Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (II məqalə)

Birinci məqalədə qeyd etdiyim kimi, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində ən maraqlı eksponat Tunc dövrünə aid atlı heykəlciyi idi. Bu heykəlcik ölkəmizdə atçılığın öyrənilməsi baxımdan önəmli material hesab edilə bilər. Bu tip heykəlciyə Midiya dövrünə aid nümunələr içərisində tez-tez rast gəlinir.

1

Həmin dövrə aid tunc atlı heykəlləri bugünkü İranın Lorestan bölgəsindən də tapılıb.

23

İran alimləri Lorestandan tapılan maddi mədəniyyət nümunələrini Azərbaycan mənşəli hesab edirlər. Belə düşünməklərinə səbəb həmin bölgədə Azərbaycandan fərqli olaraq qədim yaşayış məskənlərinin olmaması və Lorestandan tapılan abidələrlə Azərbaycan abidələrinin eyniliyidir.

64

5

Lorestandan tapılan ən maraqlı maddi mədəniyyət nümunələri içərisində Manna dövrünə aid qızıl iskit – sak atlılarını ilk növbədə qeyd etmək lazımdır.

87Qızıl atlı heykəlləri Azərbaycanın Qəbələ bölgəsindən də tapılıb. Özü də iki dənə. Onlardan biri muzeydən yoxa çıxıb, ya oğurlanıb, ya da hansısa oliqarxa satılıb. Biri isə onları tapan məşhur arxeoloq Nəsib Muxtarovdadır. Alim birinci atlının başına gələnlərin ikincisinin də başına gəlməməsi üçün onu özündə saxlamaqdadır.

Yeri gəlmişkən, bu səfər zamanı Nəsib bəylə də görüşməyi, onun Şəkinin Faxrı kəndində yaratdığı «Labirint» adlı yeraltı muzeyi seyr etməyi də planlaşdırmışdıq. Bu barədə sırası gələndə söhbət açacağıq. Hələliksə qeyd edək ki, Tunc dövrünə aid təsvirlər içərisində diqqəti ən çox çəkən məqamlardan biri də həmin dövrdə, daha dəqiq desək, erdan əvvəl  lll minillikdə atlı süvarilərin əks olunmasıdır. Bu təsvirlər Azərbaycan ərazisinin təkcə od, ox, yay, şalvar, dəri geyim, dulus kürəsi və çarxının, eləcə də metallurgiya, təkər və arabanın ilk dəfə kəşf edildiyi məkan deyil, həm  də atın ilk dəfə əhəliləşdirilərək minildiyi məkan olduğunu sübut etməkdədir.

9

Atın ilk dəfə məhz ölkəmizin ərazisində əhəliləşdirildiyini Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisindəki Əliköməktəpədən əldə edilən arxeoloji materiallar da təsdiqləməkdədi.

Atın əhəliləşdirilməsinin guya hinndavropalılarla, at minməyin isə guya irandillilərlə bağlı olması fikri artıq çoxdan dəbdən düşmüş cəfəng fikirlərdən başqa bir şey olmadığını vurğulayan Firidun Ağasıoğlu haqlı olaraq yazır: “Avestada köçəbə dünyası və tur (Turan) atlıları dəfələrlə qeyd olunur. İrandilli tayfaların atçılığı türklərdən öyrəndiyi arxeoloji xronologiya ilə aşkar olur və irandilli tayfalarda atla ilgili sözlərin daha çox türkcə işlənməsi ilə aydınlaşır.”

Alim bu fikrini Əlişir Nəvainin irandilli sartların  dilindəki atçılıq terminologiyası barədə söyləmiş olduğu sözlərlə əsaslandırmışmışdır ki, bu da tam doğru metoddur. Əlişir Nəvainin söylədikləri gerçəkdən çox maraqlıdır: “At cinslərindən tupuçaq, arğumaq, yeke, yabu, tatu və sairəni də sartlar türkcə deyirlər. Atların yaşlarına görə adlarının çoxu türkcədir. Yalnız biryaş dayçanın öz adı var: kura. Qalanlarının – tay, ğonan, dunan, tulan, çırğa, lanqa və sairənin daha fəsihləri türkcə deyilir, amma çoxları bunu da bilməzlər. Sartlar at yəhərinə “zin” desələr də, başqa ləvazimatın adını çəkəndə türk sözü işlədirlər: Jibilqir, hana, tokum, yarlıq, ularçaq, ğançuğ, çılbır, quşqun, qantar, tüfək, toqa. Qamçıya “toziyone” desələr də, boldurğa və çubçurğa onlarda türkcədir.”

Bənzər hal digər irandilli xalqların – fars, tacik, kürd, lor, gilək, tat, osetin və mazandaranlıların da leksikonu üçün xarakterikdir. Eyni halı əksər Qafqaz xalqlarının – gürcülərin, vaynaxların (çeçenlərin və inquşların), adıqların (adıgeylərin, çərkəzlərin, abxazların və kabardinlərin), eləcə də Dağıstan xalqlarının dillərində də müşahidə etmək mümkündür.Minəxanım Təkləli “Rus dilində türk sözləri” kitabında yazır ki, “Türk dillərində atla bağlı zooloji leksikanın zənginliyi rus dilinə də sirayət etmişdir. Rus dilində at və miniklə bağlı sözlərin əksəriyyəti türk mənşəlidir. At adları – keyfiyyət və rənginə görə, mənsubiyyətinə görə: arqamak, merin, loşad, loşak,bulanıy, çubarıy, karakovıy, çalıy, kirqiz, karabax, tarpan, baxmut, kobıla; miniklə bağlı əşya adları: arçak, savrı (sağrı sözündən), tebenek, terlik, çeprak (hamısı yəhərlə bağlı), kançuk (qamçı), naqayka (noqay qamçısı), torba (yem torbası), stakançik (atla bağlı bəzək), xomut, çolka, yal, arkan və s. Elə təkcə tatar dilində at növlərinin adını bildirən qırxdan artıq söz vardır”.

Məlumat üçün bildirək ki, adı çəkilən müəllifin sözügedən kitabının 162-163-cü səhifələri bütünlüklə bu mövzuya həsr edilmiş və alim fikrini əsaslandırmaq üçün çox sayda rus dilçi və filoloqun əsərlərinə istinad etmişdir.

Təkcə bu faktlar birmənalı və təkzibedilməz bir şəkildə istər atın əhliləşdirilməsinin, istər atçılıqla bağlı nəsnələrin, istərsə də at minmək sənətinin bilavasitə türklərin kəşfi olduğunu, türklərdən digər xalqlara keçdiyini sübut edir.

10

                                          (Pazırık xalısı üzərində atlı təsviri)

Qədim yunan və Çin mənbələrindən belə məlum olur ki, farslar və qədim çinlilər minillər sonra şalvar geyib, at minməyi və ox atmağı məhz türklərdən öyrənmişlər. Məsələn, qədim Cin salnaməçilərinin yazdığına görə, eradan əvvəl 325-298-ci illər arsında bu ölkənin hökmdarı olmuş Vu Lunq Cində hərbi islahatlar gerçəkləşdirərək, öz əsgərlərinə hun türkləri kimi at minməyi, ox atmağı və gen dəri şalvar geyməyi öyrənməyi əmr etmişdi. Bundan öncə bu ölkədə atlar yalnız arabaya qoşulmaq üçün istifadə edilərmiş, əsgərlərin silahı isə qılınc və nizədən ibarət imiş. Eyni mənbələrdən o da məlum olur ki, cinlilərin tunc əşyalarla tanışlığı da hunlar vasitəsilə baş vermiş və bu ölkəyə ilk tunc məişət və təsərrüfat alətləri Altaydan gətirilmişdir.                              

Antik müəlliflər  odun, metalın, dulus çarxının və sairənin türklər, daha dəqiq desək, iskitlər tərəfindən kəşf edildiyini söyləməklə yetinməmiş, erməni (arami) və farsların öz mədəniyyətlərini Azərbaycan türklərinin ulu babalarından hesab edilən midiyalılardan əxz etdiklərini, farsların şalvar geymək, at minmək və ox atmaq sənətini də onlardan öyrəndiyini qeyd emişlər. Bu baxımdan  Strabonun söylədikləri böyük önəm daşıyır: “Deyilənlərə görə, midiyalılar ermənilərin (aramilərin), onlardan daha öcnə isə  farsların adət-ənənələrinin əsasını qoyanlardır. Farsların ox atmağa, at minməyə, şahlara qulluq eməyə olan həvəsləri və geyimləri midiyalılardan qaynaqlanır. Tiara, kitara, uzunqollu xiton, yun papaq və şalvar midiyalılardan farslara keçmişdir. Bu da təbiidir. Çünki bu cür geyimləri midiyalıların ölkəsi kimi soyuq ölkələrdə geyinmək daha rahatdır.”

Bahəddin Ögəl “Böyük Hun İmperiyası” kitabında yazır ki, “”Cində libas islahatı” haqqındakı məşhur Çin alimi Vanq Kuoveinin başqa bir araşdırması üzərində də bir az dayanmaq ehtiyacındayıq. Heyrətli dərəcədə geniş bir qaynaq məlumatına yiyələnmiş bu alim “Hunların libasları haqqında bir araşdırma” adlı məqalə də yazmışdır… Bu araşdırmanın hamısını burada vermək imkanında deyilik. Ancaq nail olduğu nəticələr bu  nöqtələrdə cəmləşirdi: çinlilər hun geyimlərini alarkən geyimlərin hissələrinə aid adları da dəyişdirmədən… almışdılar. Bu əcnəbi sözlər  bir az dəyişdirilərək indiki Çində də işlənməkdədir. Bu geyim islahatlarının izləri uzun zamanlar boyunca Çində yaşamışdır. “Geyim islahatları”  ilə Çinə gələn yeniliklər nələrdir?  Hun geyimlərinin geyməyə başlanması təkcə (şimaldakı) Chas dövləti daxilində qalmırdı. Bu vərdiş və yeni adətlər yavaş – yavaş bütün əsgərlər arasında yayılırdı, daha sonrakı yüzilliklərdə xalqa da gəlib çatırdı. Bu dəyişmə ilə çinlilərin keçmişdən geydikləri uzun paltarlar  yerini toqqalı qısa gödəkçələrə verirdilər. At minənlər üçün uyğunlaşdırılmış şalvar  geymə adəti də yayılmağa başlayırdı. Çinlilərin ağır hərəkət edən cəng arabalarını atıb hunlar kimi yüngül atlı dəstələr yaratmaq istəmələri ilə belə bir dəyişmə də artıq faydalı olurdu.  Bunlardan başqa çinlilərin keçmişdə geydikləri ayaqqabıların yerini də hunların uzunboğaz çəkmələri tutmağa başlamışdı. Daha sonra hunların bəzək əşyaları, metaldan qayrılmış silah və ləvazimat əşyaları da Çinə gəlmiş və yayılmışdı.”

Advertisements
Bu yazı Etnoqrafiya, Folklor, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma