İBRƏTNAMƏ

                                                                                                            Bəxtiyar Tuncay

Bismillahirrəhmanirrəhim!
Hər işə başlarkən “bismillah”la, yəni kainatın, bütün varlıqların və insanların yaradıcısı və qoruyucusu olan uca varlığın – Rəhman və Rəhim olan Allahın adı ilə başla ki, hər bir işin uğurlu olsun. Çünki, müdriklərin söylədiyi kimi, “bismillah” hər bir uğurun açarıdır. Bu barədə Nizami Gəncvi necə də gözəl demişdir:
“Bismillahir – rəhmanir – rəhim,
Hikmət xəzinəsinə budur açar, ey həkim!
Odur fikrin əvvəli, odur kəlamın sonu,
Nə iş görsən, Tanrının adıyla başla onu.”
“Bismillah” müsəlmanların hər bir işə başlarkən söylədikləri ifadədir. Bunu söyləməkdə məqsəd Allahın mərhəmətinə sığnaraq, başlanılan işdə Onun yardımını diləməkdir. Çünki bir hədisi – şərifdə dyildiyi kimi, “ Allakın adı zikr edilmədən başlanılan bir işin sonu pis və uğursuz olar”.
Qurani – Şərifin ,“Ət – Tövbə” surəsi xaric, digər 113 ayəsi məhz bu ifadə ilə başlanr. Bundan başqa “Ən – Nəml” surəsinin 30 – cu ayəsində də işlənmişdir. Eyni zamanda, “Əl – Ənam” surəsinin 121 – ci ayəsində Allahın adı ilə kəsilməmiş heyvanların ətinin yeyilməməsi tövsiyyə olunur. Abdəst alınarkn də “bismillahla” başlamaq lazımdır. Qurani – Kərimin ilk nazil olan ayəsində belə buyurulmuşdur:
“Yaradn Rəbbinin adı ilə oxu!”
“Bismillahirrəhmanirrəhim” ifadəsində Allahın üç gözəl adı ard – arda sıralanmışdır: Allah, Rəhman və Rəhim. Bunlardan birincisi “Allah” adıdır ki, Rəbbimizin xüsusi adıdır. Bu ad cəm şəkilçisiz işlənir, yəni cəm şəkilçisi qəbul etmir. Bu ismin hər bir hərfi tək – tək atılarsa belə, yenə də Allaha işarə etməkdədir. Məsələn, ən başdakı “əlif” (a) hərfi atılarsa, o zaman kəlmə “Lillah” kimi oxunacaq ki, bunun da mənası “Allah üçün” deməkdir. Sonrakı “lam” (l) hərfi atılarsa, bu zaman kəlmə “Ləhu “ kimi oxunacaq və “Onun üçün” anlamına gələcək. İkinci “lam” (l) da götürdükdə yerdə “Huvə” qalacaq ki, bu da “O” deməkdir və bu ifadə “Allah” adının sinonimi kimi işlənir. Mənası isə “gerçək Tanrı, yüganə metləq varlıq” deməkdir.
Hər şeyin yaradıcısı olan Allah, digər varlıqlardan fərqli olaraq, yaradılmamışdır. Çünki Onun varlıq səbəbi özüdür. Allah qulluq və ibadət edilməyə, hüzurunda səcdəyə qapılmağa, təslim olunmağa layiq olan yeganə varlıqdır. Bu səbəbdən də “Allah” ismi ərəb dilində cəm şəkli olmayan və cəm şəkilçisi qəbul etməyən yeganə kəlmədir. Bu isim qarşısında baş əyiləcək tək və gerçək varlığın xüsusi adıdr.
Allah vardır və təkdir. Varlığnın saysz – hesabsız dəlilləri mövcuddur. Bunlardan bir çoxu filosof və alimlər tərəfindən ortaya qoyulmuşdur. Bunlarla yanaşı, hər bir insan özünə baxmaqla, kainatın, göyün, yerin yaradılışı barədə düşünməklə görə biləcəyi, anlayacağı çox sayda dəlil tapa bilər. Təsadüfi deyil ki, Qurani – Kərimin bir çox ayəsində yerin və göylərin yaradılmasında, gecə ilə gündüzün bir – birini təqib etməsində ağıllı kimsələr üçün dəlillər olduğu buyurulur. Eyni zamanda, Quranın “Rum” surəsinin 21-25 – ci ayələrində Allahın bizi torpaqdan yaratması, içimizdən bizləri hüzura qovuşdurmaq üçün həyat yoldaşlarımzı var etməsi, dillərimizin və rənglərimizin çeşid – çeşid olması və s. dəlil kimi göstərilməkdədir:
“Sizi torpaqdan yaratmış olması, sonra da sizin çoxalıb (yer üzünə) yayılmış insanlar olmağınz, Onun ayələrindəndir.
Onun ayələrindən biri də sizn üçün onlarla ülfətə girəsiniz deyə, özünüzdən zövcələr yaradıb aranızda sevgi və mərhəmət yaratmasıdır. Şübhəsiz ki, bunda düşünən insanlar üçün dəlillər vardır.
Göylərin və yerlərin yaradılması, dillərinizin və rənglərinizin fərqli olması da Onun ayələrindədndir. Şübhəsiz ki, bilik sahiblri üçün ibrətlər vardır.
Gecə yatmanız, gündüz isə Allahın fəzlindən (lütfündn nəsibinizi) axtarmanız da onun ayələrindəndir. Şübhəsiz ki, bunda eşidən insanlar üçün ibrətlər vardır.
Sizə qorxu və və ümid gtirən ildırımı göstərməsi, göydən su endirib ölümündn sonra onunla həyat verməsi Onun ayələrindəndir. Şübhəsiz ki, bunda anlayan insanlar üçün ibrətlər vardır.
Göyün və yerin Onun əmri ilə durması Onun ayələrindəndir. Sonra sizi bir çağırışla çağırdımı, siz dərhal (qəbirlərinizdən) çıxarsınız.”
Allahın varlığı Qurani – Kərimin “Əl – Ənam” surəsinin 74 – 79 – cu ayələrində belə diqqətə çatdırılır:
“Bir zaman İbrahim atası Azərə belə demişdi “doğrudanmı sən bütləri özünə tanrılar qəbul edirsən? Mən səni və sənin camaatın açıq – aşkar azmış görürəm”.
Beləcə, biz İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, o möhkəm inananlardan olsun.
Gecə onun üzərinə çökdükdə, o, bir ulduz gördü və : “bax, bu, mənim Rəbbimdir”, – dedi. Ulduz batdqda isə: “Mən batanları sevmirəm”.
Ayın doğduğunu gördükdə“Bu, mənim Rəbbimdir”, – dedi. Ay batdqda isə: “ Əgər Rəbbim mənə doğru yolu göstərməsə, mən yolunu azanlardan olacağam”. – dedi.
Günəşin doğulduğunu gördükdə: “bu, mənim Rəbbimdir, bu, daha böyükdür”, – dedi. O da batnca: ”Ey mənim camaatım! Mən sizin (Ona) şərik qoşduqlarnzdan uzağam. Mən bir hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim və mən müşriklərdən deyiləm””.
“Ən – Nəml” surəsinin 59 – 64 cü ayələrində buyurulur:
“De ki, Həmd olsun Allaha!” Onun seçib ucaltdığ qullarna salam olsun! Allah xeyirlidir, yoxsa onlarn Ona qoşduqları şəriklərimi? Yoxsa göyləri və yeri yaradan, sizin üçün səmadan su endirənmi? Biz o su ilə gözlər və könüllr oxşayan bağçalar bitirdik. Siz onların bir ağacını belə yetirə bilməzdiniz. Allahla yanaşı başqa bir tanrmı var? Xeyir! Onlar yan gedən bir tayfadır.
Yoxsa yeri qərargah edən, onun üzərində çaylar açan, möhkəm durmuş dağlar yaradan və iki dəniz arasında sədd quranmı? Allahla yanaşı bir tanrımı var? Xeyr! Onlarn əksəriyyəti bilmir. Yoxsa dara düşən dara düşdüyü zaman onun imdadına yetişən, bəlan yox edən və sizi yer üzünün varisləri qılanmı? Allahla yanaşı başqa bir tanrım var? Siz nə qədər də az düşünürsünüz.
Yoxsa qurunun və dənizin qaranlıqlarında siz yol göstərən və öz mərhəmətindən küləkləri öndə bir müjdəçi olaraq göndərənmi? Allahla yanaşı bir tanrımı var? Allah onların qoşduqları şəriklərdən çox ucadır.
Yoxsa ilk dəfə yaradan və sizə göydən və yerdən ruzi verənmi? Allahla yanaşı bir tanrımı var? De ki: “Əgr doğru deyirsinizsə, dəlillərinizi gətirin””.
“Əl – Ənkəbut” surəsinin 61 – ci ayəsində deyilir:
“Əgər onlardan: “Göyləri və yeri kim yaradb, günəşi və ayı kim tabe edib?” – deyə soruşsan, şübhəsiz ki, onlar: “Allah!” – deyəcəklər. Elə isə onlar necə döndərilirlər?
Eyni surənin 63 – cü ayəsində oxuyuruq:
“Əgər onlardan: “Göydən su endirib onunla ölümündən sonra torpağı canlandran kimdir?” – deyə soruşsan, şübhəsiz ki, onlar “allah!” – deyəcəklər. De ki, Allaha həmd olsun!” lakin onların əksəriyyəti ağla gəlmir.”
Bənzər fikirlər “Əl – Qəsəs” surəsinin 71 – 73 – cü, “Əl – Hədid” surəsinin 3 – cü, “Əl – Mülk” surəsinin 19 və 30 – cu ayələrində də diqqətə çatdırılır.
Dostum, bil və yadda saxla ki, Allah birdir. Ondan başqa tanrı yoxdur. Bu barədə uca Kitabımızın “Əl – Bəqərə” sursinin 163 – cü ayəsində belə buyurulmaqdadır:
“Sizin tanrınız vahid Allahdır. Ondan başqa tanrı yoxdur. O, mərhəmətlidir, rəhmlidir”.
“Ali – İmran” sursinin 2 – ci ayəsində deyilir:
“Allah! Ondan başqa tanrı yoxdur. O, əbədiyaşardır, qəyyumdur”.
Eyni surənin 6 – cı ayəsində oxuyuruq:
“Bətnlrdə sizi istədiyi kimi şəkilləndirən Odur. Ondan başqa tanrı yoxdur. O. qüdrət və hikmət sahibidir”.
Həmin surənin 18 – ci ayəsində yazılıb:
“Allah Özündn başqa Tanrı olmadığına şahiddir. Mələklərlə elm sahibləri də ədalət ölçüsünə sarılaraq şahidlik etdilər ki, qüdrəy və hikmət sahbi olan Allahdan başqa tanrı yoxdur.”
Eyni fikir “Ən – Nisa” surəsinin 87 və 171 – ci, “Əl – Ənam” surəsinin 19 və 102 – ci, “Ət – Tövbə” surəsinin 31 – ci, “Hud” surəsinin 14 – cü, “Ər – Rədd” surəsinin 16 və 30 – cu, “Ən – Nəhl” sursinin 22 və 51 – ci, “Əl – Möminin” sursinin 91 və 16 cı, “Əl – Qəssəs” surəsinin 70 və 88 – ci, “Fatir” surəsinin 3 – cü, “Əs – Səffat” surəsinin 1-5 – ci , “Sad” sursinin 65 və 66 – cı, “Əz – Zümr” surəsinn 4-6 – cı, “Əl – Mömin” surəsinin 3, 16, 62 və 65 – ci, “Zuxruf” surəsinin 84 – cü, “Duxan” surəsinin 8 – ci, “Əl – Həşr” sursinin 22 və 23 – cü, “Təğabun” surəsinin 13 – cü, “Müzəmmil” surəsinin 9 – cu və “İxlas” surəsinin 1 – ci ayəlrində də təkrarlanır.
“Əl – Ənbiya” surəsinin 22 – ci ayəsində isə belə deyilir:
“Əgər yerdə və səmada Allahdan başqa tanrılar olsaydı, o zaman onların (səmanın və yerin) ikisi də pozulub gedərdi. Ərşin sahibi olan Allah onların sifətləndirilməsindən ucadır, uzaqdır.”
Bu ayə Allahın birliyini göstərən ən güclü dəlillərdən birini ortaya qoyur. Bu dəlil aləmin nizamıdır. Ən böyük ibrət də budur. Nizami demişkən;
“Özün də kimsədən kömək almadan
Yaratdın nə gözəl, səfalı cahan.
İstidən, soyuqdan, qurudan, yaşdan
Yoğurub yaratdın gözəl bir cahan.”
ALLAH
Allah yaradan, yoxdan var edən, icad edən, varlıqlara həyat verən, öldürən, sonra təkrar dirildən, hər şeyə gücü yetən, əzəli və əbədi tək varlıqdr. Ona heç bir şey güc gələ bilməz. O, yerin, göylərin və kainatın yegan sahibi və idarəedicisidir. Qüvvəti, iradəsi, elmi sonsuz və mütləqdir. Öz mütləq iradəsiylə hər şeyə müdaxilər edir və istiqamət verir. O, maddi deyil, mənəvidir. Kainatın fövqündədir, aləmdəki varlıqlara qarışmış deyil. Elmi hər şeyi əhatə edir. Kainat və ondakı bütün varlıqlar Ona möhtacdır, O isə heç kəsə və heç nəyə möhtac deyildir. Onun izni olmadan bir yarpaq belə yerə düşməz.
Şeyx Nizami yaxşı demişdir:
“Göyləri sən qurdun, ucaltdın, Allah,
Ona yer üzünü etdin güzərgah.
Sənsən bu aləmdə bir damcı sudan,
Günəşdən işıqlı gövhər yaradan.
Gövhəri lütfünlə etdin aşikar,
Sərrafın əlinə sən verdin açar.
Daşların bağrına düzdün gövhəri,
Rənglrlə boyadın hər bir cövhəri.
Buludlar yağdırmaz, sən deməsən:”Yağ!”
Sən “Bitir!” deməsən, bitirməz torpaq.”
Allah insanlara xas nöqsan sifətlərdən uzaqdır. Yəni yeməz, içməz, yatmaz, qəflətdə olmaz. Evlənməz, doğulmamışdır, doğmamşdr. Bərabəri və bənzəri yoxdur. Allah insan ağlına sığmaz. Ağıl və duyğularla qavranmaz. Məsələn, gözlə görünmz, əllə tutulmaz. Heç bir ölcü vasitəsiylə ölçülə bilməz və məkanda, zamanda yeri tyin edilə bilməz. Ağıl və duyğularla Onun varlığnn yalnız dəlilləri, işarətləri, ayələri görülüb qavranıla bilər. Ona inanılır, ibadət edilir. Ağlımzla onu dərk edə bilsəydik, O, ağlımza sığar, belə olan halda isə laməkanlıq və sonsuzluq keyfiyytlərindən məhrum olardı. Halbuki, Allah hər şeyə hakimdir, güc və qüdrəti hər yerdə hiss edilir. Aləmin hər tərəfində hiss edilən bu qüdrət Allahın özü deyildir. O bu gücün sahibidir.
Əbülqasim Firdövsi bu barədə belə yazmışdır:
“O xaliq ki vermiş bizə əqlü can,
Onun qüdrəti vəsfə sığmaz inan.
Odur xalqa şöhrət, şərəf, şan verən,
O, rusi verəndir, o, yol göstərən.
Yeri, göyləri xəlq edən də odur,
Onun varlığından gümnəş aldı nur.
Zamanda, məkanda onu gəzmə sən,
Zamanı, məkanı odur cəm edən.
Görən olmayb xaliqi bir nəfər,
Onu dərk etməyə qılmaz təfəkkür, xəyal,
Xəyala sığzrmı məgər bu cəlal?”

Qurani – Kərimin “Qaf” surəsinin 16 – cı ayəsində bildirildiyinə görə, Allah bəndəsinə şah damarından da yaxındır:
“İnsanı biz yaratdıq və nfsinin ona nə pıçıldadığını da bilirik. Biz ona şah damarndan daha yaxınq”.
Şah damarından daha yaxın olmaq heç də maddi bir yaxınlıq demək deyildir. Bu o demkdir ki, Allah qullar ilə daim münasibətdədir. İnsanları var edən Odur. O, qullarını çox sevir, onlara şəfqət və mərhəmət göstərir, həm günahlarını bağışlayır, həm də cəzalandrır. Allah salamatlıq və hüzurun yeganə və əsil qaynağıdır. Qüsurları əfv edən, xətaları siləndir. Ona qarşı üsyan edənləri öncə xəbərdar edir, üsyanda israr edənləri cəzalandırır. Hər kəsin nə etdiyini anban bilir və vaxtı gələndə hesaba çəkir.
Şeyx Nizami demişdir:
“Ey Tanrı, dünyaya sənsən padşah,
Biz kiçik bəndəyik, sən böyük Allah.
Tək sənə sığınar hər yüksək, alçaq,
Hər varlıq yoxluqdur, sən varsan ancaq.
Yuxarı, aşağı – hər gözə çarpan
Nə varsa, onları sənsən yaradan.”
Allahı sevmək, Ondan qorxmaq, sevgisini qeyb etməkdən çəkinmək lazımdır. Onun ölçüyəgəlməz sevgisi qulları üçün sonsuz bir ümid, qorxusu msuliyyət və nizam – intizam qaynağıdır. Ağlı olanlar bundan ibrət almalıdır. Ağlı olmayanlara isə desən də, demsən də fərqi yoxdur. Söz anlamaz, öyüd – nəsihət qanmaz, ibrət almazlar. Allah onların gözlərini, qulaqlarını və qəlblərini möhürləmişdir.
ALLAHIN 99 GÖZƏL ADI VƏ ALLAHI ZİKR ETMƏK HAQQNDA
Hədisi – şəriflərdən birində Allahın 99 gözəl adı olduğu bildirilməkdə və onlar ard – arda zikr edilməkdədir. Bunlardan bir qismi Qurani – Kərimdə də yad edilir. Daha çox “Esmaül – hüsna” (gözəl adlar) adı altında tanınan bu adlar barədə uca Kitabımızın “Əl – Əraf” surəsinin 180 – ci ayəsində belə buyurulur:
“Ən gözəl adlar Allahındır. Ona onlarla dua edin. Onun adları barəsində küfr edənləri buraxın. Onlar etdiklərinin cəzasını çəkəcəklər.”
“Əl – İsra” surəsinin 110 – cu ayəsində deyilir:
“…İstər Allah deyə çağırın, istər rəhman deyə çağırın. Hansı ilə çağırsanız çağırın, ən gözəl adlar Ona məxsusdur”.
“Taha” surəsinin 8 – ci ayəsində isə oxuyuruq:
“Allahdan başqa tanrı yoxdur. Ən gözəl adlar Ona məxsusdur”.
Eyni zamanda “Əl – Həşr” surəsinin 24 – cü ayəsində bu adlardan bir qismi yad edilməkdədir:
“ O. yaradan, var edən, şəkil verən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göydə və yerdə nə varsa, hamısı Ona təriflər deyər. O, qüdrət və hikmət sahibidir”.
Allahın 99 gözəl adı bunlardır:
1. Allah;
2. Rəhman – bütün yaratdqlarına acıyan, mərhəmət edən. Canlı, cansız, insan, bitki, heyvan – bütün varlıqlara acıyaraq, onları nemətləndirən;
3. Rəhim – çox mərhəmətli. İradə sahiblərindən, ayrı – ayrı şəxslərdən və bütöv cəmiyətlərdən mərhəmətini əsairgəməyən;
Bu ilk üç ay “Ət – Tövbə” istisna olmaqla, Qurani – Kərimin bütün surələrinin başında çəkilir: “Rəhman və Rəhim olan Allahn adı ilə”. Eyni zamanda, uca kitabımızın 55 – ci surəsi ”Rəhman” adlanır.
4. Malik – kainatın sahibi v mütləq hakimi;
5. Qüddüs – xətadan, qəflətdən, acizlikdən, əskiklikdən uzaq, çox təmiz;
6. Səlam – zaman və məkanda düşünülə bilməyən, ancaq qulları üçün bəhs mövzusu olan, yaralanma, dəyişm, təsirlənmə kimi hallardan uzaq olan, heç bir hadisə və təsirlə dəyişməsi mümkün olmayan; qulların hər cür bəla və təhlükədən qurtaran, salamatlığa çıxaraq; “Ya – Sin” surəsində də qeyd edildiyi kimi, cənnətdə qullarına doğrudan – doğruya salam verən;
7. Mömin – iman və əmniyyət verən, peyğəmbərləri vasitəsiylə insanları imana qovuşduran, qullarını görünən – görünməyən, maddi – mənəvi hər cür bəla və şərdən qurtarıb güvənliyə çıxaran, aman diləyib, Ona sığınanları cəzalandırmağa tələsməyən;
8. Mühəymin – keşikçi və qoruyucu, güvənilinən;
9. Əziz – İzzət, yəni qüvvət və qələbə sahibi, məğlub edilməsi mümkün olmaya, hər qüvvədən üstün, bu gücündən müəyyən ölçüdə istifadə edərək cəzalandımaqdan çəkinməyən.
10. Cəbbar – təhrifləri düzəldən, əskikləri tamamlayan, parçaları bütünləşdirən və istədiyini zorla etdirməyə gücü yetən;
11. Mütəkəbbir – hər şeydə, hər hadisədə, hər şəraitdə böyüklüyünü göstərən;
12. Xaliq – yaradan, vardan yox edən;
13. Bari – bütün kainatı və kainatdakı hər şeyi tək – tək və bir bütöv halında harmonik, ahəngli, bir – birini tamamlayan şəkildə yaradan, nizam qoyan;
14. Müsəvvir – təsvir edən, hər şeyə bir şəkil, surət və özünə xas xüsusiyyətlr verən, beləvə əşyalar insanlar üçün bir – birindən ayırd edilə biləcək hala salan;
15. Ğəffar – əfv etməsi. Bağışlaması çox olan və bu sbəbdən dəqullarının günahını örtən;
16. Qəhhar – qəhr edici, istədiyi xor və həqir edə, istərsə məhv və həlak edə bilən;
17. vəhhab – hər ksə möhtac olduğu şeyi verən, qarşılıq istmədən çox – çox bağışlayan;
18. Rəzzaq – maddi və mənəvi – hər cür ruzini yaradan və verən;
19. Fəttah – bütün qapları, qapalı olanları, xeyir və bərəkət yollarnı açan və çətinlikləri asanlaşdıran;
20. Alim – olmuş, olacaq, açıq, gizli hər şeyi eyni asanlıqla və bütün açıqlığı ilə çox yaxşı bilən;
21. Qəəbiz – sıxan, daraldan, istərsə canı, malı, verdiyi hər cür neməti azaldan və ya bütünlüklə alan;
22. Bəsit – açan, genişləndirən;
23. Həfid – yuxarıdan aşağı endirən, alçaldan;
24. Rəfi – yuxarı qaldıran, yüksəldən, ucaldan;
25. Muizz – şərəfli. Izzətli, heysiyyətli edən, şərəfləndirən;
26. Müzill – zillətə salan, alçaldan, xor və həqir edən;
27. Səmi – çox yaxşı eşidən, eşidilən hər şeyi tək – tək və birdən eşidən;
28. Bəsir – görülə bilən hər şeyi – açığı və gizlini görən;
29. Hakim – hökm edən, hökm verən və hökmünü yerinə yetirn, haqlnı haqsızdan ayran, cəza və mükafat ədalətlə verən;
30. Ədl – çox ədalətli;
31. Lətif – ən incə işləri, bütün işlərin incəliklərini biln və qullarına anlaya biləcəkləri və bilməyəcəkləri yardımlar edən, biliklr və faydalar verən;
32. Xəbir – açıq, gizli, görülən, görünməyən hər şeydən ən incə nöqtəsinə qədər xəbərdar olan;
33. Həlim – hilm, yumşaqlıq və şəfqətli davranış sahibi, hər şeyi annda etməyə gücü çatdığı halda cəza verməyə tələsməyən, qullarına əfv və peşimanlıq üçün zaman verən;
34. Əzim – çox əzəmətli, bərabərsiz və bənzərsiz dərəcədə böyük;
35. Qafur – bağışlaması çox olan, qullarının ayb və qüsurlarını örtən;
36. Şəkur – yaxşılıqların əvəzini daha çox yaxşılıqla ödəyən, qullarından faydal işlər görən və Ona şükür edənləri artıqlaması ilə mükafatlandran;
37. Aliyy – çox uca, yüksək, Özündən daha uca və yüksək varlıq olmayan, bütün varlıqlardan müqayisə edilməyəcək səviyyədə üstün olan;
38. Kəbir – çox böyük;
39. Hafiz – olan – bitən hər şeyi bütün ayrıntılar ilə hifz edən, hər şeyi müyyən bir dövrə qədər fəlakət və bəlalardan qoruyan;
40. Müqid – bütün yaradılmışların qidasın, ruzisini təmin edən;
41. Hasib – hər kəsin bütün həyatı boyu etdiklərinin hesabını ən incə nöqtələrinə qədər bilən, hesaba çəkən;
42. Cəlil – böyüklük, ululuq sahibi, zatı və sifətləri ilə böyük olan;
43. Kərim – kərəmli, comərd, gücü yetsə də bağışlayan, əfv edən, vəd verdikdə vədini yeinə yetirən, kimsəsizləri, gücsü və möhtacları qoruyan və himayə edən;
44. Rəqib – nəzarət və təftiş edən;
45. Mücib – Ona yalvaranların yalvarışlarnı boş buraxmayan, qaşılıqsız qoymayan;
46. Vəsi – neməti, qüdrəti, mərhəməti və bütün sifətləri sonsuzluq qədər geniş və tükənməz olan;
47. Həkim – hikmət sahibi;
48. Vədud – yaxşı qullarını sevən və sevilməyə və dost olmağa ən layiqli olan;
49. Məcid – Şanı, şərəfi və qüdrəti yüksək olan;
50. Bais – Öldükdən sonra dirildib, ayağa qaldıran;
51. Şəhid – hər şeyə şahid olan, hər yerdə və hər an hazır və nazir olan;
52. Haqq – varlığı həqiqi, gerçək olan, yoxluq və dəyişiklik qəbul etmədən sabit qalan;
53. Vəkil – təvəkül edilən;
54. Qəviyy – əksiksiz tam qüdrət sahibi;
55. Mətin – sabit, dayanıqlı, çox sağlam, heç bir işdən çətinlik çəkməyən;
56. Vəliyy – sevdiyi qullarının dostu;
57. Həmid – həmd və səna olunmağa, öyülməyə, alqışlanmağa, triflənməyə yeganə layiq varlq;
58. Mühsi – sonsuz da olsa, hər şeyin sayını bilən;
59. Mübdi – yaratdqlarını nümunəyə ehtiyac duymadan yxdan var edən;
60. Muid – yaratdqlarını öldürürüb yox etdikdən sonra yenidən dirildən;
61. Mühiyy – can verən, sağlamlıq bəxş edən;
62. Mömit – canlılar üçün ölümü yaradan;
63. Həyy – hər zaman diri olan, həyatn sahibi və qaynağı;
64. Qəyyum – göyləri, yeri və hər şeyi ayaqda tutan, onların varlığn sürdürməsi üçün lazım olan hər şeyi verən;
65. Vəcid – istədiyini, istədiyi anda tapan;
66. Macid – şanı, qədir – qiyməti böyük, bağışı və comrdliyi sonsuz olan;
67. Vahid – tək, zatnıda, sifətlərində, işlərində, hökmlərində şəriki, bənzəri və bərabəri olmayan;
68. Səməd – Ehtiyac sahiblərinin ehtiyaclarını ödəyə bilməsi üçün müraciətlərini qarşılayan, onların ehtiyaclarını ödəyən, özününsə heç nəyə ehtiyacı olmayan;
69. Qadir – istədiyini istədiyi kimi yaratmağa gücü, qüdrəti çatan;
70. Müqtədir – qüvvət və qüdrəti bütün qüvvə və qüdrətlrdən daha üstün olan;
71. Müqəddim – İstədiyini istədiyi şəkildə önə çəxaran, ucaldıb yüksəldən;
72. Müəhhir – istədiyini istədiyi şəkildə önləyən, alcaldan;
73. Əvvəl – ilk, hər şeydən əvvəl olan;
74. Axır – son, varlığnın sonu olmayan;
75. Zahir – görünən, aşkar olan, varlığı və qüdrəti yaratdığı hər şeydən hiss edilən;
76. Batin – gizli, əsərlərində izləri görünsə də özü görünməyən, ağılla və hisslrl qavranılması mümkün olmayan;
77. Vali – bütün kainat və bütün işləri təkbaşına idarə edən;
78. Mütəali – çox – çox uca, ağıl və hisslərin duya bilcəyi və bilməyəcəyi hər şeydən üstün olan;
79. Bərr – qulları üçün daim asanlıq və rahatlıq istəyən, ikramı, yaxşılığı tükənməyən;
80. Təvvab – tövbələri qəbul edib, günahları bağışlayan;
81. Müntəqim – intiqam sahibi, cəzaya layiq olanlar cəzalandıan;
82. Əfuvv – əfv edən, əfvi böyük olan;
83. Rauf – mərhəməti, rəhmi, yaxşılığı, ikramı bitib – tükənməyən;
84. Malikül – Mülk – mülkün əbədi və gerçək sahibi;
85. Zül – Cəlali vəl – İkram –ululuq və ikram sahibi, həm böyük, həm comərd və fəzilətli;
86. Müqsid – doğru və dürüst hərəkət edn, hədəfdən yayınmayan, bütün işləri yerli – yerində olan;
87. Cami – istədiklərini istədikləri anda və istədikləri yerdə toplayan;
88. Ğəniyy – çox zəngin və hər cür istək və ehyiyacdan kənar;
89. Müğni – istədiyini zəngin edən;
90. Mani – istəmədiyi şeylərin olmasına imkan verməyən;
91. Darr – ələm və kədər verici şeyləri yaradan;
92. Nəfi – xeyir və mənfəət verən şeyləri yaradan;
93. Nur – aləmləri nurlandıran, istədiyi üzləri və qəlbləri nurlandıran, mütləq nur olan;
94. Hadi – hidayət yaradan və edən;
95. Bədi – nümunə, örnək, misal olmadan heyrtverici və heyran edici aləmlər və varlıqlar yaradan;
96. Baqi – varlığının sonu olmayan;
97. Varis – sərvətlərin həqiqi sahibi, yaratdığı hər şeyin yeganə və mütləq varisi;
98. Rəşid – heç bir işi boş və daydasız olmayan;
99. Sabur – çox səbirli.
Bu adlarda, şübhəsiz ki, ağıl sahibləri üçün böyük ibrətlər vardır.
Əziz dost, bil və agah ol ki, Əbu Hüreyranın nəql etdiyi bir hədisi – şərifdən sevimli Peyğəmbərimizin (s) bu barədə aşağıdakılarını söylədiyi məlumdur:
“Şübhəsiz ki, Allahın 99 adı vardır. Kim bunları zikr edərsə, cənnətə girər”
Həm bu hədisdən, həm də “Əl – Əraf” surəsinin 180 – ci ayəsindən aydın olduğu kimi, Allaha bu adlarla dua etmək çox faydalıdır. Odur ki, içində Allahın 99 gözəl adının zikr edildiyi Mücir duası qəbilindən olan duaların misli – bərabəri yoxdur.
Allahı hər zaman zikr etmək lazımdır. Bu barədə uca Kitabımızın “Ali – İmran” surəsinin 190 – 191 – ci ayələrində belə buyurulur:
“Bu bir həqiqətdir ki, göylərin və yerin yaradılışında, gecə il gündüzün bir – birinin ardınca gəlişində ağıl sahiblri üçün açıq – aydın ayələr vardır. O kəslər üçün ki, onlar ayaq üstdə olanda da, oturanda da, böyürləri üstündə uzananda da Allah zikr edir, göylərin və yerin yaradılışı barədə dərin – dərin düşünərək deyirlər: “Ey Rəbbimiz, Sn bunları boş yerə yaratmadın. Şənin ucadr Sənin! Bizi atəş əzabından qoru!”
“Əl – Əraf” surəsinin 205 – ci ayəsində deyilir:
“Səhər – axşam yalvarb ürpərərək, səsini qaldırmadan Rbbini zikr et və qafillrdən olma”.
“Əl – Əhzab” surəsinin 41 – 42 – ci ayəsində Allah – Təala buyurur:
“Ey iman edənlər! Allahı tez – tez zikr edin və səhər – axşam Ona təriflər deyin!”
Zikrin son hədəfi Alah heç vaxt unutmamaq, daxilini Allah imanı, Allah sevgisi və Allah qorxusu ilə doldurmaqdır. Allahı zikr edərkən, Onun gözəl adlarını yad etməkdən başqa aşağıdak sözləri də söyləmək olar: “Sübhənallahi vəlhəmdüllahi və la ilahə illəlahu vallahu əkbər”, “La hövlə vəla qüvvətə illa billahi aliyyil əzim”, “La ilah illəllah”, “Allahu əkbər”, “Bismillahirrəhmanirrəhim”, “Allahu əkbər”, “Allahu əkbər Allahu əkbər, la ilahə illəllahu vallahu əkbr, Allahu əkbər və lillahi həmd”, “Ya Allah” və s.
Allahı zikr etmək üçün sadcə Onun adını çəkmək belə yetərlidir. “Əl – İsra” sursinin 44 – cü, “Əl – Həcc” surəsinin 18 – ci , “Ən – Nur” surəsinn 41 – ci ayələrindən göründüyü kimi, təkcə imanlı insanlar deyil, canlı və cansız hər şey və hər kəs istər – istəmz Onu təzsbih və zikr etməkdədirlər.
ALLAHA SƏCDƏ ETMƏYİN FƏZİLƏTLƏRİ HAQQINDA

Nəfsə qalib gələrək, səmimi şəkildə baş əymək anlamna gələn “səcdə” kəlməsi dini termin kimi namaz vaxtı alnın yerə qoyulması mənasında işlnir ki, bu da namazın vacib tərkib hissələrindən biridir. Səcdə nəfsi boğaraq Allaha səmimiyyətlə təslim olmağn kulminasiya nöqtəsi hesab edilir. Bu baxımdan səcdənin mahiyyətində Allaha ibadət etmək, Ona tapınmaq durur.
Lakin Qurani – Kərimdə Həzrət Adəmə (ə) və Həzrt Yusifə (ə) də səcdə edildiyi barədə məlumatlara rast gəlirik ki, ilahiyyatçı alimlərin fikrincə, bu halda əslində söhbət onların hüzurunda Allaha səcdə edilməsindən gedir.
Uca Kitabımızda yazılanlardan belə məlum olur ki, canlı və cansız – bütün varlqlar Allaha səcdə edirlər. Məsələn, “Ər – Rəd” surəsinin 15 – ci ayəsində bildirilir:
“Göylərdə və yer üzündə kim varsa, kölgələri ilə birlikdə istər – istəməz səhər – axşam Allaha səcdə edərlər”.
“Ən – Nəhl” surəsinin 49 – cu ayəsində oxuyuruq:
“Göylərdə və yerdə olan canlılar və bütün mələklər təkbbür göstərmədən Allaha səcdə edərlər”.
“Həcc” surəsinin 18 – ci ayəsində yazılıb:
“Məgər sən göylərdə və yerdə olanların: günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanlardan bir çoxunun Allaha səcdə etdiklərini görmürsənmi? Bir çoxunun da üzərinə əzab haqq olmuşdur. Allahın alçaq qıldığını heç kəs yüksəldə bilməz. Şübhəsiz ki, Allah istədiyini edər”.
“Ər – Rəhman” surəsinin 6 – cı ayəsində isə buyurulur:
“Otlar da, ağaclar da səcdə edir”.
Yuxarıdakı ayələrdən də göründüyü kimi, insanlardan başqa bütün varlıqlar istər – istəməz, yəni qeyri – ixtiyari olaraq, Allaha səcdə edirlər. İnsanların isə səcdə edib – etməmələri öz ixtiyarlarına buraxılmışdır. İblisə gəlincə isə, o, Həzrət Adəmin (ə) simasında Allaha səcdə etdiyindən əbədi olaraq lənətlənmiş, cənnətdən qovulmuş, bu üzdən də insana düşmən kəsilmişdir:
“O zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə, onlar dəhal səcdə etdilər, təkcə İblisdən başqa. O, üz çevirdi, təkəbbür göstərərək imtina etdi və kafirlərdən oldu” (“Hud” surəsi, 34 – cü ayə).
Qurani Kərimdə iki surəyə səcdə surəsi deyilir. Bunlardan birincisi “Əs – Səcdə” adlanan 32 – ci surəsidir. İkincisi isə qarışıqlıq yaranmasın deyə “Füssulət” adlandırılan 41 – ci surədir.
“Əs – Səcdə” surəsinin 15 – ci ayəsndə buyurulur:
“Bizim ayələrimizə o kəslər inanırlar ki, onlarla özlərinə öyüd – nəsihət verildiyi zaman səcdəyə qapanarlar və təkəbbürlənməyərək öz rəbbinə tərif deyərlr”.
“Füssulət” surəsinin 37 – ci ayəsində isə buyurulur:
“Gecə və gündüz, günəş v ay Onun ayələrindəndir. Günəşə və aya səcdə etməyin! Onları yaradan Allaha səcdə edin, əgr siz Ona qulluq edirsinizsə”.
SƏCDƏ
Qurani – Şərifin 14 müxtəlif ayəsində 14 müxtəlif ayə səcdə ayələri kimi tanınr. Bu ayələr oxunduğu zaman oxuyanın və dinləyənin səcdə etməsi vacibdir. Bu zaman edilən həmin vacib scdəyə “tilavət səcdəsi” deyilir. Tilavət səcdəsi alnı bir dfə yerə qoymaqdan ibarətdir. Bunu edərkən “Allahu Əkbər” deyərək təkbir gətirmək və səcdədə üç dəfə “Sübhanə Rəbbiyəl -əla” deyərək uca Tanrını təsbeh etmək lazımdır.
Səcdə ayələrindən yeddisini yuxarıda diqqətinə çatdırdım. Digər yeddi ayə isə bunlardır:
“Sənin Rəbbinin qatında olanlar Ona qulluq etmkdə təkəbbür göstərməzlər, şəninə təriflər deyər və ancaq Ona səcdə edərlər” (“Əl – Əraf” surəsi, 206 – cı ayə).
“Onlar başları üzərində olan Allahdan qorxarlar və onlara nə əmr olunarsa onu edərlər (səcdəyə qapanarlar)” (“Ən – Nhl” surəsi 50 – ci ayə. Özündən əvvəlki ayə ilə birlikdə scdə ayələrindəndir).
“…İstər ona inanın, istər inanmayın; o (Quran), özlərinə daha öncə bilik verilmiş kəslərə oxunanda onlar çənələri üstə səcdəyə qapanarlar” (“Əl – İsra” surəsi, 107 – ci ayəsi).
“Bax bunlar Adəmin nəslindən, Nuhla birlikdə daşdqlarımızın kəslərin, İbrahimin, İsrailin və doğru yola yönəldib seçdiklərimizin nəslindən olub Allahın özlrinə nemət lütf etdiyi peyğəmbərlərdəndir. Rəhmanın ayələri özlrinə oxunduğu zaman onlar ağlaya – ağlaya səcdəyə qapanırdılar” (“Məryəm” surəsi, 58 – ci ayəsi)
“Onlara: “Rəhmana səcdə edin!” – dedikdə, onlar: “Rəhman da nədir? Biz heç sənin əmr etdiyinə səcdə edərəkmi?” – dedilər. Bu, onları (haqdan) daha da uzaqlaşdırdı” (“Furqan” surəsi, 60 – cı ayə).
“(Şeytan belə etmişdir ki,) onlar göylərdə və yerdə olan sirri aşkar edən və nəyi açıqladığınız bilən Allaha səcdə etməsinlər” (“Ən – Nəml” surəsi, 25 – ci ayə).
“… Sonra Davud özünü imtahana çəkdiyinizi anladı və dərhal Rəbbindən bağışlanmasını dilədi, rükü edərək səcdəyə qapandı və Allaha yönəldi” (“Sad” surəsi, 24 – cü ayə).
“Artıq Allaha səcdə edin, qulluq edin” (“Ən – Nəcm” surəsi, 62 – ci ayə).
“…(Nadanlar) Quran oxunduğu zaman səcdə etmirlər” (“İnşiqaq” surəsi, 21 – ci ayə).
“…(Allaha) səcdə et və (Ona) yaxınlaş!” (Əl – Ələq” surəsi, 19 – cu ayə).
Bu ayələrdən ilk nazil olanı “Ən – Nəcm” surəsinin 62 – ci ayəsidir. İbni Abbasdan dövrümüzədək ibratəmiz bir hədisi – şərif çatmışdır. Həmin hədisdə deyiləndən belə məlum olur ki, sevimli Peyğəmbərimiz (S) səcdəyə qapılanda müsəlmanlar cinlər və hətta müşriklər də onunla birlikdə səcdə edərdilər.
Əgər namaz möminin meracıdırsa, səcdə onun ən yüksək nöqtəsi, qulun Allahna ən yaxın olduğu andır. Bu üzdən də onun fayda və fəzilətlərini saymaqla qurtarmaz.
ALLAHA EDİLƏN DUALAR VƏ ONLARIN FAYDALARI BARƏDƏ
“Dua” kəlməsi dəvət, çağrış, yardm istəmək, yalvarmaq kimi mənalar daşıyır. Bu kəlmənin əsas mənası isə Allaha yalvarmaq, Ondan istəmək, diləmək, niyaz etməkdir.
Allah – Təala Qurani – Şərifdə dua etməyi tövsiyyə etməkdə, yalnz Ona dua etmək lazım olduğunu bildirməkdə və duaların qarşılıqsız qalmayacağını söyləməkdədir. Bu barədə uca Kitabımızın “Əl – Bəqərə” surəsinin 186 – cı ayəsində belə buyurulur:
“(Ya Məhəmməd!) Qullarım Məni səndən soruşduqda, Mən çox yaxındayam, dua edib Məni çağırana cavab verərəm. Qoy onlar da Mənim dəvətimə uysunlar və Mənə iman etsinlər ki, bəlkə doğru yolu taparlar”.
Sevimli Peyğəmbərimiz (s) də dua etməyi məsləhət görmüşdür. Hədisi – şəriflərdən birində deyilir:
“Dua möminin silahıdır, dinin dirəyidir, göylərin və yerin nurudur”.
Başqa bir hədisdə isə bel deyilir:
“Dua ibadətdir”.
Dua edən şəxs Allahın hüzurunda olduğunu, Onun qarşsnda nə qədər aciz olduğunu bilməli, Onun yardımna möhtac olduğunu dərk etməlidir. Dua edən adam özünün çarəsizliyini anlayaraq dua etməlidir. Yalnız bu halda o, ürəyini səmimiyətlə Allaha aça və bütün səmimiyyətini ortaya qoya bilər. Dua qəlbin Allahın hüzurunda kövrəlməsi və ağlamasıdır. Göz yaşıyla müşayiət olunan dua səmimiyyətin ifadəsi, çarəsizliyin tam dərk edilməsidir.
Dua ilə Allahdan istənilən şey Onun yardm və rəhmətidir. Bu zaman dodaqlarda səslənən sözlərin qəlbdən gəlmsi vacibdir, belə olmasa, duanın qəbul ediləcəyinə ümid çox azdır, şübhəlidir. Ilahiyyatçı alimlrin fikrincə, qəlbdən gəlməyən duanın faydası yoxdur. Dua insanı Allaha yaxınlaşdıran ən önəmli vasitəlrdən biridir. Bu zaman qul təhsil, tərbiyə və irsi yolla əldə etmiş olduğu zehni səviyyəsinin fövqünə qalxır, Allahla yaxınlıqdan duyduğu saf və xoş hisslər hər halından bəlli olur.
Ərəb dilində namaza “salat” deyilir ki, bu da dua anlamını verir.
PEYĞƏMBƏRLƏR VƏ PEYĞƏMBƏRLİK HAQQINDA
——————————————————————————————–
Peyğəmbərlər Allahın elçiləridir. “Peyğəmbər” sözünün mənası da “Allahdan xəbər gətirən” deməkdir. Bu kəlmə farscadır və ərəb dilindəki “nəbi” (xəbər gətirən) və “rəsul” (elçi) kəlmələrinin qarşılığdır. Ərəb dilində bu mənanı ifadə edən iki ayr kəlmənin olması peyğəmbərlərin funksiyaları arasındakı cüzi fərqdən qaynaqlanır. Belə ki, bütün peyğəmbərlərin hamısı eyni zamanda nəbi, yəni xəbər gətirən olsalar da, onlardan yalnız bəziləri rəsul, yəni elçidirlər. “Rəsul” o peyğəmbərlərə deyilir ki, Allahdan onlara kitab və ya bir neçə səhifə nazil olmuşdur.
Qurani – Kərimin “Yunus” surəsinin 47 ci ayəsində hər ümmətə, (qövmə, millətə) bir peyğəmbər göndərildiyi bildirilməkdədir:
“Hər bir ümmətin bir peyğəmbəri vardır. Onların peyğəmbərləri gəldiyi zaman aralarında ədalətl hökm verilər və onlara əsla zülm edilməz”.
Göndərilmiş peyğəmbərlərin sayı dəqiq məlum deyildir. Saylarınn yüzminlrcə olduğu barədə rəvayət var. Başqa bir rəvayətdə isə saylarının 124 min olduğu bildirilir. Qurani – Kərimdə onlardan yalnız 25 – nin adı çəkilir: Həzrət Adəm (ə), Həzrət İdris (ə), Həzrət Nuh (ə), Həzrət Hud (ə), Həzrət Saleh (ə), Həzrət İbrahim (ə), Həzrət Lut (ə), Həzrət İsmayıl (ə), Həzrət İshaq (ə), Həzrət Yaqub (ə), Həzrət Yusif (ə), Həzrət Əyyub (ə), Həzrət Şüeyb (ə), Həzrət Musa (ə), Həzrət Harun (ə), Həzrət Davud (ə), Həzrət Süleyman (ə), Həzrət İlyas (ə), Həzrət Əlyəsa (s), Həzrət Zülkifl (ə), Həzrət yunus (ə), Həzrət Zəkriyyə (ə), Həzrət Yəhya (ə), Həzrət İsa (ə), Həzrət Məhəmməd (s).
Hədisi – şəriflərdə daha dörd peyğəmbərin də adı çkilir. Bunlar Həzrət Şit (ə), Həzrət Yuşa (ə), Həzrət Hənzələ (ə) və Həzrət Xızırdır (ə).
Qurani Kərimin “Ən – Nisa “ surəsinin 164 cü aysində deyilir:
“Göndərdiyimiz peyğəmbərlərin bzilrinin adını bundan əvvəl bəyan etdik, El peyğəmbərlər də var ki, onlarn adlarını bildirmədik…”
Sevimli Peyğəmbərimiz bir hədisində çox sayda peyğəmbərlərdən yalnız 315 – nin rəsul olduğunu söyləmişdir (İbni Hənbəl, V/266).
Peyğəmbərlərə iman aməntünün, yəni İslam İmanının 6 şərtindən biridir. Bu üzdən də bütün peyğəmbərlərə bir yerdə və Quranda adları çəkilənlərə tək – tək inanmaq (Allahın peyğəmbəri olduqlarını qəbul və təsdiq etmək və adlarını hörmətlə yad etmək) lazımdır. Peyğəmbərlərdən bir qisminə inanmaq, digər qisminə inanmamaq İslam dini baxımından küfrdür.
Peyğmbərlər Allahın seçdiyi və boyunlarına yüksək vəzifə qoyduğu seçkin insanlardır. İnsan səy etməklə, çalışmaqla istənilən vəzifəyə yüksələ bilər, amma peyğəmbər ola bilməz, çünki peyğəmbərlik bəşəri bir vəzifə və sift deyil, ən yüksək Allah vergisidir. Kimlərin nə zaman peyğəmbər olacağına qərar verən, münasib vaxtda stədiyi ölkə və xalqa göndərən Allahdır.
Peyğəmbərlər də hamımız kimi insandırlar və bu baxımdan digər insanlardan heç bir fərqləri yoxdur. Yəni onlar da bizim kimi yemək yeyir, içir, yatır, evlənir, övlad sahibi olur, xəstələnir, qocalır və ölürlər. Hətta içlərində öldürülənlər də az olmamışdır. Bu onlar üçün qüsur və ya əskiklik deyildir. Əksinə, onlar seçilmişlər və başqalarna örnək insanlardır. Allahın ən sevimli və yüksək qullarıdırlar. Heç bir əxlaqi qüsurları da yoxdur. Yalançılıq, ikiüzlülük, həsəd, paxıllıq, qısqanclıq, tamah, mal və mövqe düşkünlüyü, oğruluq, xainlik kimi sifətlər onlara yaddır.
Bil və agah ol ki, peyğəmbərlərin şər damarları kəsilmişdir. Onlar əməlisaleh kimsələrdir. Yüksək əxlaq sahibidirlər. Bu barədə Qurani – Kərimin “Əl – Ənam” surəsinin 85 – ci ayəsində buyurulmaqdadır:
“…Onların hamısı əməlisaleh insanlar idi”.
“Qələm” surəsinin 4 – cü ayəsində isə deylir:
“(Ya Mhəmməd!)…Sən həqiqətən böyük əxlaq sahibisən”.
Peyğəmbərlər peyğəmbər olmamışdan da əvvəl məlisaleh insanlar olmuş və mənfi keyfiyyətlərdən uzaq olmuşlar. Onların “oldu” dedikləri olmuşdur və “olacaq” dedikləri də mütləq olacaqdır. Ağlı və zəkası ilə də digərlərindən fəralənn bu seçgin insanlar mənsub olduqları xalqların pis adət – ənənələrinə uymamış, bütlərə tapnmamışlar. Həminşə bu kimi hallara qarşı mübarizə aparmışlar.
PEYĞƏMBƏRLİYİN ƏSAS ƏLAMƏTLƏRİ OLAN VƏHY VƏ MÖCÜZƏ HAQQINDA
******************************************************
Bütün peyğəmbərlərin əsas vəzifəsi aməntünü, yəni dinin iman şərtlərini, ilk növbədə də tövhid ideyasını təbliğ etməkdir. Peyğəmbərliyin əsas əlamətlrindən biri vəhylərə müxatib olmaq və möcüzlər göstərməkdir.
Vəhy Allahn dilədiyi şeyləri peyğəmbərlərinə yuxu, ilham, kitab, mələk göndərmək kimi yollarla bildirməsidir. Peyğəmbər onlara bildirilənlərin Allahın vəyhi olduğunu özlrinə məlum olan bir sıra əlamətlr, dəlillər, və möcüzələr sayəsində dəqiqliklə bilir, vəhy yolu ilə gələn zəruri ilahi elmi öyrənirlər.
“Vəhy” kəlməsinin ərəb dilindəki mənası “kəlam”, “kitab”, “yaxı yazmaq”, “elçi göndərmək”, “ilham”, “bildirmək”, “əmr”, “işarə”, “bir şeyi gizlicə bildirmk”, “bəzi xüsusi mətləbləri eşitdirmək” və s. anlamlara gəlir. Kəlmənin dindən kənar anlamına gəlincə, onu “sürətlə ilham etmək”, ani, sürətli təlqin” kimi başa düşmək mümkündür. Dini termin kimi isə bu termin “Allah tərəfindən peyğəmbərlərə göndərilən xəbər” anlamında işlənir. Lakin Quranda yazılanlardan bel aydın olur ki, vəyhin müxatibi sadəcə peyğəmbərlər və hətta sadəcə insanlar deyil. Məsələn, bal arısı, yer və göy, mələk və şeytan da vəyhə müxatibdirlər. Məsələn, “Ən Nəhl” surəsinin 68 – 69-cu ayələrində oxuyuruq:
“Sənin Rəbbin (bal) arısına belə vəhy etdi: “Dağlarda özünə evlər qur, ağaclarda da, (insanların) qurduqları çadırlarda da… Sonra bütün meyvələrdən ye və Rəbbinin göstərdiyi yolla itaətlə get!”Onların qarınlarından müxtəlif rəngli içki (bal) çıxr ki, onda insanlar üçün şəfa vardır. Şübhəsiz ki, düşünən insanlar üçün bunda ibrətlər vardır.”
“Füssulət” surəsinin 11 – 12 – ci ayələrində isə deyilir:
“Sonra O, duman halındakı səmaya yönəldi. Ona və yerə belə vəhy etdi: “İstəyərək və ya istəməyərək gəlin!” ikisi də: “Biz istəyərək gəlirik” – dedilər. O, iki gün içində onu yeddi göy halına gətirdi və hər göyə onun işini vəhy etdi…”
“Əl – Ənfal” surəsinin 12 – ci ayəsində buyurulur:
“Xatırla ki, sənin Rəbbin mələklərə belə vəhy edirdi: “Mən sizinləyəm. İman olanları möhkmləndirin! Mn inkar edənlərin ürəyinə qorxu salacağam. Onlarn boyunlarna vurun, bütün barmaqlarına vurun!””
“Ən – Nəcm” surəsinin 1 – 10 – cu ayələrində isə Həzrət Cəbrayıl vasitəsilə Həzrət Məhəmmədə (s) edilən vəhydən söz açılır və deyilir:
“Batdığı zaman ulduza and olsun ki, sizin yoldaşınız (Məhəmməd) nə yoldan çıxmış, nə də azmışdır. O, öz istəyi ilə danışmır. Bu (bildikləri), vəhydən başqa bir şey deyildir. Bunu ona çox güclü olan (Cəbrayıl) öyrətdi, üstün yaradılşlı, qüvvət sahibi budur… O, ən yüksək üfüqdə idi. Sonra yaxınlaşdı və endi. (Aralarındak msafə) iki ox qədər və ya daha yaxın oldu. Bax, beləcə (Allah) vəhy etdi öz quluna verdiyini.”
Şeytanlar da vəhy edərlər. Ona uymamaq lazımdr. Çünki İblisin məqsədi, pisi yaxşı, yaxşını isə pis kimi göstərmək və bu yolla insanları haqq yoldan sapdırmaqdır. “Əl Ənam” surəsinin 112 və 121 – ci ayələrində “vəhy” kəlməsi şeytanın təlqini anlamında işlənmişdir. Həmin surənin 112 – ci ayəsində oxuyuruq:
“Beləcə, Bz hər bir peyğəmbər üçün insan və cin şeytanlarını düşmənlər qıldq. Onlar biri digərini aldatmaq üçün ona təmtəraqlı sözlər vəhy edirlər. Sənin Rəbbin istəsəydi, onlar bunu edə bilməzdilər. Burax onları, qoy uydurduqları iftiralarla birlikdə qalsınlar.”
Eyni surənin 121 – ci ayəsində isə bildirilir:
“…Şeytanlar öz dostlarına vəhy edirlr ki, onlar sizinlə mübahisə etsinlər. Əgər onlara itaət etsəniz, siz də müşriklərdən olarsınız.”
Bütün bu deyilənlrdən başqa uca Kitabmızda Həzrət Musanın (ə) anasının simasında ayrı – ayrı insanlara da vəhy edilə bilcəyi aydınlaşır. Ancaq bir termin kimi “vəhy” xüsusi mənada məhz peyğəmbərlərə bildirilənlərlə bağlıdır və bu barədə Allah – Təala “Əş – Şura” surəsinin 51 ci ayəsində buyurur:
“Allah insanla ancaq vəhy yolu ilə və ya pərdə arxasından danışar, yaxud da bir peyğəmbər göndərər və öz izni ilə istdiyini ona vəhy edər. O, ucadır, hikmət sahibidir”.
Vəhy dörd cür olur. Bunlardan birincisi təmiz və çin yuxudur. Həzrət İbrahimin (ə) oğlunu qurban verməsi ilə bağlı vəhy bu qəbildəndir. Eyni zamanda, peyğəmbərlərin əksəriyyəti peyğəmbərliyinin başlanğıcında vəhyi məhz bu yolla almışlar. Bu baxımdan sevimli Peyğmbərimiz (s) də istisna deyildir. O da ilk dövrlərdə vəhyi yuxusunda alırdı və bu hal, rəvayətə görə, təqribən 6 ay davam etmişdir. Deyilənə görə, o, yuxuda gördüklərini parlaq bir şəkildə xatırlayar və gördükləri də mütləq baş verərdi.
Eyni yolla alimlərin də vəhy aldıqları məlumdur. Məsələn Dmitri Mendeleyev kimyəvi elementlərin dövri sistemini yuxada görmüş və yalnız bundan sonra özünün ən böyük kşfini etmişdir.
İkinci yol ilham yolu, yəni uca Tanrının dilədiyi qulunun qəlbinə ani bir təsirlə ilham etməsidir. Vəhyin bu növü insan oyanq vəziyyətdə olanda baş verir. Arada heç bir vasitə olmur. Buna “ vəhyi – xəfi” (gizli vəhy) və ya “vəhyi – qeyri – mətluv (kəlmələr halında oxunub tələffüz edilməyən vəhy) deyilir. Peyğəmbərlər bu yolla aldıqlar informasiyan öz dilləri ilə ifadə edirlər. Bunların mənası ilahi, ifadə tərzi isə bəşəridir. Hədisi – Qüdsilər bu yolla bildirilmişlr.
Ilham yaradıcı adamlara – şairlrə, yazıçılara, rəssamlara, bəstəkarlara və digərlərinə də gəlməkdədir. Fəqət bu tip vəhylər Allahdan da, şeytandan da ola bilər.
Üçüncü yol kitab və ya “bir pərdə arxasından duyulan səslər”dir. Uca Allah peyğəmbərlərinə istədiyi kəlmələri ortada vasitəçi olmadan eşitdrir və yazılı kitab (və ya lövhə, səhifələr) halında endirir. Bu zaman Allahın Zati – Uluhyyəti görülmür. Həzrət Musaya (ə) Tur dağında gələn vəhy bu növdndir. Tövratın lövhələri də bu yolla yazılı şəkildə bir dəfəyə endirilmişdir.
Dördüncü növ vəhylər Allahın bildirmək istədiklərini vəhy mələyi Həzrət Cəbrayıl vasitəsil edilən vəhylərdir.
Vəhy mələyinin gəlişi və və vəhy gətirməsi müxtəlif formalarda olmuşdur. Buna “vəhyi – mətluv” (ilahi informasiyanın mələk tərəfindən tilavət olunduğu, oxunduğu vəhy) deyilir ki, bu hal da məna da, ifadə tərzi də Allaha aiddir.
Peyğəmbərliyin ikinci mühüm əlaməti möcüzədir. Ərəb dilində “acz” kökündən gələn bu kəlm ilə bənzrini insann etməkdə aciz olduğu şeylər, xarüqaladə hadisələr, təbiət qanunlarına zidd olaylar nəzərdə tutulur.
Aləmdə yalnız insan gücünün fövqündə olan və məqsədli şəkildə baş verən hadisələrə möcüzə deyilir. Bu da yalnız Allahın istədiyi vaxtda və istədiyi yerdə baş verir. Artıq söylədiyim kimi, möcüzə peyğəmbərlərin peyğəmbərliyini sübut edən əlamətlərdəndir və kəramətdən fərqlənir. Kəramət Allahın vlilrə ehsan etdiyi şəxsi bir keyfiyyətdir, möcüzə deyildir. Kəlam alimlərinin yazdığına görə, möcüzə kafirlərin meydan suladığı vaxtlarda peyğəmbərlərin əlində özünün haqq peyğəmbər olduğunu və Allah tərəfindən seçildiyini sübut etmək üçün həmişə bir vasitə olmuşdur. Lakin bu, qətiyyən onların hünəri deyildir, yəni möcüzənin qaynağı peyğəmbərlər yox, bilavasitə Allahın özüdür.
Qurani – Kərimdə haqqında söhbət açılan möcüzəlrdən biri Həzrət Musanın (ə) əsası ilə bağlı möcüzədir. Bu əsa yerə atılanda əjdahaya çevrilərmiş. Təkrar ələ aldıqda yenidən əsa olarmış. Yerə vurduqda yerdən su fışqırması, dənizə vurduqda dənizin yarılması və İsrail oğullarına yol açması da uca Kitabımzda zikr edilən möcüzələrdəndir. Eyni sözləri Həzrət İsanın (ə) doğulması, körpə ikən dil açıb danışması və anasının məsumluğunu təsdiqləməsi, xəstələri sağaltması, eləcə də ölüləri diriltməsi barədə söyləyə bilərik:
“O zaman Musa əsasını yerə atdı və o (əsa), dərhal qorxunc bir ilan oldu. Əlini çıxardı və o, baxanlara ağappaq göründü” (“Əl – Əraf” surəsi, 107 – 108 – ci ayələr).
“Biz də Musaya: “Əsanı at!” – deyə vəhy etdik. Bir də gördülər ki, o (əsa), onların uydurduqlarını yalayıb uddu” (Eyni surə, 117 – ci ayə).
“…(İsa onlara belə deyəcəkdir): “Mən sizin yanınza Rəbbinizdən bir ayə (möcüzə) ilə gəldim. Mn palçqdan quşa bənzər bir şey düzəldər ona üfürərəm, o da Allahın izni ilə quş olar. Yəni Allahın izni ilə mn koru və cüzama tutulanı sağaldar və ölüləri dirildərəm… “” (“Ali – İmran” surəsi, 49 – cu ayə).
“O zaman Allah buyuracaq: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla. O vaxt səni müqəddəs ruh (Cəbrail) ilə qüvvtləndirdim. Sən hələ beşikdə ikən insanlarla yetişkin bir insan kimi danışdın. Sənə yazını, hikməti, Tövratı və İncili öyrətdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Yenə Mənim iznimlə anadangəlmə kora və cüzama tutulmuş xəstəyə şəfa verirdin. Sən Mənim iznimlə ölüləri çıxarrdın (onlara can verirdin). Mən İsrail oğullarını səndən uzaq tutdum. O vaxt sən onlara apaçıq dəlillər gətirmişdin, onların küfr edənləri isə: Bu, açıq – aşkar sehrdən başqa bir şey deyildir”, – demişdilər…”” (“Əl – Maidə” surəsi, 110 – cu ayə).
Həzrət Məhəmmədin (s) möcüzələrinə gəlincə, onları üç qrupda qruplaşdırmaq olar. Bunlardan birincisi və ən əsası içi ibrət və tövsiyyələrlə dolu olan Qurani – Kərimdir. İkinci qrupa aid olan möcüzələr isə səhabələrinin gözləri önündə baş vermiş möcüzələrdir. Doğularkən sünnətli doğulması, çiyinlərində peyğəmbərlik möhürünün olması, ayı barmağı ilə ikiyə parçalaması, meraca qalxması kimi möcüzələr bu sıradandır. Üçüncü qrupa daxil olan möcüzələr isə onun olacağını öncədən söylədiyi şeylərin vaxtı gəldikdə baş verməsi ilə bağlıdır ki, bunlardan ən məşhuru İstanbulun müsəlmanlar tərəfindən fəthi ilə bağlı söylədikləridir.
Şübhəsiz ki, bütün bunlarda ağıl sahibləri üçün böyük ibrətlər vardır.

Advertisements
Bu yazı Din kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma