Albaniyanın orta əsr Qafanvank monastırı və Müqəddəs Məryəm kilsəsi

Albaniyanın  orta  əsr  Qafanvank  monastırı  və  Müqəddəs  Məryəm  kilsəsi

Erməni  mənbələrində  banisi  alban  bəyi  Vahanın  adına  olan  və  bəzi  alban  məlikləri  və  bəylərinin  (knyaz)  və  Qafqaz  Albaniyasının  katalikosu  Stepanosu  sərdabəsi  sayılan  “Vaanvank”  adlanan  orta  əsr  alban  monastır  kompleksi  X – XIII  əsrlərdə  eyniadlı  alban  knyazlığının  siyasi  və  mədəni  mərkəzi  olmuş  Qafan  şəhərindən  7  km  qərbdə  yerləşir.

Monastır  911-ci  ildə  məlik  Zaqikin  oğlu  Vahan  bəy  tərəfindən  inşa  edilmişdir.  Kompleksin  qədim  binası  Müqəddəs  Maarifçi  Qeorgi  kilsəsi  bir  neçə  qədim  yazılar  olan  gülləsi  binadır.  1086-ci  ildə  Qafan  məliyi  (knyazı)  II  Sevadanın  qızları  II  Şaxanduxt  (1116-cı  ildə  vəfat  etmişdir)  və  onun  bacısı  Kata  kilsəyə  vestibül,  monastıra  cənubdan  giriş  və  Müqəddəs  Məryəm  kilsəsi  tukdirmişlər.  Bu  barədə   kilsənin  divarında  yazı  vardır:   “535 -ci  (1086)  ildə  mən  Şaxanduxt,  alban  məliyi  Sevadanın  qızı  və  Aşotikin  oğlu  məlik  Qriqorinin  zövcəsi  varisimiz  olmadığına  görə,  mən  və  bacım  Kata  (bu  kilsəni)  Müqəddəs  Məryəmi  onun  mərhəməti  müqavilində  inşa  etdik.  Nə  qədər  ki  mən  sağam,  ona  müqəddəs  ayinlər  keçirsinlər,  (ölümümüzdən)  sonra  bizi  də  Məsihin  ölməz  qurbanı  ortağı  etsinlər”.  Erməni  saxtakarlarının  bicliklə  Sünik  erməni  çarlığı  kimi  təqdim  etdikləri  Qafan  alban  knyazlığının  tarixininin  öyrənilməsi  üçün  15  sentyabr  1968-ci  ildə  qazıntılar  zamanı  aşkar  edilmiş  tikinti  yazısı  böyük  dəyər  kəsb  edir.  Yazida  deyilir:   “495 (1046)  illər  Məsih  məlik  Smbata  və  qardaşı  Qriqora  –  müqəddəs  kilsənin,  sütunlu  zalın  və  eyvanın  inşaatçılarına  qarşı  mərhəmətli  ol.  Kim  bu  müqəddəs  dam  altına  girəndə  onları  da öz  dualarında  yad  etsinlər”.  Baş  kilsə  kompleksin  şimal  hissəsində  yerləşir.  Qərb  tərəfdən  kilsəyə  eyvan  birləşmişdir.  Güney  tərəfdən  baş  giriş  kilsənin  və  eyvanın  uzunluğu  boyunca  olan  yanaşı  sütun  zalı  açılır.  Daxildə  X – XI  əsrə  aid  bir  çox  qədir  daşları,  o  cümlədən  alban  katalikosu  Stepanosun  xatirə  yazılarının  yeddi  parçası  aşkar  edilmışdir.  Daş  hissələrini  tutuşduraraq  nəticədə  yazının  əski  görünüşünü  bərpa  etmək  mümkün  olmuşdur:   “Mən,  hökmdar  Stepanos,  Albaniyanın  katalikosu,  taciklər  (müsəlmanlar –  B.T.)  tərəfindən  sıxışdırılaraq  buraya  (paytaxt  Qapana)  gələrək  dincliyimi  şahzadə  Şaxanduxt  və  bacısı  Katanın  tikdirdiyi  kilsənin  eyvanında  tapdım.  Allah  məni  dəfnə  və  bu  yuxarı  mərtəbə  ilə  təltif  etmişdir.  Allah  bizim  məliyimiz  (Sənəkərim  –  B.T.)  və  onun  uşaqlarını  qorusun.  Amin!”

Albaniyanın  orta  əsr  Qafanvank  monastırı  və  Müqəddəs  Məryəm  kilsəsi

  Eyvandakı  bundan  öncəki  yazıyla  yanaşı  olan  liqatura  ilə  cızılmış  sonuncu  Qafan  məliyinin  adı  xatırlanan  yazı  xüsusi  maraq  doğurur.  Orada  deyilir: “Gənc  yaşında  vəfat  etmiş  məlik  Sənəkərimin  oğlu  Küriki  öz  dualarınızda  yad  edin.  548-ci  illər  (1099)”.Bu  yazı  sayəsində  alban  mənbələrində  xatırlanan  knyaz  Sənəkərimin  oğullarından  birinin  adını  müəyyənləşdirmək  mümkün  olmuşdur.  Bundan  başqa,  məlum  olmuşdur  ki,  məlik  Sənəkərimin  Asan  adlı  beşinci  oğlu  da  olmuşdur.  Onun  haqqında  başqa  yazı  vardır:  “Məlik  Sənəkərimin  oğlu  böyük  Asan  bəy”. Beləliklə,  bu  gün  dəqiqliklə  təsdiq  edə  bilərik  ki,  Sənəkərimin  Qriqor,  Smbat  (hər  ikisidə  1166-cı  ildə  vəfat  etmişlər),  Sevada,  Kürike  (1099-cu  ildə  vəfat  etmişdir)  və  Asan adlarında  beş  oğlu  olmuşdur.  Qəbir  daçında  həkk  olunmuş  “Xumuş,  Vaçaqanın  anası”  yazısı  diqqəti  cəlb  edir.  Göründüyü  kimi  Xumuş  X  əsrin  40-cı  illərində  Qafanın  hakimi  olmuş  Vaçaqanın  anasi  idi.

Albaniyanın  orta  əsr  Qafanvank  monastırı  və  Müqəddəs  Məryəm  kilsəsi Qafanvank  yazılarının  tədqiqatçısı  Q.Qriqoryanın  sözlərinə  görə  yeni  epiqrafik  yazıların  tapıntısına  görə  1970-ci  il  əlamətdar  olmuşdur.  Kilsənin  cənub  girişindəki  böyük  məbədin  sütunlu  zalını  təmizləyərkən  üstündə  bir  sətirli  yazı  cızılmış  dörd  qəbir  daşı  aşkar  edilmişdir: “Birinci  (şimaldan  cənuba)  lövhədə  yazılmışdır:  “Dinar”…  Sonuncu  sorğular  Dinarın  şəxsiyyəti  haqqında  bəzi  nəticələr  çıxarmağa  imkan  vermişdir.  Sən  demə,  Dinar  çar  Atrkirsexin  zövcəsi,  aqvan  (alban)  kraliçasıdır”. Bunu  XI  əsr  gürcü  müəllifi  özünün  “Matiane  Kartlisa”  əsərində  X – XI   əsr  hadisələrini  təsvir  edərək  Dinarın  Albaniya  kraliçası  olduğunu  təsdiqləyir.  N.Adonsun  fikrincə,  Dinar  Bağratilər  soyludur,  Aşot  Kurapalatın  nəticəsidir  və  ərinin,  alban  çarı  Amrnersexin  (böyük  knyaz  Qriqori  Amanın  oğlu)  vəfatından  sonra  xalkedonluğu  qəbul  etmişdir.

Bəxtiyar  Tuncay

KarabakhİNFO.com

 

Advertisements
Bu yazı Qafqaz Albaniyası, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma