Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (VIII məqalə)

Bu silsilədən olan VII məqalənin sonunda bildirmişdik ki, Qazaxdan tapılmış sütun altlıqlarının Atropatenaya aid deyil, Əhəmənilərə aid edilməsi, Atropatena ərazilərinin Arazdan cənubda göstərilməsi tariximizə və uca millətimizə xəyanətdir. Eyni xəyanətin izlərinə arxeoloji qazıntılar zamanı Şəmkirin Qaracəmirli kəndindən tapılan saray yerinə və oradakı çox sayda sütun altlıqlarına münasibətdə də görürük. Qeyd etmişdik ki, bu barədə növbəti məqalədə söhbət açacağıq.

1

Verdiyimiz sözə uyğun olaraq, bildirməliyik ki, arxeoloji qazıntılar aparılana qədər Sarıtəpədəki bina qalıqlarının çox hissəsi təsərrüfatla əlaqədar torpaq işləri zamanı dağıdılmışdı. Bununla belə, tikilinin salamat qalmış qalıqları əsasında onun təxmini olaraq ümumi planını müəyyənləşdirmək mümkün olmuşdu. Bu binanın planı, tikinti materialı və tikinti texnikası Manna, Midiya və Atropatena dövrləri memarlığı üçün xarakterik idi. Fəqət, arxeoloq İ. Babayev öz etnik mənşəyindən çıxış edərək bildirir ki, «Sarıtəpədə aşkar edilən dağ sütunaltlıqları Əhəmənilər imperiyasının mərkəzi şəhərləri olan Pasarqad, Suz, Persopolda sarayların tikilməsində istifadə olunan dağ sütunaltlıqlarına oxşayır. Başqa tapıntılarla yanaşı, Sarıtəpədəki bina qalıqları e. ə. V əsrdə yaşamış yunan tarixçisi Herodotun Əhəmənilər imperiyasının Şimal sərhədləri haqqında məlumatını təsdiq edirdi. Herodotun məlumatına görə, bütün Cənubi Qafqaz ərazisi Böyük Qafqaz Sıra dağlarına qədər bu imperiyanın tərkibinə daxil idi (Her. III. 97 )».

Lakin həmin tikili V-IV əslərə aid edilir. Artıq ən azı IV əsrdə Atropatena dövləti mövcud idi və Strabon onun iki paytaxtından birinin Qazaxda (Qazaka) olduğunu bildirir. Herodota istinad arxeoloqa ictimaiyyətin fikrini Manna, Midiya və Atropatenadan yayındırmaq, Azərbaycan və Gürcüstandan tapılmış saray qalıqlarını, nəyin bahasına olursa-olsun, farslara aid etmək, bu yolla Azərbaycan türklərinin vəhşi köçərilər olduğunu, şəhər mədəniyyətinə sahib olmadığını və ümumiyyətlə, Azərbaycanda həmin dövrdə türk olmadığını «sübut etmək» üçün lazımdır və bu onun xalqımıza qarşı illərdən bəri apardığı siyasi xəttin tərkib hissəsidir.

Bənzər abidə XX əsrin sonlarında Gürcüstanın qərbində yerləşən, əsasən qıpçaqdilli rumların (hurumların) yaşadığı Gümbət (Qumbati) adlı kənddən də tapılmışdır. Oradan da 5 ədəd analoji sütun altlığı aşkarlanmışdır. Sarıtəpə abidəsi ilə eyni dövrə və eyni memarlıq xüsusiyyətlərinə malikdir ki, bu da Pliniyin Atropatenanın quzey sərhədlərinin Pont üzərində yüksəldiyi, yəni Qara dənizə qədər çatdığı barədə məlumatını təsdiqləyən ən gözəl sübutdur.

2

Yeri gəlmişkən qeyd edək ki, Gümbətə ən yaxın kənd Aşqala adlanır və orada qıpçaqdilli «ermənilərin» (albanların) nəsilləri yaşayır və əhali, əsasən yaşlılar bugünə kimi ana dillərində danışırlar.

İlyas Babayev fikrini əsaslandırmaq üçün Pasarqad, Suz və Persopolun adını çəkir. Halbuki, həmin şəhərlərdə daş sütunlardan istifadə edilmişdir. Azərbaycandakı altlıqlar eynən Midiya və Mannada olduğu kimi ağac sütunlar üçün nəzərdə tutulmuşdur. Aşağıdakı şəkil qədim Pasarqaddandır və orada daş sütunlar açıq-aydın görünür.3

Bu şəkillər isə qədim Suz şəhərinin qalıqlarını əks etdirir. Burada da daş sütunları görürük.

4

5

Aşağıdakı isə, Perespolisdir (Perespol) və yenə də daş sütunların şahidiyik.

6

Gördüyümüz kimi, İlyas Babayev faktları açıq-aşkar təhrif edir və yalan məlumat verir. Fakt budur ki, istər Qazaxdan, İstər Gürcüstandan, istərsə də Şəmkirin Qaracəmirli kəndindən tapılmış və ağac sütunlar üçün nəzərdə tutulmuş daş sütun altlıqlarının fars-Əhəməni memarlığına heç bir aidiyyatı yoxdur. Bu memarlıq üsulu Manna və Midiya memarlığı üçün xarakterikdir və sözügedən ərazilərdən tapılmış sütun altlıqları bu üslubun varisi kimi Atropatena memarlığı çıxış etmişdir.

İlyas Babayev bildirir ki, «Qaracəmirlidə daş sütunaltlığının tapılması orada Əhəmənilər İranın(ın) Qafqazda idarəçiliyi ilə əlaqədar yeni qiymətli arxeoloji abidənin olduğunu göstərir…». O bir yerdə yazır ki, «Qazıntı apardığımız sahədən təxminən 0,5 km Şimali-Qərqdə, təxminən o qədər məsafədə cənub-qərbdə və 200 m qərbdə də təpələr yerləşir. Bu təpə üstlərinin təxmini diametri 100 m hüdudlarındadır. şübhəsiz, sahədə böyük tikinti qalıqları yerləşən belə təpəciklər çox olmuşdur. Lakin minillər ərzində şumlanma nəticəsində, xüsusilə XX əsrin ikinci yarısında pambıqçılıqla əlaqədar traktorla həmin təpələr hamarlanmışdır. Ümumiyyətlə, ilkin tədqiqatlar göstərir ki, e. ə. I minilliyin ortalarında burada salınan yaşayış yeri təxminən 1 kv-km sahəni əhatə etmişdir… Bütün bu dağıntılara baxmayaraq, burada yerləşən binanın planını bütünlüklə izləmək mümkün olurdu. Qazıntı aparılarkən ilk gündən bilinirdi ki, burada yerləşən bina adi yaşayış binası olmayıb. Binanın qalıqları aşkar olunarkən məlum oldu ki, onun tikinti texnikası, 10 planı, tikinti materialları, eyni ilə əvvəllər Azərbaycanın Sarıtəpə, Şərqi Gürcüstanın Qumbati abidələrində olduğu kimidir»

Beləliklə, arxeoloq haqqında danışdığı üç abidənin eyni vahid mədəniyyətin qalıqları olduğunu təsdiqləyir və yuxarıda təqdim edilən şəkillərdən və gətirilən dəlillərdən də göründüyü kimi, onların fars-Əhəməni incəsənətinə heç bir aidiyyatı yoxdur. Və sözügedən arxeoloji ərazilərdə daş sütunların izi-tozu belə yoxdur.

İndi isə, tanınmış rus iranşünasları  M. A. Dandamaev və V. Q. Lukonin «Qədim İranın mədəniyyəti və iqtisadiyyatı» (Moskva, 1980) kitabından bir hissəni gözdən keçirək: «Midiya dövrünə aid arxeoloji abidələrin öyrənilməsinə, faktiki olaraq, yeni başlanmışdır. 1974-cü ildə İran Arxeoloji Araşdırmalar Mərkəzi Həmədan şəhəri ərazisində Midiya məskənini sistematik tədqiqinə başladı, amma hələlik erkən İslam və Sasanilər dövrünə aid təbəqələr qazılır. Midiya dövrünə aid tikililər Qodintəpə, Babacantəpə və digər abidələrdə öyrənilir…» (səh. 86).

Nuşican-Təpədəki sütunlu zaldan söhbət açan alimlərin sözlərinə görə, onlar öz planına görə, sonrakı dövr Əhəməni və daha öncəki Manna saraylarının planını xatırladır (səh. 90). Bu da təbiidir. Çünki Midiya memarlığı, eləcə də ondan ayrılan Atropatenanın memarlığı Manna incəsənətinin varisi idilər. Farslar isə mədəniyyətlərini midiyalılardan almış və təkmilləşdirmişlər.

7

8

9

Həsənlu memarlığından söz açan müəlliflər bildirirlər ki, Manna hökmdarlarının saraylarında sütunların altlıqları  daşdan, özləri isə ağacdan olardı. Eyni hal Qaracəmirlidə də müşahidə edilir.

10

11

12

13

15

Qazaxdakı Sarıtəpə abidəsinin üzərinə qayıdaraq bildirməliyik ki, Sarıtəpə qədim yaşayış məskəni Qazax şəhərinin qərb qurtaracağında yerləşən kərpic zavodunun həyətində qərarlaşıb. Abidə 100 metr diametrində və 10 metr hündürlüyündə olan bir təpədən ibarətdir. 1956-1958 illərdə abidədə Azərbaycan Elmlər Akademiyasının arxeoloji ekspedisiyası qazıntılar aparıb. Sarıtəpə yaşayış yeri Tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərində meydana gəlmiş və e.ə. I minilliyin sonunu rübünədək burada yaşayış davam etmişdir. Yəni Əhəmənilər dövründən əvvəl də bura yaşayış yeri olub və burada oturaq həyat qırılmadan davam edib.

Tədqiqatçılar müəyyən etmişlər ki, e.ə. VII əsrdə Sarıtəpədə yanğın baş vermişdir. Burada yanğından əmələ gəlmiş təbəqənin qalınlığı 0,7 metrə qədərdir. Həmin təbəqədən aşkar edilmiş binaların inşasında çay daşından, saman qarışıq palçıqdan və ağacdan istifadə edilmişdir. Binaların tavanı və divarları saman qatışıq gillə suvanmışdır. Tavanı saxlamaq üçün divar boyu yerə basdırılmış dirəklərin oyuqları aydın şəkildə seçilir. Tədqiqatçıların fikrincə binaların üstü küləşlə örtülmüşdür. Arxeoloji qazıntılar zamanı Sarıtəpədə xeyli təsərrüfat və dini xarakterli binalar aşkara çıxarılmışdır. Öyrənilmişdir ki, bu abidələri öz xarakteri baxımından hansısa bir ailə və ya kiçik bir kollektivə deyil, bütün ictimaiyyətə məxsus olmuşdur.

Sarıtəpənin bina qalıqlarından birinin yaxınlığından yerə basdırılmış 14 küp aşkar edilmişdir. Küplər iri həcmli, qabarıq gövdəli, geniş ağızlı olub, qulaqcıqlarla bəzəklidir. Sarıtəpənin gil qabları narın gildən, yapma üsulu ilə və ya dulus çarxında hazırlanmış çoxlu qara rəngli gil qablardan ibarətdir. Qablar çox incə şəkildə cilalanmış və üzəri cızma və ya yapma üsulu ilə naxışlanmışdır. Qabların qulpu əsasən zoomorf formada hazırlanmışdır. Sarıtəpədən həmçinin xeyli miqdarda dördkünc və dairəvi formalı möhürlər də tapılmışdır. Möhürlərin işlək üzündə sadə və mürəkkəb motivdə svastika nişanları təsvir olunmuşdur. Həmin motiv bu günə qədər «Damğalı» adlı Qazax xalçalarının ayrılmaz motividir

16

17

Eynən Sarıtəpədə olduğu kimi, Qaracəmirlidə də həyat daha qədimlərdən mövcud olmuş, Əhəmnilər dövrünə uyğun gələn dövrdən sonra da, yəni ilkin ellinizm dövründə də burada həyat davam etmişdir. Bunu İlyas İsmayılov da F. Knauss və Y. Qaqoşidze ilə birlikdə qələmə aldığı «Azərbaycan, Almaniya və Gürcüstanın birgə beynəlxalq arxeoloji ekspedisiyasının 2006-2007-ci illərdə Şəmkir rayonunun Qaracəmirli kəndində apardığı qazıntıların ilkin nəticələri» adlı məqaləsində qeyd edir.

İstər Sarıtəpə, istər Qaracəmirli, istərsə də Gümbət sütunları Ziviyədən (Güney Azərbaycan) tapılan və Manna-Midiya dövrünə aid olan sütunların eynisi və ya oxşarıdır.  Bunu aşağıdakı şəkillər birmənalı şəkildə sübut edir.

19

20

21

Əlbəttə, bizdən soruşa bilərlər Mannanın Quzey Azərbaycana nə dəxli, Axı, onun sərhədləri Güney Azərbaycanı əhatə edib?

Heç kəsə sirr deyil ki, sovet dövründə yazılan və rus imperializminin strateji məqsədlərinə xidmət edən tarix kitablarında rus-sovet imperiyası tərəfindən işğal edilmiş ölkələrin, o cümlədən Azərbaycanın tarixi məqsədyönlü şəkildə təhriflərə məruz qalır, ölkəmizin  ərazisində mövcud olmuş dövlətlərin siyasi-iqtisadi və mədəni əhəmiyyəti qəsdən kiçildilir, ərazisi barədə isə təhrifedilmiş məlumatlar verilirdi. Eyni hal Manna dövlətinə münasibətdə də baş vermişdir. Bu ölkənin guya yalnız Güney Azərbaycanda Urmu gölü ətrafında kiçik bir ərazini əhatə etdiyi, rus işğalı altında olan Quzey Azərbaycana isə heç bir aidiyyatının olmadığı fikri təlqin edilirdi.

22

Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki, müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir. İlkin mənbələrin diqqətlə incələnməsi bu müddəanın tam doğru olduğunu, mənbələrdə adı “Manna” (Manaş, Mana, Man, Muna) kimi çəkilməyə başlayan bu ölkənin ərazisinin düşünüldüyündən çox-çox böyük olduğunu, təkcə Güney və Quzey Azərbaycanı deyil, eyni zamanda bugünki Dağıstan və Çeçenistanı da içinə aldığını, saklar və iskitlər ölkəsi kimi tanınan, sonrakı mənbələrdə adı “Sakasena” kimi çəkilən Saqartanın (Zikertunun) da bu dövlətin bir əyaləti olduğunu göstərir. Bu məsələyə keçməmişdən öncə qeyd edək ki, mütəxəssislərin, demək olar ki, hamısı (V. V. Struve, İ. M. Dyakonov, K. V. Trever, İ. Q. Əliyev, V . F. Minorski, A. P. Novoseltsev) tək bir Sakasenadan söhbət açmış və onun Gəncə ilə Urmiya gölü arasında uzandığını, yəni həm Quzey, həm də Güney Azərbaycanı əhatə etdiyini qeyd etmişlər. Məsələn, İ. Dyakonova görə, iskitlərin məskənini Manna torpaqlarının şimal sərhəddində, Araz çayı və ondan şimaldakı torpaqlarda lokalizə etmək lazımdır. İ. Əliyev isə qeyd edir ki, iskitlərin məskəni Azərbaycanın həm cənubunu, həm də şimalını əhatə etmişdir. M. İsmayıl da eyni fikirdə olmuşdur. Arxeoloji tədqiqatlar nəticəsində isə məlum olmuşdur ki, sakların yaşayış arealına bugünkü Gürcüstan və Qərbi Azərbaycan (Ermənistan) ərazisi də daxil idi.

?????????????????????????????????????????????????????????

24

Məlum olduğu kimi, “Sakasena” adına antik müəlliflərin, “Şakaşen” adına isə erməni müəlliflərinin əsərlərində rast gəlinmişdir. Saklardan gen – bol söz açan aşşur mənbələrində isə bu toponimə rast gəlmirik. Əvəzində isə Aşşur və Urartu mənbələrində paytaxtı Parta (Bərdə) olan Saqarta (Zikertu) toponimilə rastlaşırıq və bu toponim mənbələrdə Mannanın əyalətlərindən biri kimi qeyd edilir.

Doğrudur, həmin ölkənin Cənubi Azərbaycanda Miyanə və Ərdəbil arasında yerləşdiyi hesab edilir, lakin faktlar bu ehtimalı nəinki təsdiqləmir, əksinə söhbətin məhz Bərdə ətrafındakı ərazilərdən  getdiyini sübut edir. Məsələ burasındadır ki, saqartalılardan söhbət açan Herodot onları utilərlə birlikdə yad edir,  utilərin isə Araz çayı yaxınlarında yaşadıqlarını göstərir. Və məsələ təkcə bu faktla bitmir. İş birasındadır ki, sonrakı əsr mənbələrində Bərdə və ətrafı Uti, yəni utilər ölkəsi kimi qeyd edilmişdir.

25

Məlum olduğu kimi, Mannanın (Mahanın) əyalətlərindən biri də Andiya idi. Bu əyalətin adına ilk dəfə lll Salmanasarın, daha sonra isə lll Adadnerarinin kitabələrində rast gəlinir. Mütəxəssislər lll Adnerarinin kitabəsində söylənilənlərə istinadən, Andiyanın Xəzər sahillərində yerləşdiyi fikrində yekdil olmuşlar . Fəqət bu vilayətin guya Xəzərin cənub – qərbində yerləşdiyi bildirilmişdir26Q.Melikaşvili Saqartanın (Zikkertunun) paytaxtı Partav şəhəri ilə Azərbaycandakı Bərdə, eləcə də Andiyanın adının Dağıstandakı Andi toponimi ilə eynilik təşkil etdiyinə diqqət çəkmiş, amma bunu mannalıların guya qafqazdilli olduqlarını “sübut” etmək üçün etmişdir. Bu alim Andiya və Andi toponimləri arasındakı eyniliyi göstərməklə, əslində bizə Andiyanın harada olduğunu göstərmişdir. Biz də bu fikirdəyik ki, Andiya əyaləti Xəzər dənizi sahilində yerləşmişdir, fəqət bugünkü Dağıstan ərazisini əhatə etmişdir və qafqazdilli andi (andiyalı) xalqının adı ilə bağlı olmuşdur. Məlumat üçün bildirək ki, andilər (andiyalılar) Dağıstan xalqlarından biridir və bu gün də varlıqlarını sürdürməkdədirlər. Fəqət sovet dövründə onların milli kimlikləri inkar edilmiş və avarların bir qolu olduqları iddia edilmişdir. Hazırda Dağıstanda mövcud olan iki Göysu çayından biri avarların adı ilə “Avarskoye Koysu”, digəri isə andilərin adı ilə “Andiyskoe Koysu” adlanmaqdadır.

27

Maraqlıdır ki, ll Sarqonun müttəfiqi kimi çıxış edən Manna hökmdarına qarşı Urartu çarının təhriki ilə üsyan edən Saqarta (Zikkertu) və Andiya əhalisini cəzalandırmaq üçün bu ölkələrə hücuma keçən ll Sarqon öncə saqartalı, daha sonra isə andiyalı üsyançıları məhv etmişdir. Yəni o, öncə Saqartaya (Zikkertuya) gəlmiş, daha sonra isə Saqartadan keçərək Andiyaya daxil olmuşdu. Bu da təbiidir, çünki Dağıstana getmək üçün mütləq Quzey Azərbaycandan keçmək lazımdır.

Mannanın digər bir əyalətinin də “Durdukka” olduğu və burada eyniadlı şəhərin bulunduğu məlumdur. Q. Melikaşvili haqlı olaraq göstərmişdir ki, Durdukka çeçenlərin əski adı olan “durdzuk” (Dağıstanda bu gün də çeçenlərə “durdzuk” deyirlər) etnonimi ilə bağlıdır. Eyni etnonimə Xl əsr gürcü tarixçisi Leonti Mrovellidə də rast gəlmək mümkündür. O, eyni zamanda durdzuklarla yanaşı, andilərin, yəni andiyalıların bir qolu olan didoyların da adını çəkmişdir. Maraqldır ki, “durdzuk” etnotoponiminə Əbu Təmmamın Əbu Səid Səqəriyə ithaf ediyi şerində də “druz” formasında ras gəlinməkdədir. Yaqut əl – Həməvi “Möcəm əl – Buldan” əsərində həmin şerdə işlnmiş “druz” (çeçenlərin əski adı) yer adından söz açarkən onun Azərbaycan hüdudları içində olduğunu vurğulamışdır.

28

Mannanın digər bir əyalətinin də “Durdukka” olduğu və burada eyniadlı şəhərin bulunduğu məlumdur. Q. Melikaşvili haqlı olaraq göstərmişdir ki, Durdukka çeçenlərin əski adı olan “durdzuk” (Dağıstanda bu gün də çeçenlərə “durdzuk” deyirlər) etnonimi ilə bağlıdır. Eyni etnonimə Xl əsr gürcü tarixçisi Leonti Mrovellidə də rast gəlmək mümkündür. O, eyni zamanda durdzuklarla yanaşı, andilərin, yəni andiyalıların bir qolu olan didoyların da adını çəkmişdir. Maraqldır ki, “durdzuk” etnotoponiminə Əbu Təmmamın Əbu Səid Səqəriyə ithaf ediyi şerində də “druz” formasında ras gəlinməkdədir. Yaqut əl – Həməvi “Möcəm əl – Buldan” əsərində həmin şerdə işlnmiş “druz” (çeçenlərin əski adı) yer adından söz açarkən onun Azərbaycan hüdudları içində olduğunu vurğulamışdır.

Bütün bu faktlar sübut edir ki, Manna gücləndiyi vaxtlarda Quzey Azərbaycan ərazisi ilə yanaşı, Dağıstan və Çeçenistanı da  öz sərhədləri içərisinə daxil edə bilmişdi. Saqarta (Zikertu, Sakasena) da Mannanın bir parçası idi. Onun mərkəzi Bərdə olsa da, ərazisi Azərbaycanın həm quzey, həm də güney ərazilərini əhatə edirdi. Mannanın ən qüdrətli çağlarında o dövrlərdə Biştu (Pəştu) adlanan indiki Əfqanıstana və Parsua adlana Fars əyalətinə də sahib olduğu məlum olur. Lakin bu, çox da uzun sürməmişdir. Çünki sözügedən dövlət tez-tez Urartu və Aşşur (Assuriya) kimi qüdrətli qonşularının təcavüzünə məruz qalırdı ki, bu da ölkə daxilindəki əyalətlərdə mərkəzi hökumətə qarşı üsyanların baş verməsini və separatizmi stimullaşdırırdı. Eyni zamanda, Mannanın bütövlükdə Aşşurdan asılı vəziyyətə düşdüyü və ya torpaqlarının çox hissəsinin Urartu tərəfindən işğal edildiyi dövrlər də olmuşdur.

29

Mənbələrdə bundan başqa Mannanın digər ərazilərinin – Zamua, Mazamua (Balakən rayonu və Dağıstanın ona bitişik əraziləri, Mazımçay hövzəsi), Gilzan (Giləzi? Tovuzdakı Girzan?), Simkur (Şəmkir) və s. vilayətlərinin də adı çəkilir.

Fəqət bu gunə qədər siyasi məqsədli qondarma rus – sovet konsepsiyalarına əsaslanmaqda davam edən Azərbaycan tarixşünaslığı Mannanı Urmiya hövzəsində var olan kiçik bir dövlət, bu əyalətləri də həmin kiçik ərazidə səpələnmiş kiçik əyalətlər kimi təqdim edir. Halbuki, onların bəzisi Aralıq dənizi (Aşşur mənbələrində günbatan dəniz)  sahillərində yerləşirdi. Bu üzdən də çıxarılan nəticələr də səhv olur.  Məsələn, “Azərbaycan tarixi” kitablarında, eləcə də Solmaz Qaşqayın “Manna tarixi” kitabında belə bir fikir təkrar olunur:

“Assurlar (aşşurlar) Uraş qalasını ələ keçirərək dağıtdılar, Gizilbunda hökmdarı Pirişati döyüşdə 6 min döyüşçü itirdi, özü isə 200 döyüşçü ilə əsir düşdü.  Qaynağın məlumatna görə, assurlar (aşşurlar) Uraş şəhərinin küçələrini qırmızı  yun kimi döyüşçülərin qanına boyanmışdı. Əsirlər tutuldu, əhalinin əmlakı talan olundu…V Şamsi – Adadın dediyinə görə, o, Günbatan dənizə (Xəzər) kimi əhali arasında vahimə yaratdı.”

Sözügedən kitabların hamısında cüzi dəyişikliklərlə yer alan bu sitatda hər yerdə “Günbatan dəniz” ifadəsinin ardınca mötərizədə “Xəzər” ifadəsi yazılmışdır ki, bu həmin kitabların müəlliflərinin həmin sitatı ağına – bozuna baxmadan hansısa rus müəllifindən və bir –birindən köçürdüklərini sübut edir. Şübhəsiz ki, bu fakt delitantizmin və savadsızlığın klassik nümunəsi hesab edilə bilər. Çünki bu halda müəlliflərin Aşşur dövlətinin ya coğrafi mövqeyini, ya da ümumiyyətlə coğrafiyanı bilmədiklərini göstərir. Məsələ burasındadırki, Akkad dövlətinin varisi və birbaşa davamı olan Aşşur dövlətinin mərkəzi indiki Suriya (Suriya adı Assuriya, yəni Aşşur adından törəmişdir) və qismən də İraq ərazisi idi. Paytaxtı Ninəviyə (indiki Mosul) İraq ərazisində yerləşirdi. Suriya və İraqdan günbatan tərəfdə, yəni qərbdə Xəzər yox, Aralıq dənizi yerləşir. Xəzər isə Aşşurdan gündoğanda, yəni şərqdə idi.

Həmin kitablarda eyni səhv başqa yerdə də təkrarlanır:

“Bu zaman, yəni (e.ə) lX əsrin sonlarında Gizilbunda hökmdar tərəfindən idarə olunurdu və Mannadan hələ tam asılı deyildi. E.ə lX əsrin sonunda assur (Aşşur) hökmdarı lll Adadnirari  (810 – 783 – cü illər) öyünür ki, Günbatan (Xəzər) dənizə kimi yerləşən ərazini işğal etmişdir.”

30

Gördüyümüz kimi, bu halda söhbət heç də Mannann Urmiya sahillərindki kiçik əyalətlərindən yox, Aralıq dənizinə yaxın yerlərdə yerləşən və Mannadan asılı olan ölkələrdən gedir.

Bu vilayətlər keçmişdə Mahan dövlətinin tərkibində və kutilərin (mannalıların) hakimiyyəti altında olsalar da, əslində  ayrı-ayrı ölkələr idi və onlar uğrunda Manna (Mahan), Aşşur və Urartu dövlətləri arasında mübarizə gedirdi və onlar gah bu, gah da o biri tərəfin əlinə keçirdi. Manna özünün ən güclü çağlarında onların üzərində hakimiyyətini bərqərar edə bilmişdi. Bu ölkələr bəzən müstəqil və yarımmüstəqil də olmuş, bəzən isə Aşşur və ya Urartu tərəfindən işğal edilərək, onların tərkibində yaşamaq məcburiyyətində olmuşlar. Fəqət bu gunə qədər siyasi məqsədli qondarma rus – sovet konsepsiyalarına əsaslanmaqda davam edən Azərbaycan tarixşünaslığı Mannanı Urmiya hövzəsində var olan kiçik bir dövlət, bu əyalətləri də həmin kiçik ərazidə səpələnmiş kiçik əyalətlər kimi təqdim edir. Halbuki, onların bəzisi Aralıq dənizi (Aşşur mənbələrində günbatan dəniz)  sahillərində yerləşirdi. Bu üzdən də çıxarılan nəticələr də səhv olur.  Məsələn, “Azərbaycan tarixi” kitablarında, eləcə də Solmaz Qaşqayın “Manna tarixi” kitabında belə bir fikir təkrar olunur:

“Assurlar (aşşurlar) Uraş qalasını ələ keçirərək dağıtdılar, Gizilbunda hökmdarı Pirişati döyüşdə 6 min döyüşçü itirdi, özü isə 200 döyüşçü ilə əsir düşdü.  Qaynağın məlumatna görə, assurlar (aşşurlar) Uraş şəhərinin küçələrini qırmızı  yun kimi döyüşçülərin qanına boyanmışdı. Əsirlər tutuldu, əhalinin əmlakı talan olundu…V Şamsi – Adadın dediyinə görə, o, Günbatan dənizə (Xəzər) kimi əhali arasında vahimə yaratdı.”

Sözügedən kitabların hamısında cüzi dəyişikliklərlə yer alan bu sitatda hər yerdə “Günbatan dəniz” ifadəsinin ardınca mötərizədə “Xəzər” ifadəsi yazılmışdır ki, bu həmin kitabların müəlliflərinin həmin sitatı ağına – bozuna baxmadan hansısa rus müəllifindən və bir –birindən köçürdüklərini sübut edir. Şübhəsiz ki, bu fakt delitantizmin və savadsızlığın klassik nümunəsi hesab edilə bilər. Çünki bu halda müəlliflərin Aşşur dövlətinin ya coğrafi mövqeyini, ya da ümumiyyətlə coğrafiyanı bilmədiklərini göstərir. Məsələ burasındadırki, Akkad dövlətinin varisi və birbaşa davamı olan Aşşur dövlətinin mərkəzi indiki Suriya (Suriya adı Assuriya, yəni Aşşur adından törəmişdir) və qismən də İraq ərazisi idi. Paytaxtı Ninəviyə (indiki Mosul) İraq ərazisində yerləşirdi. Suriya və İraqdan günbatan tərəfdə, yəni qərbdə Xəzər yox, Aralıq dənizi yerləşir. Xəzər isə Aşşurdan gündoğanda, yəni şərqdə idi.

Həmin kitablarda eyni səhv başqa yerdə də təkrarlanır:

“Bu zaman, yəni (e.ə) lX əsrin sonlarında Gizilbunda hökmdar tərəfindən idarə olunurdu və Mannadan hələ tam asılı deyildi. E.ə lX əsrin sonunda assur (Aşşur) hökmdarı lll Adadnirari  (810 – 783 – cü illər) öyünür ki, Günbatan (Xəzər) dənizə kimi yerləşən ərazini işğal etmişdir.”

Azərbaycan tarixşünaslığında qəbul edilmiş yanlış konsepsiyaya görə, Manna dövləti e.ə l minillikdə, Cənubi Azərbaycan ərazisində formalaşmışdır. Halbuki, Manna dövləti mənbələrin birində Şumer, Elam və Hett dövlətləri ilə birlikdə yad edilməkdədir. Söhbət Bibliyadakı, daha dəqiq desək Əhdi – Ətiqdəki məlumatdan gedir. Məlumat üçün bildirək ki, e.ə l minillikdə nə Şumer, nə də Hett dövlətləri artıq yox idi. Hett dövlətinin e.ə ll minillikdə mövcud olduğunu nəzərə alsaq, Bibliyada e.ə ll minillikdə baş vermiş hadisədən söz açıldığını tam əminliklə söyləmək olar.

Mənbələr Mannanın əsas əhalisinin kutilər olduğunu qeyd edir. Bu xalqın adına isə e.ə III minillikdən, yəni Kür-Araz mədəniyyəti dövründən etibarən rast gəlinir və onların bir müddət Şumer və Akkada, eləcə də Elama hakim olduqları bildirilir. Maraqlıdır ki, Kür-Araz mədəniyyəti dövründən başlayaraq, kutilərin hakimiyyəti altında olmuş ərazilərdə, eləcə də sonrakı dövrlərdə Mannanın əhatə etdiyi geniş cöğrafi ərazinin hər yerində – Aralıq dənizi sahillərindən (Suriyadan) Dağıstan, Çeçenistan və İnquşetiyaya qədər, o cümlədən həm Quzey, həm də Güney Azərbaycan ərazisində vahid arxeoloji mədəniyyət mövcud olub. Bu hal Dəmir dövründə də davam edib.

Gördüyümüz kimi, Faktlar tamam başqa şey deyir. Hesab edirik ki, əsası sovet dövründə qoyulan və təəssüf ki, bu gün də davam etməkdə olan, müstəqil dövlətimizin strateji maraqlarına qətiyyən cavab verməyən bu kimi yanlış konsepsiyalardan qurtulmağın vaxtı artıq çoxdan çatmışdır.

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma