Ərəb müəlliflərində rastlanan “Azərbaycan dili”, “azəri dili” və “azərbicidə” istilahları barədə

Bəxtiyar Tuncay

indir

 

X əsrdə yaşamş bir sra ərəb müəllifləri ana dilimizi bəzən “Azərbaycan dili”, bəzən “azəri”, eləcə də “azərbi” adlandrmışlar. Məsələn, İbn Hövqəl (X əsr) yazmışdır:

“Azərbaycanın dağları Xarisdən və Xuvayrisdən başlamış Aqara Varzaqan silsiləsinə qədər, sonra şimala tərəf Tiflisə doğru uzanır, orada bu silsilələrlə Kabk (Qafqaz) sıra dağları birləşir. Bu dağlar çox böyükdür. Deyirlər ki, orada 360 dildə danışılır. Əvvəllər çox şəhərlər görənə qədər mən bunu inkar edirdim. Buradakı (Qafqaz dağındakı) hər bir şəhərin Azərbaycan və fars dillərindən başqa öz dilləri var.”

Bu məlumatdan göründüyü kimi, artıq X əsrdə Azərbaycan dili fars dili ilə yanaşı bütün Azərbaycan ərazisində, – Azərbaycan isə o dövrdə bugünkü Ermnistan, Gürcüstan, Abxaziya, Dağıstan və Şərqi Anadolu ərazilərini də əhatə edən böyük ölkə idi, – ortaq ünsiyyət vasitəsi idi. Bu faktı təhlil edən və digər mənbələrə istinad edən Elməddin Əlibəyzadə haqlı olaraq yazır:

“Buradakı “Aderbeycan – Ad(h)əbeycan dili” istilahının müasir “Azərbaycan dili” istilahında işləndiyinə şübhə etmirik; bu dilin türk – oğuz dili olmadığına dair başqa dəlil də yoxdur. “Azərbaycan dilinin ərəb mənbələrində göstərilən bu nüfuz dairəsi “Dədə Qorqud kitabı”nın yazıldığı dilin o vaxtkı nüfuz dairəsinə tam uyğun gəlir. “Dədə Qorqud”da danışılan dilin sərhəddi Kür – Araz üstü, Böyük Qafqazın cənub və şərq ətəkləri və Kiçik Qafqaz dağları boyunca uzanıb gedirdi. Bu sərhəd şimal şərqdən Dərbənd ağzına, cənub qərbdən Göyçə gölünə (Dastanlarda “Kökçə dəniz), qərbdən Baş keçidə – Dumanisiyə (Dastanlarda: “ Tomanın qələsi”), Gürcüstan ağzına və Abxaziya sahillərinədək çatırdı. Həm də diqqətdən yayına biməz ki, dastanlarda qonşu xalqların da türk dilində danışdığına, oğuzların öz dillərində onlarla ünsiyyətdə olduqlarına, qopuzla çalınıb oxunan şerlərə ləzzətlə qulaq asdıqlarına, hətta özlərinin də bu dildə şer qoşduqlarına dair faktlar, işarələr çoxdur… Əgər X əsrdə “Azərbaycan dili” istilahı işlənibsə və bu dil “360 dildə” danışan müxtəlif tayfa və qəbilələrin ümumi ünsiyyət vasitəsi olubsa, maraqlı və təqdirəlayiqdir ki, bu istilah ölkənin bütünlükdə adı ilə əlaqədar formalaşmışdı; bu, qanunauyğun prosesdir.”

Şübhəsiz ki, buradakı “360 dil” məsələsi bir qədər şişirdilmişdir. Lakin fakt budur ki, Qafqaz daim azsaylı xalqların qaynaşdığı bir ərazi olmuşdur və bu gün də həmin ərazidə 40 – dan artıq dildə danışılır. Məsudi (X əsr) “Müruc əz – zəhab əl – cəvahir” adlı əsərində İbn Hövqəldən fərqli olaraq, 72 dildən söz açır:

“Kabk (Qafqaz) dağları bütün yerləşim boyu çox sayda xalq və şahlığı əhatə edən byük bir silsilədir. Bu dağlarda hər birinin öz dili və hökmdarı olan və dilləri başqaları tərəfindən anlaşılmayan 72 tayfanın yaşadığı söylənir… Kabk ətrafına səplənmiş tayfaların gerçək sayını isə yalnız Allah – Təala bilir.”

Əl – İstəhri isə yazmışdır:

“Bab əl – Əbvab (Dərbənd)  məşhur və önəmli sərhədyanı ərazilərdən biridir. Çünki hər tərəfdən müxtəlif dillərdə danışan çox sayda müxtəlif düşmən millətlərin əhatəsindədir. Şəhərin yanında Dzıb adlı bir dağ ucalır…. Deyirlər ki, Bab əl – Əbvabın yanındakı dağların başında 70 müxtəlif tayfa yaşayır və onların hər birinin öz dili var və onlar bir – birinin dilini anlamırlar.”

Əl – Müqəddəsidə bu dillərin sayı 60-dır:

“Azərbaycana gəlincə, bu diyarın sərhədlərini Azərbaz ibn Böyürasif ibn Əsud ibn Sam ibn Nuh çızmşdır… Onun paytaxtı… Ərdəbil şəhəridir. Onun (Azrbaycanın) yanında 140 frsəng məsafədə uzanan, çoxsaylı kənd və əkin yerləri olan Qabk (Qafqaz) dağı uzanr. Orada 60 dildə danışılır.”

Yuxarıda qeyd etdiyimiz kimi, ərəblər Azərbaycan əhalisinin dilini bəzən “Azərbaycan əhalisinin dili”, bəzənsə “azəri dili” və ya “azərbi dili” adlandırmış və bu terminləri sinonim kimi işlətmişlər. Bu baxımdan Yaqut əl – Həməvi (Xll – Xlll əsrlər) yazır:

“Bəzi qrammatiklər deyirlər ki, Azərbaycan sözünün nisbi sifəti “azəridir”, bəziləri isə deyirlər ki, “azərbi”dir. Onların fikrincə, həmin söz “azər” və “bican” hissələrindən ibarətdir. Buna görə də sifət kimi sözün ancaq birinci tərəfini götürür və bunu “azərbi” kimi də işlədirlər.”

Yaqut əl – Həməvinin son dərəcə böyük dəyərə sahib bu məlumatından belə aydın olur ki, ərəblər tərəfindən dövriyyəyə salınmış “azəri” və “azərbi” ifadələri Azərbaycan adının qısaldılması ilə yaranmış və “Azərbaycan dili” ifadəsinin sinonimi kimi işlənmişdir. Fəqət bəzi türk düşmənləri siyasi məqsədlərdən çıxış edərək, “azəri” kəlməsini spekulyasiya mövzusuna çevirərək, bu adla guya fars dilinin ləhcələrindən birinin (talış, kürd və ya tat) adlandığını iddia etmişlər və çox təəssüflər olsun ki, bəzi kəmsavad “alim”lərimiz də onlara züy tutaraq, düşmən dəyirmanına su tökmüşlər. Halbuki, elə Yaqut əl – Həməvi Azərbaycanın, daha dəqiq desək, onun Muğan əyalətinin əhalisindən söz açarkən bunları yazmışdır:

“Muğan çoxlu kənd və otlaqları olan əyalətdir. Bu əyalətdə türkmənlər (oğuzlar) məskundurlar, onlar burada öz sürülərini otarırlar. Türkmənlər (oğuzlar) buranın əhalisinin böyük əksəriyyətini təşkil edirlər”.

Mahmud Kaşğarlı da Azərbaycan şəhərlərindən Qəzvinin adının etimologiyasını Alp Ər Tonqanın (Əfrasiyabın) qızı Qazın adı ilə əlaqələndirərək onu türk şəhəri adlandırmışdır. O, eyni zamanda, Qum şəhəri barədə də eyni sözləri söyləmişdir:

“Qaz. Əfrasiyabın qızının adı. Qəzvin şəhərini o saldırmışdır. Əsli “Qaz oynı”dır. Çünki Əfrasiyabın qızı orada yaşayır, orada oynayırmış. Buna görə də bəzi türklər Qəzvini türk şəhəri sayr, türk ölkəsinin sərhədini oradan başlayrlar. Qum şəhəri də türk ölkəsi hüdudları içində sayılır. Çünki  “qum” sözü türkcədir. Üstəlik, Əfrasiyabın qızı tez – tez oraya gedərək, orada ov edərmiş.”

Eyni müəllif “Səprən” adlandırdığı Səbran (ərəbləşmiş variantı Şabran) şəhərindən də oğuz şəhəri kimi söz açaraq yazmışdır:

“Səprən. Oğuz şəhərlərindən birinin adıdır. Xalq  ﺺ”“ sad hərfi ilə “ﺎن‎‎ﺼڊﺮ” Səbran deyir.”

Bəri başdan deyək ki, “azəri dili”nin məzmununun hansı anlama gəldiyi, yəni hansı dil olduğu barədə ilk yazılı izahat Nəsirəddin şah Qacarın dövründə alimlər kollektivi tərəfindən qələmə alınan və dərc ediln “Name – i Daneşvaran” kitabında verilmişdir. Həmin kitabda “azəri dili”nin “zəbani – torkan”, yəni türklərin dili olduğu bildirilir. Görkəmli ingilis şərqşünası G. L. Strange də eyni fikri söyləmişdir. Fəqət şovinist fars – Pəhləvilərin hakimiyyəti dövründə, İran şahının sifarişi ilə yazılmış bir sıra kitablarda (Mirzə Mühəmmədin “Bist məqaley – i Qəzvini”, Seyid Əhməd Kəsrəvinin “Azəri və ya zəban – i bastani Azərbaycan”, Nasih Natiqin “Azərbaycan dili və İranın milli birliyi” və s) məsələ tamam başqa cür şərh edilməyə və sapdırılmağa başlandı. Elmi deyil, siyasi məqsədlərlə ortaya atılan bu saxta konsepsiya ruslara sərf etdiyindən sonralar rus “alim”ləri tərəfindən də eyni məqsədlərlə qəbul edildi və inkişaf etdirildi. Bu konsepsiyaya görə, “azəri dili” termini talış və tat dillərinə aid edilirdi. Məsələn, sovet dövründə nəşr edilmiş “Böyük Sovet Ensiklopediyası”nda azəri dili ilə talış dili arasına bərabərlik işarəsi qoyulur.

Maraqlıdır ki, bu yanlış, qeyri – elimi, siyasi məqsəd daşıyan konsepsiyanın əsas müəlliflərindən biri, əslən azərbaycanlı olan Seyid Əhməd Kəsrəvi sonradan vicdan əzabı çəkərək, yazdıqlarnın doğru olmadığını, onları hakim dairələrin sifarişi ilə yazmağa məcbur edildiyini etiraf etsə də, keçən illər ərzində onun ardıcıllarının sayı zərrə qədər də azalmamışdır.

Konsepsiyanın tərəfdarlarının, demək olar ki, hamısı Xl əsrdə yaşamış böyük Azərbaycan alimi Xətib Təbrizlinin nəql etdiyi və Əbdülkərim ibn Mühəmməd əs – Samaninin “kitab əl – ənsab” adlı kitabında əksini tapan bir hadisəni misal çəkirlər:

“Xətib Təbrizi nəql etmişdir ki, Nəməndə Məərə məscidində mən onun (Abdullanın) qarşısında oturub ona kitabların birindən nə isə oxuyurdum. Birdən məscidə namaz qılmaq üçün daxil olan qonşularımdan birini gördüm və tanıdım. Sevincdən halım dəyişdi. Abdulla dedi:

-Sənə nə oldu?

Mən ona iki il ərzində öz ölkəmdən heç kəsə rast gəlmədiyimi, indisə bir qonşumu gördüyümü söylədim. O mənə dedi:

-Get, onunla söhbət et.

Mən dedim:

-Qoy, dərsimi bitirim, sonra”

O dedi:

-Dur, mən səni gözləyərəm.

Mən qalxdım və onunla (qonşmla) “azərbicidə”ilə danışdım və məni maraqlandıran hər şey barədə onu sorğu – sual etdim. Sonra qayıdıb onun (Abdullanın) önündə oturdum. O, danışdığımız dilin hansı dil olduğunu soruşdu. Mən cavab verdim:

-Bu, Azərbaycan əhalisinin dilidir.

O dedi:

-Mən bu dili bilmirəm və başa düşmürəm, amma danışdıqlarınızın hamısını əzbərlədim.

Sonra o bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum onun bütün bunları əzbərləməsinə təəccübləndi” 

Bu hekayətdən öz məqsədləri üçün istifadə edən və saxta konsepsiyanı sübut etmək istəyən saxtakarlar mətndəki “Azərbicidə” kəlməsini “azəri dilində” kimi tərcümə edir, bu dilin Azərbaycan əhalisinin dili olduğunu deyərək, bu halda söhbətin talış (və ya tat) dilindən getdiyini iddia edirlər. Halbuki, mətndə “azəri dilində” yox, “azərbicidə ilə” ( ڊﻼﺯﺮڊﻴﺠﻴﺪﻩ ) yazılıb və bu halda “azərbi” istilahından istifadə edilib. “Azərbi”nin isə nə anlama gəldiyini Yaqut əl – Həməvidən sitat gətirməklə yuxarıda göstərdik. Bu dilin nə olduğunu, eyni zamanda, mətnin ərəb dilində qələmə alınmış olmasına baxmayaraq, “azərbi” kökünə qoşulan və ərəb dilində heç bir məna ifadə etməyən, türk dilinə xas sözdüzəldici “-ci” (-cə, -ca) və “-də” yerlik hal şəkilçilərinin qoşulması açıq – aşkar ortaya qoymaqdadır. Buradakı “-ci” (-cə, ca) şəkilçisi ana dilimizdə etnonimlərin arxasına artılaraq həmin etnosun dilini göstərməyə xidmət edən sözdüzəldici şəkilçidir: rusca, türk-cə, almanca və s. Yerlik hal şəkilçisin artırılması isə bu və ya digər dildə danışıldığına işarədir: ruscada (rus dilində), türkcədə (türk dilində), azərbicədə (azərbi dilində). Bizcə artıq bir şərhə ehtiyac yoxdur. Hər şey göz qabağındadır.

Xətib Təbrizlinin yaşamış olduğu Xl əsrdə “azəri”, “azərbi” və ya “Azərbaycan əhalisinin dili” dedikdə məhz Azərbaycan türkcəsinin nəzərdə tutulduğunu Xətib Təbrizlinin müasiri və həmşəhərlisi olan Qətran Təbrizlinin qələminə məxsus “Fars dilinin izahlı lüğəti” birmənalı və təkzibedilməz şəkildə sübut etməkdədir. Fars dilinin ayrı –ayrı istilahlarnın izahı zamanı bu böyük alim öz ana dilinin,  yəni türk dilinin materialından da gen – bol istifadə etmiş və “dağ”, “tağ”, “ataq”, “sürmə”, “xan”, “muncuq”, “tuğ”, “tapança”, “xatun”, “xıl”, “bol”, “qar”, “qır”, “çöp”, “cağan”, “bəkməz”, “çuval” və s. sözləri misal çəkmişdir.

Bənzər halla Nizami Gəncəli, Xaqani Şirvanlı və Fələki Şirvanlının da əsərlərində də üzləşmək mümkündür. Xll əsrdə yaşamış Rəvəndinin “Rahət əs – südur və ayət əs – sürur” adlı əsərində isə türk sözlərinin sayı yüzlərlədir. Görkəmli türkoloq alim Fərhad Zeynalov yazmışdır:

“Xlll əsrdən qabaq Azərbaycan ədəbi dilinin olmasını, bu dildə bədii əsərlərin (xüsusilə nəzm əsərlərinin) yazıla biləcəyinə dəlalət edən çoxlu məlumatlar vardır. Əvvələn, bu dövrdə dünya miqyasında parlayan Qətran Təbrizinin, Ə. Xaqaninin, N. Gəncəvinin və farsca yazıb yaradan başqa azərbaycanlı mütəfəkkir – şairlərin əsərlərində dilimiz üçün səciyyəvi olan yüzlərlə söz , söz birləşmələri, atalar sözü, zərb – məsəllər, rəngarəng frazeoloji birləşmələr fikrimizi sübut üçün əsas ola bilər. İkincisi isə Şirvanşah Əxsitanın “Leyli və Məcnun”u türkcə (azərbaycanca) deyil, farsca yazmağı tələb etməsi, Nizaminin bundan qəzəblənməsi, “Beyninə qan vurması, dodağı əsməsi” fikri də dilimizdə bu qəbildən olan əsərlər yaratmağın mümkünlüyünə dəlalət edir.

Bundan əlavə, X – Xlll əsrlərdə farsca yazılmış tarix əsərlrində, iki və üçdilli lüğətlrdə dil faktlarının bol – bol işlənməsi də Azərbaycan ədəbi dilinin çox – çox qədimlərdən fəaliyyət göstərdiyini sübut edən tutarlı dəlillərdəndir.” 

Şübhəsiz ki, bu faktlar “azəri”, “azərbi” və “Azrbaycan əhalisinin dili”nin türk dilindən, daha doğrusu onun yerli şivəsndən başqa bir şey olmadığını göstərməkdədir. Deyilənləri dövrün, demək olar ki, bütün ərəb müəlliflərinin Azrbaycanda danışılan dilin fars (orta fars, yəni pars, başqa sözlə, tat dili nəzərdə tutulur) və dəri (yeni fars) dillərindən əsaslı surətdə fərqləndiyini qeyd etmələri də sübut edir. Onların yazdıqlarından belə məlum olur ki, o dövrdə bugünkü İran (Əcəm) ərazisində farslar hələ pars, yəni orta fars (tat) dilində danışırdılar, dəri (yeni fars) dilində danışanlar da var idi. Bu barədə ətraflı məlumat verən Əl – Məqdisi (lX əsr) yazır ki, Azərbaycan əhalisinin dili bu dillərdən fərqlənir və çətin başa düşülür.

Yaqut əl – Həməvi isə yazır:

“Azərbaycanın əhalisi səmimi, çəhrayı sifətli, zərif dərili bir xalqdır. Onlar başqalarının başa düşmədiyi bir dildə – azəri dilində danışırlar.”

Bununla belə, “azəri dili”nin guya fars dilinin bir ləhcəsi olduğunu “sübut etməyə” çalışanlar hələ də var və onlar faktları təhrif etməkdən də çəkinmirlər. Məsələn, bir çox hallarda X əsr ərəb müəllifi Yaqubinin Azərbaycan şəhərlərinin əhalisindn danışarkən işlətdiyi “azəriyyə əcəmləri” (ərəblər ərəb olmayanlara “əcəm” deyirdilər) ifadəsi “azəriyyə farsları” kimi tərcümə edilərək təqdim edilir. Bu saxtakarlığa və ya səhvə ilk dəfə Əl – Yaqubinin kitabı 1908 – ci ildə rusca nəşr edilərkən yol verimişdir. Ümumiyyətlə, ərəbdilli mənbələrin tərcüməsi zamanı “əcəm” (qeyri – ərəb, ərəb olmayan) sözünü “İran” və “fars” kimi tərcümə etmək geniş dəb halını almışdır. Bu isə kökündən səhvdir və səhv nəticələrin əldə edilmsinə gtirib çıxarır. Halbuku, ərəb müəllifləri əcəmləri “fars əcəmləri” və “azəri (Azərbaycan) əcəmləri” deyə iki yerə ayırırdılar və onlar arasındakı fərqi də dəqiq bilirdilər. Eyni dövrə aid olan, klassik fars nəsrinin şedevri hesab edilən və farslar tərəfindən yaradıldığı heç bir şübhə oyatmayan “Qabusnamə”də farslarla əcəmlər bir – birindən fərqləndirilir:

“Əcəmi tapsan fars alma”.

Bu fakt “əcəm” kəlməsinin ayrı – ayrı müəlliflərin fərqli mənalarda işlətdiklərini sübut etməkdədir. Bəzi hallarda “əcəm dili” ifadəsinin bilavasitə Azərbaycan türkcəsini ifadə etdiyini də söyləyə bilərik. Belə ki, Xlll əsrdə tərtib edilən, müəllifi bilinməyən, T. Hautsman tərəfindən nəşr edilən “Kitabi – məcmu – e –tərcüman türki və əcəmi və moğoli və farsi” adlanan lüğətdə Misirin Məmlük türkcəsi “türk dili”, Türküstan türkcəsi, yəni uyğur dili “moğol dili”, Azəbaycan türkcəsi isə “əcəm dili” kimi təqdim edilir. Lüğətin adından da gördüyümüz kimi, əcəm dili ilə fars dili tamam fərqli dillər kimi tqdim edilir.

“Əcəm” termini ilə bağlı Yeni Türk Ensiklopediyasında yazılıb:

“Əcəm. Ərəblərə görə özlərindən, yəni ərəb olmayan kimsə və ya topluluq… Osmanlılarda iranlı azəri türklərinə də… “əcəm” deyilirdi”.

Yuxarıda Yaqut Həməvidən misal gətirərək göstərdik ki, ərəblər “azəri” və ya “azərbi” kəlmələrini “Azərbaycan” adının qısaltması kimi işlətmişlər və bu kəlmələrlə azərbaycanlıları və onların dilini ifadə etmişlər.

Opponentlrimiz haqlı olaraq sual verə bilərlər ki, ərəblərə “türk dili” anlayışı məlum ola – ola, nədən onlar Azərbaycan əhalisinin dilini “türk dili” yox, məhz “azəri” dili adlandırıblar? Bəli, ərəblər bunu bilirdilər və bildikləri üçün də Müaviyənin Azəbaycana hücum ərəfəsində bu ölkə barəsində verdiyi suala Azrbaycanın ən qədim zamanlardan türklər ölkəsi olduğu cavabı verilmişdi. Bəs, görəsən, Azərbaycan türkləri birdən – birə nə üçün azəriyə çevrildilər? Sualın cavabı çox sadədir və onun cavabını Türkiyə alimi, professor Osman Turanıın “Türk Cahan hakimiyyəti məfkurəsi” kitabında tapırıq. Görkəmli alim yazır:

“…X əsr coğrafiyaçıları “türk” adını sadəcə şamanist (müsəlman olmayan) türklərə şamil elədiyi və müsəlman türkləri onlardan ayırdığı üçün “Türküstan” adını İslam hüdudlarından kənarda qalan və Fərab, hətta Talasın o tayında bulunan türk məmləkətlərinə verirdilər. İslamiyyətin yayılması və hüdudların dəyişməsi ilə bu xəta qaynaqlarda da təkrarlanmışdır.”

X əsrdə Azərbaycan əhalisi artıq çoxdan müsəlman idi və bu üzdən də onlar “türk” yox, “azəri”, yəni azərbaycanlı adlandırılırdılar. Türk adı isə müsəlman olmayan qıpçaqlara, o cümlədən xəzərlərə aid edilirdi. Xəlifə Müaviyənin dövründə isə Azərbaycan türkləri hələ müsəlman olmadığı üçün adları mənbələrə “türk” kimi düşmüşdür.

 

Advertisements
Bu yazı Dilçilik, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma