MİNGƏÇEVİR ABİDƏLƏRİ VƏ TÜRKCƏ YAZILAR

Bəxtiyar Tuncay

1948-1952 – ci illərdə, Mingəçevir su anbarının tikintisi zamanı həmin ərazidən üzərində yazılar olan bir neçə abidə tapılmış və həmin dövrdən də onlar elmi ədəbiyyata “alban yazıları” kimi düşmüşdür. Bu yaxın zamanlara qədər oxuna bilinməyən Mingəçevir yazılarının, nəhayət ki, heç də iddia edildiyi kimi, “52 və ya 56 hərfli udin (alban) yazısı” deyil, türk runları ilə qələmə alınmış türk mətnləri olduğu üzə çıxmışdır. Bəzi müəlliflərə görə, lV-V, digərlərinə görə isə, V-Vlll əsrlərə aid olan həmin abidələrdən birini tanınmış türkoloq alim Yadigar Əliyev oxumağa müvəffəq olmuşdur.

m

Alim yazır:

“K. V. Trever tərəfindən təqdim edilən daş lövhənin fotosundan 17 və 18-ci qrafemlər arasında çatlaqın olduğu açıq-aydın sezilir ki, bu da həmin yerin və təbii ki, 16 və 17 qrafemləri də ehtiva edən sözün oxunuşunu çətinləşdirir. Mətndəki qrafik işarələr Avropa, Volqa-Don, Quzey Qafqaz və Orta Asiya (Orxon-Yenisey) qədim türk runik abidələrinin qrafemlərinə uyğun gəlir.

Yadigar Əliyev mətndəki qrafemləri belə şərh etmişdir:

 1– Asiya arealna aid qədim türk-run işarəli yazılardakı, o cümlədən İli çayı vadisindən tapılan və e. ə. Vl-V əsrlərə aid edilən gümüş nimçə üzərindəki yazıdakı “o” // “u” samit fonemləri ilə eynilik təşkil edir.

2– Quzey Qafqazın türk-run işarəli mətnlərində rast gəlinən bu işarə Orxon-Yenisey abidələrindəki qrafik işarələri xatırladır və “l” samit səsini ifadə edir.

3–  abidələrində “r” samit səsini verməkdədir,

4– Burun boşluğunda çıxarılan “n” (nq – səğir nun) səsini ifadə edir.

5– “B” dilönü samitinin qrafik işarəsidir.

6– “T” dilönü samit səsini ifadə edir,

7– Volqa-Don, eləcə də Quzey Qafqaz arealının türk-run abidələrində “n” samit səsini ifadə edən qrafemi xatırladır.

8– Bu işarəyə Avropa və Orxon-Yenisey abidələrində “z” samit səsini ifadə edən işarə uyğun gəlir.

9– “O” // “u” saitlərini bildirən bu işarəyə Orxon abidələrində rast gəlinir. Həmin işarə Yenisey abidələrində, eləcə də Avropa, o cümlədən Volqa-Don və Quzey Qafqaz abidələrində də geniş işlənməkdədir.

10– Bu işarənin çevrilmiş variantı Yenisey run əlifbasında “y” səsini verir.

11-“T” səsini ifadə edən bu qrafemi yalnız Azərbaycan arealına xas olan və digər areallar üçün xarakterik olmayan işarə hesab edirik.

12– Avropa arealına daxil olan Nadsentmikloş (Macarıstan, V əsr) məntəqəsindəki türk-run yazılarında “l” samit saitinin ifadə edir.

13– “P” səsinin işarəsi olan bu qrqfemə Orxon, Yenisey və Talas abidələrində geniş rast gəlinməkdədir.

14– Orxon-Yenisey və Talas abidələrində “ç” səsini bildirir.

15– Çox maraqlı formada olan bu qrafem Yenisey, Talas, Avropa və Quzey qafqaz mətnlərində “a” (“ə”, “e”) səsini ifadə edən işarəyə çox yaxındır.

16– Bütün runik yazılı türk mətnlərində “s”, Yenisey abidələrində isə “ş” kimi oxunur.

17– Orxon-Yenisey mətnlərində dilarxası “b” səsini verir.

18– “A”,”ə” və “e” səslərini ifadə edən bu qrafemə Yenisey abidələrində rast gəlinir.

19– Quzey Qafqaz yazılarında “r” səsini bildirən runik işarəyə çox yaxındır.

20– Azərbaycan arealına aid olan bu spesifik işarə “k” səsini ifadə edir.

Beləliklə, Yadigar Əliyevin şərhində yazı aşağıdakı kimi səslənməlidir:

21

Alim mətndə qeyd edilməyən sait səsləri də bərpa etməklə, mətni belə oxuyur:

Ullu ərin bətizin oytular ss…, ol eçe eş It Bars ırak.

           Tərcüməsi:

Ulu ərin (qəbirüstü abidəsinin) yazısını oydular.  İndi böyük eşimiz (yoldaşımız) It Bars artıq (bizdən) uzaqdadır (o biri dünyadadır).

Bizcə, müəllifin oxunuş və tərcüməsi ya tam doğrudur, ya da doğruya çox yaxındır.

Yadigar Əliyevə başqa bir Mingəçevir abidəsini də oxumağı bacarmışdır.

22

Sözügedən mətndə 16 qrafemin olduğunu, daşdakı çatlar səbəbindən 2, 4, 6 və 8-ci işarələrin aydın oxunmadığını qeyd edən alim Mingəçevir yazılarının oxunuşuna həsr etdiyi “Qafqaz Albaniyasının (Azərbaycanın) epiqrafik abidələrinin oxunuşuna dair (Mingəçevir abidələri)” adlı çox sanballı məqaləsində ondan öncə V. Qukasyan, A. Abramyan və Q. Klimovun həmin yazını udin və erməni dillərində oxumaq istiqamətindəki uğursuz cəhdlərin söhbət açdıqdan sonra mətnin dəqiqliklə bərpa edilmiş qrafik təsvirini təqdim edir və yazır:

 24

              “…Burada təqdim olunan 15 qrafemdən yalnız birinə türk-run mətnlərində rast gəlinmir. Digər işarələrsə… müxtəlif areallara aid türk-run yazılarında iştirak edir:

              1 və 2 – Yenisey yazılarında “y” samit səsini ifadə edir.

              3 – Yenisey mətnlərində “r” səsini verir.

              4 – “K” səsini bildirən bu işarəyə Yenisey, eləcə də bir qədər seyrək şəkildə Orxon yazılarında rast gəlinir.

              5 – Azərbaycan arealına xas spesifik işarədir. “K” səsini ifadə etdiyini düşünürük.

              6 – Azacıq fərqlə Orxon-Yenisey yazılarında “y” səsini bildirən qrafemlə eynidir.

               7 – “B” səsin göstərən bu işarəyə Yenisey, Quzey Qafqaz və Volqa-Don arealı mətnlərində rast gəlinməkdədir”.

               8-ci qrafemin “r” (Orxon-Yenisey), 9-cunun “t” (Orxon-Yenisey), 10-cunun “s” (bütün areallar) səslərini ifadə etdiklərini diqətə çatdıran müəllif sonrakı işarələrin də müvafiq olaraq “b” (Yenisey yazılarında sonor “m”), “ı”// “i” (Yenisey), “l” (bənzər formalı işarə Yenisey yazılarında “ç” səsini verir), “ı” // “i” (Yenisey), “k” *Volqa-Don arealında “ş”) və “n” (Yenisey, Avropa) səslərini verdiyini bildirir. Beləliklə, alim yazının aşağıdakı kimi səsləndiyi qənaətinə gəlir:

Yayıruk ak oy bar tas bılıkın

                 Tərcüməsi:

Daş üzərində palçıqla müqəddəs məktubu yayırıq (yazırıq)

                 Bu tərcümə bizə tam uğurlu görünməsə də mətnin türkcə olduğu və Yadigar bəyin onun transkripsiyasını düzgün tərtib etdiyi heç bir şübhə oyatmır. Buradakı sözlərdən “ak”ı “tor” (balıq tutmaq üçün tor), “bılıq” kəlməsini isə “balıq” kimi tərcümə etmək də mümkündür.

Təqdim edlən epiqrafik abidələr Mingəçevirdən tapılan, türk-run hərfləri ilə yazılan və türkcə oxunan yeganə abidələr deyil. Belə abidələrdən üzərində türkcə runik yazı qeyd edilmiş şamdanları da göstərmək olar ki, onlardan yalnız ikisi üzərindəki yazını çətinliklə də olsa, oxumaq mümkündür. Tanınmış albanşünas alim Kamal Əliyev şamdanlardan birini üzərindəki abbrevatura təşkil edən  4 runik işarəni haqlı olaraq; B (bengü // əbədi) T (Tenqri // Tanrı) İ (İsa) K (Kristi, əslində Krisdos olmalıdır) kimi açmış, sonrakı sözləri isə “özün”, “bizi”, “sayqı”, “yüz kılasın”, “bunca”, “amen”, “seninq”, “nökərin”, “bulan” və “biz” kimi deşifrə etmiş, nəticədə aşağıdakı cümlənin yazıldığını aşkarlamışdır:

Bengü Tenqri İsus Kristi (əslində Krisdos olmalıdır), özün bizi sayqı yüz kılasın! Bunca amin! Seninq nökərin bulan biz.

                 Tərcüməsi:

Əbədi Tanrı İsa Məsih, özün bizi şükür edənlərdən qıl! Bunca amin! Sənin nökərin olan biz.

Maraqlıdır ki, dünyaca məşhur norveçli səyyah və alim Tur Heyerdal Mingəçevirdən tapılan şamdanların digər türk bölgələrində, o cümlədən Orta Asiyada rastlanan şamdanların analoqu hesab etməklə yanaşı, həmin şamdanların üzərindəki yazıların türk-run yazıları olduğunu təsdiqləmiş və Mingəçevir şamdanlarından başqa birinin üzərindəki yazının seçilməsi mükün olan kəlmələrini belə oxumuşdur:  sayqe (sayqı, hörmət), amınu (amin), bengü (əbədi), klazun (qılasan).

Gördüyümüz kimi, iki fərqli müəllif şamdanlardakı yazılardakı sözləri təqribən eyni cür oxumuşlar. Bu isə şübhə üçün heç bir yer qoymur.

Mingəçevir yazılarının V əsrə qədər arami, V əsrdən etibarən alban əlifbasından istifadə etmiş albanlara aid olduğu çox şübhəlidir və qətiyyən inandırıcı deyil. Fikrimizcə, bu yazılar Albaniya xanı Varaz – Tiridatın dövründə, daha dəqiq desək, 684-cü ildə hunlar (xəzərlər) ölkəsinə göndərilən alban yepiskopu İsrailin təbliğatı sayəsində xristianlığı qəbul edən, fəqət öz əski yazıları ilə yazıb-oxumaqda davam edən xəzərlərin dövrümüzədək ulaşmış epiqrafik abidələridir. Bu isə o deməkdir ki, Mingəçevir yazıları təqribən Vll əsrin yadigarlarıdır və həmin dövrün xəzər türkcəsi barədə bizə məlumat verən hələlik yeganə qaynaqdır.

Sözügedən olayı, yəni yepiskop İsrailin təbliğatı sayəsində xəzərlərin xristianlığı qəbul etməsi hadisəsi öz əksini “Alban tarixi”nin ll kitabının 42-44 – cü fəsillərində tapmışdır:

Advertisements
Bu yazı Dilçilik, Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma