“GƏLƏCƏKDƏN KEÇMİŞİMİZƏ GÖNDƏRİLƏRƏK GÜNÜMÜZƏ YETİŞƏN MESAJLAR VƏ YA GƏLƏCƏYİN QISA TARİXÇƏSİ”

images

 Bu həftədən etibatən sevimli oxucularıma təqdim etməyə başladığım yeni əsər belə adlanır. Hər həftə qısa bölümlər şəklində İnternet üzərindən yayımlanacaq bu əsərin müəllifi əslində mən deyiləm. Onun müəllifi sözügedən mesajları gələcəkdən keçmişə göndərən, həmin mesajları qəbul edərk öz dövrünün insanlarına nəql edən və onları qələmə alaraq günümüzədək yetişməsini təmin edənlərdir. Mən sadəcə sizi sözügedən mesajlarla tanış edəcəyəm. Ümidvaram ki, gələcəyin tarixini öyrənmək keçmişin tarixini öyrənməkdən daha maraqlı olacaq. Bu fikirlə razısınızsa bu seriyadan olan ilk mesajla tanış ola bilərsiniz (13.7.2014).

I MESAJ

 

Xatırlayırsınızsa, 2012-ci ilin iyun ayının 7-də, gecə Azərbaycanda ölkənin vətəndaşları səmada Uçan Naməlum Obyekti xatırladan qəribə bir alov görmüşdülər. Onminlərlə insan heyrətlə bu mənzərəni seyr etmişdi. Amma səhəri gün əksər KİV-lərdə belə bir xəbər yayıldı ki, guya göydə görünən nə UNO, nə də alov imiş, Rusiyanın Həştərxan vilayətindəki “Kapustin Yar” poliqonundan təlim məqsədilə göyə buraxılan “Topol” ballistik raketi imiş. Elə həmin gün Lent.az Life News-a istinadən xəbər yaydı ki, məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama verərək bildirib ki, Azərbaycanda görünən naməlum alovun Rusiya və “Topol” raketinə heç bir dəxli yoxdur.

Söhbətimizə davam etməmişdən öncə sevimli oxucularıma növbə ilə aşağıdakı linklərə girərək həmin hadisənin ölkəmizin TV kanallarında nümayiş etdirilmiş canlı təsvirlərini izləməyi, yaddaşını təzələməyi, yalnız bundan sonra yenidən bu səhifəyə qayıdaraq, mesjın ardını oxumağı təklif edirəm.

https://www.youtube.com/watch?v=F2ISJlgaoIg

https://www.youtube.com/watch?v=0dZGl3de6XI

https://www.youtube.com/watch?v=qTKinipugio

https://www.youtube.com/watch?v=w6NeERK69OU

https://www.youtube.com/watch?v=7gtI_yIXkDo

Maraqlıdır ki, öncə rus raketinin görüntüsü olduğu iddia edilən bu alovun sonradan həmin raketə heç bir aidiyyatı olmadığı üzə çıxdı. Ruslar xəbəri yalanladılar və bu yalanlama ölkəmizin informasiya agentlikləri tərəfindən əhaliyə bu şəkildə çatdırıldı:

Rusiyadan təkzib: “UNO”nun bizim raketlə əlaqəsi yoxdur (http://www.topnews.az/news/57036)

09.06.2012 12:32

 

“İyunun 7-də “Kapustin Yar” poliqonundan buraxılan “Topol” ballistik raketi Qazaxıstanın “Sarı-Şaqan” poliqonundakı hədəfi uğurla vurub. Başqa ölkələrdə səmada nəyin seyr edilməsi bizə aydın deyil”. Lent.az-ın Life News-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən açıqlama yayılıb.

Xatırladaq ki, iyunun 7-si gecə Azərbaycan və qonşu respublikalada, habelə yaxın şərqin bir sıra ölkələrinin vətəndaşları səmada Uçan Naməlum Obyekti xatırladan cisim görüblər. Amma bu gün səhər əksər KİV-rin yaydığı xəbərə görə, göydə görünən UNO yox, Rusiyanın Həştərxan vilayətindəki “Kapustin Yar” poliqonundan təlim məqsədilə göyə buraxılan “Topol” ballistik raketi imiş. İndi məlum olur ki, Azərbaycan da daxil bir çox ölkələrin səmasında görünən naməlum obyektin Rusiya və “Topol” raketinə heç bir dəxli yox imiş.

Maraqlısı odur ki, dünən gecə eyni vaxtda İranda da təlim məqsədi ilə ballistik raketin sınağı keçirilib. İranın ISNA agentliyinin yaydığı məlumata görə, ölkənin bir sıra şəhərlərində insanlar səmada parlaq obyekt müşahidə ediblər. Bu, elə həmin raketin buraxdığı izlər olub. “Amma bu o demək deyil ki, həmin izləri digər ölkələrdə də müşahidə etmək mümkün olsun” – deyə, adıgedən agentlik rəsmi mənbələrə istinadən bunun mümkünsüzlüyünü qeyd edib.

Maraqlı situasiya yaranıb: Əgər göydəki obyekt raketin buraxdığı iz deyilsə, bəs onda nədir? Yəqin ki, çox keçməz, buna da aydınlıq gələr.

Səbuhi

Beləliklə, heç kəsin izah edə bilmədiyi naməlum atəş və ya obyekt…

Azərbaycan səmasında belə bir şeyin baş verəcəyi gələcəkdən keçmişə ötürülərək, sevimli Peyğəmbərimizə (s) xəbər verilən, onun tərəfindən nəql edilən və müasirləri tərəfindən qeydə alınaraq, dövrümüzədək ulaşan, başqa sözlə zamanda geriyə və irəliyə yolçuluq yapan çoxsaylı xəbərlərdən biridir. Bu xəbər vaxtilə İmam Cəfəri Sadiq tərəfindən dilə gətirilərək, aşağıdakı kimi qeyd edilmişdir:

“…Əbu Bəsir deyir ki, İmam Əbu Abdullah Cəfəri Sadiq belə buyurdu: Atam mənə dedi ki, Azərbaycandan mütləq bir atəş çıxacaqdır. Və heç bir şey onun qarşısında dura bilməyəcək. Belə bir şey olanda, evinizdə oturun, biz nə ediriksə, siz də onu edin. Və bizim qiyam edənimiz (Mehdi Sahib əz-Zaman) hərəkətə keçən kimi, yubanmadan ona tərəf qaçın” (Şeyx Mühəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani, s. 311).

Deməli, Azərbaycan səmasında müşahidə edilən alov Mehdi Sahib əz-Zamanın zühur əlamətlərindən biriymiş…

Maraqlıdır ki, bəzi hədislərdə sözügedən alovun Şamda, yəni Suriyada görünəcəyi söylənilməkdədir. Beləliklə, Azərbaycanda, yoxsa Suriyada?!

Bu sualın cavabını  yenə ölkəmizin saytlarından birində getmiş başqa bir xəbərin məzmunundan öyrənmiş oluruq. Həmin xəbərdən belə aydın olur ki, 2012-ci ilin iyun ayının 7-də, gecə Azərbaycanda müşahidə edilmiş alov bir çox ölkədə, o cümlədən Suriyada da müşahidə edilmişdir:

10:32

Day.Az-ın verdiyi məlumata görə, iyunun 7-də yüzlərlə İsrail vətəndaşı polis idarələrinə zəng vuraraq naməlum uçan obyekt (UNO) gördüklərini deyiblər. Belə zənglər Fələstin ərazisindən də daxil olub. Bundan başqa, UNO Livan, Suriya və İran ərazisində də müşahidə olunub.

Twitter mikrobloqunda yazılan məlumatlara görə, hadisə yerli vaxtla saat 21:00-da müşahidə olunub.

İsrail Astronomiya Assosiasiyasının sədri İqal Pat-El bildirib ki, müşahidə olunan obyekt meteorit deyildi. İsrail hökuməti isə bildirib ki, UNO müşahidə olunan ərazidə dövlətin heç bir hərbi təlimi keçməyib… (http://ayla.az/index.php?module=news&nid=724&s=1&lang=1)

Sevimli Peyğəmbərimizin (s) hədislərinin birində sözügedən atəşdən “Şərqdə görünən atəş” kimi bəhs edilməkdə və belə buyurulmaqdadır:

“Şərqdən yüksələn bir atəş gördüyünüz zaman Al-i Mühəmmədin (Mehdi Sahib əz-Zamanın) zühurunu gözləyin, beləki, yuxuda olan oyanacaq, ayaq üstə olan çömbələnəcək, oturan sıçrayaraq ayağa qalxacaqdır” (Kitab ül Burhan fi aləmət ül Mehdi ül əz-Zaman).

Başqa bir hədis isə belədir:

“Şərq tərəfdən göy üzündə gecəni aydınladan böyük bir atəş gördüyünüz vaxt… Bax, məhz həmin vaxt Həzrət mehdinin zühur vaxtıdır” .

Məlum olduğu kimi Mehdi Sahib əz-Zaman zühur etdiyi zaman qeybə çəkilən Həzrət İsa (ə) da onunla birlikdə yerə enəcəkdir. İncildə də Şərqdə görünəcək alov müjdələnməkdə və həmin alov Həzrət İsanın (ə) qayıdışının əlaməti olaraq dilə gətirilməkdədir. Şərqdə peyda olan, Qərbdə də müşahidə edilən, ildırımı xatırladan alovun çaxması Onun ikinci gəlişinin əlaməti kimi təqdim edilməkdədir.

Maraqlıdır ki, qədim və orta əsrlər yəhudi və xristian abidələrində,o cümlədən Musa Kağankatlının “Alban tarixi” kitabında “Şərq ölkəsi” deyilərkən şimali  Azərbaycan ərazisi nəzərdə tutulur.

Musa Kağankatlı eyni zamanda Şəkidəki Kiş kəndinin Şərq ölkəsində olduğunu qeyd edərək yazır:

“Müqəddəs patrik Kişə gəlir, burada kilsə tikir və qansız qurban verir. Bu

yer Şərqin bütün kilsə və şəhərlərinin başlanğıcıdır…”

 Musa Kağankatlının qədim yəhudi və xristian mənbələrinə istinadən verdiyi bir məlumat da çox maraqlıdır. Onun yazdığından belə aydın olur ki, qədim Çol, yəni Dərbənd şəhəri də Şərq ölkəsinə daxil olmuşdur.

Nəzərə alsaq ki, “Şərq” Azərbaycanın sinonimi kimi işlənib və alovun müşahidə edildiyi İsrail, Fələstin və Suriya Azərbaycandan qərbdədir, tam qətiyyətlə deyə bilərik ki, 2012-ci ilin iyun ayının 7-də, gecə Azərbaycanda baş verən və Qərbdə də müşahidə edilən olay Mehdi Sahib əz-Zamanın (ə) və Həzrət İsanın (ə) zühur əlamətlərindəndir və olayın ölkəmizin səmasında baş verməsi xalqımıza xoş bir müjdədir.

 

 

 

Advertisements
Bu yazı Çeşitli kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma