GƏLƏCƏKDƏN KEÇMİŞİMİZƏ GÖNDƏRİLƏRƏK GÜNÜMÜZƏ YETİŞƏN MESAJLAR VƏ YA GƏLƏCƏYİN QISA TARİXÇƏSİ II MESAJ

images

 

İkinci mesajda haqqında danışacağımız mövzuya keçməmişdən öncə AZ. TV-nin yaymış olduğu bir kiçik xəbərdə yer almış aşağıdakı cümlələri oxumanızı istəyirəm:

Avropa nüvə araşdırmaları mərkəzinin fizikləri yeni elmi kəşfə imza atıblar. Nüvə mütəxəssislərinin yeni kəşfi müasir fizika elminin əsasını təşkil edən Albert Eyşteynin məşhur Nisbilik nəzəriyyəsini alt-üst edə bilər.

Avropa nüvə araşdırmaları mərkəzinin alimləri həyata keçirdikləri təcrübələr zamanı işığı üstələyən sürəti kəşf ediblər. Onlar Eynşteynin işıq sürətinin sonuncu hədd olması barədə nəzəriyyəsinin əksini sübut edən elmi kəşfə nail olublar.  Alimlərin bu iddiasına səbəb isə onların İsveçrə ilə Fransa sərhədində yerləşən Böyük Adron kollayderində apardıqları təcrübələr zamanı təsadüfən müşahidə etdikləri sürətdir. Nüvə mütəxəssisləri Cenevrədəki mərkəzdən Böyük Adron kollayderi vasitəsilə İtaliyanın Qran-Sasso yeraltı laboratoriyası istiqamətində buraxdıqları neytrino adlandırılan hissəciklər işıq sürətini aşıb. Çəkisi sıfıra yaxın olan neytrino 732 kilometr məsafəni işıqdan da sürətli qət edib. O,  saniyədə təqribən 300 min kilometr təşkil edən işıq sürətini 60 nanosaniyə geridə qoyub. Bu isə nəzəri cəhətdən neytrinonun istənilən materiyanın içərisindən hiss edilmədən keçə biləcəyi mənasına gəlir. Hesablamada hər hansı bir səhvin ola biləcəyini nəzərə alan alimlər həmin təcrübəni 15 min dəfə təkrarlayıblar. Nəticə isə dəyişməyib. Bundan sonra avropalı alimlər yeni kəşflə bağlı dünya elm ictimaiyyətinə müraciət edərək nəticələrin bir daha yoxlanılması üçün onlara yardım edilməsini istəyiblər. Aparılan növbəti təcrübələr yenidən təkrarlanarsa və dünya elm ictimaiyyəti tərəfindən də təsdiqlənərsə, bu kəşf fizika elmində əsaslı dəyişiklərə səbəb olacaq.

Bu xəbəri ona görə oxumanızı istədim ki, hər bir fizikin bildiyi bir həqiqəti – işıq sürətindən sürətli hərəkət zamanı zamanın tərsinə axmağa başlaması haqqında məşhur fikri diqqətinizə çatdırım. Madam ki, neytrinolar işıqdan daha sürətlə hərəkət edə bilirlərsə, deməli, zamanda geriyə hərəkət edə bilir, zamanda geriyə hərəkət mövcudsa, deməli gələcəkdən keçmişə informasiya axını da mövcuddur.

Dini ədəbiyyatda Həzrət Mehdi Sahib əz-Zamanın zühur əlamətləri haqqında kifayət qədər ədəbiyyat bulunmaqdadır. Yəni bu mövzuda çox kitablar yazılmışdır. İndiyə qədər yazılanlar içərisində ən çox maraq çəkən, təbii ki, gələcəkdə baş verməli olan və artıq baş verdiyi üçün həqiqiliyi şübhə doğurmayan xəbərlərdir. Söhbət gələcəkdən keçmişə göndərilən, keçmişdə qeyd edilən və həmin qeydlər nəticəsində dövrümüzədək ulaşan, başqa sözlə zamanda geri və irəli hərəkət edən xəbərlərdən gedir ki, bu xəbərlər Allah-Təala tərəfindən sevimli Peyğəmbərimizə (s) agah edilmişdir. Onun dilindən hədis formasında səslndirilmiş, müasirləri tərəfindən nəql edilərək, sontakılar tərəfindən yazılmışdır.

Həmin hədislərin birində belə buyurulmaqdadır:

“Fərat çayının durdurulması Mehdinin əlamətlərindədndir” (Kitab ül-Bürhan fil Aləmət ül-Mehdiyy ül-Axir Zaman, s. 39).

İndisə Türkiyədə nəşr olunan “Hürriyyət” qəzetinin 4 noyabr 1973 – cü il tarixli sayının manşetində yer alan aşağıdakı cümlələlərə fikir verək:

w

 

 

“Gözümüz aydın olsun, Keban açıldı…”

“Fərat tarixdə ilk və son dəfə üç gün axmayacaq…”

“İyundan etibarən yurdun hər tərəfinə elektrik enerjisi veriləcək…”

“Urfa ovasıyla birlikdə 10 min hektarlıq ərazi suvarıla biləcək…”

Mehdinin çıxış əlamətlerinden biri, artıq qeyd etdiyimiz kimi, Fərat çayının suyunun kəsilmesidir. Şübhəsiz ki, belə bir hal 1973-cü ilədək müşahidə edilməmişdi. Həmin il isə istifadəyə veriln Keban su elektrik stansiyasının işə salınması ilə əlaqədar sözügedən çayın önü üç günlüyə kəsilmiş və bu müddət ərzində Keban dəryaçası su ilə doldurulduğundan çay düz üç gün axmamışdır.

Aşağıdakı videolardan daha geniş məlumat ala bilərsiniz:

http://www.youtube.com/watch?v=-EG65aaTLAE

http://www.youtube.com/watch?v=8DIZzIukC_w

http://www.youtube.com/watch?v=m2b7BzFB34g

http://www.youtube.com/watch?v=Yfdj6aSGMyA

 

 

Advertisements
Bu yazı Çeşitli, Din kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma