Yazımızın başlanğcı; Gəmiqayadakı türk damğaları və onların anlamı

Yeŋi Ögə

1

Türklərin daha əski çağ düşüncə və yaşam tərzini anladan əsas qaynaqlardan biri türk yurdlarında rast gəldiyimiz piktoqrafik qaya rəsimləridir. Bu rəsimlər böyük bir coğrafi alanı əhatə edir və bu nəticəyə gəlmək olar ki yer kürəsində ilkin sivilizasiyanın başında elə türklər dayanır. Orta Asiyanın ucqar yerlərindən tutmuş Avropaya qədər, İran yaylasından tutmuş Ərəbistan və Afrikanın şimalına qədər, hətta Amerika qitəsinə qədər uzanan ortaq bir sivilizasiyanı özündə birləşdirir. Burada türklərə aid rəsm üslubunu başqa xalqların üslubundan ayırmaq çox asandır. Bu üzdən bəzi alimlər bu qənaətə gəlmişlər ki, tarixin başlanğıcının əsasını türklər qoymuşlar.

Qaya üstü rəsimlər qədim Daş (paleolit- m.ö 40000-13000) dövründən başlayaraq, Tunc (m.ö IV-III min il.), Dəmir( m.ö II-I min il.) və hətta Orta əsrlərə qədər böyük bir zaman kəsiyində davam etmişdir. Bu proses Azərbaycan və qədim türk beşiyi sayılan İran yaylasında eyni ilə sürmüşdür. Burada biz yalnız Guzey Azərbaycanın bir bölgəsində, yəni Naxçıvanın Ordubad rayonununda yerləşən Gəmiqaya dağındakı türk damğalarını və orada olan bəzi petroqlif  yazılara aydınlıq gətirmək  istəyirik. Bizi özünə cəlb edən əsas məsələ astral rəsmlərdir ki, onların vasitəsi ilə əcdadlarımızın varlıq haqda düşüncə və inancları barədə məlumat əldə etmək olur. Bütün türk qaya rəsimlərində ortaq motivlərin mövcudluğu və onların oxşar tiplərinin müqayisəsi, bu piktoqrafik yazıların təhlili onların “oxunuşunda” bizə yardımçı ola bilir. Bu motivlərdən biri 80% qaya rəsimlərində izi görünən keçi rəsimləridir. Burada bəzi ov səhnələrindən başqa bu heyvanla əlaqədar zoomorf rəsimlərə də rast gəlinir. Bunlar əsasən əcdadlarımizin astral görüşlərindən qaynaqlanır və sonucda “zaman” anlayışının yaranması və  təqvimlərin ortaya çıxması ilə nəticələnir.

Gəmiqaya rəsmlərində sadə keçi rəsimlərindən başqa bu heyvanın ideoqram cizgisinin ortaya çıxmasının şahidi oluruq. Burada kəpənəyə oxşayan, başqa sözlə təpə nöqtələri birləşmış üçbucaqları xatırladan fiqur keçini simvolizə edir. Bu onun buynuzunun və quyruğunun olmasından görünür. Eyni motivə İran yaylasında da rast gəlinir. Buynuzsuz və quyruqsuz isə həmin işarə türk ideoqrafik sistemində “baş” sözünü (damğasını), türk fonetik yazısında isə “b” səsini ifadə edir:

2

Gəmiqaya

3

İran yaylası

4

“Baş” damğası

Bu işarə təkcə qayalarda deyil, Tunc dövrünə aid saxsı qabların üzərində, sonrakı dövrlərdə isə kilim və xalılarımızıda təkrarlanan simvoldur. Piktoqramdan ideoqrama keçid artıq yazının başlanğıcı deməkdir və maraqlıdır ki, bu qayalardakı işarə əsasən göy obyektlərinin yanında cızılmışdır və bu baxımdan hansısa astroloji bir görüşü ifadə etməkdədir. Çox güman ki, bu, hansısa bir ulduzlar qrupuna (bürc) işarədir. Bu damğanı tədqiqatçılar əski türk yazılarında (Tonyukuk, Yenisey, Talas) “baş” kimi oxumuşlar. Belə isə, yəni bu rəsmləri gerçəkdən də türklərin əcdadları cızmışlarsa, deməli, onların, yəni prototürklərin dilində keçiyə “baş” deyilməli idi. Görünür, elə belə də olmuşdur. Məsələ burasındadır ki, qədim şumer dilində mövcud olan “mas” sözü əsasən keçı, gənc, uşaq mənalarında işlənmişdir. Bundan başqa, həmin dildə “mas-da” sözü dağ keçisi, ceyran deməkdir. Şübhəsiz ki, “mas”, “baş” sözünün fonotik variantıdır. İran yaylasında keçi mənasında bu gün də “bzuuz”, “buza”, “boz” kəlmələri işləkdir.  Anadolu xalq ağzında alnı ağ ( qaşqa ) olan keçiyə “beş” deyilir.

5

Keçi sürüsündə öndə gedən Baş keçi (“Bazman” qaya rəsmlərindən – İran yaylası Bəluçestan)

6

Boyalı saxsı qab üzərində keçı rəsmi və “baş” damğası

7

“Baş” tamğalı tunc at ağızlığı (Lorestan) 

8

Talas çubuqlarında “baş” işarəsi

Qədim astrologiyanın mərkəzi sayılan İkiçayarası (Mesopotamiya) xalqlarında, xüsusi ilə də şumerlərə aid möhür və rəsmlərdə səma obyektırindən ay, günəş, səkkiz güşəli Venera planeti ilə yanaşı yeddi dairə şəklində işarələnmış Ülkər ulduz qrupunu müşahidə etmək mümkündür. Bu qrup bütün mədəniyyətlərdə diqqət mərkəzində olmuş, onunla bağlı nağıllar və əfsanələr söylənmişdir və bu gün də söylənməkdədir.

9

Şumer möhür və lövhələri

Maraqlıdır ki türk dilində “Ulduz” sözü qədimi Şumer mixi yazılarında “UL” sözü ilə ifadə edilmiş və formaca Ülkər qrupu ulduzlarını xatırladır :

10

 Bizdə isə Ülkər haqda bir çöx xalq rəvayətləri var ki, onlardan biri bizim əcdadlarımızdan gələrək, xalq arasında bu günə qədər davam edən “ Təkə gözünü  Ülkərə dikən kimi” söyləntisidir. Bu deyim bölgə əhalisinin xüsusən ovçuların təcrübəsi əsasında formalaşmışdır. Belə ki, payızdan 18 gün qalanda “Ülkər” axşamdan doğur, elə o vaxt da təkələr (erkək keçilər) keçilərin içinə qarışarlar, ona görə də belə bir məsəl var “təkə gözünü ülkərə tikən kimi” deyirlər. “Keçi ilə Ülkərin əlaqəsinə” qədim saxsı və metal qabların üzərində də rast gəlinir :

11

Seqzabad (Boinzəhra) saxsı qabı

12

Marlik gümüş bardağı

13

Şumer möhrü

14

“Marlik keçisi” sənət əsəri

Gəmiqayada “BAŞ” damğası ilə bir neçə rəsm mövcüddur ki onların birində damğanın yuxarısında aypara, aşağısında iki dairə cızılmışdır :

15

Burada Ülkərlə ayın yaxınlaşması təsvir edilmişdir ki, bu rəsmi zaman təqvimi kimi qəbul etmək olar . Qədim türk qaynaqlarında bu iki səma obyektinin yaxınlaşması çox önəmli təqvim hadisəsi sayılır və bu hadisəyə “ Qonas” və “Qonaşıq” deyilir. Bu söz çox ehtimal ki, “qonaq” sözündən yaranmışdır ki, qədim türkcədə ev, mənzil anlamını ifadə edirdi. Qonaş hadisəsi hər ay bir kərə baş verir və Əqrəb bürcünün 22-sindən Buğa bürcünün 22-sinə qədər gündüz çağına düşdüyündən gözlə görünmür. Lakin qalan 6 ayda gecə baş verdiyindən muşahidə olunur hətta ekizlər bürcündə buğda biçini vaxtina düşdüyündən ona “Biçin Qonaş” deyirdilər. Yuxarıdakı rəsmdə ayparanın yönünü nəzərə alsaq, bu hadisənin bürcün birinci yarısında baş verdiyini söyləyə bilərik. Əski türk xalqlarının inancında Ülkər ulduzlar qrupunun başqa səma obyektəri ilə görüşməsi müxtəlif hadisələrin qaynağı sayılırmışdır. Məsələn, yakutlar Ülkərlə Veneranın qarşılaşmasının fırtına və yağışın meydana gətırəcəyini düşünürdülər və yaxud Ayla Veneranın görüşməsi uğur rəmzi sayılırmış və bu ay-ulduz damğası sonralar yaxın Şərqdə geniş yayılmış, hətta bu yaxın zamanlarda İslam ölkələrinin bayrağına yol tapmışdır.

16

Ülkər ulduzlar qrupu

17

Qonaş hadisəsi

18

Qonaş hadisəsi

Gəmiqayada daha bir neçə rəsmdə insanların yuxarıda (başda) xəyal etdiyi keçi və onun damğa formasına ibadət edildiyi göstərilmişdir.

19

Qadın və kişi keçiyə tapındığı halda

Daha bir qaya rəsmində “baş” damğasının üzərində kiçik “baş” damğası artırılaraq ibadət halında rəsm edilmişdir. Bu isə keçi və yuxarısında balası deməkdir ki, artım və törəmə diləyi kimi başa düşülməlidir.

20

Bu kult və ya dilək obyekti İran yaylasında qaya, saxsı qab və hətta məzar daşları üzərində yaxın zamanlara qədər cızılıb həkk edilmişdir.

21

İran yaylası – oxşar motiv

22

İran yaylası – oxşar motiv

23

 Keçi və “baş” damğası – Uyğur kilimi

24

Gəmiqaya

25

İran yaylası-Temərə

26

İran yaylası

27

İran yaylası məzar daşı

28

29

Təbiətdən oxşar şəkil

Bəzi alimlər “baş” damğasını ( ) “rt” kimi oxuyurlar. Onu “tr” kimi (metateza hadisəsi) kimi oxumağımız da mümkündür. Bu zaman “tur” (dağ keçisi) sözünün necə yarandığını anlamaq olar. Damğanın üstündəki ay işarəsi (  ) əski türk əlifbasında qalın “n” səsini ifadə edir bu isə Ay tanrısının adı “Nanay”la bağlıdır. Bu oxunuşla iki damğanın yayn-yana cızılması  () bir sözü ifadə edə bilr o isə saitsiz “TRN” və saitlə “TURAN” sözünü bildiri ki onu “Yaşadan” kimi məna etmək olar. Başqa bir yazı işə “TR” işarəsinin üst-üstə və yaxut yayn-yana qoşa yazılmasıdır (  ) ki, onu “TUR- TUR” kimi oxumaq olar və tanrılar tanrısı kimi məna edə bilərik.

Yuxarıdıkı rəsmlərin müqayisəsi bizi daha bir əski türk inanc sisteminin varlığına inandırır : “Tür” (Tur) tanrısına tapınma inancına. “Tür” əski dilimzdə eləcədə qədim Şumer dilndə keçi balasına deyilirdi. Astral görüşlərdə onun tanrıların yaşadığı səmada var olduğu düşünülürdü. “Tür” , törəmə və məhsuldarlıq, bir sözlə həyat quvvəsi deməkdir. “Tür” yağışların yağmasına, bitgilərin göyərməsinə səbəb olurdu və o üzdən keçi ilə həyat ağacı yanaşı rəsm edilirdi.

30

Gəmiqaya keçi və ağac

31

Mesopotamiya incəsənəti

32

İran yaylası qaya və saxsı qab

33

Türkəmənistan saxsı qabı

34

İran yaylası-Siyəlk

35

İran yaylası saxsı qırığı

36

İran yaylası-Elam bardağı

37

Tünc qab üzərində “Tür” tanrısı

“Tür”  kultu qədim Ön Asıyada xüsusi ilə Şimalı Qafqaz, Şərqi Anadolu, Mesopotamiya, Ərəbistan yarımadası və İran yaylasında geniş yayılmış inanc obyektlərindən biri və ən yayğını olmuşdur. Hətta vaxtı ilə çuvaş türklərinin bu bölgədə yaşamış əcdadları (subarlar // suvarlar) bu kultla bağlı inanclarını başqa inancları ilə birlikdə Volqa-Don bölgəsinə daşımışlar. Onların miflərində “Tura // Tora”, “Ama Tura” (tanrıların anası), “Tur Tur” (Tanrılar tanrısı) adları bu günə qədər qorunub saxlanmışdır. Bu tanrının adını V əsr erməni tarixçisi Movses Xorenatsi Turq // Torq kimi qeydə almışdır.

Bu mülahizələrdən sonra belə bir qənaətə gəlirik ki, Türk etnosunun adı elə həmin inancla bağlıdır və “Türk” sözünü teonim kimi qəbul etmək olar və ümumi anlamda bugünki dilimzcə “Durmaq” (yaşamaq) feli həmin sözdən yaranmış ola bilər. “Tür”ün yaşam, dirilik, törəmək tanrısı olduğunu, ona sitayiş edildiyini bəzi qaya və metal sənəti işləri üzərindəki tsvirlər tsdiqləyir. Məsələn, Qırqızistanda Saymalıtaş piktogramlarının birində döl alma zamanı bir erkəyin əlini qaldıraraq “Tür” tanrısından oğul (evlad) diləməsi  aydın şəkildə göstərilmişdir…

38

Qırğızistan Saymalıtaş

…Və yaxud İran yaylasının Lorestan bölgəsindən əldə edilmiş metal baş sancağı üzərində bir qadın doğum yaparkən sağında və solunda keçi balalarının qoruyucu rolunda iştirak etməsi həmin “Tür” tanrısından yardım diləmək kimi başa düşülməlidir.

39

İran yaylası Lorestan 

Maraqlı bir məqam isə türk dilində “oğ” (keçi-ov) sözündən yaranan “oğlaq”(keçi balası), “oğul”(övlad- oğ+ul // ulduz), “oğlan”(erkək evlad), “öğək”(bürc), “oğan”(tanrı- əski türkcədə) və ola bilsin ki, “oğuz” sözləri  vahid bir anlamın paradiqmaları olsun.

Daha bir başqa maraqlı mövzu əski türk əlifbasındaki incə “t” işarəsinin keçi heroqilifindən yaranmasıdır ki, özü – özlüyündə “tür” sözünü andırır.

40

Bunun ardınca əski türk məzar daşlarında, daş yazılarının yanında, o cümlədən Kül Tekin abidəsinin arxasında, keçi damğalarının varlığı inanc xarakterli və yaxud türk kimliyinə bağlı olduğunun sübut edir

41

“Baş” sözünün başqa fonotik varyantları və ondan düzələn sözlər proto-türk dövründən dilimizdə yaşamaqdadır, hərçəndki, onların ilkin anlamını artıq unutmuşuq. Onlardan “bas”, baz”,”bad”,”pat”, “boz”, “bod”,”boy”, “vaz” sözlərini göstərmək olar. Misal üçün “bod” sözündən “bodun” (əski türkcədə) başlar mənasında insanlar və xalq anlamında işlənmişdir və yaxut “boz” sözü göy-səma anlamını ifadə etmişdir ki bəzi sözlərin tərkibində bu günə qədər yaşamaqdadır. Xatırladaq ki, səma anlamını daşiyan “Gök” sözünə gəldikdə prototürk çağında öküz anlaminda olmuşdür ki astro-arxeologiya elmi onu sübut edir. Dünyanın bir çox yerində qaya rəsmləri içində böyük öküz şəkilləri ilə rastlaşırıq ki, onların gövdəsində bir və ya bir neçə dairə cızılmışdır. Belə hesab edilir ki, qədim insanlar bu şəkilləri əsasən ovun uğurlu molması üçün, ovsun mənasında rəsm etmişlər. Lakin qədim insanlar əslində bu rəsmlərlə göyü-səmanı göstərmək istəmişlər

42

Kalbaktaş Altay öküz gövdəsində dairələr

Buradan aydın olur ki əski çağ insanları bürclərdən birinci buğa bürcü ilə tanış olmuşlar və maraqlı burasındadır ki ülkər takımı elə həmin bürcdə yerləşir bunu paleolit dövrünün insanları Fransada yerləşən  Laskauks mağara rəsmlərinin birində belə göstərmişlər:

43

Laskauks mağarası Fransa-öküz üzərində Ülkər

Maraqlı cəhət ondan ibarətdir ki “gök” sözü İran yaylasının bəzi bölgələrində (yaylanın cənub şərqində, indiki Bəluçestan bölgəsində) əhalinin dilində yaşamağına davam edir. Qədim Elam mixi yazılarında bir çox şəxs və tanrının adının önündə “Kuk” sözünün işləndiyinin şahidi oluruq (“Kuk-Tanra”, “Kuk-İnşuşinak”, “Kuk-Nahhunte”,…). Ehtimala görə, elamlılar o şəxsləri səmaya bağlamaqla onları ilahiləşdirmək istəmişlər. Bu ənənə qədim fars mifologoyasında da davam etmişdir və qədim farslar mifik şahların adlarının önünə “Key” (Kavi – öküz mənasında) titulunu əlavə edərdilər.

        “Gök” sözünün sinonimi olan “Tengri” sözünün şumercədəki “Dingir” , Danga (dana) sözündən yaranma ehtimalı var. Səmanın rəngini yer üzündə yansıdan sular və çaylara belə babalarımız “öküz” (böyük çay) və “dengiz” (dəniz) demişlər.

Uyğur türklərinə aid Öğuznamə kitabında yer alan göy rəngdə öküz şəkili və mətnə istinadən Oğuz xanın ayla öküzün izdivacından doğulması onun səmaya bağlı bir varlıq olduğunu andırır. Burada öküz, adi bir heyvanı yox, bəlkə göy-səmanı bildirir və Oğuz xanın ayla göyün birləşməsindən yarandığına işarədir .

44

Uyğur Oğuznaməsi

Qədim zodiak (heyvanlar dairəsi) təqvimini tərtib edən babillilər (m.ö I minillik) ilkin astrologi biliklərini bölgənin ilkin xalqı sayılan türklərdən aldıqlarına görə “Tür” tanrısının ulduzları sayılan Ülkər ulduzlar qrupunu  Buğa bürcünün çiyinlərində yerləşdirmişlər və bu səbəbdən də qədim samilər və yaxud aramilər həmin bürcü Tora adlandırmışlar. Sonralar isə bu təqvim yunanlar və romalılar tərəfindən mənimsənilərək qədim latın və yunan dillərində “taurus” şəklinə düşmüşdür.

https://25haich4342.ru/f2.html?a=26698https://gyh1lh20owj.ru/u.html?a=26698

Bu yazı Dilçilik, Fəlsəfə, Mifologiya, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma