5 min il öncəki dil və ədəbiyyatımız barədə müəyyən təsəvvür əldə etmiş oluruq.Eyni zamanda bu gün də yaşamaqda olan bəzi adət və ənənələrimizin kökləri barədə dolğun məlumat almış oluruq.

Bu gün Azərbaycanda,eləcə də digər türk ölkələrində bir kəsi yola salarkən arxasınca su atmaq adəti yaşamaqdadır.Belə hesab olunur ki,yolçunun arxasınca su atmaq yolun uğurlu olmasına kömək edir.  Şumer ədəbiyyatının şah əsəri olan “Bilqamıs”dastanında eyni adət və inancın izlərinə rast gəlinmişdir.Bu isə o deməkdir ki,yola çıxan adamın ardınca su atmaq adətinin ən azı 5 min il yaşı var:

                     “Sabunlu köklər ilə bədənini yudu o.

                     Öz qamətinə layiq gözəl paltar geydi o.

                     Sinəsinə yaraşan boyunbağı da asdı

                     Belinə qurşaq vurub,başına tac qoydu o.

                     İgidlərin ardınca bir cam təmiz su atdı.

                     Pillələrlə çıxıb o evin damına qalxdı.”   (51.32)   

               Məlum olduğu kimi, qədim türk dilində “uçmaq”feli  “ölmək” felinin si-nonimi kimi işlənmişdir. Orxon-Yenisey abidələrində bir sıra hallarda “ölmək” yerinə “uçmaq” yazılıb.Məsələn, Kül Təkin abidəsinin şərq tərəfində,16-cı sətirdə deyilir: Kanım kağan uçdukta özüm səkiz yaşta kaldım,yəni xaqan  atam öləndə səkkiz yaşımda idim.  24-cü sətirdə isə deyilir:Ecüm kağan uca bardı,yəni xaqan əmim öldü. (11.73).

Bənzər halla eyni abidənin şərq tərəfinin 30-cu sətrində,şimal tərəfinin 1-ci sətrində,eləcə də Bilgə Xaqan abidəsinin cənub tərəfinin 10-cu (11.103),qərb tərəfinin 2-ci (11.104), Moyunçur abidəsinin 12-ci (11.146) sətirlərində və sairə üzləşirik. Qeyd etmək lazımdır ki,qədim türk dilində “uçmaq” kəlməsinin bir mənası da cənnət,behişt olmuşdur.Bu kəlməyə Azərbaycan klassik ədəbiyyatında,o cümlədən Məhəmməd Füzuli və Şah İsmayıl Xətainin şerlərində sıx-sıx rast gəlinməkdədir.

İstər Orxon-Yenisey mətnlərində, istərsə də klassik Azərbaycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında işlənən “uçmaq” termini  təktan-rıçılıqdan əvvəlki mifik təsəvvürlərlə bağlıdır və bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o biri dünyadakı insanların isə quş qanadlı təsəvvür edilməsindən qaynaqlanmışdır.

           Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış “Bilqamıs” dastanında rast gəlirik. Dastanda öləcəyini yuxusunda görən Enkidunun yuxusunu Bilqamısa danışdığı səhnə deyilənlərə ən gözəl misaldır:

              “Gecə öz yatağına tənha uzanan zaman,

               Enkidunun içinə bir ağrı doldu yaman.

               O, dərdini açaraq öz dostuna söylədi,

               “Gecə yuxu görmüşəm,əziz dost,eşit,-dedi,-

               Göylər haray salırdı,nida qalxırdı yerdən,

               Onların arasında dayanmışdım təkcə mən.

               Bir də bir adam vardı,tutqun idi üz-gözü,

               Mən fırtına quşuna bənzətdim onu,düzü.

               İti caynağı vardı, qartal kimi qanadı,

               Saçımdan yapışaraq göz açmağa qoymadı.

               Onu vurdum,tullanıb tez sıçradı kənara,

               Sonra o məni vurdu, o dəm sağaldı yara.

               Sonra vəhşi öküz kimi yeriyib məni yıxdı.

              Ağır məngənə kimi başımı bərk sıxdı.

              Dedim “Məni xilas et!” Sən xilas edəmmədin,

              Onunla vuruşmağa, qorxdun, gedə bilmədin.

              O mənə toxunaraq, məni quşa çevirdi,

              Qanad taxtı çiynimə,adəti quş qanadı.

              Üzümə baxdı,baxdı, sonra məni apardı,

              İrkallanın evinə-zülmət evinə vardı.”         (51.60-61).                                                           

Folklorşünas alim B.Abdullayev yazır:

           “Qədim zamanlarda ölənin yaxın adamları saçlarını yolub onun üstünə qoyarmışlar. Saçın insanın həyatını,ömrünü təmin edən,hətta öləndən sonra onu dirildən vasitələrdən olması barədə miflər var.” (81.112).

Əbdürrəhim bəy Haqverdiyev vaxtilə yazmışdır:

            “Qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuşdur. Həmin günü camaat bir yerə toplaşardı.Bu toplaşmaya “yuq” deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi,xüsusi dəvət olunmuş yuğçular isə ikisimli qopuz çalıb,oynayardılar.Yuğçu əvvəlcə qəhrəmanın igidliyindən danışıb,onu tərifləyirdi.Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi.Toplaşanlar da hönkür-hönkür ağlayardı…Ölünü ağlamaq,cənazəsi üstündə saç yolmaq adət halını almışdı.”(82.392).

           Maraqlıdır ki,qəhrəmanın cənazəsi üstündə ağlayaraq saç yolmaq adətinin də ən azı 5 min il yaşı olduğunu söyləmək üçün əldə təkzibedilməz fakt mövcud-dur. Əlbəttə ki,söhbət “Bilqamıs dastanı”nda söylənilənlərdən gedir:

             ”   O kəslər ağlayar ki,qədim adamlar kimi

                                                       səninlə öyünərdi,      

                  O kəslər ağlayar ki,sənə öz süfrəsində

                                                bir vaxt çörək verərdi.

                  Ayağına ətir-yağ çəkən kəniz ağlayar,

                  Sənə şərab içirən qulun göz yaşı axar,

                  Canına zeytun sürtən yava qadın ağlayar,

                  Sənin məsləhətinlə özünə arvad tapıb,

                  Nigah otağına ilk qədəm basan ağlayar,

                  Qardaşların ağlayar,bacı kimi hay salar,

                  Yaslara batar tamam,nalə çəkib saç yolar!”  (51.64).

Nəsir Rzayevin yazdığına görə,Tunc və dəmir dövrü üçün xarakterik olan abidələrdən söz açarkən, dolmenlərdən də söhbət etmək lazımdaır.Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış.hər tərəfi bağlı düzbucaq qəbirlərdir.Onların üstü sal daşla örtülür.Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir.Bu qəbirlər tək,ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur.Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur.Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır:

           “Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır.Buna misal olaraq Şamaxıdakı “Dədə Günəş”pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar.Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.

           Bu pirin adı təsadüfi olaraq “Dədə Günəş” adlandırılmamışdır.Günəş Azərbaycanın ən qədim kultlarındandır.Bu kult Tunc dövründə çox böyük tərəqqi tapmışdı.”   (63.13).                                 

           Günəş kultundan söhbət düşmüşkən Qobustandakı gəmi təsvirlərini də unutmamaq lazımdır.Şumer gəmilərinin prototipi olan bu gəmilərin uclarındakı günəş təsvirləri diqqəti çəkməkdədir.Şumer mifologiyasında bu qayıqlar günəş tanrısı Utu ilə əlaqəli təsəvvür edilmişdir.Şumerlər inanıdılar ki,ölən insanlar ölülər dünyasına belə qayıqlarda yollanırdılar.Bunun üçün onlar Kur çayını keçməli idilər.Sonradan bu mifiloji təsəvvür qədim sami və yunan mifologiyalarına da keçmişdir.Onun izlərinə hətta Amerika hindularının əfsanələrində də rast gəlin-

məkdədir.Maraqlıdır ki,qədim yunan tarixçisi  Herodot iskit xaqanlarını Kür çayının yuxarı axrında kurqanlarda basdırmaq adətindən söz açmışdır.

Görünür,şumelərin bu dünya ilə o biri dünyanı bir-birindən ayıran Kur,yə-ni Kür çayı barədə,eləcə də ölüləin bu çayı günəş qayıqlarında keçməsi barədə təsəvvürləri əski vətənlərindəki real hadisənin yeni vətəndə əfsanələşdirilməsi ilə meydana gəlmişdir.Hər halda belə düşünməyə ciddi əsaslar vardır.Əvvəla,Qobus-tanın gəmi təsvirləri və Herodotun iskit xaqanlarının dəfni ilə bağlı verdiyi məlumat,eləcə də Kür çayının yuxarı axarında son Eneolit dövrünə aid Soyuqbulaq kurqanlarının aşkar edilməsi bu versiyanın ciddi bir versiya olduğunu göstərir.Deyilənlərə kurqanlaın “şüa sistemi”nə uyğun yerləşdiyini də əlavə etmək lazımdır.

             Tunc dövründə insanların dünyagörüşündə baş verən köklü dəyişikliklər Qobustanın həmin dövrə aid qayaüstü təsvirlərindən çox aydın hiss edilir.Əvvəlki dövrlərdən fərqli olaraq,bu dövrdə artıq öküz təsvirlərinə rast gəlinmir.Bu isə o deməkdir ki,onlar artıq sitayiş obyekti olmaqdan çıxmışdılar.Bunu o fakt da təsdiq edir ki,əgər Mezolit və Neolit dövrü insanlarının rasionun nümayiş etdirən heyvan sümükləri arasında öküz sümüklərinə rast gəlinmirdisə, Eneolit və ilk Tunc dövrünə aid məskənlərdən tapılan sümük qalıqları içərisində iribuynuzlu malqaraya aid sümüklərə də rast gəlinir.  Bu isə o deməkdir ki,həmin dövrlərdən etibarən öküzləri yeməyə başlamışlar.Çünki artıq onları müqəddəs varlıq hesab etmirdilər.Bir sözlə,öküz kultu yerini tədricən günəş kultuna vermişdir.                                                             

            Tunc dövründə günəş kultunun öküz kultunu üstələməyə başlamasını və hətta həmin dövrdə öküzün kəsilərək günəşə qurban verildiyini yazılı mənbələr də təsdiq etməkdədir.Bu baxımdan şumer ədəbiyyatının şah əsəri hesab edilən “Bilqamıs dastanı”nda təsvir edilən bir olay deyilənlərə ən gözəl sübutdur:                                                                       

           “ “Dostum,mən də görürəm buğada çılğınlığı,

                Bizi qorxuda bilməz onun bu azğınlığı.

                O buğanı ikimiz bir yerdə öldürərik,

                Mən onun ürəyini çıxardaram yerindən,Utuya apararam.

                Buynuzuna zeytun yağı doldurub ,Luqalbandaya çatdıraram.

                Sən onun quyruğunun yapış yoğun yerindən,

                Alnına,peysəinə xəncər vuracağam mən.”

                Enkidu hərləyərək onun dalınca qaçdı,

                Quyruğunun lap yoğun yerindən o yapışdı.

                Bilqamıs öz dostunun igidliyini gördü,

                Buğanın alnına,peysərinə xəncər vurdu.

               Gətirdilər qoydular Utunun qarşısına,

               Bir az kənarda durub,səcdə etdilər ona.”(51.51).

Nəsir Rzayevin sözlərinə görə, Tunc dövrü abidələrindən danışarkən Azərbaycanda “Çoban daşı” adı ilə məşhur olan menhirlərdən də söz açmaq lazımdır.Dağ və dağətəyi zonalarda rast gəlinən,hündürlüyü təqribən 1metr və daha çox olan və şaquli şəkildə yerə basdırı-lan bu abidələrə ancaq qəbiristanlıqlarda təsadüf edilir.Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər Tunc dövründən sonra öz əhəmiyyətinin itimişdir.Qədim qəbiristanlıqlarda cərgələrlə düzülmüş bu şaquli,yonulmamış daşlar ölülər kultu ilə əlaqədar olmuşdur.Belə güman edilir ki,hər daş ölən adamı təmsil edərək onu bu dünyada əbədi yaşadacaqmış. Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə səciyyəvi abidələrdir.Maraqlıdır ki,tədqiqatçılar belə daşlar arasında, ibtidai şəkildə olsa da, kişi və qadın heykəllərinə rast gəlmişlər. (63.12).

         Üzərində baş heykəlləri olan daşlar ilk baş daşlarıdır və dilimizdəki “başdaşı” ifadəsi həmin daşlarla bağlıdır.Bu daşların ölülərin qəbri üzərində ucaldığını “Bilqamıs dastanı” da təsdiq etməkdədir:

         “Ürəyini dinlədi,ürəyi vurmur daha,

          O,dostunun üzünü örtdü gəlin tək.

          Özü fırlanıb qartal kimi gəşt edirdi

          Elə bil ki,balası tələyə düşən şirdi,                                                     

          Qəzəblə var-gəl edib,ora-bura gedirdi.       

          Kətan kimi dartırdı,saçlarını yolurdu,

          Paltarını didib,cırıq cındır olurdu. 

          Üfüqə səda düşüb ağaranda dan yeri

          Bilqamıs ölkəsini çağırdı adbaad.

          Misgərlər,dəmirçilər,daşyonanlar gəlirdi,

          Heykəltaraşlar gəlir,daş qoyanlar gəlirdi.

          -Dostum,sənə mən elə başdaşı düzəldəcəm,

          Beləsini heç kəs dostuna düzəltməyib.

          Saçı lacivərd,altı daşdan hörüləcək,

          Üzü əhəngdən,özü altundan yonulacaq.”     (51.65).                                                        

Nəsir Rzayev bildirir::

            “Menhirlərin Azərbaycanda dəmir dövründə yaradılmış insan heykəlləri ilə müəyyən yaxınlığı vardır.

             Belə heykəllər döyüşçülərin qəbri üstünə qoyularmış.Menhirlərdə olduğu kimi,bu heykəllər də ölmüş döyüşçünün özünü təmsil edirdi. Göründüyü kimi,menhirlər ilə qədim türk heykəllərinin ideoloji əsası eynidir.Hər ikisi animistik təsəvvürə-ölümdən sonrakı əbədi həyat fəlsəfəsinə əsaslanır.”   (63.12).                                                         

Sənətşünas alim Rasim Əfəndi deyir:

             ”Azəraycanın daş plastika sənəti nümunələri içərisində daş insan fiqurları önəmli yer tutur.Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış bu monumental plastik sənət nümunələri alimlərin böyük marağına səbəb olmuşdur. Şamaxının Dərə Xınıslı və Dağ Kolanlı yaxınlığından tapılmı heykəllər üslub etibariylə bir-birinə bənzəsə də,ayrı-ayrı vəziyyətdə və ölçüdə düzəldilmiş müxtəlif tipli kişi fiqurlarını təsvir edir.Şamaxıdan tapılmış fiqurların ən böyüyünün hündürlüyü 2,23 metr,ən kiçiyinin isə 1,35 metrdir.

            1946-cı ildə Dərə Xınıslı kəndində tapılmış daş heykəl xüsusilə maraqlıdır.Yerli əhəng daşından yonulub düzəldilmiş bu heykəl ucaboylu, naməlum bir şəxsi təsvir edir.Həmin fiqur  bu ərazidə aşkar edilmiş bir neçə başqa heykəl kimi başsızdır.Baş yerinin formasından məlum olur ki,fiqurun başı sonralar hansısa səbəbdən sındırılmışdır.Fiqurun əllərinin vəziyyəti də bu ərazidə tapılan əksər heykəllərdə olduğu kimidir.Onların əksəriyyətində sol əl ürək, sağ əl isə bel tərəfdə təsvir edilmişdir.                                       

             Fiqurun bədənində geyim olduğunu bildirən xətlərin izləri  görünür.Kürə-yin yuxarı hissəsində bu ərazidən tapılan digər heykəllərdə olduğu kim dalğavari xətlər vardır ki.bu da təsvir olunan şəxsin uzun saç saxladığını göstərir.

             Tarixi mənbələrdən belə aydın olur ki.türk xalqları islamdan öncə hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyardılar.İlk orta əsrlərə aid “Veyşu”adlı Çin mənbəsindən,eləcə də Əl-Bələzuri və Əl Xarəzmi kimi müsəlman tarixçilərin əsərlərindən göründüyü kimi,bu tipli heykəllər müqəddəs sayılır və onlara sitayiş edilirdi.

             Musa Kağankatlı özünün “Alban tarixi”kitabında Azərbaycan ərazisində yaşayan soy və boyların daşdan heykəllər yonub, ona sitayiş etdiyini,onların şərə-finə hətta at,qoç,sığır qurbanları verdiklərini xüsusi qeyd edir.Musa Kağankatlının yazdığına görə, bu boylar uzun saç saxlayıb mahir ox atan idilər.”(64.10-12).

Qeyd etdiyimiz kimi,şumerlər özlərinini “kəngər” və “kanq” alandır-mışlar.Qonşuları isə onlara “qarabaş” və ya “qarapapaq” demişlər.Maraqlıdır ki,bu gün də Azərbaycanın qərb hissəsində,Qazax-Qarabağ-Naxçıvan-Maku xətti üzrə onlarca “Kəngərli”, “Kəngər” adlanan kəndlərimiz var.Görkəmli coğrafiyaşünas və etnoqraf alim Vəliyev-Baharlının yazdığına görə, qarabörklü (qarapapaq) tayfaları da kəngərlilərdən olmuşlar. (52.36).

Tanınmış şərqşünas alim Süleyman Əliyarov “kanqlı” və “kəngər” etnonimlərinin sinonim olduğunu bildirmişdir.Görünür,elə bu səbəbdən də şumer mixi yazılarında “kəngər”adı əvəzinə bəzən “kanq” adı işlənmişdir.Bu etnonim sonuncu dəfə mixi yazılarda eramızdan əvvəl 2-ci minillikdə yad edilmiş,bundan sonra mixi yazılarda kəngərlər barədə heç bir məlumata rast gəlinməmişdir.Lakin eradan əvvəl  5-ci əsrdə qələmə alındığı məlum olan “Avesta”da “kanqlı etnonimi ilə yenidən üzləşirik ki,həmin kitabda bu etnonim turanlıların,yəni türklərin sinonimi kimi işlənir. (53.141).

                   Eramızdan əvvəl  3-2-ci minilliklərə aid mənbələr kəngərlərlə suvar-ların qonşuluqda yaşadıqlarını bildirməkdədir.Həmin qaynaqlardan belə bəlli olur ki,kəngərlər İkiçayarasının cənubunda,suvarlar isə şimalında yaşamışlar                                                                  (7.150). Maraqlıdır ki,1-2-ci əsrlərə aid mənbələr də bu iki türk boyunun qonşuluqda,fəqət əvvəlki yurdlarından bir xeyli aralıda, Xəzər dənizi sahillərində yaşadıqlarını qeyd etməkdədir.Söhbət Ptolomeyin qeydlərindən gedir.O bu iki xalqın Xəzər sahilində, Qafqaz dağlarından Dərbəndə kimi uzanan geniş sahədə yaşadıqlarını yazmışdır. (53.141)

Orta əsr mənbələri kəngərləri oğuzlarla birlikdə yad etməkdədir.Mə-sələn,10-cu əsr salnaməçisi  Konstantin Baqryanorodnıy oğuz tayfalarından olan beçeneklərin bir hissəsinin Kanqar,yəni kəngər adlandığını bidirməkdədir.(54.159). Qiyasəddin Qeybullayevin yazdığına görə, kanqlı tayfasının oğuz-Səlcuq birləşmələrində yer aldığını qeyd edilmişdir (55.103). Moravçikin də fikrincə, oğuz-beçenek tayfasının bir qismi kanqlı adlanmışdır (56.145).

Tarixi mənbələr kəngərlilərin adını Azərbaycanla bağlamaq ənənəsi ba-xımından  çox genişdir.Məsələn,orta əsrlərə aid erməni tarixçilərinin verdiyi məlumatlardan belə məlum olur ki,kəngərlər Qərbi Azərbaycandakı Kəngər dağlarında,eləcə də Albaniya ,yəni Şimalı Azərbaycan ərazisindəkə kəngərlər ölkəsində yaşamışlar (55.102). Erməni mənbələrinin birində deyilir ki,482–ci ildə erməni və iber ordusu Kəngərlər ölkəsində fars ordusu ilə müharibəyə girişmişdilər. “7-ci əsr erməni coğrafiyası”ndan belə məlum olur ki,Göyçə gölündən şimala yrləşən torpaqlar Kəngərlər ölkəsi adlanmışdır (57.304).

Tarixi mənbələr 18-ci əsrdə kəngərlilərin bir hissəsinin Gürcüstan ərazisindən Qarabağa köçdüyünü qeyd edir.Naxçıvan ərazisindəki kəngərlilərdən 6-cı əsrə aid bir anonim Suriya mənbəyi sönbət açmaqdadır (55.102).

Rəşid Göyüşov deyir:

           “Eneolit dövrünün dini dünyagörüşünü öyrənmək baxımından Əliköməktə-pədə tapılan dairəvi otağın böyük əhəmiyyəti var. Otağın divarları gillə suvanmış,

üstündən isə ağ gillə şirələnmişdir.Hamar divarda həndəsi xarakterli naxışlar çəkilmişdir.Bu bina çox güman ki,ovsun mərasimlərinin keçirilməsi üçün istifadə edilmişdir.. Daşdan və gildən düzəldilən insan  fiqurları Eneolit dövrünün ən maraqlı abidələridir.” (4.31).                                         

            Eneolit dövrünə aid ən maraqlı mərasimlərdən biri də müxtəlif insan fiqur-ları ilə bağlı olmuşdur. Bilqamıs dastanının məzmunundan belə görünür ki, Eneolit  dövrü  sakinləri, eləcə  də sonrakı dövrdə şumerlər bu gil  heykəlləri  günəş  tanrısı Utuya (akkad variantında Şamaşa) qurban vermişlər:

            “Bilqamıs özü gildən bir heykəlcik düzəltdi.

              Sonra taxtadan böyük bir masa da çıxartdı.

              Əqiqdən qayrılmış qabı balla doldurdu.

              Lacivərddən düzəlmiş qabı yağla doldurdu.

              Masanı bəzəyərək Utu üçün apardı.” (51.66).                                                      

              Günəş tanrısı Utunun adı Azərbaycan folklorunda bu yaxın zamanlara qədər “Qodu” şəklində yaşamışdır. Bilqamıs Utuya bal,yağ kimi yeməli şeylər apardığı kimi,Azərbaycanda da Qodu üçün xəmiraşı bişirilməliymyş.Qeydə alın-mış “Qodu-Qodu”nəğmələri içərisində bal və yağın xatırlanması xüsusi maraq do-

ğurmaqdadır:                     

             “Qoduya qaymaq gərək,

               Qablara yaymaq gərək,

               Qodu gün çıxarmasa,

               Gözlərin oymaq gərək.

               Yağ verin yağlamağa,

               Bal verin ballamağa,

               Qodu gülmək istəyir,

               Qoymayın ağlamağa.”  (24.47).                                                         

             5 min il öncə Günəş tanrısı Utuya bal və yağ qurbanlığı verən Bilqamıs bu mərasim zamanı gildən heykəl düzəltdiyi kimi,Azərbaycan türkləri də 20ci əsrin

ortalarınadək “Bal verin ballamağa,yağ verin yağlamağa”- deyərək “Qodu-Qodu” mərasimi keçirərkən, müqəvva düzəldərmişlər.

Tanınmış rəssam və tədqiqatçı Elçin Aslan yazır:

             “Azərbaycanda vaxtsız və uzun müddət yağan leysan yağışına son qoy-maq, günəşi çağırmaq məqsədi ilə icra olunan kütləvi xalq tamaşası “Qodu-Qodu” günəş tanrısına həsr olunurdu.Vaxtilə yaşlılar tərəfindən göstərilən bu əsatiri tamaşa,get-gedə ilkin önəmini itirmiş və 20-ci yüzilin əvvəllərində subay gənclər və uşaqlar tərəfindən oynalınan hərəkətli,sözlü-nəğməli bir oyuna çevrilmişdir. Oyun iştirakçıları müqəvva Qodunu qapı-qapı gəzdirib,onun şəninə təriflər deyir, məzəli səhnələrdə kuklanı çomaqla vurub “öldürür”,sonra yenidən “dirildirdilər.”   (58.55).                                                            

Nəsir Rzayev isə deyir:

               “Tunc dövründə,eramızdan əvvəl 3-2-ci minilliklərdə Azərbaycanda gü-nəş kultu çox geniş yayılmışdı.O vaxt günəş tanrısının  bir sıra simvolları məişət-də,ictimai həyatda tətbiq edilərək bədii yaradıcılığa daxil olmuşdur.Tunc dövrünün sonunda əmək məhsuldarlığının artması,istehsalın,maldarlığın inkişafı varlanmaq-da olan qəbilə və ailə başçılarının,əcdadların hüququnu genişləndirir,yeni dini eti-qadların yaradılmasına səbəb olurdu.Odur ki,günəş tanrısının “funksiyasında” yeni  elementlər ortaya çıxırdı.Onlardan biri günəş tanrısının əcdadlara və bununla əlaqədar olaraq ölülərə himayəkarlıq göstərməsi idi.Bunun nəticəsində cəmiyyətdə “atalar kultu” və “ölülər kultu” kimi yeni ideoloji tendensiya yaranırdı.Bununla əlaqədar olaraq qəbir daşları günəş rəngli oxra ilə boyadılırdı ki,qəbir isti,işıqlı olsun, axirət evinə dirilik bəxş edilsin və ölüləri kurqanlarda dəfn etməyə başlayırdı-lar.Kurqan qəbirlərinin yerləşdirilməsində vahid bir sistemə, “şüa sistemi”nə riayət edilirdi.Kurqanların daxilində də kromlexlər tikilirdi.

            Görkəmli arxeoloq Hummel Xanlar rayonunun kurqanlarını tədqiq edərkən, onların səpələnmiş halda deyil,müəyyən ərazidə toplanmasına diqqət

yetirmişdir. O, qərara gəlmişdir ki,bütün qəbirlər bir nöqə ətrafında- günəş şüasının çevrə boyu yayılması istiqamətində tikilmişdir.Onun kəşf etdiyi bu qanunauyğunluq “şüa sistemi” adlanır.Alimlər bu sistemin Orta Asiya kurqanlarına da aid olduğu fikrini irəli sürmüşlər.

            Təsərrüfatda günəşə ehtiyac olanda,onu buludlar arxasından çıxarmaq la-zım gələndə,günəşə təsir etmək üçün ovsun ayini keçirilir və “Qodu-Qodu”nəğmə-si oxunurdu.

             Qodu palçığa batmışdı,

             Qarmaladım çıxartdım.

             Qızıl qaya dibindən

             Qırmızı gün çıxartdım.

             Yağ verin yağlamağa,

             Bal verin ballamağa.

             Qodu gülmək istəyir,

             Qoymayın ağlamağa.”   (29.98-100).       

Tofiq Hacıyev yazır:

                     “Türk dillərindəki bir sıra köməkçi sözləin əslini şumer dilində tapmaq mümkündür.Məsələn ,türk dillərindəki çoxaltma mənasında  işlənən “ən” ədatının şumercədə “yüksək”, “qam”, “kahin”mənalarında “an” kəlməsi müstəqil leksik vahid kimi çıxış edir. “Kimi”, “gibi” qoşmalarının məqamında da

şumercədə müqayisə bildirmək üçün “qi-qim-qimi” variantlarında çıxış edən ünsürün işləndiyi də məlumdur. Şumer dilində yerlik hal üçün işlənən “ra”şəkilçisi “ra” və “ru” formasında türk dillərində, o cümlədə, Azərbaycan dilində eyni mənada fəaliyyət göstərmişdir. Məsələn,sonra,yuxarı və sairə.Şümer dilinin çıxışlıq halındakı “ta”,yerlik halındakı “a” yenə maraq doğurur.Azərbaycan dilində yerlik və çıxışlıq,yönlük və yerlik hallarının sistem şəklində bir-birini əvəz etməsinin şahidi oluruq.Deməli,bu qrammatik hadisənin kökü onunla bağlıdır ki,vaxtilə “ta” ,“da” şəkilçisi çıxışlıq məzmunu bildirmiş,sonralar çıxışlıq halı kim “tan”, “dan” müəyyənləşərkən,o , “ta”, “da” yerlik halı vəzifəsinə keçdiyi zaman xeyli müddətdə bu göstəricilər birbirinin mənasını əvəz etmişdir.Yəni yeni mənasını bildirməklə,köhnə-ilkin mənasında da qeyri-fəal şəkildə xidmət göstərmişdir.

            Yönlük və yerlik hallarının Azərbaycan dili tarixində müəyyən dövrlərdə qeyri-sabitliyi də anoloji prosesin nəticəsidir.,yəni “a”morfemi yerlik vəzifəsindən yönlük funksiyasına keçdiyi zaman əzəllər ikimənalı olmuşdur.Hətta bu qeyri-differensiallıq,görünür,o qədər çəkmişdir ki,şumercədə xüsusi yerlik-yönlük hal yaranmışdır.Çıxışlıq halı şəkilçisinin yerlik,yerlik halı şəkilçisinin yönlük məzmuna keçməsi bu halların arasında üçbucaqlı məna əlaqəsi yaranmasına səbəb olmuşdur.Bunun nəticəsidir ki,Azərbaycan dili tarixinin təşəkkülü dövründə,ümu-miyyətlə,məkani halların hər biri o birilərinin mənasını ifadə etmişdir.Məsələn “Kitabi Dədə Qorqud”da oxuyuruq: “…Günlüyü yer yüzünə tikdirmişdi.” Burada “yüzündə” əvəzinə “yüzünə”işlənmişdir.Eyni mənbədə belə bir ifadəyə rast gəlirik: “Topuğunda sarmaşanda qara saçlum.”burada isə “topuğuna” əvəzinə “topuğunda”işləndiyinin şahidi oluruq.Şah İsmayıl Xətaidə də “muna”,yəni buna əvəzinə “munda”,yəni bunda ifadəsi ilə rastlaşırıq: “Munda əqilli kimsa gülməz.”Bənzər halı Nəsimi yaradıcılığında da müşahidə etmək olar: “Sorma,ey dilbər,mana…” Əslində belə olmalıdır: “Sorma,ey dilbər,məndən””(50.22-24).

           Bir çox Şərq xalqlarının, ilk növbədə də türk xalqlarının hər il mart ayında sevə-sevə keçirdikləri Novruz bayramının təşəkkülü və tarixi ilə bağlı bir çox mülahizələr irəli sürülmüşdür.Bəziləri onu zərdüştiliklə,bəziləri isə İslamla,daha dəqiq demsək,Həzrət Əlinin doğum günü ilə bağlamağa çalışmışlar.Həqiqət isə budur ki,sözügedən bayram barədə ilk yazılı mənbələr 5 min il öncəyə aid şumer mətnləridir ki,bu mətnlərdən eyni bayramı martın 21–də şumerlərin qeyd eməkdə olduqları və bu bayramın məhsuldarlıq və cobanlar tanrısı Dumuzu şərəfinə keçiildiyi məlum olur.Şumerlər həmin bayramı eyni tanrının adı ilə Dumuzu bay-ramı adlandırırdılar.Bununla bağlı ayrıca bir mifik süjrt də var idi və həmin süjet barədə Lipin və Belov birgə qələmə aldıqları “Gil kitabələr”adlı kitablarında məlumat verməkdədirlər.Süjetin qısa məzmunu belədir: Yeraltı ölülər dünyasının hakimi Ereşkiqal məhsuldarlıq və çobanlar tanrısı Dumuzunu öz qaranlıq dünyasında əsir edir.Bu səbəbdən də yer üzündə bütün çiçəklər solur,ağacların yarpaqları tökülür. Sevgi tanrısı İninni Dumuzunu xilas etmək üçün yeraltı dünya-ya enir,7qapı keçir və uzun sərgüzəştlərdən sonra Dumuzunu əsirlikdən xilas edir. Bu martın 21-də baş verir.Həmin gün ağaclar yenidən çiçək açır,təbiət oyanır.

Elməddin Əlibəyzadə yazır:                                                          

            “Təsəvvür edin ki,arada 6500 illik zaman məsafəsi var.Amma tellər,bağlar qırılmayıb.Müasir dilimizin qayda-qanunlarının çox dərin kökləri üzə çıxır.Ayrı-ayrı ifadə şəkilləri,şairin özünə poetik müraciətləri və sairə də ulu şumer dili ilə müasir Azərbaycan – türk və ümumən türk dilləri arasında əbədi tellər,bağlar olduğunu təsdiq edir.” (47.68).                               

Şumerlər öz ölülərini kurqanlarda basdırırdılar və kurqana “kur”, yəni gor deyirdilər.Onlar kurqan mədəniyyətini də özləri ilə Azərbaycandan aparmış-dılar.Təsadüfi deyil ki,Azərbaycanın Ağstafa rayonu ərazisindən tapılan kurqanlar şumer kurqanlarından daha qədimdir və son Eneolit dövrünə aiddir.Şumer kurqanları isə Tunc dövrünün məhsuludur.

            İslama qədərki türklərin,o cümlədən iskitlərin və sakların ayrılmaz atri-butlarından biri də kurqanlardır.Bütün qədim müəlliflər iskitlərin və ümumiyyətlə türklərin öz ölülərinin məzarlarının üzərində qum və ya daş kurqanlar ucalt-dıqlarını söyləmişlər.Eyni hal qədim şumer mədəniyyətinə də xasdır.Maraqlıdır ki,yer üzündə ən qədim kurqan qəbirlərinin izlərinə məhz Azərbaycan ərazisində rast gəlinmişdir.Söhbət son Eneolit dövründən və Ağstafa rayonu ərazisindən gedir.

Tarixçi alim Nəcəf Müseyibli deyir:

             “20-ci əsrin 80-ci illərində Azərbaycanda,Ağdam rayonu ərazisində,aran Qarabağda son Eneolit dövrünə aid Leylatəpə məskəni tədqiq edilərkən,buradan digər yerlərdən tapılan və eyni dövrə aid olan maddi mədəniyyət nümunələrindən keyfiyyət baxımından fərqlənən saxsı qablara rast gəlinmişdi.Buradan tapılan,dulus çarxında hazırlanmış yüksək keyfiyyəli qablar Messopatamiyadan tapılmış Əl-Übeyd mədəniyyəti ilə eynilik təşkil etməkdə idi.Sonralar eyni bölgədə bənzər mədəniyyətin izləri Çinartəpə,Şomutəpə və Abdal Əziztəpə abidələrdən də üzə çıxarıldı.

             Leylatəpə və digər analoji abidələrin tədqiqi nəticəsində Güney Qafqaz üçün yeni mərhələ olan və son Eneolit dövrünə uyğun gələn mədəniyyət ortaya çıxmış oldu.20-ci əsrin 80-ci illərində analoji mədəniyyətin izlərinə Gürcüstan ərazisindəki Beri Kldeebi abidəsində də rast gəlindi.

             2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin keçdiyi marşrut boyunca aparılan arxeoloji qazınılar zamanı Ağstafa

rayonu ərazisində daha bir neçə Leylatəpə tipli abidə aşkar edilərək tədqiq edildi.Bu,sözügedən marşrutun 409-kilometrindəki Poylu 1 və Poylu 2,eləcə də 438-ci kilometrindəki Böyükkəsik 1və Böyükkəsik 2 qədim məskənləri idi.

            Bu dövrə qədər bütün Güney Qafqaz,o cümlədən Azərbaycan ərazisində Eneolit dövrünə aid xüsusi məzar yerlərinə rast gəlinməmişdi.Tapılmış bütün məzarlar yaşayış yerlərinin döşəmələrinin altında və ya evlərin həyətində idi.Yəni Eneolit dövrü insanları ölüləri bilavasitə öz evlərində basdırardılar.” (40.135).

Rəşid Göyüşov bildirir ki, Eneolit dövründə hətta dəfn adətlərindən də danışmaq olar.Məsələn,Kür çayının orta axarında yaşayan əhali öz ölülərini yaşayış yerlərindən xeyli kənarda,Azərbaycanın cənub rayonlarında yaşayan əhali isə bilavasitə yaşayış yerlərinin özündə-evlərin arasında,döşəmənin altında və yaxud da həyətdə dəfn etmişdir.Çox vaxt ölü tək və bükülü vəziyyətdə basdırılmışdır,ancaq az da olsa kollektiv dəfn adətinə rast gəlmək mümkündür.1-ci Kültəpədə olduğu kimi,Babadərviş və Əliköməktəpə abidələrində də qəbirlərdən oxra tapılmışdır.”  (4.30).

Nəcəf Müseyiblinin bildirdiyinə görə,son Eneolit dövrünə aid olan kurqan qəbirlər böyük maraq kəsb etməkdədir.Biz bu kurqanları 2004 –cü ildə,neft və qaz kəmərlərinin 432-ci kilometrində,Ağstafa rayonu ərazisində,Soyuqbulaqdan bir kilometr aralıda təsbit etdik.Bir vaxt çox sayda kurqanın bulunduğu böyük bir sahədə onların yalnız bir hissəsi qorunmuşdur.Onların sayı otuza qədərdir:

          “Elmi ədəbiyyata Soyuqbulaq kurqanları kimi düşən bu kurqanlar təkcə Qafqazda deyil,eyni zamanda bütün dünyada məlum olan ən qədim kurqanlardır. Onların tarix səhnəsinə çıxışı yerli əhalinin dini dünyagörüşündə baş verən dəyişikliklər ilə bağlı olmuşdur.” (40,135).                                                     

Tarixçi alim Q.Qoşqarlı deyir:

          “2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin marşrutu boyunca aparılan arxeoloji qazıntılar zamanı son Eneolitdən orta əsrlərə qədərki geniş bir dövrü əhatə edən otuzdan artıq qədim yaşayış və məzar yeri tədqiq edilmişdir.2002-2003-cü illərdən fərqli olaraq qazıntılar daha çox ən qədim maldarlıq və əkinçilik mədəniyyətlərinin izlərinə sahib Kür boyu ərazilərdə aparılırdı.Sözügedən marşrut üzrə aparılan qazıntılar zamanı tapılan xro-noloji baxımdan ən qədim məskənlər Eneolit dövrünə aid məskənlər olmuşdur ki, onlar Böyük Kəsik 1,Böyük Kəsik 2, Poylu 1,Poylu 2 və Ağılı Dərədən üzə çıxmışdır.Bunların içərisində daha geniş tədqiqatlar Böyük Kəsik 1 ərazisində aparılmışdır.Bu bölgənin Şomutəpə və Leylatəpə mədəniyyətləri ilə eynilik təşkil edən  mədəni qata sahib olduğu məlum idi.Fəqət yeni qazıntılar buradakı Əl-Übüeyd və erkən Uruk mədəniyyəti ilə eyni olan mədəni təbəqələr barədəki biliklərimizi daha da artırmış oldu.”  (41.74).                                                           

Tarixçi alim F.Quliyev isə yazır:

         “Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsində 1,5 kilometr aralıda 60-70 metr radiusunda çox sayda saxsı qab qalığı tapılmışdır.Bu qalıntılar yer səthindən 80 santimetr aşağıda yerləşən mədəni təbəqədən aşkar edilmişdir.Tapılan keramika nümunələri bir neçə tipə bölünür.Onlar küp,nimçə,su qabı və müxtəlif qablardır.Buradakı keramika ilə Uruk keramikası arasındakı eynilik etnik birlikdən xəbər verməkdədir.”(42.82).

         Məlumat üçün bildirək ki, “Əl-Übeyd mədəniyyəti” adı ilə məşhur olan mədəniyyət qədim Messopatamiyanın,yəni bugünkü İraq ərazisində, Dəclə və Fərat cayları arasında Nuh tufanından öncə yaşamış insanların yaratdıqları və tufan zamanı onu yaradanlarla birlikdə məhv olmuş mədəniyyətin adıdır. “Erkən Uruk mədəniyyəti” kimi tanınan mədəniyyət isə tufandan sonra Messopatamiyaya köçərək orada böyük bir sivilizasiyanın əsasını qoymuş xalqın-şumerlərin yaratmış olduqları zəngin mədəniyyətin adıdır.Tədqiqatçılar Əl-Übeyd mədəniyyətinin şumer,yəni erkən Uruk mədəniyyətinin sələfi olduğunu,ikincinin birincisinin üzərində ucaldığını söyləyirlər.Fəqət Messopatamiya ərazisində bu iki mədəniyyəti bir-birindən Nuh tufanının nəticəsi olan qədim və qəlın lil qatı ayırır.Azərbaycanda isə bu iki mədəniyyət iç-içədir və onlar arasında qırılma müşahidə edilmir.Bu isə şumer mədəniyyətinin Azərbaycanda formalaşdığını və qədim şumerlərin Azərbaycan ərazisindən Messopatamiyaya köçdüyünü sübut edir. Görünür, elə bu səbəbdən də şümerlər istilaçı akkadlardan qoruna bilmək üçün məhz Azərbaycanın ən qədim sakinlərindən olan kutilərə müraciət  etmişdilər.

Şumerlərdən dövrümüzədək ulaşan ən maraqlı sənədlərdən biri İkiçayarasında tufandan öncə və sonra hakimiyyətdə olmuş sülalələrin və onların hökmdarlarının adlarının və hakimiyyət illərinin qeyd edildiyi sənəddir ki, bu sənəddə kuti hökmdarlarının da adları və hakimiyyət illəri qeyd olunmuşdur. Kutilərin yerli şumer əhalisi tərəfindən özünkülər kimi qəbul edildiyinin anlaşıldığı bu sənəddə diqqəti çəkən ən önəmli məqam kuti hökmdarlarının hakimiyyət müddətlərinin öncəki sülalələrin hakimiyyət müddətlərindən fərqli olaraq, müəyyən nizama tabe olması və bir sistem təşkil etməsidir (7.151).

Firidun Ağası oğlu bu halı tam haqlı olaraq, qədim türk-oğuz El (dövlət) sistemi ilə izah edərək yazmışdır:

“Quti dövlətinin El quruluşu çağdaş tarixçilərin bilgi meyarına uyğun gəlmir, qəbul olunmuş ölçüyə sığmır. Ona görə də İ.M.Dyakonov qutilərin ibtidai icma quruluşunda yaşadığını deyir. Azərbaycan tarixçiləri isə quti elbəylərini (çarları-nı) icma şurası tərəfindən seçilən tayfa birliyi adlandırır və qutilərin guya dövlət qurmaq astanasına gəldiyini, lakin İkiçayarasında idarəetmə işlərinə qoşulub alış-madıqları üçün böyük dövlətçilik təcrübəsi qazana bilmədiklərini yazırlar. Halbuki, Quti elinin 1 əsr boyu tabeliyində olan dövlət və ölkələri göz önünə gətirəndə və Quti Elinin bütün hüdudlarını nəzərə alanda dünyada ilk imperiyalardan biri sayıla biləcək qədər onun böyük dövlət qurumu olduğunu görürük.  İbtidai icma quruluşunda yaşayan bir uruq (qəbilə) belə nəhəng dövlət qura bilərdimi? Əlbəttə, qutilərə belə münasibət qədim türk gələnəklərini nəzərə almamaqdan irəli gəlir.

Şumer, Elam və Akkaddan fərqli olaraq, Quti elbəyi allik (hərbi demokratiya) dövründən qalan gələnəklə, quti törəsinə uyğun müəyyən müddətə seçilirdi, vaxtı tamam olanda toyda (qurultayda) seçilən yeni elbəyi hakimiyyətə keçirdi. Elbəyin hakimiyyət müddəti barədə (2,3,6,7 il) toyda qərar qəbul olunurdu. Quti sülaləsinin 21 elbəyindən 5-i onlara ayrılmş hakimiyyət müddətini yarımçıq başa vurmuşlar. bunlardan sonuncu-Tirikan devrilmiş, digər 4-ü isə, görünür, ya vəzifə-də ikən ölmüş, ya da növbəti toyda quti bəyləri tərəfindən vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmışlar…” (7.150-151).  

Alimin aşağıdakı sözləri ilə razılaşmamaq mümkün deyildir:

“Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə – “El” sözü ilə ifadə olunmasıda türk etnosunun demokratik ruhundan yaranmışdır. Demokratik quruluşlu dövlətdə hakimiyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə formalaşır, vətəndaşların haqq və hüquq bərabərliyi təmin edilir. Azərbaycanda və ümumiyyətlə, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyəti (1918-1920) hesab olunur, lakin Qədim Dünya tarixindən öyrənirik ki,Azərbaycanda 4 min 200 il (!) əvvəl demokratik dövlət qurulmuşdur.” (7.147-148).

Əslində, bütün mütəxəssislərin diqqətini çəkən, fəqət nədənsə kutilərin “pri-mitivliyi” kimi dəyərləndirilən bu möhtəşəm fakt bir yandan ölkəmizin gerçəkdən də demokratik dövlətçilik və idarəçilik ənənələrinin təməlinin qoyulduğu məkan olduğunu sübut etməkdə, digər tərəfdən isə kutilərin qədim oğuzlar olduğunu söy-ləyən elm adamlarının haqlı olduğunu göstərməkdədir. Məsələ burasındadır ki, seçkili idarəçilik sistemi islamım qəbuluna qədər oğuz çəmiyyətinin əsasını təşkil  etmişdir. Bu baxımdan İbn Fədlanın söylədiklərini xatırlatmaq yetərlidir:

“Onları (oğuzları)  aralarındakı şura idarə edir. Ancaq bir şey haqqında qərara gəlmək istəyəndə onların ən kasıbları, ən yazıqları gəlib razılaşdırılmış işi pozur.” (85.9).

Başqa mədəniyyətin yetirməsi olan İbn Fədlan kasıb və yazıqların qərarı pozması faktını, təbii ki, anlaya və düzgün yoza bilməzdi. Fakt isə budur ki, türk-oğuz cəmiyyətində ictimai mövqeyindən asılı olmayaraq hər kəs eyni haqq və hüquqlara sahib idilər və bu bərabərlik dövlət səviyyəli qərarların alınmasında da özünü göstərirdi. Tarixi mənbələrdən belə məlum olur ki, oğuz qəhrəmanlarına ad vermək yetgisi də ağsaqqallar şurasının səlahiyyətində olmuşdur (10.19).

Füzuli Bayat mövzu ilə bağlı yazır:

“Bir çox qəhrəmanlıq dastanlarıı kimi “Oğuz kağan” da ulu toyla qurtarır. dastanda belə toy bir neçə dəfə təkrar olunur və heç biri də evlənmə aktı ilə müşahidə olunmur. Oğuznamə dastanlarındakı toy semantik cəhətdən başqa dastanlardakı toydan fərqlənir. Bu toy bu gün bizim başa düşdüyümüz evlənmə mərasimi deyil, oğuz cəmiyyətinin vacib siyasi, iqtisadi, hərbi-inzibati məsələlərini həll etmək üçün çağırılan qurultaydır və ya qurultay səciyyəli toydur. Oğuznamədən göündüyü kimi qurultay xarakterli bu toyda oğuz cəmiyyətinin strukturu, hakimiyyət məsələsi, vərəsəlik prinsipi , tayfaların yerləri, damğaları müəyyənləşdirilir. Bu toy Dədə Qorqud oğuznamələrində Bayındır xanın ildə bir dəfə toy verib oğuz bəylərini bir yerə yığıb, şənlikdə vacib olan məsələləri həll etməsinə uyğundur.” (10.310).

Süleyman Əliyarov izlərinə “Dədə Qorud”da rast gəlinə demokratiya və Parlament sistemi barədə deyir:

“Kitabdakı “qocalar” anlayışı Rəşidəddin və Əbülqazi kitablarındakı “kəngəş bəyləri”nə tam uyğundur; Rəşidəddinin “kəngəş yapın,bəylərin istədiyi nə olsa, elə hökm verin” yazısı bunu göstərir. Beləliklə, hərbi demokratiya dövründə daimi hakimiyyət orqanı olan hərbi şura (ağsaqqallar şurası)oğuz tarixində doqquz “qocadan”-kəngəş bəylərindən ibarət olmuşdur.”  (53.151).

Qədim dilimizdə cümhuriyyət, respublika anlamlarına gələn “El” termininin işlənməsi, demokratik düşüncənin ifadəçisi kimi çıxış edən “toy” və “qurultay” terminləri ilə yanaşı “kengəş” (şura, parlament) (14.299) kəlməsinin də olması və Avropa dillərindəki “konqres” (qurultay, parlament) termininin məhz həmin kəlmədən törəmiş olması demokratik idarəçilik prinsiplərinin və demokratik düşüncə tərzinin, eləcə də insanlar arsında, o cümlədən qadınla kişi arasında hüquq bərabərliyi ideyalarının qədim türklərdən digər xalqlara keçdiyini sübut etməkdədir.

Şübhəsiz ki, bütün bunlar kuti-oğuz birliyinin, eyniliyinin əlavə sübutları hesab edilə bilər. Eyni fikri sübut edən başqa fakt da var. Yuxarıda qeyd edildiyi kimi, yazılı mənbələrdə İkiçayarasıda möhkəmlənən kutilər barədə ilk məlumatlar e.ə. lll minilliyə, yəni 4,5-5 min öncəyə aiddir. Maraqlıdır ki, bu tarix “Oğuznamə”lərdə söylənilənlərlə üst-üstə düşür. “Hunların, türklərin, moğolların və daha sair qərbi tatarların ümumi tarixi” adlı çox maraqlı monoqrafiyanın müəllifi J.Dögin (1721-1800) yazır:

” Sonra (Oğuz xan) İraqı (İkiçayarasını)… fəth edərək Şam, yaxud Suriyaya qədər irəlilədi və orada uzun müddət oturdu…Oğuz xandan Çingiz xana qədər təqribən dörd min il keçdiyi hesab edilir. Buna görə, Oğuz xan e.ə. 2800 il yaşamış olacaqdır.” (71.63).

Oğuz xanın çox qədim zamanlarda yaşadığını söyləyən türkiyəli alim Besim Atalay onun təxminən 4590 il öncə yaşadığını bildirməkdədir. Ədalət Tahirzadə bununla əlaqədər yazır ki, Besim Atalayın bu sözləri 1920-ci ildə yazdığını nəzərə alsaq, Oğuz xanın tarixi e.ə. 2670-ci ilə düşür:

“Bu tarix J.Döginin göstərdiyindən cəmi 130 il azdır və Döginin yazdıqlarının gerçəkliyinə inamı bir daha artırır.” (71.64).

Xatırladaq ki, L.Halpen kutilərin İkiçayarasındakı hakimiyyətlərinin başlanğı-cını e.ə. 2622-ci, E.Meyer və Ş.Günaltay e.ə. 2550-2374-ci illərə aid etmişlər.

Maraqlıdır ki, Fəzlullah Rəşidəddin oğuzların İkiçayarasına hakim olmamışdan öncə Oğuz xanın Azərbaycandakı Aladağda iqamət etdiyini bildirir (39.22-24).  Burada Aladağ toponimi diqqəti çəkməyə bilmir. Məsələ burasındadır ki, sözügedən dövrlərə aid şumer-akkad mənbələrində Azərbaycan ərazisində möv-cud olmuş Aratta dövlətindən söz açılmaqdadır.

         Yusif Yusifovun yazdığına görə,mixi yazılarda Aratta dövlətinin adına era-dan  əvvəl  3-ci minilliyin birinci yarısından başlayaraq 1-ci minilliyə qədər vaxtaşırı məlumat verilmişdir.Bu da həmin dövlərtin ən azı 2 min il davam etdiyini sübut etməkdədir. “Aratta” kəlməsinin mənası dağ deməkdir.Eradan əvvəl  8-ci əsrə aid şumer-akkad lüğətlərində həmin kəlmənin “arrattu” və “aratu”formalarına da rast gəlinir və mənasının dağ olduğu bildirilir.

         Alim qeyd edir ki, qədim dillərin heç birində dağ mənası verən belə söz olmayıb:

         “Bu sözlərə oxşar oronimlər dağ,dağ silsiləsi mənalarında ancaq türk dillərində işlənmişdir.Məsələn; Alatta, Alatuu, Alatoo kimi dağ bildirən türk mən-

şəli adları göstərmək olar.Bu formalar Orta Asiyanını türk xalqlarının dilində işlədilir.                                                                 

           Bundan başqa, türk dillərində Altay, Alatey, Aladağ, Alatau və sairə formalar da vardır.Çox güman ki,Aratta,eləcə də arattu,aratu sözləri erkən prototürk forması olmuş,sonralar r-l fonetik əvəzlənməsinə məruz qalmış,yəni Alataa,Alatuu, şəklinə düşmüşdü.Belə fonetik dəyişmənin keçid mərhələsi Alatey yer adında özünü təzahür etmişdi.Eradan əvvəl  8-ci əsrdə Urartu qaynaqları keçmiş Aratta ərazisini Alatey adlandırmışdı və ona dağ mənasını vermişdi.Alatey türk dillərində işlənən Alatay,Altay, Alatey və Alatau dağ,dağ silsiləsi bildirən sözlərin erkən forması kimi qəbul edilə bilər.Bu sözlərin prototürk dilinə nənsub olması heç bir şübhə yaratmır.”(78.55;79.22 прим. 15).

Fikrimizcə, Rəşidəddin “Oğuznamə”sində Oğuz xanın Azərbaycandakı yurd yerinin Aladağ olması faktı təsadüfən qeyd ediməyib. Sözügedən “Oğuznamə”də oxuyuruq:

“Yay aylarında onlar (oğuzlar) bu vilayətlərinbütün yaylaqlarınıSəbalan, Ala-taq və Ağdiberiyə qədərbütün dağlıq yerlərini ələ keçirdilər.Deyilənə görə Alataq adını və Səbalan adını da onlar vermişlər. Türk dilində “meydana gələn”, “dikə-lən” bir şeyə səbalan deyilir.” (39.22).

Kutilərin Ön Asiyanın geniş əraziləri üzərindəki uzunmüddətli hakimiyyəti ilə bağlı Mahmud İsmayıl yazır:

“Azərbaycan torpaqlarında məskunlaşmış soylardan kuti soybirləşməsini də qeyd etmək lazımdır. Onların bu ərazidə olmaları hələ lll minilliyə aiddir. Bilicilərin fikrincə onlar ll minillikdə xeyli zəifləmiş, l minillikdə isə bu ərazidə məskun olan digər soylarla qaynayıb-qarışaraq tarix səhnəsindən çıxmışlar.” (137.5).

Kutilərin tarix səhnəsindən çəkilməsinə paralel ayrı-ayrı dövrlərdə subarların (suvarların), kumenləin (kumanların), turukların (türklərin) və digər türk soy və boyların üstün vəziyyətə yüksəlməsi müşahidə edilmiş və ən nəhayət, e.ə. Vlll əsr-dən etibarən isə kimmerlər Azərbaycan və Ön Asiya  ərazisində aparıcı siyasi qüv-və  rolunda çıxış etməyə başlamışdılar.

Azərbaycanın mixi yazılarda adına rast gəlinən boylarından biri də subarlar olmuşlar. Yusif Yusifov yazır:

“E.ə. III-II minilliklərdə su tayfaları Zaqroş dağlarında və Urmiya gölünün cənubunda yaşayırdılar. Bu etnonimin ilkin forması suv // sub olmuşdur. Bir sıra tədqiqatçılar su etnonimini İkiçayarasının şimalında geniş bir ərazidə yaşayan Subir (Subar) və Urmiya gölü Hövzəsində yerləşmiş subvi (sumbi) tayfa adlarının qısaldılmış (şəkilçisiz) forması hesab edərək Subir (Subar) adlarını sonrakı türk mənşəli sabir //  suvar tayfalarının adı ilə eyniləşdirmişlər. Qədim və erkən orta əsr qaynaqlarında rast gəlinən bu etnonimlər Türk dilləri baxımından yanaşılsa, etnonimlərə  -ir, -ar sözlərinin əlavə edildiyini görmək olar. Qədim Türk dillərində ir (ar) eynimənalı söz kimi “ər”, kişi” mənası daşıyır. Etnonimin kök sözü sub (suv) qədim Türk dillərində “su – çay” mənasını daşıyırdı.” (1.80).

Firidun Ağasıoğlu isə bildirir:

“Subarlar haqqında məlumatlar 5 min il arası kəsilmədən davam edir…Subar etnonimi qədim türk dilində “çay adamı” anlamında işlənmişdir…İ.M. Dyakonovun Subar ölkəsini “Su səhrası” kimi izah etməsi toponim yaradıcılığına uyğun gəlmir.

Ən qədim subarlar haqqındakı məlumatlara görə, onlar e.ə. lV-ll minillikdə İkiçayarası adlanan ərazilərdə, Fəratla Dəclə arasında yaşayırmış…İkiçayarasının indiki Bağdaddan aşağı hissəsinə bəzi mənbələrdə Kienqir (Kəngər), yuxarı hissəsinə isə Subartu (Subar) deyirdilər.” (7.154-155). 

       Eramızdan əvvəl  3-2-ci minilliklərə aid mənbələr kəngərlərlə suvarların qonşuluqda yaşadıqlarını bildirməkdədir.Həmin qaynaqlardan belə bəlli olur ki, kəngərlər İkiçayarasının cənubunda, suvarlar isə şimalında yaşamışlar                                                                  (7.150). Maraqlıdır ki,1-2-ci əsrlərə aid mənbələr də bu iki türk boyunun qonşuluqda,fəqət əvvəlki yurdlarından bir xeyli aralıda, Xəzər dənizi sahillərində yaşadıqlarını qeyd etməkdədir.Söhbət Ptolomeyin qeydlərindən gedir.O bu iki xalqın Xəzər sahilində, Qafqaz dağlarından Dərbəndə kimi uzanan geniş sahədə yaşadıqlarını yazmışdır. (53.141)

Sonrakı dövrlərə aid mənbələrə gəlincə, bu türk etnik qrupunun adına ilk dəfə “saspir” formasında Herodotda (137.6),”savar” formasında Ptolomeydə, Şimali Qafqazın və Azərbaycan ərazisindəki Şabran şəhərinin  sakinləri kimi söz açılır (55.127,128).

Subarlardan “saspir” (sabir) kimi söz açan Herodot onları Midiya ilə Kolxida arasında, yəni bugünkü Quzey Azərbaycan və Ermənistan (Qərbi Azərbaycan) ərazilərində yerləşdirir:

“(Kolxida və Midiya arasında) saspir xalqı yaşayır” (60.13).

Bartold bu xalqı bulqarların bir hissəsi hesab etmişdir (110.l.209). Həmin dövrdə suvarların Xəzər dənizinin şimal-qərbində, hunlarla iç-içə yaşadıqları məlumdur (140). Mənbələrdə suvarlar bəzən hun adlandırılır. Ölkəmizin ərazisindəki Biləsuvar və bir vaxtlar Quba ərazisində olmuş Qaleyi-Suvar toponimləri suvarların adı ilə bağlıdır.

Mövzu ilə bağlı Mahmud İsmayıl yazır:

“Qədim şumerlərin müasiri…Araz çayı sahilində,onun sağ sahilində məskun olmuş saspirlər barəsində verilən məlumat diqqətəlayiqdir. Bilicilərin böyük əksəriyyəti onları qeyri-sami qrupuna daxil edirlər. Onların adı akkad kitabələrində subarium, şubaru-subarei, şumer kitabələrində isə subir kimi qeyd olunmuşdur. Herodot onları saspirlər adlandırır və Araz sahilində, Midiyanın şimalında yerləşdirir. Bəzi tədqiqatçılar belə hesab edir ki, həmin saspirlər Azərbaycanın şimalında yaşamış savirlərdir.” (137.6).

E.ə.ll minillikdən etibarən mixi yazılarda bilavasitə “türk” etnik adını daşıyan qrupdan da söhbət açılır. Onlar həmin mənbələrdə “turuk” adı ilə yad edilməkdədirlər. Akkad və aşşur mənbələrindən belə məlum olur ki, bu xalq Cənubi Azərbaycan və Şərqi Anadolu ərazisində yaşayırdı və Arattada məskun idi. Turukkular Aratta ilə Aşşur arasında qalan ərazilərə sahib olmaq  uğrunda aşşurlarla mübarizə aparırdılar (1.73).

            Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəl akkad və aşşur mixi yazılarında  “turukku” kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Zelik Yampolski olmuşdur.  O,türklərin mənşəyi və ilk ana yurdu barədə o vaxta qədər rus-sovet  tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki,akkad  mənbələri “türk” etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir (71.62-64). Eradan əvvəl birinci minilliyə aid Urartu mixi yazılarında da eyni xalqın adı,eyni ərazinin sakinləri kimi qeyd edilmişdir.Urartu mənbələrində həmin xalqın adı “turuxi” kimi çəkilr.            

Firidun Ağasıoğlunun fikrincə, Aşşur mənbəlrində rast gəlinən “turukku”etnonimi “türk”etnik adının aşşur dilindəki səsləniş və yazılış formasıdır (7.39). İlk dəfə Zelik Yampolski tərəfindən söylənilən bu fikrə sonralar  Əbülfəz Hüseyni, Cəfər Cəfərov, Məhəmməd Hatəmi Tantəkin, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Tofik Hacıyev, Mahmud İsmayıl, Kamil Əliyev, Firidun Ağasıoğlu, Nizami Xudiyev və s. kimi Azərbaycan alimləri də şərik çıxmışlar.Yusif Yusifovun yazdığına görə, “türk”adına erkən orta əsrlərə aid hind qaynaqlarında turukka”, Xotan mətnlərində “ttrruki”,Tibet mənbələrində “druq” və “druqu” formasında rast gəlmək mümkündür.  (1.78).

Turuklar barəsində ilk məlumatlara e.ə. XlV yüzilliyə aid aşşur mənbələrində rast gəlindiyini, daha sonra isə “turux” (və ya turuxi) adı ilə urartu  mənbələrində məlumat verildiyini vurğulayan Mahmud İsmayıl da onların alimlər tərəfindən türklərlə eyniləşdirildiyini söyləməkdədir (137.7).

           Mərhum alimimiz Yusif Yusifovun yazdığına görə,eramızdan əvvəl  2-ci minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv siyasətə qoşulması başlayır.Onlar Zaqroş dağlarını aşaraq İkiçayarasına daxil olurdular.Türklər Aşağı Zab çayının yuxarı axarında yerləşən Raniyə düzənliyinə                                                                  çıxır və burada yaşayan hürrilərlə ünsiyyətə girirdilər.Ümumiyyətlə,onlar bu ərazi uğrunda mübarizə aparırdılar və bununla da İkiçayarasının şimalında yaranmış Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar.

           Aşşur mixi yazılarından belə məlum olur ki,aşşur hökmdarı 1-ci Şamşi-Adad türklərə qarşı hərbi yürüş təşkil edir,lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir.Türklər aşşurların nəzarəti altında olan Şuşarra vilayətini ələ keçirirlər.Aşşur hökmdarı 1-ci İşme-Daqan baş verənləri cöx maraqlı təsvir etmişdir:

            “O ki qaldı Şuşarra olkəsinə,siz mənə yazırsınız ki,bu ölkə həyacan içindədir və biz onu saxlaya bilmirik.Qoy qasid sizə vəziyyəti izah etsin.Turukkulu Lidaya və bu ölkədə onunla birlikdə olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntəqəsini dağıtmışdılar.Mən oraya əlavə qoşun gətirdim,onlar dağlara çəkildilər.Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə nəzarətə alına bilməz.”  (1.73,74).

Təbii ki, mixi yazılardaki “turukku”, “turuxi”, “turuk” adlarını “türk” enonimi ilə eyniləşdirən alimlərimiz haqlıdırlar.Lakin bu fikrin əleyhinə çıxanların, yəni bu halda söhbətin sadəcə adların təsadüfi bənzəyişindən gedə biləcəyini, türk xalqının Altayda formalaşdığını və çox-çox sonralar Ön Asiya və  Qafqaza gəldiklərini iddia edənlər də təəssüf ki, az deyillər və hətta daha çoxdurlar. Odur ki, biz mövqeyimizi təkzibedilməz şəkildə sübut etməliyik. Hərçənd ki, Aşşur mənbələrində turuklarla (türklərlə) yanaşı, kumen (kuman), qaşqay, tirqiş (türkeş), sak, kanqar, subar, kimmer və s. türk soy və boylarının adının çəkilməsi artıq təkzibedilməz sübutdur. Lakin, görünür, oponentlərimizi susdurmaq üçün bu faktlar da yetərli deyil.

Biz də bu fikirdəyik ki,adlarına ilk dəfə eradan əvvəl 3-cü minilliyə aid akkad və aşşur mixi yazılarında “turuku” kimi və eradan əvvəl 1-ci minilliyə aid Urartu mənbələrində “truxi” kimi rast gəlinən və haqlarında Azərbaycan və Şərqi Anadolu ərazisinin sakinləri kimi söz açılan bu xalq sonrakı dövrlərdə,  6-8 ci əsrlərdə böyük xaqanlıq qurmuş və bu xaqanlığın mərkəzi indiki Monqolustan ərazisi olmuşdur.

Qədim Çin mənbələrində Orxon-Yenisey abidələrini yaratmış türk xalqının mənşəyi barədə türklərin öz dilindən bəzi əfsanələr qeydə alınmışdır və onlarından biri bu xalqın Qərbdən-Xəzər dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir.(73.72).

Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mənşəyi ilə bağlı qədim Çin mənbələrində iki rəvayət qeydə alınmışdır.Birinci rəvayətdə deyilir ki. hunlarla eyni soydan olan göytürklər hun yurdunun şimalındakı Su (So) ölkəsindən çıxmışlar. Başbuğlarının,yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı vardı. Bunlardan birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi.(73,72;20.26-27).

Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar, Bu fəla-kətdən yalnız bu gənc qurtuldu.Bu gəncin iki arvadı vardı.Biri yaz tanrısının,digəri qış tanrısının qızı idi.Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə xaqan seçdi.O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvadlardan türk xalqı törədi.

İikinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dənizinin,yəni Xəzər dənizinin qərb sahillərində yaşayırdı.Bunun xalqı hunların bir bölümü idi və Asina adlanırdı.Bu xalq qonşu xalqlardan biri tərəfindən məhv edilir.Bunlardan yalnız bir oğlan uşağı sağ qalır.Bir dişi qurd həmin uşağı tapıb ona qulluq edir,onu böyüdür və onunla evlənir.Oğlandan hamilə qalan qurd onu götürüb dənizin şərq tərəfinə keçirir və Altaya aparır.Orada dişi qurd 10 oğul doğur. Bu oğullardan türk xalqı törəyir

Çin mənbələrində türk xalqının mənşəyi ilə bağlı qeydə alınmış bu iki rəvayətdə dörd məqam diqqəti cəlb edir. 1-ci məqam türklərin ulu babalarının Xəzərin qərbində, yəni Azərbaycanda yaşamış olması faktıdır ki, bu faktı eradan əvvəl 3-2-ci minilliklərə aid akkad və aşşur mənbələri, eləcə də eradan əvvəl 1-ci minilliyə aid Urartu mənbələri təsdiqləyir.

Diqqəti çəkən ikinci önəmli məqam türklərin 10 qardaşdan törəmiş olması faktıdır ki, bu məlumat da Xəzər xaqanı İosifin yazdıqları ilə üst-üstə düşür. Xatırladaq ki, İosifin sözlərinə görə, türklər Həzrət Nuhun nəvəsi Toqarmanın 10 oğlundan törəmişlər. Onu da xatırladaq ki, Musa Kağankatlının yazdığına görə, Toqarma Azərbaycanın 4- cü şahı olmuşdur.

Üçüncü maraqlı və son dərəcə önəmli məqam türklərin Su adlı bir ölkədən çıxmış olması faktıdır. Mövzumuz baxımından bu fakt o qədər böyük əhəmiyyət daşıyır ki, onun üzərində bir qədər ətraflı durmaq lazımdır.

Su ölkəsi harada yerləşmişdir?

Bu sualın cavabını da mixi kitabələrdə tapırıq. Məsələ burasındadır ki, eradan əvvəlki 3-2-ci minlliklərə aid mixi yazılarda Azərbaycan ərazisində yaşa- mış kuti, lulu, subar, kuman və turuk, yəni türk xalqları ilə yanaşı su xalqından da söz açılmaqda  və Su ölkəsinin adı çəkilməkdədir.

Mixi yazıların gözəl bilicicisi, mərhum alimimiz Yusif Yusifovun yazdığına görə, qədim qaynaqlarda “Su ölkəsinə mənsub lullu” ifadəsi işlənməkdədir:

           “Bəzi hallarda Aratta ölkəsinin adı “Su ölkəsi” mixi işarələri ilə göstərilmiş-dir.Deməli,Aratta… və Su ölkəsi Urmiya gölü hövzəsində mövcud olmuş geniş bir ərazinin müxtəlif adları olmuşdur.Sular da turukku və lullu tayfa birləşməsinə daxil idilər.” (1.81).                                                           

Mixi yazılardan göründüyü kimi, göytürklərin öz əski vətənləri saydıqları, qədim Çin mənbələrində haqqında söz açılan və Xəzər dənizindən qərbdə yerləşdiyi vurğulanan Su ölkəsi Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlətin-Aratta dövlətinin başqa bir adıdır.

Mövzu ilə bağlı Lev Qumilyov yazır:

“İkinci əfsanə türklərin mənşəyini yerli So (Su) nəsli və yenə də dişi qurdla bağlayır. So (Su) qəbiləsinin bütün üzvləri öz axmaqlıqları üzündən…məhv olurlar.Yalnız dişi qurdun dörd nəvəsi sağ qalır. Onlardan birincisi qu quşuna çevrilib Güney Altayda  Abu və Qyan çayları hövzəsində.., üçüncü və dördüncüsü isə Güney Altaydakı Çus çayınnda məskunlaşdılar.Bu əfsanəni şərh edən N.A.Aristov əfsanədəki “So”nu Altayın quzeyindəki  Biye çayı sahillərində yaşayan kumandinlərin (kumanların) So nəsli ilə tutuşduraraq, birinci nəvəni lebedinlərlə-ku kijilərlə (ku kişiləri, ku adamları)…eyniləşdirmişdir.” (20.26-27).

Maraqlıdır ki, “Su” (So) adına ilk dəfə mixi yazılarda rast gəlindiyi kimi,  “ku” və “kuman” etnonimlərinə və “Altay” toponiminə də (Urartu mənbələrində Arattanın adı Alateye kimi çəkilir(1.80)) ilk dəfə eyni mənbələrdə rastlanmış və onların hamısından Azərbaycan və Ön Asiya etnonim və toponimləri kimi söz açılmışdır.

Qədim mixi yazılarda (e.ə.Xlll-Xll) “ku” və “kumen” (kuman) etnonimlərinin də adı çəkilməkdədir (1.83). “Ku” etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır (20.26-27). İ.Dron qeyd edir ki, qu quşu (qaz) kultu qədim zamanlarda türk və monqol xalqları arasında geniş yayılıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını qoymuşdur. Həmin türk qəbiləsi “ku” adlanmışdır. Məsələn, Tuva türklərinin toci qoluna bağlı qəbilələrdən biri kezek-kuular (qu quşları) özünü bu soydan hesab edir. Tədqiqatçının yazdığına görə, Sayan-Altay ərazisində yaşayan bir çox türk xalqlarında – tuvalılarda, xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz) haqqında totemik-mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır.

Türkoloqların bir qismi kuman etnoniminin də adının “qu” (ku) totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V.Q.Rodionov qədim çuvaş mənbələrinə əsaslanaraq “ku” və “kuman” etnonimlərini eyniləşdirir. İ.Dorn və O.Süleymenov da eyni fikri dəstəkləmişlər (48.94-96).

Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIlI-XII əsrlərdə “kumen” kimi çəkilməkdədir. Y.Yusifov da yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır:

“Bu etnonim də Türk dillərində etnik ad düzəldən “-man” (-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla “sarımtıl, ağımtıl” mənasını daşıyırdı.” (1.83).

Sözügedən etnonimlə l Tiqlapalsarın (e.ə. 1115-1077) kitabəsində də rastlaşırıq:

“(V,73)Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı…  (V.82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər…(Vl.22)…Kumanların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən şahları ayaqlarımı qucaqladı…” (38.№10).

Aşşur şahı ll Adadnerari (e.ə.911-890) də öz kitabəsində kumanları yad etmişdir (38.№21).

Qeyd edək ki, bu gün də eyni adı daşıyan türk etnosları vardır. Bu baxımdan Altayda yaşayan kumandiləri və özünü günümüzəcən kumanların davamı hesab edən qaraçay və balkarlıları (112.232) misal gətirmək olar. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu türk tayfası orta əsrlərdə də Ön Asiya və Şərqi Avropanın siyasi tarixində xüsusi rol oynamış, Avropanın etnolinqvistik coğrafiyasının formalaşmasında son dərəcə böyük xidmətlər göstərmişdir. Bu rol o qədər böyük olmuşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi ehtiyac yaranmış və təqribən eyni dövrdə həm xristian Avropada, həm də  İslam dünyasında kuman türklərinin dili ilə bağlı lüğətlər tərtib edilmişdir (112.167-168). Anadolunun Səlcuqlular tərəfindən tutulmasında və bu ərazinin yenidən Türk Yurdu halına gəlməsində kumanların ölçüyəsığmaz xidməti olmuşdur.

Kumanların orta əsrlərdə də Azərbaycanda yaşadıqlarnı Musa Kağankatlının “Alban tarixi”ndən öyrənmiş oluruq (66.l kitab, Vl fəsil). Sözügedən kitabda yazılanlardan öyrənirik ki, Qafqaz Albaniyasında kumanlarla bağlı olan “Qomenk” adlı toponim olmuşdur. Həmin toponimin qomen (kuman) etnonimindən və qədim erməni dilindəki “k” yer, məkan bildirən şəkilçidən yarndığını (“Alban tarixi” kitabı dövrümüzədək erməni dilində çatmışdır) söyləyən Qiyasəddin Qeybullaye-vin fikrincə, bu yer ya Arsax (Qarabağ), ya da Sünik (Zəngəzur) ərazisində olmuş-dur. O, 1727-ci ilə aid bir arxiv sənədinə istinadən göstərir ki, həmin dövrdə, yəni XVlll əsrdə Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan Koman kəndi mövcud imiş (55.117). Tarixi mənbələrdə kumanların iskitlərlə eyniləşdirilməsi, onlardan “koman iskitləri” kimi söz açılması hallarıda müşahidə edilmişdir. R.Q.Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır:

“Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur.” (137.15).

Su ölkəsi ilə bağlı türk genoloji əfsanəsində deyildiyi kimi, türklərin başbuğu Kapan Punun 16 qardaşı  var idi. Yəni onlar 17 qardaş idilər. Mixi yazılarda bu məlumatla ağlasığmaz dərəcədə üst-üstə düşən bir məlumat var və həmin məlumata əsasən, Quti sülaləsinin hakimiyyətdə olduğu çağda ( e.ə.XXlll əsrdə ) akkad qoşununun quzeydə vuruşduğu 17 tayfadan biri də tourki və ya turki şəklində xatırlanan boy olmuşdur. (7.39).

Əgər gerçəkdən də mixi yazılardakı “turuk”larla Göytürk Xaqanlığını qurmuş türklər eyni xalqdırsa, bu xalq gerçəkdən də öncə Xəzərin qərbində yaşamışsa və sönralar dənizin şərqinə, oradan da Çin, Monqolustan və Altay istiqamətində hərəkət etmişsə, ola bilməzdi ki, bu köç barədə heç bir yazılı mənbə qalmamış olsun. Əgər belə bir mənbə olarsa,oponentlərimizə elə bir öldürücü zərbə vurmuş olarıq ki, ağ bayraq qaldırmaqdan başqa heç bir çarələri qalmaz.

Xoşbəxtlikdən belə bir mənbə var və həmin mənbə təkcə türk xalqının deyil, eləcə də albanların Xəzərin qərbindən şərqinə, oradan da Çin tərəfə yayıldıqlarını təsdiq edir. Söhbət Vl əsr müəllifi İordanın özünün çox məşhur “Qotların mənşəyi və əməlləri haqqında” adlı əsərində yazdıqlarından gedir:

“İskitlər ölkəsi göbələyə oxşayır. Başlanğıcda o, dardır, sonra isə geniş və dairəvidir və hunların, albanların və sereslərin yayıldıqları uzaq ərazilərə qədər uzanır.” (74).

Müəllif bir qədər sonra isə deyir:

“İskitlər ölkəsi genişdir və çox uzaqlara qədər uzanaraq şərqdə sereslər ölkəsi- nə çatır. Sereslər öz tarixlərinin əvvəlində Xəzər dənizi sahilində yaşayırdılar.” (74).

İordandan öncə haqlarında Strabon, Dionisiy Perieqet, Appolodor və s. müəlliflərin əsərlərində də söz açılan bu xalq barədə mütəxəssislər müxtəlif fərziyyələr irəli sürsələr də bir fikirdə yekdil olmuşlar ki, İordanın dövründə bu xalq Çin sərhədində yaşayırdı, əsil adları da “ser” və ya “sir” idi. Yəni “seres” formasındakı sonuncu iki hərfin əmələ gətirdiyi “es” qədim yunan dilində isimlərə artırılan adlıq hal şəkilçisidir, sözün kökü isə “ser” və ya “sir”dir.(75.112-113).

Eramızın l əsrində ser (sir) xalqı və onu yerləşdiyi coğrafiya haqqında ən ilk məlumat verənlərdən biri Pomponiy Mela (l əsr) olmuşdur. O, Asiya qitəsindən söz açarkən, bu xalqı iskitlər və hindlilərlə birlikdə, qonşu xalqlar kimi qeyd etmişdir. Eyni əsrdə yaşamış Dionisiy Perieqet isə serləri sak, toxar və frunlarla birlikdə yad etməkdədir.

ll əsr müəllifi Klavdi Ptolomey yazır:

“İmay dağının o biri tərəfində yerləşən İskitlər ölkəsininin (Skifiyanın) sərhədlərini qərb tərəfdən dağın bu tərəfində yerləşən İskitlər ölkəsi (Skifiya), şimal tərəfdən həmin dağın şimalında yaşayan Saklar ölkəsi, şərqdən isə serlər ölkəsi (Serika) təşkil edir.”

Klavdi Ptolomey Serika, yəni Serlər (sirlər) ölkəsi haqqında bunları bildirir:

“Serikanın böyük ərazisi ilə əsasən  iki çay axır. Mənbəyininin birini, artıq qeyd etdiyimiz kimi, Avzakiya dağı yaxınlarında olan  Oyxard çayının digər mənbəyi isə  Asmireya dağları yaxınlığında, 174 dərəcə-47 dərəcə 30 dəqiqədə yerləşir…”

Digər qolların və çayın da koordinatlarını dəqiq göstərən böyük coğrafiya-şünas alim bu ölkənin şəhərlərinin-Damna, Piada, Asmireya və Froananın da coğrafi koordinatlarını göstərmiş, ölkədə və qonşuluqda yaşayan xalqları da qeyd etmişdir (141, 7-10).

İordanın yazdıqlarından isə ser (sir) xalqının öncə Xəzər sahillərində yaşadıqla-rı və sonradan Orta Asiya, Çin və Monqolustan tərəflərə köç etdikləri aydınlaşır

Sir və ya ser xalqının kim olduğunu isə biz Orxon-Yenisey abidələrindən öyrənirik. Belə ki, uzun müddət Göytürk xaqanlarının vəziri olmuş Tonyuquq ucaltdırdığı abidədə özünün mənsub olduğu xalqı “türk sir xalqı” adlandırır. Sözügedən abidənin 3 və 4-cü sətirlərində oxuyuruq:

Türk sir bodun yerintə bod kalmadı”(Türk sir xalqının yerində boy qalmadı). (11.117).

Eyni abidənin 11-ci sətrində isə deyilir:

“Türk sir bodun yerintə idi yorımazun”(Türk sir xalqının yerində yiyə yürüməsin).(11.118).

Tonyuquq abidəsinin  60,61 və 62-ci sətirlərində də eyni etnonim ilə rastlaşırıq:

“Kapağan kağan türk sir bodun yerintə bod yəmə, bodun yəmə, kisi yəmə idi yok ertəçi erti. İltəris kağan, Tonyukuk kazğantuk üçün Kapağan kağan, türk sir bodun yorıduku… Türk Bilgə kağan türk sir bodunığ igidü olurur” (Kapağan xaqanın türk sir xalqını yürində bir nəfər də, xalq da, adam da sahib olmayacaqdı. İltəris xaqan, müdrik Tonyuquq qazandığı üçün Kapağan xaqanın türk sir xalqı yaşamaqdadır. Türk müdrik xaqanı türk sir xalqını, oğuz xalqını yüksəldərək (taxtda) oturur).(11.121).

Maraqlıdır ki, sözügedən abidədə Tonyuquq türk sir xalqını ardına alıb Ötüge-nə, yəni Türk Xaqanlığının mərkəzi olan və bugünkü Monqolustan ərazisində yer- ləşən əraziyə gətirdiyindən söz açmaqda və keçdiyi yerlər sırasında Dəmir Qapı-nın, yəni Dərbəndin də adını çəkməkdədir:

“Kəlürtüm ög türk bodunığ Ötükən yerkə ben özüm bilgə Tonyukuk.” ( Doğma türk xalqını Ötügen yürinə mən – müdrik Tonyuquq özüm gətirdim. 17 – ci sətir) (11.118).

“Təmir Kapığa təgi irtimiz, anta yanturtımız… Ol küntə təgdi türk bodun Təmir Kapığka.” (Dəmir qapıya təki çatdıq, oradan qaytardıq… Həmin gün türk xalqı Dəmir qapıya çatdı. 45 – 46 – cı sətirlər)(11.120).

Bütün bu deyilənlərə qədim Çin mənbələrində Xəzərin qərbindən gəldikləri bildiriən türklərin Çin qaynaqlarında adı “Kapan Pu” kimi çəkilən ilk xaqanlarının addının “Tonyuquq” abidəsindəki Qapağan xaqanın adı ilə səsləşməsini də əlavə etmək laımdır.

Firidun Ağasıoğlu yazır:

          “Pratürk mərhələsindən sonrakı dövrdə türkdilli etnoslar iki əsas qola ayrılmış ,bunlardan biri Ön Asiyanın müxtəlif yerlərinə səpələnmiş, digər qolu isə şərq istiqamətində hərəkət edərək oradakı pramonqol,pratunqus-mancur,prakoreya və sairə etnoslarla uzun müddət kontaktda olmuşlar ki, həmin kontakt nəticəsində ortaya çıxan paralelləri Altay nəzəriyyəsi qohumluq kimi təqdim edir.Doğrudur,həmin paralellərin toplanması və şərhi türkologiya elminin inkişafına təkan vermişdir,lakin bu nəzəriyyə türk dillərinin daha qədim dövrünə enməyə imkan vermir.Altayşünaslıqda qəbul edilmiş “dil qohumluğu” ifadəsi əvəzinə “dil paralelləri” ifadəsinin işlənməsi daha doğru olar.Bu halda gerçəklik ortaya çıxmış olar.Eyni sözləri qədim Ön Asiya dilləri barədə də deməliyik.Turk dillərinin şərq qolları şərq dilləri ilə kontaktda olduğu kimi,qərb qolları da ondan çox-çox qədim zamanlardan Ön Asiya dilləri ilə kontaktda olmuşdur.”(76.132).

Nizami Xudiyev bildirir:

             “Ön Asiyanın qədim dillərində – bir sıra yerli abidələrdə türk sözləri qeydə alınmışdır ki,bu, türk etnosunun Azərbaycanda,ümumən Ön Asiyada müəyyən rol  oynadığını və həmin rolun ardıcıl olduğunu təsdiq edir.”  (70.15).                               

Yusif Yusifovun fikrincə, türk dillərinin kök dildən ayrılıb parçalanmasını eradan əvvəl lV və lll minilliyin əvvəllərinə aid etmək mümkündür. Bu dövr pratük dilinin mövcud olduğu çağdır(77).

            “Elam və türk dilləri arasında aparılmış müqayisələr bu dillərin nə vaxtsa yaxın kontaktda olmuş olduğunu sübut edir.Daha doğrusu həmin kontaktın eradan əvvəl  3-2-ci minilliklərdə İran ərazisində baş verdiyini söyləmək üçün əlimizdə kifayət qədər əsas vardır.”(1.86).

            Dilçi alim İ.Məlikov deyir:

            “Ön Asiyanın qədim dillərindən olan xatt dilində tərtib edilən və eradan əvvəl  3-2-ci minilliklərdə qələmə alınan mətnlər ilk dəfə Qroznı və Forrer tərəfindən öyrənilmiş, daha sonra isə ,bu işi İohannes Fridrix, Laroş, Kemmenhuber, Dyakonov, Dunayevskaya və başqaları davam etdirmişlər. Sözügedən dilin leksik fondunda türkcə ilə ortaq olan bir sıra sözlərə təsadüf

olunur ki, bu da həmin etnosların hələ Tunc dövründə Kiçik Asiya ərazisində cox yaxın ictimai-siyasi,mədəni və iqtisadi əlaqədə olduqlarını göstərir:   

                                                          

            “Xatt dilində              Türk dilində

            ——————————————

           kud                              qut (can,ruh)                          

           takkıl                           taxıl

           tek                               tik (tikmək)              

           aşaq                            acıq

           kuru                            gör (görmək)

           kuba                           qanmaq (anlamaq)

             ——————————————————-

             Kud. Xatt dilində bu söz əksər hallarda “li-kud” və “li-kuddu” formasında işlədilib ki, mənası onun canı, onun ruhu deməkdir.Türk dilindəki  can, həyat gücü,ruh mənalarını verən “qut” kəlməsi ilə üst-üstə düşür.                                                               

            Takkıl. Tədqiqatçı Dunayevskaya bu sözün kökünün  tullamaq,səpmək mənasını verən “kıl” kəlməsi olduğunu,”tak” hissəciyinin isə sözönü olduğunu ehtimal etmişdir.Kammenhuber isə  haqlı olaraq göstərmişdir ki,bu sadə sözdür və “səpmək”, “dağıtmaq” mənalarında işlənmişdir. Bu söz türk dilində  dağılmaq, dağıtmaq  və dənli bitki mənalarında işlənən “taxıl” sözü ilə paralellik təşkil edir.

 Başqa bir paralel isə ana dilimizdəki “tik” sözünün verdiyi mənanı verən “tek” kəlməsidir.Acıq mənasını verən “aşaq” və görmək mənasında olan “kuru” sözləri də bu qəbildəndir.

  Yeri gəlmişkən qeyd edək ki,eyni kəlməyə “kar” və “kur” formalarında şu- mer dilində də rast gəlinir.

   Qanmaq mənasında olan “kuba” kəlməsi şumer dilində “ka” şəklində qeydə alınmışdır.”   (12).                                                

İ.Məlikov davam edir:

  “Xatt dili ilə türk dilinin  əlaqəsi təsadüfi ola bilməzdi və bu,böyük ictimai-siyasi nüfua malik iki dilin uzunmüddətli əlaqəsinin bəhrəsindən başqa bir şey deyildir.

  Bənzər hal türk dili ilə Ön Asiyanın başqa bir dili olmuş hett dili arasında da müşahidə edilir.Eradan əvvəl  2–ci minilliyə aid hett mixi yazı mətnlərində də bir çox türk sözünə rast gəlmək mümkündür.

 “Hett dili                       Türk dili

—————————————————

   te                                 de (demək,danışmaq)

   tür                                dürmələmək 

   atta                               ata                                                                     

   anna                             ana”

———————————————–

 

Te. Bu kəlmə hett dilində danışmaq,söyləmək, demək anlamlarında işlənmiş, Urartu kitabələrində “ti” formasında qeydə alınmışdır.  

 Tür. Sözün hett dilindəki mənası bağlamaq,bükmək,sarımaq,üzləməkdir. Ana dilimizdəki “dürmələmək” sözü ilə üst-üstə düşür.”  (12).

Bütün bu deyilənləri, yəni türklərin Azərbaycanın ən qədim sakinləri olması faktını ərəb mənbələri də təsdiqləməkdədir. Məsələn, Übeyd ibn Şəriyyə əl-Cürhuminin “Xəbərlər” əsərində (Vll əsr) əsrində yazılır ki, xəlifə l Müaviyə 661-680) Azərbaycanın işğalı çağında ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da “Azərbaycan ən qədimdən türklərin ölkəsidir və orada türklər yaşayır”-deyə cavab vermişdir (142.5; 143.183). Eyni fikir 1126-cı ildə qələmə alınmış, müəllifi bilinməyən başqa bir tarixi əsərdə də təkrarlanır:

“Azərbaycan ən qədimdən türklərin əlində olan bir ölkədir” (142.183).

Mövzumuz baxımından professor Helmoltun ümumi rəhbərliyi altında 120 alimin kollektiv əməyinin nəticəsi olan “Bəşəriyyətin ümumi tarixi” kitabının “At-ropatena” bölümündə yazılanlar da böyük önəm daşımaqdadır:

“…Tarixin göstərə bilmədiyi məchul bir zamandan bəri bu yerlərdə başdan-başa türklər yaşamaqdadır (71.62).

Kuti, turuk, subar və kumanlardan sonra qədim Azərbaycanın mixi yazılarda adına rast gəldiyimiz növbəti türk soyu kimmerlər olmuşdur ki, mixi yazılar onlardan e.ə. Vlll əsrdən etibarən söz açmağa başlamışdır.

        KİMMERLƏRDƏN İSKİT VƏ SAKLARA

Kimmerləri e.ə. Vlll əsrin Azərbaycan və Ön Asiya sakinləri kimi göstərən mixi kitabələrdən fərqli olaraq Herodot e.ə. V srdə onlardan Qara dənizin quzey sahillərinin sakinləri kimi söz açmaqdadır. Tarixin atası eyni zamanda onların bu əraziyə iskitlərin təzyiqi ilə Araz çayı sahillərindən köç etməyə zorlandıqlarını bildirməkdədir. Belə hesab olunur ki, bu etnik qrup guya Güney Qafqaz və Ön Asiyaya Quzey Qafqzdan Daryal keçidini keçərək gəliblərmiş, yəni onlar Azərbaycan və Ön Asiyanın avtoxton əhalisi deyilmiş. Bu fikrin doğru olmadığını irəlidə göstərəcəyik. Hələliksə qeyd edək ki, onların Araz çayını keçərək e.ə. 715-ci ildə Urartu ordusunu darmadağın etdikləri və Urartunu tutduqları dəqiq məlum olan faktdır (144.278-281).

Kimmerləri “qamira” adlandıran aşşur mənbələri onlardan Manna, yəni Azərbaycan sakinləri kimi söz açmaqda və onların hökmdarı Tuqdammenin (Toxtamışın) adını çəkməkdədirlər. (55.327-219). Rus  və bəzi Avropa elmi ədəbiyyatında yayğın olan fikrə görə bu xalq irandilli idi (38.239-241). Lakin əldə olan təkzibedilməz dəlillər bunun əksini sübut etməkdə, kimmerlərin türkdilli olduqlarını birmənalı şəkildə ortaya qoymaqdadır. Dünyaya “İlliada” və “Odiseya” kimi iki nəhəng poema bəxş emiş Homer bu xalqdan “at südü sağanlar” kimi bəhs etmişdir (103.Xlll,1). At südünü sağanların və ondan kımız hazılayanların isə məhz türk xalqları olduğu bəllidir. İrandillilər içərisində belə hala rast gəlinməmişdir.

Bu baxımdan erkən orta əsrlər tarixçisi Prokopiyanın dedikləri isə əvəzsiz mənbə hesab edilə bilər:                                                 

              “…Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından Tanais çayının bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmiş-lər.Burada yaşayan xalqları qədimdə kimmer,indi isə utiqur adlandırır-lar.”(104.20;55.96-97).

              Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri,o cümlə-dən hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar. Bu isə o deməkdir ki, kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şübhə oyatmamışdır.

Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əfsanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifologiyası” kitabının Avropa hunlarının maralla bağlı əfsanələrindən söz açan bölümündə həmin əfsanəni belə təsvir edir:

“Vaxtilə Kimmer kralınnKutriqur və Utiqur adlı iki oğlu var imiş. Günlrin birində bu iki uşaq ov etmək üçün çölə çıxır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və maral qovmağa başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən nəhayət bir dənizin kəmarına gəlirlər. Uşaqlar maralı dənizə sıxışdırıb vurmaq istəyirlr, lakin maral dənizə atılıb üzməyə başlayır. Uşaqlar da üzə – üzə maralın dalınca gedirlər. Maral qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya ayaq basan kimi maral yoxa çıxır”. (221.575)

Musa Kağankatlının “Alban tarixi”ndə yazılanlara əsasən, Azərbaycanda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya təsadüf edir və bilavasitə Nuhun adı ilə bağlanır.Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, samilərin Yafəs, türklərin isə Olcay adı ilə tanıdıqları şəxsin adı çəkilir:

     “Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona qədər uzanıb,Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına çatırdı”(66.14).

  Musa Kağankatlının yazdığına görə, Yafəsin oğullarından biri Qamər idi və qamərlər, yəni kimmerlər onun soyundandır (66.14-15). Müəllif eyni zamanda kimmerlərin soy babası olan Qaməri Azərbaycanın (Albaniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir. Bu isə o deməkdir ki, kimmerlər çox-çox qədim zamanlarda gerçəkdən də bu ərazilərin sahibləri olmuşdular. Məhz o dövrdə də “kimmer” adı utilərə də şamil edilmişdir. Belə isə, eyni ad ümumiləşdirici ad kimi utilərin qonşuları saklara da, – əgər onlar həmin dövrdə eyni ərazidə yaşayır-dılarsa, – aid edilməli idi.

Mixi yazılar bu versiyanı da təsdiq edir. Məsələ burasındadır ki, 1933-cü ildə Aşşurbanipalın (e.ə.668-663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısında başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme (Toxtamış) “Saka ölkəsi”nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R.Tompson “saka” (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir.Lakin sonralar  X. Tadmor iddia etdi ki, ifadəni “Saka və Qutium” (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan sakların üzərində də hökm sahibi imiş (139.84).

Herodotun yazdıqlarından belə anlaşır ki, kimmerlərin bu bölgədəki hakimiyyətinə hansısa iskit tayfası son qoymuş, onları Araz çayını keçərək öncə Qara dənizin cənub sahillərinə, daha sonra isə şimal sahillərinə sıxışdırmışdır.  Lakin tarixin atası bu hadisəni iki versiyada nəql etmişdir. İkinci versiyaya görə iskitlər Araz çayı sahilində yaşayırdılar. Onlar Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər və onları təqib etməyə başladılar (75.24). Lakin mütəxəssislər həmişə birinci versiyaya üstünlük vermiş və bu iskitlərdən gəlmə xalq kimi söhbət açmışlar. Halbuki, arxeoloji faktlar da, ən qədim yazılı mənbələr də iskit və sakların ilkin vətəninin məhz Azəbaycan və Ön Asiya olduğunu göstərməkdədir. Bu barədə bir qədər sonra. Herodot  Qara dəniz sahillərində yaşayan iskitləri “skolot” adlandırır (55.276).

Skolotların tədqiqi bu əsərdə qarşıya qoyulan hədəflərin obyektlərindən biri olmasa da, iskitlərin dil və ədəbiyyatı barədə müəyyən təsəvvür əldə etmək üçün onlar barədə də bir neçə kəlmə söyləməmiz lazımdır.

Qiyasəddin Qeybullayev “skolot” etnonimi barədə yazır:

“Hesab edirik ki, Qara dənizin quzey sahillərində qeydə alınmış “skolot” etnoniminin “iskutay”,”iskuday” (işquz) etnoniminə heç bir dəxli yoxdur, çünki, birincisi, bu etnonim (ərəb müəllifləri tərəfindən bulqarların bir qolu kimi qeyd edilən və Orta Asiyanın bir çox türk xalqlarında qorunub saxlanılan ad olan)”eskel”, eşkil”, “iskil”, “eskil” etnonimindən və qədim türk dilindəki “-ut”, “-“ot” cəm şəkilçisindən yaranmışdır, ikincisi, “skolot” bütün iskitlərin deyil,  yalnız Qara dənizin quzeyində yaşayan iskitlərin adı olmuşdur.” (55.276).

Deməli, alimin də haqlı olaraq qeyd etdiyi kimi, “skolot” adı “eskel” etnonimi və “-ut” cəm şəkilçisindən yaranmış bir etnonimdir. Yəni bu halda vaxtilə ərəb mənbələrində bulqar türklərinin bir qolu kimi qeydə alınmış eskel xalqından söhbət gedir. Maraqlıdır ki, hazırda Macarıstan və Rumıniyada yaşamaqda olan, artıq bütünlüklə macar dilində danışan, fəqət  öz türk köklərini unutmayan bir xalq yaşayır. Onlar özlərini “sekel” adlandırırlar. Bu xalqın ən azı XVl əsrə qədər türk-  -run (Orxon-Yenisey) əlifbasından istifadə etdiyi, bu əlifba ilə yazılmış zəngin ədəbiyyata malik olduğu, dillərinin isə Avropanın geniş əraziləində işləndiyi məlumdur. Bu barədə Murad Aci yazır:

        “Münhendən olan həvəskar şərqşünas Frans Babinger Ausburqda Fuqqerlərə mənsub knyaz və qrafların arxivində işlərkən 1553-1555-ci illərin hadisələrindən bəhs edən qədim mətnlərə rast gəldi.Bu mətnlər əvvəllər,çox güman ki,tövlə olmuş bir binanın divarlarından kopiyalanmışdı və heç kəs onlara heç bir əhəmiyyət vermirdi.Lakin Babinger Tomsenin əsərləri ilə tanış olduğundan bu mətnin hərflərinin qədim türk əlifbasının hərflərini xatırlatdığını dərhal sezdi və onları Kopenhagenə-Vilhelm Tomsenə göndərdi.Mətnləri alan Tomsen çətin vəziyyətə düşdü.Yazının hərfləri türk hərflərini xatırlatsa da, onlardan bir qədər fərqlənirdi.Yalnız xüsusi tədqiqatlardan sonra hər şey aydın oldu: Alimlərin önünə türk dilinin Avropa dialekti çıxmışdı.” (32.109-110).

        Tapılan mətn macar salnamələrindən məlum olan bir hadisədən söhbət açdığı üçün onun Avropa mənşəliliyinə heç bir şübhə yox idi.Mətnin dilini Tomsen “qədim macar dili” adlandırdı.Sonralar məlum oldu ki, bu sekellərin dilidir. Sekellər artıq çoxdan macarlaşmış olsalar da və türk dilini unutsalar da özlərinin türk mənşəliliyini unutmamışdılar (32.111).

Herodota istinadən skolotların, yəni sekellərin dörd soydan-avxat, katair, traspi və paralat soylarından ibarət olduğunu söyləyən Qiyasəddin Qeybullayev  avxatların bu günə qədər qırğız türklərinin etnik qruplarından biri olan avaqatlar (111.298), paralatlların isə Cənubi Rus düzənliyində peçeneq türklərinin içərisində qeydə alınmış borotalmatlar olduğunu bildirir (55.309).

Bütün bu deyilənlərdən nəticə çıxmamalıdır ki, kimmerləri Azərbaycan və Ön Asiayadan sıxışdıranlar sekellər imiş. Çünki irəlidə görəcəyimiz kimi, bu xalq işquzlar olmuşlar və onların təqibindən yaxa qurtarmağa çalışan kimmerlərin tərkibində sak və utilərin də bir qismi Qara dənizin şərq və şimal sahillərinə köçməli olmuşdular. Elə bu üzdən də Prokopiya keçmişdə “kimmer” adlanan utiqurlardan (utilərdən) və hunlardan söhbət açarkən onlarla qonşuluqda saqinlərin (sakasinlərin), yəni sakların da adını çəkimişdir (104.20;55.96-97).

Kimmerlərin bir zamanlar Azərbaycanda yaşadıqlarını çoxsaylı etnotoponim-lər də sübut etməkdədir. Artıq qeyd etdiyimiz kimi, Yusif Yusifov kimmerlərin adının aşşur mənbələrində “qimiraya” (qimirə mənsub) kimi çəkildiyini əldə əsas tutaraq, Zaqatala rayonu ərazisindəki Qımır vı Qımırlı yer adlarının bu xalqdan yadigar qalan etnotoponimlər olduğunu bildirmişdir (1.104). Firidun Ağasıoğlunun yazdığına görə, Quzey Azərbaycandakı Qəmərli və Kəmərli, eləcə də Güney Azərbaycandakı Kəmər, Komar, Xomarlu kimi yer adları kimmerlərdən qalma yer adlarıdır (7.97). Qiyasəddin Qeybullayev Qərbi Aərbaycandakı Gümrü (55.318), Güney Azərbaycandakı Komar, Kəmər və Kəmərdaran topnimlərinin də kimmer-lərlə bağlı olduğunu yazır və həmin kəndlərin azəbaycanlı, yəni türk kəndləri olduğunu vurğulayır (55.321). Alim eyni zamanda, XlX əsrdə Azərbaycan və Er-mənistanda (Qərbi Azərbaycanda) 5 Kəmərlu adlı kəndin qeydə alındığını və onlarda da Azərbaycan türklərinin yaşadıqlarını diqqətə çatdırır, Qazax rayonu ərazisindəki Kəmərqaya və Borçalıdakı Böyük Kəmərli və Kiçik Kəmərli kəndlə-rinin kimmerlərin adını bu günə qədər yaşatdıqlarını vurğulayır (55.320), İranın müxtəlif bölgələrində yarləşən Kəmər (2 dənə), Kəmərabad, Qomar,Qəmərabad və s. yaşayış məntəqələrini, eləcə də Türkiyədəki Kemerli kəndini də eyni sıraya daxil edir. Müəllif İranın cənubunda yaşayan qaşqay türklərinin soylarından birinin bugünə qadər ” qamər” adlandığını diqqətə çatdırmağı da unutmur (55.321).

Kimmerlər barədə tarixdə ilk dəfə söz açan ən ilk mənbələr onlardan Azərbaycan, daha dəqiq desək, Manna sakinləri kimi söz açmaqdadır (38.2). Bu et-nik qrupun e.ə Vll əsrdə Kür-Araz ovalığında yaşadıqları barədə də yetərincə məlumat vardır. S.T.Yeremyana görə, iskitlər bura gələnə və onları sıxışdırana qədər kimmerlər Araz düzənliyində yaşamışlar (147.52).

Konkret olaraq sak adı ilə tanınan etnik qruplara gəlincə, birmənalı şəkildə deyə bilərik ki, kimmerlər, saklar, işquzlar və s. qədim mixi yazılardan da göründüyü kimi, eyni dildə və ya eyni dilin müxtəlif ləhcə və şivələrində danışan eyni etnosun müxtəlif  konkret qrupları olmuşlar. Müxtəlif dövrlərdə onlardan hər hansı biri üstün vəziyyətdə olduğu dövrdə həmin qrupun adı digərləri üçün də ümumiləşdirici ad kimi çıxış etmişdir. Yuxarıda gördüyümüz kimi, müəyyən bir dövrdə bu qruplar üçün “kuti” və “kimmer” adlarıı ümumi ad idi. Sonrakı dövrdə isə saklar üstün vəziyyətə gəlmiş və digər qohum etnik qruplar da bu ümumiləşdirici adla tanınmışlar. Bu hal fars-Əhəmənilərin hakimiyyətə gəldikləri dövrə qədərki zaman kəsiyində baş verdiyi üçün qədim fars mənbələrində, ilk növbədə də Bisitun kitabəsində bütün bu qruplar eyni ad altında, yəni “sak” (saka) adı altında qeyd edilmişdir. Halbuki, bu xalqlardan yalnız biri gerçək saklar idilər və irəlidə saklardan yadigar qalmış ədəbi nümunələri incələyərkən görəcəyimiz kimi, onlar özlərini “şakı” adlandırmışlar. Qonşu xalqların dilindəki “sak” və ya “saka” kəlməsi də məhz bu adın bir qədər təhrifi ilə ortaya çıxmışdır. Fəqət elmdə yayğın olan yanlış bir fikrə görə, guya kimmer, iskit və sarmatlar kimi irandilli olan saklar özlərini “şaka” adlandırırdılar  (148.318).

Kimmerlərin və Qara dəniz iskitlərinin (sekellərin) irandilli deyil, türkdilli olduğunu yuxarıda göstərdik. Sakların da türkdilli olduğunu irəlidə göstərəcəyik.

                           İSKİTLƏR VƏ SAKLAR

Artıq qetd etdiyimiz kimi, saklardan fərqli olaraq kimmerlərin adına aşşur mənbələrində e.ə. Vlll əsrdən etibarən rast gəlinməkdədir. Bu mənbələr onları Aşşur sərhədlərində qeydə almışlar (149.169-175;150.232). Onların ardınca Ön Asiyada işquzlar peyda olurlar. Aşşurlar onları bir-birindən fərqləndirərək, onlardan birini “qimirri”, digərini isə “işkuz” adlandırırdılar (132.242). Aşşurlara ayrıca saklar da məlum idi (151.241). Babil mənbələində isə Əhəmənilərin tarix səhnəsinə çıxışına qədər işquz və sakların adı ümumiyyətlə heç işlənməmiş, onların əvəzinə hər yerdə “qimirri”, (yəni kimmer) yazılmışdır. M.A.Dandamayev və V.Q. Lukoninin fikrincə, bu hal ondan qaynaqlanırdı ki, birincisi, Babil ədəbiyyatında arxaikləşdirməyə meyl güclü idi, ikincisi, Ön Asiyaya yürüşlər təşkil edən  ilk Şərq xalqı məhz kimmerlər olmuşlar. (152.75).

Herodotun yazdığına görə, farslar bütün iskitləri “sak” adlandırırdılar (152. 75). Onun haqlı olduğunu Bisitun kitabəsinin farsdilli yazıları bütünlüklə təsdiq edir. Burada saklarla qohum olan bütün etnik qruplar ümumiləşdirici “saka” adı ilə adlandırılır. Yunanlar isə bütün bu xalqları “iskit” hesab edirdilər. Bu üzdən də bir çox çağdaş müəlliflər özlərini çətinə salmamaq üçün “İskit-saklar”, digərləri isə “kimmer-iskit-saklar” terminindən istifadə etmişlər. Mixi yazılarda isə bütün bu xalqların, o cümlədən onlarla etnik və dil baxımından qohum olan madayların (midiyalıların) “umman manda” (Manda ordusu) adlandırılması halı ilə də üzləşmək mümkündür (1.69). Məsələn, Nabopallasarın “Xronika”sında Midiya hökmdarı Kiaksar “umman manda” hökmdarı kimi qələmə verilir. Halbuki, eyni yazıda o, sadəcə “madayya” (midiyalı) adlandırılır. Nabonidin kitabələrindən birində isə “manda hökmdarı” ünvanı başqa bir Midiya hökmdarına-Astiaqa aid edilir. Fars hökmdarı Kirin Midiyanın işğalından bəhs edən silindirik möhürdə isə “umman manda”lıların məğlub edildiyi göstərilir (152.80).

Ayrı-ayrı aşşur kitabələrində kimmerlərin və sakların hökmdarı kimi qələmə verilən Tuqdamme (Toxtamış) bir yerdə “Umman manda hökmdarı” adlandırılır. İ.M. Dyakonova görə, buradakı “umman manda” adı kimmerlərə verilən addır. Onun fikrincə, “Umman manda” və “Maday” Midiyanın fərqli adları olmuşdur (152.75, 80). Kameron isə hesab edirdi ki, “umman manda”lılar iskitlər idilər və Kiaksar e.ə. 612-ci ildə iskitləri özünə tabe etdikdən sonra bu ad Midiya hökmdarlarına da şamil edilməyə başlanmışdır (153.216).

“Manda” kəlməsini “kim bilir” kimi tərcümə edən B.Landsberqer və T.Bauer bildirirlər ki, bu adla bir çox xalqların koalisiyası ifadə edilmişdir (154.88). B.B. Piatrovski və İ. Əliyevin fikrincə “umman manda” adıyla midiyalılar və şimal köçəriləri adlanmışlar (152.80).

Şübhəsiz ki, bütün bu eyniləşdirmələrin yalnız və yalnız bir səbəbi olmuşdur: bütün bu xalqlar, yəni həm kutilər, həm kimmerlər, həm saklar, həm işquzlar, həm də madaylar (midiyalılar) eyni etnosun ayrı-ayrı qrupları, başqa sözlə, soy və boyları idilər. Əslində bu məsələdə alimlər arasında heç bir fikir ayrılığı yoxdur. Fikir ayrılığı onların hansı etnosun qrupları olduqları və hansı dildə danışdıqları barədədir. Bəziləri onları irandilli hesab etməkdə, digərləri isə türkdilli olduqlarında israr etməkdədirlər. Birinci versiyanın tərəfdarları əsasən tarixçilər, ikinci versiyanın tərəfdarları isə əsasən dilçilərdir. Birincilərin arqumentləri o qədər əsassız və məntiqsizdir ki, həmin versiya üzərində durmaq belə mənasızdır. İkincilərin arqumentləri isə təkzibedilməz faktlara söykəndiyi üçün tədqiqatımız baxımdan böyük önəm daşımaqdadır. Lakin bəri başdan qeyd edək ki, bütün bu etnik qrupların Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş olmalarına baxmayaraq, indiki halda bizi ilk növbədə məhz saklar və onların dil və ədəbiyyatı maraqlandırır.

İlk öncə ondan başlayaq ki, yunanların “iskit”, farsların isə “sak” adlandırdıqları bu qohum xalqlara aid indiyə qədər Avrasiyanın geniş düzənliklə-rindən-Şərqi Avropadan, Qara dənizin qərb və şimal sahillərindən tutmuş Çin səddinə qədər, Güney Azərbaycandan Skandinaviyaya, Skandinaviyadan Sakit okean sahllərinə qədər  yüzlərlə kurqan tapılmış və tədqiq edilmişdir. Həmin kur-qanlardan tapılan zəngin mədəniyyət nümunələri bütün bu böyük regionda ağlasığmaz mədəni eyniliyin və vahid standartların mövcudluğunu göstərmişdir. Məhz bu eyniliyi əsas götürən, demək olar ki, bütün mütəxəssislər sözügedən nəhəng ərazidə eyni etnosa aid etnik qrupların yaşadığını söyləmişlər. Onların incəsənəti isə müxtəlif heyvan motivlərinin çoxluq təşkil etməsi səbəbindən “heyvani üslub” adlandırılmışdır.

Məsələn, bütün bu etnik qrupları “sak” adlandıran və onları irandilli hesab edən İ.M.Oranski onların iki min il ərzində Qara dəniz sahillərindən Çin səddinə qədər uzanan geniş bir ərazidə yaşadıqlarını yazmışdır (155.90).

Eynən Oranski kimi iskitləi və sakları irandilli hesab edən R.Fray yazmışdır:

“İran tayfaları təkcə Güney Rusiyanın və Quzey Qafqazın deyil, eyni zamanda Sibir, Altay, eləcə də Şərqi və Qərbi Türküstanın  geniş ərazilərində məskun idi-lər…Altay və hətta Çin səddindən tutmuş Transilvaniyaya qədər uzanan geniş ərazilərdə ən azı min il boyunca, yəni yeni eranın ilk əsirlərində baş vermiş hun hücumlarına qədərki dövrdə müəyyən bir eynilik müşahidə olunmaqdadır.  Belə aydın olur ki, irandilli tayfalar burada xüsusi rola sahib olmuşlar.” (156.221-222).

B.Q.Qafurov bildirir:

“İran dillərinin qədim zamanlarda yayılma arealı orta əsrlərə  və indiki dövrə nisbətən daha geniş idi. Bu areal Quzey Qara dənizdən Şərqi Türküstana qədər uzanırdı. İran xalqlarının ümumi vətəni də bu sərhədlər içərisində mövcud olmuşdur.” (157.13).

E.A.Qrantovski yazmışdır:

“E.ə. l minillikdə irandilli tayfalar və xalqlar bizim ölkəmizin (keçmiş SSRİ-nin) - Çin sərhəddindən Dunay çayına qədər geniş ərazilərində məskun idilər  (158.3).

Yuxarıda əsərlərindən sitatlar təqdim etdiyimiz müəlliflərin hamısı sözüge-dən etnik qrupları irandilli hesab etməklə yanaşı, onların qohum olduqlarını və Avrasiyanın geniş ərazilərində məskun olduqlarını təsdiq etmişlər. Bizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə türk etnosundan getdiyini irəlidə görəcəyik. Əslində isə yuxarıda kimmerlərin və sekellərin (skolotların) dili barədə söylədiyimiz arqumentlər bu cəfəng fikirlərin üzərindən birdəfəlik xətt çəkmək üçün yetərlidir.

Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V.İ. Abayev (148.121) olmuşdur. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən “heyvani üslub”un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici “iskit” adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. Onların belə düşünmələrinə isə Herodotun və Siciliyalı Diadorun (7.85) iskitlərin ilkin vətəni kimi Araz çayı sahillərinin adını çəkməsi və Araz çayının yanlış olaraq bəzi hallarda Volqa, bəzi hallarda isə Amu Dərya çayı ilə eyniləşdirmələri səbəb olmuşdur (55.277). Halbuki, bu halda söhbət həmişə Azərbaycandakı Araz çayından getmişdir. Bu barədə irəlidə söhbət açılacaqdır.

A.P.Smirnov iskit kurqanlarından tapılan maddi mədəniyyət nümunələrini Asiya mənşəli hesab edərək (159.43), yazmışdır:

“Buradan bir qədər şərqdə-Qazaxıstan, Orta Asiya və Altayda ümumi etnomədəni dəyərlərə sahib olan…qəbilələr məskun idilər. Məhz bu ərazilər iskitlə-rin qaynağı və Ata yurdu olmuşdur, məhz buradan onlar Şərqi Avropaya gəlmişdi-lər.” (159.88).

A.İ. Terenojkin isə başqa, gercəyə daha yaxın bir fikir söyləyərək bidirmişdir ki, iskitlərin bir qismi Ön Asiyadan Orta Asiya və Sibirə getmişlər:

“İskitlər, görünür, Qara dənizin quzeyində və Quzey Qafqazda peyda olmamışdan öncə Ön və Kiçik Asiyada yaşamışlar.” (160.17-18).

İskitlərin və sakların Azərbaycana gəlmə olduqları barədə fikirlərin heç bir elmi və məntiqi əsası yoxdur. Birincisi ona görə ki, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ata yurdu kimi Araz çayı sahillərinə işarə edirlər, Bu çayın isə Azərbaycandakı Araz çayı olduğunu (55.124) Herodotun öz yazdıqları sübut edir:

“Araz çayı isə öz başlanğıcını Matien dağlarından götürür… O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə tökülür…”

“(Farslardan, midiyalılardan, saspirlərdən…) şimalda Xəzər dənizi və şərqə tərəf axan Araz çayı yerləşir…” (60.14).

İkincisi ona görə ki, iskit-sak dairəsinə daxil olan xalqların-kimmerlərin, sakların və işquzların adlarına ilk dəfə məhz mixi yazılarda rast gəlinir və bu yazı-larda onlardan məhz Azərbaycan (Manna) və Ön Asiya sakinləri kimi söz açılır. Üstəlik də Herodotun söylədiklərindən onların Araz çayı sahilinə haradansa kənardan gəlmələri barədə bircə kəlmə belə söz deyilmir. İskit və sakların Azərbaycan ərazisinə guya kənardan gəlmələri barədə yanlış versiyanı Araz çayını Volqa və ya Amu Dərya ilə eyniləşdirənlər uydurmuşlar və sonrakı müəlliflər də ağına-bozuna baxmadan onları təkrar etmişlər. Herodot isə belə yazmışdır:

“Midiya və Lidiya şahlıqlarının sərhəddi Ərmən dağ silsiləsindən başlayaraq Kilikiyanın içi ilə axan Qalis çayıdır. Sonra isə o, sağdan matienləin, soldan isə friqiyalıların torpaqlarının arasından axır…

(Böyük Midiyanın çarı aşşurlara qalib gəlib, Nin şəhərini mühasirəyə aldığı zaman), onun dövlətinin ərazilərinə Prototiyin oğlu çar  Madisin başçılığı altında çoxsaylı iskit orduları daxil oldular. Kimmerləri Avropadan sıxışdıran iskitlər onları  Asiyada da təqib etdilər və indi də Midiya torpaqlarına soxuldular.

(Midiya və Kolxida arasında) saspir adlanan bir xalq yaşayır. Onlardan yan keçməklə Midiyaya çatmaq mümkündür. İskitlər isə Midiyaya, hər halda, bu yolla girmədilər, düz yoldan dönüb yuxarı, daha uzun yolla, Qafqaz dağlarını sağ tərəfdə qoyaraq getdilər. Elə buradaca midiyalılarla iskitlər arasında döyüş oldu. Midiyalılar məğlub oldular, onların qüdrəti itdi. İskitlər isə bütün Asiya üzərində öz hakimiyyətlərini bərqərar etdilər.”  (60.13-14)

Bu sözlərdən belə aydın olur ki, iskitlər sağlarında hər zaman Qafqaz dağları olmaq şərti ilə irəliləyərək Midiya torpağına daxil olmuşlar. Midiya ilə Lidiya arasındakı sərhəddin yerini nəzərə alsaq, yəni Şərqi Anadolunun Midiya dövlətinə daxil olduğunu göz önündə tutsaq, belə çıxır ki, onlar Araz çayını onun şimaldan cənuba axdığı yerdən (Qərbi Azərbaycan, yəni bugnkü Ermənistanla və Naxçıvanla Bugünkü Türkiyə arasında Araz çayı şimaldan cənuba axır, sonra istiqamətini şərqə çevirir) keçərək Anadolu ərazisinə daxil olmuşlar. Bunu Herodotun aşağıdakı sözləri də təsdiq edir:

“Köçəri iskit tayfaları Asiyada yaşayırdılar. Massagetlər onları oradan sıxışdırdıqda onlar böyük hərbi qüvvə ilə  Araz çayının keçib kimmerlər ölkəsinə gəldilər.”  (55.277)

Bu məlumatdan isə belə məlum olur ki, iskitləri Araz çayını keçməyə massagetlər məcbur etmişdilər. Massagetlərin isə ən azı e.ə Vll əsrdən Azərbaycan  sakinləri olduqlarını bütün mənbələr birmənalı şəkildə təsdiqləyir (137.10;55.124). Yəni iskitlər Azərbaycana kənardan gəlməmişdilər, əksinə ilk vətənləri olan Azərbaycandan qovulmuşdular. kimmer torpaqlarına daxil olmaları isə onu göstərir ki, onlar Araz çayını  keçib Van sahilləri və Ağrı dağı istiqamətinə üz tutmuşlar. Çünki kimmerlərin onlardan öncə ələ keçirdikləri və məskunlaşdıqları yer Urartu ərazisi idi və bu ərazi Ağrı dağı, Van gölü və ətrafını əhatə edirdi. Eyni zamanda o da məlumdur ki, kimmerlərin əlində olan torpaqlar arasında Kappadokiya da var idi (55.106).

Üçüncüsü, iskit və saklara xas mədəniyyətin ən qədim nümunələri  Azərbaycan ərazisindən (Qədim Manna ərazisi) tapılmışdır. Söhbət Güney Azərbaycanın Ziviyə adlı yaşayış məntəqəsindən tapılan, sensasiyaya səbəb olan, fəqət çox hissəsi oğurlanan xəzinədən gedir. Həmin xəzinə 1947-ci ildə Sakkız şəhərindən 40 kilometr şərqdə, Həsənlu yaxınlığından tapılmışdır. Maraqlıdır ki, R.Qrişman Sakkız şəhərinin adının saklarla bağlı olduğunu söyləməkdədir (176).

M.A. Dandamayev və V.Q. Lukonin xəzinə barədə yazmışlar:

“Həmin dövrdə Güney Azərbaycandakı siyasi olaylar İranın mərkəzi rayonları ilə normal əlaqələr üçün münasib deyildi. Bu üzdən də  bir çox əşyalar, ilk növbə-də də qiymətli metallardan olan əşyalar ya əridilmiş, ya da bölüşdürmə zamanı kəsilmiş, az qiymətli əşyalarsa yerə atılmış və sınmışdı. Əntiq əşya satıcılarının fəallığı sayəsində xəzinə ayrı-ayrı şəxsi kolleksiyalara və ABŞ, Fransa, Kanada, İngiltərə və Yaponiyanın çeşidli muzeylərinə yol tapdı. Hazırda onun əsas hissəsi Tehrandakı Arxeologiya muzeyində saxlanılır.” (152.90-91). 

Sözügedən xəzinəyə aid 341 əşyanın (43-ü qızıldan, 71-i gümüşdən,103-ü fil sümüyündən) tam siyahısını, hazırlanma materiallarını və ölçülərini ilk dəfə R.Qrişman dərc etdirmişdir (161.445-452). Bir vaxtlar İranın Arxeolyi Xidmətinin baş inspektoru olmuş Andre Qodar 1950-ci ildə bu əşyaların sadəcə bir hissəsinin siyahısını dərc etdirə bilmişdi və elə həmin dövrdə də onların böyük əksəriyyətinin e.ə. lX əsrə aid olduğu fikrini ifadə etmişdi. “Heyvani üslub” terminini də ilk dəfə məhz o, işlətmişdir. Məhz Qodar ilk dəfə bu üslubda aşşur incəsənətinə xas elementlərin olduğunu ifadə etmişdir. Məhz onun sayəsində bu əşyaları çoxu Tehrana, muzeyə göndərilmiş və qoruna bilmişdir.

Andre Qodar digər böyük alim E.Hersfeldin ardınca bu incəsənətin iskit incəsənətinə başlanğıc verdiyini söyləmiş, sözügedən incəsənətin “Manna” incəsə-nəti olduğunu bildirmişdir (162). Elə bu böyük alim də xəzinənin tapıldığı Ziviyə yaşayış məntəqəsinin adının qədim mixi yazılarda, daha dəqiq desək, ll Sarqonun kitabəsində (163.llc.səh 5) “Zubie qalası” kimi yad edilən qədim yaşayış məskəninin dövrümüzədək yaşayan adı olduğunu söyləyərək  göstərmişdir ki, Ziviyə xəzinəsindən tapılan əşyaların bənzərlərinə bu məntəqədən  bir neçə kilometr kənarda yerləşən Qaplantudan əldə edilən tapıntılar içərisində də rast gəlinmişdir. O. Qaplantuda üzə çıxarılan qədim şəhərin qalıqlarının bir vaxt Mannanın paytaxtı olmuş İzirtu olduğunu da sözlərinə əlavə etmişdir (152.91).

R. Bernett  tapılan bütün bu əşyaların Quzey Qafqaz, Quzey Qara dəniz, Gü-ney Rus düzənliyi, Orta Asiya, Altay, Sibir və Şərqi Türküstandan, iskit kurqan-larından tapılan və sonrakı əsrlərə aid olan incəsənətin ilk və daha qədim nümunələri olduğunu qeyd etməklə yanaşı, bu misilsiz incəsənətin Aşşur və Urartu incəsənətlərinin təsiri ilə yarandığını  iddia etmişdir (164.77-95).

Qədim Manna ərazisində iskit incəsənətinin qaynaqlarının tapılması iskit və sakları Azərbaycan və Ön Asiyaya gəlmə hesab edən alimləri çaş-baş salsa da, onların hamısı iskit-sak incəsənətinin Ön Asiya mənşəli olduğunu etiraf etməyə məcbur qalmışlar. Belələrindən biri də Y.Y. Kuzminadır (165.3). O, bu incəsənətin Ön Asiyadan Avrasiya çöllərinə və Altaya qədər yayıldığını bildirmişdir (165.8).

İskit və saklara aid edilən “heyvani üslub” barədə bir çox alimlər fikir söylə-mişlər. Bu baxımdan A.Alfoldi, D.Karter, E.Farkaş, V.Abayev,  K.Şefold, İ.Yat-senko, Q.Fyodorov-Davıdov, A.Xazanov, A.Şkurko, M.Rostovtsev, İ.Braginski, K.Trever, S.Tolstov, Q.Puqaçenkova,  S.Rudenko, B.Litvinski, V.Lukonin, D.Ra-yevski, Q.Bonqard-Levin, A.Akişev, B.Mazolevski, V.Qolmsten, A.Qraç, L.Dyula (165.4), Q.Qeybullayev (55.283) və s. kimi elm adamlarını göstərmək olar. Və bütün bu alimlər iskit incəsənətinin qaynaqlarının Manna ərazisi ilə bağlı olduğunu, Aşşur və Urartu mədəniyyətlərinin təsiri ilə formalaşdığını qeyd etmiş-lər.

Məsələn, A.M. Xazanov iskit incəsənətinin On Asiyanın mədəni ölkələrinin təsiri ilə formalaşdığını söyləməkdə (166.225), B.A.Texov isə iskit mədəniyyətinin Kiçik və Ön Asiyadan yayıldığını qeyd etməkdədir:

“Həqiqətən, Orta Asiya və Sibirdə iskit abidələrinin yaşı cavandır, hər halda, orada iskit mədəniyyəti ilə bağlı ortaya çıxan material, əsasən e.ə.Vll-Vl əsrlərə aiddir. Beləliklə aydın olur ki, Ön Asiya iskitləri Midiya üzərindən orta Asiya və Sibirə keçmişlər, onların da bir hissəsi Güney Qafqaz üzərindən, əsasən, Qara dəniz sahilləri ilə quzeyə getmişlər. Burada isə ortaya çıxan iskit triadası (yaraqlar, at nəsnələri və heyvani üslub)adətən, Amu-Dərya və Volqa tərəfdən gələn iskitlərlə əlaqələndirilir, halbu ki, həmin tarixdən öncə Sibir və Orta Asiyada bu mədəniyyətin izini sübut edən faktlar müəyyən olunmayıb.”  (167.17-18).

İskit və sakların incəsənətini dərindən tədqiq edən M.İ.Artomonov “heyvani üslubun” əsas motivinin maral motivi olduğunu göstərmişdir (168.25). Bu təsbitin iskit və sakların, eləcə də onların incəsənətinin mənşəyini anlamamız baxımından böyük önəmi var. Gerçəkdən də maral motivi iskit-sak incəsənətində ən yayğın motivdir. Eyni motivə elm aləmində “iskit maral daşları” adı altında tanınan daşların üzərində də rast gəlinməkdədir. Və “iskit maral daşları”nın kökləri e.ə. lX əsrdə formalaşan “heyvani üslub”dan daha qədim dövrlərə qədər uzanır. Və bu köklər də məhz Azərbaycana işarə edir.

Mövzu ilə bağlı  tarixçi alim X.Mahmudova deyir:

       “Maral daşları iskitlər dövrünün incəsənətini, ideologiyasının və sosial həyatının öyrənilməsi baxımından əvəzsiz mənbədir.20-ci əsrin 70-ci illərindən geniş tədqiq edilməyə başlayan bu daşlar təkcə Asiyada deyil, Avropada da təsbit edilmişdir.Belə abidələrə Kabarda-Balkar ərazisindəki Qızburun-1 kurqanında, Rumıniyada,Dinoqeti-Tarvanadlı yerdə, Bolqarıstanda, Almaniyada, Gürcüstanda, Şərqi və Mərkəzi Qazaxıstanda,Baykal gölü ətrafında və Monqolustan ərazisində rast gəlinmişdir. 

      Maral daşları iskit qəbilələrinin özünəməxsus incəsənət nümunələridir.Bu nümunələr özündə sözügedən xalqın dini və kosmoqonik dünyagörüşü ilə bağlı olmuşdur.”   (59.125).

Maraqlıdır ki, qaya üzərində cızılmış ən qədim maral təsvirlərinə Qobustanın petroqlifləri içərisində rast gəlinmişdir.

     Nəsir Rzayevin yazdığına görə, son Eneolit və ilk Tunc dövrü qaya təsvirləri üçün xarakterik olan əsas cəhətlərdən biri təsvirlərin realistikliyldir.Bu dövrdə ən çox rast gəlinən petroqliflər müxtəlif maral və aslan təsvirləridir. Qobustandakı Yazılı təpənin 24 №-li daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvirlərdən öz gözəlliyi ilə fərqlənməkdədir.Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsin-dəki 59 №-li daşda təsvir edilən qoşa maral təsviri barədə də söyləmək olar (8.41-43).

            Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə,yəni Avropanın içlərindən uzaq Sibir,Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi ədəbiyyata “İskit maral daşları” adı altında düşmüş daşlarda,daha sonra isə  iskit zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləşmişdir.Qobustan marallarının elmi baxımından əsas önəmi ondadır ki,bu təsvirlər iskit-sak mədəniyyətinin  köklərinin bilavasitə Azəbaycan ərazisi ilə bağlı olduğunu söylə-məyə ciddi əsas verir. Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-istəməz iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir. Fəqət Qobustan təsvirləri eynən Soyuqbulaq kurqanları kimi bu mədəniyyətin daha dərin köklərini gözlər önünə sərməkdədir. Və onun kökləri Eneolit dövrünə qədər uzanır.

Yeri gəlmişkən qeyd edək, maral motivi Altaydakı saklara aid Pazırıq kurqanından tapılmış (e.ə V əsr) dünyanın ən qədim xalısında da özünü göstərməkdədir (7.121,şəkil).

Məlum olduğu kimi, eramızdan əvvəl 6-cı minillikdən başlayaraq Azərbaycanda Neolit dövrünü Eneolit,yəni Mis-Daş dövrü əvəz etmişdir. Eneolit dövrü istehsal təsərrüfatının əsaslı surətdə formalaşması  və sürətli inkişafı ilə xarakterizə olunur.Bu dövrü tarixin əvvəlki dövrlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri həmin dövrdə məişətdə daş məmulatları ilə yanaşı,metaldan istifadə olunmağa başlanmasıdır.

Arxeoloq Rəşid Göyüşov deyir:

        “Bəşər tarixində ilk kütləvi metal olan misin kəşfi ilə başlayan Eneolit dövrü

eranızdan əvvəl 6-4-cü minillikləri əhatə edir.Mis yumşaq metal olduğundan daş alətləri bütünlüklə sıradan  çıxara bilmədiyi üçün sözügedən dövrə Mis-Daş dövrü

deyilir.

        İnsanlıq tarixinin inkişafında misli görünməmiş dəyişikliklər döğuran bu dövrdə cəmiyyətin ictimai inkişafında xüsusi irəliləyiş müşahidə olunur.Əkinçilik və maldarlıq daha da inkişaf edir,tayfalararası əlaqələr genişlənir,sinifli cəmiyyətlər üçün zəmin yaranır. Misdən ilk dövrlərdə soyuq döymə üsulu ilə xırda alətlər:bıçaqlar,iynələr,bizlər və sairə,həmçinin bəzək əşyaları hazırlanmışdır. İnsanlar mis külçəsinə əvvəllər daşın bir növü kimi baxmışlar.Bu külçələrin daşdan fərqləndiyi onlara yalnız 6-cı minilliyin sonlarında məlum olmuşdur.Misin yüksək istidə əri-məsi,müxtəlif formaya düşməsi,soyuyarkən yenidən bərkiməsi və sairə daşdan fərqləndirilməsinə əsas vermiş,ondan müxtəlif məqsədlər üçün istifadə edilməsinə imkan yaratmışdır.” (4.24-25).

         H.Cəfərov deyir:

        “Həmin dövrdə gön-dəri emalı və bununla bağlı sahələrin də inkişaf etməsi nəticəsində aşılanmış dəridən ayaqqabı,paltar və sairə də hazırlayırdılar.

        Hələ Eneolit dövründə təşəkkül tapmış toxuculuq sənəti daha da inkişaf et-mişdi.Azərbaycanın bir sıra Eneolit abidələrindən—Kültəpə 1,Hacı Firuz,İlanlıtə-pə,Babadərviş,Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları,habelə Əlikömək-təpəsindən tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir.

        Eneolit dövrü ev sənətkarlığının müxtəlif sahələri içərisində dulusçuluq daha kütləvi istehsal xüsusiyyətləri ilə fərqlənirdi.Neolit dövrünün bəsit və kobud qabla-

rından fərqli olaraq Eneolit dövründə istehsal olunmuş saxsı qablar həm forma,həm də hazırlanma texnologiyasına görə diqqəti cəlb edir.Əhalinin artan tələbatına uy-ğun yeni qab növlərinin istehsalı mənimsənilirdi.

        Onların davamlılığını artırmaq  və keyfiyyətini yüksəltmək üçün yeni texniki üsullardan istifadə olunurdu.Bu dövrdə ən mühüm yeniliklərdən biri saxsı qabların bişirilməsi üçün dulus kürələrinin meydana gəlməsidir .Kültəpə, Şomutəpə, İlanlıtəpə,Əliköməktəpə,Çalağantəpə yaşayış məskənlərində dulus kürələri qalıqlarına da çox təsadüf edilmişdir.Burada dulus kürələri əsasən iki qatlıdır.Alt qatda ocaq qalanır,üst qatda isə saxsı qablar yığılırmış.Əliköməktəpə və Leyletəpə abidələrində dulus kürələri yaşayış yerinin kənarında cəmlənmişdi.

          Tədqiqatçıların fikrincə,bu faktı eramızdan əvvəl  5-ci minilliyin axırı və 4 – cü minilliyin əvvəllərində meydana çıxan “icma sənətkarlığının”varlığı kimi qiy-mətləndirmək lazımdır.Maraqlıdır ki,bu abidələrdə tapılmış saxsı qabların bir qis-mi sadə quruluşlu dulus çarxında hazırlanmışdır.” (1.30).

Öncələr elə hesab edilirdi ki,Azərbaycanda dulus çarxı yalnız son Tunc dövründən tətbiq edilməyə başlamışdır..Dulus çarxının kəşf və ilk dəfə tətbiq edil-diyi yerin isə qədim Şumer ərazisi olduğu hesab edilirdi.Ölkəmizin ərazisindən əl-

də edilmiş arxeoloji tapıntılar dulus çarxının ilk dəfə kəşf edilib,tətbiq edildiyi mə-kanın məhz Azərbaycan ərazisi olduğunu söyləməyə əsas verir və bu,məhz son Eneolit dövründə baş vermişdir.Maraqlıdır ki,qədim yunan müəllifləri dulus çarxı-nın kəşfini  iskitlərə aid etmişlər.Məsələn, Posidoniy və  Seneka saxsı qabların hazırlanmasında istifadə olunan dulus çarxını iskit Anaxarın icad etdiyini yazmışlar. (13,31).

O da maraqlıdır ki,Eneolit,yəni Mis-Daş dövrünün başlamasına səbəb olan misin kəşfi məsələsində də qədim yunanlar birinciliyi iskitlərin ayağına yazmışlar. Məsələn, Pliniy Sekund misgərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildirmişdir (17.197) . Qədim yunanlara görə, ümumiyyətlə, metallurgiyanın kəşfi iskitlərlə, yəni türklərlə bağlıdır.Belə ki,Esxil İskitlər ölkəsini dəmirin doğulduğu ölkə adlandırmış, Mitelenli Hellanik isə ilk dəmir alətləri iskitlərin xaqanı Sansvinin qayırdığını yazmışdır (18.1241).

Artıq qeyd etdiyimiz kimi, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ilk öncə Araz çayı sahilində yaşadıqlarını,sonradan Avrasiyanın geniş torpaqlarına yayıldıqlarını bildirmişlər(7.85).Bu qədim türk xalqı haqqında elmə məlum ən qədim yazılı mənbələr eramızdan əvvəl  7-6-cı əsrlərə aid Aşşur mənbələridir və bu mənbələr həmin xalqdan Azərbaycan əhalisi kimi söz açmaqdadır (38,65).Təbi ki,Eneolitin başlanğıcına təsadüf edən yazılı mənbələr ola bilməzdi və yox idi də.Lakin fakt budur ki,bu gün Araz çayı sahillərində yerləşən Naxçıvan ərazisi dünyada misin ilk dəfə emal edilməyə başladığı ən qədim ocaqlardandır.

Tarixçi alim A.Seyidov bildirir:

          “Naxçıvan ərazisi çox-çox qədim zamanlardan,eramızdan əvvəl 6-cı minillikdən başlayaraq,yaxın Şərq və Qafqazın müstəqil metallurgiya mərkəzlərin-dən biri kimi çıxış etmişdir.Burada çox sayda qədim metal məmulatı nümu-nəsi,eləcə də metal emalı sənayesi qalıqları tapılmışdır ki,bu da Naxçıvanda ən qədim zamanlardan metallurgiya sahəsində bilik və vərdişlrin ortaya çıxdığını sübut edir.Eyni zamanda bu tapıntılar bir sıra həllini gözləyən məsələlərin həllinə yardım edir.

          Görkəmli Azərbaycan alimi Səlimxanov bu diyarın erkən Eneolit abidələ-rindən olan Kültəpə abidəsindən əldə edilmiş ilk metal məmulatlarının spektral analizini apararkən onların tərkibində mislə yanaşı arsen qarışığının da olduğunu üzə çıxarmışdır.Kültəpənin erkən Eneolit dövründən son Tunc dövrünə qədərki

bütün mərhələlərini əks etdirən və qalınlığı 22,2 metr olan mədəni təbəqəsindən tapılan məmulatların təhlili əsasında edilmiş bu böyük kəşf sayəsində Azərbaycanda və sonrakı dövrlərdə bütün Qafqaz ərazisində ayrıca bir mis-arsen mərhələsinin olduğu dünyaya məlum oldu.

         Məlum olduğu kimi,metallurgiyanın yaranması və inkişafı üçün xammal bazasının olması vacibdir.Naxçıvan ərazisində belə bir baza vardır.Bu,mis,arsen və polimetal yataqlarıdır.Azərbaycanda qalaydan başqa bütün zəruri metal yataqları mövcuddur.Və bu yataqlarda malaxit ,azurit, xalkopirit ,helenit ,sfalerit ,antimonit və sairə minerallara da rast gəlinir.Onların erkən dövrlərdən emal edildiyini sübut edən çox sayda qədim metalçıxarma və metalişləmə sənayesi izləri tapılmışdır.Belə izlərə Ordubad rayonu ərazisindəki Misdağ , Dizixçay,Parağaçay, Göy-göl,Ağyurd və Şəkərdərədə rast gəlinmişdir.”(39.165).

Maraqlıdır ki, Ordubadın Nüsnüs kəndindən qərbdə “Sak dağı” adlana bir dağ iskitlərin, daha dəqiq desək, sakların adını yaşatmaqdadır. Sözügedən kəndin ən böyük küçələrindən biri “Sak” adını daşıyır və bu küçə Sak dağının şərqindədir. Mahmud İsmayıl bu toponimlərin, eləcə də Nüsnüs kəndinin şimal-şərq, Naxçıva-nın qərb istiqamətində yerləşən Saqqarsu adlı yerin də saklarla bağlı olduğunu yazmışdır (137.19).

Bütün bu faktlar Azərbaycanda iskit və sak mədəniyyətinin köklərinin ən azı Eneolit dövrünə qədər uzandığını söyləməyə əsas verir. Lakin əldə olan digər faktlar bu mədəniyyətin köklərinin daha qədimlərə-Neolit dövrünə qədər uzandığını söyləməyə də imkan yaradır.

         Neolit dövrü Azərbaycanda eramızdan əvvəl  7-ci minilliyin əvvəllərindən başlamış və 6-cı minilliyə qədər davam etmişdir.Neoliti, yəni  yeni  Daş dövrünü başqa dövrlərdən fərqləndirən əsas xüsusiyyət bu dövrdə əkinçilik  və  maldarlıq mədəniyyətinin əsaslı surətdə təşəkkülü və inkişafı ilə bağlıdır.Bu dövrdə insanlar istehsal mədəniyyətini mənimsəyir,təbiətdə hazır şəkildə mövcud olmayan yeni materialların istehsalına başlayır.Toxuculuğun kəşfi və gil qabların hazırlanması istehsalda xüsusi yer tutur.İlk vaxtlar toxuculuq materialı qismində gicitkan,kətan və sairə kimi yabanı texniki bitkilərdən istifadə olunurdu (1.26).

Mütəxəssislər toxuculuq sənətinin başlanğıcını məhz Neolit, yəni yeni Daş dövrü ilə bağlayırlar. Xalçaçılq sənətinin də məhz həmin dövrdə formalaşmağa başladığı hesab edilir. Fakt budur ki, elmə məlum ilk xalça e.ə.Vl-V əsrlərə aid Pazırık kurqanından (Altay) tapılmışdır (16.10) və sözügedən Pazırıq kurqanı saklara aid edilir (7.122-123).

Lətif Kərimovun yazdığına görə, Güney Aərbaycanın Həsənlu yaşayış məntəqəsindən tapılan və Manna incəsənətinə aid edilən (e.ə. Vlll əsr) qızıl camın üzərindəki təsvirdə xalça rəsmi açıq-aydın sezilməkdədir (16.11). Məlumat üçün bildirək ki, Həsənlu tapıntıları üçün də iskit-saklara aid “heyvani üslub” xarakterikdir (152.91-97).

               Əldə olan məlumatlar xalçaçılıq sənətinin artıq Neolit-Eneolit dövrlərin-də formalaşdığını sübut etməkdədir.Məşhur ingilis arxeoloqu Jeyms Mellart Anadolu ərazisində yerləşən Çatal-Hüyük abidəsində qazıntılar apararkən kö-mürləşmiş xalı qalıqlarına rast gəlmiş və həmin xalının üzərindəki naxışların qorunub saxlanmamasından böyük təəssüf hissi keçirmişdi.Lakin qazıntıların son-rakı mərhələsində o son Eneoli dövrünə aid yaşayış binasının divarında xalça naxışlarını xatırladan naxışlara rast gəlmiş,bu naxışların bu günə qədər Anadoluda toxunmaqda olan türk xalçalrının  naxışları ilə tam eyni olduğunu görüb təəccüb-lənmişdi.

                 Eyni halla cənubi Türkmənistanda qazıntılar aparan tanınmış rus arxeoloqu Sarianidi də üzləşmişdi.O,tapdığı son Eneolit-erkən Tunc dövrlərinə aid saxsı qabların üzərindəki naxışların bu gün də həmin ərazidə toxunmaqda olan türkmən xalçalarının naxışları ilə eynilik təşkil etdiyini  görüb son dərəcə heyrət-lənmişdi. Sarianidi digər bir tanınmış rus arxeoloqu Masson ilə birlikdə qələmə aldıqları “Qaraqum:Sivilizasiyanın ilk şəfəqi” adlı kitabında bu mövzuya toxunaraq yazır:

                   “Eramızdan əvvəl  3-cü minilliyin ikinci yarısından etibarən Cənubi Türkmənistan qəbilələrinin dulusçuluq sənətində böyük dəyişikliklər baş verməyə

başladı. Zoomorf motivlərin yerini həndəsi naxışlar tutdu.Bu naxışlar ağlasığmaz bir şəkildə xalça naxışlarını xatırlatmaqdadır.”  (31.18).                                            

Sənətşünas alim K.Əliyeva və P. Şamxalova yazırlar:

                    “Hər bir xalqın naxış sənəti nüəyyən etnik xüsusiyyətlərə sahibdir və digər xalqların naxış sənəti ilə ümumi cəhətlərə malikdir.Xalqın mədəniyyəinin əhəmiyyətli tərkib elementlərindən biri olan və onun tarixi ilə sıx bağlı olan naxışlar etnik mədəniyyət tarixinin öyrənilməsində də mühüm mənbə rolunu oynayır.Naxış sənəti xalqın məişəti,ictimai şəraiti ilə sıx bağlı olmaqla yanaşı,onun

fəlsəfi-dini və magik dünyagörüşünü də əks etdirir.Naxış motivləri təkrarlanaraq ritmlər yaradır.Təsadüfi deyil ki,ornament motivlərini ritmlər də adlandırırlar.Bu baxımdan Tunc dövrünə aid keramika məmulatlarının naxışlarının öyrənilməsi böyük önəm daşımaqdadır.Həmin dövrə aid Naxçıvan saxsı qablarının üzərlərindəki naxışları gözdən keçirməklə ornamentlərin xarakterini müəyyənləşdirmək mümkündür.Bu qabların üzərindəki naxışlar içərisində nəndəsi fiqurlar:romblar,üçbucaqlılar,latın əlifbasının “S”hərfini və üç rəqəmini xatırladan spiralvari elementlər,spirala çevrilən düz xətlər və sairə geniş yayılmışdır.Eyni motivlərə Azərbaycan xalçalarında da rast gəlinir.”(36.39).

Əgər antik dövr yunan müəlliflərinə inansaq, iskit və sakların Azərbaycandakı mədəni köklərini hətta Paleolit dövrünə qədər uzatmaq mümkündür. Məsələ burasındadır ki, Azıx mağarasında aparılan  qazıntılar  nəticəsində  aşkar  olunanan  və  yaşı  təqribən  700  min  ilə bərabər olan ocaq izləri indiyə qədər bütün dünyada tapılan ən qdim ocaq izidir. Bu fakt ölkəmizin dünyada süni yolla od əldə edərək,onu uzun müddət yanar vəziyyətdə sax-lamaq  texnologiyasının ilk dəfə kəşf və  tətbiq edildiyi ərazi olduğunu söyləməyə əsas verir.Bu da təbiidir.Çünki Azərbaycan ərazisi ən qədim zamanlardan odun yerdən təbii şəkildə çıxdığı yeganə ərazidir. Bu baxımdan Balaxanı kəndi  yaxınlığındakı  Yanardağ   və Astara  rayo-nundakı   yanan   bulaq deyilənlərə ən gözəl misaldır.Təsadüfi deyil ki, qonşuları-mız ən qədim zamanlardan Azərbaycanı “Odlar yurdu” adlandırmışlar.

Mövzu ilə bağlı H.Cəfərov yazmışdır:

       “Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki,Azərbaycanın ən qədim sakinləri hələ ən azı 700 min il öncə süni yolla od əldə etməyi və onu uzun müddət yanar vəziyyətdə saxlamağı öyrənmişdilər.Ocaqdan isinmək,vəhşi heyvan-lardan qorunmaq,yemək hazırlamaq üçün istifadə olunurdu.”(1.21).

       Qədim yunan şairi və dramaturqu Esxil özünün məşhur “Zəncirlənmiş Prometey”əsərində minilliklərin dərinliklərindən gələn miflərə istinad edərək,odun

tanrılardan oğurlanaraq insanlara təslim edildiyi yer kimi İskitlər ölkəsi və Qafqa-zın adını çəkir.Bu,insanların odla ilk tanışlıq yerinin Qafqazdakı iskitlər ölkəsinin olduğu deməkdir.Esxil sözügedən əsərin ən başında Hakimiyyət və Qüdrətin dili ilə deyir:

                          “Bir uzaq guşəsinə gəlib yetişdik yerin,

                            Boş,tənha çöllərinə yırtıcı iskitlərin.

                            Atanın buyruğuna itaət eyləyərək,

                            Bu yaramaz canini öz əllərinlə gərək

                            Mıxlayasan qayaya,Hefest,budur vəzifən;

                            Ona bir zindan yarat zəncir həlqələrindən.

                            O sənin çiçək kimi açılan atəşini,

                            Şəfəqləri dörd yana saçılan atəşini,

                            Oğurlayıb aparmış,vermişdir insanlara…”(2.7).

Təqdim olunan sitatdan da göründüyü kimi, qədim yunan mifologiyası in-sanların odla tanışlıq yeri kimi İskitlər ölkəsini tanıyır.Əsərin başqa yerində də hadisənin məhz İskitlər,ölkəsində baş verdiyi qeyd edilir.Bu dəfə bu, Prometeyin öz dilindən söylənir:

                            “Bir an dinclik bilməyən sonsuz ləpələriylə

                              Başdan-başa dolaşan yeri elədən-belə.

                              Ey atamız Okeanın və çox uşaqlı Tifin

                             Gənc nəsli,yaxın gəlin,vəhşi gəzən iskitin

                             Yurdu olan bu yerdə,bu yüksək qayalarda

                              Zəncirlərlə bağlanıb qalmışam necə darda.”  (2.15).     

Bütün bu deyiənlər iskit və sakların Azərbaycandakı köklərinin nə qədər dərinlərə uzandığını göstərməkdədir. Siciliyalı Diodorun aşağıdakı sözləri bu xalqın ilkin vətəninin Araz sahilləri olduğunu və onların məhz buradan Avrasiyanın geniş ərazilərinə yayıldıqlarını göstərməklə yanaşı, adlarının daha öncələr nədən eşidilmədiyinin, yəni daha qədim mənbələrdə hansı səbəbdən qeyd olunmadığını da anlamağa kömək edir:

“İndi də (hindlilərlə) qonşu ölkədə məskun  olan iskitlərə keçək. Onlar əvvəllər o qədər də böyük olmayan bölgədə yaşayırdılar, lakin sonralar özlərinin artan qoçaqlığı, hərbi gücü ilə böyük ərazilər zəbt edib öz boylarını şöhrət və iqtidar sahibi etdilər. Əvvəllər onlar azsaylı idi və Araz qırağında yaşayırdılar, onda şöhrət sahibləri olmadıqları üçün onlara həqarətlə baxılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən bir savaşqan başçılarının başçılığı altında onlar Qafqaza qədər dağlarda, Okean və Meoyiy (Azov) gölü sahillərindəki düzlərdə və Tanais çayına qədərki sair bölgələrdə ölərinə ölkə əldə etdilər…Xeyli vaxt keçəndən sonra …Tanais çayından o tərəfdə Trakiyaya qədər geniş əraziləri də özlərinə tabe edib, hərbi yürüşlərini başqa istiqamətdə yönəltdilər, Misirin Nil çayına qədər özlərinin hökmranlığını yaydılar.” (7.101).   

Əsərlərində iskit və saklara önəmli yer ayırmış Strabon (e.ə.63-b.e.23) iskitləri əsasən iki yerə: roksolanlara və sarmatlara bölmüş, ikncilərin isə çar sarmatları və kaziq sarmatlarından ibarət olduqlarını vurğulamışdır (75.51). İosif Flaviy (l əsr) də sarmatlardan iskit tayfalarından biri kimi söz açmaqda, onların Romaya hücumlarından danışdığı yerdə “iskitlərin sarmat adlanan hissəsi” ifadəsini işlətməkdədir (75.53).

Yuxarıda qeyd etdiymiz kimi, Strabona görə, sarmatların bir bölümü “sarmat -kaziqlər, yəni sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki, qazax xalqının etnogenezində iştirak etmiş soylardan biri də sarmatlar olmuşlar (106.116). Musa Kağankatlının yazdığına görə, sarmatların soy babası, Yafəsin başqa bir oğlu olan Askenazdır. Antik müəlliflərin fikrincə, sarmatlar iskitlərlə amazonkaların izdivacından törəmişlər və iskit dilində danışırdılar.

          Bu müəlliflərin yazdığına görə,sarmatlar Qara dəniz iskitlərindən və Don çayından şərqdə məskun idilər.Eyni mənbələrin təhlilindən belə aydın olur ki, onların torpaqları bugünkü Rusiyanın Kalmıkiya,Həştərxan,Stavropol və Rostov bölgələrini əhatə edirdi. Antik müəlliflərin bəziləri sarmatları “savromat” da adlandırmışlar. Məsələn,Herodot “savromat” yazdığı halda, eradan əvvəl 4-cü əsrdə yaşamış Skilak Karianidli “sarmat” ifadəsini işlətmiş,Ovidiy Nazon isə hər iki addan istifadə etmişdir. Pliniy isə yunanların sarmatları “savromat” adlandır-dıqlarını bildirmişdir. (55.329-330).

          Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə,sarmatlar Midiyadan,yəni Cənubi Azərbaycandan iskitlər tərəfindən köçə zorlanmışlar.Elə bu səbəbdən də bəzi antik müəlliflər sarmatları midiyalılarla, yəni madaylarla eyniləşdirmişlər. Məsələn, Pliniy və Yuliy Solin sarmatları midiyalıların törəmələri hesab etmişlər. Pliniy türkləri sarmatların bir qolu saymış, Pomponiy Mela isə türklərlə sarmatların qonşu olduqlarını yazmışdır.Eradan əvvəl 2-ci əsr müəllifi Dionisiy Pereqet isə sarmatları hunlarla eyniləşdirmişdir. Fakt isə budur ki, qıpçaq mənşəli qazax soylarından biri də sarmatlardır və onlar qazaxların içərisində “şermat” və “sarmat teleu” adları ilə məşhur idilər. (55.329-330,334). Bu fakt qədim Atropatenanın paytaxtının nədən Kazaka (Qazax) adlandığını başa düşməmizə  və nədən qıpçaq elementinin oğuz  mənşəli Azərbaycan türkcəsində xüsusi bir plast təşkil etdiyini başa düşməmizə yardımçı olur. Əslində isə qıpçaq elementinin Azərbaycandakı kökləri ən azı kumanların tarixi qədər qədimdir.

Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy babaları saydıqları maday xalqının da qazaxların etnogenezində iştirak etdikləri məlumdur.

          Müqəddəs “Tövrat” kitabında Yafəsin oğullarından söz açılarkən, onlardan birinin Maday olduğu bildirilir.Eradan əvvəl 9-8-ci əsrlərə aid mixi yazılarda Madayın soyundan gələn xalqdan-maday xalqından və eradan əvvəl 7-6-cə əsrlərə

aid mixi yazılarda isə bu xalqın Azərbaycanın cənubunda qurduğu Madayya dövlətindən söhbət açılır.Qədim yunan müəllifləri,o cümlədən eradan əvvəl 5-ci əsrdə yaşamış Herodot bu dövləti Midiya dövləti,xalqını isə midiyalılar kimi qeyd etmişlər.

        Məlumat üçün bildirək ki, Azərbaycanda formalaşan digər türk soy və boyları kimi madayların da izlərinə sonrakı əsrlərdə Türküstanda rast gəlirik. Sonralar hansısa səbəbdən Azərbaycanı tərk edən bu qədim türk soyu qazax türklərinin etnogenezində yaxından iştirak etmişdir. Qazax xalqını təşkil edən türkdilli soylardan biri də madaylar olmuşlar. (105.118). Azərbaycanda yaşayan və sonradan qazaxların,qırğızların,özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak etmiş (107.lV,326;106.66,82; 108.16,tablo2;109,41). soylardan biri də albanlardır. Yafəsin soylarından biri olan albanların adı yazılı mənbələrdə miladdan sonrakı mənbələrdə qeyd edilsə də,onlar eradan əvvəl 4-cü əsrdə baş vermiş olaylarla əlaqədar yad edilirlər.

          Azərbaycandan iskitlər tərəfindən köçə zorlanan və Şimali Qafqaz ərazisində məskunlaşan sarmatlar hunlar tərəfindən darmadağın edildikdən sonra bir neçə istiqamətə yayılmışdılar.Bunların bir hissəsi Qazaxıstan ərazisinə köçərək qazax xalqnın etnogenezində yaxından iştirak emiş, ikinci bir hissəsi Fransa və İspaniyaya mühacirət edərək uzun müddət bu ərazidə hökm sürmüşlər.Ücüncü qrup isə Britaniya istiqamətinə yürüş edərək orada Britaniya dövlətçiliyinin və ilk kral sülaləsinin əsasını qoymuşdular. İngilis mənbələrinə görə, Britaniyanın ilk əfsanəvi kralı, əfsanəvi Kamelot şəhər-dövlətinin və kral sülaləsinin əsasını qoyan ser Artur sarmat idi.O öldükdən sonra əsl türk kimi dəfn edilmiş və məzarının üzərində böyük bir kurqan ucaldılmışdı. Dördüncü qrup isə Quzey Afrikya qədər gedib çıxmışdı (169.75,80-81).

Klavdi Ptolomey (ll  əsr) özünün “Coğrafiya bələdçisi” adlı əsərinin “Avro-pa Sarmatiyasının mövqeyi” adlı bölümündə bu ölkənin sakinlərindən biri kimi iskit-alanların da adını çəkməkdədir (75.53). İosif Flaviy də özünün “Yəhuda savaşı haqqında” əsərində alanları iskitlərin bir qolu adlandırır (55.286).

Alanlara xüsusi bir tədqiqat əsəri həsr edən  və var gücü ilə bu xalqın guya irandilli osetinlərin əcdadı olduğunu sübut etməyə çalışan V.B.Kovalevskaya məsələ antropologiyaya gəldikdə yazır:

“Katakomba tipli qəbirlərdən çıxan kəllələrinin quruluşu bir çox mütəxəssis tərəfindən incələnmiş alanlar ensiz sifətli, uzun başlı cənubi avropoid irqinə məxsus olmuşlar və həm özləri ilə çağdaş olan girdəbaş tipli yerli əhalidən, həm də onların birbaşa varisləri olan müasir osetinlərdən fərqlənmişlər” (169.171).

Maraqlıdır ki, arxeoloji tədqiqatlar nəticəsində tapılan və ən azı Mezolit dövründən tutmuş son Tunc dövrünə qədərki böyük bir zaman kəsiyini əhatə edən skeletlər uzunbaşlı kaspi-oğuz tipinin bütün Qafqaz ərazisini əhatə etdiyini, girdə-baş kafkasion tipinin daşıyıcılarının bu bölgəyə çox-çox sonrakı dövrlərdə gəl-diklərini sübut etməkdədir.

Tarixçi alim Kərəm Məmmədov mövzu ilə bağlı yazır:

         “Qafqaz ərazisində məskun olan xalqların sayının çoxluğu,onların müxtəlif dil ailələrinə mənsub dillərdə danışması,bölgənin fiziki- coğrafi şəraitinin mürək-kəbliyi və bu mürəkkəbliyin ayrı-ayrı etnosların təcridinə gətirib çıxarması etnoge-nez proseslərinin öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş paleo-antropoloji materialın önəmini artırmaqdadır.Qafqaz ərazisində məlum olan ən qədim kəllə sümükləri Qobustandan,Kiçikdaşın ətəyindəki “Firuz”mağarasından tapılmışdır.Bu tapıntılar Mezolit dövrünə aiddir.Eyni dövrə aid edilən və eyni morfoloji xüsusiyyətləri daşıyan insan qalıqları Cənubi Azərbaycan ərazisindən də tapılmışdır.Üzün nisbətən ensizliyi və kəllənin nisbətən uzunsovluğu ilə fərqlənən bu tip bütün Qafqaz  və Cənubi Azərbaycan üçün təkcə Mezolit dövründə deyil, Eneolit, yəni Mis-daş və Tunc dövrlərində də xas olmuşdur.Bu insan tipi elm aləmində “kaspi” və ya “oğuz”tipi adlanır və öz parametrlərinə görə Azərbaycan                                                                    

türklərinin antropoloji tipinə uyğundur və digər qonşu xalqların göstəricilərindən əsaslı surətdə fərqlənir.”(34.123).

Antropoloji tədqiqatlar Bütün Qafqaz və Cənubi Azərbaycan ərazisində Me-

zolit  dövründə  yaradılan zəngin mədədniyyətin qurucularının məhz Azərbaycan türklərinin əcdadları olduğunu birmənalı şəkildə sübut etməkdədir.Bu faktı Qobus-tan ərazisində təsbit edilən və ayrı-ayrı türk soy və boylarına aid soy tamğaları da sübut etməkdədir.F.Muradova deyir:

        “Qobustanda insan,heyvan,balıq və sairə təsvirləri lə yanaşı,müxtəlif işarə və tamğalara da rast gəlinməkdədir.(5.130).

İskit, sak və sarmatları irandilli hesab edən bir çox elm adamı alanların da irandilli olduğunu söyləyərək, onları osetinlərin ulu babaları olduqlarını iddia etməkdədirlər. Lakin həmin alimlər eyni zamanda sarmat və alan qəbirlərindən tapılmış skeletlərin antropoloji cəhətdən irandilli osetinlərə deyil, qıpçaq mənşəli, türkdilli qaraçay və balkarlara uyğun gəldiyini (169.171), həmin qəbirlərdən çıxan əşyaların üzərində tük-run yazılarına və türk tamğalarına rast gəlindiyini (169.172-173) etiraf etmiş, bunu izah etməkdə çətinlik çəkmişlər. Halbuki, bu halı izah etmək üçün  alanların və asların dili haqqında Biruninin (Xl əsr) söylədiklərini yada salmaq tamamilə yetərlidir. Bu böyük alim həmin xalqların qıpçaq və Xorəzm (karluq) dillərinin qarışığı olan xüsusi bir dildə danışdıqlarını yazmışdır (170.54).

Maraqlıdır ki, qaraçay və balkar türkləri bugünə qədər özləini alan-kumanların davamı hesab etməkdədirlər (112.232). Osetinlər də balkar türklərini “ası” və ya “asiaq” (aslar), qaraçay türklərini isə “Stur-Asiaq” (böyük aslar) adlandırırlar. (7.13).

Tarixi mənbələrdə kumanların da iskitlərlə eyniləşdirilməsi, onlardan “koman iskitləri” kimi söz açılması hallarıda müşahidə edilmişdir. R.Q.Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır:

“Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur.” (137.15).

İskitləri “işquz adlandıran Mahmud İsmayılın yazdığına görə, l yüzilliyin müəllifləri Pomponi Mela və Pliniy iskitləri türkdilli hesab etmiş, V yüzilin müəllifi Zozima isə yazmışdır ki, bəziləri iskitləri hunlar adlandırırlar (137.13). Xl əsrdə yaşamış gürcü tarixçisi Leonti Mroveli özünün Kartlis Tsxvoreba” (Gürcü çarlarının tarixi) adlı əsərində iskitləri xəzər türkləri ilə eyniləşdirmişdir. Eyni dövrə aid edilən rus salnaməsində-“Ötən illərin salnaməsi”ndə də xəzərlərlə iskitlər arasında bərabərlik işarəsi qoyulmuşdur (169.70).

Bir vaxt Atillanın qərargahında olmuş və bu böyük türk hökmdarı ilə görüşmək şərəfinə nail olmuş Prisk isə hun türklərini “çar iskitləri” adlandırmışdır (75.108-109). Ondan öncə isə Yevnapiy eyni fikri söyləmişdir (75.110). lV əsrdə yaşamış Misir yepiskopu Seneziyanın Roma imperatoru Arkadiyə yazdığı məktubda da hunlardan iskit kimi söz açılmaqdadır (169.96).

Vlll əsrin Bizans tarixçisi Feofan özünün “Xronoqrafiya”əsərində iskit və xəzər türkləri arasında heç bir fərq qoymur, xəzərləri iskit adlandırır (171.68). Bizans müəlliflərinin, demək olar ki, hamısı, o cümlədən Zemarx, Menandr və Simokatta türklərdən iskit kimi söhbət açmış və iskitlərin türk olduqlarını təsdiqləmişlər. Bu hal XV əsrə qədər davam etmişdir (171.97;137.15). Mençen-Helfen özünün “Hunların dünyası” adlı əsərində iskitlərlə, eləcə də kimmerlərlə hun türklərini eyniləşdirən bütün əski qaynaqları ortaya qoymuşdur (172.17-18).

Maraqlıdır ki, qədim hind mənbələri də şakyalar (saklar), turuşkalar (türklər) və hunlar arasında bərabərlik işarəsi qoymaqda, onlardan eyni etnos kim danışmaqdadırlar (173.60). Gördüyümüz kim, qədim və orta əsr mənbələri iskit və sakları birmənalı olaraq türk kimi təqdim etməkdədir. Artıq həmin mənbələrin söylədiklərinin doğruluğunu təsdiq edən təkzibedilməz arxeoloji dəlillər də tapılmışdır. Söhbət Qazaxıstan ərazisində, saklara aid İssık kurqandan tapılan gümüş nimçə üzərindəki türk yazılarından gedir. Bu barədə irəlidə söhbət açılacaqdır.

                     SAKLAR: İŞQUZLAR VƏ ŞAKILAR

Saklar barədə Yeni Türk Ensiklopediyasında yazılmışdır:

“Saklar (e.ə. Vll-lll əsrlər) türklərin tarix öncəsinin, Teoman və Metedən öncəki türk tarixinin ən mühüm siyasi quruluşudur, sakların qurduğu dövlətdir… Yunanların “ska” dediyi qövmdür. Xanədan və hakim ünsür türkdür…

Sakların ən böyük hökmdarı iranlıların Əfrasiyab dedikləri Alp Ər Tonqa-dır. Türkləin yetişdirdiyi ilk böyük tarixi şəxsiyyətdir.” (86.4363).  

Artıq qeyd edildiyi kimi, Herodot yunanların “iskit” çağırdıqları xalqlara farsların “sak” dediklərini yazmışdır. Bunun gerçəkdən də belə olduğunu fars-Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsi də sübut etməkdədir. Bu kitabədə üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin arxasında yaşayan saklar) (75.54).

Daha qədim mənbələrdə, yəni e.ə.Vlll-Vll əsrlərə aid mənbələrdə isə əsasən iki sak xalqından söhbət açılır. Onlardan biri kimmerlərlə eyniləşdirilir (139.84), digəri isə həm də “işquz” adı altında yad edilir  Birincilərdən Manna sakinləri kimi söhbət açılır:

“Manna ölkəsində oturan…Mana ölkəsindən çıxıb Urartuya hücum edən.. .Aşşur sınırlarını aşıb yağmalar edən” (7.106).

Bunlar kimmerlərdir, çünki eyni xalqdan ll Sarqonun kitabəsində “qamir” (kimmer) kimi söz açılır:

“Qameraa (kimmelər) mannalıların ölkəsindən çıxıb Uratuya daxil oldu… bütün Urartu qorxu içindədir.” (7.107).

Maraqlıdır ki, Aşşur mənbələri  onlardan qəsbkar, yağmalar törədənlər kimi söz açır. Bisitun kitabəsinin farsdilli hissəsində də saklardan qəsbkar kimi söz edilir və məhz həmin saklar eyni kitabənin akkad variantında “kimmer” adlandırı-lır:

         “Saklar qəsbkar idilər və Ahura Məzdaya hörmət etmirdilər.Mən Ahura Məzdaya hörmət edirdim. Ahura Məzdanın mərhəmətilə mən onlarla öz istəyimə uyğun rəftar etdim.” (104.105).

Artıq qeyd etdiyimiz kimi, bu sakların kimmerlərlə eyniləşdirilməsi keçmişin ənənələri ilə bağlı olmuşdur. Yəni bir zamanlar bu saklar kimmerlərin hakimiyyəti altında yaşamış olduqları üçün uzun müddət xüsusi “sak” (şakı) adı ilə yanaşı ümumiləşdirici “kimmer” adını da daşımışlar. Yuxarıda bu barədə söhbət  açarkən, müəyyənləşdirmişdik ki, bu saklar utilərin, yəni paytaxtı Bərdə (Partav) şəhəri olan Uti vilayətinin qonşuluğunda yaşayan saklar idi ki, b.e. Vll əsrinə qədər Kür və Araz çayları arasında yaşamaqda davam edirdlər və həmin ərazidəki Sakasena (Şakaşen) ölkəsinin sakinləri idilər. Lakin belə olan halda, həmin sakların Mannaya heç bir dəxli olmur. Çünki belə hesab edilir ki, Manna Cənubi Azərbaycanda, Urmiya gölünün cənubunu və şərqini əhatə edən bir ölkə idi (1.86;175.48) və Quzey Azərbaycan ərazisi onun sınırlarına daxil deyildi. Əgər bu fikir doğrudursa, o zaman birmənalı şəkildə söyləmək olar ki, iki müxtəlif (biri quzeydə, biri isə güneydə) Sakasena olduğunu iddia edən Qiyasəddin Qeybullayev (55.321) haqlıdır və sözügedən Sakasenanın Manna ərazisindəki Sakasenaya, birinci Sakasenada yaşayan sakların isə “Manna sakları”na heç bir aidiyyatı yoxdur.

Lakin Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki, müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir (175.69). İlkin mənbələrin diqqətlə incələnməsi bu müddəanın tam doğru olduğu-nu, Manna ərazisinin düşünüldüyündən çox-çox böyük olduğunu, təkcə Güney və Quzey Azərbaycanı deyil, eyni zamanda bugünki Dağıstan və Çeçenistanı da içinə aldığını göstərir. Bu məsələyə keçməmişdən öncə qeyd edək ki, mütəxəssislərin, demək olar ki, hamısı (V.V.Struve, İ.M. Dyakonov, K.V.Trever, İ.Q.Əliyev, V.F.Minorski, A,P.Novoseltsev) tək bir Sakasenadan söhbət açmış və onun Gəncə ilə Urmiya gölü arasında uzandığını, yəni həm Quzey, həm də Güney Azərbaycanı əhatə etdiyini qeyd etmişlər (55.321). Məsələn, İ.Dyakonova görə, iskitlərin məskənini Manna torpaqlarının şimal sərhəddində, Araz çayı və ondan şimaldakı torpaqlarda lokalizə etmək lazımdır (132.250). İ.Əliyev isə qeyd edir ki, iskitlərin məskəni Azərbaycanın həm cənubunu, həm də şimalını əhatə etmişdir (177.230, qeyd 5). M. İsmayıl da eyni fikirdə olmuşdur (137.11). Arxeoloji tədqiqatlar nəticəsində isə məlum olmuşdur ki, sakların yaşayış arealına bugünkü Gürcüstan ərazisi də daxil idi (130).

Məlum olduğu kimi, “Sakasena” adına antik müəlliflərin, “Şakaşen” adına isə erməni müəlliflərinin əsərlərində rast gəlinmişdir. Saklardan gen-bol söz açan aşşur mənbələrində isə bu toponimə rast gəlmirik. Əvəzində isə aşşur və Urartu mənbələrində paytaxtı Parda (Bərdə) olan Saqarta (Zikertu) toponiminə rastlaşırıq və bu toponim mənbələrdə Mannanın əyalətlərindən biri kimi qeyd edilir (175.63).

Doğrudur, həmin ölkənin Cənubi Azərbaycanda Miyanə və Ərdəbil arasında yerləşdiyi hesab edilir (175.63), lakin faktlar bu ehtimalı nəinki təsdiqləmir, əksinə söhbətin məhz Bərdə ətrafındakı ərazilərdən  getdiyini sübut edir. Məsələ burasındadır ki, saqartalılardan söhbət açan Herodot onları utilərlə birlikdə yad edir (55.147),  utilərin isə Araz çayı yaxınlarında yaşadıqlarını göstərir (55.143). Və məsələ təkcə bu faktla bitmir.

Məlum olduğu kimi, Mannanın əyalətlərindən biri də Andiya idi. Bu əyalətin adına ilk dəfə lll Salmanasarın, daha sonra isə lll Adadnerarinin kitabələrində rast gəlinir (175.64). Mütəxəssislər lll Adnerarinin kitabəsində söylənilənlərə istinadən, Andiyanın Xəzər sahillərində yerləşdiyi fikrində yekdil olmuşlar (178.75 сн 2; 132.165).

Q. Melikaşvili Saqartanın (Zikkertunun) paytaxtı Parda şəhəri ilə Azərbaycandakı Bərdə, eləcə də Andiyanın adının Dağıstandakı Andi toponimi ilə eynilik təşkil etdiyinə diqqət çəkmiş, fəqət bunu mannalıların guya qafqazdilli olduqlarını “sübut” etmək üçün etmişdir (178.60). Bu alim Andiya və Andi toponimləri arasındakı eyniliyi göstərməklə, əslində bizə Andiyanın harada olduğunu göstərmişdir. Biz də bu fikirdəyik ki, Andiya əyaləti Xəzər dənizi sahilində yerləşən bugünkü Dağıstan ərazisini əhatə etmişdir və qafqazdilli andi (andiyalı) xalqının adı ilə bağlı olmuşdur. Məlimat üçün bildirək ki, andilər (andiyalılar) Dağıstan xalqlarından biridir və bu gün də varlıqlarını sürdürməkdə-dirlər. Fəqət sovet dövründə onların millətləri inkar edilmiş və avarların bir qolu olduqları iddia edilmişdir (179.166). Hazırda Dağıstanda mövcud olan iki Göysu çayından biri avarların adı ilə “Avarskoye Koysu”, digəri isə andilərin adı ilə “Andiyskoe Koysu”  adlanmaqdadır.

Maraqlıdır ki, ll Sarqonun müttəfiqi kimi çıxış edən Manna hökmdarına qar-şı Urartu çarının təhriki ilə üsyan edən Saqarta (Zikkertu) və Andiya əhalisini cəzalandırmaq üçün bu ölkələrə hücuma keçən ll Sarqon öncə saqartalı, daha sonra isə andiyalı üsyançıları məhv etmişdir. Yəni o, öncə Saqartaya (Zikkertuya) gəlmiş, daha sonra isə Saqartadan keçərək Andiyaya daxil olmuşdu (1.98-99). Bu da təbiidir, çünki Dağıstana getmək üçün mütləq Quzey Azərbaycandan keçmək lazımdır.

Mannanın digər bir əyalətinin də “Durdukka” olduğu və burada eyniadlı şəhərin bulunduğu məlumdur (1.96). Q.Melikaşvili haqlı olaraq göstərmişdir ki, Durdukka çeçenlərin əski adı olan “durdzuk” (Dağıstanda bu gün də çeçenlərə “durdzuk” deyirlər) etnonimi ilə bağlıdır (178.60). Eyni etnonimə Xl əsr gürcü tarixçisi Leonti Mrovellidə də rast gəlmək mümkündür (169.85). O, eyni zamanda durdzuklarla yanaşı, andilərin, yəni andiyalıların bir qolu olan didoyların da (179.166) adını çəkmişdir (169.85).

Bütün bu faktlar sübut edir ki, Manna gücləndiyi vaxtlarda Quzey Azərbay-can ərazisi ilə yanaşı, Dağıstan və Çeçenistanı da  öz sərhədləri içərisinə daxil edə bilmişdi. Saqarta da Mannanın bir parçası idi. Onun mərkəzi Bərdə olsa da, ərazisi Azərbaycanın həm quzey, həm də güney ərazilərini əhatə edirdi. Mənbələrdən belə aydın olur ki, həmin dövrdə “sak” adı Azərbaycan əhalisinin mühüm bir hissəsinin ümumiləşdirici adı kimi çıxış edirmiş (1.127-128). Məsələn, Aşşur mənbələrində Bərdənin Uti vilayətinin deyil, Saqartanın (Zikkertunun) mərkəzi kimi göstərilməsi o deməkdir ki, həmin dövrdə utilər (udulular) üçün də “sak” adı ümumiləşdirici ad idi. Yəni utilər də sak ittifaqına daxil idilər.

Mənbələrdən belə aydın olur ki, Azərbaycanın şimal-qərbində, Xəzər sahillərində yaşamış massagetlər də bir vaxtlar bu ümumiləşdirici ad altında çıxış etmişlər (137.11-12).  Sonrakı dövr mənbələrində “maskutlar” adlandırılan bu xalqın bəzi mütəxəssislərin fikrincə, Dərbəndlə Beşbarmaq dağı arasında (180. 304), digər mütəxəssislərin fikrincə isə, Kür çayına qədər olan ərazilərdə və Muğanda (181.19) yaşadıqları bildirilimişdir. Antik müəlliflərin massaget kimi söz açdıqları həmin xalqın adı ilk dəfə Sasani şahının Paykulidəki yazısında, daha sonra isə isə erməni müəlliflərinin əsərlərində “maskut” kimi çəkilməkdədir (83.53). Ammian Marselinin yazdığına görə, massagetlər alanların əcdadları olmuşlar, Valeriy Flak isə massagetləri midiyalılarla birlikdə yad etmişdir (55.174-175).

Herodot massaget tayfaları barədə yazırdı ki, “bu xalq qədərsiz və cəsur hesab edilir, şərqdə Araz çayının o tərəfində issidonlarla üzbəüz yaşayır. Bəzilərinin ikrincə, bu iskit xalqıdır.” (1.124). Dion Kassi Arazdan şimalda yaşayan albanları massaget mənşəli hesab edirdi. Strabon qeyd etmişdir ki, iskitlərin böyük bir hissəsi massaget və sak adını daşıyırdılar (1.124) və Araz çayı sahilində yaşayırdılar (60.25). Əhəməni şahlarının yazılarında ayrıca “massaget” adına rast gəlinmir və onlar da ümumiləşdirici “sak” adı altında tanınırdı. Və maraqlıdır ki, Prokopiy, Musa Kağankatlı, Dionisiy  Perieqet və erməni mənbələri massagetləri hunlarla eyniləşdirmişlər (1.118; 66.l, XlV fəsil;  55.177; 182.114).

Yuxarıda qeyd edildiyi kimi, Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsində üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin arxasında yaşayan saklar) (75.54).

Daha qədim dövrə aid aşşur mənbələrindən belə aydın olur ki, bunlardan biri kimmerlərlə eyniləşdirilən saklar idi. Həmin mənbələr sayəsində bu sakların bir hökmdarlarının adı da dövrümüzədək ulaşmışdır. Bunlar Teuşpa, İşpakay, Tuqdamme və onun oğlu Sandakşatrudur. Aşşur hökmdarları Teuşpa ilə e.ə. 678-ci, Mannalıların köməyinə gələn İşpakayla e.ə. 670-ci ildə döyüşmüş və onlara qalib gəlmişdilər (7.107). Asarhaddonun kitabəsindən belə məlum olur ki, aşşurlar caklardan çəkinirmişlər:

“Müəyyən edilmiş bu müddət ərzində Manna vilayətində yaşayan və Manna ölkəsinin hüdudlarına gəlmiş sak ordusu bir qəsd hazırlayırmı? Bir şey fikirləşirmi? Hubuşkiya şəhərinin keçidini…keçəcəklərmi, gələcəklərmi, Aşşur sərhəddindən böyük qənimət, əsirlər aparacaqlarmı?” (1.105).

Eyni kitabədən belə aydın olur ki, döyüşdə saklar məğlub olurlar və bu Manna dövlətinin süqutu ilə nəticələnir:

“Mən Manna ölkəsinin sakinlərini, dinc oturmayan kutiləri darmadağın etdim, onu xilas edə bilməyən müttəfiqini-sak İşpakayın ordusunu əzdim” (1.105).

Mannanın süqutu kutiləin Cənubi Azərbaycanda hakimiyyətinin süqutu anlamına gəlməkdəydi və bu üzdən də adı mixi yazılarda Tuqdamme kimi çəkilən sak hökmdarı mənbələrdə “Saka və Qutium hökmdarı” kimi yad edilir. Bu isə o anlama gəlir ki, kutilər artıq həmin dövrdən saklara tabe olmuşlar. Yəni saklar Mannanın hakiminə çevrilmişlər (1.105). Söhbət özlərini “şakı” adlandıran gerçək saklardan gedir. Şəki etnotoponimi onlarla bağlıdır (55.321;137.17).

Təqribən eyni dövrdə Azərbaycanın siyasi arenasında daha iki qüvvə hakimiyyət uğrunda mübarizəyə atılır. Bu, madaylar (midiyalılar) və bir müddət saklardan asılı vəziyyətdə yaşadıqları üçün ümumiləşdirici “sak” adı ilə yanaşı özlərinin əsl adı ilə də yad edilən işquzlar idilər. Mənbələrdə Partatua (Prototiy) və oğlu Madiy işquzların hökmdarı kimi təqdim olunurlar. Bunlar psevdo, yəni yalançı saklar idilər. Beləcə, Azərbaycanın üç qədim türk boyu arasında Mannanın və kutilərin mirası, yəni taxt-tac uğrunda amansız, qanlı mübarizə başlayır.

Madaylar (midiyalılar) ilk öncə Mannanın tərkibində, Cənubi Azərbaycanın Zəncan, Qəzvin və Həmədan şəhərləri ilə bugünkü Tehran arasında yerləşən ərazidə məskun idilər (55.250). Aşşur mixi kitabələrində onlar haqqında ilk məlumat e.ə.835-ci ilə aiddir (38.34-35). Həmin mənbədə və sonrakı mənbələrdə onlar “maday” (amaday, matay) olkələri də “Maday” adları ilə yad edilirlər. Antik müəlliflərin əsərlərində isə “Midiya” və “midiyalı” adları keçərlidir. Azərbaycan elmi ədəbiyyatında da bu adlar daha çox işlənir. Hərçənd ki, aşşur mənbələrindəki ad daha doğrudur.

Midiyalıları da kimmer, iskit və saklar kimi irandilli və Azərbaycana kənardan gəlmə  sayan Q.Hüzinq,R. Hauşild, F.Heninq, E.Qrantovski, İ.Əliyev və digərləri onların guya Qafqazın quzeyindən, yəni Avropadan, E.Meyer, V.Geyger, A. Kristensen, C. Kameron, İ. Oranski, V. Brandenşeyn, V. Masson, H.Nüberq və başqaları isə Orta Asiyadan gəldiklərini iddia etmişlər (55.250). Fəqət bu tarixçi alimlər, əgər gerçəkdən də madaylar Azərbaycana kənardan gəlmişlərsə, nədən onların adına ilk dəfə məhz Ön Asiya  mənbələrində və Azərbaycan sakinləri kimi çəkildiyini izah etməmişər. Bu sual açıq qalır. Açıq qalan başqa bir sual isə belədir: əgər midiyalılar gerçəkdən irandilli olmuşlarsa, nədən qazaxların bir qolu olan madaylar (mataylar)  türkcə danışmışlar (105.118) və nə üçün ll Sarqonun e.ə. 713-cü ildə qələmə alınmış kitabəsində midiyalılarla arilər arasında fərq qoyulur (132.220)?

Əslində mübarizənin əsas hissəsi midiyalılarla işquzlar arasında getmişdir. Çünki saklar (şakılar) bu mübarizədə tez bir zamanda məğlub olaraq Quzey Qafqaza qaçmağa məcbur olmuşlar. Hadisələr isə belə cərəyan etmişdir.

Manna uzun müddət Aşşurla ittifaqa sadiq qalsa da, güclənməkdə olan kimmer-iskit-sak qəbilələrinin təhriki ilə bu ittifaqı pozmalı oldu. Bu Manna hökmdarı Ahşerinin dövründə (e.ə.675-650) baş verdi. Aşşur hökmdarı Aşşurbanipal Mannaya qarşı müharibəyə başladı və qələbə çaldı (1.101).

Əslində həmin dövrdə Aşşurların vəziyyəti də yaxşı deyildi. Beləki, bu hadisədən çox-çox öncə, daha dəqiq desək, e.ə.Vlll əsrin ikinci yarısından etibarən güclənməyə başlayan babillilər Aşşura qarşı üsyan etmiş və elamlılarla birləşmişdilər.

E.ə.720-ci ildə Der qalası yaxınlığında elamlılarla aşşurlar arasında qanlı müharibə baş verdi və aşşurlar məğlum oldular. E.ə.716-cı ildə Urartu kökmdarı Rusa aşşurların zəifləməsindən istifadə edərək, onların müttəfiqi Mannaya hücuma keçdi və 22 Manna şəhər-qalasını işğal etdi, e.ə.715-ci ildə isə Manna hökmdarı Dayukku əsir alındı (152.73). Həmin döyüşdə Mannadan müstəqilliyə can atan Sa-qarta (Zikkertu) və Andiya əhalisi, yəni gerçək saklar (şakilər) və andiyalılar urartulularla eyni mövqedən çıxış edirdilər.

Belə bir vəziyyətdə Manna ilə ittifaqa sadiq qalan Aşşur hökmdarı ll Sarqon Saqarta və Andiyaya hücum edərək üsyançıları darmadağın etdi. ll Sarqon Urartu ordusunu da məğlub edərək, itirilmiş 22 şəhər-qalanı mannalılara geri qaytardı. Üstəlik də 55 Urartu istehkamı və 11 Urartu qalası Mannanın tərkibinə keçdi. Bu döyüşdə Dayukku əsirlikdən azad edidi, əvəzində isə Uratu hökmdarı l Rusa əsir edildi (1.98-99). Həmin döyüşdə psevdosaklar da (işquz – iç oğuzlar)Manna tərəfdən  Uratuya qarşı çıxış edirdilər və Rusanın məğlub edilməsində böyük rol oynamışdılar. Qələbədən sonra Kappadokiya və Uratunun böyük bir hissəsi sakların hakimiyyəti altına keçdi. Bu barədə Strabon yazır:

“Saklar da kimmer və trerlər kimi bəzən uzaq, bəzən də yaxın məsafəli yü-rüşıər təşkil edirdilər. Beləcə. onlar Baktriananı (indiki Əfqanıstanın şimalı) və Ərməniyyənin (Uratu, yəni Van gölü ətrafı nəzərdə tutulur) torpaqlarının önəmli bir hissəsini tutaraq oranı öz adları ilə Sakasena (qədim Saqarta) adlandırdılar. Onlar Kappadokiyaya…qədər çatdılar.” (60.24).

Strabonun yazdıqlarından bir daha belə aydın olur ki, saklara şamil edilən kimmer adı əski ənənəçilikdən qaynaqlanmışdır və həmin dövrdə söhbət bilavasitə saklardan getməlidir. Eyni zamanda o da məlum olur ki, Urartu Saqartanın (Sakasenanın) tərkib hissəsinə çevrilmişdi. Saklar faktiki olaraq Mannanın da sahibi idilər və Manna hökmdarının hakimiyyəti formal xarakter daşıyırdı. Kimmer-saklar Friqiya üçün də təhlükə mənbəyinə çevrilmişdilər.

Bir çox alimlərin fikrincə, Dayukku, haqqında Herodotun məlumat verdiyi, ilk Midiya hökmdarı adlandırdığı Deyokla eyni adamdır (183.1023). Dayukku ilə Deyokun eyni şəxs olduğunu söyləyən İ. Dyakonovun fikrincə, Dayukku Manna hökmdarı yox, Mannanın sadəcə bir vilayətinin-Midiyanın başçısı idi (132.179). Herodotun sözlərinə görə, Deyok maday (Midiya) tayfalarını birləşdirmiş və Midiya dövlətinin əsasını qoymuşdur. Bu dövlətin paytaxtı Cənubi Azərbaycanın Həmədan (Ekbatana) şəhəri idi. (1.120-121).

E.ə.710-ci ildə ll Sarqon Elama hücum etdi, Elam hökmdarı Şutruk-Naxxunte dağlara qaçdı. Onun müttəfiqi, Babil hökmdarı Marduk apla-iddina isə cənuba qaçmaq məcburiyyətində qaldı. E.ə. 709-cu ildə kimmer-saklardan qoruna bilmək üçün Friqiya şahı Midas ll Sarqona kömək üçün müraciət etdi (152.76). Fəqət kimmer-saklar o qədər güclənmişdilər ki, Aşşurun özü də onlardan çəkinirdi.

E.ə. 705-ci ildə, ll Sarqonun ölümündən sonra Babil hökmdarı Marduk-apla- -iddina Aşşurun bütün düşmənləri ilə ittifaq yaratdı. Bu koolisiyaya Elam, Yəhuda və Tir, Arad və Askalon kimi Finikiya şəhərləri daxil idilər. Fəqət bu dəfə də aşşurlar qalib gəldilər (152.74). E.ə. 700-cü ildən sonra müharibələr yenidən qızışdı və e.ə. 693-cü ildə, Aşşur hökmdarı Sinaxxeribin dövründə müttəfiqlər növbəti dəfə məğlub oldular (152.74).Məhz həmin dövrdən etibarən Manna, Urartu ilə yanaşı müstəqil və güclü Sak dövlətinin mövcud olduğunu söyləmək olar. Artıq qeyd etdiyimiz kimi, mənbələrdən sakların İşpakay, Tuqdamme və Sandakşatru kimi hökmdarlarının adı məlumdur.

Bir sözlə, bütün Ön Asiya böyük müharibələr meydanına çevrilmişdi. Və bu müharibələrdə midiyalılar da, saklar da, yəni həm kimmer-saklar (şakılar), həm də işquzlar tədricən əsas tərəflərə çevrilirdilər. Sakların Midiya ilə İttifaqda Aşşur və Urartuya qarşı eyni cəbhədə yer aldıqları, işquzların hökmdarı, Aşşur şahı Asarhaddonun kürəkəni Partatuanın isə aşşurların müttəfiqi kimi çıxış etdiyi məlumdur (1.105).

Alimləin bir çoxu haqlı olaraq, Aşşur mənbələrindəki işquzları “Kitabi Dədə Qorqud”dakı İç Oğuzla, başqa sözlə, oğuzlarla eyniləşdirmişlər (48.224;1.118; 75.122-124). Məhəmməd Hatəmi Tantəkin aşşur, yunan və qədim fars mənbələrini tutuşduraraq təkzibedilməz şəkildə sübut etmişdir ki, adına Aşşur mənbələrində “Partatua”, Herodotda “Prototiy”, Avestada “Tranqrasyan”, Firdovsinin “Şahna-mə”sində “Əfrasiyab” kimi rast gəldiyimiz işquz (İç oğuz) xaqanı böyük Turan hökmdarı Alp Ər Tonqadır. Onu öldürmüş şəxs isə Firdovsinin İran şahı kimi qələmə verdiyi və Keyxosrov adlandırdığı Midiya hökmdarı Kiaksardır (185).

Bəzi mütəxəssislər qədim mənbələrdə işquzların həm də “sak” adlandırıl-ması faktından çıxış edərək Alp Ər Tonqanı sak hökmdarı, onun xaqanı olduğu Turan dövlətini isə iskit-sak dövləti saymışlar (55.326-329;47.241;184). Eyni fikrə Yeni Türk Ensiklopediyasında da rast gəlirik (86.Xl,4363). Camal Anadol yanlış olaraq, Alp Ər Tonqanı  Partatuanın oğlu Madiy ilə eyniləşdirmişdir (184). Eyni səhvi Məhəmməd Tağı Zöhtabi və Elməddin Əlizadə də təkrarlamışlar (47.241). Gerçək isə budur ki, Alp Ər Tonqanın mixi yazılardakı adı Partatuadır və bu ad böyük türk qəhrəmanı və hökmdarının adının aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır:

ALP    ƏR    TONQA

P — AR — TATUA

Məlum olduğu kimi, Mahmud Kaşğarlı “Divan”ında yer alan çoxsaylı şer nümunələrindən biri də Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağıdır.Nizami Xudiyev bildirir:

        “Eradan əvvəl  1-ci minilliyin ortalarından etibarən ümumi türk ədəbi dilinin ünsürləri fəaliyyətə başlayır və regional türk ümumxalq dillərinin,bunun ardınca isə ədəbi dillərin formalaşmasına təsir edir.Qədim türk şerinin mükəmməl                                                                     şifahi örnəkləri meydana çıxır ki, bunların müəyyən hissəsi sonrakı dövrlərdə yazıya alınmışdır.Turan hökmdarı,farslaın Əfrasiyab adlandırdıqları Alp Ər Tonqanın ölümünə həsr olunmuş ağı Mahmud Kaşğarlının divanında əks olunmuşdur:                   

                    Alp Ər Tonqa öldümü,

                    İsiz ayun kaldımu,

                    Ödlək öcin aldımı?

                    İmdi yürək yırtılır…                                                  

                Biz heç də o fikirdə deyilik ki, bu eradan əvvəl  1-ci minilliyin ikinci yarısından eramızın 1-ci minilliyininbirinci yarısı Azərbaycan dili nümunəsidir, ancaq burası da inkar edilməzdir ki, qədim Azərbaycan dilinin fonetik,leksik və qrammatik quruluşu, funksional ifadə səviyyəsi bunu xatırlatmışdır.”   (70.39-40).                                                             

Elməddin Əlibəyzadə mövzu ilə bağlı yazır:

                “Alp Ər Tonqa miladdan öncə 7-ci əsrin qüdrətli Turan-türk hökmdarı və qəhrəmanı olub.O, qeyri – adi ağlına,tədbirinə və mərdliyinə,müdrikliyinə görə böyük hörmət və ehtiram qazanmış,şöhrət tapmışdır.İran-Turan müharibələrində əfsanəvi qəhrəmanlıq göstərmiş və bu onu dastanlaşdırmışdır.”  (51.239).                                                                                          

              Kaşğarlı Mahmudun yazdığına görə,Türküstandakı Barsqan,Sayram və Koyaş şəhərlərini Alp ər Tonqa saldırmışdır.12 illik türk dövri heyvan təqvimini də o icad etmişdir.Əski fars qaynaqlarında onun Xorəzm,Xorasan.İran və Azərbaycanda çox sayda şəhər saldırdığı qeyd edilməkdədir (84.19). Məsələn, Sasanilər dövründə  pəhləvi dilində qələmə alınan, müəllifi bilinməyən və elm aləmində şərti olaraq “İran şəhərləri” adlanan bir kitabda  Aturpatakandakı,yəni Azərbaycandakı Gəncə şəhərinin əsasının Əfrasiyab, yəni Alp Ər Tonqa tərəfindən qoyulduğu qeyd edilir.(83.19).

Zərdüştün “Avesta”sında bu şəhərin adı Qanqxa kimi çəkilir və onun Turanın taxt şəhəri olduğu, Turan xaqanının da bu şəhərdə otuduğu qeyd edilir.”Avesta”da bütün turanlılar,yəni türklər kimi ünvanına təhqir və böhtanlar yağdırılan Alp Ər Tonqa həmin kitabda Tranqrasyan adı ilə yad edilir.Qədim yunan mənbələrində onun adı Prototiy kimi çəkilir və onun iskitlərin, yəni türklərin

xaqanı olduğu bildirilir.  Bu bötük türk xaqanı haqqında məlumat verən və eradan əvvəl  7-ci əsrə aid olan aşşur mixi kitabələrində onun adı Partatua kimi qeyd edilib və o, İşkuz, yəni İç Oğuz  hökmdarı adlandırılıb. Maraqlıdır ki, Firdovsi də “Şahnamə”də onu oğuz-türkmən mühiti ilə  bağlayır. Firdovsiyə görə, Əfrasiyab (Alp Ər Tonqa)  dödüncü oğlu Qara xana oğuzların da daxil olduğu türk odusunun komandanlığını vermişdir:

“Sərkərdə Qara xan, dördüncü oğul

Əlbisəsini geyinib, atasının yanına gəldi.

Atası ona otuz minlik türk-çiqil atlılarını

Verdi, döyüş yerindən qorxmayan

Həmçinin taraz, oğuz, xalac atlıları

Otuz minlik sınaqdan çıxmış atlı.”(85.88-89).

Eyni zamanda Əfrasiyabın (Alp Ər Tonqanın) atası Pəşəngin başında durduğu otuz minlik qoçaq türkməndən də söz açmaqdadır:

“Onların sərkərdəsi-təcrübəli qoca Nastul

Qoçaq Pəşəngin himayəsi altında

Otuz min igid türkmən

Döyüş baltaları ilə silahlanmış,

Yayla-oxla silahlanmış döyüşə getdilər.”(85.89).

Təsadüfi deyil ki, oğuz olduqları heç bir şübhə oyatmayan Səlcuqlular özlərini Alp Ər Tonqanın (Əfrasiyabın) soyundan hesab etmişlər (85.28).

             “Avesta” Alp Ər Tonqanın bol duzlu Çiçəstə gölü sahilində qətlə yetirildiyi bildirilir.”Bundaxşinin kitabı”nda söylənilənlərdən isə belə məlum olur ki, Çiçəstə gölü Aturpatakanda.yəni Azəbaycanda yerləşir. (83.20).

             Bu məlumatlardan göründüyü kimi, Alp Ər Tonqa Cənubi Azərbaycanda yerləşən bol duzlu Urmiya gölü sahilində qətlə yetirilmişdir.Onun Azərbaycanda öldürüldüyünü Yeni Türk Ensiklopediyası da təsdiqləməkdədir:

              “Alp Ər Tonqa iranlılarla çox uzun bir mücadiləyə girmiş…, Altaylara qədər təqib edilmiş, yenə həmlə etmiş, nəhayət,  Azərbaycanda… öldürülmüşdür (m.ö.624).” (86.Xl,4363).

Deməli, ona həsr  edilən ağı da məhz həmin bölgədə,başqa sözlə,Azərbaycanda yaranmışdır.Təsadüfi deyil ki,Azərbaycanda yaradılmış digər ağılar kimi bu ağı da təmiz oğuz türkcəsindədir:

         Sel gəldi beldən oldu,

                    Qan qusdu yeldən oldu.

                    Vay düşdü sarayıma,

                    El gəldi harayıma.                                                                  

                    Dirsəkli,dirəkliydin,

                    Sən aslan biləkliydin.

                    Hay vergil harayıma,

                    Vay düşdü sarayıma.

                    Oğul hey,

                    Oğul hey,

                    Oğul hey,

                    Oğul hey!                                                           

              Yas nəğmələrinin mühüm hissəsini ağılar təşkil edir.Yas mərasimlərində oxunan ağılar bu gün təkcə bayatı şəklində yayılmış nümunələrlə məhdudlaşmır. Xalq içərisində onlardan daha əvvəlki dövrlərdə yarananlardan da dövrümüzədək gəlib çıxanları var:

       Mən öldüm ağlamaqdan,

                  Bağa su bağlamaqdan.

                  Bağda yarpaq qalmadı,

                   Yarama bağlamaqdan.

                   Altımda kilim yandı,

                   Od düşdü,kilim yandı.

                   Canım oğul deməkdən,

                   Ağzımda dilim yandı.                                                            

Alp Ər Tonqaya ağı öz dilinə görə Kaşğarlı Mahmudun nümunə kimi verdiyi digər ağılardan fərqlənir.Buradakı digər ağılar uyğur dilində,başqa sözlə xaqaniyyə tükcəsindədir.                  

Ulsıp ərən börləyü,

Yırtıb yağa urlayu.

Sıkrıp üni yurlayu,

Sıqtab gözi örtülür.

Alp Ər Tonqaya həsr edilən ağıda arxaikləşərək çoxdan canlı danışıq dilimizdən çıxmış “isiz”,”ajun”, “ödlək” və “öc” kimi qədim türk kəlmələrinə rast gəlirik.İndi dilimizdə həmin sözləri ərəb dilindən keçmiş “ədalətsiz”, “dünya”,”zaman” və “intiqam” kimi ifadələr əvəz etməkdədir.Təkcə bu fakt ağının ən azı İslamdan öncə yarandığını söyləmək üçün yetərlidir.

Elməddin Əlibəyzadənin fikrincə, Mahmud Kaşğarlı “Divan”ının folklor nümunələrinin də fərqli yaranma tarixləri  olmalı idi.Çünki bu şerlər bir-birindən çox uzaq,mühüm və ibrətamiz tarixi hadisələrlə bağlı olmuşdur. Məsələn,miladdan öncə 7-ci əsrdə yaşamış Alp Ər Tonqanın ölümünə ağı  həmin əsrdə deyilsə,hansı əsrdə yaranmışdır? Təbii ki,sözügedən ağı məhz həmin əsrdə yaranmalı idi və yaranmışdır da (47.56).

Sözügedən ağı Azərbaycan ədəbiyyatının, eləcə də ümumoğuz və ümumtürk  ədəbiyyatının şah əsəri sayıla bilsə də, onu “sak dili və ədəbiyyatı” kateqoriyasına daxil etmək doğru deyidir. Çünki işquzlar (iç oğuzlar) və saklar fərqli türk etnik qrupları olmuş və irəlidə görəcəyimiz kimi, fərqli ləhcələrdə danışmışlar.

Elməddin Əlibəyzadə deyir:

            “Alp Ər Tonqanın ölümünə ağılar dördlüklə və 7 heca ilə kəkk olunub,bu ölçüdə daha asan qalıb,yayılıb.”    (47.259).                                                         

Şübhəsiz ki, bu ölçülər və forma ozan-aşıq şer formasısır. Maraqlıdır ki, Cənubi Azərbaycanın Həsənlu məntəqəsindən tapılan və e.ə. lX-Vlll əsrlər Manna incəsənəti nümunəsi hesab edilən bir qızıl qabın üzərində qopuz çalan ozan təsvir edilmişdir (29.27 şək. 2).

Məulmat üçün bildirək ki, iç oğuzlar (işquzlar) mixi yazılada adlarına rast gəlinən yeganə oğuz tayfası deyil. ll Aşurnasirpalın kitabəsində oğuz tayfalarından baranluların (baranların) da adına “barean” formasında rast gəlirik (175.50). Sonrakı əsrlərə aid yazılı mənbələrdə onlardan “abaren”, “aparn”, “parn” adları altında Albaniya sakinləri kimi söz açılmaqda (217.56), Parfiya dövlətini qurmuş Arsaklar sülaləsinin həmin etnik qrupa aid olduğu bildirilməkdədir (Arşakilər,216. l. 423). Strabon da onları “parn” adı ilə Xəzərin şərqində qeyd etmişdir (55.179). XlV-XV əsrlərdə Van gölü yaxınlarında yaşamış bu xalq Azərbaycan Qaraqoyunlu dövlətinin yaranmasında yaxından iştirak etmişdir. V.Minorski və Q.Rabinota görə, bu türkmən boyunun adı yer adından, F.Sümər və İ.Artukun fikrincə isə, qədim türkcədəki “baran” (qoç) sözündən yaranmışdır (216.ll.25).

Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:

“…Başqa variantlarda olduğu kimi, Oğuzun 6 oğlu, hər oğlundan da 4 nəvəsi dünyaya gəlir. Böyük oğluna Cəmşid xan adını qoyurlar, o, Baran adlı yerdə yaşadığı üçün Qayı xan ləqəbini alır və Osmanlıların əcdadı olur. Ənvəri Oğuz eli ilə bağlı bir neçə dəfə Baran adını çəkir.

Bu gün də…Van gəlünün cənubu…Daru-Baran adlanır.” (85.59).

Mənbələrdən belə aydın olur ki, Partatuanın (Alp Ər Tonqanın) ölümündən sonra oğlu Madiy işquzlaın hökmdarı olmuşdur. O, Araz çayını keçərək, Midiya torpaqlarına soxulmuş kimmer-sakları bölgədən didərgin salmış, Midiya və ətraf bölgələr üzərində 28 il sürən hakimiyyət qurmuşdur ki, bu barədə artıq söz açmışıq. Bu hökmdarın adı barədə Firidun Ağasıoğlu yazır:

“Bu ad üzərində geniş dayanmağa ehtiyac yoxdur, çünki onun Ön Asiyada ən işlək adlardan olduğunu görmək olur və ən əsası da budur ki, doğu türk boylarının eposlarında mənası türkcə aydın olan adlar işləndiyi üçün “Maday Kara” dastanı da güman ki, həmin gələnəyi saxlamışdır” (7.109).

Mütəxəssislər adları dövrümüzədək çatmış digər sak hökmdarlarının adları barədə də maraqlı fikirlər söyləmişlər. Bu baxımdan adı aşşur mənbələrində “Tuq-damme”, Herodotda isə “Liqdames” kimi çəkilən sak hökmdarı barədə yekdil fikir sərgiləyərək onun adının əslinin türkcə Toxtamış olduğunu yazmışlar (55.319; 7.109). İ.M. Dyakonov da buna bənzər fikir söyləyərək “Duqdamis” formasının üzərində durmuşdur (132.240). Tuqdammenin oğlu Sandakşatrunun adı da sonrakı dövrlərdəki mənbələrdən məlum olan türk adları ilə müqayisə edilmişdir. Məsələn, Qiyasəddin Qeybullayev bu adı haqlı olaraq, “Alpamış” dastanındakı Sandaqaç şəxs adı ilə (55.320), Firidun Ağasıoğlu isə Alp Arslanın komandanlarından  Sandak bəyin (7.109) adı ilə tutuşdurmuşlar.

Sak hökmdarlarından birinin daşıdığı İşpakay adı barədə də maraqlı fikirlər söylənmişdir. Həm Oljas Süleymenov, həm də Firidun Ağasıoğlu bu adı türkcə Köpək (s-k) kimi izah etmişlər (48.223;7.108). Təbii ki, bu fikirlə razılaşmaq mümkün deyildir. Fikrimizcə, mixi yazılardakı “İşpakay” adı sonrakı əsrlərdə Göy-türk hökmdarlarının adları içərisində rast gəlinən Işbara (Işbara xan, Baqa Işbara xan, Işbara Sünişi şad, Işbara Tolis şad, İrbis Işbara cabqu-xan) türk şəxs adının (20.524,519,520,522,523) aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır. Yəni adın əsli Işbaradır. Hesab edirik ki, Herodotun iskit hökmdarlarından birinə şamil etdiyi Sparaqapit (7.80) adı da Işbara adı ilə bağlıdır.

Biz işquzları, oğuz olduqlarına inandığımız kutilərin birbaşa davamı hesab edirik və fikrimizcə, qədim fars mənbələrində şərab bişirənlər kimi təqdim edilən saklar da məhz oğuzlar olmuşlar. Qədim yunan mənbələri də dikpapaq saklarla şərab bişirən sakları xüsusi qeyd etməkdədir.İstər qədim fars,istərsə də yunan mənbələrindən türklər arasında şərabçılıq sənətinin geniş yayıldığı məlum olsa da, bu işlə məhz hansı türk boyunun məşğul olduğu məlum olmur. (55.321-323).

Bu məsələyə aydınlıq gətirməyə isə Egey dənizi sahillərindən tapılan və hind-Avropa mənşəli olduğu ehtimal edilən bir ideoqrafik əlifba yardımçı olur.Elm

aləmində şərti olaraq “Egey əlifbası” adlanan sözügedən əlifbada “şərab” sözünü bildirən ideoqram kimi oğuzların bayandur boyunun tamğası çıxış edir (6.29-36).                                                               Elə bu fakt da söhbətin məhz bayandurlardan getdiyini, eləcə də hind- Avropa xalqlarının şərabla bayandurlar vasitəsi ilə tanış olduğunu söyləməyə əsas verir.

Maraqlıdır ki, bir sıra hind -Avropa mənşəli xalqların dilində şərab anlamında işlənən kəlmələr, eləcə də ona yaxın bəzi sözlər “bayandur” etnoniminin kökündə duran “bayan” kəlməsi ilə yaxın səslənməkdədir.

—————————————————————————————————-

                                                         B  A  Y  A  N

—————————————————————————————————-

     Dil                        Yazılışı                          Oxunuşu                          Mənası

—————————————————————————————————-

1.  Alman                   Wein                             Vayn                                Şərab

—————————————————————————————————-

2   İngilis                    Wine                             Vayn                                Şərab                                                                    

 

—————————————————————————————————-

3.  Fars                        Mey                              Mey                                  Şərab

—————————————————————————————————-

4.  Rus                         Вино                            Vino                                 Şərab

—————————————————————————————————-

5. Rus                         пьян                              Pyan                                Sərxoş

—————————————————————————————————-

6. Rus                         буян                              Buyan                              Sərxoş olub 

                                                                                                              şuluqluq edən

—————————————————————————————————-

                 O da maraqlıdır ki, hind – Avropa xalqları öncə şərabla tanış olmuş, onların üzümlə tanışlığı isə bundan sonra baş vermişdir.Elə bu üzdən də bəzi hind-Avropa xalqlarının dilində üzümü bildirən ayrıca söz yoxdur. Mövcud olan sözlər isə şərab sözündən törəmədir.

—————————————————————————————————-

       Dil                 Yazılışı             Oxunuşu                Mənası                     Hərfi 

                                                                                                                       Mənası

—————————————————————————————————-

1.    Alman            Weinrebe         Vaynrebe                Üzüm                        Şərb

                                                                                                                    çuğunduru

  

—————————————————————————————————-

2.  Rus                   Виноград           Vinoqrad              Üzüm                      Şərab

                                                                                                                       qozası

—————————————————————————————————-

Hind-Avopa dillərindən fərqli olaraq, türk dillərində üzümçülük və şərabçılıqla bağlı onlarla təmiz türk mənşəli kəlmə bulunmaqdadır.Əgər dilimizdə- ki heyvandarlıq ,əkinçilk,toxuculuq,dulusçuluqla bağlı bir çox terminlər Neolit və Eneolit dövrlərinin yadigarıdırsa, üzümçülük və şərabçılıqla bağlı bəzi terminlər də, şübhəsiz ki Tunc dövrünün məhsuludur.

Deməli, qədim fars və yunan müəlliflərinin “şərab bişirən saklar” adlandırdığı xalq bayandurlar imiş. Bayandurlaın isə bir oğuz soyu olduğu  məlum-dur (112.95-96). Gördüyümüz kimi, qədim mənbələr “sak” adını oğuzlara, o cümlədən iç oğuzlara da şamil etmişlər. Fəqət gerçək saklar özlərini “şakı” adlandıran saklar idilər ki, sonrakı dövrlərdə Şərqi Avropdan Hindistana və Çin səddinə qədər yayılmışdılar. Çinlilər onlara “sək”, hindlilər isə “şakya” deyirdilər (7.73).           

                 SAKLAR (ŞAKILAR) VƏ MƏRKƏZİ ASİYA

Ən qədim yazılı mənbələr saklardan Azərbaycan və Ön Asiya sakinləri kimi söz açsa da sonrakı dövrlərə aid mənbələrdə onlardan Şərqi Avropadan Hndistan və Çinə qədər geniş ərazidə yaşayan xalq kimi söz açılmaqdadır. Bu barədə söz açmamışdan öncə qeyd edək ki, əldə olan mənbələr sakların bu geniş əraziyə məhz Azərbaycandan yayıldıqlarını söyləməyə tam əsas verir. Söhbət Siciliyalı Diadorun yazdıqlarından gedir. Sakları “iskit” adlandıran Diador yazmışdır:

“İndi də (hindlilərlə) qonşu olan iskitlərə keçək. Onlar əvvəllər o qədər də böyük olmayan bölgədə yaşayırdı, lakin sonralar tədricən özlərinin artan qoçaqlığı, hərbi gücü sayəsində böyük ərazilər zəbt edib öz boylarını böyük şöhrət və iqtidar sahibi etdilər. Əvvəllər onlar azsaylı idi və Araz qırağında yaşayırdılar, onda şöhrətsiz olduqları üçün onlara həqarətlə baxılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən başçılarının rəhbərliyi altında onlar Qafqaza qədər dağlarda , okean və Meotiy (Azov) dənizi sahillərindəki sakillərindəki düzlərdə və sair bölgələrdə özlərinə ölkə əldə etdilər…Xeyli vaxt keçəndən sonra Tanais çayından o tərəfdə Trakiyaya qədərə raziləri də özlərinə tabe etdib, yürüşlərini başqa istiqamətə yönəltdilər. Nil çayına qədər özlərinin hökmranlığını yaydılar.”  (7.101).

Yuxarıdakı sitatdan da göründüyü kimi,  sonrakı dövrlərdə sakların məskun olduqları ərazilər Nil çayının şərq və Qara dənizin qərb sahillərindən ən azı Hindistana qədər uzanırmış. Sakların Asiyanın ən uzaq nöqtələinə qədər gedib çıxdıqları barədə məlumata Pomponiy Melada (l əsr) rast gəlirik:  

” Asiya şərqə doğru geniş sahil boyu uzanır. Onun şərqinə qədər olan məsafə Afrikanın ən cənub nöqtəsindən Avropanın ən şimal nöqtəsinə qədər olan və  üstəgəl Ağ dənizin eninə bərabər məsafə  qədər böyükdür…

Burada şərqdən başlayaraq ilk insanlar, görəcəyimiz kimi, hindlilər, serlər və iskitlərdir. Serlər Eoy dənizinin şərq sahillərinin tam ortasında, hindlilər və iskitlər isə onların ətrafında yaşayırlar.  Sonunci iki xalq cöx geniş ərazilərdə yaşayırlarlar və onların əraziləri təkcə Eoy dənizinin sahilləri ilə yuyulmur. Hindlilərin əraisi oradan cənuba, istidən yaşamağın mümkün olmadığı yerlərə və Hind dənizinə qədər uzanır. İskitlərin torpaqları isə şimala İskit dənizinə qədər uzanır və soyuqdan yaşamağın mümkün olmadığı ərazilərdən başqa Xəzər sahillərinədək əraziləri əhatə edir…

Buradan (yerin şimal sahillərindən yol Eoy dənizinə, yəni yerin şərqinə tərəf dönür.  Bu yol İskit burnundan Kolida burnuna qədərdir. Amma ora öncə dözülməz soyuqlara, sonra isə oralarda yaşayanlarıın vəhşiliyi üzündən keçilməzdir. Daha sonra iskitlər: androfaqlar və saklar yaşayır. Onları vəhşi heyvanların yaşadığı ərazi  ayırır və həmin ərazdə elə bu səbəbdən də yaşayış yoxdur” (186.176-237).  

Bu sitatdan belə anlaşılır ki, Pomponiy Melanın təsvir etdiyi İskit dənizi Şimal Buzlu Okean, Eoy dənizi Sakit okean, Hind dənizi isə Hind okeanıdır. Müəllifin coğrafi bilikləri gerçəkdən də heyrətvericidir. Onun haqqında söz açdığı saklar isə belə məlum olur ki, bugünkü türkdilli saxa-yakutlar, onların yaşadıqları ərazi isə bugünkü Saxa-Yakutiya Respublikasının ərazisidir. Melanın yanlış olaraq, iskitlərə aid etdiyi, “androfaqlar” (adam yeyənlər) adlandırdığı, yəni hannibal olduqlarını bildirdiyi xalq isə, görünür, tunqusmancurdilli evenklərdir. Evenklər hazırda Evenkiya Respublikasında yaşayırlar və Xəzərin şimal sahillərindən yola çıxıb, Saxa-Yakutiyaya getmək istəyən şəxs mütləq Evenkiyadan keçməlidir. Evenklərin qədim dövrlərdə tanrılara insan qurban verdikləri məlumdur. Görünür, müəllif bunu nəzərdə tutmuşdur.

Deməli, hələ e.ə. l əsrdə saklar Yakutiyaya qədər gedib çıxıbmış. Halbuki, belə hesab edilir ki, guya saxa-yakut xalqı cəmi 500-600 il öncə indiki  Saxa-Yakutiya ərazisinə cənubdan köçüb gələn türkdilli xalqların yerli tunqusman-curdilli xalqları assimilyasiya etməsi ilə ortaya çıxmışdır (179.178).

Qədim Çin mənbələrində saklardan e.ə.V əsrdən etibarən söz açılmaqdadır. Çin arxeoloqlarının Cunqariyada üzə çıxardıqları və tədqiq etdikləri sak qəbirləri də e.ə. V-lV əsrlərə aid edilir. İssık, İsıkkul və Altay (Pazırıq) kurqanları, eləcə də Urumçi yaxınlığından tapılan kurqanlar da sak kurqanları hesab edilir və həmin dövrü əhatə edir (187.229).

Bu kurqanlardan birindən, daha dəqiq desək, Qazaxıstan ərazisindəki İssık kurqanından tapılan türkcə yazılar sakların zəngin yazı və ədəbiyyat ənənələrinə sahib olduqlarını söyləməyə əsas verir. Bu barədə Oljas Süleymenov yazır:

“…1970-ci ilin yazında Alma-Atanın həndəvərində, İssık gölünün yaxınlığında Altay tipli kurqan-qəbir aşkar edildi; ilkin araşdırmaya görə, yeni tapıntı Pazırık kurqanı dövrünə (e.ə.Vl-V əsrlər)aid edildi…

…İssık sərdabəsində üzərində horizontal yazı olan qab tapılmışdı: 26 hərf-dən ibarət ilan bu əlifba Orxon-Yenisey yazısını xatırladır.” (48.178).

Mahmud İsmayıl bildirir:

“Məlum olduğu kimi, 1970-çi ildə Alma-Ata şəhəri yaxınlığında, İssık rayonunda arxeoloqların açdıqları kurqanda bir sak döyüşçüsünün qızıl geyimi və üzərində yazı olan bir gümüş cam aşkar edilmişdir. Qazax alimi A.S.Amonjolov cam üzərindəki yazını oxumuş və belə qənaətə gəlmişdir ki, bu qəbrin sahibi türkdilli sak olmuşdur.” (137.14).

İssık kurqanından tapılmış yazı ilə bağlı Murad Aci yazır:

“Arxeoloq K.A.Akişevin tədqiqatarı xüsusi maraq doğurur, o,” iskit məsələ-si” mövzusunda son nöqtəni qoymuşdur. Alim Yeddisudakı (Qazaxıstan)İssık kurqanından üzərində run əlifbası ilə dəqiq türkcə yazı olan qab tapmışdır. Tapıntının, eynən kurqanın özü kimi, 2500 il yaşı var. Beləcə, bu yazı iskit və sakların ilk yazılı abidəsi oldu, bu abidə onların dili barədə məlumat verməkdə-dir.” (32.114).

İssık yazısının hərflərinin Orxon-Yenisey əlifbasının daha qədim və xüsusi bir variantı olduğunu və onlar arasındakı genetik bağlılığı inandırıcı şəkildə açıb göstərən Elməddin Əlibəyzadə (47.Qeyd 2) mövu ilə bağlı deyir:

“İssık yazısı nəsr dili nümunəsidir. Öz yığcamlığı ilə diqqəti cəlb edir. İkicə cümlədə hər şey aydın olur. Bu dil, təxminən 2500-3000 il bundan əvvəl danışdığımız ümumtürk dili və onun yazıda ifadəsidir” (19.290).

Tanınmış qazax alimi A.Amonjolov isə bildirir:

“Alma-Ata yaxınlığında sak qəbrindən tapılmış runabənər yazı, nəticə etibarilə, Yeddisu köçərilərinin danışdıqları qədim türk dilidir” (174.66).

İssık kurqandan tapılan və Orxon-Yenisey yazılarından daha qədim olan yazının əlifbası, yuxarıda qeyd edildiyi kimi, türk-run əlifbasının variantlarından biridir və İssık yazısı həmin əlfba ilə yazılmış yeganə epiqrafik abidə deyildir. Mu-rad Acinin yazdığına görə, Termez yaxınlığındakı Kara-Təpədə aparılan arxeoloji tədqiqatlar zamanı ll-lV əsrlərə aid qədim bir buddist məbədi tapılmışdır. Həmin məbəddən tapılan qabların üzərində də eyni əlifba ilə qələmə alınmış yazılar aşkar-lanmışdır. Eyni yazı növünə Əfqanıstan ərazisində fransız geoloqları da rastlamış-lar (32.115).

Murad Acinin söylədiklərini İ.Dyakonov da (28.224), B.Livşits də (189.165-166, qeyd 14; 190.220) təsdiqləməkdədirlər. Fəqət bütün əsərlərində iskit və sakla-rı irandilli kimi təqdim etməyə çalışan bu alimlər fakt qarşısında qaldıqlarından, yazıların dilinin türk dili olduğuna göz yummuş və onu sadəcə “İssık yazısı” adlandırmışlar. Məsələn İ. Dyakonov yazır:

“Lap bu yaxın zamanlarda Orta Asiyada və Əfqanıstanda ilk tapıldığı yerin–Alma-Atadan 50 km aralıdan tapılmış kurqanın (Qazaxıstan; kurqanın e.ə.Vl-V əsrlərdən gec olmayan dövrə aid edilir) adı ilə şərti olaraq “İssık” adlandırılan heca və ya hərf yazısı tapılmışdır. Eyni yazıya Mərkəzi Əfqanıstandan tapılan e.ə. l əsrə aid trilinqvada da, kxaroştxi əlifbası ilə hind-prakrite dialektində və yunan əlifbasının bir növü ilə baktriya dilində qələmə alınmış yazılarla birlikdə rastlanmışdır.Eləcə də Cənubi Özbəkistan, Cənubi Tacikistan və Şimali Əfqanıstandan tapılan və l-Vl əsrlərə aid edilən (?) qab qırıqları üzərində də eyni yazı nümunələri ilə rastlaşırıq. Bu yazının yaranma yeri, ehtimal ki, sovet Özbəkistanı və Tacikistanının cənub-şərq hissəsi və Əfqanıstan olmuş və çox güman ki, oradan köçəri saklar tərəfindən gətirilmişdir.” (28.224).

Bir sözlə, İ.Dyakonov təkzibedilməz fakt qarşısında qalmasına baxmayaraq həmin yazının guya sakların kənardan əxz etdiklərini, yəni onların öz kəşfi olmadığını söyləyir, fəqət nədən həmin yazının ən qədim nümunəsinə məhz saklara aid kurqanda rast gəlindiyini izah etmir. Və bu onun yeganə ziddiyyətli fikri deyil. O bir yandan yazır ki, həmin yazı təqribən 1000 il işlənmişdir, bir qədər sonra isə onun guya birdəfəlik istifadə üçün kəşf edildiyini iddia edir. Daha sonra isə “İssık” yazısının başqa yazı növləri ilə, o cümlədən kxroştxi və brahmi əlifbaları ilə əlaqəsinin olmadığını söyləyir, o biri yandan isə onun qədim hind yazıları kxroştxi və ya brahmidən törəmiş ola biləcəyini iddia edir və dolayısı ilə həmin əlifbalar arasında müəyyən oxşarlığın olduğunu etiraf edir (28.224), amma nədən “İssık” yazısını həmin yazılardan daha qədim dövrə aid olduğunu izah etmir.

Fakt isə budur ki, Orxon-Yenisey əlifbası ilə genetik qohum olan (47. qeyd 2) İssık yazısı adı çəkilən iki hind yazısının qədim variantları ilə bəzi oxşar cəhətlərə malikdir.Brahmi əlifbalarının bəzi işarələrinin bəzi türk tamğaları ilə eyniliyinə hələ vaxtilə Əbülfəz Hüseyni və Cəfər Cəfərov diqqət çəkmişdilər. Məsələn, Cəfər Cəfərov göstərmişdir ki, qaranoqayların as və ya az soyunun tamğası Sofu Novruz pirində tapılmış işarə ilə eyni olmaqla yanaşı, həmin işarəyə eramızdan əvvəl 3-cü əsrdə Hindistanda formalaşdığı ehtimal edilən brahmi əlifbasının “ça” və “ba” hecalarının qrafik təsvirində də rast gəlinir (6.29-36).

Həmin əlifbada “tha”hecasını bildirən  qrafem də ağnoqayların türkmən soyunun tamğası ilə eynidir və bu işarənin ən qədim nümunəsi gəmiqayadan tapıl-mışdır. Brahmi əlifbasındakı “dha” hecasının işarəsi isə qaranoğayların konqes və ya kəngər soyunun tamğası ilə üst-üstə düşür və eyni işarəyə Sofu Novruz  pirində də rast gəlinməkdədir (6.29-36).

Sakların Çinə qədər gedib çıxdıqları dövrlə təqribən eyni dövrdə Hindistana qədər gedib çıxdıqları da məlumdur. Bu barədə Cəvahirləl Nehru yazmışdır:

“Bizim eradan öncə, iki yüz il boyunca Hindistana bir neçə belə axın olmuşdur. Lakin sən belə düşünmə ki, köçlərin məqsədi buraları tutmaq və yağmalamaq idi. Bu xalqlara yeni ərazilərdə məskunlaşmaq zəruri idi, çünki Məkəzi Asiyada köçəri boylarının əksəriyyəti çoxalıb artdıqca. yaşadığı əazilər onların dolanışığı üçün çatmırdı. Və onlar da yeni torpaqlara köçüb yurd salmağa məcbur idilər.Belə böyük yerdəyişmələrə bir çox hallarda başqa bouların təyiqləri də səbəb olurdu…Sonra sak axınları başlandı. Onlar çox idilər və Hindistanın şimal və qərb ərazilərinə yayıldılar. Saklar türklərin böyük köçəri boylarından idilər. Onları da öz yerlərindən başqa böyük bir boy olan kuşanlar çıxarmışdı. Bütün Baktriya və parfiyanı bürüyən saklar tədricən Pəncab, Racputan və Katxivarda yurd saldılar.” (188.129).

Maraqlıdır ki, brahmi əlifbasının ilk nümunələri məhz sakların Hindistan-dakı hakimiyyəti dövründə ortaya çıxmışdır. Qədim hind mənbələrində eradan bir neçə yüzillər öncə sakların bir qisminin Hindistanın şimalında məskunlaşaraq tez bir zamanda burada yeni türk dövləti yaratmalarından söhbət açılmaqda və buddizmin əsasını qoyan Şakya Muninin də bir sak şahzadəsi olduğu qeyd edilməkdədir.

Hindistanda buddizmin yayılmağa başladığı dövrlərdən etibarən paralel olaraq, elm aləmində hind-brahmi əlifbası adlanan əlifba da istifadə edilməyə başlamışdır.

İohannes Fridrix yazır:

“Eradan əvvəl lV əsrə aid sikkələrin üzərindəki brahmi yazıları…sağdan soladır, Aşoki dövrünə aid yazılarda isə bunun tam əksini görürük.Öncələr bu əlifbanın arami əlifbasından törədiyi hesab edilirdi,indi isə hesab edilir ki, onun əsasında finikiya yazısı durur.”(28.154).

Yazı tarixinin gözəl bilicisi İohannes Fridrixin qeyd etdiyi kimi, bu yazının ən qədim nümunələrinə qədim sikkələrin üzərində rast gəlinmişdir.Və bu yazılar sonrakı dövrə aid olan və soldan sağa yazılan hinddilli mətnlərdən fərqli olaraq sağdan sola yazılmışdır.Bu mətnlərin hind dilində olmadığı məlumdur və onların dilini müəyyəmləşdirmək mümkün olmamışdır.

Maraqlıdır ki, dövrümüzədək eyni əlifba ilə türkcə yazılmış mətnlər də çatmışdır və bu mətnlərdə yazının istiqaməti hinddilli mətnlərdəki yazıların istiqamətindən fərqli olaraq, soldan sağa deyil, qədim sikkələrdə olduğu kimi sağdan soladır (28.385 şəkil 271, 386 şəkil 273). Elə bu fakt da sözügedən əlifbanın saklar tərəfindən əski türk əlifbası əsasında, yeni dini-buddizmi təbliğ etmək üçün icad edildiyini sübut edir.

Yeri gəlmişkən qeyd edək ki, türkdilli brahmi yazılarının dili uyğurcadır, yəni bu mətnlər türk elitasının dilində-xaqaniyyə türkcəsindədir.Mətnlərdə çox sayda hind sözünə də rast gəlinir ki, bu da onların Hindistan mənşəli olmasından, yəni Hindistan sakları tərəfindən yaradıldığı faktından qaynaqlanır.

Mütəxəssislər buddizmin yaradıcısı hesab edilən Buddanın (e.ə 557-447) sak əsilli Hindistan şahzadədəsi olduğu fikrində yekdildirlər. Onun sak əsilli olmasını hinddilli sutralarda adının “Şakya Muni” yəni “sak Muni” kimi çəkilməsi də təsdiqləyir. Şərqdəki saklar barədə ilk məlumat verən tarixçilərdən olan Van Qunun (32-92) məşhur “Xanşu” əsərinə şərhlər yazan Yan Şiqu qədim Çin mənbələrində “se” kimi işlənən, “sək” kimi oxunan və sak anlamına gələn işarənin ifadə etdiyi xalq, yəni saklar haqqında yazır:

” Qərb tərəfdə dövlət adıdır, budda sutralarında “Şakya” adlanır” (187. 229).

Maraqlıdır ki, hinddilli buddist mətnlərdə “Şakya Muni” kimi çəkilən ad türkdilli mətnlərdə “Şakı Muni” kimi çəkilir (14.520) ki, buradakı “şakı” ifadəsi sakların özlərinin özlərini adlandırma şəklidir. V.Radlov türkdilli buddist mətnlərində rast gəlinən “şakı” termininin etnonim olduğunu və həmin etnonimin Buddanın mənsub olduğu xalqın adını ifadə etdiyini yazsa da onun sak xalqı olduğunu qeyd etməmişdir (14.520). Buddanın öz dinini ilk olaraq, saklar (şakya-lar) arasında yaydığı da məlumdur (220.98).

Sakların guya irandilli olduqlarını hər vəchlə sübut etməyə çalışan bəzi alimlər Buddanın sak olması və brahmi əlifbasının məhz Hindistanın sak hakimiyyəti altında olduğu dövrdə ortaya çıxdığını əldə əsas tutaraq brahmi əlifbası ilə qeydə alınmış, hindavropa mənşəli ölü bir dildə yazılmış mətnləri “sak dili” elan etmişlər. Bu barədə İ.M.Oranski yazır:

“Orta Asiya və Çin Türküstanının qədim sak dialektlərinə gəlincə, onlar haqqında, qədim fars yazılarında və qədim yunan müəlliflərinin əsərlərində qorunub saxlanmış bir neçə şəxs və yer adından başqa, heç bir şey məlum deyil-dir…

…XX əsrdə təşkil edilmiş ekspedisiyalar zamanı Xotandan və Çin Türküstanının digər yerlərindən tapılmış, hind brahmi əlifbası ilə yazılmış irandilli mətnlərin (V-X əsrlər) dil hazırdai sak dili hesab edilir.” (155.90-91).

Şübhəsiz ki, bu fikirləri ciddiyə almaq mümkün deyildir. Çünki müəllif öncə sak dili barədə bir neçə antrponim və toponimdən başqa heç nə məlum olmadığını yazır, o biri tərəfdən də mənşəyi məlum olmayan hansısa ölü dili sak dili elan edir. Halbuki, İssık yazıları sak dilinin əslində türk dili olduğunu birmənalı və təkzib-edilməz şəkildə ortaya qoymuşdur və bu üzdən də brahmi əlifbası ilə (əks istiqamətdə) türkcə yazılmış mətnlərin Hindistan saklarının və ümumən sakların dil və ədəbiyyat nümunələri olduğunu çəkinmədən söyləmək olar. Bununla belə, nə qədər qəribə olsa da, irəlidə görəcəyimiz kimi, sakların dilini “xotan” və ya “xotan-sak” dili adlandıran alimlər (155.91;156.223), bu dili İran dillərinə aid etmələrinə rəğmən, haqlıdırlar.

Dövrümüzədək ulaşmış buddist məzmunlu türkdilli brahmi mətnlərinin hamısı Çin Türküstanından tapılmışdır. Bu da təbiidir. Çünki bir vaxtlar sakları sıxışdıraraq Hindistana köçə zorlamış başqa bir türk boyu kuşanlar (188.129) e.ə. ll əsrdən etibarən hunların təzyiqi ilə güneyə hərəkət etmək zorunda qalmış, sakları Hindistandan da sıxışdıraraq, onları Türküstana, əsasən də Şərqi Türküstana (Çin Türküstanı, Uyğurustan) köç etməyə məcbur etmiş, özləri isə onların taxt-tacına sahib olaraq böyük bir imperiya qurmuşdular.

Sözügedən mətnlər 15 fraqmentdən ibarət olan, müxtəlif mövzuları (din, tibb, təqvim) əhatə edən və hazırda Berlində qorunan mətnləridir  (191) ki. onların sak dili nümunəsi olduğuna heç bir şübhə yoxdur.

Türkdilli buddist mətnlərin böyük əksəriyyəti dövrümüzədək uyğur əlifbası-na çevrilmiş vəziyyətdə gəlib çatmışdır. Çox  güman ki, dili uyğur dili olan bu mətnlərin heç də hamısı brahmi əlifbasından uyğur əlifbasına çevrilmiş qədim sak mətnləri deyildir. Bunların içərisində sonrakı dövrlərdə buddist kuşanlar tərəfindən yazılan əsərlər də ola bilər:

Dövrümüzədək uyğur əlifbası ilə çatan buddist məzmunlu mətnlər bunlardır:

1Beşbalıqdan (Şərqi Türküstan) tapılan, çinli rahib Hüen Tzanqın Vll əsrə aid edilən tərcümeyi-haının Sinqqü Seli Tutunq tərəfindən çincədən türkcəyə X əsrdə tərcümə edildiyi ehtimal edilən 722 sətirlik mətn (192.151-180;193.371-415);

2.Hazırda Paris Milli Kitabxanasında qorunan, hər biri 8 sətir olan 80 səhifədən ibarət olan, X əsrdə qələmə alındığı ehtimal edilən şahzadələr Kalyanamkara və Papamkara haqqında əfsanənin türk versiyası (194.225-272).

3.Buddist “Saddharmapundarika” sutrasının 25-ci,  bodisatv Kuan-şi-im

Pusar haqqında hissəsinin Şin versiyasının çincədən türkcəyə tərcüməsi. 224

sətirlik nüsxəsi Sankt-Peterburqda, 60 sətirlik nüsxəsi Berlində, 61 və 11

sətirlik nüsxələri Maynsda qorunur (195);

4. “Altun Yaruq” (Qızıl şüa) sutrasının 96 sətirlik 3-cü kitabı (196.193-207);

5. 54 səhifəlik buddist məzmunlu mətn (196.208-210);

6. “Altun Yaruq”. S.Malov tərəfindən Çinin şimal-qərbindən Suçjoudan

1910-cu ildə əldə edilib. X əsrdə Sinqqü Tutunq tərəfindən çincədən

türkcəyə tərcümə edildiyi iddia edilir (118.297-315;197);

7. Tişastvustiksutranın türk versiyası. Sankt Peterburqda qorunur. Tərcümə

olduğu iddia edilir, fəqət hansı dildən tərcümə olduğu deyilmir (198);

8. Buddist tövbə duasının iki ayrı nüsxəsinin fraqmentləri (199.432-450);

9. Berlin kolleksiyasında qorunan 133 və 129 sətirlik 2 fərqli buddist mətn (200.323-356);

10. “Sekiz yükmək” sutrasının 466 və 26 səhifəlik iki fraqmenti (201.92-192);   

11. İblis Atavaka haqqında əfsanə. 12 səhifə, 566 sətir (202);

12.Buddist məzmunlu yaı fraqmenti (203);

13. Səkkiz buddist əfsanəsinin fraqmentləri (204);

14. Dörd buddist əfsanəsi. 719 sətir (205.675-727).

Bu siyahıya Nizami Cəfərovun toplayaraq, Azərbaycan türkcəsinə tərcümələri ilə birlikdə dərc etdirdiyi bir neçə buddist məzmunlu şeri də əlavə etmək lazımdır (118.163-238). Syahıdakı 2,4,5,6,7,8,9,10,11,12,13 və 14-cü sıralarda duran əsərlərin orijinal sak əsərləri olduğunu və sonradan brahmi əlifbasından uyğur əlifbasına çevrildiyini ehtimal edirik. Fəqət həmin mətnləri geniş tədqiq etmək və bu ehtimalı təkzibedilməz şəkildə sübut etmək imkanına sahib deyilik. Odur ki, bu məsələnin üzərində durmayacağıq və onu gələcək tədqiqatçıların öhdəsinə buraxırıq.

Eyni zamanda “Altun Yaruq” əsərinin də guya çincədən türkcəyə tərcümə edildiyi fikrini sübut edilməmiş, əsassız iddia kimi qəbul edirik. Çünki qədim Çin tarix kitablarında buddizmin Çinə Türküstandan ixrac edildiyi və çinlilərin öz dillərinə tərcümələr etdiyi və bu məqsədlə Türküstandan və hətta Parfiyadan tərcüməçilər dəvət edildiyi göstərilməkdədir (61.ll.325-327).

Bu məsələ mövzumuz baxımından o qədər vacibdir ki, onun üzərində bir qədər ətraflı dumağı lazım bilirik. Bahəddin Ögəl özünün “Böyük hun impeiyası” kitabının ll cildində yazır:

“lll-lV yüzilliklər Orta Asiyanın Çini mədəniyyət təzyiqi altına aldığı bir dövrdür. Türküstana gələn Çin orduları Orta Asiyalı musiqiçi, alim və tərcüməç-iləri böyük qruplar halında yığıb Çinə aparırdılar. Bir əfsanə də olsa, Orta Asiyaya edilən 383-cü il axını Qaraşarda yaşayan böyük Budda mətnlərinin ustadı Kumarayivanı alıb Çinə aparmaq üçün nizamlanmışdı.” (61.ll.325).

Qədim Çin mənbələrinə istinadən söylənilən bu sitatdan da göründüyü kimi, Budda mətnlərinin ustadı Çində yox, Türküstanda, bir türk şəhəri olan Qaraşarda yaşayırdı. Məhz çinlilər onu və onun kimi digər alimləri Çinə aparmaq üçün çalışır və məhz çinlilər Türküstanda yaranan əsərləri öz dillərinə tərcümə etmək üçün tərcüməçilərə ehtiyac duyurdular. Türklər yox!!!

Alim daha sonra yazır:

“Fuxsun da haqlı olaraq yazdığı kimi, Orta Asiya Budda dini ilə bağlı biliklərin qalası kimi idi. Hərçənd Budda dini İsadan əvvəlki çağlarda da çox yayılmışdı, lakin m.s. ll yüzillikdən sonra Budda dininə maraq sürətlə kükrəyib-daşdı və nəzərlər Çin sərhəddinin o tərəfinə dikildi. Buddizm qərbdən şərqə gedir, Hindistan və Türkistan verir, Çin də alırdı.” (61.ll.325).

Burada “Hindistan və Türküstan verirdi” ifadəsi, oxucuları çaşdırmamalı-dır.Buddizmin Çinə ixracatçısı kimi Türküstanla yanaşı, Hindistanın da adının çəkilməsi heç də o anlama gəlməməlidir ki, bu mədəni alış-verişdə türklərlə (sak-larla) yanaşı etnik hindlilər də iştirak edirdilər. Əsla. Etnik hindlilər buddist yox, əvvələr də, bu gün də olduğu kimi, hinduist idilər. Hindistanın sahibi isə sakların hakimiyyətinə son qoyan başqa bir türk qövmü-kuşanlar idilər (61.ll.228). Buddizmin ixracatçısı kimi də onlar çıxış edirdilər. Hunların, daha dəqiq desək, ağ hunların (eftalitlərin) bir qolu olan (206), başçıları eynən oğuzlarda olduğu kimi “yabqu” titulu daşıyan (55.287;206;156,275;207,15) kuşanların hökmdarlarını ət-Təbəri “türklərin xaqanı”  adlandırmışdır (55.287). V əsr erməni tarixçisi Yeqişedə isə belə bir ifadə var: ” Kuşan adlandırılan hunlar ölkəsi” (55.287). Kuşanları “yueci” adlandıran qədim Çin mənbələrindən göründüyü kimi, çinlilər bu xalqı çox yaxşı tanımış və onlarla sıx siyasi, iqtisadi və mədəni əlaqələrdə olmuşlar.

Bahəddin Ögəl davam edir:

“Budda dinli kitabların Çin dilinə sürətlə tərcümə edilməsi tələb olunurdu. 209-cı ildə 27 Budda din alimi Çinə gəldi. Bu tərcüməçilərin arasında Hindistandan, hətta İrandakı Parfiya dövlətindən gələnlər belə var idi. Çox vaxt bu alimlər Kuçi və Qaraşar kimi elm mərkəzlərində toplanılır, oradan da Çinə gətirilirdi.”  

Bu sitatdan göründüyü kimi, tərcüməçilər hətta Parfiyadan belə gəlirdilər. Sual doğur: Nə üçün Parfiyadan? Sualın cavabı çox sadədir. Çümki parfiyalılar da iskit, yəni türk idilər. Bu barədə Pompey Troq yazmışdır (60.83).

Bahəddin Ögəl daha sonra yazır:

“Buddizm-ticarət-siyasət. Bu üç şey yanaşı gedirdi. 382-ci ildə Çinə gələn Turfan və Şanşan bəyliklərinin elçiləri Çində böyük bir maraq hiss etmişdilər. Çünki bu elçilər Çin dilinə tərcümə edilmiş buddizmin iki əsas kitabını da özləri ilə gətirmişdilər. Bundan da anlaşılır ki, “buddist kitablar öncə Turfanda çincəyə çevrilirdi.”

Bizcə, arıq şərhə ehtiyac yoxdur. Odur ki, həm türkcə, həm də çincə variantlarına rast gəlinən, hindcə isə variantları olmayan əsərlərin böyük əksəriyyəti, o cümlədən “Şahzadələr Kalyanamkara və Papamkara haqqında əfsanə”, “Altun Yaruq” və s. kimi türk və dünya ədəbiyyatının şah əsərləri çincədən türkcəyə deyil, türkcədən çin dilinə çevrilmiş əsərlərdir. Tərcüməçi kimi qələmə verilən Sinqqü Seli Tutunq isə tərcüməçi yox bir çox sutraların gerçək müəllifi olmuşdur. Hər iki əsərdə, eləcə də digər buddist məzmunlu türkdilli ədəbi nümunələrdə çox sayda hind mənşəli antroponim, toponim və dini terminlərin olması onların məhz Hindistanda yarandığını sübut edir. Fəqət həmin əsələrin hansının bilavasitə saklara, hansının isə bilavasitə kuşanlılara aid olduğunu müəyyən etmək çox çətindir. Sözügedən əsərlərin tərcümə deyil, orijinal əsərlər olduğunu həm də o fakt sübut edir ki, dövrümüzədək  türk dilində bir neçə buddist məzmunlu orijinal şer nümunəsi də ulaşmıdır. Onlardan bəzilərinin müəlliflərinin adları (Çisuya Tutinq, Pratyaya Şiri, Astanq Kalam Keysi və Kiki) belə məlumdur (118.163-238).

Bu şerlər içərisində Atsanq Kalam Keysinin iki şeri də var ki, onların məhz saklara aid olduğu və Şakı Muninin (Buddanın) dövrünə çox yaxın bir dövrdə yazıldığı heç bir şübhə oyatmır və onların məhz sak dili və ədəbiyyatı nümunəsi olduğunu sübut etmək heç bir çətinlik törətmir. Bu işdə bizə Buddanın türk mətnlərində rast gəlinən gerçək adı olan Burxan adı yardımçı olur və məhz bu antroponim bizə bir çox  gizli gerçəkləri anlamağa imkan yaradır.

                       SAK DİLİNİN ŞƏRQ (XOTAN) VƏ

                           QƏRB (PARFİYA) ŞİVƏLƏRİ

V.V.Radlovun “Qədim türk” lüğətində “Burxan” antroponimi haqqında ya-zılıb:

“Şəxs adı. Budda-buddist təlimin yaradıcısı..” (14.127).

Alim bir qədər yuxarıda “burxan” terminindən söz açaraq, bu terminin guya çin dilindən türk dilinə keçdiyini və guya həmin terminin əslinin çincə “bvyr” olduğunu yazır (14.127).

Bəri başdan deyək ki, geçəkdən də çindilli buddist mətnlərdə “burxan” əvəzinə “bvyr” yazılır. Hinddilli mətnlərdə isə nə “burxan”, nə də “bvyr”  kəlmələrinə rast gəlinmir. Deməli, termin ya türkcədən çincəyə keçərək bir qədər təhrif olunmuşdur, ya da əksinə. V.V.Radlov üstünlüyü çin dilinə verir. Fəqət “burxan” kəlməsinə gətirdiyi misalların əksəriyyətini buddizmə heç bir aidiyyatı olmayan türkdilli manixeist (Xuastanift) və türk-müsəlman mənbələrindən (Mahmud Kaşğarlı və Yusif Balasaqunlu) misal çəkir və bu kəlmənin dinindən asılı olmayaraq bütün türklər üçün ümumişlək söz olduğuna, eləcə də Mahnud Kaşğarlı və Yusif Balasaqunlunun həmin kəlməni büt, manixeist mətnlərin isə peyğəmbər mənalarında işlətdiklərinə göz yumur (14.127).

Maraqlıdır ki, eyni terminə  türk-şaman mifoloji sistemində də rastlanır və o, Tanrı anlamında işlənir. Məsələn N.F.Katanovun yazdığına görə, tuvalılar inanmışlar ki, ən yuxarı dünyada Burxan (Tanrı) yaşayır. İnsanların sahib olduqları hər şeyi, o cümlədən övladları o verir. Burxan insanlara pislik edən şər ruhları məhv etmək üçün orta dünyaya ildırım və şimşəklər göndərməklə müdaxilə edir (208.47). Türkdilli buddist ədəbiyyatının şah əsərlərindən biri olan “Altun Yaruq”da da Burxan eyni səviyyədə tutulur və “tanrılar tanrısı” adlandırılır:

“Anta ötrü tenqri tenqrisi Burkan inça tipyarlıkadı Ananta…” (118.297)

Tərcüməsi:

“Ondan ötrü tanrılar tanrısı Burxan Ananda belə söylədi…”

Eyni zamanda buddist və manixeist mətnlərdə rast gəlinən “burxanlıq” termini də olmuşdur ki, birinci halda “Buddaya məxsus”, ikinci halda isə “müqəddəs” anlamlarında işlənmişdir (14.127). Şübhəsiz ki, bu faktlar, eləcə də tərcümənin türkcədən çincəyə olduğunu sübut edən yuxarıdakı digər faktlar kəlmənin türkcədən çin dilinə keçdiyini sübut edir. Eyni termin Buddanın adı kimi türk dilindən buddizmin şimal qoluna-lamaizmə sitayiş edən xalqların, yəni tibet və monqol xalqlarının da dilinə keçmişdir və bu xalqlar da Buddaya Burxan deyirlər.

Yeri gəlmişkən, qeyd edək ki, türk və çin dillərində ortaq olan kəlmələrdən biri də “ağ” (üzə ağ olmaq mənasında) kəlməsidir ki, V.Radlov bu kəlmənin də guya çincədən türkcəyə keçdiyini iddia edir və həmin sözə nümunə kimi buddist məzmunlu, türkdilli “Kalyanamkara və Papamkara”dan misal çəkir:

“Ol ödün qanqi qan ayıq qılınclıq ağ oqlin inça tep saqıntı.” (Eyni zamanda, o, pis işlər görən və üzünə ağ olan oğlu barədə düşünürdü) (14.48).

Bəlkə də bu fikirlər Radlovun öz fikirləri deyil, onun əsərini redaktə etmiş rus-sovet redaktorların əlavəsidir. Doğru cavabı gələcək tədqiqatçıların öhdəsinə buraxırıq.

Eyni kəlmə eyni mənada çin dili ilə heç vaxt təmasda olmayan Azərbaycan türkcəsində də işlənir. Ona ərəb dilində də rast gəlinmişdir. Ərəb dili də çincə ilə heç vaxt təmasda olmamışdır. Lakin bu iki dilin türk dili ilə təması olub. Bu isə o deməkdir ki, kəlmə təmiz türk terminidir və həm ərəb, həm də çin dilinə məhz bizim dildən, yəni türk dilindən keçibdir.

Yeri gəlmişkən qeyd edək ki, Budda buddizmin əsasını qoymuş şəxsin gerçək adı deyil, ona verilmiş ləqəbdir. Belə hesab edilir ki, onun əsil adı Qautana olmuşdur. (86.444). Türk mətinlərində isə onun gerçək adı Burxandır. Astanq Kalam Keysinin şerlərindən isə onun oğlunun adını öyrənirik:

“Burkan oğlu Tolpı Tüzün Uğan arşınınq

Bulunçus yiq ödqilərin üğmiş şlokda

Burk-şark kılıp on edqüsin mən-Astanq özüm

Buyan küsüş özə köşmüş taksut başladı.” (118.210).  

Tərcüməsi:

“Burxan oğlu Tolpı Tüzün Uğan zahidin

Ələdüşməz müqəddəs yaxşılıqlarını öyən şerdən

Burk-şark (?) edib onun on yaxşılığını mən-Astanq özüm

Savab qazanmaq üçün qoşduğum hissə başladı.” (118.214).

Budda özünü peyğəmbər elan edəndə onun 29 yaşı var idi. Təbii ki, o, həmin dövrə qədər evlənməmiş və övlad sahibi olmamış ola bilməzdi, çünki o şahzadə idi və şah nəslini davam etdirməklə mükəlləf idi. Fəqət buddist ədəbiyyatda onun ailəsindən və övladlarından söz açılmır. Lakin onun gerçəkdən də Tolpı Tüzün adında oğlunun olduğunu dolayısı ilə təsdiqləyən çox maraqlı bir fakt var.

Məlum olduğu kmi, Budda (Burxan) öz dinini yaradarkən, hinduizmdən çox şeyi o cümlədən ölülərin yndırılması adətini qəbul etmişdi. Buddizmdə də hinduizmdə olduğu kimi, kişinin meyidinə od vuran onun böyük oğlu olmalı idi. Buddist əfsanələrdə Buddanı yandıran adamın adı Drona (220.98) kimi çəkilir və bizcə, bu ad “Tüzün” antroponiminin zamanla və yad dillərin təsiri ilə dövrümüzə-dək çatan təhrif edilmiş formasıdır.

Buddanın oğlunun varlığına və gerçək adına gəlincə, səhv etmiriksə, Astanq Kalam Keysinin ona həsr etdiyi iki şeri bu baxımdan istisnadır:

“…Alka üç ödki utmışlarnınq yorığları

Arış, arığ kut kolunçuğ tolun bütkərip

Ayağuluğ Tolpı Tüzün yolı özə

Adruk, uluğ tuyunmakığ tuyunayın.” (118.202).

Tərcüməsi:

“Hər üç zaman qaliblərinin hərəkətlərini,

Saf, təmiz niyazı bütünlüklə yerinə yetirib

Hörmətli Tolpı Tüzün yoluyla

Müqəddəs, böyük idrakı dərk edək.” (118.206).

Sözügedən şairin öyərək göylərə qaldırdığı və ilahiləşdirdiyi bu şəxsin adına digər ədəbi nümunələrdə rast gəlinmir. Bu da təbiidir. digər dinlərdə olduğu kimi, buddizmdə də peyğəmbərin övladı olmaq həmin şəxsə başqaları qarşısında heç bir üstünlük vermir. İnsanların üstünlük dərəcələri onların imanının səviyyəsi ilə ölçülür. Elə bu üzdən də Burxan oğlu Tolpı Tüzün Uğan barədə mədhiyyələr yazmağa heç bir ehtiyac olmamışdır və üstəlik də bu, Budda dininin vacibiyyətləri sırasına daxil deyildir.

Şerlərin məzmunundan göründüyü kimi, Burxanın oğlu buddizm dininin böyük din adamlarından biri kimi tanınmışdır. Fəqət hər dövrdə belələrinin sayı o qədər çox olmuşdur ki, onların hər birini yalnız öz müasirləri və ardıcılları mədh etmişlər. Hər dövrdə mədh edilən yalnız Buddanın (Burxanın) özü idi. Odur ki, Tolpı Tüzün Uğanı tərifləyərək göylərə qaldıran Atsanq Kalam Keysi, şübhəsiz ki, onun müasiri olmalıydı.

Deməli, Astanq Kalam Keysi Buddanın (Burxanın) oğlunun müasiri olmuşdur, yəni e.ə. V əsrdə yaşamışdır və onun şerləri də e.ə. V əsr sak dilinin və ədəbiyyatının nümunəsidir. Hər halda, o, şerini yazanda artıq Burxan (Budda) həyatda yox idi. (O, səksən yaşında ölmüşdür.) Bu, aşağıdakı misralardan məlum olur:

“Sarvaartasıdı tiqin ad önqdünlüq

Səkiz on yaş yaşamışın körkitmiş erür.

Sartavahı yolçu yirçi aşiça yimə

Sanı yüz minq koldınayut yıl, ay yaşayur.” (118.211).

Tərcüməsi:

“Sarvarthasiddha öncədən şahzadə adı ilə

Səksən yaş yaşayacağını göstərmişdi.

Və ya sartavahı yolçusu, yolçubaşı adı ilə

Yüz min kotu nayuta ili, ayı yaşamışdır.” (118.215).

Hər iki şerdən gətirdiyimiz misallardan da göründüyü kimi, bu şerlərdə misraların sonları öz aralarında qafiyələnmir. Yəni bu şerlər sonuyumlu yox, önuyumludur. Eyni halı Pratyaya Şiri və Kiki kimi digər buddist şairlərin də əsərlərində müşahidə etmək mümkündür.

Pratyaya Şiridən bir nümunə:

“Utmışlarnınqvısayı Buda Avatansana

Uluğ kölünqü sundurta uz tiripnomlamış,

Uğanlarnınğ on kut kolunç yozığı bu nomuğ

Una ani iyin kəziqçə okıdı sözlərim.” (118.193).

Tərcüməsi:

“Qaliblərin vişayası Budda Avatnısaka

Böyük taşıt sutrasında yaxşıca düzülüb yorulmuş,

İlahilərin on səadət arzusunun yozumu olan bu qanuna.

Odur ki, bunun üçün sıra ilə oxuyub izah edək.” (118.195).

Kikidən bir nümunə:

“Etüzlərinqə yaraşı

Erdiniliq idiq tüməkin

Enqəyü yoz yoçan yarudur

Esrinqü yaruklar önmişin…” (118.219).

Tərcüməsi:

“Vücudlarına yaraşan

Cövhərlərdən hər cür bəzəklərdə

Enqəyü (?) yüzlərcə yojana işıqlandıran

Rəngarəng işıq çıxdığını…”  (118.229).

Çısuya Tutunqun şerlərinə isə yuxarıdakı şairlərdən fərqli olaraq, həm ön uyumluluq, həm də sonuyumluluq xasdır. Elə bu xüsusiyyətinə görə də Çısuya Tutunqun şerləri Atsanq Kalam Keysi, Pratyaya Şiri və Kikinin şerlərindən fərqlənir:

“Önq başlap, adkanğularka biliqlər kaçar,

Öküş kara, ayığ yolluğ uruğuğ saçar.

Öqlüq kişi istimtutçı yaşmaksız baçar,

Öşəliksiz yiq nirvanınğ kapığın açar.

 

Burkan kənti könqül erür, könqül ok burkan,

Bulamı mat bölsər bolur sansarta turğan,

Brdulmasar ikiqükə bulup ol nırvan,

Bu bir sözni setirək boldı bakışta sorqan.” (118.187).

Tərcüməsi:

“Öncə (ondan) başlayaq (ki), biliklər xassələrə yönələr,

Bir çox qara, pis yolların oxumunu əkər,

Ağıllı insan heç zaman yanılmadan diqqət çəkər,

İstisnasız nüfuzlu nirvananın qapısını açar.

 

Burxanın özü ruhdur, ruh da burxan,

Bunları bu cür bölsən, samsarada durarsan,

Hər ikisinə bulaşmayanlar nirvananı tapır,

Bu sözü baxşıdan soruşan çox nadir oldu.”  (118.190).

Çışuya Tutunqun şerini digərlərindən fərqləndirən başqa bir cəhət isə şivə fərqidir. Məsələn, təqdim olunan nümunənin ikinci beytinin ikinci sözü “özü” mənasında işlənən “kənti” (kəndi) kəlməsidir. Halbuki,  Atsanq Kalam Keysidə “özüm” termini işlənməkdədir:

“Burk-şark kılıp on edqüsin mən-Astanq özüm

Buyan küsüş özə köşmüş taksut başladı.” (118.210).  

Ortada açıq-aydın bir forma və çox çüzi bir şivə fərqi var. Bu isə Atsanq Kalam Keysi, Pratyaya Şiri və Kikinin şerlərini “Sak ədəbiyyatı” (e.ə.Vl-ll əsrlər) kateqoriyasına, Çışuya Tutunqun şerlərini isə bir neçə əsr sonrakı dövrün məhsulu olan “Kuşan ədəbiyyatı”  (e.ə.ll-b.e.lV əsrlər) kateqoriyasına aid etməmizə imkan verir.

Daha sonrakı əsrlərin (V-X) yadigarı olan manixeist (maniçi) məzmunlu uyğur şerində də Kuşan şer formasına bənzər forma ilə, həm ön, həm də son uyumluluq halı ilə üzləşirik. Bu baxımdan Arpınçur Təkinin dövümüzədək ulaşmış bir şerini misal göstərmək olar:

“Kün Tenqri yarukun teq köküzlüqüm, bilqəm,

Kün Tenqri yarukun teq köküzlüqüm, bilqəm.

Körtlə, tüzün Tenqrim, külüqüm, küünsüm!

Körtlə tüzün Tenqrim, külüqüm, buluncsuzum! (118.159).

Qeyd etmək lazımdır ki, istər buddist, istər manixeist, istərsə də dünyəvi məzmunlu qədim türk ədəbi nümunələrinin böyük əksəriyyəti dövrümüzədək məhz uyğurların sayəsində gəlib çıxmışdır.Məhz onlar özlərindən əvvəlki türk ədəbiyyatını uyğur əlifbasına çevirərək dövrümüzədək yaşamasına imkan yaratmışlar. Əsəri sayəsində yüzlərcə qədim türk folklor və yazılı ədəbiyyat nümunələri dövrümüzədək ulaşan Kaşğarlı Mahmud da bir uyğur türkü idi.

Yeni Türk Ensiklopediyasında yazılanlara görə, kağızı kəşf edərək, onu uzun müddət öz monopoliyasında saxlayan uyğurlar  ilk mətbəələri də kəşf edən və onlardan istifadə edən xalq olmuşlar (86.Xll.4482-4483). Hazırda Uyğurustan (Şərqi Türküstan) Çinin tərkibində olduğu üçün türklərin bir çox kəşfləri kimi barıt, kağız , mətbəə və kitabın kəşfi də çinlilərin adına çıxılır. Fakt isə budur ki, elmə məlum ən qədim kağız kitablar,eləcə də mətbəədə basılmış kitablar türkcədir. Uyğurustanın (Şərqi Türküstanın) xarabalıqlarından indiyə qədər yüzlərlə kitab tapılmışdır və bu gün də tapılmaqda davam edir (86.Xll.4483).

İstər buddist, istərsə də manixeist mətnlərin dili kimi uyğur dili də xaqaniyyə türkcəsidir. Bu üzdən də onlardan öncəki ədəbiyyat uyğur ədəbiyyatı nümunələri, bu nümunələrin dili də uyğur dili hesab edilir (112.269). Halbuki, uyğurlar Şərqi Türküstana V-Vl əsrlərdə gəlmişlər və burada dövlət də (Vlll-lX əsrlər) qura bimişlər (112.268). Bundan öncə onlar Şərqi Avropa və Qafqazda yaşamışlar. Odur ki, yuxarıda haqqında söz açılan ədəbiyyat uyğurlaraqədərki  türk soy və boylarına: saklara, kuşanlılara və hunlara aiddir.

Konkret olaraq buddist məzmunlu və türk dilli ədəbiyyatın yaradıcıları olan saklara gəlincə, onlar uzun müddət Hindistanda yaşadıqları və hind mədəniyyətinin təsiri altında olduqları üçün dillərinə çox sayda hind mənşəli söz və ifadə keçmişdir. Elə bu üzdən də sak ədəbiyyatı hind kəlmələri ilə doludur. Mahmud Kaşğarlı həmin dili “xotən” (xotan) dili adlandırır və xotanları türklərdən (uyğurlardan) fərqləndirərək onların ayrı dili (ləhcəsi) və yazısı (brahmi?) olduğunu, dillərinin də hind dilinin təsirinə məruz qaldığını qeyd edir və daha sonra yazır:

“Xotənlər və kəncəklər sözün əvvəlindəki əlifləri “h” hərfi ilə əvəzləyirlər. Türk dilində olmayan bu hərfi dillərinə qatdıqlarına görə biz onları türk hesab etmirik. Məsələn, onlar ataya “hata”, anaya “hana” deyirlər.” (210.324).

Mahmud Kaşğari sadəcə dillərində “h” hərfi olması üzündən “xotən” (xotan) adlandırdığı sakları türklərə aid etməmişdir. Əlbəttə ki, bu doğru deyildir və sak dilinin şərq şivəsi olan xotan dili türk dilinin bir ləhcəsi, saklar isə türkdürlər. Buna heç bir şübhə ola bilməz. Xotan-sak dilində (sak dilinin şərq şivəsində) müşahidə edilən hala gəlincə, bu barədə tanınmış dilçi alim Firidun Ağasıoğlu yazır:

“Türk dillərində saitlə başlanan bəzi sözlərin q,k,x,h ilə başlanan variantları da var. Doğrudur, belə sözlərdə bəzi variantlar arasında qrammatik və ya  semantik fərq yaranmışdır, lakin onların eyni yuvadan törəməsi şübhə doğurmur. Məsələn, im-him, in-hin, uç-uş-quş, aş-kaş-xaş(ıl), o-ho-qo, en-gen və s.

Bu tip sözlərin tuva dilində bəzən farinqal saitlə və başqa xalqların dilinə samit başlanğıcla keçməsi halları da özünü göstərir:

at-a”t (tuva), axt (sarı uyqur), hat (xalac)

ot-o”t (tuva), oxt (sarı uyqur), xot (erməni)

o-qo (sarı uyqur), ho (azər dialektləri)

aş-a”ş (tuva), kaş (kumuk), kaş, xaşıl (azər dialektləri)” (7.214).

Fikrimizcə, “xotən” (xotan) adı qərb saklarına onların Xotan ərazisində məskunlaşmalarından sonra kənardan verilmiş addır. Onlar isə özlərini “şakı” adlandırmışlar və onların dili uyğur dilindən çoxsaylı hind mənşəli sözlərə sahib olması və “a” saiti ilə başlayan sözlərin önündə “h” səsinin tələffüz edilməsi ilə fərqlənmişdir. Başqa fərq olmamışdır. Odur ki, bu dili uyğur dilinin fərqli bir variantı saymaq olar. Hər halda, brahmi əlifbası ilə türkcə yazılmış mətnlər, eləcə də digər buddist məzmunlu mətnlər türkoloqlar tərəfindən uyğur dili abidələri kimi qəbul edilir. Görkəmli türkoloq Fərhad Zeynalov yazmışdır:

“Şərqi Türküstandan qədim uyğur dilini səciyyələndirən irili-xırdalı 4000-ə qədər əlyazması, fraqmentlər, ksiloqraflar toplanmışdır…Bu abidələr içərisində buddizmlə əlaqədar olanları üstünlük təşkil edir.” (112.269).

Məlumat üçün bildirək ki, xotənlərin böyük əksəriyyəti sonrakı əsrlərdə İslamı qəbul etmiş və uyğurların içində ərimişdir. Buddizmdən dönməyənlər isə qədim ləhcələrini saxlamaqda və xotən adı altında Monqolustanda yaşamaqdadır. Brukun yazdığna görə, XX əsrin 80-ci illrinin başında bu türkdilli xalqın sayı cəmi 3000 nəfər idi və hazırda monqol dilinə keçmişlər. (398-399.179).

 

Fərhad Zeynalovun  yazdıqlarından belə anlaşılır ki, uyğurlar haqqında ilk məlumatlarda onlar “oqur”, “saraoqur”, “kotriqurlar”, “onoqur” və s. adlarla qeyd edilmişlər (112.268). İrəlidə görəcəyimiz kimi, onları bu adlarla məhz erkən orta əsrlər Avropa tarixçiləri Qafqaz və Şərqi Avropada yaşayan hunların tərkibində yad etmişlər. Qədim Çin mənbələrində hunlardan son dərəcə çox danışılsa da və bir çox türk soy və boylarının, o cümlədən se (sak) və yuecilərin (kuşanlıların) adları yad edilsə də uyğurlar haqqında bircə kəlmə belə danışılmır. yalnız sonrakı mənbələrdə onlardan “vey-ho”, “hun-ho” və vey-vu-rh” adı ilə bəhs edilir. Bu isə o deməkdir ki, uyğurlar Qərbdən Şərqə saklardan və digər türk xalqlarından daha gec köç etmişlər (11.390).

           Uyğur türkləri hazırda əsasən Çinin Sintzyan-Uyğur Muxtar Vilayətində, qismən də Qazaxıstan və Özbəkistanda yaşayırlar.Rəsmi statistikaya görə,sayları 15 milyon civarındadır.Qeyri-rəsmi məlumatlara əsasən isə, sayları 30 milyonla 100 milyon arasında göstərilir.Uyğurlaın tarixdə qurduqları ilk dövlətin Vlll əsrdə qurulan Onuyğur-Doqquzoğuz xaqanlığı olduğu hesab edilir.Bu dövlətin ərazisi Monqolustan, Sibir və İndiki Uyğurustan ərazilərini əhatə etmişdir.Dövlətin qurulmasında doqquzoğuzlarla onuyğurlar fəal rol oynamışlar (112.268,269). On uyğur soyunun birləşməsi ilə ortaya çıxan onuyğurların adına Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinməkdədir:

          “Su…orada qalmış xalq onuyğur,doqquzoğuz xalqlarının üzərində yüz il oturub…Orxon çayı…” ( Moyunçur abidəsi, 3-cü sətir)(11.149).

          Onuyğurların adının əks olunduğu Moyunçur abidəsi bəzən “Selenqa daşı” da adlanır.Monqolustan ərazisindən, Selenqa çayı sahilləri yaxınlığından tapılmış bu abidə 744-759-cu illər arasında qoyulmuşdur (11.134-135).

Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb mənbələrində də rast gəlinməkdədir.Bu isə uyğurların, eləcə də onuyğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən Azərbaycan ərazisində yaşamış olduqlarından xəbər verməkdədir.İstər qədim erməni abidələrində, istər Musa Kağankatlının “Alban tarixi”ndə, istərsə də bir çox başqa mənbədə onların adı Albaniyada baş verən hadisələrlə əlaqədar çəkilir.Bu mənbələrdə onların adı “honoğur”, “onoqur” kimi qeyd edilmişdir (53.139;119.41-68). Yeri gəlmişkən qeyd edək ki, Xəzər xaqanı İosifin məktubunda uyğurlar Azərbaycanın 4-cü şahı Toqarmanın 10 oğlundan biri olan Uyğurun soyu kimi təqdim  edilməkdədir (7.29).

         Tarixi mənbələrdən onuyğurların lll əsrin böyük Azərbaycan şairi və filosofu Maninin qurmuş olduğu maniçilik, başqa sözlə, manixeizm dininə sitayiş etdikləri və bu dini öz dövlətlərinin rəsmi dini elan etdikləri məlumdur (20.472-473).Görünür, öncələr Albaniyada yaşamış onuyğurların bu ölkəni tərk edib Şərqə köçmələrinə də elə bu din səbəb olmuşdur. Çünki V əsrdə Albaniya hökmdarı Vaçaqanın dövründə xristianlığın rəsmi dövlət dini elan edilməsindən sonra bütün qeyri din və məzhəb nümayəndələrinə qarşı, o cümlədən maniçilərə qarşı dəhşətli təqib və təzyiqlər başlamışdı (66.53-55). Bu üzdən də başqa din və təriqətlərin nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalmışdılar.

Nizami Xudiyev deyir:

           “lX-Xll əsrlərdə ümumi türk dilinin inkişafında maniçi  türk ədəbiyyatı müəyyən rol oynamışdır.Bu ədəbiyyatın dili qədim türk dilidir.Bununla belə, həmin dil artıq başqa mədəniyyət tipologiyasına xidmət edir.Ümumiyyətlə, lX-Xll əsrlərdə türklər qədim türk Tanrı dininin yerinə islam, buddizm, maniçilik, xristianlıq kimi dinləri qəbul edirlər və qədim türk dilinin əsas lüğət fondu, hətta ümumən leksikası dəyişmir.Eləcə də bir çox maniçi mətnlərdə yeni dinin xüsusi terminologiyasına xas elementlərə rast gəlinmir.Yəni maniçilik türk ədəbiyyaında əksər hallarda öz terminologiyası ilə təmsil olunmuşdur.”(70.55).

Nizami Cəfərov isə deyir:

          “Maninin təlimində qədim türk mifologiyası,xüsusilə dünyanın yaranması haqqındakı təsəvvürlərlə səsləşən məqamlar kifayət qədərdir.Tanrının qaranlığın, şərin, bədənin deyil, məhz işığın, xeyrn, ruhun yaradıcısı olması; insanın mahiyyətinin bədəndə yox, ruhda təzahürü, dünyanın xaos, mükəmməl insanın kosmos səciyyəsi daşıması qənaətinə gələn Mani, görünür, yalnız müqəddəs kitabları öyrənməklə kifayələnməmiş. öz təlimini yaradarkən qədim təsəvvürlərdən, miflərdən də istifadə etmişdir.

          Maniliyin Şərqi Türküstanda yayılmasının ən intensiv dövrü l minilliyin son əsrlərinə düşdüyündən güman etmək olar ki, maniçi türk ədəbiyyatı da əsasən həmin əsrlərdə yaranıb yayılmışdır.”(118.16).

Cavad Heyət yazır:

           “Uyğur dili göytürkcənin davamıdır .Lakin yavaş-yavaş onda bəzi dəyişikliklər zühur edib yeni dinlərin təsirilə göytürklərdən fərqlənib və 2-3 ləhcənin yaranmasına səbəb olmuşdur. Bununla belə, göytürk və uyğur türkcəsinə əski türkcə adı verilmişdir…

          … Tarım hövəsində yaşayan uyğurların ədəbiyyatı 2 qismə ayrılır:

           1.Maniçi ədəbiyyat, yəni Mani dininə inanan uyğurların meydana gətirdiyi ədəbiyyat;

           2.Buddaçı ədəbiyyat.           

           Maniçi ədəbiyyat mənzum və mənsur olaraq iki yerə ayrılır.Maniçi şerlər daha çox ilahilərdir və dördlük şəklində olub, misrabaşı qafiyəlidir.Bundan başqa ahəng ünsürü də vardır.Bəzən iç qafiyə və iç alterasyon da vardır.Misralarda heca sayı eyni deyil, 3-dən 15-ə qədər dəyişir.

          Bu dövrün ən mühüm şairi Alpinçur Təkindir. Uyğur ədəbiyyatında müəllifi bəlli olan ilk şerlər onun iki şeridir:                                                         

                        “Bizim Tenqrimiz edqüsi redni tiyor,

                         Bizim Tenqrimiz edqüsi redni tiyor.

                         Rednidə yig mening edqü Tenqrim, adlım,

                                                                       bekrəgim,

                         Rednidə yig meninq Tenqrim, alpım, bekrəgim. 

                         Beleküsuz yiti vajir tiyor.

                         Beleküsuz yiti vajir tiyor.

                         Vajirdə ötüy bilikligim,tüzünüm, yarukum

                         Vayirdə ötüy bilikligim,bilgəm,yanqam…”

Tərcüməs:

                         “Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər,

                          Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər.

                          Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim,

                          Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim.

                          İtilənməmiş itidir almaz deyirlər,

                          İtilənməmiş itidir almaz deyirlər.

                          Almazdan daha kəskindir mənim hikmət sahibim,əsillim,igidim,

                          Almazdan daha kəskindir mənim hikmət sahibim,müdrüküm,filim.” (73.87-88).

          Maniçilik və ya manixeizm Onuyğur-Doqquzoğuz dövlətində və Sibir-Yenisey Xaqanlığında rəsmi din səviyyəsində tutulsa da bundan çox-çox öncələr o, Azərbaycan, İran, Orta Asiya və Avropada yayılmışdı.Təbii ki o dövrdə və o məkanda da manixey ədəbiyyatı nümunələri yaranmamış deyildi.Ən azı bu dinin əsasını qoymuş Maninin şer yazdığı və öz dini-fəlsəfi görüşlərini qələmə almış olduğu məlumdur.Lakin çox təssüflər olsun ki, məsələnin bu tərəfi tədqiqatçıları düşündürməmiş və bu üzdən də “Manici türk ədəbiyyatı ” adı altında məlum olan bütün əsərlər ucdantutma Vlll əsrdən sonra Şərqdə yaradılan və ya başqa dillərdən tərcümə edilən əsərlər kimi qəbul edilmişdir.

          Musa Kağankatlının verdiyi məlumatdan aydın olur ki,Qafqaz Albaniyasında, yəni Azərbaycanın Araz çayından şimalda yerləşən ərazilərində xristianlığı möhkəmləndirən Vaçaqan cadugər, sehirbaz və büpərəstlərə qarşı mübarizə aparmış, onların kitablarını yandırmış, övladları üçün isə xristian məkəbləri açmışdı.Müəllif həmin dövrdə Albaniya və Ermənistanda Nestorla bərabər Maninin də lənətləndiyni bildirməkdədir (66.53-55,79).

Madam ki, Qafqaz Albaniyasında digər din, məzhəb və təriqətlər kimi Maninin tərəfdarlarına qarşı da təqiblər başlanmışdı və onların kitabları yandırılırdı, təbii ki, bu dinin mənsubları canlarını və kitablarını xilas etmək üçün mühacirət etməyə məcbur idilər.Belələrindən biri də onuyğurlar idilər.

         Albaniyada təqib və təzyiqlərə məruz qalan icmalardan biri də monofizit xristianlar, yəni nestorianlar idilər.Maraqlıdır ki,bu təzyiqlər nəticəsində Azərbaycanı tərk  edərək Şərqə üz tutan uyğurların bir qismi də nestorian idilər və onlar da maniçilər, yəni manixeistlər kimi öz kitablarını da özləri ilə aparmışdılar.

         Uyğurların bir qismi əski dinlərinə-Göy Tenqri dininə sitayiş edir və Orxon-Yenisey əlifbasından istifadə edirdilər. Xristianlığın nestorian qoluna mənsub olan uyğurlar soğd və onun əsasında tərtib edilmiş uyğur əlifbalarından istifadə edirdilər.

Soğd əlifbası İran mənşəli əlifbalardan biridir və bu əlifbanın yaradıcıları Orta Asiyada yaşayan irandilli söğdlar idilər.Xristian uyğurlar bir müddət bu əlifbadan istifadə etdikdən sonra onun əsasında özlərinə yeni bir əlifba yaratdılar ki, bu da elm aləmində “uyğur əlifbası” adı ilə məşhur olan əlifbadır.

        Uyğur əlifbasının soğd əlifbası əsasında tərtib edildiyini yazı tarixinin gözəl bilicisi İohannes Fridrix də təsdiqləyir.O bu barədə yazır:

       ” Soğd yazısı…soldan sağa yazılır və o, Suriya əlifbası ilə qohumdur.Lakin bu qohumluğun xarakteri belədir ki, həm Suriya, həm soğd yazısı arami yazısının qədim və hələ məlum olmayan formasından qaynaqlanır və bir-birindən müstəqil, lakin paralel inkişaf etmişlər…

        İndi uyğur yazısının soğd əlifbası əsasında yaradıldığı ehimalı daha ağlabatan görünür, belə ki, uyğurlar da digər türk xalqları kimi “p” səsini “b” səsindən və “k” səsini “q” səsindən ayırsa da, uyğur əlifbasında eynən soğd əlifbası kimi bu səslər eyni işarələrlə-“p” və “k” hərfləri ilə yazılırdı…Çünki soğd dilində “b” və “q” səsləri yox idi.Bundan başqa soğd dilində “l” səsi də olmamışdır.Odur ki, onlar xarici sözlərdəki “l” səsini ifadə emək üçün “r” hərfinin dəyişik formasından istifadə edirdilər…Uyğur yazısında da…”l” səsini ifadə etmək üçün “r” hərfinin dəyişik formasından istifadə edilmişdir.” (28.167).

           Maninin dinini qəbul emiş türklər isə elm aləmində “manixey əlifbası” adı ilə tanınan və Maninin özü tərəfindən tərtib edilmiş olan əlifbadan istifadə edirdilər və uyğurlar bu əlifbanı özləri ilə birlikdə Azərbaycandan gətirmişdilər. Soğd və uyğur əlifbalarından fərqli olaraq, bu əlifbada “p” və “b” səsləri, eləcə də “k” və “q” səsləri ayrı-ayrı hərflərlə ifadə olunurdu. Bu əlifbada digər türk əlifbalarında olduğu kimi, “l” səsi üçün də ayrıca işarə var idi.

İohannes Fridrixin yazır:

           “Şərqi Türküstandan İran və şərqi türk dilləində , arami mənşəli ayrı-ayrı əlifbalarla yazılmış maniçi mətnlər tapılmışdır.Onlardan biri manixey əlifbası adlanır.

           Ona Babilistanın Nippur şəhərində üzə çıxarılan maqik gil fincanların üzərində də rast gəlinmişdir ki, bu da onun mənşəyi məsələsi baxımından çox önəmlidir. M. Lindzbarski göstərmişdir ki, sağdan sola yazılan bu yazı arami kursiv yazısından qaynaqlanır və dekorativ Palmir yazısı ilə qohumdur…Bu yazıda bütün saitləri ifadə edən işarələr var.”(28.167).

          Qeyd emək lazımdır ki, bu əlifba ilə yazılmış bütün mətnlər türkcədir. Bu fakt sözügedən əlifbanın məhz türk dili materialı üçün yaradıldığını, yəni Maninin ana dilinin türk dili olduğunu sübut edir. Lakin bu, həmin fikri sübut edən yeganə fakt deyildir. Manixey əlifbasında “L” səsini ifadə edən ayrıca hərfin olması faktı da deyilənlərə ən gözəl sübutdur. Məsələ burasındadır ki, qədim soğd dilində  “L” səsi olmayıb (28.167).Eyni sözləri digər İran dilləri barədə də söyləmək olar. Məsələn, fars dili üzrə tanınmış mütəxəssis V.İ.Abayevin yazdığına görə, bu dildə əskidən “L” səsi olmamış və bu səs sözügedən dilə X əsrdə daxil olmuşdur (126,14).

Nəzərə alsaq ki, Mani gəncliyini Babildə keçirmiş və orada təhsil almışdı, onun yaratdığı əlifbanın  arami mənşəli olmasında təəccüblü bir şey yox-                                                 dur. Maraqlıdır ki, mənbələrdə Maninin öz əsələrini məhz bu əlifba ilə qələmə aldığı birmənalı şəkildə vurğulanır.Bu isə o deməkdir ki, o, əsərlərini türkcə qələmə almışdır. Çünki soğd və toxar dillərində yazılmış maniçi ədəbiyyat nünunələrinə də rast gəlinməsinə baxmayaraq, onlar soğd və toxar əlifbaları ilə           yazılmışdır. Manixey əlifbası ilə qələmə alınmış mətnlərin isə hamısı istisnasız olaraq türkcədir.

           Soğd və toxar dillərində olan mətnlərin hamısının türkcə qarşılığı var.Yəni həmin mətnlər türk dilindən tərcümədən başqa bir şey deyildir.Lakin Avropa və rus alimləri türk abidələrinin tərcümə olduğunu israr edirlər.Halbuki türk mətnlərinin bir çoxunun müəllifləri bəllidir və onlar türkdürlər.Bunlardan biri Alpınçur Təkindir və onun iki şeri dövrümüzədək yetişmişdir:

                                  “…Barayın tisər, bac anrakım,

                                       Baru yimə uma mən,

                                       Bağırsakım!

                                       Kirəyim tisər, kiçiqkiyəm,

                                       Kirü yimə umaz mən,

                                       Kin, yıpar yıldığım…”

Tərcüməsi:

                                   “…Gedim desəm də,gözəl sevgilim,

                                        Gedə bilmərəm,

                                        Mərhəmətlim,

                                        Gəlim desəm də, kiçiciyim,

                                        Gələ bilmərəm,

                                        Ənbər,müşk qoxulum…” (118.159-160).

            Şübhəsiz ki, bu şerin dili Vlll-X əsrlər uyğur dili nümunəsidir.Eyni sözü müəllifi bilinən başqa manixey mətni- nəsr formasında qələmə alınan “Xuastu-anift”, yəni “Maniçilərin tövbə duası” barədə də söyləmək olar:

           “…Tenqrim,suyda baru bilmətin kün ay tenqrikə, iki yaruk ordu içrə oluruğma tenqrilərkə neçə yazınımız ersər, yemə kirtü erklik küçlüq tenqri tipənkirtkimədimiz ersər,neçə öküş yavlak, çulvu sav sözlədimiz ersər… yemə kün ay ölür tidimiz ersər,..kentü özümüü küntə,ayda önqi biz tidimiz ersər…bu ikinti bitmətin yazınmış yazukuq boşunu önütür biz: manastar ğırza!” (118.285).

Tərcüməsi:

           “Tanrım,günah ediyimizi bilmədən gün,ay tanrılara-iki işıqlı sarayda əylə-şən tanrılara qarşı nə qədər günah işləsək də, əsl qüvvəli, qüdrətli Tanrı deyib iman gəirməsək də, nə qədər çoxlu pis, rüsvayçı sözlər söyləsək də…həmçinin gün,ay tanrılar ölür desək də…hünərsizliyindən doğub-batır, hünəri varsa doğmasın desək də…özümüzü öyüb biz gündən, aydan yüksəyik desək də…bu ikisi qarşısında etdiyimiz günahları bilmədən yalvarırıq: günahlarımızı bağışla.” (118.291).

          Bu nəsr əsərinin də dili Vlll-X əsrlərin uyğur dilidir və şübhəsiz ki, köçdən sonra Şərqdə ərsəyə gətirilmişdir. Onu ərsəyə gətirən Bötürmüş Tərxan əsərin sonunda adını yazmağı da unutmamışdır:

           “…Suçdan, günahlardan indi azad olaraq işıq tanrılarına, din səadətinə, pak dindarlara yalvarırıq: günahlarımızı bağışla! Bötürmüş Tərxan niğosakların günahları, suçları haqqındakı duaları-xuastuanifti bitirdi.”(118.296).

           Əsərin müəllifi adını açıq-aydın yazsa da bəzi rus və Avropa alimləri onun tərcümə olduğunu iddia etmişlər. Bəziləri bu əsərin suryani dilindən, bəziləri isə guya soğd dilindən tərcümə edildiyini irəli sürmüşlər (20.426-427), lakin onun nə soğd dilində, nə də suryani dilində variantlarını göstərə bilməmişlər. Göstərə də bilməzdilər, çünki belə variantlar yoxdur və heç vaxt olmayıb da.Əsər orijinaldır və müəllifi onu türkcə qələmə alıb.Əgər söhbət Tenqridən gedirsə, qədim türk mifologiyasından qaynaqlanan Gün tenqri, Ay tenqri, Yer-Sub obrazlarına rast gəlinirsə, əsəri tərcümə hesab etmək və ümumiyyətlə maniçiliyin yaranmasını türk mühitindən ayrı təsəvvür etmək, əlbəttə ki, yanlışdır.

Nizami Cəfərov deyir:

           “Qədim türk ədəbiyyatına hiss ediləcək qədər təsir göstərmiş gəlmə dini dünyagörüşlərdən birincisi,yəqin ki, manilikdir.  lll əsrdə Şərq ölkələrində yaymağa başladığı maniliyin əsasında zərdüştilik – xeyirlə  şərin, işıqla qaranlığın

mübarizəsi dayansa da, burada qədim dövrün müxtəlif dinlərindən əxz olunmuş ideyalar komolektləşdirilmişdir.Özünü “Həqiqət Tanrısının elçisi” sayan Mani dünyada mövcud olan bütün dini dünyagörüşlərini birləşdirərək universal “dünya dini” yaratmaq iddiası ilə çıxış edirdi ki, bu da “Dünya dövləti” qurmaq istəyən türklər üçün maraqlı olmaya bilməzdi.”(118.15-16).

          Elmi ədəbiyyatda səhvən iranlı kimi qələmə verilən Mani 215-ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində doğulmuşdur. O, məşhur Arsaklar sülaləsindən idi. Bu sülalənin əsasını qoymuş Arsak isə sakların parn (baran, baranlu) qəbiləsindən idi (216. l. 423 Arşakilər), yəni Arsaklar sak mənşəli idilər.

           İlk fars-Sasani şahı Ərdəşir türk-Arsaklar sülaləsindən sonuncu Part. yəni Parfiya hökmdarı Ərdabanı məğlub etdikdən sonra Arsakların Ön Asiya, Güney Qafqaz və Mərkəzi Asiya üzərində 500 ildən artıq sürən hakimiyyətlərinə (e.ə.250-b.e.224) son qoyuldu və farslar böyük türk imperatorluğunun bütün torpaqlarının sahibinə çevrildilər. Arsakların əlində sadəcə Ermənistan (62-428) və Albaniya     (l əsrin ortaları-510) qalmışdı (216. l. 423 Arşakilər).

Məğlub sülalənin əksər üzvləri o dövrdə Arsakların paytaxtı olmuş Həmədan şəhərində yaşayırdılar.Farslar onların xalqı üsyana təhrik edə bilmə ehtimallarını göz önündə tutaraq sülalənin bütün üzvlərini öz imperiyalarının paytaxtına sürgen etdilər.Sürgün edilən ailələr içərisində Maninin atası Pətiyin ailəsi də vardı.Mani- dünyagörüşü də bu şəhərdə, yəhudi, xristian və zərdüşti filosoflarının mübahisələrinin qızğın keçdiyi Mədain şəhərində formalaşdı.

          Mani farsların gücünün onların dinlərində, yəni zərdüştilikdə olduğunu çox tez  başa  düşdü. Odur  ki,  bu  ideoloji sistemə qarşı onu çürüdə  biləcək,  eləcə  də

tükləri fars hakimiyyətinə qarşı mübarizəyə səfərbər edə biləcək alternativ dini-ide- oloji bir sistem qurmaq qərarına gəldi.

Maninin dininin əsil mahiyyətini başa düşməyə bizə Bötürmüş Tərxanın qələminə mənsub “Xuastuanift” əsəri  kömək edir:

Hörmüz tanrı beş tanrı ilə bütün tanrıların gücünü toplayıb şeytanlara qarşı vuruşmağa enib, gəldi.Bəd əməllər şeytanı Şimnu beş cür şeytana qarşı vuruşdu. Tanrı, şeytan işıq o vaxt bir-birinə qarışdı.Hörmüz tanrı əsgərləri, beş tanrı bizim ruhumuz günah şeytanları ilə vuruşub başlarından yaralandılar.” (118.290)

          “Xuastuanift” məhz bu cümlələrlə başlayır.Əsərdə zərdüştiliyin baş tanrısı Hörmüzün adı çəkilir və o, əsərin, eləcə də maniçilik fəlsəfəsinin əsas personajlarından biri kimi çıxış edir.Elə bu fakt da bir çox tədqiqatçıları maniçiliyi zərdüştiliyin bir təriqəti və bu dinin törəməsi hesab etməyə sövq etmişdir.Məsələ də elə bundadır. Yəni bütün səhf mülahizələr də elə buradan qaynaqlanmaqdadır.

Fəqət tədqiqatçıların gözdən qaçıtdıqları və ya böyük əhəmiyyət vermədik-ləri bir detala xüsusi diqqət yetirmək kifayədir ki, məsələnin tamam başqa cür olduğunu anlayasan.

          Məsələ burasındadır ki, maniçilikdə “Avesta”dakı Əhrimən obrazının yerinə türk mifologiyasının ən məşhur mənfi qəhrəmanlarından biri olan, ayrı-ayrı türk əfsanə və nağıllarında bəzən Şimnu, bəzən Şimnus və ya Şulbus, bəzən  də Çulbus, Kəlləgöz və ya Təpəgöz adları ilə adlandıran obraz daxil edilmişdir (118.290). Maniçilikdə bu obrazın “Şimnu” adından istifadə edilmişdir.Görəsən, Əhrimən obrazını Təpəgözlə, yəni Şimnu ilə əvəzləmək Maninin nəyinə lazım idi?

Məlumat üçün bildirək ki, “Avestada” iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki adıdır. Zərdüştilərin

müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. “Anqra Manyu” adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.

—————————————————————————————————-

      Qədim türkcə                           Yakut türkcəsində             Avestada

—————————————————————————————————-

      Tenqri Menqu                           Tanqra Menqu                  Anqra Manyu

—————————————————————————————————-

          Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt “Tenqri Menqü” də deyirdilər. “Menqü” qədim türk dilində əbədi deməkdir (14.342). Odur ki, bu halda söhbət əbədi olan Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində “Tanrı”,”Tenqri” əvəzinə “Tanqara” forması işlədilməkdə, “Tenqri Menqü” ifadəsi də “Tanqara Menqü” kimi səslənməkdədir (127.35).

Qatı bir fars milliyətçisi olan və əsərindən də göründüyü kimi, türklərə dərin nifrət bəsləyən Zərdüşt öz saxta dinində Tanqra Menqunu “Anqra Manyu” adı altında iblis elan etmiş, ona qarşı Babil-Aşşur mifologiyasından götürdüyü Ahura Məzdanı, yəni Hörmüzü, eləcə də Arti, Anahid, Mitra, Vritraqan və sairə fars tanrılarını qoymuş, Hörmüzü və fars tanrılarını xeyrin,işığın rəmzi kim qələmə vermişdi. Avestada turanlılar, yəni türklər şərin və qaranlığın ,iranlılar, yəni farslar isə xeyrin və işığın əsgərləri kimi qələmə verilir, turanlıların Anqra Manyuya sitayiş etdikləri qeyd edilir.

          Maninin öz dinində Əhrimənin, yəni Anqra Manyunun yerinə Şimnunu, yəni təpəgözü iblis elan etməsinin əsil səbəbi türk Tanrısını Zərdüştün ona biçdiyi iblis obrazından xilas etmək idi. Türk Mani bununla da yetinməmiş, Tenqrini Hörmüzdən də, digər fars tanrılarından da yuxarı qaldırmış, ikinci yerə türk mi-fologiyasından götürdüyü Gün, Ay tanrılarını və Yer-Suyu yerləşdirmiş, Hörmüzü və onun beş tanrısını, yəni fars tanrılarını isə onlardan  aşağı tutmuşdur:

         “…Gün, Ay tanrılara, iki işıqlı sarayda əyləşən tanrılara, bütün bürhanların müqəddəs adının, ləyaqətli ruhların, Yer-Su nurunun əsası Tanrı məkanına gedəndə ilk qapı Gün, Ay tanrısının olacaqdır.Beş tanrını qurtarmaq, işığı-zülməi ayırmaq üçün işıq göydə dolanır.”(118.291).

      Bənzər ierarxik sistem türk şamanizmində müşahidə edilməkdədir (127.43). Maninin təliminə görə, beş tanrı Şimnu ilə, yəni təpəgözlə və onun beş şeytanı ilə döyüşdə yaralandıqları və murdarlandıqları üçün onların qurtarılmağa, təmizlənməyə ehtiyacları var.Yalnız bundan sonra onlar Gün,Ay qapılarından keçib Tanrı dərgahına qalxa bilərlər.Gördüyümüz kimi, maniçilikdə Əhrimənin yerini Şimnu tutduğu kimi, Hörmüzün də yerini işıq tanrısı, yəni türk Tenqrisi tutur.O, Tanq Tenqri, yəni dan tanrısı adlandırılır.

           Manixey əlifbası ilə, türkcə yazılmış mətnlərin heç də hamısı sırf uyğur türkcəsində deyildir. Bəzi mətnlər var ki, onların dili oğuz türkcəsinə daha yaxındır və oğuz türkcəsi ilə uyğur türkcəsinin bir-birindən hələ tam ayrılmadığı vəziyyəti əks etdirir.Şübhəsiz ki, onlar daha arxaikdirlər:

               “Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!

                Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!

                Turunqlar,kamağ bəglər,kadaşlar,

                Tanq Tenqriq ögəlim!

                Körünüqmə Kün Tenqri,siz bizi küzədinq!

                Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!…”                                          

            Tərcüməsi:

              “Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi!

               Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi!

               Şəhərlər,bütün bəylər,qardaşlar,    

               Dan Tanrını öyəlim!

               Parlaq Gün Tanrı, siz bizə nəzər salın!

               Parlaq Ay Tanrı,siz bizi qurtarın!…”(70.55;73.89;118.122-123).

“Bu şerin dili Alpınçur Təkinin şerlərinin və Bötürmüş Tərxanın “Xuastu- anift”inin dilindən daha sadə və daha anlaşıqlıdır və şübhəsiz ki, lll-V əsrlərdə Azərbaycanda qələmə alınmışdır. Fəqət onun Maninin qələminə mənsub olub-olmadığını tam qətiyyətlə söyləmək mümkün deyildir.Lakin əldə olan və dili bu şerin dilindən fərqlənməyən daha bir şer var ki, onun Maninin qələminə məxsusluğu heç bir şübhə oyatmır:

            “Tüzün bilgə kişilər, üriləlim,

              Tenqrinin bitiqin biz işidəlim.

              Törən iliq tenqrilərkə tapınalım,

              Tört uluq emgəkdə kurtulalım.

              Tört iliq tenqrilərdə tanıqmalar,

              Tenqri nomun todaqmalar.

              Tünerliq yeklərkə tapunuqmalar,

              Tümənliq irincü kılıqmalar

              Tüpüntə olunma ölməki bar,

              Tünərliq tamuğa tüşməki bar.   

               Tümərlq yeklər gəlir tiyür,

               Tumanlıq yeklər ayar tiyür.”

Tərcüməsi:

             ” Düzülun bilikli kişilər,nəfəs dərəlim,

                Tanrının kitabını biz eşidəlim.

                Təntənə ilə tanrılara tapınalım,

                Dörd ulu əzabdan qurtulalım.

                Dörd …tanrını tanımayanlar,

                Tanrı qaydasına uymazlar.

                Dörd zülm iblisinə tapınanlar,

                On min günaha baş vurarlar.

                Dibində olumun ölməyi də var,

                Qaranlıq cəhənnəmə düşməyi də var.

                Zülmət iblisləri gəlir deyir,

                Duman iblisləri iş görür deyir.” (118.125-127).

Bu şerdə “Tenqri bitiyini”, yəni Tanrı kitabını eşitməyə dəvət olduğu üçün onun maniçiliyin müqəddəs kitabından, yəni Maninin öz qələminə məxsus kitabdan bir parça olduğuna heç bir şübhə yoxdur.Şerin leksik bazası da Şərqdə yaranan və içi soğd və soğd dili vasitəsi ilə alınan arami sösləri ilə dolu olan maniçi ədəbiyyatın dilindən fərqli olaraq, bütünlüklə türk kəlmələrindən ibarətdir. Yalnız qayda mənasını verən və maniçiliyin əsas dini kitabının adı olan “Nom” kəlməsi istisnalıq təşkil edir ki, bu söz də fars-Pəhləvi dilindən götürülmüşdür (20.424). Bu dil Sasanilər dövlətinin rəsmi dili idi və mətndə bu dildən alınan bir kəlmənin olması təbiidir. Nəzərə alsaq ki, buddizmin də əsas sutraları “Nom Bitik” (14.360) adlanırdı, Maninin bu kəlməni buddizmdən əxz etdiyini də düşünmək olar. Mətndə “Tenqri nomu” və “Tenqri bitiyi” terminlərinin işlənməsi bir daha sübut edir ki, təqdim edilən şer parçası manixeylərin dini kitabı “Nom”dan bir parçadır və Maninin öz qələminə məxsusdur.

Mətnin dilinin saflığı onun məhz Mani tərəfindən yaradıldığını təsdiq edir.Çünki uyğurlar müəyyən qədər soğd mədəniyyətinin təsiri altında idilər, əlifbalarını soğdlardan əxz etdikləri kimi, dillərinə də bu dildən çox sayda söz keçmişdi. Əlbəttə, uyğurlar yalnız şərqdə yaşamırdılar, Avropa və Qafqazda da çox sayda uyğur yaşamaqda idi.Məsələn, Prisk və Menandr onlardan “oqur” adı altında bəhs etmişlər. Bu müəlliflərin əsərlərində hazırda Şərqi Türküstanda yaşamaqda olan sarı uyğurların adına da “saroqur” formasında rast gəlinir (119.30). Manixeizmi şərqə aparanlar da məhz onlar olmuşlar. Hərçəndki, Albaniya və Sasanilər imperiyasındakı təqib və təzyiqlər dövründə Arsakların da bir qismi Şərqi Türküstana köç etmiş, uyğurların içində, özlərinin adı ilə adlanan Arsaq vilayətində yaşamışlar. Mahmud İsmayıl bu barədə yazır:

“Bu yaxınlarda professor T.Hacıyevin respublika mətbuatında (“Ədəbiyyat və incəsənət” qəzeti) Arsaq barəsində X əsrdə qələmə alınmış “Uyğur səyahətnaməsi”nə əsaslanaraq verdiyi məlumat maraq doğurmaya bilməz. Bu məlumatdan aydın olur ki, Arsaq əyaləti və onun baş şəhəri Arsaq indiki Turfanın (Tulu-fan) qərbindədir. Bu Çindəki Tyan-Şan dağlarının qərbində yerləşir. Burada türkdilli arsaqlar və uyğurlar yaşayırlar.” (137.18).

Ola bilsin ki, Maninin dinini Şərqi Tüküstana məhz həmin bu arsaqlar aparmışlar. Arsaqların qonşu və qohum xalqlar, başqa sözlə Parfiya əhalisi arasında çox böyük nüfuz sahibi olduqları məlumdur. Strabonun yazdığına görə, parfiyalılar Arsaklara çox sədaqətli idilər (60.35).

           Maninin dili özündən 1000 il öncə ərsəyə gəlmiş “Alp Ər Tonqaya ağı”nın dili ilə az da olsa, fərqlənir. Alp Ər Tonqa böyük türk-oğuz xaqanı idi və ona həsr edilən ağı  da oğuz elitasının dilində yaranmalı idi. Mani isə 500 ildən artıq Ön və Mərkəzi Asiyada qüdrətli bir dövlət quran, dünyanı Roma imperiyası ilə öz arasında bölən sak mənşəli xaqanlar sülaləsinə mənsub idi və təbii ki, sak elitasının dilində yazmışdır.Məhz bu dil sonrakı əsrlərdə “uyğur dili”, “xaqaniyyə türkcəsi” kimi adlarla tanınmış, ümumtürk ədəbi dili rolunu oynamış, türk xaqanları bu dildə fərmanlar vermiş və Kaşğarlı Mahmud da onu “Xaqaniyyə türkcəsi” adlandırmışdır.Həmin dil Göytürklərin və Qaraxanlıların rəsmi dili kimi də çıxış etmişdir. Fəqət sak dilində Azərbaycanda yaranan və Maninin qələmindən çıxan ədəbi nümunə Türküstan və Hindistanda eyni dildə yaranmış əsərlərin dilindən önəmli dərəcədə fərqlənir. Bu isə o deməkdir ki, biz bu gün uyğur dili adlandırılan qədim sak (şakı) dilinin iki fərqli şivəsi ilə-Qərb və Şərq şivələri ilə üz-üzəyik.

Parfiyanın dövlət dili olması səbəbindən “Parfiya dili” də adlandıra biləcəyimiz qərb şivəsi Alp Ər Tonqanın ölümünə ağının dili ilə, yəni Midiyanı 28 il öz hakimiyyətləri altında saxlamış işquzların (iç oğuzların, oğuzların) dili ilə Şərq saklarının şivəsi arasında, sanki, orta vəziyyətdədir. Burada istər-istəməz, Pompey Troqun aşağıdakı sözləri yada düşür:

“Parfiyalıların dili iskit və Midiya dillərinin ortasında olan bir dildir və onların ikisinin qarışığından yaranmışdır.” (60.84).

Elə həmin Pompey Troq parfiyalıların mənşəyi barədə yazmışdır:

“Belə ki, bütün dünyanı romalılarla öz aralarında ikiyə bölmüş və indi Doğu üzərində hökmranlıq edən parfiyalılar iskit qaçqınlarının törəmələridir.” (60.83)

Gördüyümüz kimi, əksər antik müəlliflər kimi sakları iskit adlandıran bu müəllif parfiyalıların sakların bir qolu olduğunu bilirmiş. Üstəlik də ona bu xalqın öz ata-baba yurdlarından zorla qovularaq qaçqın və köçkün həyatı yaşamağa sürüklənmiş saklar, yəni əsrlər öncə işquzlar (iç oğuzlar) tərəfindən Azərbaycandan qovulan saklar olduğu məlum imiş. Parfiyalılar ölkəmizdən qovulan sakların o hissəsi idi ki, bugünki Türkmənistan ərazisinə köç etmiş və ilk fürsətdəcə babalarının vətənlərinə qayıtmış və qədim Azərbaycan şəhəri Həmədanı (Ekbatananı) özlərinə paytaxt etmişdilər.

Yeri gəlmişkən qeyd edək ki, lll-Vll əsrlər arasında Azərbaycanda yarandığı heç bir şübhə oyatmayan daha bir şer parçası var ki, onun da dili Maninin şerlərinin dili ilə eynilik təşkil edir. Söhbət “Türk və tatın türküsü” adı altında tanınan  8 misralıq bir şerdən gedir:

“Türk       

——–

Kaçan körsə anı-Türk,

Budun anqa aydası:

Munqar təgir ululuq

Mundan adri kəslinir.

Tat

——–

Kəldi manqa tat,

Aydım: emdi yat,

Kuşqa bolup ət,

Səni dilər us, böri.

Tərcüməsi:

Türk

——

Haçan görsələr onu-Türkü,

Xalq ona deyəsidir:

Ululuq buna yaraşır,

Bundan ayrısına yox.

Tat

——-

Yanıma gəldi tat,

Dedim: indi yat.

Quşa ət ol,

Səni quzğun, qurd istər.” (118.121).

Bu şerin dili də Maninin dili ilə eynilik təşkil edir və sak dilinin qərb (Parfiya) şivəsinə aid edilə bilər.Onun Azərbaycanda yarandığını isə buradakı “tat” etnonimi sübut edir və məlum olduğu kimi, Azərbaycanda yerli türklər tərəfindən “tat” adlandırılan bir xalq da yaşamaqdadır. Sözügedən etnonimə “Kitabi-Dədə Qorqud”da da (saqqalu uzun tat əri banladuqda) rast gəlinməkdədir (53.136). Süleyman Əliyarovun yazdığına görə, qədim türk mənbələrində sözügedən etno-nim daha çox “iranlı” anlamında işlənmişdir (53.137).

Təqdim edilən şer parçasının tata aid ikinci hissəsinin son üç sətri söhbətin atəşpərəst farslardan (Sasanilərdən) getdiyini, deməli, bu şerin də təqribən lll-Vll əsrlərdə yarandığını sübut edir.

Tarixi mənbələrdən məlum olduğu kimi, atəşpərəstlər öz ölülərini xüsusi daxmalarda uzun müddət açıq saxlar və qurd-quşun onun sümüklərini ətdən təmizləməsini gözləyərdilər. Belə hesab edilirdi ki, ölənin ətini quzğunlar yesə, o, cənnətə, heyvanlar yesə isə, cəhənnəmə gedəcəkdir (209.127).

Şerdə tata müraciətlə “indi yat, quşa ət ol, səni quzğun, qurd istər” deyilməsi əslində, ona ölüm və atəşpərəstlərin adətincə qurda-quşa yem olması barədə qarğış edilməsi, onun və sözügedən adətin də ələ salınması anlamına gəlir.

Sakların danışdıqları dilin müəyyən edilməsi sahəsində gəldiyimiz nəticəni görkəmli dilçi alimimiz Firidun Ağasıoğlunun ölçüyəgəlməz dəyərə malik olan misilsiz bir kəşfi də bütünlüklə təsdiqləməkdədir. Söhbət Ermənistan (Armeniya) məliyi    l Artaşesin (e.ə-189-160) sərhəd daşları üzərindəki yazıların oxunmasın-dan gedir. Məlum olduğu kimi, Artaşes öncə Antioxun sərkərdələrindən biri idi və sonralar Arsakların (Parfiyanın) vassalı qismində Ermənistanın məliyi (çarı) olmuşdur. Onun Araz yaxınlarında Artaşat şəhərini saldıraraq öz ərazilərinin paytaxtı etdiyi məlumdur (216.l.407Artaşes; 60.31). Korneli Tasitin yazdıqlarından belə məlum olur ki, ikiüzlü və dəyişkən ermənilər çoxsaylı qarışıq evlənmələr səbəbiylə parfiyalılara yaxındırlar və azadlıq nemətini dadmadan onlara tabe olmağa meyl edirlər (7.349). Görünür, bu meyl və yaxınlığın səbəb və nəticəsidir ki, l Artaşesdən dövrümüzədək gəlib çıxan sərhəd daşlarının üzərindəki yazılar türkcə, daha dəqiq desək, sak dilinin qərb (Parfiya) şivəsindədir. Həmin daşlar (biri bütöv, biri sınıq iki daş) XlX əsrdə Qərbi Azərbaycandan, Göyçə gölü yaxınlığından tapılmışdır. Rus alimlərinin səylərinə baxmayaraq, yazının birinci iki sözündən-Artaşesin adından (Ataxşsi) və sonrakı “məlik” (mlk) sözündən başqa digər sözlərinin mənasını tapmaq mümkün olmamışdı. Yəni yazının arami (suryani) əlifbası ilə yazıldığı müəyyənləşdirilsə də və onun səslənişi dəqiqləş-dirilsə də alimlər yazının məzmununu dərk etməmiş, fəqət tam qəti bir şəkildə onun erməni dilində olmadığı qənaətinə gəlmişdilər (7.181). Hər iki daşdakı yazı eynidir və onların səslənişi belədir:

Artxşsi

mlkbryi

yritir

bundknxlt

Bütün sami əlifbalarında olduğu kimi, burada da saitlərin böyük əksəriyyəti qeyd edilməmiş, sözlər bir-birinə bitişik yazılmışdır.

Firidun Ağasıoğlunun oxumağa müvəffəq olduğu yzının mənası belədir:

Artxşsi (Artaşes) mlk (məlik) bryi (birəyi-ərazisi). Bund (bunda-burada) knxlt (konğuldu-qonuldu,qoyuldu). Yəni bu sərhəd daşı bura Artaşes məliyin ərazilərinin sərhəddini göstərmək üçün qoyulmuşdr. (7.181).

Sözügedən daşların Göyçə yaxınlarından tapılması onu göstərir ki, l Artaşesin dövründə Qərbi Azərbaycanın Araz çayından Göyçə gölünə qədər olan hissəsi işğal edilmiş və həmin dövrdə Ermənistanın (Armeniyanın) tərkibində olmuşdur. Hər halda, onun işğalçılıqla məşğul olduğunu Strabon da təsdiqləməkdədir (60.31).Artaşesin oğlu Tiqranın dövründə isə işğal edilən ərazilərin sayı özünün maksimum həddinə çatmışdı, fəqət bu, əhəmiyyətsiz dərəcədə qısa dövrü əhatə etmişdi. Artaşesin “məlik” titulu daşımış olması sübut edir ki, o da, oğlu Tiqran da, heç də eməni tarixçilərinin qələmə verdiyi kimi müstəqil çar olmamışlar. Məlik, yəni Arsaklarn vassalı olmuş və hər bir vassal kimi oğullarını parfiyalıların yanında əsir və girov qoymuşlar. Bu, sovet dövründə rus dilində dərc edilmiş “Qədim düya” tarixi kitabında yazılanlardan açıq-aydın görünməkdədir:

“Bu cür çarların gerçək hakimiyyəti Parfiyadakı ümumi əhval-ruhiyyədən asılı olurdu. Əsirlikdə olan erməni şahzadəsi Tiqran onu Ermənistan taxtına oturdacağı təqdirdə Atropaten ərazilərindən Parfiyaya “70 dərə” verəcəyini vəd edərək ll Mitridatı razı sala bildi. E.ə. 95-ci ildə Tiqran Armeniya çarı oldu.” (218.406-407).

Artaşesin yazısının dili sübut edir ki, türk dili, yəni sak dilinin qərb (Parfiya) şivəsi həm Parfiya imperiyasının, həm də ondan asılı olan dövlətlərin (Albaniya, Ermənistan, Atropatenanın) rəsmi dövlət dili olmuş və bu dilin yazısı üçün arami (suryani) əlifbasından istifadə edilmişdir. Parfiya sikkələrinin üzərindəki yazılar da məhz eyni əifba ilə yzılmışdır. Sonrakı əsrlərdə Sasanilər həmin əlifbanı parfiyalılardan cüzi fərqlə əxz etmişlər (28.148-149). Təsadüfi deyil ki, Maninin yaratdığı yeni əlifba-manixey əlifbası da öz qaynağını məhz bu əlifbadan (arami) alır (28.166).

Parfiya və orta fars, yəni fars-Pəhləvi dillərini və yazı sistemlərini eyniləşdirən İ. Fridrixə etiraz edən İ.M.Dyakonov onun “Yazı tarixi” kitabına yazdığı  şərhlərdə parfiyaların və farsların guya qohum olduqlarını təsdiqləsə də bildirir ki, parfiyalılara aid edilən və “pəhləvi” adlandırılan kitablar əslində farslara aiddir və onların əlifbası ilə Parfiya yazılarının əlifbasının hərfləri arasında bəzi fərqlər var (28.224).

İ.M. Dyakonovun bu təsbitinin bizim üçün böyük əhəmiyyəti var. Cünki bəzi alimlər sözügedən kitabları və Nisadan tapılan eyni yazıları pafiyalılara, yəni Arsaklara aid edərək, parfiyalıların dilinin guya fars dili olduğunu iddia etmişlər. Halbuki, Parfiya sikkələrinin əlifbası ilə sözügedən yazıların əlifbası eynimənşəli olsalar da ortada müəyyən fərq var. Ən böyük fərq isə Parfiya (Arsak) əlifbasında, orta fars əlifbasından fərqli olaraq, “L” hərfinin olmasıdır. Qeyd edək ki, Firidun Ağasıoğlu tərəfindən Artaşesin kitabəsinin oxunmasından öncə Parfiya yazılarına sadəcə Parfiya sikkələrində rast gəlinmişdi və onların dilini müəyyən etmək mümkün olmurdu.

Görünür, ermənilərin uzun müddət ərzində sak dilinin qərb (Parfiya) şivəsindən yazılı ədəbi dil kimi istifadə etmələri səbəbindəndir ki, onların dili türk dilinin güclü təsirinə məruz qalmışdır. Bu baxımdan alman alimi Mordmanın hələ 1870-ci ildə yazdığı fikirlər çox maraqlıdır:

“Məlumdur ki, ermənilər hindavropa mənşəli xalqdır, amma onların dili Turan dillərinin güclü təsirinə məruz qalıb. Bu sözlərlə mən heç də çoxəsirlik əlaqə nəticəsində Osmanlı dilindən alınmış sözləri yox, eramızın lV-Vll əsr erməni dilindəki Turan sözlərini nəzərdə tuturam. Bu o dövr idi ki, Səlcuqlular, Osmanlılar və başqa türklər barədə bir şey məlum deyildi.” (219.6).

Gördüyümüz kimi Artaşesin rəsmi dil kimi istifadə etdiyi dil Parfiya (sak dilinin qərb şivəsi), yəni türk dili olmuşdur. Bu dillə bağlı Strabonun söylədikləri mövzumuz baxımından böyük önəm daşımaqdadır:

“Artaksiya (Artaşes) və Zariadriya …birlikdə öz torpaqlarını genişləndirdilər. Onlar bunu ətraf xalqların torpaqlarını işğal etməklə gerçəkləşdirdilər. Belə ki, onlar midiyalılardan Kaspiana, favnitida, və Basorope-danı, iberlərdən Paridr dağlarının ətəklərini, Xorzena və Kür çayının o biri sahilində olan Qoqrenanı, xaliblərdən və mosineklərdən Kerenitida və Kserksenanı…,kataonlardan Akilisenanı və Antitavr ətrafındakı vilayəti…, suriyalılardan Taronitidanı zəbt etdilər. Bu üzdən də bu xalqlar indi eyni dildə danışırlar.” (60.31).

Strabonun “eyni dil” dedikdə nəyin nəzədə tutulduğu yuxarıda deyilənlərdən aydındır. Söhbət sak dilinin qərb (Parfiya) şivəsindən, başqa sözlə türk dilindən gedir. Strabonun söylədiklərini bizim üçün maraqlı edən “eyni dil”də danışan xalqlar içərisində xotənlərin, yəni sak-xotan xalqının da adının qeyd edilməsidir. Qədim tarixçi onları “kataon” adlandırır. Bu isə o deməkdir ki, sak-xotanlar həmin dövrdə təkcə Çində və Hindistanda deyil, Ön Asiyada da yaşayırdılar.Əslində burada təəccüblü bir şey yoxdur. Çünki Parfiya iə Hindistan Sak (Şakya) dövlətləri həmsərhəd idilər və daim Baktriya (bugünkü Özbəkistan və Tacikistanın cənubu və Əfqanıstanın şimalı) və Hindistan (o cümlədən bugünkü Pakistan) torpaqları uğrunda bir-biri ilə çəkişirdilər.

Strabon “eyni dil”də danışan xalqlar içərisində iskitlərin bir qolu olan və dəmiri kəşf edən xalq kimi tanınan xaliblərin də adını çəkmişdir ki, bu da çox maraqlı faktdır. Ən maraqlı faktlardan biri isə qədim türk-oğuz yurdlarından biri kimi tanınan, türk əfsanə və tarixi mənbələrində önəmli yeri olan (85.57-60) Taronun adının çəkilməsidir. Yuxarıda təqdim edilən sitatda bu ölkə Taronitida kimi qeyd edilir və onun suriyalılardan zəbt edildiyi bildirilir.   

l Artaşesin milli mənsubiyyətinin nə olduğu məlum deyildir. Onun etnuk erməni, yəni hay olduğunu sübut edən heç bir dəlil yoxdur. Ermənistanın ilk məliklərinə gəlincə, erməni tarixçilərinin yazdıqlarından onların sak olduqları anlaşılır. Məsələn, V əsr erməni tarixçisi M.Xorenatsinin yazdıqlarından belə məlum olur ki, ermənilər Midiya şahı Varbak (Arbak,) tərəfindən Ermənistanın hakimi təyin edilmiş sak oğlu Paruyru özlərinin ilk hökmdarları hesab etmişlər (7.347). Eyni müəllif ondan öncə isə Tork (Türk) adlı hökmdardan söz açır:

“Vağarşak Haykakın nəvəsi Paskamın soyundan …Torku batı tərəfin hökmdarı təyin etdi…Əgər istəsən sənə onun haqqında ağlasığmaz hekayətlər danışaram.  Farslar  Saqcik Rüstəmdə 120 fil gücü olduğunu söylədikləri kimi, onun haqqında da elə igidlik və qoçaqlıqlardan söz açılır ki, bunları nə samson, nə Herkules, nə də Saqcik haqqında demək olmur”  (7.346).

Erməni tarixçi həmin şəxsin igidlik və qoçaqlıqlardan söhbət açaraq Təpəgöz barədə “Kitabi-Dədə Qorquddakı hadisəni danışır.

          Tarixi faktlar,qədim yazılı mənbələr, arxeoloji tapıntılar Azərbaycanın və ətraf ərazilərin ən qədim türk yurdu olduğunu, ayrı-ayrı türk ləhcə və şivələrinin məhz ölkəmizin ərazisində kök dildən ayrıldığını söyləməyə əsas verir.

Dilçi alim Elbrus Əzizov deyir:

          “Dilçilik tariximizdən bəllidir ki,yaxın areallarda yerləşmiş qohum dillərin uyğun xüsusiyyələri daha çox olur.Lakin bir-birilədən uzaq areallarda yerləşmiş qohum dillərdə elə uyğun əlamələrə təsadüf edilir ki,bunları heç də həmişə dillərin müasir vəziyyəti və daxili inkişaf qanunauyğunluqları ilə izah etmək mümkün

olmur.Bəzən də elə olur ki, eyni dil xüsusiyyəti müxtəlif areallarda təkrar olunur.Belə rəngarəng mənzərə türk dillərində çox aydın müşahidə edilir və bu hal sinxronik yox,daha çox diaxronik baxımdan şərh olunmalıdır.Müxtəlif türk dillərinin və dialektlərinin izoqlos təşkil edən bəzi xüsusiyyətləri həmin dillərin formalaşmasında iştirak etmiş eynicinsli tayfa dilləri ilə bağlı olaraq meydana çıxır.Bu bir tərəfdən müxtəlif qəbilə və tayfaların uzun sürən qaynayıb qarışması ilə,miqrasiyalar ilə bağlıdırsa,digər tərəfdən müxtəlif dialektlərin eyni bir kökdən nəşət etməsi ilə, tarixən onların yaxın areallarda yerləşməsi ilə əlaqədardır.” (114.118).

Bu baxımdan görkəmli ədəbiyyatşünas alim Zeynallının 1926-cı ildə dərc etdirdiyi bir məqalədə söylədiyi fikirlər çox maraqlıdır:

           “Bugünkü dilçilərimizin, demək olar ki, hamısı Azərbaycanı cənub türklər qrupundan sayırlar.Lakin bir az dərin araşdırılsa,bunun bir yanlışlıq nəticəsi olduğu görünəcəkdir.Azərbaycandakı ləhcə və şivələrin son dərəcə müxtəlif olması, bir şəhərin özündə bir yerdə “əv”. o biri yerdə “ev”, üçüncü bir yerdə isə “öv” və yaxud “öy” deyildiyinə diqqət olunsa,bu surətlə Azərbaycanın hansı dil qrupundan olduğu məsələsi də gələcəyin ən pırtlaşıq və ilişik işi olacaqdır.O zaman bəlkə də Azərbaycan ləhcəsini bütün türk ləhcələrinin ortası sayacaqlar ki, bu da yeni mövzu olacaqdır.”     (115.114).                                          

A. Samoyloviç yazmışdır:

          “…İranın və Azərbaycanın türk şivələri özünün əsas əlamətlərinə görə türk dillərinin cənub-qərb qrupuna daxil olsa da son vaxtlar aydınlaşır ki,Azərbaycanda son dərəcə qarışıq mənşəli türk ləhcələrinin qalıqları öz əlamətlərini saxlamışdır. Bunlar hazırda şimal-şərq və uyğur da daxil olmaqla tamamilə başqa qruplarda mövcuddur.”(116.7).

           Türk ləhcə və şivələrinin kök türkcədən ayrılma tarixi və məkanı barədə alimlər arasında fikir birliyi yoxdur.Məsələn, Nizami Cəfərovun fikrincə, bu, l mi-nilliyin sonu, ll minilliyin əvvəllərində baş vermişdir.

Nizami Cəfərov bildirir:

          “Qədim ümumtük dilinin bölünməsi prosesi l minilliyin sonu, ll minilliyin əvvəllərində əsasən üç türk dilinin formalaşması ilə başa çatmışdır:oğuz dili, qıpçaq dili, karluq dili. Lakin həmin dillər bir-birinə o qədər yaxın və əlaqələri o qədər sıx, intensiv olmuşdur ki, ümumi bir dilin – ümumtürkcənin dialektləri təsəvvürünü yaradırlar.” (69.112).

           Nizami Xudiyev isə bir qədər fərqli düşünür.Onun fikrincə, bu proses ən geci eradan əvvəl l minilliyin ortalarında baş vermişdir:

           “Ümumi türk dili tarixinə həsr olunmuş tədqiqatlar, xüsusilə professor Əhməd Cəfəroğlunun tədqiqatları göstərir ki, müxtəıif türk etnik-mədəni regionlarında meydana çıxan türk ədəbi dillərinin tarixi ümumi türk dili tarixi anlayışını istisna etmir, əksinə, tamamlayır və belə qənaəti möhkəmləndirir ki, müstəqil türk ədəbi dilləri ümumi bir türk ədəbi dil mühitinin məhsulu olub, məhz  həmin mühitin əks olunduğu coğrafi arealda formalaşır, etnik-mədəni ehtiyacı ödəyir, sonra isə məhv olub gedir, dəyişikliyə uğrayır, yerinə yeni ədəbi forma gəlir.Lakin hər bir yeni forma mütləq özündən əvvəlki normativ formanın təcrübəsinə və ümumi tük ədəbi dili ünsürlərinin inkişafına əsaslanır.

           Qədim türk dili ən qədim zamanlardan eramızdan əvvəl V əsrə qədərki dövrü əhatə edir.Təqribən eradan əvvəl  l minilliyin ortalarından geç olmayaraq bu dilin differensasiyası başlamışdır.”    (70.9-10).                                                     

Elbrus Əzizov deyir:

            “Fuad Köprülüzadə 1926-cı ildə Bakıda çap olunmuş “Azərbaycan ədəbiy-yatına dair tədqiqlər” adlı kitabçasında Azərbaycan dilinin təmiz oğuz dili olduğunu gösərmişdir.Sonralar Çobanzadə və onun ardınca Dəmirçizadə Azərbaycan dilinin oğuz- qıpçaq dili olduğunu təsdiq etdilər.Əhməd  Cəfər isə dilimizin oğuz-qıpçaq  mənşəli dil olmasını təsdiq eməklə yanaşı, bidirmişdir ki, ancaq bu dilin uyğur dili ilə kiçicik müqayisəsi bizi Azərbaycan dilinin əmələ gəlməsində uyğur dili qatının çox işləməsi barədə düşünməyə məcbur edir.”

(114.119).

Əhnəd Cəfər isə yazmışdır:                                               

              “Dialektlərin faktlarına əsasən mən bu qənaətdəyəm ki, Azərbaycan dili əsas əlamətlərinə görə, türk dillərinin Qərb qrupuna aid olsa da, bu dil müəyyən dərəcədə türk dillərinin Qərb və Şərq qruplarını bağlayan halqadır.”(117.225).

Bu fikirlər də Elbrus Əzizova məxsusdur:

           “Müasir Azərbaycan dilində uyğur elementlərinin olduğunu Nəcib də göstərməkdədir. Azərbaycan və uyğur dillərinin ötəri müqayisəsi daha çox bu iki dil üçün əlamətdar olan izoqloslar aşkara çıxarmağa imkam verir.Məsələn, “a-e” səsdəyişməsini gözdən keçirək.Uyğur dili üçün xarakerik olan bu hal özünü Azərbaycanın cənub, şərq və şimal şivələrində də göstərməkdədir.Eyni hala Anadolu şivələrində də rast gəlinir.Bundan başqa Azərbaycanın ayrı-ayrı şivələrində uyğur dili üçün xarakterik olan “a-ə”, “a-o”, “o-a”, “e-ə”, “e-ö”, “d-ç”, “k-ç” və sairə əvəzlənmələr də müşahidə edilməkdədir.”(114.119).

Beləliklə, müəyyən etdik ki, sakların dili xaqaniyyə türkcəsinin və ya bugünkü adla desək, uyğur dilinin bir şivəsi olmuşdur. Qeyd edək ki, Azərbaycan alimlərindən Fərhad Zeynalov və  Elburus Əzizov bu dilin bəzi fonetik, leksik, qrammatik xüsusiyyətləri barədə dəyərli fikirlər söyləmişlər (112.268-296; 114.118-125). Ramiz Əsgər isə sözügedən dildə yaranmış abidələrin dilinin tədqiqinə dair çox sayda sanballı məqalə və monoqrafiya həsr etmiş və bu sahədə, sözün əsl mənasında, nəhəng iş görmüşdür (210;211;212;213;214;215). Odur ki, gələcəkdə sak ədəbi abidələrinin dilinin tədqiqi ilə məşğul olacaq tədqiqatçılar işə boş yerdə başlamalı olmayacaqlar.

                                   SON SÖZ ƏVƏZİ VƏ YA

SAK DİLİNİN ŞƏRQ (XOTAN) ŞİVƏSİNDƏ İŞLƏNMİŞ    

    HİND (SANSKRİT) MƏNŞƏLİ SÖZ VƏ İFADƏLƏR.

Məlum olduğu kimi, buddizm hinduizm zəminində, hinduizmdəki bütlərə qarşı mübarizə məqsədi ilə yaradılmışdı. Bu üzdən də həmin dinin terminoloji sistemi hinduizmin terminologiyası əsasında formalaşmışdır. Elə bu hal da bu yeni dinin yaradıcıları olan sakların dilinə külli miqdarda hind söz və terminlərinin keçməsinə səbəb olmuşdur. Sevgidəyər oxucularımızda müəyyən təsəvvür yaransın deyə, onlardan “a” ,”b” “ç” və “d” hərfləri ilə başlayanlarını təqdim edirik:

Abayabur – Abhayapura (qədim mifik şəhərin adı)

Abasvar – Abhasvara (buddizmə görə, göyün Rupa-brahma-loka adlanan qatında yaşayan göy məxluqları)

Abhaq – Abhayaka (təhlükəsiz, etibarlı)

Abıçı – Abhiyit (ay zodiakına daxil olan 28 ulduzdan birinin adı)

Abidarim – Abbhidharma (buddist kanonun lll hissəsi)

Abirpay – Abhipraya (hiyyət,arzu,)

Açakram, Açaqram – Aya-qara (ilan)

Açari – Acarya (müəllim, tərbiyəçi)

Açataştru – Ajataşatru (Maqada şahının adı)

Aditya – Aditya (Günəş; Günəş,ay və 5 planet)

Aqam, Aqam bitik – Aqama sutra (buddist məzmunlu əsərlər toplusu)

Aqaru – Aquru (Əzvay ağacı)

Ayşani – Aisani (şimal-qərb)

Akasti – Aqasti (günəş və ayın mifik məkanı)

Akaş – Akasta ( fəza)

Akşobi – Akşobhya (səmada yaşayan 5 buddadan birinin adı)

Akujal – Akuşala (pis və günah işlər)

Amanuşi,Amanujş -Amanuşya (iblislərdən birinin adı)

Amita, Amita ayuşi – Amitayus (budda Amitabxın adlarından biri)

Anantrişsabaq -Anantaryasamadhi (ölümə məhkum günah)

Andiray – Antaraya (sərhədd)

Animişa – Animişa (şəxs adı)

Anityat – Anityata (birbaşa, bilavasitə. vasitəçisiz)

Apimuki – Abhimukhi (bodistavlığa ulaşma yolunun altıncı pilləsi)

Apiramani – Aparmana (ölçüyəgəlməz)

Apitiyi – Abhidheya (dini dərkin növlərindən biri)

Apramanaşub -Apramanaşubha (göydə yaşayan məxluqlardan bəisinin adı)

Apranamak – Apramanbha (göydə yaşayan məxluqların bir qisminin adı)

Apsmar – Apasmara (epilepsiya)

Aryadan – Aryadana (monastr)

Aryavalokdişvar – Aryavalokiteşvara (çəxs adı, bodistavlardan birinin adı)

Arxant, Arxantac (qadın cinsi),Arxint – Arhant (müqəddəs, nırvanaya gedən yolun son mərhələsində olan şəxs)

Asanvarukiki – Asamvarika (günah içində batan adam)

Asanvır – Asamvara (dini qanunların pozulması)

Asrava- Asrava (günah, qəddarlıq)

Aşvını – Aşvini (ay zodiakının 28 ulduzundan biri)

Atavaki – Atavaka (iblis adı)

Badir – Patra (buddist rahiblərin sədəqə toplamaq üçün istifadə etdikləri qab)

Badra – Bhadra (şəxs adı)

Badrakalpiki – Bhadrakalpika (buddist xronologiyasının bir mərhələsi, erası)

Balika – Bhallika (şəxs adı)

Baranas – Varanasi (Benares şəhərinin qədim adı (?!), ola bilsun ki, bu toponim türkcədən hind dilinə keçmişdir)

Barkasivadi, Barxasuvadi,Braxasvadi, Braxsuvati, Braxsvadi  – Brhaspati (Yupiter planeti)

Basaman – Vaisravana (yakşa iblislərinin başçısı və şimal ölkələrinin hamisi)

Bavaqir – Bhavaqra (kainatın ən üstün nöqtəsi)

Benitpal – Bhindipala (nizə)

Bodi – Bodhi (hidayət olunma, təkmilləşmə, kamilləşmə)

Bodimant – Bodhimanda (biliklərə ulaşma taxtı)

Bodistav – Bodhisattva (bodistav)

Brama – Brahma (hinduizmin üçlü tanrı sisteminin baş tanrısı, dünyanın və bütün varlıqların yaradıcısı)

Braman – Brahman (brahman, hinduizmdə ən yüksək kastanın mənsubu)

Bud – Budha (Merkuri planeti)

Budaşiri – Buddhaşiri (şəxs adı)

Bujan – Punya (xeyirli əməl)

Çadık – Cadaka ( buddanın öncəki doğuluşları haqqında hekayələr toplusu)

Çaqşapat – Sikaşapada (dini qanun)

Çaştani – Caştana (şəxs adı)

Çatatri – Catadhara (şəxs adı)

Çatismari – Catismara ( özünün öncəki həyatlarını xatırlayan adam)

Çaturi – Çatura (şəxs adı)

Çintamani – Kintamani (sahibinin istənilən arzusunu yerinə yetirə bilən mi-fik mirvari)

Çitravari – Kitravirya (şəxs adı)

Çitriçiri – Çitrasena (şəxs adı)

Çuvaki – Civaka (şəxs adı)

Darma – Dharma (əsas, element. qanun, təlim)

Darmaquptaki – Dharmaquptaka (Dharmaquptaka buddist təliminin davam-çısı)

Darni – Dharani (cadunun maqik bir forması)

Dartiraştri- Dhrtaraştra (şəxs adı, Şərqin hakimi)

Dşamabumi – Daşamabhumi ( bodistavın Budda səviyyəsinə yüksəlmək üçün keçməli olduğu on məhələnin sonuncusu)

Diyan – Dhyana (düşüncə, düşünərək kamilləşmə).

Bu qəbildən olan sözlərin sayı təssəvvür edə biləcəyimizdən də çoxdur və sak dilinin şərq (Xotan) şivəsinin hind dilinin güclü təsirinə məruz  qaldığını hələ Xl əsrdə Kaşğarlı Mahmud da qeyd etmişdir. Qərb şivəsindən fərqli olaraq, haqqında məlumatımız Maninin bir şeri və l Artaşesin sərhəd daşları üzərindəki yazısı ilə məhdudlaşan şərq şivəsində sadəcə 2 alınma söz təsbit edilmişdir: nom və məlik. Bunlardan birincisi İran, ikincisi isə sami mənşəlidir.

Bütün bu söylənilənləri ümumiləşdirərək tam qəti şəkildə deyə bilərik ki, hunların sələfləri olan saklar Ata yurdları Azərbaycandan hərəkət edərək Azərbaycan (Manna) mədəniyyətini Avrasiyanın geniş ərazilərinə yayan, türk dilini Fərat çayı və Qara dənizdən Şimali Hindistan və Çinə qədər uzanan böyük bir geosiyasi arenada zəngin ədəbiyyat və rəsmi dövlət dili halına və hakim vəziyyətə gətirən qədim azərbaycanlılardır və onlar bütün türk xalqlarının eləcə də bir çox digər xalqların etnogenezində iştirak etmişlər. Dünyaya dövlətçilik ənənələrini yaymışlar. Azərbaycan xalqının və dilinin formalaşmasında oğuz və qıpçaqlarla yanaşı saklar da böyük rol oynamış, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə lll əsrin böyük şairi, bəstəkarı, rəssamı, mühəndisi və filosofu Manini bəxş etmişlər. Qüdrətli Parfiya imperatorluğunu və Hindistan Sak imperatorluğunu onlar qurmuş, manixeizmi və buddizmi  də dünyaya hədiyyə etmişlər.

                   İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1.Azərbaycan tarixi, B.,”Azərnəşr”, 1994

2.Esxil. Seçilmiş əsərləri. “Avrasiya Press” , B.,2006.

3. Təkləli M.Rus dilində türk sözləri, B.,”Nurlar”, 2006

4. Göyüşov R. Azərbaycan arxeologiyası, B.,”İşıq”, 1986

5.Mурадова Ф. Датировка наскальных изображений Гобустана…Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005

6. Cəfərov C.Bəzi damğa və işarələrin  etimoloji izahı. Türk dillərinə dair etimoloji və tarixi – morfoloji tədqiqatlar. ADU-nun nəşriyyatı, B.,1987.

7. Ağasıoğlu F. Azər xalqı, B.2005

8. Rzayev N. Qayalar danışır, B., “Elm” 1985

9. Юналеева Р.А. Тюркизмы в русском языке (на материале названий одежды). Автореферат докт.дисс.,М.,1984.

10. Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı, B.,”Sabah”,1993

11. Rəcəbov Ə.,Məmmədov Y.Orxon-Yenisey abidələri, “Yazıçı”, B.,1993

12. Məlikov İ.Xatt-Türk dil paralelləri. Azərbaycan filologiyası məsələləri.l. B.,1989.

13. Сенека Луций Анней. Исследование о природе. К Луцию, XVl

14. Радлов В.В. Древнетюркский словарь,”Наука”, Ленинград,1969

15.Средняя Азия и Иран. Сборник статей. Государственный Эрмитаж, “Аврора”, Ленинград,1972

16. Керимов Л. Азербайджанский ковер, ll,”Gənclik”,B.,1983

17.Плиний Секунд Старший. Естественная история, Vll

18. Гелланик Митиленский. Собрание отрывков. Фрагменты из Оксиринхских папирусов, X

19. Əlibəyzadə E. Ədəbi şəxsiyyət və dil. “Yazıçı”, B.,1982

20. Гумилев Л. Древние Тюрки. “АСТ”, Москва,2002

21. Ağasıoğlu F. Tanrı elçisi İbrahim. B.,2007.

22. Асадов Ф.М. Арабские источники о тюрках в раннее средневековье. “Elm”, B.,1993

23. Ön və Orta Asiya türkləinin tarixinə dair dörd anonim mənbə. “Nurlan”, B.,2003

24. Nəğmələr,inanclar,alqışlar.”Yazıçı”, B.,1986.

25.Sadıqova S. Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı. “Elm” B., 2005.

26. Мусаев К.М. Современные терминологии литературных тюркских языков Советского Союза. “Советская тюркология” №6, 1981.

27. Axundov A. Dil və ədəbiyyat. l c.B.,”Gənclik”.

28. Фридрих И. История письма. Москва, “Наука”,1979.

29. Rzayev N. Möcüzəli qərinələr.B.,1984.

30. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. “Yazşçı”, B.,1983.

31. Массон В.М., Сарианиди В.И. Каракумы: Заря цвилизации. “Наука”, Москва, 1972.

32. Аджи М. Европа, тюрки, Великая степь. “Мысль”, Москва, 1998.

33. Əfəndiyev R. Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində, “İşıq”, B., 1980.

34. Мамаедов К. О палеоантропологии народов Кавкаэа. Qafqazın arxeologiya-sı, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005

35.Авшарова И. Изображение быка на образцах материальной культуры конца бронзого-начала железного периодов в Азербайджане. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005

36. Алиева К., Шамхалова П. Характер орнаментации Нахчыванской керамики эпохи бронзы. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005

37. Daşdəmir (Məişət nağılları).”Altun kitab”, B.,2005.

38. Дьяконов И.М. Ассиро-вавилонские источникн по истории Урарту. ВДИ,1951,№2.

39. Сеидов А. Нахчыван-древнейший центр металлургии. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005

40. Мусеибли Н. Позднеэнеолитические курганы Акстафинского района. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005

41. Гошгарлы Г. Исследование археологичиских памятников в зоне нефтепровода Баку-Тбилиси-Джейхан (БТД) и южно-кафказского газопровода Баку-Эрзурум (ЮКГ) в2004-2005 г.г. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005

42, Гулиев Ф. Урукская керамика Южного Кафказа. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005

43. Церен Э. Библейские холмы. “Правда”, Москва,1986.

44.Ahmet Cavat. Alfabenin menşei en eski türk yazısıdır. İstanbul,1933.

45. Редер Д.Г. Мифы и легенды  древнего двуречья. “Наука”, Москва,1965.

46, Гуго Винклер. Западная Азия в древние времена. История человечества. т.lll,СПб, 1903.

47. Əlibəyzadə E. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. “Gənclik”, B., 1998.

48. Süleymenov O. Az-Ya. “Azənəşr”, B.,1993.

49. Məmmədov A. Azəbaycan dilinin erkən tarixinə dair materiallar. Azərbaycan filologiyası məsələləri.l. B.,1989.

50 Hacıyev T.Azərbaycan ədəbi dili tarixi.l,B.,1976.

51. Bilqamıs dastanı.”Gənclik”, B.,1985.

52. Велиев М.Г. (Бахарлы). Азербайджан (физико-географический, этногра-фический и элономический очерк), Баку, 1921.

53. Əliyarov S. “Kitabi Dədəm Qorqud” əlyazmaları üzərində çalışmalar. Azərbaycan filologiyası məsələləri.lll. “Elm”, B.,1991

54. Константин Богрянородный. Об управлении империи. Москва, 1989.

55. Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. “Элм”, Б.,1991.

56.  Moravçig W. Byzantiko-turkika. lll, d. ll, 1943.

57. История Армении Лазаря Парбского. Тiflis,1904 (erməni dilində).

58. Aslanov Elçin. El-oba oyunu, xalq tamaşası. “İşıq”, B.,1984.

59. Махмудова Х. Оленные камни скифского времени. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005

60. Алиев К. Античные источники по истории Азербайджана. “Элм”, Б.,1987.

61. Ögəl B. Böyük Hun imperiyası. l c.,”Gənclik”, B.,1992.

62. Əsgər Ə.,Qıpçaq M. türk savaş sənəti. “Yazıçı”, B.,1996.

63. Azərbaycan incəsənəti. “Maarif”, B..1977.

64. Əfəndiyev R. Daşlar danışır…Neolit dövründən-XlX yüzilliyədək. “Gənclik”, B., 1980.

65. Bibliya

66. Kalnkaytuklu M. Alban tarixi.”Elm”, B.,1993.

67. Bakıxanov A. Gülüstani-İrəm.”Elm”, B.,1951.

68. Rəşidəddin F. Oğuznamə.B.,1992.

69. Cəfərov N. Azərbaycanşünaslığa giriş.”AzAtaM”, B.,2002.

70. Xudiyev N. Azərbaycan ədəbi dili tarixi.Ankara, 1997.

71. Tahirzadə Ə. Kəsrəviçiliyin kökü, özəyi, ardıcılları, dirçəldilməsi.ll. Azərbay-can filologiyası məsələləri.lll. “Elm”, B.,1991.

72. Ямпольский З. Древнейшие сведения о тюрках в зоне Азербайджана.                              Уч.записи АГУ, сер. языка и лит.,1966, №2.

73. Heyət C. Türklərin tarix və mədəniyyətinə bir baxış.B.,1993.

74. The Gothic Histoy of Jordanes in Englsh version with introduction and commentary by CharlesMierow.New York, 1960, V.

75.  Гасанов З. Царские Скифы. “LibertyPublishing House”,New York,2000.

76. Cəlilov F.Azərbaycan dilinin Morfonologiyası.B.,1988.

77. Yusifov Y. dilin tarixi qatları. “Ədəbiyyat və İncəsənət” qəzeti, 8.lX.1989.

78. Yusifov Y.,Kərimov S. Toponimikanın əsasları. B.1987.

79.Юсифов Ю.Ранние контакты Мессопатамии с северовосточными странами-Azərbaycan tarixi üzrə qaynaqların öyrənilməsi problemləri, B.,1989.

80. Tuncay B.Yunus Oğuza məktublar…”Əbilov, Zeynalov və qardaşları”, B.,2005.

81. Vəliyev V. Azərbaycan folkloru. “Maarif”, B.,1985.

82. Haqverdiyev Ə. Seçilmiş əsərləri, ll c., B.,1957.

83. Касумова С.Ю. Азербайджан в lll-Vll вв.,Б.,1985.

84. Osman Turan. Cihan hakimiyeti Mefkuresi Tarihi.l-ll c.,”Boğazçı yayınları”, İstanbul, 1993.

85. Koroğlu X. Oğuz qəhrəmanlıq eposu. “Yurd”, B.,1999.

86. Yeni Türk Ansiklopedisi. 12c. “Ötüken”, Ankara, 1985.

87.  Симокатт Ф. История. Москва,1957.

88. Abdulkadir İnan.Tarihte ve bugün şamanizm. Ankara, 1954.

89. Мизиев И.М. Тринадцать слов из языка скифов. Azərbaycan filologiyası məsələləri.lll,”Elm”, B.,1991.

90. Дорошенко Е.А.  Зоpоастрийцы в Иране. “Наука”, Москва, 1982.

91. Раевский Д.С. Модель мира скифской культуры. Москва, 1987.

92. Tarixi-sənayeyi-İran. Tehran,1938.

93. Bərrasihaye-tarixi.№3,Tehran, 1971.

94. Научная сессия по Археологии Дагестана. -СА.№4,1959.

95. Кушнарева К.Х.,Чубинишвили Т.Н. Древние культуры Южного Кафказа (V-lll тыс. до н.э.), Ленинград,1970.

96. Исмаилов Г.С.  Раннебронзовая культура Азербайджана…Автореферат дис. док.ист. наук, Тбилиси, 1983.

97. Кушнарева К.Х., Южный Кафказ в lX-ll тыс. до н.э….,Санкт-Петербург,1993.

98. Ашуров С. Нахчыван-Урмия-Ван: Проблемы эпохи ранней Бронзы. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005.

99. Алиев И. К хронологии курганов Абшерона. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005.

100. Кодухов В.И. Введение в языкознание. “Просвещение”, Москва,1979.

101. Латыпов Ф. Элементы морфонологии этрусского языка…Azərbaycan filologiyası məsələləri.lll, “Elm”, B.,1991.

102.Mirşan K. Prototürkce yazıtları, Ankara, 1970.

103. Homer. İlliada.

104. Oğuz Y. Qədim Azəbaycan və Anadolu türkləri.”Azərbaycan Milli Ensiklopediyası” NPB.,B.,2002.

105.Востров В.В., Муканов М.С. Родоплеменной состав и расселение казахов. Алма-Ата,1968.

106.  Абромзон С.М. Этнический состав северной Киргизии. Труды Киргиз-ской археологическо-этнографической экспедиции., вып., lV , Москва, 1960.

107. Велиханов Ч.Ч. Сочинения, тт.,l-lV

108. Кармышева Б.Х. Узбеки-локайцы Южного Таджикистана. Москва,1954.

109. Жданко Т.А. Очерки исторической этнографии каракалпаков.Москва, 1950.

110. Бартольд В.В.Сочинения. тт.,l-lV.

111. Абрамзон С.М. Киргизы и их этногенетические и историко-кльтурные связи, Москва,1971.

112. Zeynalov F. Türkologiyanın əsasları. “Maarif”, B.,1981.

113. Буниятов З.М. Йфкут аль-Хамави…Баку,1983.

114. Əzizov E. Azərbaycan-uyğur izoqlosları. Azərbaycan filologiyası məsələləri. “Elm”, 1991.

115. Zeynallı H. Seçilmiş əsərləri.B.,1983.

116. Самойлович А. Кафказ и турецкий мир. Отд. отт. их “Известий об-ва в изучения Азербайджана.”, Баку, 1926.

117. Вопросы диалектологии тюркских языков. т.lll, Баку,1963.

118. Cəfərov N. Qədim türk ədəbiyyatı. “AzAtaM”,B.,2004.

119. Джафаров Ю.Р. Гунны и Азербайджан. “Элм”,Б.,1985.

120. De Quiqnes. Türklerin tarihi-ümumisi.l, İstanbul,1924,

121. İbn Fedlan, Rihle (Seyahatname). Naşiri Z.V.Toğan, Leypzig,1939.

122. Иоанн де Плано Карпини. История монголов. СПб.,1910.

123. Вилгельм де Рубрук. Путешествие в Восточные страны.СПб.,1910.

124. Cəfərov N.Türk dünyası : xaos və kosmos. BDU-nun nəşriyyatı, B.,1998.

125. Axundov M.F. Kəmalüddövlə məktubları. Azərbaycan uşaq və gənclər ədəbiyyatı, B.,1959.

126. Kasım A.C. “Sümercə” Kesin Olarak Türk Dilidir…İstanbul,2001.

127.Алексеев Н.А. Шаманизм тюркоязычных народов Сибири. “Наука”,

М.,1984.

128. Лозинский С. Роковая книга средневековья….М.,1932.

129.Гумилев Л. Этносфера, “АСТ”, М.,2002.

130. Пирцхалава М.С. Памятники скифской архаики (Vlll-Vlвв. до н. э.) на территории древней Грузии. Афтореф. канд. дис.,Тбилиси, 1975.

131. Литвинский Б.А. Древние кочевники “Крыши мира”, Москва, 1972.

132. Дьяконов И.М. История Мидии от древнейших времен до конца lV в. до н.э., Москва-Ленинград,1956.

133. Seyidov M. Qızıl döyüşçünün taleyi. “Gənclik”, B.,1984.

134. Bünyadov Z., Məmmədov H. Nizami vəqfi haqqında sənədə dair. “Ədəbiyyat və incəsənət” qəzeti, 3.Vlll.1984.

135. Алиев И. Карабах в древности. Изв. АН Азерб. ССР, серия истории, философии и права, 1988, №3.

136. Гейбуллаев Г. О Сакасене в Атропатене. ДАН Азерб. ССР. 1989, №7.

137. İsmayıl M. Azərbaycan xalqının yaranması. “Azərbaycan Dövlət Nəşriyyatı”, B.,1955.

138. Sulmirski T. Skithian Antiquitiesin Western Asia.

139. Грантовский Э.А. Индо-иранские касты у скифов. XXV Международная конференция востоковедов. Доклады делегации СССР, М.,1960.

140. Мерперт Н.Я. Гунны в Восточной Европе…Москва,1958.

141. Пьянков И.В. Восточный Туркестан в свете античных источников. Восточный Туркестан и Средняя Азия в системе культур древнего и средневекового востока. “Наука”,Москва, 1986.

142. Буниятов З.Обзор источников по истории Азербайджана. Баку, 1964.

143. Буниятов З.Азербайджан в Vll-lX вв.,Баку,1965.

144. Меликашвили Г.А. Древневосточные материалы по истории народов Закавказья, l, Наири-Урарту,Тбилиси, 1954.

145. Меликсетбкков Л.М. К стории удин. Труды Тбилисской гос. ун-та, 1942, т.XXlll.

146. Армянская география  Vll века до Р.X.-СПб,1877.

147. Еремян С.Т. Страна “Мехелония” надписи Кааба-и Зардушт. ВДИ,1964, №4.

148. Абаев В.И. Скифо-сарматские наречия . В кн. Основы Иранского языкознания. Древнеиранские языки,-Москва,1979.

149. Дьяконов И.М.Предыстория армянского народа. Ереван, 1968.

150. Пиатровский Б.Б. Ванское царство. М.,1959.

151. Тадмор Х. Три последних десятилетия Ассирии.-“Труды 25-го Международного конгреса востоковедов”,т.1, М.,1949.

152. Дандамаев М.А.,Луконин В.Г. Культура и экономика древнего Ирана.”Наука”, М.,1980.

153. Cameron G.G. History of early İran.New-York,1936.

154. Landsberger B., Bauer Th. Zu neuveröffentlchten Berichsquellen der Zeit von Assarhaddon bis Nabonid.-ZA. Bd 37. 1927.

155. Орансий И.М. Иранские языки.-М.,1963.

156. Фрай Р. Наследие Ирана.М.,1972.

157. Гафуров Б.Г. К 2500 летию Иранского государства. История Иранского государства и культуры, М.,1971.

158. Грантовский Э.А. Ранняя история иранских племен Предней Азии.-М.,1974.

159. Смирнов .П. Скифы.-М.,1966.

160. Тереножкин А.И. Скифская культура. Сб. Проблемы скифской археологии, М.,1971.

161. Ghrishman R.A. Propos du Tresor de Ziviye.-Jnes. Vol. 32. 1973.

162. Godard A. Le tresor  de Ziviye. Haarlem, 1950.

163. Luckenbill D. Ancient records Assyria ənd Babylonia. Vol.2. Chicago, 1927.

164. Barnett R. Median art.-İr. An. Vol. 2. 1962.

165. Кузьмина Е.Е. Сюжет борьбы хишника и копытного в исскустве “зверинего стиля” евразийских степей скифской эпохи. Сб. Скифо-Сибирский мир,-М.,1987.

166. Рыбаков Б.А. Геродотово Скифия.М.,1979.

167. Техов Б.В. Скифы и Центральный Кафказ в Vll-Vl вв. до н.э.,М,1980.

168. Артомонов М.И. Скифо-сибирское искусство зверинего стиля. Сб. Скифской археологиию М.,1974.

169. Ковалевская В.Б. Кавказ и аланы. “Наука”, М.,1984.

170. Якубовский А.Ю. “Китаби-Коркут” и его значение для изучения туркменского общества в эпоху средневековья, журн. “Совет эдебияты” , Ашхабад, 1944, №6.

171. Чичуров И.С. Византийские исторические сочинения: “Хронография” Феофана, “Бревнарий” Никифора.”Наука”, М.,1980.

172. Maenchen-Helfen O. The world of the Huns. Berkley-Los angeles,1973.

173. Franke O. Beitrage aus chinesischen Quellen Zur Kennits der Türkvöler. Berlin, 1904.

174. Амонжолов А.С.  Руноподобная надпись из сакского захоронения близ Алма-Аты,-“Вестник Казахской ССР”, Алма-Аты, 1971.

175. Qaşqay S. Manna dövləti. “Azərbaycan Dövlət Nəşriyyatı”, B.,1993.

176. Excavations in Kaluraz, Gilan. “Bulletin of the Asia İnstitute Pahlavi University”,3, 1973.

177. Алиев И. История Мидии. Б.,1960.

178. Меликашвили Г.А. Некоторые вопросы Маннейского царства,M.,1978.

179. Брук С.И. Население мира-этнодемографический словарь. “Наука”, М.,1986.

180. Еремян С.Т. Раннефеодальные государства Закавказья в lll -Vll вв. Очерки истории СССР, (lll-lX вв), М.,1958.

181. Ашурбейли С.Б. Государство Ширваншахов.-Б.,1985.

182. Пигулевская Н.В. Сирийские источники Vl в о народах Кавказа. ВДИ,1939, №1.

183. Hinz W.Persis.PW,1971.

184. Anadol C. Tarihe hökm edəm millet: Türkler.-“Aydınlıq” qəzeti, 1991, 10 avqust.

185. Tantəkin M.H. Midiya hökmdarları Fraort və Kiaksar “Avesta”da. “Mövqe qəzeti, №3.

186. Pomponil Melae de chorographia libri tres. Ed.G. Ranstrand. Stokholm, 1871. Перевод на русский язык: Античная география. М.,1953.

187. Восточный Туркестан в древности и раннем средневековье. М.,1988.

188. Неру Дж. Взгляд на всемирную историю. 1т.,М.,1981.

189. Лившиц В.А. Надпись из Гильберджина.-сб.”Древняя Бактрия”. М.,1976.

190. “История Казахской ССР”.1, Алма-Ата,1977.

191. Gabian A., von. Türkische Turfan-Texte. Vlll. Texte in Brahmischrift. ADAW? 1952, №7.

192. Gabian A.,von. Die uigurische Überzetzung der Biographie Hüen-tsangs. SPAW, 1935.

193. Gabian A.,von. Briefe der uigurischeHüen-tsanq Biographie. SPAW, 1938.

194. Pelliot P. La version euigoure de l”histoe des princes kalyanamakra et Papamkara. T”oung Pao, v, XV, Leide,1914.

195. Tekin Ş. Kuanşi im Pusar (Ses işiten ilah). Vap huaki atlığ nom çeçeki sudur… Atatürk Universitesi yayınları, araştırmaları serisi, edebiyat və filoloji, №2, Erzurum, 1960.

196. Bang W. und A. von Gabian. uigurische Studien. l. Das sündenbekenntnis aus dem Suvarnaprabhaşa, Ujb., Bd. X, H.3, 1930.

197. Suvarnaprabhasa, (Сутра Золотого блеска). Текст уйгурской редакции. Издали В.В. Радлов и С.Е. Малов. ВВ, XVll, (Выпуски :) l-Vlll , СПб.-Пгр., 1913-1917.

198. Radloff W. Tişastvustik. Ein in türkischer Sprache bearbeitetes buddhistisches Sutra. BB, Xll, St.-Petersb.,1910.

199. Bang W. und A. von Gabian. Türkische Turfan-Texte. lV, Ein uigurische Sündebekenntnis. SPAW, 1930, XXlV.

200. Bang W. und A. von Gabian. Türkische Turfan-Texte. V, Aus buddhischen Schriften, SPAW, 1931, XlV.

201. Bang W. mit A. von Gabian und G.R.Rachmeti. Türkische Turfan-Texte. Vl, Das buddhische Sutra Sakiz yükmak, SPAW, 1934, X.

202. Gabian . von. Türkische Turfan-Texte. X, Das Avadana des damons Atavaka. Bearbeitet von Tadeusz Kowalski? ADAW, 1958, №1.

203. Müller F.W.K. Uigurika ll. APAW, 1910. Abh. lll.

204. Müller F.W.K. Uigurika lll. Uigurische Avadana-Bruchstüke (l-Vlll). APAW, 1922. №2.

205. Müller F.W.K. Uigurika lV. Herausgegeben von A. von. Gabian. APAW, 1931, XXlV.

206. Konukçu E. Kuşan və akhunlar tarihi. Ankara, 1973.

207. Glauson G. turk, Monqol, Tungus. AM. nev. ser.v.8, Budapest,1960.

208. Катанов Н.Ф. Образцы народной литературы тюркских племен  изданные В.Радловым. Ч. ,Наречие урйанхайцев (сойотов), абаканских татар и карагасов. Тексты, собранные и переводенные Н.Ф.Катановым. Спб.: Изд-во АН, 1907.

209. Меликов Р. Погребальный обряд каспийцев и зорострийский ритуал. Qafqazın arxeologiyası, etnologiyası, folkloru. Bakı,2005.

210. Əskər R. Mahmud Kaşğari və onun “Divanü Lüğə-it-Türk” əsəri. Bakı,2008.

211. Əskər R.”Qutaduqu Biliq”də adlar. Şərqşünaslığın aktual problemləri. Prof. Vasim Məmmədəliyevin yubileyinə həsr edilmiş respublika elmi konfransının materialları. Bakı,2002, səh.136-139.

212. Əskər R.”Qutaduqu Biliq”də əvəzlik. Tədqiqlər. Prof. V.Aslanovun 75 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. “Elm”, Bakı,2003, səh. 168-171.

213. Əskər R.”Qutaduqu Biliq”də ismin hal kateqoriyaları. Qafqaz Universitetinin Elmi əsərləri. Bakı,2002, №10, səh.31-41.

214. Əskər R.”Qutaduqu Biliq”də əvəzlik. Tədqiqlər. Prof. V.Aslanovun 75 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. “Elm”, Bakı,2003, səh. 168-171.

215. Əskər R.”Qutaduqu Biliq”də sifət. Tədqiqlər. 2, AMEA Nəsimi adına Dilçilik İnstitutu. Bakı,2003, səh. 117-124.

216. Azərbaycan Sovet Ensiklopediyası. 10 cild.

217. Еремян С.Т. Страна “Махелония” надписи Каба-и Зардушт. ВДИ, 1967, №4.

218. История древнего мира. ll c.M.,1983.

219. Капацян Г. Хаяса-колыбель армян. Этногенез и их начальная история. Ереван, 1947.

220. Дяконова И.В. Осада Кушангары. Восточный Туркестан и Средняя Азия. “Наука”,М.,1984.

221. Ögəl B. Türk mifologiyas, l c., Bakı, 2006.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

About these ads
Bu yazı Mifologiya içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s