Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (VI məqalə)

İsmayıllı tarix-Diyarşünaslıq Muzeyində xalqımızın ən qədim zamanlardan çox yüksək mədəniyyətə sahib olduğunu göstərən eksponatlardan biri də xüsusi formalı süd qabları idi. Tunc dövründən Albaniya dövrünə (e.ə. III-b.e. II əsrlərə) qədər geniş bir zaman kəsiyinin müxtəlif mərhələlərinə aid edilən bu qablara getdiyimiz sonrakı muzeylərin, demək olar ki, hamısında, özü də bol miqdarda rast gəldik. Qəbələ Arxeoloji Mərkəzindən başqa hər yerdə onlardan süd süzmək üçün istifadə edilən qablar kimi bəhs etdilrr. Və heç yerdə də, yenə də Qəbələ Arxoloji Mərkəzindən başqa, bu qabların xaricdən gəlmə olduğunu söyləmədilər, əksinə yerli istehsal olduğunu dönə-dönə təkrar etdilər. Hətta muzeylərdən birində bu tip qabların XX əsrin əvvəllərinə qədər yerli əhalinin məişətində istifadə edildiyini söyləyən də tapıldı.

1

2

3

Və əgər Qəbələdə eşitdiklərimiz olmasaydı, bu qabların üzərində xüsusi durmağa ehtiyac hiss etməzdik. Hətta ola bilsin ki, İsmayıllıda da həmin qablardan olduğu da yadımıza düşməzdi. Amma sağ olsun Mənsur bəy, hara gedirdiksə, fotoaparıtı əlinə alıb mahir bir mədəniyyət ovçusuna çevrilir, önəmli heç bir şeyi gözdən qaçırmırdı.

Gecəni Lahıc yolu üzərində yerləşən «Qızıl dərə» istirahət mərkəzində keçirdik. Səhər yuxudan qalxar-qalxmaz, səhər yeməyimizi yeyib, vaxt itirmədən Qəbələyə yollandıq. Burada ilk durağımız Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi oldu.

Bəri başdan qeyd etməliyəm ki, rayonlarımızda fəaliyyət göstərən bu tip muzeylərin, demək olar ki, hamısı sadəcə tarix muzeyi yox, tarix-diyarşünaslıq muzeyidir və onların hər birində rayonun təbiəti, heyvanlar aləmi, bitki örtüyü və s. barədə də məlumat verilir. Muzeylərin hamısında bir neçə heyvan və quş müqəvvası da olur. Bu baxımdan Qəbələdəki muzey də istisna deyildi.

Müqəvvaların çoxu pis vəziyyətdə olmasa da, onlara qulluq etmək üçün mütəxəssislərin olmaması ucbatından xarab olan və ya xarab olmaq üzrə olan müqəvvalara da rast gəlinir. Məncə, rayonlardakı muzeyləri sırf tarix muzeylərinə çevirmək, bölgənin təbiəti barədə isə fotoşəkillər vasitəsilə qısa məlumat vermək daha məqsədəuyğun olardı. Müqəvvalar isə yığılaraq, Bakıdakı Zoologiya Muzeyinə təhvil verilməli, bu yolla onun ekspozisiyası zənginləşdirilməlidir.

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində də çox sayda qədim tanrıça heykəllərinə rast gəldik. Onlar forma və məzmunca müxtəlif bölgələrdən tapılan, Eneolit və Tunc dövrünə aid edilən analoqlarından, demək olar ki, heç nə ilə fərqlənməsələr də, e.ə. I əsrə aid edilməkdədirlər.

4

5

6

İşin ən maraqlı tərəfi budur ki, bu heykəlciklərin də boynunda boynu uzatmaq üçün istifadə edilmiş metal halqaların təsvirinə rast gəldik. E.ə. I əsrdə bu adətin var olub-olmadığını bilmirik. Hər halda, çoxsaylı alban qadın qəbirlərində həmin halqaların izlərinə rast gəlinməyib. Gəlinibsə də, bizim xəbərimiz yoxdur. Özü də həmin dövrdə qadın tanrıçalar (Ağ ana, Umay ana) öz funksiyalarını çoxdan itirmişdi. Görünür, Tunc dövründən, daha dəqiq desək, anaxaqanlığın ataxaqanlıqla əvəz olunması dövründən etibarən aparcı «dini rəhbər» funksiyasını itirən bu heykəllərə başqa sakral funksiyalar yüklənmişdi. Ola bilsin ki, həmin dövrdən etibarən onlar müxtəlif əyələrin (od əəzi, od anası, ocaq əyəsi, ev əyəsi və s.) simvollarına çevrilmişdilər. Bunu həmin heykəlciklərin hansı şəraitdə və haradan tapıldığını dəqiqləşdirməklə müəyyən etmək olar. Bu fakt hər bir arxeoloqun qədim Azərbaycan və ümumtürk folklor və mifologiyasının dərindən bilməsinin nə qədər vacib şərt olduğunu göstərir.

Gördüyümüz kimi, e.ə. I əsrə aid heykəlciklər Eneolit və Tunc dövrlərinə aid analoqlarından forma və hazırlanma materialları baxımından heç nə ilə fərqlənmir. Həttə bu heykəlciklərdə də daha qədim dövrlərə aid heykəlciklərdə olduğu kimi boyun halqaları da əks olunmaqdadır. Bu, Azərbaycan incəsənətində ənənəçiliyin nə qədər güclü, sabit və dəyişməz olduğunu göstərir.

Boyun halqalrı barədə «Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr» silsiləsinə daxil olan III məqalədə ətraflı məlumat verdiyimizdən onun üzərinə yenidən qayıtmağı artıq hesab edirik. Sadəcə onu xatırladaq ki. III məqalədə fikrimizi əsaslandırmaq üçün Tailandın quzeyində yerləşən dağlıq bölgədə, Myanmar-Tailand sınırı yaxınlığıında yerləşən Mae Honq Sonda yaşayan Karen qəbiləsinə mənsub qadınların estetik baxışlarını və qədim ənənələrini misal çəkmişdik.  Qeyd etməliyik ki, günümüzdə bənzər baxışları və ənənələri yaşadan təkcə Karen qəbiləsinə mənsub qadınlar deyil. Efiopiyanın kare qəbiləsində də eyni adətlər qeydə alınıb.

Maraqlısı budur ki, Azərbaycan türklərinin ulu nənənləri bu metoddan istifadə edərk, totem (onqon) və gözəllik simvolu hesab etdikləri qaza (qu quşuna) oxşamaq üçün boyunlarını uzatmağa çalışırdılarsa, Tailandda əjdaha totemdir (ulu ana) və tailandlı qadınlar ona bənzəmək istəyirlər. Efiopiyalı qadınları buna sövq edən isə zürafəyə oxşamaq arzusudur. Çünki onlarda zürafə gözəllik simvolu və qəbilə totemidir. Kare qəbiləsindən olan qadınlar təkcə uzun boyunlu olmağa çalışmır, həm də bədənlərini zürafənin dərisini yamsılayacaq şəkildə bəzəyirlər.

7

8

Sözügedən qəbilənin etnoqrafiyasının öyrənilməsi onlarda süni yolla uzanmış boyunlarına çoxsayda muncuqlu boyunbağı dolamaq adətinin də olduğunu göstərir. Məntiqsə çox sadədir: Boyun nə qədər uzunsa, ona o qədər çox boyunbağı dolamaq olar, nə qədr çox bəzək əşyası varsa, bir o qədər gözəl görünürsən.

9

10

Maraqlıdır ki, Türk coğrafiyasında eyni adətin kökləri ən azı Çatal-Höyük mədəniyyətinə (Neolit-Eneolit dövrləri) qədər uzanır. Ən qədim tanrıça heykəlləri də və ən qədim alabəzək muncuqlu boyunbağılar da məhz oradan tapılıb.

11

12

13

Bu heykəllərdə də qadınların boyunlarının, kök və piyli qadınlara xas olmayan şəkildə nisbətən nazik və bir qədər uzun olması diqqəti çəkməkdədir. Sanki, onların da boyunlarına halqalar keçirilmişdir.

Qəbələ Tarix-Diyarşünaslıq muzeyində orta əsrlərə, xüsusən də İslamdan sonrakı dövrlərə aid  maddi-mədəniyyət nümunələri üstünlük təşkil edir. Muzeydə – həm içəridə, həm də həyətdə çox sayda oyma qəbir daşları var ki, onların hər biri oyma daş sənətimizin tarixini, estetik xüsusiyyətlərini, eləcə də dövrün epiqrafika və kalliqrafiya sənətlərini öyrənmək baxımından maraq kəsb edir.

14

15

16

17

18

19

20

21

22

23

24

25

27

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma