Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (I məqalə)

Seven-Domed_Cemetery,_Samaxi,_Azerbaijan

Artıq üç ildir ki, hər yay güneyli dostum Yengi Ögə (Mənsur Rəhbəri) ilə birlikdə Azərbaycanın müxtəlif bölgələrinə 3-4 günlük səyahətə çıxır olduğumuz rayonların Tarix-Diyarşünaslıq muzeylərinə baş çəkir, imkan daxilində memarlıq abidələrini ziyarət edir və öz tədqiqatlarımız üçün material toplayırıq. Bu dəfə elmi ekspedisiya xarakterli səfərimiz üçün Şamaxı-İsmayıllı-Qəbələ-Oğuz-Şəki-Zaqatal-Balakən-Qax marşrutunu seçmişdik. Əvvəlkil səfərlərimizdən fərqli olaraq qarşımızda konkret bir məqsəd də var idi: Qəbələ-Şəki yolu üzərində yerləşən Mirzəbəyli kəndində olmaq və oranın landşaftı barədə məlumat toplamaq.

Niyə məhz Mirzəbəyli?

Əslində bizi təkcə Qəbələnin Mirzəbəyli deyil, eləcə də Soltannuxa və Corlu kəndləri maraqlandırırdı. Mirzəbəyli yol qırağında olduğu üçün imkanlarımızı hesablayaraq onu seçmişdik və səhv də etməmişdik.

Bu kəndlərdə yaxın zamanlara, daha dəqiq desək, XX əsrə qədərə kimi (“Известия Аз. ЦСУ”, 1922, № 3 (5), май-август, səh. 51-52) yerli xalqın «erməni» adlandırdığı, rusların haqlarında qəsdən «udin» kimi məlumat yaydığı türkdilli albanlar yaşamış və özlərindən sonra çox sayda yazılı qəbir daşı qoymuşdular. Daşlardakı yazıların alban dilində, yəni qıpçaq-qarqar dilində olduğunu bilirdik. Bizə onları tapmaq lazım idi. Fəqət məhdud imkanlarımızla bunu etməyin çox çətin olacağını bilir, sadəcə möcüzə baş verəcəyinə ümid edirdik. Tapa bilməsək də gələcəkdə yenidən təşkil edəcəyimiz yeni ekspedisiya üçün bölgəni tədqiq etməyə ehtiyacımız var idi.

Sual oluna bilər: Orada alban türkcəsində epiqrafik abidələrin olduğunu nədən bilirdik? Cavab verim: Bunu bir erməni mütəxəssisdən eşitmiş, bu barədə onun müsahibələrini oxumuş və dinləmişdik. Söhbət Erməni Memarlığının Öyrənilməsi Fondunun başçısı Samvel Karapetyandan gedir. Dünyanın bir çox yerində erməni abidəsi olduğunu zənn etdiyi və ya erməni abidəsi kimi qələmə verdiyi abidələr haqqında onminlərlə material toplayan bu şəxs XX əsrin 80-ci illərində Azərbaycanı da qarış-qarış gəzərək alban abidələri ilə bağlı mümkün ola bilən hər şeyin şəklini çəkmişdir. O, axtardığımız abidələrin də fotoları çəkib və erməni dilində yazdığı 3 cildlik kitaba salıb və onları türkdilli ermənilərin abidələri kimi təqdim edib.

Sözügedən alban kəndləri barədə vaxtilə erməniləşmiş alban keşişi M. Barxudarov da özünün «Albanlar və qonşuları» adlı əsərində (М. Бархударов, «Албания и соседи», səh. 244 ) məlumat vermişdir. Azərbaycan Sovet Ensiklopediyasında bəzi məlumatlar var (ASE, 1982, səh. 591).

Bədbəxtlik burasındadır ki, Azərbaycan alimləri hələ də albanların guya udin olduğu barədə rus, gürcü və erməni alimləri tərəfindən bizə sırınmış cəfəng konsepsiyadan çıxış etməkdə, albanların qıpçaq olduqlarını və əsərlərini də bu dildə yazdıqlarını bilməmkdədirlər.

Nə isə… Qeyd etdiyim kimi, əsas məqsədimiz Qəbələ rayonunun Mirzəbəyli, Soltannuxa və Corlu ərazisində olan türkdilli alban qəbirüstü yazılarını tapmaq və üzünü köçürmək idi. Bu məqsədlə Mirzəbəylidə olduq və başa düşdük ki, axtardığımızı tapa bilmək üçün bu kəndlərdə bir neçə gün qalmaq və ətraf meşələri ələk-vələk etmək lazımdır. Bizimsə buna imkanımız yoxdur. Bu məsələnin üzərinə bir qədər sonra qayıdacağam.

Səfərimizin ilk durağı Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi oldu. Muzeydə bir çox maraqlı və qiymətli eksponat qorunub saxlanılsa da o, çox da zəngin sayıla bilməz.  Fikrimizcə, ən maraqlı eksponat Tunc dövrünə aid atlı heykəlciyi idi. Bu heykəlcik ölkəmizdə atçılığın öyrənilməsi baxımdan önəmli material hesab edilə bilər.

DSC04749

Yapma naxışlı qablar da çox maraqlıdır. Həmin naxışların magik mahiyyət dsaşıdığını zənn edirik.

DSC04748 DSC04751 DSC04752 DSC04753 DSC04754 DSC04755 DSC04756 DSC04757 DSC04758 DSC04759 DSC04760 DSC04761 DSC04762 DSC04763 DSC04764 DSC04765 DSC04767 DSC04768 DSC04769 DSC04770 DSC04771 DSC04772 DSC04773 DSC04774 DSC04775 DSC04776 DSC04777

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma