GƏNCƏLİ NOSTRADAMUS

 

Bextiyar Tuncay
İNQİLABIN İLK GÜNÜ

Prezident Sarayı üzük qaşı kimi hər tərəfdən qəzəbli kütlə tərəfindən mühasirəyə alınmışdı. “İynə atmağa yer yoxdur” ifadəsini düşünüb tapanlar, onu sanki, bu gün üçün demişdilər, çünki adam əlindən gerçəkdən də tərpənməyə və iynə atmağa yer yox idi. İnsanlar isə dörd bir tətəfdən şəhərin mərkəzinə axışmaqda davam edirdilər. Nəinki Sarayın qarşısındakı kiçik meydan və ətrafındakı dar küçələrdə, hətta Saraya aparan iri prospektlərdə də adam əlindən tərpənmək mümkün deyildi. Eyni mənzərəni Azneft meydanından tutmuş Bəhram Gurun heykəlinə və Kukla Teatrına qədər olan ərazidə, Teleteatrla Nazirlər Soveti arasındakı ərazidə, Axundov, Qubernaror və Sabir bağlarında, İstiqlal və keçmiş Hüsü Hacıyev küçələrində də müşahidə etmək olardı. Tədricən Fəvvarələr meydanı da insanla dolmaqda idi.
Bu ərazilərdə, yəni kənarlarda olanların, təbii ki, həmin an hadisələrin episentrində nələrin baş verdiyindən, Sarayın qarşısındakı meydanı tutmuş tələbələrin nə etdiklərindən və ya nə edəcəklərindən xəbərləri yox idi. Amma kimin hansı yerdə olmasından asılı olmayaraq hər kəs eyni ritmlə və eyni vaxtda eyni şüarı bağırırdı:
“İlham, rədd ol! İlham, rədd ol!..”
Və bu, üç-dörd dəqiqə idi ki, beləcə davam edirdi.
Hadisələr heç kəsin gözləmədiyi halda, özü də ağlasığmaz bir sürətlə cərəyan etməyə başlamışdı. Hər şey o qədər gözlənilməz və sürətlə baş vermişdi ki, hər kəsin azsaylı mitinqlərdə həmişə ən başda görməyə alışdıqları Əli Kərimli bundan xəbər tutanda artıq kütləvi tədbir düz qırx beş dəqiqə idi ki, davam edirdi. Ona isə bu barədə telefonla İsa Qəmbər xəbər vermişdi. İsa bəyin özü də bundan sadəcə 4-5 dəqiqə öncə xəbər tutmuş, əvvəl çox təəccüb etmiş, müavini və yaxın dostu Arif Hacılının onunla zarafat etdiyini düşünmüş, deyilənlərin həqiqət olduğuna əmin olan kimi də Əli bəyə zəng etmişdi. Amma ədalət xatirinə söyləyək ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin müxbirləri bir qədər geciksələr də, artıq hadisə yerində idilər. Doğrudur, onlar izdihamdan və insanların sıxlığından Saraya hələ yaxınlaşa bilməmişdilər, amma 20 dəqiqəlik gərgin zəhmətdən sonra İqtisad Universitetinin qabağına qədər irəliləyə bilmişdilər. Və elə buradaca ilişib qalmışdılar. İndi nəinki irəliyə, heç geriyə də getmək mümkün deyildi. Unuversitetin qarşısında olanların hamısı eyni vəziyyətdə idilər.
Burada özünü hadisə yerinə tələbələrdən dərhal sonra yetirməyi bacarmş Bakı kəndlərinin sakinləri və İslam Partiyasının üzvləri qərarlaşmışdılar. Bu onların əllərində tutduqları və üzərlərində “Maştağa”, “Buzovna”, “Zabrat”, “Şüvəlan” və s., yəni ayr-ayrı kəndlərin adı yazılmış plakatlardan və çox sayda yaşıl və qara rəngli bayraqlardan anlaşılırdı. Bir-iki yerdə Ayaz Mütəllibovun portreti və üzərində “İlham, rədd ol!” sözləri yazılmış plakat gözə dəyirdi.
Universitetlə Sarayın arasında olanlar isə artıq biri-birilərinə, demək olar ki, tam pərçimlənmişdilər. Sarayın qarşısında isə vəziyyətin necə olduğunu yalnız Allah və orada olanlar bilə bilərdi. Yəni buradakıların oradakı vəziyyətdən xəbəri yox idi.
Prezident sarayının qarşısında isə nə İslam Partiyasnın, nə də ümumiyyətlə Azərbaycanda mövcud olan partiyalardan heç birinin atributikasından əsər-əlamət belə yox idi. Burada sadəcə üzərində ayr-ayrı universitetlərin və Akademiyanın ayrı-ayr institutlarının adları həkk olunmuş plakatlar diqqəti çəkməkdəydi. Elə həmin plakatlardan da məlum olurdu ki, Sarayın qarşısını ələ keçirənlər tələbər və alimlər, yəni ziyalılardır.
“İlham, rədd ol!” hayqırtısından qulaq tutulurdu. Və beş dəqiqə idi ki, səslənməkdə olan bu şüar artıq hamını yormuşdu. Artıq hansısa başqa bir şüara ehtiyac var idi… Və onu çox gözləmək lazım gəlmədi. Heç bir dəqiqə də keçmədi ki, hamı bir ağızdan “İstefa! İstefa!” – deyə çığırmağa başladı…
Və nəhayət, hamının gözlədiyi an gəlib çatdı… Prazident Sarayının önündəki hündür meydançada mikrofon peyda oldu və mikrofonun arxasına keçən gənc bir qız kütləni sakit olmağa səslədi. Onun millətə müraciət etməsi ilə ortaya dərin bir sükut çökdü. Qız bir neçə saniyə ara verdikdən sonra dedi:
-Uca Tanrıya şükürlər olsun ki, hamımızın uzun müddətdən bəri həsrətində olduğumuz gün, axır ki, gəlib çatdı…
Onun bu sözləri gurultulu alqışlara səbəb oldu. Bu, sözün əsl mənasında, sevinc hayqırtısı idi… İlahi, insanlar bu xoş günü, yəni millətin bir yumruq kimi birləşərək, 1969-cu ildən bəri Azərbaycanın üzərini qara bulud kimi almış Əliyevlər kabusundan xilasa aparmalı olan yolun təməlini qoyan bu günün gəlişini necə də böyük bir həsrətlə gözləmişdilər. Və o gün artıq sadəcə arzu deyildi, arzu olmaqdan çıxmış və həqiqətə çevrilmişdi. Həmin an gözlərdən axan sevinc yaşlarını görmək lazım idi. Millət çoxdan idi ki, belə sevinməmişdi.
-…Axır ki, sosial şəbəkələrdə uzun müddətdən bəri yorulmaq bilmədən apardığımz gərgin iş öz bəhrəsini verdi. “Feysbuk”dan meydanlara, virtual aləmdən real aləmə gəlişimiz mübarək olsun!..
Yenə də gurultulu alqışlar qızın sözünü yarıda kəsdi. Bu sözlərin yenidən alqışlara səbəb olacağını əvvəlcədən bilən Nigar adlı bu gənc natiq növbəti alqışları gözləmədən özü sözünə fasilə verdi və sakitlik yaranmasını gözlədi, sonra isə meydana toplaşanların eşitmək istədikləri növbəti sözləri söylədi:
-İndicə aldığımız xəbərə görə, Gəncə, Sumqayıt, Yevlax, Şəki, Lənkəran, Quba və Cəlilabadda da xalqımız səsimizə səs verərək küçə və meydanlara axışıb və bu şəhərlərdə də izdihamlı mitinqlər geçirilir. Hamı İlham Əliyevin və onun yırtıcı komandasının rədd olmasını tələb edir!..
Bu sözlərin milləti necə coşdurduğunu təsəvvür etmək belə çətindir. İnsanlar öncə hərarətlə çəpik çalmağa, daha sonra isə bir ağızdan “Azadlıq! Azadlq!..” deyə şüar verməyə başladılar.
Əslində, həmin an Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları istisna olmaqla, ölkənin hər bir bölgəsində əhali küçə və meydanlarda idi. Bakdakı mitinqi idarə edənlər sadəcə adı çəkilən şəhərlərlə əlaqə saxlaya bilmişdilər, hökumətin rabitə xətlərini kəsməsi digər bölgələrdən xəbər tutulmasına mane olurdu. Verilən məlumatlar da artıq köhnəlmişdi. Çünki Şəki, Quba və Cəlilabadda artıq iyirmi dəqiqəyə yaxın idi ki, dinc nümayiş və mitinqlər polislə əlbəyaxa savaşa çevrilmiş, Lənkəranda isə küçə döyüşlərindən qalib ayrılan xalq İcra Hakimiyyətinin binasını ələ keçirmiş, icra başçsnı və köməkçilərini girov götürmüş, YAP-ın qərargahına od vurmuş və indi də polis idarəsinə doğru irəliləyirdi. Bir qrup çılğın gənc isə şəhərin mərkəzi meydanında Heydər Əliyevin abidəsini uçurmaqla məşğul idi.
Bakıdakıların bütün bunlardan hələlik xəbəri yox idi. Amma hadisələri seyr etmək üçün məktəbdən qaçaraq dünəndən Bakıya gələn və baş verəcəkləri yaxından görmək üçün səhər erkəndən Prezident Aparatının qarşısına gələrək mövqe tutan iki gəncəli yeniyetmədən başqa.
Orxan və Talıb adlı bu 15 yaşlı iki oğlan nəinki bütün rayonlarda baş verənlərin hamısından, hətta baş verəcəklərdən belə xəbərdar idilər. Bir neçə saat sonra burada, Prezident Sarayının qarşısında nələrin olacağını da çox yaxşı bilirdilər və Gəncədən Bakıya gəlişlərinin əsil səbəbi də elə bu idi. Onlar yalnız Hollivud filmlərində görməyə alışdıqları maraqlı səhnələri real həyatda öz gözləri ilə görmək və müşahidə etmək üçün Bakıda idilər. Olacaqları əvvəlcədən bilən, əlbəttə ki, təkcə Orxanla Talıb deyildi. Oxuduqları Gəncə şəhər 1 saylı orta məktəbin 9 A sinfinin bütün şagirdləri Bakıda və ölkənin digər şəhərlərində bu gün nələrin olacağını çox yaxşı bilirdilər. Bilirdilər ki, bu gün saat 12. 30 radələrində paytaxtda millət Prezident Aparatına hücum edəcək və…
Yox, bu uşaqların heç biri heç bir gizli təşkilatın və ya siyasi partiyanın üzvü deyildilər və siyasətlə də çox az maraqlanırdılar. Təbii ki, öncədən planlaşdırılmış hansısa gizli əməliyyat planının bir parçası da deyildilər. Sadəcə, onlara bütün məktəbdə “Nostradamus” ləqəbi ilə şöhrət tapmış Yaşar Seyidbəyli ilə bir sinifdə oxumaq səadəti qismət olmuşdu. Baş verməsi gözlənilən inanılmaz hadisələri də iki gün öncə ondan eşitmişdilər. Bakıya gəlib hadisələri öz gözləri ilə görmək arzusu hər birində yaransa da, buna sadəcə Orxanla Talıb cürət etmişdilər. Çünki dərsdən qaçmaq, günlərlə məktəbə gəlməmək çoxdanki adətləri idi. Bu iki dost digər sinif yoldaşlarından fərqli olaraq, ali məktəb arzusunda deyildilər, məktəbi başa vurduqdan sonra Rusiyaya getmək və orada ticarətlə məşğul olan Fəqan adlı dostlarına qoşulmaq barədə düşünürdülər.
Gəncədəki 1 saylı orta məktəbin müəllim və şagird kollektivi arasında “Nostradamus” ləqəbi ilə tanınan Yaşar Seyidbəyliyə gəlincə, o üç-dörd ay öncəsinə qədər heç kəsdən fərqlənməyən adi bir uşaq idi. Bu yaşda olan oğlanların böyük əksəriyyəti kimi o da qızlarla maraqlanır, hər imkan düşdüyündə internetdə parnoqrafik şəkil və filmləri seyr edir və digər buna bənzər işlərlə məşğul olurdu. Amma dərslərini də unutmurdu. Əlaçı olmasa da qiymətlərinin çoxu 5 idi. Daha dəqiq desək, yalnız fizika və ingilis dilindən dörd almışdı. Ingilis dilindən üç aldığı da olmuşdu. Amma bu sadəcə bir dəfə, özü də yeddinci sinifdə oxuyanda baş vermişdi.
MAVİ İŞIQ
Hər şey o müdhiş qəzadan sonra baş verdi. Hər səhər olduğu kimi, həmin gün də evlərinin yaxınlığndakı enli küçəni keçərək məktəbə yollanan Yaşar bir də baxıb gördü ki, göydə uçur. Öncə nəyin baş verdiyini anlamadı, lakin yerə çırpılmağa macal tapmamış sol tərəfdən aşırı sürətlə gələn avtomobilin onu vurduğunu, yerdən ayrılaraq göyə qalxması səbəbinin də bununla bağlı olduğunu başa düşdü. Ən qəribəsi isə o idi ki, maksimum bir-iki saniyə davam edən qeyri – ixtiyari uçuş zamanı beynindən o qədər fikir keçdi ki, normal vəziyyətdə onları düşünmək üçün ən azı 3-4 dəfə, bəlkə də daha artıq vaxt lazım gələrdi:
-Axı, necə oldu ki, maşnı görmədim və ya səsini eşitmədim. Namərd yaman yerdə yaxaladı məni. Ya Allah, mən ölmək istəmirəm! Mənə kömək et! Elə et ki, şikəst olmayım! Şikəst olmaqdansa ölmək daha yaxşıdır, amma ölmək istəmirm. Ölsəm, anamın halı necə olar?..
Bütün bunlar yadında idi. Yerə çırpılandan sonra isə baş verənləri heç cür xatırlaya bilmirdi. Xatırlaya bilməzdi də, çünki huşunu itirmiş və hadisə şahidlərinin, eləcə də qəzanı törətmiş sürücünün onu təcili surətdə xəstəxanaya çatdırmaq və həyatını xilas etmək üçün necə canfəşanlıq etdiklərini hiss etməmişdi. Düz bir həfə koma vəziyyətində qalmış, huşu özünə qayıdanda isə aradan sadəcə br neçə dəqiqə keçdiyini zənn etmişdi.
Yaşar sağ əlinin və hər iki ayağnın gipsdə olduğunu görüb o qədər çox pərişan və narahat oldu ki, qeyri-ixtiyari gözləri yaşla doldu. Başının da sarğılı olduğunu bir qədər sonra, işlək vəziyyətdə olan sol əlini başına sürtmək istəyəndə anladı. Yanında nə anasını, nə də digər yaxınlarını görməməsi onu daha da kövrəltdi. Ətrafa göz gəzdirdi və bir qədər aralıda, masa arxasında oturub kitab oxuyan tibb bacısı Səliməni gördü.
Bəli, nə qədər qəribə olsa da gənc qız kitab oxuyurdu. Bu isə o demək idi ki, Misir Mərdanov və onun bütün təhsil sisteminə qorxunc həşarat sürüsü kimi daraşmış savadsız, mədəniyyətsiz, ruşvətxor tayfası insanların elmə, mədəniyyətə olan həvəsini hələ də bütünlüklə məhv edə bilməmişdi. Bu yırtıcı və kütbeyin tayfa uzun illər idi ki, Əliyevlər rejiminə seçkiləri saxtalaşdırma sahəsində xidmət etməkdə idi. Məhz bu tayfanın sayəsində Heydər Əliyev, ondan sonra isə onun “layiqli davamçsı” 4 milyondan artıq seçicinin seçib-seçilmək hüququna tüpürərək deputatları təkbaşına seçə, daha doğrusu böyük miqdarda rüşvət müqabilində təyin edə bilirdilər. Axı, bütün seçki məntəqələri bir qayda olaraq, təhsil ocaqlarında, əsasən də orta məktəblərin binalarında qurulur, həmin məntəqələrdəki seçki komissiyalarının sədrləri də bir qayda olaraq, həmin müəssisələrin direktorları, başqa sözlə, əksəriyyəti Misir Mərdanovun tayfasından olan yaramazlar olurdu. Bu yaramazlar isə artıq çoxdan öz ətrafına qohum-qardaşını, dost-tanışını toplaya bilmişdilər. Yuxarıdan gələn əmrləri də məhz onların sayəsində asanlıqla yerinə yetirə bilirdilər. Əmrlər isə təkcə seçkilər saxtalaşdırmaqdan ibarət deyildi. Bütün nazirliklər kimi Təhsil Nazirliyi də prezidentin təyin etdiyi məbləğdə rüşvət toplamalı, dövlət əmlakını mənimsəməli və Əliyevlərin aşıb-daşan sərvətini artırmaq üçün gecə-gündüz çalışmalı idi. Toplanılan və yuxarı ötürülən haram pulların yalnız 5 faizi Misir Mərdanova qalırdı. Qalanları isə Əliyevlər ailəsinin xəzinəsinə axır, digər çirkli pullar kimi Heydər Əliyev Fondu, Milli Olimpiya Komitəsi və Əliyevlər ailəsinə məxsus çoxsaylı şirkətlər tərəfindən “yuyulur”, sonra isə afşor zonaya, Panamaya transfer edilirdi. Ailə bu yolla 48 milyarddan artıq pul mənimsəmişdi. Daha dəqiq desək, 48 milyard rüşvət və korrupsiya yolu ilə mənimsənilmiş haram sərvətin sadəcə kiçik bir hissəsi idi.
Əslində, Səlimənin kitab oxumasında təəccüblü bir şey yox idi. Səlimə Türk Liseyini bitirmişdi və hazırda Tibb Universitetində təhsil alırdı. Bura, yəni Gəncədəki 3 saylı xəstəxanaya isə praktika keçmək üçün göndərilmişdi. Rüşvət vermədiyi üçün ona reanimasiya şöbəsində yatan xəstələrə qulluq edən tibb bacısının funksiyalarını icra etmək tapşırılmışdı. Halbuki, qanuna görə həkim kimi praktika keçməli idi.
Nə yaxşı ki, ölkədə çox sayda Türk liseyləri fəaliyyət göstərməkdə idi. Məhz bu liseylərin sayəsində Azərbaycanın təhsil sistemi bütünlüklə məhv edilməkdən xilas ola bilmişdi. Bu sıraya, söylənilməsi nə qədər xoş olmasa da, rusdilli məktəbləri də əlavə etmək lazımdr. Misir Mərdanovun tayfasının nümayəndələri rus dilini bilmədikləri və ya həddən artıq pis bildikləri üçün bu məktəblərə nüfuz edə bilməmişdilər və elitar təhsil sisteminin daşıyıcılarının bir qismi bu məktəblərdə özlərinə iş tapmaqla çoxillik ənənələri hələ də yaşada bilirdilər. Lakin bütün bunlar okeanda sadəcə bir damla idi. Əlbəttə, bu damlanın qoruna bilməsində elitar paytaxt mədəniyyəti şəraitində böyüyən və həmin mədəniyyətin təmsilçisi olan Məleykə Abbaszadənin tayfaya qarşı uzun illərdən bəri apardığı yorulmaz və fədakar mübarizənin də rolu az olmamışdır. Şübhəsiz ki, bu qəhrəman xanımın adı Azərbaycanın təhsil tarixinə qızıl hərflərlə yazlacaqdır.
Bəli, tibb bacsı kitab oxuyurdu. Əslində bu kitab yox, Oksford Universitetinin ingilis dilində çıxan dövrü nəşrinin ən son nömrəsi, daha dəqiq desək, onun çıxarılmış surəti idi. Səliməni başı elə qarışmışdı ki, palatadakı iki xəstədən birinin komadan ayıldığını və onu diqqətlə süzdüyünü hiss etməmişdi.
Yaşar özündən 4-5 yaş böyük olan ağ xalatlı bu gözəl qızı görər-görməz harada olduğunu dərhal anladı. Sonra isə gözü digər çarpayıda uzanan və sistem altında olan o biri xəstəyə sataşdı. Diqqətini onun ağzına bərkidilmiş oksigen maskası cəlb etdi. O da eynən Yaşarın özü kimi gips içində idi.
Yaşar ehmalca sarğılı qolunu, daha sonra isə ayaqlarını tərpətdi. Zərrə qədər də ağrı-filan hiss etmədi. Qoluna və ayaqlarına niyə gips qoyulduğunu anlaya bilmədi. Və birdən cəld hərəkətlə uzanmış vəziyyətdən qalxaraq, oturaq vəziyyətə keçdi, ayaqlarını çarpayıdan yerə salladı. Onun bu hərəkəti sayəsində yaranan səs, başı bütünlüklə fransız bir neyrocərrahın elmi məqaləsini oxumaqla məşğul olan Səliməni yerindən sıçramağa və heyrətlə Yaşara baxmağa məcbur etdi. Qız heyrətindən yerində donub qalmışdı.
Yox, bu mümkün olan şey deyildi! Axı, bir neçə gün koma vəziyyətində yatan, qolunda va ayaqlarında bir neçə qırıq olan, ən əsası isə ağır kəllə-beyin travması almış xəstənin, sanki, heç nə olmayıbmış kimi yerindən qalxması inanılmaz idi. Qız şoka düşmüşdü, nə edəcəyini bilmirdi. Yaşarın gözlənilmədən ayağa qalxması və ona tərəf bir – iki addım atması isə sözün əsl mənasında möcüzə təsiri bağışladı.
-Sən nə edirsən?! – deyə Səlimə qeyri-ixtiyari çığırdı, – tez ol yerinə uzan! Sənə qalxmaq olmaz!
Cavabında Yaşardan bu sözləri eşitdi:
-Mən sağ-salamatam. Evə getmək istəyirəm.
Səlimə nə edəcəyini bilmirdi. Bir-iki saniyəlik çaşqınlıqdan sonra birdən nə etməli olduğunu anladı və dərhal qapıya tərəf gedib onu açdı və həyacanla “Həkim! Həkim!”- deyə çığırmağa başladı. Bir dəqiqə keçməmiş palataya üç-dörd nəfər ağ xalatlı tibb bacısı, onların ardnca isə yaşlı həkim girdi. Səlimənin vəziyyəti izah etməsinə heç bir ehtiyac yox idi. İçəri girənlər palatanın düz ortasında ayaq üstə durub təəccüblə onları süzən Yaşarı gördülər və işin nə yerdə olduğunu anladılar. Tibb bacıları sual dolu nəzərlərini həkimə tərəf çevirdilər. Xəstəxanada hər kəsin “Əhməd doktor” kimi müraciət etdiyi həkim də hamı kimi şokda idi. Amma özünü hər kəsdən əvvəl ələ almağı bacardı və xəstəyə müraciətlə soruşdu:
-Özünü necə hiss edirsən, oğlum?
-Çox sağ olun, yaxşıyam – deyə oğlan cavab verdi.
-Başın gicəllənmir ki?
-Yox, hər şey qaydasındadır.
-Sənə hələ ayağa qalxmaq olmaz, uzanmaq lazımdır.
-Yox, mən özümü çox yaxşı hiss edirəm. Evə getmək istəyirəm.
-Yaxşı, madam ki, deyirsən yaxşıyam, evə getmək istəyirəm, sən deyən olsun. – deyə Əhməd doktor gülümsündü, – Amma indi çarpayıya uzan ki, səni müayinə edim və hər şeyin qaydasında olduğuna əmin olum.
Yaşar könülsüz razılaşdı və çarpayıya tərəf yönəldi. Qızlar dərhal ona kömək etmək üçün qollarına girmək istədilr. O isə hər iki qolunu sərt şəkildə özünə tərəf çəkərək uca səslə etiraz etdi:
-Axı, dedim ki, yaxşıyam, əl çəkim məndən. Özüm…
Yaşar, sanki, heç nə olmayıbmış kimi çarpayısına uzandı.
Hamı, o cümlədən həkim heyrət və təəccüb içində idilər. Həkim özünün 35 illik praktikasında belə bir halla heç vaxt üzləşməmişdi. Gözlərinə və eşitdiklərinə inana bilmirdi. Bu, gerçəkdən də görünməmiş möcüzə idi. Həmin an tibbi personalın ağlına belə gəlməzdi ki, əsil möcüzə hələ qabaqdadır..
Əhməd doktor gülümsəyərək:
-Oğlum, indi sənə mütləq kiçik bir iynə vurmalıyıq, etiraz etmirsən ki?
Yaşar suala sualla cavab verdi:
-Niyə?
Həkim:
-Elə lazımdır.
Yaşar:
-Lazımdrsa, vurun da…
Həkim tibb bacılarından birinə yavaşdan nə isə söylədi və qız dərhal otadan çıxdı. Səlimədən başqa digər qızlar da onun ardınca çıxdılar.
Doktor xəstəyə yaxınlaşıb çarpayısının qırağında oturdu, əlini ehmalca Yaşarın sarğılı ayaqlarından birinin üstünə qoydu:
-Ağrı-filan hiss etmirsən ki?
-Yox.
-Heç zərrə qədər də?
-Bəli. Heç bir ağrı yoxdur.
-Yaxşı, çox yaxşı…
-Anamgilin məndən xəbəri varmı?
-Var, narahat olma. Bilirsən, bura reanimasiya şöbəsidir, kənar şəxslərin daxil olması qadağandır. Anan da, bacın da hazırda xəstəxanadadırlar. Bir azdan icazə verərəm görüşərsiniz.
Palataya daxil olan tibb bacısı əlindəki iynəni bir kənara qoydu. Yaşarın sağlam qolunu çirmələyərək dərisini spirtli pambıqla təmizlədi. İynənin ucunu yuxarı qaldırıb şprisisin içindəki ehtimali hava qovucuğunu kənarlaşdırdı və iynəni xəstənin qoluna batırdı.
Vurulan sakitləşdirici və yuxu gətirici dərman idi. Odur ki, oğlan dərin yuxuya getdi. Amma yuxuya getməmişdən öncə huşsuz vəziyyətdə olarkən baş vermiş bir hadisə yadına düşdü. Yadına düşdü ki, parlaq bir mavi işıq zərrəsi gözləri önündə canlanmış, tədricən böyüyərək, sanki, bütün köksünə dolmuş, içini tamamilə nura boyamışdı. Özünə gəlməsinə səbəb də elə bu olmuşdu. Yaşar həmin işıq barədə yenicə düşünməyə və onun nə olduğunu anlamağa çalışırdı ki, dərman öz təsirini göstərdi və o yuxuya getdi. Lakin bu artıq koma vəziyyətindəki yox, normal vəziyyətdəki yuxulardan idi.
Əhməd doktorun göstərişi ilə sanitarlar Yaşarı dərhal rentgen otağına apardılar. Həkim qorxurdu ki, oğlanın etdiyi kəskin hərəkətlər, onun hələ tam bitişməmiş sümüklərini yerindən oynatmış olsun. Amma bu halda o ağrıdan çığrmalı və hətta yenidən koma vəziyyətinə düşməli idi. Amma bütün bunlar baş verməmişdi. Həkimi təəccübləndirən və qorxudan da elə bu idi.
Tibb bacılarından biri məktəblinin birinci mərtəbədə, dəhlizdə gözləyən anasına və bacısına baş verənləri artıq söyləmişdi. Odur ki, onlar da bu dəfə rentgen otağının qapısını kəsdirmişdilər və səbirsizliklə içəridən bir xəbər gəlməsini gözləyirdilər. İndi Səyyarə xalaya hər saniyə bir sutka kimi uzun görünürdü. İçəridən isə bir xəbər yox idi. Qadının səbri tükənmək üzrə idi. Qızı Afaqın təsəlliləri də bir işə yaramırdı. Ana oğlunu görmək, sağ-salamat olduğuna tam əmin olmaq istəyirdi. Vaxt isə sanki donmuşdu.
Rentgenin nəticələri bütün həkimləri çaş-baş saldı. Sözün əsl mənasnda ağlasığmaz bir möcüzə baş vermişdi. Yaşarın həm kəllə nahiyəsində, həm qolunda, həm də ayaqlarındakı sınıqların heç birindən əsər – əlamət belə qalmamışdı. Sanki qəza keçirən və ölümcül halda xəstəxanaya çatdırılan o yox, bir başqası imiş. Nəinki sınıqlar tam bitişmiş və sümüklər travmadan əvvəlki vəziyyətini almşdı, hətta xəsarətin ən kiçicik izləri belə qalmamışdı. İnanılmaz olsa da, bu belə idi.
Əhməd doktorun göstərişi ilə Yaşarı reanimasiya şöbəsindən intensiv pediatriya şöbəsinə köçürdülər. Oğlan hələ də yatırdı və anası ilə bacısının yanında olduqlarını, onun yuxudan ayılmasını gözlədiklərini bilmirdi. Sanitar həkimlər yuxulu xəstənin gipsli sarğılarnı doğramaqla məşğul idilər. Onlara artıq heç bir ehtiyac qalmamışdı. Bunu görən ana və bacısının sevincini təsəvvür etmək belə çətindir.
Yaşar axşama yaxın oyandı, gözünü açan kimi anasını və bacısını gördü. Səyyarə xala ilə Afaq ona sarılıb onu duz kimi yalamağa başladılır.
-Yaxşı, yaxşı, bəsdir, – deyən Yaşar onların əlindən özünü güclə qurtardı. Dərhal da anası ilə bacısının təəccübünə səbəb olan bir sual verdi:
-“Hə”ni bir-iki gün uzatmaq olmazdımı? Niyə məni gözləmədiniz?
Səyyarə xala və Afaq bir – birilərinə baxdılar. Mimikalarından açıq – aydın görünürdü ki, söhbətin nədən getdiyini qətiyyən anlamadılar.
Ana:
-Nəyin “hə”sini, a bala?
Yaşar:
-Necə yəni nəyin “hə”sini? Afaqın “hə”sini.
Səyyarə xala yenə heç nə başa düşmədi:
-Oğlum, vallah, heç nə başa düşə bilmədim.
Anasından fərqli olaraq Afaq, deyəsən, nəyin baş verdiyini başa düşdü:
-Ana, qardaşım, deyəsən, yuxu görüb.
-Yuxu? – deyə Yaşar soruşdu, – Məgər Nəzakət xala səni qardaşı oğluna istəməyə gəlməyib?
Artıq hər şey gün kimi aydın idi. Oğlan yuxu görmüş, gördüklərinin həqiqətdə baş verdiyini zənn etmişdi.
Elə sabahısı gün Yaşarı evə buraxdılar. Üç gün sonra isə oğlanın yuxusunda gördüyü kimi qonşuları Nəzakət xala Səyyarəgilə elçiliyə gəldi və Afaqı qardaşı oğluna istədi. Daha sonra isə qızın “hə”si verildi.
Artıq heç bir şübhə yox idi. Yaşar yuxusunda olacağı olmuş kimi görmüşdü, yəni yuxusu çin çıxmışdı. Və heç kəsin ağlna gəlməzdi ki, bu cür çin çıxan yuxuların ardı da gəlcək.
Bir gün Yaşar yuxudan durub anasına yuxusunu danışdı, qonşuluqda yaşayan Məzahir kişinin öldüyünü gördüyünü danışdı. Sabahkı gün isə xəbər çıxdı ki, kişi doğrudan da ölüb. Sonra yuxusunda Zaqatalada zəlzələ baş verdiyini gördü və üç gün sonra gerçəkdən də zəlzələ oldu. Artıq heç bir şübhə yox idi, xəstəxanada huşsuz vəziyyətdə yatdığı dövrdə oğlana vergi verilmişdi. Yaşarın özü də tədricən buna inanmağa başladı. O bütün bunların səbəbini, eləcə də möcüzəli şəkildə sağalmasını gözünə görünən mavi işıqla bağlayırdı. Hər halda, baş verənlərə başqa izah tapmaq mümkün deyildi.
ÇİN ÇIXAN YUXULAR
Yaşar əvvəl-əvvəl yuxularını sadəcə anasına və bacısına danışrdı. Gördüyü yuxularsa əsasən qonşuda, məktəbdə baş verməsi gözlnilən və baş verən hadisələrlə əlaqədar olardı. Bir gün isə Suriya prezidenti Bəşər Əsədin döyülərək eybəcər hala salınmış cəsədini gördü. Gördü ki, onu küçənin ortasına atıblar və meyidə baxmağa gələn və ardı-arası kəsilməyən ərəblər diktatorun murdar cəsədinə tüpürürlər. Bu dəfə isə yuxusunu sinif yoldaşları və ən yaxın dostları olan Orxanla Talıba danışdı. Onlarsa buna heç bir əhəmiyyət vermədilər, “yuxudur da, nə olsun” – deyib, çiyinlərini çəkdilər, çünki həm Yaşarın yeni üzə çıxan istedadından bixəbər idilər, həm də ki, dünyada baş verənlər onları qətiyyən maraqlandrmrdı. İş-gücləri səhərdən axşamadək İnternetdə özləri ağılda olan qızılarla yazışmaq idi.
Bu yaşda olan oğlanlarda cinsi yetkinlik hissləri baş qaldırır ki, həmin dövrdə onlar həyatlarında bəlkə də ilk dəfə qarşı cinsin nümayəndələrinə bu qədər çox maraq göstərməyə başlayırlar. Bir çoxları isə ilk dəfə məhz həmin yaşda sevməyə başlayır. Odur ki, Orxanla Talıbdan hansısa başqa bir reaksiya gözləmək də düzgün olmazdı. Bir həftə sonra Yaşar onlara digər bir yuxusunu – İranın bombardman edilməsini, dörd bir tərəfdən bomba və raket yağışına tutulmasını anladanda da reaksiya eyni cür oldu. Amma günlərin bir günü hər şey kökündən dəyişdi. Həmin gün dünyanın, o cümlədən Azərbaycanın bütün TV kanalları Hafiz Əsədin üsyançılar tərəfindən ələ keçirilərək amansızcasına döyülməsi, təhqir edilməsi, daha sonra öldürülməsi səhnələrini nümayiş etdirməkdə idi. Nümayiş etdirilən kadrlar içərisində millətin öz xalqının qanına susamış bu bədheybətin cəsədinə tüpürməsi səhnələri də yer almaqda idi. Bir sözlə, hər şey Yaşarın yuxusunda gördüyü və danışdığı kimi idi.
Orxanla Talıb gördüklərindən o qədər təsirləndilər ki, dostlarının bu hadisəni təqribən bir ay öncə yuxuda gördüyünü və onlara danışdığını bütün sinif yoldaşlarına anlatdılar. Amma onların sözlərinə heç kəs inanmadı, Zərifə Yaşarı istehza ilə “Nostradamus” adlandırdı. Aygün isə “Nostradamus” adının qarşısına gülə-gülə bir “gəncəli” sözünü də əlavə etməyi lazım bildi və elə həmin gündən də “Gəncəli Nostradamus” adı Yaşarın ləqəbinə və ayrılmaz atributuna çevrildi.
Orxanla Talıb qaş düzəltmək istədikləri yerdə gözü də vurub çıxarmışdılar. Amma bütün bunlar Yaşarın heç vecinə də deyildi və bu gün sinifdə baş verənlri üç gün öncə yuxuda görmüşdü. Odur ki, eynini pozmadan sinif yoldaşlarına İranla bağlı yuxusunu danışdı və dedi:
-Gözləyin, doğru söylədiyimi mütləq görəcəksiniz.
Onun haqlı olduğunu sinif yoldaşları bir neçə həftə sonra öz gözləri ilə bütün TV kanallarında nümayiş etdirilən, İsraillə ABŞ-ın İrana qarşı müharibəyə başlaması xəbərini əks erdirən kadrları görəndə başa düşdülər. Bundan sonra Yaşarın hörməti artdı. Əlbəttə, onu yenə də “Nostradamus” və ya “Gəncəli Nostradamus” deyə çağırırdılar. Amma indi bunu rişxənd və istehza ilə yox, hörmət hissi ilə edirdilər. Çünki sinif yoldaşlarına vergi verildiyini başa düşmüşdülər.
Çox çəkmədi ki, Yaşarın şöhrəti 9 A sinfinin sınırlarını aşaraq bütün məktəbə yayıldı. Səbəb isə üç gecə ard-arda gördüyü növbəti üç yuxu idi. Onun bu yuxularının məzmununa hər kəs dərhal inandı, çünki mövzular hər kəsin arzu etdiyi və inanmaq istədiyi mövzulardan idilər.
İnsanlar, bir qayda olaraq, inanmaq istədiklərinə daha tez inanırlar. Hətta yalan olsa belə, özlərini buna inandırmağa çalışır və inandırırlar. Nə edəsən, insanın psixoloji yapısı belə qurulub. Sözügrdən yuxular düşmən Ermənistanda baş verəcək qanlı hadisələr ilə bağlı idi. Odur ki, Yaşarın söylədikləri hər kəsi ürəkdən sevindirdi və bütün sinif yoldaşları onun istedad və bacarığının qeyri-ixtiyari təbliğatçısına çevrildilər. Əlbəttə, onları Yaşarın istedadından daha çox düşmən ölkənin dəhşətli bir fəlakətə sürüklənəcəyi xəbəri maraqlandırırdı və onlar məhz bu xəbəri canfəşanlıqla yaymaqla məşğul idilər. Fəqət həmsöhbətlərini xəbərin doğruluğuna inandırmaq üçün öncə xəbəri “qeyb aləmi”ndən “əldə edən” şəxsin qeyri-adi istedad sahibi olduğuna inandırmaq lazım idi. Beləcə, gənc Nostradamusun şöhrəti tez bir zamanda bütün məktəbə, daha sonra isə bütün Gəncəyə yayıldı. Və işin ən qəribə tərəfi o idi ki, onun haqqında olmayan şeylər də danışılmağa başlanmışdı.
Müxtəlif ağlasığmaz şayiələr yayılır onlar və bir-birindən daha mifik mahiyyət daşıyırdı. Bəziləri onun guya Yaponiyadakı zəlzələ və sunami barədə yapon xalqını öncədən məlumatlandırdığına görə Yaponiyanın prezidenti tərəfindən mükafatlandırıldığını, digərləri guya ABŞ prezidenti Barak Obamanın onunla şəxsən görüşmək üçün Gəncəyə gəlməyə hazırlaşdğını, başqa biriləri isə guya divardan keçməyi bacardığını və s. bu kimi şeylər söyləyirdilər. Vallah, əgər yaşı imkan versəydi, hətta II Dünya Savaşı barədə də öncədən xəbər verdiyini söylənlər tapılardı.
Üç önəmli yuxuya gəlincə, onlardan birincisi İrəvanda başlayacaq kütləvi etirazlar zamanı hökümət qüvvələrinin mitinq iştirakçılarını gülləbarana tutması və nəticədə onlarla dığanın cəhənnəmə vasil olması barədə idi. İkinci yuxuda isə Ermənistanda başlayan və bütün böyük şəhərlərə yayılan vətəndaş müharibəsi və ermənilərin iki yerə bölünərək bir-birini qırmasını əks olunmaqdaydı. Üçüncü yuxu isə öz süjetinə görə Suriya olaylarına çox oxşayırdı. Burada Bəşər Əsədin əvəzinə Serj Sarkisyan çıxış edir, ələvi klanının rolunu isə Qarabağ, ermənilərin öz dili ilə desək, Arsak klanı oynayırdı. Və yenə də şəhər və kəndləri bombardman edən tanklar, helikopterlər və təyyarələr… Yenə də dağılan şəhər və kəndlər, ölən minlərlə insan (əgər ermənilərə insan demək mümkündürsə), yüzminlərlə qaçqın ordusu…
Gəncəli uşaqlar bu süjeti özlərindən uydurduqları yeni-yeni detallarla bəzəyərək böyük məmnuniyyətlə bir-birilərinə danışr, sözügedən yuxuların həyata keçməsini böyük həsrətlə gözləyir və ürəkdən sevinirdilər. Əlbəttə ki, onların bu sevinci başa düşülən idi. Nə qədər qəribə olsa da, Yaşarın özü qətiyyən sevinmirdi, əksinə qorxurdu. Qorxurdu ki, günlərin birində bənzər yuxuları Azərbaycan barədə də görə bilər. Odur ki, bunun baş verməməsi üçün gecə-gündüz Allaha yalvarırdı. Amma hiss edirdi ki, bu bir gün baş verəcək. Çünki ətrafında İlham Əliyev rejimindən razı olan bircə nəfər də görmürdü. Hamı narazı idi, İlhama da, onun rüşvətxor və korrupsioner komandasına da nifrət edirdi.
İnqilabların və vətəndaş müharibələrinin baş verdiyi ölkələrin hamısında inqilabdan öncə bənzər situasiya hakim idi. Hər yerdə gözü doymaq bilməyən, xalqın və dövlətin malını vəhşicəsinə talan edən diktatorlar hakimiyyətə idilər. Və bütün bu ölkələrdə diktatorların hakimiyyətini dəstəkləyən kiçik bir azlıq mövcud idi ki, öz ölkələrindəki çoxluğa zülm etməkdə sınır tanımırdı. Ermənistan və Azərbaycanda da situasiya fərqli deyildi. Yəni nə Serj Sarkisyan, nə də İlham Əliyev nə Hüsnü Mübarəkdən, nə Müəmmər Qəddafidən, nə dəki Bəşər Əsəddən heç nə ilə fərqlənmirdilər. İlham Əliyev hətta Bəşər Əsədə daha çox bənzəyirdi. O da onun kimi hakimiyyəti diktator atasından “miras” olaraq almışdı. Suriyadakı ələvi, Ermənistandakı qarabağlı azlığın rolunda çıxış edən bənzər qüvvə Azərbaycanda da vardı. Bu da xalqın qanını sormaqdan xüsusi zövq alan, millətə zülm etməyi özünə borc və şərəf bilən və fəxrlə “indi bizim hakimiyyətimizdir” deyən Naxçıvan mafiyası idi. Əlbəttə, sadə naxçvanlıların bunda heç bir günahı yox idi. Naxçıvanda yaşayan əhali də həmin mafiyanın ən qəddar üzvlərindən biri olan Vasif Talıbovun zülmü altında inləyirdi. Amma bununla belə, Bakıda bütün gəlirli işlərdə məhz naxçvanlılar işləyir, yerli bakılılara isə heç bir iş verilmirdi. Yerlilər bilərəkdən, qəsdən aclıq və səfalətə məhkum edilmişdilər.
Bütün bu paralellər Yaşarı bərk qorxudurdu. Azərbaycanda da bənzər dağıdıcı inqilabın olmasını qətiyyən arzu ermirdi. Dağıdıcı inqilabın yuxusuna girməsini də istəmirdi. Hətta özünü bu ehtimaldan sığortalamaq üçün məşhur ekstrasens, əslən Tovuzun Yanıqlı kəndindən olan, hazırda isə Bakıda yaşayan Rizvan Hüseynovu tapmaq, onun köməyi ilə çin çıxan yuxularla birdəfəlik vidalaşmaq qərarına gəlmişdi. Öyrənmişdi ki, Rizvan Hüseynov keçmiş müsavatçıdır, bir vaxtlar bu partiyann maliyyə şöbəsinə rəhbərlik edib, sonrasa iqtidar tərəfindən şərlənərək, həbs edilib və 5 il zindan həyatı yaşamalı olub və ekstrasenslik vergisi də ona zindanda verilib.
Bir sözlə, Yaşar sözügedən ekstrasensi tapmaq, öz yuxularından xilas olmaq istəyirdi. Ona elə gəlirdi ki, o, fikrindəki dəhşətli yuxunu görməsə, Azərbaycanda heç bir xoşagəlməz hadisə baş verməyəcək. Amma sən saydığını say, gör fələk nə sayır. Və bir gün qorxduğu şey baş verdi. Bir neçə gün ard-arda Azərbaycanda baş verməsi labüd olan inqilabın əks olunduğu yuxular gördü. Yuxular tamamlandqdan sonra isə dərindən bir ah çəkdi. Çünki onlarda nə vətəndaş müharibəsi vardı, nə şəhər və kəndlərimizin bombardıman edilməsi, nə də saysız-hesabsız qaçqın ordusu. Ən dəhşətli səhnələr isə prezidentin qaçdığı təyyarənin göydə vurulması, Bakıda camaatın Prezident Sarayına hücumu, bəzi rayonlarda camaatla polis arasında lokal qarşıdırmaların olması və sonda polislərin döyülərək qaçması, eləcə də polislə qarşıdurmalar zamanı az sayda insanın xəsarətlər alması səhnələri idi. Digər səhnələri, xüsusən də hər yerdə Heydər Əliyevin heykəllərinin xalq tərəfindən uçurularaq təhqir edilməsi səhnələrini isə, əlbəttə ki, dəhşətli adlandrmaq mümkün deyildi.
Yaşar bir müddət gördüklərini heç kəsə danışmamağa qərar verdi, hətta Orxanla Talıba da bir kəlmə söyləmədi. İnqilaba iki gün qalmış isə, prezidentin təyyarəsinin vurulması hadisəsi istisna edilməklə, hər şeyi sinif yoldaşlarına danışdı.
Yaşarın İran və Ermənistan barədə daha öncə söylədikləri özünü tam doğrultduğundan onun sözlərinə şübhə edən olmadı. Orxan və Talb isə Prezident Sarayına hücum səhnəsini öz gözləri ilə görmək üçün tələm-tələsik Bakya yola düşməyə qərar verdilər. Digər uşaqlar Bakya getmək barədə düşünməsələr də Gəncədə baş verəcək analoji hadisələrdə yaxından iştirak edəcəklərinə söz verdilər.
İnqilab eyforiyası hamıdan öncə 9 A sinfinin uşaqlarının başını dumanlandırdı. Əlbəttə, onlar hələ uşaq idilər və onların təsəvvüründə inqilab Heydər Əliyevin heykəllərini uçurmaq və YAP-ın binasına od vurmaqdan o yana keçə bilməzdi və keçmədi də.
PROVOKASİYA
Azərbaycanda inqilabın labüdlüyü barədə fikirlər artıq bir neçə ay idi ki, ölkənin və dünyanın bir sıra nüfuzlu analitik mərkəzləri tərəfindən dilə gətirilməkdəydi və indi, yəni Rusiyada yaşayan oliqarxların bir araya gələrək, naxçvan mafiyasına qarşı cəbhə açmasından sonra buna, demək olar ki, heç bir şübhə yox idi. Suriyada xalq inqilabının qələbə çalması və Bəşər Əsədin də eynən Müammar Qəddafinin aqbətinə bənzər aqibət yaşaması iqtidarın kürkünə əməlli-başlı birə salmışdı. Dünənə qədər islahatlar tələbi ilə çıxış edən İctimai Palata artıq inqilab çağırışları edirdi. Amma millət əvvəllər olduğu kimi, yenə də onun çağırışlarına heç bir önəm vermirdi, çünki ənənəvi müxalifətin liderləri öz nüfuzlarını çoxdan itirmişdilər. Artıq onlara heç kəs inanmırdı və millət sanki onun önünə düşüb onu qələbədən qələbəyə aparacaq yeni bir liderin ortaya çıxmasını gözləyirdi. Bir sözlə, 88-ci ilin Nemətinə bənzər bir dəliqanlı və çox cəsarətli liderə ehtiyac var idi. O isə peyda olmurdu ki, olmurdu.
Bütün bunları iqtidardakılar da görür və hiss edirdilər. Və əgər onların özlərinə, ailələrinə və 20 ildən artıq dövr ərzində qarət yolu ilə topladıqları sərvətlərinə toxunulmayacağına əmin olsaydılar, dərhal hakimiyyəti təhvil verər və xarici ölkələrdən birinə mühacirət edərdilər. Fəqət bu barədə danışıqlar apara bilmək üçün bircə dənə də olsun, real nüfuza malik siyasi güc mərkəzi tapa bilmirdilər. Ölkədəki müxalifət partiyalarının böyük əksəriyyəti çox-çox illər əvvəl qüvvə olmaqdan çıxmış və boşboğazlar yığıncağna çevrilmişdilər. Yeganə ümid Ziyalılar Forumuna, qismən də İctimai Palataya idi. Onlar isə danışıqlardan qətiyyətlə imtina edir və birmənalı şəkildə hazırki iqtidarın hər bir üzvünün mütləq məhkəmə qarşısına çıxmalı, xalqdan oğurladıqlarını geri qaytarmalı və qanunla müəyyən olunmuş qaydada cəza çəkməli olduğunu vurğulayırdılar.
Ramiz Mehdiyevin biabırçı şəkildə vəzifəsindən qovulması və həbsi, ardınca da Artur Rəsizadənin gözlənilmədən müəmmalı şəkildə ölməsi İlham Əliyevi çox pis vəziyyətə salmışdı. İran və Ermənistanda inqilabların başlanması və vətəndaş müharibələrinə çevrilmələri vəziyyəti daha da təhlükəli edirdi. Nə isə etmək lazım idi. Odur ki, islahatlar şousuna start verilmişdi. Amma artıq çox gec idi. Üstəlik də insanlar İlham Əliyevin şoularından (Qarabağ şousu, anti-korrupsiya şousu) cana doymuşdular. Buna baxmayaraq, hansısa təxirəsalınmaz və təcili tədbirlər həyata keçirilməli idi. Prezidentin gördüyü ilk iş ölkədə özü kimi ümumxalq nifrəti qazanmış iki naziri – Misir Mərdanovu və Kamaləddin Heydərovu, eləcə də Prezdent Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əli Həsənovu vəzifələrindən uzaqlaşdırmaq oldu. Bununla xalqın qəzəbini bir qədər yatızdıra biləcəyini düşünürdü. Sonra isə siyasi dustaqların əfv edilməsi barədə fərman verdi. Daha sonra isə İctimai Palatanın bəzi xəyanətkar üzvləri ilə parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi barədə razılıq əldə etmək məqsədi ilə gizli danışıqlara başladı. Və nə oldusa, elə bundan sonra oldu. Hansısa gizli qüvvə düyməni basdı və millət gözlənilmədən küçə və meydanlara axışdı…
…Prezident Sarayının qarşısındakı mitinq artıq iki saata yaxın idi ki, davam edirdi. Çıxış edənlərin hamısı prezidentin istefasını tələb edirdilər. Tribunaya çıxan Tural adlı gənc də sözlərinə eyni tələbi təkrarlamaqla başladı:
-Əziz dostlar, mən də öncəki natiqlərin sözlərinə qoşularaq bəyan edirəm: Rədd olsun rüşvətxor, korrupsioner və xalq düşməni İlham Əliyev! Rədd olsun gəncliyimizi zəhərə döndərmiş Naxçıvan mafiyası!..
Onun bu sözləri mitinq iştirakçlarını növbəti dəfə təlatümə gətirdi və yenə də “İlham, rədd ol! İlham rədd ol!” şüarları göyü-yeri lərzəyə gətirdi.
-…Qardaşlar və bacılar, bildiyiniz kimi, Ermənistanda vətəndaş müharibəsi gedir. İşğal olunmuş torpaqlarımızı azad etmək üçün gözəl şərait yaranıb. Fəqət Azərbaycan iqtidarı həmişə olduğu kimi rüşvət toplamaqla məşğuldur. Hakimiyyətdə olanların heç birini Qarabağ maraqlandırmır…
Əslində Qarabağ məsələsini birdəfəlik həll etmək üçün gözəl şərait yarandığını prezident də çox yaxşı başa düşürdü. Bunu etməklə çətin vəziyyətdən çıxa biləcəyini də bilirdi. Amma Vaşinqton və Moskvadan gələn sərt ismarışlar onun əl-qolunu bağlamışdı. Odur ki, ona və komandasına böyük dividentlər gətirə biləcək addımı ata bilmirdi.
Natiq daha sonra Heydər Əliyevin Moskvada hakimiyyətdə olduğu dövrdə Qazax torpaqlarının bir hissəsinin Ermənistana verilməsi hadisəsinə toxunaraq, bu hadisəni onun adı ilə əlaqəlndirməyə çalışdı, daha sonra Heydər Əliyevin Naxçıvandakı hakimiyyəti zamanı Kərkinin ermənilərə verilməsini xatırlatdı:
-…Bütün bunlar təsadüf idimi?! Əlbəttə ki, yox. Unutmayaq ki, 6 rayonumuz o, Azərbaycana hakim olandan sonra işğal edilib. Bu isə o deməkdir ki, Əliyevlər ən başdan ermənilərlə əlbir olublar. Ata Əliyevin ermənilərlə müttəfiq olduğunu sübut edən başqa faktlar da var. Əlbəttə ki, mən Heydər Əliyevin Stepan Şaumyan haqqında qələmə aldığı “dahiyana” əsərini nəzərdə tutmuram, halbuki, bu fakt da deyilənləri sübut etmək üçün tamamilə kifayətdir. Mən onun Naxçvanın başçısı olduğu dövrdə Naxçvanla Ermənistan arasında imzalanmış atəşkəs sazişini nəzərdə tuturam. Məhz o sazişdən sonra ermənilər bütün qüvvələrini Qarabağ istiqamətinə cəmləmək və Qarabağı işğal etmək imkanı əldə etdilər…
Kütlənin içərisindən dəhşətli bir uğultu səsi eşidildi. Bu uğultu yatmış şirin oyanarkən çəkdiyi nərəyə bənzəyirdi.
-…Dostlar, unutmayaq ki, məhz bu fakt ermənilərə Xocalı soyqırımını törətməyə imkan vermişdir. Xocalı soyqırımı isə Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün həyata keçirilmiş bir plan idi və bu planın o dövrdə necə böyük müvəffəqiyyət qazandığnı hamınız çox gözəl bilirsiniz. Sizə qəribə gəlmirmi ki, bütün bu illər ərzində elə bir gün olmayıb ki, ermənilər sərhəd rayonlarımızı – Tovuzu və Qazaxı atəşə tutmasınlar, amma nədənsə Naxçvana həmin bədnam atəşkəsdən sonra bircə dənə də güllə atılmayıb?! Sizcə, niyə? Ona görə ki, ermənilərlə mafiya əlbirdir. Biri ölkəmizin 20, digəri isə 80 faizini işğal edib…
Bu sözlər mitinq iştirakçlarının yenidən bir ağızdan “İstefa! İstefa!” deyə şüarlar səsləndirməsinə səbəb oldu.
Gənc natiq çıxışına aşağdakı sözlərlə yekun vurdu:
-…Heydər Əliyev Qərbi Azərbaycandan olan qaçqınlara vətəndaşlıq hüququ verməklə və onların pasportlarını yandrtmaqla soydaşlarımızın ata-baba yurdlarına dönüşünü mümkünsüz etmiş və faktiki olaraq Qərbi Azərbaycan torpaqlarını birdəfəlik ermənilərə bağışlamışdır. Bunu ona görə etmişdi ki, Qərbi Azərbaycandan olanların səsləri ilə seçkilərin nəticələrini daha asanlıqla saxtalaşdıra bilsin.
Nə qədər ki, onun “layiqli varisi” İlham Əliyev hakimiyyətdədir, işğal olunmuş torpaqlarımız geri qaytarılmayacaq. Çünki o, atasının siyasətini davam etdirir. Atası Qarabağ məsələsini qəsdən ATƏT – in ixtiyarına buraxmışdı ki, bu məsələ çıxmaza girsin. Erməni diasporunun güclü olduğu ABŞ, Fransa və Rusiyanın Minsk qrupunun həmsədrləri olmasına da elə buna görə razılıq verilmişdi. Bəs, oğlu nə etmişdir? Qarabağ məsələsinin Ermənistan prezidenti ilə birlikdə müzkirə edildiyi şoulara qatılmaqla, Qarabağın mübahisəli ərazi olduğu barədə ermənilərin dünya ictimaiyyətinə vermək istədiyi mesajı dəstəkləmişdir. Baxın, əgər siz Qarabağ məsələsini ermənilərlə müzakirə edirsinizsə, deməli, həmin ərazinin mübahisəli ərazi olduğunu qəbul edirsiniz. Halbuki, ən başdan bildirilməliydi ki, Qarabağ Azərbaycan torpağıdır, Qarabağ məsələsi ölkəmizin daxili məsələsidir və işğalçılarla müzakirə obyekti ola bilməz.
Natiq sözlərini bitirdikdən sonra yenidən mikrofonun arxasına keçən Nigar mitinq iştirakçılarının böyük sevinc və coşqusuna səbəb olan aşağıdakı xəbərləri diqqətə çatdırdı:
-Xanımlar və bəylər. İndicə aldığmız məlumata görə, milli təhlükəsiz naziri Eldar Mahmudov və daxili işlər naziri Ramil Usubov istefa verdiklərini bəyan ediblər. Azərbaycan polisi və təhlükəsizlik orqanlarının əməkdaşları bəyanat yayıblar ki, xalqın haqlı tələblərini dəstəkləyirlər və mitinq iştirakçılarına qarşı heç bir təxribatda iştirak etmək niyyətləri yoxdur. Sizə daha bir xəbərim var, əldə etdiyimiz məlumata görə, İlham Əliyev Qaladakı hərbi aerodromdan şəxsi təyyarəsi ilə Bakını tərk edib. Onun Naxçıvana uçduğu ehtimal edilir.
Bu xəbərələrin necə bir coşqu ilə qarşılandığını təsəvvür etmək belə çətindir. Belə təəssürat yaranırdı ki, inqilab qansız-qadasız qələbə çalmaq üzrədir. Fəqət mitinqi idarə edən tələbələrin ağlına belə gəlmirdi ki, özləri də bilmədən böyük bir provakasiyanın iştirakçısına çevriliblər və böyük bir oyunun qeyri-ixtiyari aktyorları rolunu ifa edirlər. Xəbərləri yox idi ki, prezidentin təyyarəsi beş dəqiqə öncə yerdən açılan raket atəşi ilə birlikdə məhv edilmiş, o və onunla birlikdə təyyarədə olan baş nazirin səlahiyyətlərini icra edən Eyyub Yaqubov və Mühafizə İdarəsinin rəhbəri Bəylər Eyyubov dünyalarını dəyişmişlər. Eyni zamanda, tələbələrin Prezident Sarayının arxasına, daha dəqiq desək, Nazirlər Kabinetinin qarşısına, eləcə də Parlament binasnın önündə toplaşaraq əllərində Oqtay Əsədovun, Misir Mərdanovun, Ramiz Mehdiyevin, Kamaləddin Heydərovun, Əli İnsanovun və Rəsul Quliyevin portretlərini tutmuş başqa bir çoxsaylı qrupdan da qətiyyən xəbərləri yox idi. Və xəbərləri yox idi ki, ərəfədə Mehdiabadda Oqtay Əsədovun qohumlarının təşkilatçılığı və rəhbərliyi ilə keçirilmiş gizli bir toplantının qərarlarını həyata keçirmək üçün kücə və meydanlara axışmış bu insanların məqsədi tamam başqadır. Bu insanları tələbələrin və onları dəstəkləyənlərin önə sürdükləri “Rüşvətdən, korrupsiyadan və regionculuqdan azad demokratik Azərbaycan” ideyası qətiyyən maraqlandırmır və məqsədləri hakimiyyəti itirmək üzrə olan Naxçvan mafiyasnı başqa bir mafiya ilə – İrəvan mafiyası ilə əvəz etməkdir. Və indi onlar sadəcə prezidentin təyyarəsinin vurulması xəbərini gözləyirlər ki, planın ikinci hissəsini həyata keçirsinlər.
Prezidentin məhv edilməsi barədə xəbər gələr-gəlməz Oqtay Əsədovu növbəti prezident rolunda görmək və bu yolla Azərbaycanda İrəvan mafiyasının hakimiyyətini bərqərar etmək istəyən dəstələrin eyni anda Prezident Sarayına, Nazirlər Kabinetinin binasına və Radio-Televiziya Verilişləri Komitəsinə hücumu başladı.
Mitinqi idarə edənlər hadisələrin belə bir hal alacağını qətiyyən gözləmirdilər. Ona görə özlərini bir anlığa itirdilər, nə deyəcəklərini belə bilmirdilər. Özlərinə gələndə isə artıq çox gec idi. Alternativ dəstədən onlara yaxınlaşan bir qrup mikrofonu əllərindn aldı və əlində çəlik tutmuş, üzü çopur bir kişiyə ötürdülər. Çəlikli kişi mitinq iştirakçlarına müraciətlə dedi:
-Əziz mitinq iştirakçəları, əldə olan dəqiq məlumata görə, İlham Əliyevin qaçması xəbəri yalandır. O, hələ də bu buradadır. Naxçvandan xalq hərəkatını yatızdırmaq üçün göndərilən, içi silahlı başkəsənlərlə dolu 20 təyyarənin Bakıya enməsini gözləyir. Ona bu imkanı verməməli və girov götürməliyik!
Əlbəttə ki, bu sözlər yalan və provakasiyadan başqa bir şey deyildi. Lakin indi bu, heç kəsi maraqlandrmırdı. Kütləyə nahaq yerə “kütlə” deməmişlər ki! Odur ki, mitinq iştirakçlarının da bir hissəsi Prezident Sarayına hücumda iştirak edən pravokatorlara qoşuldu və aləm bir-birinə dəydi. Bakıya bu mərəkəni öz gözləri ilə görmək üçün gəlmiş Orxanla Talıb da eyforiyaya qapılanlardan idilər və bir də baxıb gördülər ki, artq Sarayın dördüncü mərtəbəsindədirlər. Sarayda isə üç-dörd polis nəfərindən başqa nə bir ins vardı, nə də cins. O, bütünlüklə boş idi.
Nazirlər Kabinetində də eyni mənzərə hakim idi.
Orxan da, Talıb da digərlri kimi nə etdiklərini, buraya niyə gəldiklərini bilmirdilər. Amma özlərini böyük bir tarixi hadisənin iştirakçısı hiss edir və təbii ki, bundan sonsuz qürür duyurdular. Orxan:
-Vallah, sinifdə heç kəs inanmayacaq ki, Sarayın alınmasında biz də iştirak etmişik.
-Hə, düz deyirsən, – deyə Talıb onun sözlərini təsdiq etdi, – yaxşı, indi nə edək, bəlkə, geriyə dönək?
Orxan:
-Necə dönək? Görmürsən necə basırıqdır? Bizi burada xurd-xəşil etməsələr yaxşıdır.
Talıb ətrafa göz gəzdirdi. İçəridə o qədər adam var idi ki, tərpənmk mümkün deyildi. Millətin isə ardı hələ də gəlməkdəydi. Bir azdan nəfəs salmaq mümkün olmayacaqdı. Birdən oğlanın ağlna bir ideya gəldi. O dostundan soruşdu:
-İlham neçənci mərtəbədə oturur?
-Mən nə bilim, – deyə Orxan çiyinlərini çəkdi.
-Deyirəm, gedib onun kreslosunda oturub, şəkil çəkdirsəydik, pis olmazdı?
İdeya Orxanın çox xoşuna gəldi və dostlar ətrafdakılardan prezidentin kabinetinin hansı mərtəbədə olduğunu soruşdular. Amma cavab ala bilmədilər. Çünki bunu bilən yox idi.
Elə bu an aşağıdan kiminsə komandası eşidildi:
-Hamı geriyə, prezident burada yoxdur. O qaçıb.
Camaat sanki bu komandanı gözləyirdi. Çünki eyforiya artıq keçmişdi və hər kəs tədricən gördükləri işin mənasız və lazımsız olduğunu anlamağa başlayırdı. Bir də ki, basırıq və havasızlıq hamıya eyni dərəcədə əziyyət verməkdə idi. Hamı bir an öncə təmiz havaya çıxmağa və doyunca nəfəs almağa can atırdı. Odur ki, 10 dəqiqə keçmədi ki, saray necə dolmuşdusa, eləcə də boşaldı.
Eşiyə çıxanları bu dəfə başqa bir peovakasiya gözləyirdi. Kim isə Heydər Əliyevin heykəllərini uçurmağı təklif etdi və kütlə dərhal iki hissəyə ayrılaraq heykəl ovuna çıxdı. Dəstələrdən biri Fəxri Xiyabana, digəri isə Respublika Sarayına doğru irəliləməyə başladı. Qarmaqarışıqlıqda Orxanla Talıb bir-birilərini itirdilər. Nəticədə Orxan bir, Talıb isə digər dəstəyə qoşuldu. Talıbın telefonunun şarjının bitmiş olması dostlara əlaqə saxlamağa və bir-birilərini tapmağa imkan vermədi.
YERAZSAYAĞI “QKÇP”
Saat 16. 00 – da İctimai Palata və Ziyalılar Forumu ölkədəki vəziyyəti müzakirə etmək üçün təcili Müsavat Partiyasının qərargahında bir araya gəldilər. Xəbər yayılmışdı ki, Milli Məclis prezidentin səlahiyyətlərini icra etməyi Oqtay Əsədova həvalə edib.
Qərargahın kiçik zalında adam əlindən tərpənməyə yer yox idi. Partiya qərargahının içi də, çölü də çox qalabalıq idi. Çoxdan idi ki, ənənəvi müxalifət cəbhəsində belə bir canlanma müşahidə edilməmişdi. Hamı hazırda ABŞ səfirliyində Qərb dövlətlərinin səfirləri ilə görüşdə iştirak edən İsa Qəmbərlə Əli Kərimlinin, eləcə də Oqtay Əsədovla danışıqlar aparan Rüstəm İbrahimbəyov, Eldar Namazov və Rafiq Əliyevin gəlmələrini gözləyirdilər. Onlar isə, deyəsən, tez gələnə bənzəmirdilər. Heç birinin telefonları cavab vermirdi. Arif Hacılı ona yönəlik suallardan bezərək, Dini Etiqad Azadlığı Təşkilatnın sədri Hacı İlqar ilə birlikdə öz kabinetinə çəkilmişdi.
Saat 16. 10 – da Arif bəyin kabinetinə daxil olan Sevda Laçınlı bildirdi ki, Naxçvanda da camaat ayağa qalxıb, Vasif Talıbov Türkiyəyə qaçıb:
-Biləsuvar, Beyləqan, İmişli, Cəllabad və Salyanda da millət icra hakimiyyətlərinin binalarını tutub. Hər yerdə mitinqlərə bizimkilər başçılıq edir.
-Hər yerdə? – deyə Arif bəy acı-acı gülümsündü, – Təkcə Bakıdan başqa, hə?
-Bəli, təkcə Bakıdan başqa – deyə Sevda cavab verdi.
-Məsələ də elə bundadır, son söz əyalətlərdə yox, paytaxtda deyiləcək. Təşəkkür edirəm, Sevda xanım. Yeni bir xəbər olsa, dərhal söyləyin.
Qadın “baş üstə” deyib, otağı tərk etdi.
Saat 16. 25-də Rüstəm İbrahimbəyov və yoldaşları qərargaha daxil oldular, İsa Qəmbərlə Əli Kərimlinin hələ gəlmədiklərini öyrənib, heç kəsə bir kəlmə də söyləmədən Arif bəyin kabinetinə yollandılar. İçəri girib əyləşdilər. Arif bəyin göstərişi ilə yeni gələnlərə çay gətirildi.
Sual dolu baxışların bilavasitə ona yönəldiyini hiss edən İbrahimbəyov üzünü Eldar Namazova tərəf çevirdi. Sanki, “sən danış” demək istəyirdi. Eldar bəy isə eyni manera ilə gözlərini Rafiq Əliyevə dikməklə bir növ topu ona ötürmüş oldu. Peofessor isə söhbətə tamam başqa tərəfdən başladı:
-Prezidentin təyyarəsinin vurulması xəbəri təsdiqini tapdı.
Müsahibini diqqətlə dinləyən Arif Hacılıdan səs çıxmadı. Çünki bu artıq köhnəlmiş və hər kəsə məlum olan xəbər idi. Prezidentin də, onunla olanların da öldüklərinə artıq heç bir şübhə yox idi. Prezidentin ölməsi ilə Oqtay Əsədov de-yure ölkənin bir nömrəli şəxsinə çevrilmişdi.
Professor söylədiklərinin Arif bəyi qane etmədiyini görüb, topu Eldar Namazova qaytarmağı lazım bildi. Başı ilə ona işarə edərək, zarafatla dedi:
-Naxçıvan mafiyası getdi, indi bunların mafiyası gəlmək istəyir. 20 il bir mafiyaya dözdük, indi də deyirlər, bir 20 il də bizə dözün.
Heydər Əliyev Qarabağı rəsmən ermənilərə vermək istəyəndə ona etiraz edərək tutduğu yüksək vəzifədən istefa verən və beləcə xəyanətin önünü alan üç kişidən biri olmuş Eldar Namazov Qazaxda doğulmuş, Bakıda böyümüş, bir ziyalı kimi elitar paytaxt mühitində formalaşmşdı. Amma əcdadları Qərbi Azərbaycandan idilər və o, siyasi həyatında lazım gəldikdə bu kartdan tez-tez istifadə etməkdən çəkinmirdi. İctimai Palatada Nurəddin və Köçəri ilə xüsusi münasibətləri də bundan qaynaqlanırdı. Doğrudur, Rüstəm İbrahimbəyovla bir yerdə olanda özünü bakılı kimi aparmağa çalışır, Zəfər Quliyevlə tək qaldıqda isə çox asanlıqla dönüb qazaxlı olurdu. Bir sözlə, buqələmun kimi cilddən cildə girməyi bacarırdı. Mədəni Bakı mühitində formalaşsa da əcdadlarından ona miras qalan ənənələr ona bütünlüklə ümummilli dəyərlərə söykənməyə, düşüncələrindəki bəzi tayfabazlıq və regionçuluq elementlərindən tam qurtulmağa imkan vermirdi. Əlbəttə, onu Köçəri və ya Nurddin ilə bir sıraya qoymaq düzgün olmazdı, amma Rüstəm İbrahimbəyov böyüklükdə də deyildi və təbii ki, ola bilməzdi də. Çünki Rüstəm RÜSTƏMdir. Elə bu mövqeyinə görə də ona etibar etməmiş və Mehdiabad görüşünə dəvət etməmişdilər. Halbuki, Nurəddin də, Köçəri də orada iştirak etmiş və şəxsən keçmiş təhsil naziri Misir Mərdanovun özündən konkret tapşırıqlar almışdılar. Bu isə o demək idi ki, onu əsl “yeraz” saymır, ona “bakılı”, ən yaxşı halda isə “qazaxlı” kimi baxırdılar.
Nə qədər paradoksal olsa da, Eldar Namazov “yerazları” Azərbaycanın siyasi palitrasında bir nömrəli güc hesab edir, Naxçıvan mafiyasına qarşı qurmağı düşündüyü, xəyalında Gəncə-Qazax, Qarabağ və Borçalı zonlarını da daxil etdiyi “Böyük Qərb” koalisiyasının əsas sütunu hesab edirdi. Belə bir koalisiya qurmaq fikrində olduğunu Zəfər Quliyevlə də, Rafiq Əliyevlə də bölüşmüş, onların dəstəyini qazanmağa cəhd etmişdi. Fəqət ümummilli dəyərləri hər şeydən üstün tutan tanınmış qarabağlı alimdən mədəni şəkildə rədd cavabı almış, Zəfər Quliyev isə konkret bir cavab verməkdən yayınmışdı.
Mehdiabaddakı gizli görüşə toplaşanlar Qərbi Azərbaycandan olanların hakimiyyətə digər bölgələrin iştirak və yardımı olmadan da gələ biləcəklərini düşünürdülər. Oqtay Əsədovu prezident, Rəsul Quliyevi baş nazir, Misir Mərdənov və Əli İnsanovu baş nazirin müavinləri etməklə, Azərbaycanda “yeraz. hakimiyyəti”ni bərqərar etmək istəyən bu insanların planına görə prezident məhv edildikdən sonra onun səlahiyyətləri avtomatik olaraq spikerə keçməli idi, çünki Artur Rəsizadənin ölümündən sonra baş nazir postu boş qalmışdı. Yaqub Eyyubov sadəcə müvəqqəti olaraq onun səlahiyyətlərini icra edirdi. Deməli, prezidentin səlahiyyətlərini yerinə yetirəcək adam yalnız və yalnız Oqtay Əsədov ola bilərdi.
Eldar bəy sözünə heç bir giriş vermədən birbaşa mövzuya keçməyi lazım bildi:
-Oqtay Əsədov İctimai Palata və Ziyalılar Forumuna Milli Məclisdəki mandatların 50 faizini təklif etdi, amma bir şərtlə ki, özünün prezident, Rəsulun isə spiker olmasına etiraz etməyək.
-Deməli, naxçıvanlı bəlasından tam qurtulmamış üstümüzü indi də yeni və əvvəlkindən daha dəhşətli bir fəlakət almaq üzrədir, yeraz fəlakəti? – deyə Arif Hacılı istehza ilə replika atdı.
Eldar bəy replikaya əhəmiyyət verməyərək bildirdi ki, Mehdiabaddan 12 avtobus silahlı adam gəlib. Artıq Milli Məclisin müdafiəsini tam təşkil ediblər. Telestudiya da, Praezident Sarayı da onların nəzarəti altındadır. Silahlılara da Nurəddinlə Köçəri başçılıq edirlər:
-Köçərinin dediyinə görə, 30-40 avtobus da Gəncənin “vtoroy çast”ından gəlir. Xızıdan da silahlı “yerazlar” Bakıya axışırlar. Yəni bizi fakt qarşısında qoymaq istəyirlər. Daha doğrusu artıq qoyublar. Bu gün 50 faiz təklif edirlər, razılaşmasaq sabah heç 10 faiz də verməyəcəklər.
Bu sözləri eşidən Arif bəy hər iki əli ilə başını tutub, bir anlığa fikrə getdi. Ortaya dərin sükut çökdü. Hamı bir-birinə baxrdı. Sükutu Rüstəm İbrahimbəyov pozdu:
-Amma çox maraqlıdır ki, Oqtay Əsədov heç özündən əmin olana oxşamırdı. Hətta olduqca həyacanlı görünürdü, əlləri də elə hey əsirdi. Moskvada QKÇP zamanı Yanayevin əlləri necə əsirdisə, onunkilər də eləcə əsirdilər. Sanki parkinson xəstəliyinə tutulmuşdu.
Rafiq Əliyev dostunun sözünə qüvvət olaraq bildirdi:
-Hə elədir. Görüşdə Fəzail Ağamalı ilə Mübariz Qurbanlı da iştirak edirdilər. Onların da qorxduqları, nədənsə çox ehtiyat etdikləri açıq – aydın hiss olunurdu. Amma səbəbini başa düşə bilmədik.
Sözün bu yerində indiyədək susan və hər kəsi diqqətlə dinləyən hacı İlqar gözlənilmədən söhbətə müdaxilə etdi:
-Qorxarlar da. Səbəbini deyim, bilin. Onların planına görə xanım da prezidentin təyyarəsində olmalı və onunla birlikdə ölməli idi.
Bu sözlər həmsöhbətləri sanki yuxudan oyatdı. “Birinci ledi” indiyədək heç birinin heç yadına belə düşməmişdi. Üzündə birdən birə canlanma və maraq işartıları sezilməyə başlayan Arif bəy sual dolu nəzərlərlə hacıya baxdı. Əlbəttə, Arif Hacılı Mehriban Əliyevaya da İlham Əliyevə nifrət etdiyi qədər nifrət edirdi, amma indiki arzuolunmaz və təhlükəli şəraitdə “xanım” kəlməsi əvvəlki dövrlərdə olduğundan tamam başqa məna ifadə etməyə başlamışdı.
Hər kəsin diqqəti hacıda idi. O isə özünün və sözünün daha da önəm və dəyər qazanması üçün həmsöhbətlərini bir müddət intizarda qoymağı və söhbətə kiçik bir fasilə verməyi lazım bildi. Lakin fasilə çox çəkmədi. Hövsələsi daralan Eldar Namazov onu tələsdirmək qərarına gəldi:
-Sözlü adama oxşayırsan, hacı. Mehriban indi hardadır?
-Etibarlı yerdədir. Şirvan camaatı ölməyib ki, – deyə hacı gülümsündü, – Baxın, planın çatlaq verdiyi məsələ təkcə bu məsələ deyil. Qərbi azrbaycanlıların planına görə Səfər Əbiyev öz kabinetində güllələnməli idi. Onun bir yeraz mətbuat katibi var a, o da onun yerinə müdafiə naziri olmalı idi. Amma sui-qəsdin qarşısı ən sonda alındı. Odur ki, Azərbaycanda yeraz hakimiyyəti-filan olmayacaq, narahat olmaya bilərsiz.
Arif bəy:
-Bəs nə olacaq?
-Nə olacağını gecə saat 24. 00 – da biləcəksiniz. Az. TV- yə baxın, bilərsiniz.
Hacı İlqar bu sözləri deyib ayağa qalxdı:
-İsa bəylə Əli bəy, deyəsən, gələnə oxşamırlar. Mən gedirəm.
Arf Hacılı:
-Harada olsalar gələrlər, getməsən yaxşıdır.
Hacı bir neçə saniyəliyə ayaq saxladı:
-Gəlib nə deyəcəklər ki? Deyəcəklər, bütün baş verənlərin arxasında Rusiya kəşfiyyatı durur. Amerika Azərbaycanda sabitliyin tərəfdarıdır. Guya bilmirik ki, Amerikaya, Qərbə burada doğrudan da sabitlik lazımdır. Sabitlik lazımdır ki, Əliyevlərin köməyi ilə neftimizi rahatca daşıya bilsinlər. Bunu körpə uşaq da bilir. Siz sağ, mən salamat, sözlərimi yadda saxlayın, gecə saat 24.00-da.
Hacı bu sözləri deyib otaqdan çıxdı.
Rafiq Əliyev:
-Belə de… İndi aydın oldu Oqtay Əsədovun əlləri niyə əsirmiş.
Rüstəm İbrahimbəyov üzünü Eldar Namazova tutub zarafatla dedi:
-Deməli, sizinkilər öz doğma torpaqlarını azad etmək və ata-baba yurdlarına qayıtmaq əvəzinə Bakını işğal etmək qərarına gəliblər, hə?
Eldar bəy çoxmənalı zarafata birmənalı zarafatla cavab verdi:
-Bizimkilər niyə? Qardaş, mən qazaxlıyam. Mən də yerazların Qərbi Azərbaycana qayıdaraq, oranı yenidən Türk Vətəni halına gətirməsinin tərəfdarıyam. Əgər məni də yeraz hesab edirsinizsə, o zaman başqa əlac qalmır, mən də gedərəm.
Rüstəm İbrahimbəyov gülümsəyərək, zarafatına davam etdi:
-Baklılar ən çətin vaxtınızda sizə qucaq açdılar, olan hər şeylərini sizinlə paylaşdılar, qabağa düşüb sizləri erməni evlərinə yerləşdirdilər. Bəs, siz nə etdiniz, qonaq olduğunuzu unutdunuz, Naxçvan mafiyası ilə birləşdiniz, yerlilərin anasını ağlar qoydunuz. Artıq qonaq olmanız yetər. Qonaq bir il olar, iki il olar. Daha İyirmi il olmaz ki… Hə, çox “türkçülük-türkçülük” deyirsiz, ən böyük türkçülük, Qərbi Azərbaycana dönüb, yenidən oralara türk ruhunu qaytarmaqdır.. Gedin, türkçü olduğunuzu ermənilərə sübut edin. Bəsdir, Azərbaycan xalqını türkə, talışa, ləzgiyə, avara, kürdə parçalayb, ortaya nifaq saldınız. Gecə saat 24. 00-ı gözləyin, Azərbaycanın və Bakının gerçək sahiblərinin kimi olduğunu biləcəksiniz.
Arif bəylə Eldar bəy sual dolu nəzərlərlə məşhur yazıçıya baxdılar və birdən anladılar ki, Hacı İlqarla Rüstəm bəyə onlara məlum olmayan nə isə başqa bir şey də məlummuş…
FÖVQALADƏ VƏZİYYƏT VƏ…
Yaşar baş verəcəklərin sadəcə bu qədərini yuxularında görə bilmişdi. Həmin gün onun görə bilmədiyi bəzi digər hadisələr də baş verdi ki, Yaşardan fərqli olaraq həm Orxan, həm də Talıb onların birbaşa şahidi və iştirakçısı oldular. Özü də gəncəli Nostradamus kimi yuxuda yox, gerçək həyatda…
Bakı qaynar bir qazana çevrilmişdi. Şəhərdə Heydər Əliyevin bircə dənə də uçurulmamış və təhqir edilməmiş heykəli qalmamışdı. Coşmuş kütlə vurub-dağıtmaq üçün nə isə başqa bir şey axtarırdı. Elə bu an haradansa peyda olan ayrı-ayrı təxribatçılar qızmış kütləni YAP-çıların üzərinə yönətməyə nail oldular. Bir saatdan sonra YAP-ın Bakdakı bütün qərargah və ofisləri hücuma məruz qalmışdı.
Azərbaycandakı hadisələr tədricən Ermənistandakı ssenari üzrə inkişaf etməyə başlayırdı. Orada yerli ermənilər gəlmə qarabağlılara qarşı kütləvi zorakılığa baş vurmaqda idilər. Çünki onlar Qarabağ mafiyasının zülmündən zinhara gəlmişdilər. Nəticədə hər şey vətəndaş müharibəsi ilə nəticələnmiş və ermənilər bir-birilərini ağlasığmaz amanszlıqla qırmağa başlamışdılar. Orada artıq bir aydan çox idi ki, vətəndaş müharibəsi davam edirdi.
Azərbaycan da bənzər təhlükə ilə üzləşmək ərəfəsində idi. Amma üzləşmədi, çünki Qərbi Azərbaycan mafiyasının orduya nəzarəti ələ keçirmək planı Səfər Əbiyevə qarşı hazrlanan sui-qəsd cəhdinin boşa çıxması ilə iflasa uğramışdı. Əgər iflasa uğramasaydı, Oqtay Əsədovun onun hakimiyyətini qəbul etmək arzusunda olmayan Bakı sakinlərinə divan tutacağına, bütün Bakını qanda boğacağına heç bir şübhə ola bilməzdi.
Hər şey onunla bitdi ki, Səfər Əbiyev situasiyaya nəzarəti öz əlinə aldı. Bakının bütün əsas küçə və meydanlarına tanklar yeridildi. Əsgərlər bir-neçə saatın içərisində özbaşınalıq edən kütləni sakitləşdirməyə, ardınca da qeyri-qanuni silahlı dəstələri tərki-silah etməyə nail oldular. Oqtay Əsədov və Misir Mərdanov dövlət çevrilişinə cəhddə və prezidentə sui-qəsddə ittiham edilərək həbs edildilər. Oqtay Əsədovun əmri ilə qeyri-qanuni olaraq, həbsdən azad edilmiş Ramiz Mehdiyev və Əli İnsanov yenidən tutularaq cəzalarının yerdə qalan hissəsini çəkmək üçün həbsxanaya göndərildilər. ABŞ-dan Azərbaycana uçmaqda olan Rəsul Quliyev isə, bir neçə il öncə olduğu kimi, yenə də təyyarəsini yarı yoldan geri döndərməyə məcbur oldu. Onun öncə yenidən spiker, daha sonra isə Oqtay Əsədovu devirərək prezident olmaq və Azərbaycanın sərvətlərini İlham Əliyevdən daha qəddarcasına soyub-talamaq arzusu növbəti dəfə gözündə qaldı. Bir sözlə, müdafiə naziri Azərbaycanı dəhşətli bir fəlakətdən xilas etdi.
Gecə saat 24. 00-da Az.Tv ilə çıxış edən Səfər Əbiyev ölkədə fövqaladə vəziyyətin elan edildiyini diqqətə çatdırdı.
Həmin gecə gəncəli Nostradamus yeni bir yuxu gördü. Gördü ki, Milli Məclis özünü buraxmaq haqqında qərar qəbul edib. Ölkədə bütün səlahiyyətlər Müvəqqəti Keçid Hökumətinə verilib. Bu hökumətə Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Ayaz Mütəllibov, Səfər Əbiyev, Əli Kərimli, Rafiq Əliyev, Hacı İlqar İbrahimoğlu, Hafiz Paşayrv, Lalə-Şövkət Hacıyeva, Abbas Abbasov, Araz Əlizadə, Araz Ağalarov və daha 12 nəfər daxildir. Keçid hökumətinin əmri ilə Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayıb, Orxanla Talıb da könüllü olaraq cəbhəyə yollanıblar.
Növbəti gün isə Yaşar yuxuda Şuşanın və Xankəndinin işğalçılardan azad edilməsini gördü. Gördü ki, Orxanla Talıb Azərbaycan bayrağını Xankəndindəki xarabaya çevrilmiş “hökumət binası”nın üzərinə taxırlar.
Məktəbli oğlanın üçüncü yuxusunda isə müharibədəki məğlubiyyəti ilə barışmağa məcbur edilən Ermənistan dövlətinin təslimçilik aktına imza atması əks olunmuşdu. İmzalanan sənədə görə məğlub olan ölkə müharibə nəticəsində ölkəmizə dəymiş bütün maddi və mənəvi ziyanın müqabilində Zəngəzuru Azərbaycana qaytarmağa, eləcə də bu Ermənistandan vaxtilə qovulmuş bütün azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratmağa, onların tam təhlükəsizliyini təmin etməyə boyun olurdu.
Dördüncü yuxu isə bir vaxtlar kütləvi şəkildə ata-baba torpaqlarından qovulmuş Qərbi Azərbaycan sakinlərinin eyni qaydada, yəni kütləvi şəkildə öz doğma yurdlarına qaytarlması səhnələrindən ibarət idi…

Advertisements
Bu yazı Bədii Ədəbiyyat, Ədəbiyyat kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

GƏNCƏLİ NOSTRADAMUS üçün cavab

  1. Baba dedi ki:

    Özümü meydanda hiss etdim.Oxuduqdan sonra bir anlığa qələbə çalmış kimi sevindim.Amma nostradamuslar,ekstrasenslər hər tərəfə işləyir.Xüsusən güclüyə tərəf.İnqilabı isə Rusiyadan və Gürcüstanda yaşayan azərbaycanlıların Bakıya “yürüşündən” sonra baş verəcəyini düşünürəm.Və bu amilin bu və ya digər şəkildə məqalənizdə öz əksini tapması gələcək reallığı tam şəkildə göstərə bilərdi.Əla.!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma