Öğuz mədəniyyətinin Mezolit dövrünə aid izləri

Bəxtiyar Tuncay

Türk dili və türk etnosunun hələ Mezolit dövründə (e.ə. XII-VIII minilliklər) formalaşmış olduğunu dolayı faktlarla sübut etmək mümkün olsa da, o dövrə aid səsli yazı mətnlərinin olmaması üzündən bu məqaləmizdə gəldiyimiz nəticələri təkzib etmək oponentlərimiz üçün heç də çətin olmamalıdır. Amma əminik ki, ortaya qoyduğumuz məntiqlə də hesablaşmamaq mümkün olmayacaq.  

 Azərbaycanın ən gözəgəlimli abidələrəndən biri də Qobustan tarixi– arxe-oloji kompleksidir. Burada minlərlə qayaüstü təsvir, onlarca Daş dövrü düşərgəsi və sonrakı dövrlərə aid məskən və məzar yerləri tapılmışdır. Qobustanın qaya təs-virləri 1939-cu ildə tanınmış arxeoloq İshaq Cəfərzadə tərəfindən kəşf edilmlşdir.

1947-1965-ci illərdə onun başçılığı altında Azərbaycan Milli Elmlər Akademiyası-

nın Tarix İnstitunun ekspedisiyası 750 qaya və daş parçası üzərində 2500 təsvir, o

cümlədən qonşu Şıxqaya və Sonqardagda 30 təsvirli daş təsbit etmişdir. Hazırda

Qobustanın Böyükdaş, Kiçidaş, Cinqirdag-Yazılıtəpə abidələrində, eləcə də Şıxqa-

yada yüzdən artıq daşın üzərində 6 mindən çox  qədim təsvir və arxeoloji abidə aş-kar edilmiş və öyrənilmişdir.

          Tanınmış rus alimi Formozov Böyükdaşın Mezolit,yəni Orta Daş dövrü qa-ya təsvirlərini, başqa sözlə petroqliflərini tədqiq edərkən iki mədəni təbəqə kəşf etmişdir: 1-ci mədəni təbəqə ilk Mezolit dövrünü – eramızdan əvvəl Xll – X minillikləri, 2-ci mədəni təbəqə isə son Mezolit dövrünü – eramızdan əvvəl X – Vlll minillikləri əhatə edir. 1-ci təbəqə gizləncəklər – ov müqəvvaları, kürəklərində kaman, əllərində daş bıçaq olan ucaboylu ovçuların gen dəri şalvarda və qısa önlükdə qazılmış siluet təsvirləri aşkar edilmişdir.

           Qeyd edilməlidir ki, bəzi təsvirlər hər iki mədəni təbəqə üçün səciyyəvidir. Belə qaya təsvirlərinə misal olaraq kollektiv şəkildə rəqs edənlərin və gizləncəklə-rin siluet rəsmlərini göstərmək olar. İkinci təbəqədə ovçuların kiçik və sxematik rəsmləri, ovçuların itlə ov etməsi, tur, at və qabanların kontur xətli təsvirləri aşkar edilmişdir. Rəşid Göyüşov yazır ki, Azərbaycan ərazisində 10 – 12 min əvvəl qədim Daş dövrü orta Daş dövrü ilə, yəni Mezolit dövrü ilə əvəz olunur. Mezolit abidələrində təsadüf olunan çox kiçik ölçülü, mikrolit adlanan daş alətlərin ilkin variantları hələ Paleolitin son inkişaf mərhələsinin axırlarında təşəkkül tapmış, Mezolit dövründə isə mükəmməl formaya salınmışdır. Mezolit dövründə insanların əmək fəaliyyətində, dünya görüşündə, ətraf aləmə münasibətində dəyişikliklər baş verir, qədim insanların ən mühüm ixtiralarından biri olan ox və yay meydana gəlir. Şübhəsiz, ox və yayın kəşfi insanların min illər boyu əldə etdikləri bir çox vərdişlər sayəsində, müxtəlif texniki üsullara bələd olmaları nəticəsində mümkün olmuşdur.

          H.Cəfərov isə deyir:

          “Ox və yayın kəşfi ilə ovçuluq sahəsində əsaslı dəyişiklik yarandı və heyvanları uzaq məsafədən ovlamaq mümkünləşdi. Bununla daha çox ərzaq ehtiyatı əldə etməyə nail olan insanlar eyni zamanda heyvanları əhliləşdirməyə başlayırlar. İlk vaxtlar heyvanları yem ehtiyatı kimi saxlayırdılar. Beləliklə, ibtidai heyvandarlığın əsası qoyulur.  Əlbəttə, bu heyvanları hələ   ev  heyvanları   hesab

etmək olmazdı. Vəhşi heyvanların əhliləşdirilməsi, heyvandarlığın təşəkkülü və inkişafı çox uzun və mürəkkəb yol keçmişdir. Lakin heyvanların bir qisminin ehtiyat üçün saxlanması və bu işin vərdiş halına keçməsi obyektif surətdə ibtidai maldarlığın bünövrəsini qoymuşdur. Mezolit dövründə ibtidai maldarlıqla yanaşı, ilkin əkinçilik vərdişləri  də təşəkkül tapmışdır. Ət ehtiyatının artması ərzağa olan tələbatı ödədiyindən yabanı bitki toxumlarının bir hissəsinin ehtiyat üçün saxlanmasına şərait yaratmış, bu isə öz növbəsində ibtidai əkinçiliyin təşəkkülünə səbəb olmuşdur.”

Untitled - Copy (2)

Hələ qədim Daş dövründə, daha dəqiq desək, 300-700 min il öncə süni od qalamaq və onu uzun müddət yanar vəziyyətdə saxlamaq texnologiyasının kəşf edildiyi ilk ərazi olan Azərbaycan ərazisinin ox və yayın ilk dəfə kəşf edildiyi, itin ilk dəfə əhliləşdirildiyi və ondan ov zamanı ilk dəfə isyifadə edildiy məkan olduğunu Qobustanın Mezolit dövrünə aid petroqlifləri sübut edir. Bəs, görəsən,  bəşər tarixində böyük sıçrayışa səbəb olan bu misilsiz  kəşfləri etmiş xalq kim olmuşdur, hansı dildə danışmışdır? Bu suala cavab tapmağa bizə Qobustanın qədim Firuz  yaşayış məskənindən tapılan, yaşı təqribən 12 min il olan Mezolit dövrü insanlarının skletləri yardımçı olur.

         Tarixçi alim Kərəm Məmmədov mövzu ilə bağlı yazır:

         “Qafqaz ərazisində məskun olan xalqların sayının çoxluğu, onların müxtəlif dil ailələrinə mənsub dillərdə danışması, bölgənin fiziki – coğrafi şəraitinin mürəkkəbliyi və bu mürəkkəbliyin ayrı – ayrı etnosların təcridinə gətirib çıxarması etnogenez proseslərinin öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş paleoantropoloji materialın önəmini artırmaqdadır. Qafqaz ərazisində məlum olan ən qədim kəllə sümükləri Qobustandan, Kiçikdaşın ətəyindəki “Firuz” mağarasından tapılmışdır. Bu tapıntılar Mezolit dövrünə aiddir. Eyni dövrə aid edilən və eyni morfoloji xüsusiyyətləri daşıyan insan qalıqları Cənubi Azərbaycan ərazisindən də tapılmışdır. Üzün nisbətən ensizliyi və kəllənin nisbətən uzunsovluğu ilə fərqlənən bu tip bütün Qafqaz  və Cənubi Azərbaycan üçün təkcə Mezolit dövründə deyil, Eneolit, yəni Mis – daş və Tunc dövrlərində də xas olmuşdur.

Bu insan tipi elm aləmində “kaspi” və ya “oğuz”tipi adlanır və öz parametrlərinə görə Azərbaycan türklərinin antropoloji tipinə uyğundur                                          və digər qonşu xalqların göstəricilərindən əsaslı surətdə fərqlənir.”

           Mezolit, yəni orta Daş dövrünün son mərhələsi üçün uzunluğu iki metrə çatan böyük öküz təsvirləri xarakterikdir. Bu rəsmlər konturlu xətlərlə, əsasən realistik səpgidə işlənmişdir. Onlardan yuxarı mərəbədə yerləşmiş 42 № – li  daşın şərq tərəfindəki və 29 № – li daşın mağara divarında cızılmış öküz təsvirlərini göstərmək olar. Bu təsvirlərdə sözügedən heyvanların güc və əzəməti ifadə edilmişdir.

Untitled - Copy (3)

Tarixçi alim İ.Avşarov yazır:

          “Azərbaycan ərazisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir edilən heyvan rəsmləri və zoomorf elementlər qədim mifologiyada xüsusi yerə sa-hibdirlər. Təbii ki, bu, heyvanat aləminin ibtidai insanların həyatlarında oynadığı rolla bağlıdır. Təsadüfi deyil ki, bəzi heyvanlar qədim tayfa və qəbilələrin totemi kimi çıxış etmişlər.

           Məlum olduğu  kimi, oğuzlar çox qədim və zəngin mədəniyyətə sahib ol-muşlar. Tarixçi – etnoqraf Qoşqarlı özünün “Azərbaycanlıların maddi mədəniyyəti” adlı əsərində “Oğuznamə”yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz xanın Ayla Öküzün izdivacından döğulduğunu qeyd etmişdir. Elə bu səbəbdən də son Tunc – Erkən Dəmir dövrləri abidələrindən əldə edimiş tunc kəmərlərin üzərində təsvir edilən öküz başlarının buynuzları aypara formasında təsvir edilmişdir.

           Göründüyü kimi, Azərbaycanın qədim sakinlərinin inanc sistemində öküzə inam xüsusi yer tutmuşdur. Bu baxımdan Xocalı – Gədəbəy abidələrindən üzə çıxarılan fiqurların bir çoxu məhz öküz başı formasındadır. Belə fiqurlar Cənubi Azərbaycan və şimali Qafqaz ərazisindən də tapılmışdır. Rus alimi Avdeyevin fikrincə, öküzə inam ən qədin zamanlardan Qafqaz və Şərqdə geniş yayılmışdı. Azərbaycan ərazisində hətta öküzün xüsusi hörmət və təmtəraqla dəfn edilməsi halına da rastlanmışdır. Məsələn, arxeoloq Resler Xocalı kurqanında apardığı qazıntılar zamanı belə bir məzara rast gəlmişdir. Burada dəfn edilmiş öküzün başına bütöv ayın rəmzi olan dairəvi disk bərkidilmişdi.”

           Deyilənlrə onu da əlavə edək ki, 2010 – cu ildə Oğuz rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı üzündə qızıldan öküz maskası taxılmış bir skelet də taplmışdır. Maraqlıdır ki, Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmişlər. Bu alimlər bu halda “Oğuznamə”də yer alan aşağıdakı sözlərə istinad etmişlər:

            “Olsun dedilər. Onun anqağusu budur.”  uygur

   “Oğuznamə”nin uyğur versiyasının birnci səhifəsinin birinci sətrində deyilən bu sözlərdən sonra göy öküz təsvir edimişdir. Bu göy öküz oğuzların əcdadı Oğuz xanın şəkli, daha dəqiq desək, anqağusu, yəni  ideoqrafik işarəsi kimi təqdim edilir. Bu şəkil əsərə sadəcə bir illüstrasiya kimi qəbul edilə bilməz. Çünki o, mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış edir və Oğuz xanın mətndəki sözlü təsviri ilə üst – üstə düşmür. Mətndə Oğuz xanın sözlü təsviri fərqlidirdir:

            “Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğlu oldu. Bu oğlanın üzü göy idi. Ağzı atəş kimi qırmızı, gözləri ala, saçları, qaşları qara idi. Gözəllikdə mələkdən də gözəl idi…

           …Ayağı öküz ayağına, beli qurd belinə, kürəyi samur kürəyinə, köksü ayı köksünə bənzəyirdi.”

            Gördüyümüz kimi, sözlü təsvirdə söhbət oğlan uşağından gedir və onun xarici görünüşü şəkildəki təsvirdən əsaslı surətdə fərqlənir. Deməli, bu halda öküz təsviri “Oğuz” antroponiminin sadəcə ideoqrafik ifadəsidir. Elə bu səbəbdən də Əbülfəz Hüseyni və Zelik Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini oğuzların ulu babalarının cızdıqlarını söyləmişlər. Burada sıhbətin məhz piktoqrafik yazıdan, yəni şəkil – yazıdan getdiyini elm aləmində şərti olaraq “7 gözəl” adlanan petroqlif də sübut etməkdədir.

         Fikrimizcə, şərti olaraq, “7 gözəl” adlanan bu piktoqramda böyük öküz təsvirinin fonunda 8 qadın təsvir edilmişdir. Burada öküz oğuz xalqını, 8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir. Nəzərə alsaq ki, ilk soybirləşmələri məhz Mezolit dövründə formalaşmışdır və bu birliklərdə birləşən soyların başında qadınlar dururdu, tam cəsarətlə deyə bilərik ki, burada söhbət 8 oğuz soyunun birləşməsini ifadə edən  böyük bir qəbilədən, daha doğrusu bu qəbilənin özünü ifadəsindən gedir.

Untitled - Copy (4)

   Orxon – Yenisey mətnlərində Üçok, Onok, Onuyğur, Otuztatar, Üçoğuz, Altıoğuz, Doqquzoğuz, Üçkarluq və sairə soybirləşmələri ilə birlikdə Səkkizoğuz soybirləşməsindən də söhbət açılmaqdadır. Beləki, “Moyonçur”abidəsinin şərq tərəfində belə bir cümlə yer almaqdadır:

“Səkkizoğuz,Otuztatar qalmadı gəldi…”                                                                                                         

İlk Azərbaycan petroqramlarını, yəni şəkil – yazılarını Qobustanın qədim rəssamları yaratmışlar və bu, orta Daş, yəni Mezolit dövründə baş vermişdir. Bu proses sonrakı dövrlərdə də davam etmişdir. Tanınmış arxeoloq H.Cəfərov bu barədə belə yazır:

         “Qobustanın Mezolit dövrü qayaüstü rəsmlərinin ibtidai incəsənətin və əha-linin dini görüşlərinin, xüsusən ovsun – totem inamlarının öyrənilməsində əhəmiy-yəti çox böyükdür.”

         Qobustanın Böyükdaş qayalıqlarında çoxlu mağara vardır. Mezolit dövrünün petroqlifləri əsasən bu mağaraların ətrafındakı və daxilindəki qayalarda həkk olunmuşdur. Bu qayalar qədim rəssamların, bir növ, qədim “rəsm qalereyası”dır.

Böyükdaşın yuxarı mərtəbəsindəki bu “qalereya”da əzəmətli ovçuların surətləri, bir cərgədə rəqs edən adamların rəsmi, gizləncəklər – müqəvvalar, gizləncəklərdən istifadə edərək ov edən iki ovçu (3№ – li mağara, 45 № – li daş), vəhşi atların qovularaq tələyə salınması (3 № – li mağara, 45 № – li daş) və bu kimi dəyərli təsvirlər  gözə dəyməkdədir.

           Böyükdaşın 3 № – li mağarasındakı 45№ – li daşın üzərindəki təsvirdən də göründüyü kimi, xalqımızın bu günə qədər sevə – sevə ifa etməkdə olduğu  yallı rəqslərini ulu babalarımız hələ ən azı 12-14 min il əvvəl  ifa etməyə başlamışlar. Bu isə o deməkdir ki, rəqs mədəniyyəimizin kökləri ən azı Mezolit dövrünə qədər uzanır. Elə təsviri sənətimizin kökləri də eyni dövrlərə qədər uzanıb gedir Untitled - Copy (5)

 

 

 

 

 

         Qayalarda nisbətən dərin qazılmış ovçuların böyük fiqurlu siluet şəkilli təs-virləri ilk Mezolit dövrü rəssamlarının yardıcılığı üçün xarakterikdir. Belə rəsmlər-dən ibarət böyük bir təsvir kompozisiyası Böyükdaşın yuxarı mərtəbəsində, 29 № – li daşın şimal tərəfində qazılmışdır. Kompozisiyanın mərkəzi hissəsində göstərilən ovçuların siluet şəkilli təsvirləri sxematik və şərti xarakter daşıyır, qulaq, burun, göz, ağız və sairə hissələr göstərilmir. Bu rəsmlər təxminən natural böyüklükdədir. Buradakı insan fiqurlarının təsvirində nisbət və sairə realistik xüsusiyyətlər gözlənilməmişdir. Buna baxmayaraq, qədim rəssamlar ovçuların üç baxımdan — ön, yan və arxa tərəfdən təsvir edilməsinə çalışmışlar. Bunu kamanların tam və yarımçıq şəkildə təsvir edilməsindən anlamaq olur. Arxa tərəfdən göstərilmiş ovçuların kamanları bütövlüklə, ön tərəfdən rəsm edilmiş ovçuların kamanlarının isə ancaq kənar ucları təsvir edilir. Bundan başqa bu təsvirlərdəki kamanların yönləri də bir – birinin əksinə olan diaqonal xətlər istiqamətindədir. Arxa tərəfdən rəsm edilmiş ovçuların cinsi əlamətləri də bir qayda olaraq göstərilmir. Buradan aydın olur ki,  qədim  rəssamlar insanların ön və arxa baxımdan rəsm edilməsinə ancaq bu yolla nail ola bilmişlər.  Mezolit   rəssamlarının   bu   nailiyyətini  nəzərə   alaraq   həmin   daşın petroqliflərinə diqqətlə baxdıqda aydın olur ki, burada çevrə boyu düzülmüş ovçular təsvir edilmiş, dairəvi kompozisiya yaradılmışdır. Ona görə də bu petroqlif ibtidai rəsm xüsusiyyətlərinə baxmayaraq, Mezolit dövründə yardılmış müəyyən  kompozisiya tərtibatına malik çoxfiqurlu, monumental xarakterli nadir təsviri sənət əsəri kimi çox qiymətlidir.                                            

            Sənətşünas alim Nəsir Rzayev sözügedən peyroqlif barədə yazır:

            “Həmin petroqlifin mərkəzi hissəsində insan təsvirlərinin ayrı-ayrı fraq-mentlərinə bənzər rəsmlər görünür. Onlar bir necə ovçunun profildən primitiv şə-kildə qazılmış təsvirləridir. Bu yarımçıq və anlaşılmaz rəsmlər qədim rəssamların yaradıcılıq axtarışlarında çox cəsarətli bir addım idi.

             Petroqlifdə göstərilən ovçuların əllərindəki daş bıçaqlar və çiyinlərindəki kamanlar Mezolit dövrünün xarakterik xüsusiyyətlərindəndir. Bu dövrün yetişdir-diyi təsvir motivlərindən biri də insan fiqurlarında əl və ayaqların statik və standart vəziyyətdə verilməsidir. Əksər hallarda ovçuların qolları yanlara doğru açılmış halda, qıçları isə yarımbükülü vəziyyətdə təsvir edilir. Bu təsvir motivləri qanun şəklini alaraq sonrakı dövrlərdə də təkrar edilmişdir.

Petroqlifin mərkəzində görünən ovçunun qıçları öz kobudluğu ilə diqqəti çəkir. Bu onunla izah edilir ki, rəssam ovçunu heyvan dərisindən enli şalvar geymiş vəziyyətdə təsvir etməyə çalışmışdır”.Untitled - Copy (6)

 

 

Qobustan təsvirlərindən göründüyü kimi, əcdadlarımız ən azı Mezolit dövründən, e.ə. X-Vlll minilliklərdən etibarən şalvar geymişlər. Halbuku, istər qədim Misir və Çin, istər qədim hind və fars, istərsə də qədim Aşşur – Babil və Roma – yunan təsvirlərində eyni hala rast gəlmirik . Yalnız qədim fars təsviri sənət abidələrində ulu babalarımız midiyalılar və saklar şalvarlı təsvir edilmişlər. Bu isə o deməkdir ki, şalvar, eləcə də bir çox digər geyim növləri türklərdən digər xalqlara keçmişdir. Bunu əldə olan çoxsaylı yazılı mənbələr, o cümlədən qədim yunan və Çin mənbələri də təsdiqləyir. Maraqlıdır ki, şalvar və digər geyim növləri ilə bərabər bizdən başqa xalqlara həmin əşyaların adları da keçmişdir. Bununla əlaqədar filoloq Minəxanım Təkləli yazır:

“…”Tarixən türklərlə və onların mədəniyyəti ilə daim əlaqədə olan Rusiyada” (N.Dimitriyev) onların məişətində milli geyimlərimiz mühüm yer tutmuşdur. Rus dilində tez – tez rastlaşdığımız çalma, başlık, başmak, papaxa, şarovar (şalvar), arxaluk, kebenyak (kəpənək – yapıncı) xalat, kaftan, kuşak, bafta, atlas, kumaç (qumaş), kanaus (qanovuz), kamka (kəmxa), kaytan və s. bu kimi onlarla türkizmlər – Dədə Qorquddan bəri dilimizdə işlənən mədəni terminlər buna yaxşı sübut ola bilər.”

R. A. Yunaliyev özünün “Tyurkizmı v russkom yazıke” kitabında bildirir:

“…Rus dilində alt və üst geyim adlarını bildirən qırxdan yuxarı türk sözləri, otuzdan yuxarı paltar – geyim elementi adları, bəzək əşyaları, qırxdan çox baş geyimlərinin adları qeydə alınmışdı.”

Əgər tədqiqat aparılarsa, eyni hala gürcü, erməni, fars və s. qonşu xalqların dillərində də rast gəlinəcəyi şübhəsizdir. Konkret olaraq, “şalvar” termininə gəlincə, bu termin bu dillərdə bu gün də işlənir, ya da nə zamansa işlənmişdir. Bu kəlmə ilə bağlı Minəxanım Təkləli yazır:

“Şalvar türk dilindən ukrayna dilinə, buradan da rus dilinə keçmişdir… Fikrimizcə şalvar/şarovar rus dili ilə türk dilinin əlaqəsinin  daha qədim dövrünə aiddir.”

Alim Murad Aciyə istinadən bildirir ki, atlı həyat tərzi üçün türklərin düşünüb tapdığı xüsusi paltar ” şalvar” və dünyada ilk uzunboğaz çəkmə (sapoq) da türk sözləridir.

 

 

Advertisements
Bu yazı Dilçilik, Mifologiya, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma