Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (VII məqalə)

Qəbələ Tarix-Diyaşünaslıq Muzeyində orta əsrlərin Türk-İslam mədəniyyətinə aid olan daş oyma nümunələrindən həm hazırlanma materiallarına, həm də dekorativ xüsusiyyətlərinə görə bütünlüklə fərqlənən, hətta olduqca primitiv təsir bağışlayan başqa nümunələr də vardır ki, onların hansısa xristian abidələrinin dekorativ elementlərinin fraqmentləri olduğunu görməmək və hiss etməmək mümkün deyildir. Fikrimizcə, çox da qədimlərə aid olmayan bu nümunələr Qəbələnin türklərlə yanaşı qədim sakinlərindən hesab olunan və bu bölgəyə erkən orta əsrlərdə köçdüyü hesab edilən udinlərə aid ola bilər. Çünki alban-monofizit kilsələrinin dekorativ elementləri bunlarla müqayisədə çox mürəkkəb və təkmildir. Bu kimi elementlər, zənnimizcə, yalnız və yalnız sadəliyi ilə seçilən udin-diofizit (ortodoks), yəni pravoslav kilsəsinin elementləri ola bilər.

1

2

3

4

Muzeydə nümayiş etdirilən daş abidələr içərisində ən maraqlı abidələrdən biri də qoç və ya at fiqurunu xatırladan, fəqət Anadolu və Qafqazlardan Monqolustan və Doğu Türküstana kimi Türk coğrafiyasının hər yerində rastlanan qoç və at fiqurlarından əsaslı şəkildə fərqlənən fiqur da var ki, onun nəyin nəsi olduğunu tam başa düşə bilmədik. Daha çox başı xəsarət almış daş at fiquruna oxşayırdı.

5

Muzeyin həyətində nümayiş etdirilən daş sarkofaq da marağımıza səbəb oldu. Bu tip sarkofaqlara, başqa sözlə, daş qutu qəbirlərinə Azərbaycanın bir çox yerində rast gəlinib.

6

7

Həyətdə nümayiş etdirilən abidələr içərisində diqqətimizi ən çox çəkən daş sütun altlıqları oldu…

8

9

10

Qəbələ bu tip sütun altlıqlarının tapıldığı yeganə yer deyildir. Quzey  Azərbaycanda bənzər sütun altlıqlarına Qazax rayonunun Sarıtəpə yaşayış məntəqəsində, Şəmkirin Qara Cəmirli kəndində rast gəlinmişdir. Belə hesab edilir ki, bu altlıqlar saray və məbədlərin sütunlarının altlıqları olmuşlar. Başqa sözlə, onlar şəhər mədəniyyətinin və dövlətçilik ənənələrinin, eyni zamanda yüksək inkişaf səviyyəsinin göstəriciləridirlər.

Qeyd etmək lazımdır ki, onlar ilk dəfə Manna memarlığında tətbiq olunmağa başlamışdır.  Manna hökmdarlarının saraylarında sütunların altlıqları  daşdan, özləri isə ağacdan olar və qızıl üzlüklərlə üzlənərdi. Bu üslüb mannalılardan midiyalılara, midiyalılardan isə atropatenalılara və Əhəmənilərə keçmişdir. Albaniya dövrünə aid kilsələrdə isə artıq sütunlar ağacdan deyil, daşdan hazırlanırdı. Yəni bu kimi sütun altlıqları Azərbaycan memarlığında ən azı e.ə. IX əsrdən başlayaraq, təqribən e.ə. IV əsrə qədər tətbiq edilmiş, bundan sonra isə taxta sütunları daş sütunlar əvəz etmişlər.

1958-ci ildə Qazax rayonunun Sarıtəpə adlı ərazisində də bənzər 2 sütun altlığı aşkarlanmışdır. Hazırda Tarix Muzeyində qorunan və e.ə. V-IV əsrlərə aid edilən bu maddi mədəniyyət nümunələri Bakıdakı Tarix Muzeyində sərgilənir. Çox təəssüflər olsun ki, bu dəyərsiz eksponatların guya Əhəmənilərə aid olduğu barədə sovet dövründə məlum səbəblərdən uydurulmuş yalan bu gün də qüvvədədir və sözügedən sütun altlıqları muzeyi ziyarət edənlərə Əhəməni, yəni fars abidəsi kimi təqdim olunur, halbuki, Quzey Azərbaycanın nə zamansa fars-Əhəməni imperiyasının tərkibinə daxil olduğunu sübut edəcək bircə dənə də olsun, yazılı mənbə və artefakt yoxdur. Yeganə məlum olan tarixi fakt budur ki, farslar Əhəməni hökmdarı Kirin dövründə bu əraziləri işğal etməyə cəhd göstərmiş, fəqət Tomirisin başçılıq etdiyi türk-masaget ordusu onları böyük itkilər verərək qaçmağa məcbur etmiş, Kirin özü isə məhv edilərək başı kəsilmişdir.

Battle-between_Tomiris_Kir

Sovet dövründə irəli sürülən konsepsiyalardan biri də o idi ki, guya Atropatenanın ərazisi yalnız Güney Azərbaycanı əhatə etmiş və Quzey Azərbaycan ərazisi  bu dövlətin tərkibinə daxil olmamışdır. Halbuki, Polibinin yazdığına görə, Atropatenanın şimal sərhəddi Fazisdən (Gürcüstandakı Rioni çayı) yuxarıda Pont (Qara dəniz) dənizinə, cənub sərhəddləri isə Qirkan dənizinə (Xəzər dənizinin cənub – şərq hissəsi) qədər uzanırmış: “…Bu sonuncu (Atropatena şahı Artabazan) bütün hökmdarlar içərisində ən qüdrətlisi və ən müdrükü hesab edilirdi, atropatenalılar və qonşu xalqlar  üzərində hökm edirdi… Qərar qəbul edildikdən sonra  ordu dağları aşaraq Artabazanın Midiyanın qonşuluğunda yerləşən, ondan ortadakı dağlarla ayrılan, Fasidadan (Gürcüstandakı Rioni çayı) yuxarıda yeləşən hissəsi Pont (Qara dəniz) üzərində yüksələn, digər hissəsi isə Qirkan dənizinə  qədər uzanan ölkəsinə soxuldu. Bu ölkənin sərhədləri içərisində döyüşkən və özü – özünü at və müharibədə lazım olan digər şeylərlə təmin edən xalq yaşayır. Bu şahlıq hələ farslarn dövründə mövcud idi və İskəndərin dövründə o diqqətdən kənarda qalmışdı

Bu fakt birmənalı şəkildə sübut edir ki, Atropatenanın sərhəddləri Quzey Azərbaycanı da əhatə etmişdir. Eyni zamanda həm Azərbaycan Respublikası ərazisindən, həm də Gürcüstandan, o cümlədən Abxaziyadan çox sayda Atropatenaya aid qədim sikkənin tapılması da eyni şeydən xəbər verməkdədir. Bu isə o deməkdir ki, hansısa sarayın qalıqları olan sözügedən sütun altlıqlarını Əhəmənilərə deyil, Atropatenaya aid etmək daha doğru olar. Üstəlik də sütun altlıqlarının məhz Qazax rayonu ərazisindən tapıldığını unutmamaq lazımdır. Çünki Strabon Atropatenanın paytaxtından söz açarkən, açıq şəkildə yazmışdır ki, Atropatena şahlarının “yay paytaxtı düzənlikdə yerləşən Qazaka şəhəri” idi.

Maraqlıdır ki, Strabon Atroppatenanın qış paytaxtınının Vara şəhəri olduğunu söyləyir. Bu adın Gürcüstan ərazisində axan və Tiflis yaxınlığında Kür çayına tökülən Vera çayının adları ilə səsləşməsi də, fikrimizcə, təsadüfi deyildir.

11

12

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma