Alban türkcəsində yazıb yaratmış mütəfəkkirlər

                                           (XII-XIII əsrlər)

                                                   I bölüm

        “Törə bitigi” (Məhkəmə qaydaları kitabı) böyük alban mütəfəkkiri Mxitar qoşun dövrümüzədək alban dilində yetişən yeganə əsəri deyil. Onun dövrümüzədək ana dilində yetişən əsərlərindən biri də “Alğış tum zamanna” (Bütün zamanlar üçün şükr duası) əsəridir. Bir çox əlyazmalarda sadəcə “Alğış tum zamanna” adı ilə keçən bu duanın məhz Mxitar Qoş tərəfindən tərtib edildiyini Saltıkov Şedrin adına Sankt – Peterburq Dövlət Kitabxanasında qorunub saxlanmaqda olan, alban dilindən erməni dilinə tərcümə olan, fəqət başlıqları alban dilində verilən bir dua kitabındakı qeydlər  sübut edir. Söhbət sözügedən kitabxananın əlyazmalar şöbəsində  “Dorn 636” şifrəsi altnda saxlanılan əlyazmadan gedir. Həmin əlyazmada haqqında söz açdığımız dua “Aytkani Mxitar vardabetninq. Alğış tum zamanına” (Vardapet Mxitar qoşun dilindən. Bütün zamanlar üçün şükr duası) adı altında verilmişdir. Sevimli oxucularımıza kiçik bir hissəsini tərcüməsiz təqdim etdiyimiz həmin əsərin qısa variantı Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412 №-li əlyazmadan dərlənmişdir. Eyni mətn “Alğış tum zamanna” başlığı altında 1618–ci ildə Lvovda çap olunan və hazırda yeganə nüsxəsi Leydendə (Niderlanda) qorunan “Alğış bitiki” kitabına da daxil edilmişdir. Təqdim edilən bütöv variant isə 143 №-li əlyazmadan dərlənmişdir Bu əlyazmada əsər “Alğış tum zamanında. Alğış Biyimiz Jisus Krisdosğa xarşı. Aytılğan Mıxitar surp vartabedninq, evet tiyişlidir kendin aytma surp Badaraknınq zamanпnda ” başlığı altında qeyd edilib:

        “…Alğışlarbiz Atanı yeberüçini xutxaruçınqnı.

        Ağışlarbiz Ari Cannı tügəlləvüçini da arıtucını sezikli orinağnınq.

        Alğışlarbiz yetövsüz seninq aşaxlıxnınqnı.

        Alğışlarbiz ulu seninq tatlılıxınqnınq erkinq.

        Alğışarbiz seni ki, teninqni berdinq bizgə [hakimlik tirlikkə.

        Alğışlarbiz seni ki, xanınqnı seninq berdinq bizgə] arınmaxlıxka.

        Alğışlarbiz seni ki, otu tenqrilikinqninq seninq küydürməstir tarbiyatımıznı topraxtan…”

 

       Mxitar Qoşun böyüklüyü həm də ondadır ki, özündən sonra yolunu davam etdirən və alban türkcəsində əsərlər yazan çox sayda şagird yetişdirmişdir. Onun şagirdlərindən biri Vardapet Vanağan (Vanakan Vardapet) haqqında Kirakos Gəncəli öz kitabının 43, 50, 51, 52 və 53–cü fəsillərində geniş məlumat verməkdədir. Onun yazdığına görə, dövrünün böyük xristian ilahiyyatçılarından olan bu şəxs Mxitar Qoşdan dərs almış, vardapetlik həsasını da ondan qəbul etmişdir. Bu şəxs barədə Fəridə Məmmədova yazır:

       “Vardan Areveltsi (Şərqli) və Vanakan Vardapet Mxitar Qoşun tanınmış şagirdləri olmuşlar. Hazırda Mxitar Qoş barədə əlimizdə olan məlumatların əksəriyyətini Vanakanın yetirməsi, Qoşu özünün “mənəvi babası” adlandıran Gəncəli Kirakos yazıb qoymuşdur”.

 Kirakosun yazdığına görə, xristianlar arasında üç üqnuma inamla, başqa sözlə, xristian inancının əsasları barədə romalılarla ermənilər arasında mübahisə yaranmış və problemi həll etmək iqtidarında olmayan ermənilər albanların ən müdrik ilahiyyatçılarına, o cümlədən Vanağana müraciət etmişlər. O da düşündükdən sonra bu barədə fikirlərini “Inam bilə tapunurmen ari Errortutiunnu da bir Tenqrilikni ayirılmağan” (İmanın əsası: İnam ilə tapınıram nüqəddəs üç üqnuma və tək Tanrıya ayırmadan ) adlı əsərində dilə gətirmişdir. Həmin fikirlər iki müxtəlif variantada dövrümüzədək ulaşmışdır. Onlardan biri 1750 №-li Venesiya əlyazmasında qeyd edilib. Dövrümüzədək Vardapet Vanağanın daha bir neçə cümləsi də gəlib çatmışdır. Həmin yazı Matenadaranda (İrəvan) qorunan 2267 №-li əlyazmasında yer almaqdadır. Onun üslub və dili barədə oxucularda müəyyən təsəvvür yaransın deyə, onun 1750 №-li Venesiya əlyazmasında yer alan “Inam bilə tapunurmen ari Errortutiunnu da bir Tenqrilikni ayirılmağan” (İnam ilə tapınıram nüqəddəs üç üqnuma və tək Tanrıya ayırmadan ) adlı əsərindən bir neçə cümləni təqdim etməyi lazım bilirik:

       “Inanırbiz bir Tenqrigə, Atağa barcanı tutucığa, yaratucısına köknünq da yerninq, körüngənlərni da kürünməgənlərni. Alayox inanırbiz bir Biygə, Jisus Krisdoska, da Tenqri Oğluna, Tenqridən toğqanğa, Atadan yalğız toğqan, budur barlıxından Atanınq, Tenqri Tenqridən, Yarıx Yarıxtan, könü Tenqri, könü Tenqrininq Oğlu, da dügül etilgən, yənə ol kendi tarbiyatından Atanınq, xaysı bilə ki barça nemə boldu köktə da yerdə, körüngənlər da körünməgənlər. Xaysı ki biz adamlar üçün da bizim xutxarılma xımız üçün enip köktən ten aldı, adam boldu tügəllik bilə Mariamdan ari goystan Ari Can bilə, xaysı bilə ki, aldı ten, can, es da barçanı, ne ki bardır adamda. Toğru da dügül işkillik bilə xıynaldə,  bu kendi xaçlandı, öldü, kömüldü. Üçünci kündə ölüdən turdu. Çıxtı kökkə ol ten bilə, olturdu tüz yanına Atanınq. Kelməxtir ol ten bilə da haybat bilə Atanınq yarğulamağa tirilərni da ölülərni, xaysınınq ki ari da ölümsüz xanlıxına yoxtur uç. Alayox inanпrbiz Ari Canğa da, xaysı ki yaratılmağandır da tügəl. Ol edi, xaysı ki sözlədi orenktə, markarelərdə da Avedaranda”.

 Alban və Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Kirakos Gəncəli 1201–ci ildə Gəncədə anadan olub. Erməni mənbələrində bəzən “Kirakos Qandzakasi”, bəzən alban olması səbəbindən “Şərqli” (Aravelsi), bəzən Nor – Getik monastırında yaşamasından dolayı “Gedikli” (Qetesi), bəzən də sadəcə “vardapet Kirakos” adlanırılan, türkdilli alban mənbələrində isə adı yalnız vartabed Giraqos kimi çəkilən Kirakos Gəncəli 1272–ci ildə vəfat etmişdir. Mxitar Qoşun şagirdi Vanağanın şagirdi olan bu şəxs özündən sonra çox zəngin bir irs qoymuşdur. Fəqət onların çoxu dövrümüzədək orijinalının dilində deyil, xarici dillərə tərcümədə gəlib çatmışdır. Əldə olan yeganə tamhəcmli orijinal,  yəni anadilli əsəri özünün tərtib etdiyi dini məzmunlu “Xosdovanitiun” (Tövbə duası) əsəridir. Kirakosun özünün yazdığına görə, o, müəllimi Vanağan və Vanağanın digər şagirdləri ilə birlikdə tatarlara əsir düşmüş və əsir olduğu dövrdə, əsirlikdən qaçana qədər tatar bəylərindən birinin mirzəsi və katibi olmuşdur. Bu fakt albanların dilinin hansı dil olduğunu göstərən ən gözəl faktlardan biridir. Görünür, albanların öz dillərini həm də “tatar dili” adlandərmasının səbəblərindən biri də eyni dildə danışmaları olub. Məlumat üçün bildirək ki, tatar dili də qıpçaq dillərinə aid edilir. Hərçənd ki, onlar rəsmi dil kimi uyğur türkcəsindən istifadə etmişlər. Çingiz xanın dövrümüzədək ulaşan şeirləri də məhz uyğur türkcəsindədir. Tatar xanlarının əldə olan məktub və fərmanları da həmin dildədir. Fəridə Məmmədova alban ədəbiyyatının və tarixşünaslığının bu görkəmli nümayəndsi haqqında yazır:

        “Alban ədəbiyyatnın digər nümayəndəsi Kirakos Gəncəlidir…  Mxitar Qoşun şagirdi Vanakanın yanında təhsil almış, ömrünün böyük hissəsini orada keçirmişdir”.

        Kirakosun sevimli oxucularımıza kiçik bir parçasını tərcüməsiz təqdim etdiyimiz “Tövbə duası” əsəri Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412 №-li əlyazmadan dərlənmişdir. Eyni əsər Vyanadakı Mxitaristlər İttifaqında qorunan 143 №-li və 545 №-li, eləcə də Vensiyada saxlanılan 1126 №-li əlyazmalarında da yer almaqdadır. Venesiya variantında eyni mətn “Ögüt Giraqos vartabedninq” başlığı altında keçir:

       “Tiyəsidir kristanlarğa, ne çaxta barma kləsə xosdovanutiunğa, üç türlü nemə esinə keltirməx kerək. Əvəl munı: «Bu xosdovanutiunnu ki, aytırmen, Tenqrininq alnınadır da kahananınq, da bu kahana xaysın ki baylasa munda, baylıdır köktə Tenqrininq alnına, da xaysın ki çeşsə munda, çeşövlüdür köktə Tenqrininq alnına, ne türlü ki Biyimiz Krisdos buyuruptпr». Da ekinci, asrı xonarhlıx bilə tüşməx kerək kahananınq alnına yüzü üstünə, zera yazıxnınq xılınmaxı öktəmliktir u poşmanlıx da xosdovanutiun xonarhlıxtır, ne türlü ki anarag oğul atasına meğağa keldi u tamğaçı dacarda boşatlıx taptılar Tenqridən”.

 Gəncəli vardapet Kirakosun “Tarix” əsərinin əsli Matedaranda saxlanılır. Bu irihəcmli kitab haqqındakı təsəvvürlərimiz ermənilərin rus dilinə tərcümə edərək, müxtəlif, əlavə, ixtisar və təhriflərlə nəşr etdirdikləri, bəzən “Ermənistan tarixi”, bəzənsə “Ermənistanın şərq əyaləti – Alban ölkəsinin tarixi” kimi qondarma adlarla təqdim etdikləri kitablara əsaslanır. Bu kitabda bir çox xalqın – albanların, ermənilərin, rumluların, ərəblərin, tatarların və gürcülərin əsasən XIII əsr  tarixindən, başqa sözlə, tatarların hakimiyyəti dövründən bəhs edilir. Bu barədə Fəridə Məmmədova haqlı olaraq, yazır:

        “Kirakos erməni, fars, türk və ərəb dillərini mükəmməl bilmişdir. Kirakosun “Tarix” əsəri monqol (tatar – B.T.) hökmranlığı dövründə Zaqafqaziya (Güney Qafqaz – B. T.) xalqları – albanlar, ermənilər və gürcülər haqqında qiymətli mənbədir”

  Sözügedən kitabın orijinalının hansı dildə olduğunu dəqiq söyləmək mümkün olmasa da (ermənilər kitabın erməni dilində yazıldığını iddia edirlər), bu kitabın alban dilində yazıldığını söyləmək üçün çox ciddi əsas var. Bu əsası bizə həmin kitabın II fəslinin böyük bir hissəsinə alban (qıpçaq – qarqar) dilində 1750 №-li Venesiya əlyazmasında rastlanması faktı verir. Kirakos Gəncəlinin “Tarix” kitabının ermənilər tərəfindən rusca dərc edilmiş II  fəslinin adı həmin dildə belə qeyd edilib:

        «Послание о символе веры армянской церкви, написанное братом армянского каталикоса Григориса епископом Нерсесом по просьбе высокочтимого зятя самодержавного государя ромейского, великого патостратора Алексея, когда он выехал на Восток и находился стольном городе киликийцев Маместии, куда (Нерсес) последовал по его приглашению в 614 (1165) году».

  Eyni başlığa eyniylə alban dilində 1750 №-li Venesiya əlyazmasında rast gəlirik:

       “Bitiki inamnпnq, ermeni yıxövününq tapunğanı, yazılğan Nerses arhiebisğobostan, xardaşından Krikornunq, ermeni gatoğiqosnunq, xoltxası üsnə Aleksiosnunq, ulu brdosdradusnunq, urum çesarnınq kiyövününq, xaçan ki ketti kün toğuşuna da edi Mampuesdiada, baş şəhərində Giligecvoc ulusununq, ermeni tvğankınında 614 [1165]”.

    Fəslin rus dilində verilmiş mətni də sözügedən əlyazmadakı mətnin eynidir. Məlumat üçün bildirək ki, kitabın ermənilər tərəfindən nəşr edilən rus variantı 65 fəsildən ibarətdir. Bu fəsillərin böyük əksəriyyəti müəllifin mənsub olduğu xalq – albanlar haqqındadır. Sevimli oxucularımıza həmin kitabın II fəslindən kiçik bir parçanı təqdim edirik:

         “…Bu türlü Ari Can da dayma Canı Tenqrininq, ayırılmaxsız Atadan da Oğuldan: bir barlıx, bir buyrux, bir erk. Da bir yaratuçı xuvat üç boyda körüniyir: dügül ululux, da ni kiçilix, dügül biyiklik, da ni aşaxlıx, dügül artıxlıx, da ni eksiklik, yoxsa bir yergəlik: bir tapunmax, bir yerni öpməxlix, bir bolğan Errortutiunğa tapunurbiz, xaysı bilə ki boldular bolmamaxtan yaratılğanlar barçası: kök köktəgiləri bilə, yer yerdəgiləri bilə, körüngən da kürünməgən yaratılğanlar, burungi bolğan yaratılmaxnınq. Evet ekinçi biri Errortutiundan, Sözü Atanınq, Oğul yalğız toğqan, erki bilə Atanınq da Ari Cannınq, avedumu bilə hreşdağabed Kapriyelninq endi yürəkinə qoys Mariamnınq, eksilmiyin xoynundan Atanınq, Tenqrilikininq, yazov bilə tutulmağan tarbiyatına körə, da tarttı kendinə xanından barçalardan aruv qoysnunq ki, edi yaratılğanından Adəm atamıznınq, birlətti Tenqriliki bilə kendininq tergövsüz da aytovsuz birlənməx bilə, da boldu eki tügəl tarbiyattan Tenqrilikninq da adəmilikninq bir boy tügəl, teşkirilməgən da ayırılmağan tarbiyat bilə, teşkirmiyin adamnınq xalın da bağlı tarbiyatın bağsız da açıx tarbiyatına Tenqrininq…”

Bəxtiyar TUNCAY

KarabakhİNFO.com

Advertisements
Bu yazı Dilçilik, Qafqaz Albaniyası, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma