Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (X məqalə)

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlar içərisində müxtəlif növ toxuculuq məhsulları, parça və kilimlər, bədii tikmə nümunələri də marağımıza səbəb oldu. Onlar bölgə əhalisinin bədii-estetik dünyagörüşü, zəngin məişət mədəniyyəti haqqında tam təsəvvür yaratmaq üçün yetərli olmasa da, hər halda müəyyən təsəvvürlərin yaranması üçün kifayət edir

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

Muzeydə diqqətimizi çəkən eksponatlar içərisində müxtəlif növ qəlyanlarla birlikdə nümayiş etdirilən və yanlış olaraq, qəlyan kimi təqdim edilən kiçik ölçülü müxtəlif nəfəsli musiqi alətləri oldu. Hərçənd ki, qəlyanların özü də maraqlı idi.

18

19

20

21

Şübhəsiz ki, burada gördüyümüz qəlyanlar Kolumbun Amerikadan tütün toxumlarını gətirdiyi XVI əsrdən çox-çox qədim dövrlərə aiddir. Ulu babalarımızın həmin dövrdə nə çəkdiyini dəqiq bilməsək də, fikrimizcə, onlardan şamanlar başı dumanlandıran və insanı ekstaz vəziyyətinə gətirən hansısa bitki və ya bitki toxumlarının tüstüsünü canlarına çəkmək üçün istifadə etmişlər. Yəni həmin qəlyanlar qamlama mərasiminin ayrılmaz atributu olmuşdur. Əlbəttə, bu bir ehtimaldır və sözlərimizi oxuculara mütləq həqiqət kimi təlqin etmək fikrində deyilik, fəqət qəlyan kimi təqdim edilən bu əşyalardan bir qisminin nəfəsli musiqi aləti olduğuna qətiyyən şübhə etmirik. Ola bilsin ki. Onlardan müxtəlif quşların ovlanması zamanı həmin quşun səsini imitasiya edən alət kimi də istifadə olunmuşdur.

Bənzər alət Lənkəranın Səpnəkaran kəndindən də tapılmışdır və onun 4500 il yaşı olduğu söylənilir.

22

Qocaman musiqiçi Surxay Əliyevin sözlərinə görə, kəndlərində  3 dənə təpəcik var idi, biyar vaxtı da, tərəvəz vaxtı da onu dağıtmamışdılar: «Əmlak payı paylananda həmin sahə düşdü mənim qohumuma. Qohumum oranı bulduzerlə təmizləyndə 1 metr dərinlikdən həmin bu balaca musiqi aləti çıxıb… Götürdüm çaldım. Gördüm səs edir. Ağacdələnin səsini çıxartdım.

23

Musiqiçı Surxay Əliyev

Ondan sonra bülbülün səsini çıxartdım. Mən musiqiçiyəm axı. Dedim bunda bir hava çalım. Necə vağzalını götürmədim, gördüm alınır. Vağzalı, Tərəkəmə, Heyvagülü, bunların hamısını ifa etdim. Gördüm alınır”.

Qəbələ Tarix-Diyaşünaslıq Muzeyinin maraqlı eksponatlarından biri də orta əslərə aid aşağıdakı dəbilqədir.

24

Muzey bizə xoş təsir bağışladı. Sonda ürək sözlərimi Muzeyin qonaqlar dəftərinə yazdım.

25

Mən bu işlə məşğul ikən, Mənsur bəyin fürsətdən istifadə edib, muzeyin direktoru ilə xatirə şəkli çəkdirdiyini gördüm.

26

27

28

Muzeydən çıxan kimi üz tutduq Mirzəbəyli kəndinə. Məqsədimiz nə idi, bu barədə artıq yazmışam. Əsil hədəfimizə çata bilməsək də, öyrəndik ki, bu kəndlə Qədim Qəbələ şəhəri, daha dəqiq desək, intensiv arxeoloji tədqiqatların aparıldığı və qoruğa çevrilmiş ərazi arasındakı məsafə düz xətt üzrə, çox olsa, 1 kilometr, bəlkə, ondan da azdır. Bunu kəndə gəlməmişdən öncə bilmirdik. Bu, həmin kəndin gözümüzdə onsuz da böyük olan elmi-strateji önəmini daha da artırmış oldu. Eyni zamanda öyrəndik ki, gələcək tədqiqat obyekti kimi diqqətimizdə olan Soltan-Nuxa və Corlu kəndləri də qədim Qəbələ arxeoloji qoruğuna yaxın məsafədə yerləşi və hər üç kənd meşələrlə əhatəlifir. Bu isə o demək idi ki, tapmadığı hədəflədiyimiz qəbir daşlarını həmin meşələrdə axtarmaq lazım gələcək.

Kənddən ayrılıb qoruq istiqamətinə yola düşdük və bir neçə dəqiqəyə qoruğa çatdıq.

29

Qazxıntılar iki sahədə aparılırdı. Çoxdan açılan və daha aşağıdakı mədəni təbəqələrə ulaşılan sahədə üç koreyalı arxeoloq çalışırdı. Yenicə qazıntısına başlanan sahədə isə azərbaycanlı alimlər çalışırdı. Həmin sahəyə İlyas Babayevin köməkçilərindən biri – Elvin adlı gənc arxeoloq başçılıq edirdi. Onunla görüşüb, ayaqüstü bir neçə kəlmə kəsə bildik. Ona Mirzəbəyli, Soltan Nuxa və Corlu kəndlərində axtarmağı planlaşdırdığımız qəbirlər və onların albanistika elmi baxımından önəmi barədə bir şeylər anlatmağa çalışdım. Vaxtilə Samvel Karapetyanın həmin qəbirlərin şəklini çəkərək, öz 3 cildliyinə daxil etdiyi və türkcə yazılmız epiqrafik abidələri türkdilli ermənilərin yazıları və qəbirləri kimi dünyaya təqdim etdiyi barədə məlumat verdim. Fikrimi tam anlatmağı bacara bildimmi, təəssüf ki. Buna tam əmin deyiləm.

30

31

32

33

34

35

36

37

38

37

38

39

40

41

42

43

44

45

46
47

48

49

50

51

52

53

54

55

56

57

58

59

60

61

62

63

64

65

66

67

68

69

7071

72

Təqdim etdiyim bu şəkillərin mütləq əksəriyyətini güneyli dostum Yengi Ögə çəkib və demək olar ki, Qabələ qoruğu barədə ən incə detallarına qədər tam təsəvvür yarada bilib. Bildiyiniz kimi, kök və yaşlı adamlar, xüsusən də siqareti parovoz kimi çəkən adamlar tez yorulur və tənginəfəs olurlar. Dostum məni, eləcə də qızı Pınar balanı və həyat yoldaşı Samirə xanımı əməlli başlı yorsa da, demək olar ki, heç nəyi gözdən qaçırmamış və əsil mahir fotoqraf və «mədəniyyət ovçusu» kimi davranmış və Qəbələyə gəlmək imkanı olmayanlar üçün tam və ətraflı təsəvvür yarada bilmişdir.

Hər hansı bir yerə gedən və fotolar çəkən adamların bir çoxu daha çox öz şəklini çəkdirmək və özünü reklam etməklə məşğul olur. Belələrinin özünə vurğunluğu dərhal üzə çıxır. Mənsur bəy isə Vətəninin, onun zəngin tarixinin və mədəniyyətinin vurğunu olduğu üçün fotolarında özünə (elə mənə də), demək olar ki, yer ayırmamış və ya mümkün qədər az ayırmışdır. Əslində isə, özünün kadra düşdüyü şəkilləri ya qızı, ya həyat yoldaşı çəkmişdir.

Amma…

Amma növbəti məqalədə haqqında danışacağım çox önəmli məsələ üçün lazım olan fotoları elə bərbad vəziyyətdə çəkib ki, nisbətən çox əziyyət çəkməli və sözlü təsvirlərə daha çox yer verməli olacağam.

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (X məqalə) üçün 3 cavab

  1. Mahatma dedi ki:

    Salam ,Bextiyar muellim ,yaziĺarinizi oxuyuram ,mumkunse altaylara aid ANT runesi haqda melumat vererdiniz,cox saq olun

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma