CƏNUB RAYONLARIMIZA 4 GÜNLÜK SƏYAHƏT VƏ BƏZİ ELMİ NƏTİCƏLƏR (I hissə)

 

B.Tuncay

Bir neçə ay idi ki, dostum Mənsur Yengi ilə birlikdə respublikanın cənub bölgələrinə səyahətə hazırlaşırdıq. Plana görə, AMEA-nın Tarix İnstitutunda çalışan dostlarımızdan Dilavər Əzimli və Paşa Oğuz da bizə qoşulmalı idi. Əsas məqsədimiz Yardımlının Şiləvəngi kəndinə gedib, oradakı qədim qəbir daşlarını araşdırmaq idi. Dilavər bəyin dediyinə görə, oradakı daşların birinin üzərində ona tanış olmayan, ya alban, ya da Orxon-Yenisey tipli yazılar ola biləcəyini təxmin etdiyi, maraqlı işarələr var.

Digər bir məqsədimiz isə Cəlilabada gedərək, Şatırlı kəndində yaşayan, “Facebook”dan tanıdığımız, yazışaraq dostlaşdığımız tarix müəllimi Elşad Amanovla görüşmək, onun öz kəndlərindən tapıb yerli muzeyə hədiyyə etdiyi diqqətəlayiq maddi mədəniyyət nümunələrini yaxından görmək idi. Mənsur xeyli vaxt idi ki “Facebook” üzərindən onunla fikir mübadiləsi aparır, gəldiyi nəticələri mənimlə də müzakirə edirdi. Yolüstü cənub rayonlarının tarix-diyarşünaslıq muzeylərinə də baş çəkməyi, oradakı eksponatlarla, xüsusən də  daş qoç  fiqurları ilə tanış olmağı düşünürdük. Fəqət iş elə gətirdi ki, səyahətə Dilavər və Paşa bəylərsiz çıxası olduq. Mənsur bəyin həyat yoldaşə və qızı Pınar da bizimlə idilər. 2014-cü ilin avqust ayının 7-də səhər saat 8.00-da Bakıdan çıxdıq və günorta saat 12.00 radələrində Cəlilabada yetirşdik.

Öncədən sözləşdiyimiz kimi, bizi tarix-diyarşünaslıq muzeyində qarşılamalı olan  Elşad müəllimlə görüşdük. Məlum oldu ki, muzeyin direktoru Ağayar müəllim də, əməkdaşlar da gələcəyimizdən xəbərdar imişlər və Elşad müəllimlə birlikdə yolumuzu gözləyilər. Bu bizi çox mütəəssir etdi. Bizə bu qədər həssaslıq və hörmət göstəriləcəyini gözləmirdik…

1

Muzeylə tanışlıq bizə çox gözəl təsir bağışladı. Burada ən azı Eneolit dövründən tutmuş orta əsrlərə qədər – bütün dövrlərə aid maraqlı maddi mədəniyyət nümunələrinin olacağını gözləmirdik. Eksponatların təqribən yarısını Şatırlı kəndindən tapılan və Elşad müəllim tərəfindən muzeyə hədiyyə edilən abidələr təşkil edirdi. Bu gözəl insanın gördüyü iş gerçəkdən də təqdirəlayiqdir və hətta hər cür təqdirlərin fövqündədir. Nə yaxşı ki, ölkəmizdə hələ də bu cür vətənsevər insanlar var.

2

Soldan sağa: Bəxtiyar Tuncay, Elşad Amanov və Mənsur Yengi

Azərbaycanda alimlərin, həkimləri bir sözlə, ziyalıların, o cümlədən müəllimlərin əmək haqlarının nə qədər az olduğunu, bu cüzi maaşla yaşamağın çox çətin olduğunu hamımız bilirik. Bir kənd müəllimi olan Elşad Amanov da bu baxımdan istisna deyil. Bununla belə bu şəxs, hər ay maaşından 50 manat kənara qoyur, bu pulu kənd təsərrüfatı işləri zamanı təsadüf nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin alınmasına və qorunmasına sərf edir. Sonra isə onları heç bir qarşılıq gözləmədən, yəni təmənnasız olaraq muzeyə bağışlayır.

DSC04142 DSC04145 DSC04147 DSC04149 DSC04153 DSC04154

Bütün eksponatlar içərisində bizə ən maraqlı gələn üzərində gözlə seçilməsi çətin olan bir təsvirin olduğu möhür-üzük oldu. Elşad müəllimin fikrincə, üzükdə qanı axmaqda olan bir yaralı ilan təsvir edilib.

DSC04150

Mənsur bəy şüşənin arxasından da olsa, həmin təsviri çəkməyi bacardı. Bakıya dönüb fotonu böyütdükdən sonra isə onun üzərində yaralı ilan deyil, müəyyən pozada duran və əllərində qalxana və soyuq silaha bənzər əşyalar tutan insan olduğunu gördü və dərhal da məni bu barədə bilgiləndirdi. Məlum oldu ki, Cəlilabaddan tapılan bu dəyərsiz maddi mədəniyyət nümunəsi Şumer üzük-möhürlərinin analoqudur və deməli, təqribən e.ə. IV-III minilliklərin yadigarıdır.

d

Şumer üzük-möhürü və Cəlilabaddan tapılan üzük-möhür

Şatırlı kəndində bulunan, qəbir daşları olduğu ehtimal edilən daşların üzərindəki heroqliflərə bənzər anlaşılmaz işarələr də xüsusi maraq çəkməkdədir. Onlar haqqında hələlik bir söz deyə bilməyəcəyik. Sadəcə, onu qeyd edək ki, çox maraqlı işarələrdir və onlar üzərində baş sındırmağa dəyər.

DSC04174 DSC04180 DSC04181

DSC04173

Muzeyin həyətində nümayiş etsirilən qoç heykəlini, eləcə də daşdan düzəldilmiş maddi mədəniyyət nümunələrini də görməyə dəyər.

Elşad müəllimin israrla bizi Şatırlıya dəvət etməsinə və qonağı olmamızı təklif etməsinə baxmayaraq, üzr istəyərək və “yolçu yolda gərək” prinsipindən çıxış edərək, Cəlilabaddan ayrılıb Masallıya üz tutduq və gecəni dağlar qoynunda, meşədə, son dərəcə səfalı bir yerdə keçirdik. Səhər yeməyimizi yedikdən sonra isə birbaşa Yardımlıya, bu rayonun tarix-diyarşünaslıq muzeyinə yola düşdük.

Burada da bizi çox xoş qarşıladılar. Muzeyin direktoru Əli müəllim özü qabağa düşüb bizi eksponatlarla bir-bir tanış etməyə başladı. Elə muzeydəcə tanış olduğumuz  yerli şair Xanlar Heydərov da maksimim informasiya ala bilməmiz üçün əlindən gələni əsirgəmirdi. Cəlilabadda olduğu kimi burada da ən azı Eneolit dövründən, bəlkə də Neolitdən tutmuş orta əsrlərə qədər – bütün dövrlərə aid maraqlı maddi mədəniyyət nümunələri qorunmaqdadır.

DSC04271 ??????????????????????????????? DSC04280 DSC04281 DSC04282 DSC04283 DSC04284 DSC04293

Muzeydə daha bir maraqlı adamla tanış olduq. Özü də tanışlığımız bir qədər məzəli şəkildə baş verdi və nə yaxşı ki, onu tanıdıq…

İçəri bir nəfər daxil oldu. Muzeyin direktoru bizi ona təqdim etdi. Onu təqdim etməyi isə ya unutdu, ya da bütün rayonda hər kəs tərəfindən yaxşı tanındığını bildiyi üçün təqdim etməyi lazım bilmədi. O isə sifət cizgilərinin bizə heç nə demədiyini görüb təəccübləndi və heyrətlə soruşdu:

-Məni tanımadınız?

Təəccüb və eyni dərəcdə heyrət dolu nəzərlərlə ona baxdıq. Əvvəllər heç vaxt olmadığımız bir rayonda yaşayan və heç vaxt rastlaşmadığımız adamı, axı, hardan tanıya bilərdik  ki? Qəribə sual idi. Dostumuz bizi nigaran qoymamaq üçün sualına elə özü cavab verməli oldu:

-Mən Mirşahin Ağayevin qardaşıyam, adım İqbaldır – dedi və biz yalnız bundan sonra onun tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı olduğunu öyrəndik.

Yeni tanışımız da öz qayğısını bizdən əsirgəməməyə çalışırdı. Biləndə ki Yardımlıya gəlməyimizin əsl səbəbi Şiləvəngi kəndinin qəbristanlığına dəymək, oradakı qəbir daşlarının şəklini çəkməkdir, sevinclə bildirdi ki, bizi maraqlandıran kənd çox yaxında yerləşir, yolu da çox da pis deyil və böyük məmnuniyyətlə bizə yol yoldaşlığı və bələdçilik edə bilər.

Muzeylə tanış olduqdan və marağımıza səbəb olan eksponatların şəklini çəkib qurtardıqdan sonra vaxt itirmədən Şiləvəngi kəndinə yollandıq və səhvən bu kəndə bitişik olan Ökü kəndinin qəbiristanlığına gəldik və nə yaxşı ki, bu səhvə yol verdik… Çünki burada çox sayda maraqlı qəbir daşı, o cümlədən qoç heykəli görmək imkanı əldə etmişdik. Birbaşa Şiləvəngi kəndinin qəbiristanlığına getsəydik, qonşu kəndin qəbristanlığında maraqlı nümunələrin olduğundan xəbər tutmayacaq, onları görmədən və şəkillərini çəkmədən geri dönəcəkdik.

Həm burada, həm də Şiləvəngi kəndində çox sayda maraqlı qəbir daşına, o  cümlədən  bir neçə qoç heykəlinə rast gəldik. Qoç heykəllərinin hamısı yerli orqanlar tərəfindən inventarlaşdırılıb. Əlbəttə ki, bu yaxşı haldır. Amma fikrimizcə açıq hava altında qalmaları onların tədricən məhvinə gətirib çıxara bilər. Odur ki, Mədəniyyət Nazirliyi səviyyəsində hansısa təcili tədbirlərin görülməsinə ehtiyac var.  Çünki onlar türklüyün və türk mədəniyyətinin rəmzlərindəndir və dəyərli maddi mədəniyyət nümunələridir.

DSC04170 DSC04171 DSC04297 DSC04299 DSC04303 DSC04306

Ökü kəndində yerli sakinlərdən Fətiyev Adil Şükür oğlu ilə rastlaşmasaydıq, Şiləvəngədə olduğumuzu zənn edəcəkdik. Çünki İqbal bəy Yardımlı sakini olsa da, sözügedən kəmdləri yaxşı tanımırdı. Fakt budur ki, onların hər ikisi bizə əllərindən gələn köməyi etdilər və biz onlara buna görə çox minnətdarıq.

DSC04183 DSC04309 DSC04312 DSC04320 ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? DSC04338 ??????????????????????????????? ??????????????????????????????? DSC04367 DSC04368 DSC04369

Çox təəssüflər olsun ki, Dilavər bəyin haqqında məlumat verdiyi daşı tapa bilmədik. Görümür, kimlərsə təkzibedilməz dəlilləri məhv etmək qərarına gəlib və öz çirkin niyyətini həyata keçirib. Əgər təcili tədbir görülməzsə digər daşları da eyni aqibət gözləyir.

Bir qisminin şəklini təqdim etdiyimiz, əsasən Cəlilabad və Yardımlıda yerləşən bu qəbir daşlarının üzərindəki oyma naxışlar onların türklərə aid olduğunu birmənalı şəkildə sübut etməkdədir. Eyni naxışlara Azərbaycanın hər yerində, eləcə də Avropanın bir vaxtlar qıpçaqların (kumanların) oylağı olmuş bir sıra ölkəsində rast gəlinməkdədir. Fəqət diqqətimizi çəkən əsas xüsus o oldu ki, onları nə xristian albanlara, nə də müsəlman oğuzlara aid edə bilmək üçün üzərlərində nə xaça, nə də ərəb yazıslarına rast gəlmədik. O zaman Cənub rayonlarımızdakı qəbirlər hansı dinin mənsublarına aid edilməlidir? Bu sual bizi çox düşündürürdü. Axtardığımız sualın cavabını, nə qədər qəribə olsa da, Lerikdə tapdıq.  Bu barədə məqaləmizin ikinci hissəsində məlumat verəcəyik.

y DSC04232 DSC04235 DSC04236 DSC04238 DSC04240 DSC04247 DSC04248 DSC04249 DSC04379 DSC04380 DSC04381 DSC04382

Advertisements
Bu yazı Etnoqrafiya, Folklor, Qafqaz Albaniyası, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma