CƏNUB RAYONLARIMIZA 4 GÜNLÜK SƏYAHƏT VƏ BƏZİ ELMİ NƏTİCƏLƏR (II hissə)

B.Tuncay

Mənsur bəy Cəlilabadda olduğu kimi, Yardımlının Tarix – diyarşünaslıq muzeyində də, demək olar ki, bütün eksponatların şəklini bircə-bircə çəkmişdi. Mənim bir o qədər önəm vermədiyim bir neçə dəri ayaqqabının şəkillərini çəkməyi də unutmamışdı… Onun hər bir eksponata bu qədər həssaslıqla yanaşması səbrimi daşdırsa da, gördüyü heç bir işin əbəs olmadığını və onun bu gərgin əməyinin mütləq hansısa elmi nəticə ilə sonuclanacağını bildiyim, hətta buna tam əmin olduğum üçün ona qətiyyən mane olmamışdım.  Çünki bilirdim ki, məndən fərqli olaraq, onun gözündən heç vaxt heç nə yayınmır. Elə bu keyfiyyəti də ona Manna və Midiya yazılarını üzə çıxarmaqda, onların türkcə olduğunu sübut etməkdə yardımçı olmuşdu. Nüvədi yazısının oxunaraq elmi ictimaiyyətə çatdırlması, İranın mərkəzində yerləşən Timərə (Teymərə) qayalıqlarındakı e.ə. 2300-cü ilə aid oğuz boylarının damğalarını üzə çıxarılması da onun xidmətidir. Odur ki, dözməkdən başqa çarəm yox idi. Və nə yaxşı ki, dözdüm…

DSC04250 DSC04251 DSC04252

Yardımlı Tarix-diyarşünaslıq muzeyində nümüyiş etdirilən dəri ayaqqabılar

Bakıya gələr-gəlməz, İnternetə girib tədqiqatlara başlayan və hər zaman olduğu kimi, gəldiyi nəticələri hamıdan əvvəl mənimlə bölüşən Mənsur Yengi bu ayaqqabı sayəsində maraqlı bir məsələnin izinə düşdü… İlk öncə İnternetdən bu ayaqqabının Qərbi Azərbaycanda tapılan və ermənilər tərəfindən e.ə. … aid edilən analoquna rast gəldi…

1

Qərbi Azərbaycandan tapılan dəri ayaqqabı (təqribən e.ə 3500-ci il)

Qeyd edim ki, Midiyalıların Əhəmənilər dövrünə aid bütün təsvirlərində ulu babalarımız məhz bu tipli ayaqqabılarda təsvir edilir…

2 3 4

Midiyalı təsvirləri

Eyni ayaqqabılardan iskit və sakların da istifadə etdiyi məlumdur…

5

Üzərində iskitlərin təsvir olunduğu qızıl qab

Lakin ulu babalarımızın, o cümlədən həm midiyalıların, həm də iskit və sakların dəridən hazırlanmış uzunboğaz çəkmələr geydiyi də məlumdur. Aşağıdakı Aşşur qabatmasında uzunboğaz çəkmə geymiş midiyalılar təsvir olunmuşdur…

6

Aşşur qabatması

Eyni ayaqqabılardan iskit və sakların da istifadə etdikləri bilinməkdədir. Mənsur bəyin İnternetdə apardığı araşdırmalar nəticəsində məlum oldu ki, sən demə, vaxtilə Güney Azərbaycanın Zəncan şəhəri yaxınlığındakı duz mədənində aparılan qazıntılar zamanı bənzər uzunboğaz ayaqqabılar tapılıb. Həmin ayaqqabılar, eləcə də onların sahibinin başı duzun sayəsində çürümədən dövrümüzədək yetişə bilib. İran saytlarının bəzisində bu tapıntı Midiya, digərlərində isə Əhəmənilər dövrünə aid tapıntı kimi göstərilməkdədir. Hansı dövrə aid olmasından asılı olmayaraq, tapıntının Azərbaycan türklərinin ulu babalarına aid olduğu zərrə qədər də şübhə oyatmır…

7

8 9

Zəncandan tapılan uzunboğaz (e.ə VII – V əsrlər) və onun sahibinin kəlləsi

Azərbaycanda eyni ayaqqabılardan orta əsrlərdə də istifadə edilb. Aşağıdakı miniatürdən göründüyü kimi, onların hazırlanmasında mismardan da istifadə edilirmiş…

10 11

XVI-XVII əsrlərə aid Azərbaycan miniature (Rəssam: Rza Abbasi)

Göründüyü kimi, Yardımlı səfərimiz və bu səfər zamanı Mənsur bəyin diqqətinin digər eksponatlarla yanaşı, dəri ayaqqabılara da taxılması nəticəsiz ötüşmədi və yeni bir maraqlı etnoqrafik tədqiqat istiqamətinin ortaya çıxmasına təkan verdi…

…Yardımlının Şiləvəngi kəndinin qəbiristanlığında apardığımız araşdırmalardan sonra, Dilavər Əzimlinin məsləhətinə əməl edərək, kəndin ətəyində yerləşən, onun sözlərinə görə, VII əsrdə əkilmiş olan qoca çinara tamaşa etmək qərarına gəldik…

???????????????????????????????

???????????????????????????????

… Burada Yardımlının ilk ali təhsilli qadını, vaxtilə məsul vəzifələrdə çalışmış Mənsurə xanım Əsgərli ilə tanış olduq. Məlum oldu ki, bizə bələdçilik edən İqbal bəylə çox yaxşı tanışdılar. Dilavər bəydən fərqli olaraq, o, ağacın yaşının 2554 il olduğunu söylədi və sözlərinə arxeoloqlarımızı maraqlandıra biləcək çox önəmli bir məlumatı da əlavə etdi. Dedi ki, bu ağacdan kənddəki türbəyə qədər qazılan hər yerdən, küplər, saxsı qırıqları və muncuqlar çıxır…

1

Gecəni Yardımlıda keçirib, səyahətimizin üçüncü günü Lerikə yollandıq və təbii ki, ilk öncə oranın tarix-diyarşünaslıq muzeyinə baş çəkdik. Bəri başdan deyək ki, Cəlilabad və Yardımlı muzeylərində olduğu kimi, burada da ən azı Eneolit dövründən tutmuş orta əsrlərə qədər – bütün dövrlərə aid maraqlı maddi mədəniyyət nümunələri qorunub saxlanmaqdadır…

??????????????????????????????? DSC04409 DSC04411 DSC04414 DSC04420 DSC04419 DSC04417 DSC04416 DSC04415 DSC04421 DSC04422 DSC04423 DSC04425 DSC04436

Məqaləmizin birinci hissəsində qeyd etmişdik ki, Cəlilabad və Yardımlıda rast gəldiyimiz bəzi qəbir daşlarının üzərindəki oyma naxışlara Azərbaycanın hər yerində, eləcə də Avropanın bir vaxtlar qıpçaqların (kumanların) oylağı olmuş bir sıra ölkəsində rast gəlinməkdədir. Fəqət diqqətimizi çəkən əsas xüsus o oldu ki, onları nə xristian albanlara, nə də müsəlman oğuzlara aid edə bilmək üçün üzərlərində nə xaça, nə də ərəb yazılarına rast gəlmək olmur. Ortaya “o zaman Cənub rayonlarımızdakı qəbirlər hansı dinin mənsublarına aid edilməlidir?” sualını qoymuş və bildirmişdik ki, axtardığımız sualın cavabını, nə qədər qəribə olsa da, Lerikdə tapdıq.  Bəli sualın cavabını aşağıdakı qəbir daşını və insan heykəli gördükdən sonra başa düşdük…

DSC04405DSC04407

Qəbir daşının üzərində Həzrət Davudun (ə) altıguşəli ulduzunun olması, insan heykəlinin isə sındırılmış bütün bir parçasından başqa bir şey olmaması onu göstərir ki, cənub bölgəsində rast gəldiyimiz, üzərində nə albanlara aid xaçın, nə də müsəlman qəbirlərində rast gəlinən ərəb qrafikalı yazıların olmadığı sözügedən qəbir daşları xəzərlərə aiddir. Çünki mənbələrdən xəzərlərin bir qisminin musəvi (yəhudi), bir qisminin bütpərəst, bir qisminin müsəlman, bir qisminin isə tenqriçi (Gök Tenqri dininə sitayiş edən) olduğu məlumdur. Eyni zamanda xəzər xaqanı İosifin, hakim olduğu şəhərləri sadalayarkən, onların içərisində Lerik və Yardımlıdan çox da uzaqda olmayan Ərdəbilin adını da qeyd etməsi, eləcə də Lerikdə “Xəzəryaylaq” adlı toponimin qeydə alınması gəldiyimiz nəticənin doğru olduğunu sübut edir. Üzərində altıguşəli ulduzun olmadığı qəbir daşları isə, çox güman ki, islamı yenicə qəbul edən, fəqət tenqricilikdən büsbütün ayrıla bilməyən  xəzərlərə  aiddir…

Səyahətimizin 4-cü günü Astara rayonuna da baş çəkdik, amma oradakı muzey bağlı olduğundan onu ziyarət edə bilmədik. Amma Lerikdə görüb çəkdiklərimiz bizə yetirdi…

2

DSC04378 DSC04379 DSC04435 DSC04437?????????????????????????????????????????????????????????????????????????????????????????????DSC04445 DSC04449 DSC04450 DSC04451 DSC04452

???????????????????????????????

 

 

Advertisements
Bu yazı Etnoqrafiya, Folklor, Mifologiya kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma