Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (IV məqalə)

 

 

İsmayıllı Tarix Diyarşünaslıq muzeyində tarix, etnoqrafiya və mədəniyyətimizi öyrənmək baxımından böyük maraq kəsb edən çox sayda keramika nümunəsi də nümayiş etdirilir. Onlar təkcə formalarına görə deyil, üzərlərindəki naxışlara görə də çox maraqlıdırlar.

1

2

3

Onların birinin üzərində həyat ağacı və ətrafında qoşa ilanı simvolizə edəndalğavari xətlər təsvir edilmişdir. Təsvir də, saxsı qab da Tunc dövrünə aiddir.

4

Maraqlıdır ki, həyat ağacı ətrafında qoşa ilan təsviri XVI əsrə aid bir Təbriz tikməsində də həkk olunmuşdur. Lakin burada qoşa ilandan başqa, qoşa tovuz quşu da yer alıb. Maraqlananlar həmin bədii tikmənin ağ-qara təsvirini «Azərbaycan İncəsənəti» kitabının («Maarif», Bakı, 1977) 87-ci şəklində görə bilərlər. Sözügedən dekorativ-tətbiqi sənət nümunəsindən belə aydın olur ki, həm həyat ağacı, həm ətrafındakı tovuz quşları, həm də qoşa ilan motivləri əsrlər boyu xalq yaradıcılığının aparıcı dekorativ motivlərindən olub, ilkin məna və semantik anlamını itirsə də, İslamdan sonra da dekorativ elementlər kimi, Azərbaycan türklərinin estetik tələblərinə cavab verməkdə davam edib. Fəqət Tunc dövründə və sonrakı əsrlərdə bu elementlərin hər biri ayrılıqda və birlikdə müəyyən mifoloji məna daşıyıb. Ağac, quş (qartal, sonrakı transfirmasiyada zümrüd) və ilan (sonrakı transformasiyada əjdaha) kultlarının birlikdə çıxış etdikləri motivin izlərinə qədim şumerlərin «Etana haqqında dastan»ında və onun sonrakı variasiyası olan «Məlikməmməd» adlı Azərbaycan nağılında rast gəlirik.

5

Bakı Dövlət Universiteti Tarix fakültəsi Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti İradə Avşarova M.A.Bəxtiyarovanın «Azərbaycanda ağac ayini» adlı kitabına («Araz», 2002) istinadən yazır ki, Tunc dövrü ibtidai dini təsəvvürlər sisteminin bir çox sahələri, o cümlədən, ağacla bağlı ayinlər dünya xalqlarının fəlsəfi düşüncələrinin məhsulu olmaqla yanaşı, özündə dövrün tayfalarının tarixi, bədii ənənələrini də qoruyub saxlayır. Belə ki, dünyanın bir çox xalqları ağacları tanrı və ruh məskənləri hesab etməklə yanaşı, ibtidai allahların ağac formasında doğulduğunu, dirildikdə ağac şəklində diriləcəyini və əjdadlarının məhz ağac olduğunu iddia edirlər. Alimin sözlərinə görə, Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı əldə olunan maddi mədəniyyət nümunələri içərisində «ağac» ayini ilə bağlı zəngin materiallar toplanmışdır. Ağacla bağlı olan təsvirlər maddi mədəniyyət nümunələri üzərində əsasən, sxematik, stilizə olunmuş tərzdə və realizm üslubunda verilmişdir. Bu səpkili təsvirlər maddi mədəniyyət abidələrində əsasən qaya təsvirlərində, keramika və metal məmulatları üzəridə rast gəlinir. Qədim ibtidai dini təsəvvürlər sistemində mövcud olan bir çox sahələr, o cümlədən «həyat ağacı» ayini Azərbaycan ərazisində yaşamış tunc dövrü tayfalarının da fəlsəfi düşüncələrində özünə geniş yer almışdır. Azərbaycanın tunc dövrü incəsənət nümunələri üçün xas olan həmin təsvir, genealoj-isemantik məna kəsb edən və «dünya məhvərinin» mövcudluğu təsəvvürlərini özündə əks etdirən «həyat ağacı» simvoludur. Bu təsvir Azərbaycan maddi-mədəniyyət nümunələri üzərində, əsasən kompozisiyaların mərkəz hissəsində verilir və kompozisiyaların əsas süjet xəttini təşkil edir. “Həyat ağacı” simvolu mifaloji xüsusiyyətlərə görə məcazi olaraq qəbul edilsə də, maddi-mədəniyyət nümunələri üzərində obrazlı və semantik şəkildə bir-biri ilə bağlanılır. Aparılan tədqiqatlar bu təsvirlərin ən qədimlərinin Tunc dövrü maddi-mədəniyyət nümunələri üzərində təsadüf olunduğunu göstərir.

İ. Avşarova haqlı olaraq yazır: «Tədqiqatçı alim M.Hüseynova Xocalı-Gədəbəy mədəniyyətinin keramika məmulatlarına həsr etdiyi monaqrafiyasında bu təsvirə geniş yer vermişdi. Bəzi tədqiqatçılar «həyat ağacı» simvolunun ən qədim nümunəsinə Cənubi Qafqaz ərazisində Trialeti kurqanında (e.ə.II minillik) rast gəlindiyini iddia edirlər. Lakin aparılan tədqiqatlar, Cənubi Qafqazda “həyat ağacı” simvolun ən qədim nümunəsinin Azərbaycanın e.ə. IV minilliyə aid Qobustan qaya təsvirində olduğunu göstərdi».

Azərbaycan və turk dunyasının mifologiyasının boyuk bilicisi, dahi Azərbaycan alimi mərhum Mirəli Seyidov ozunun çox sanballı “Azərbaycan mifik təfəkkurunun qaynaqları” adlı monoqrafiyasında movzu ilə bağlı çox maraqlı fikirlər soyləmişdir:

“Son vaxtlara qədər Azərbaycanın bir cox yerlərində ağac pirləri olmuşdur. Həmin pirlər əsasən uşaq – doğum pirləri kimi də məşhurdur. Buraya doğmayan qadınlar ovlad arzusu ilə gəlib tapınar, səcdəyə düşərmişlər. Ağacın doğum piri olması , onun həm dunya ağacının atributu olmasına işarədir, həm də bu inamın Umayla mifoloji əlaqəsinin təzahürüdür. Bizcə, ardıca və başqa ağaclara belə munasibət ağac onqonu ilə əlaqədardır, ağaca sitayişin əlamətidir. Bir cox axtarışlar gostərir ki, ağaca sitayiş ulu türkdilli xalqlarda ən çox yayılmış görüş olmuşdur. Bu məsələ ilə əlaqədar II məqalədə qeyd etdiyimiz kimi, Eneolit dovrunun sənət əsərləri icərisində gil və daş qadın heykəlciklərinin xususi yeri olmuşdur. Belə heykəllər tədqiqatcılar tərəfindən anaxaqanlıq dovrundə qadına verilən yuksək dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir. İndiyə qədər Azərbaycan, Şərqi Anadolu və Cənubi Tukmənistan ərazisində yuzə yaxın belə heykəlcik tapılmışdır. Maraqlıdır ki, onların bir çoxunun qarın nayihəsində həyat ağacının təsviri cızılmışdır. Bu fakt qədim turk mifoloji təsəvvurləri ilə sıx surətdə bağlıdır. Məsələ burasındadır ki, qədim turk miflərində ağac qadınla, doğum ilahəsi ilə birbaşa bağlıdır.

6

Mirəli Seyidovun sözlərinə görə, hətta bəzi abidələr göstərir ki, türk xalqları ağacı doğum və uşaqların hamisi olan ilahə ilə birgə təsəvvur etmişlər. Bu mifoloji baxımdan təbii haldır. Dunya ağacı butun dunyanın, eləcə də yaradıcısı,hamisi sayılırmış. Belə inam hökm sürürdüsə, deməli, uşaqları himayə edən ilahə, yəni Umay təbii olaraq ağacla qoşa yad edilməli idi: “Məşhur türkoloq Radlovun türk xalqlarından topladığı ağız ədəbiyyatı materialları ona belə bir fikir yürütməyə imkan vermişdir ki, türk xalqlarının şifahi ədəbiyyatında ilahə Umayla ağac həmişə qoşa xatırlanmışdır və bu hal 19-cu əsrin sonu – XX əsrin əvvəllərinə qədər davam etmişdir. Alimin Sibir və Altay türklərindən topladığı materiallarda deyilir: Biz ilkin atamız Ulgendən törədiyimiz zaman bu iki qayın ağacı da Umay ilə bərabər goydən enmişdir.”

Bu sitatdan gorunduyu kimi, qədim turklər ağacın doğum ilahəsi Umayla birgə endiyinə inanmışlar. Bütün bu faktlar sözügedən inamın məhz türk düşüncə tərzi ilə bağlı olduğunu və həmin düşüncə tərzinin də ən azı Eneolit dövundə formalaşdığını sübut edir. Deməli, bu heykəlciklər qədim türk doğum ilahəsi Umayı əks etdirir.

Ağac təsvirlərinin ilahənin məhz qarın nayihəsində cızılması da heykəlciklərin məhz Umaya aid olduğunu subut edir. Məsələ burasındadır ki, qədim türk dilində ana bətninə, yəni qadın uşaqlığına “umay” deyilmişdir. Bu fakt “Qədim türk lüğəti”ində də təsbit edilmişdir. Bu səbəbdən də ilahə heykəlciklərinin qarnında cızılan ağac təsvirləri ideoqrafiya numunəsi kimi də gözdən kecirilə bilər.

Yuxarıda təqdim etdiyimiz e.ə. IV minilliyə aid ilahə təsvirində diqqəti çəkən daha bir element var. Onun başının sağ və sol tərəflərində qoşa ilan müşahidə edilir və sanki, onun hörüklərini əvəz edir. Bu fakt türk qadınlarının niyə yaxın zamanlara qədər saçlarını iki uzun hörük şəklində hördüklərini başa düşməyimizə yardımçı olur. Daha doğrusu bizə bunun kökündə duran qədim inancın qoşa ilanla bağlı olduğunu  anlamağa yardımçı olur

Başlıqsız

Deməli, qədim türk təfəkküründə qadın (ilaha) və ağac birgə təsəvvür edilmiş və bir-birinin simvolu kimi çıxış etmişlər. Görünür, elə bu səbəbdən də əski türklərdə həyat ağacı qoşa ilan, qoşa quş və digər heyvanın, eləcə də ilan və quşların (birlikdə) əhatəsində təsvir edildiyi kimi, qadın ilahə də eyni elementlərin arasında göstərilmişdir. Bu motiv Anadolu üzərindən Avropaya, daha dəqiq desək Krit adasına qədər yayılmışdır.

Krit adasından indiyə qədər hər iki əlində ilan tutan qadın heykəlləri ən çox yayılmış heykəllərdəndir. Bu fakt adanın qədim əhalisinin türk mədəniyyəti ilə sıx bağlı olduğunu göstərməkdədir. Ola bilsin ki, hətta etnik bağlılıq da olub. Bunu indi təsbit etmək çox çətindir. Amma mədəniyyət yaxınlığı heç bir şübhə oyatmır. Hərçənd ki, dolayısı ilə də olsa, etnik birlikdən də danışa bilməmiz üçün yetərincə fakt mövcuddur.

8910

12

11

Burada bir faktı mütləq qeyd etməyimizə ehtiyac var. Eynən Krit adası kimi Ege dənizində yerləşən və hazırda Yunanıstana aid olan Lemni (Limni) adasından tapılan və e.ə. VII əsrə aid edilən yazıların türkcə oxunmuş olması ortada mədəniyyət bağı ilə yanaşı etnik bağın olduğunu istisna etməyə haqq vermir. Məlumat üçün bildirək ki, sözügedən yazılar barədə Azərbaycanda ilk dəfə məlumat yayan şəxs tanınmış dilçi alim F. Ağasıoğlu (Cəlilov) olmuşdur.

13

Mövzunu V məqalədə davam etdirəcəyik.

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma