Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XIII məqalə)

«Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr» silsiləsindən VI məqalədə qeyd etmişdik ki, İsmayıllı tarix-Diyarşünaslıq Muzeyində xalqımızın ən qədim zamanlardan çox yüksək mədəniyyətə sahib olduğunu göstərən eksponatlardan biri də xüsusi formalı süd qabları idi. Tunc dövründən Albaniya dövrünə (e.ə. III-b.e. II əsrlərə) qədər geniş bir zaman kəsiyinin müxtəlif mərhələlərinə aid edilən bu qablara getdiyimiz sonrakı muzeylərin, demək olar ki, hamısında, özü də bol miqdarda rast gəldik. Qəbələ Arxeoloji Mərkəzindən başqa hər yerdə onlardan süd süzmək üçün istifadə edilən qablar kimi bəhs etdilrr. Və heç yerdə də, yenə də Qəbələ Arxoloji Mərkəzindən başqa, bu qabların xaricdən gəlmə olduğunu söyləmədilər, əksinə yerli istehsal olduğunu dönə-dönə təkrar etdilər. Hətta muzeylərdən birində bu tip qabların XX əsrin əvvəllərinə qədər yerli əhalinin məişətində istifadə edildiyini söyləyən də tapıldı.

1

2

3

Və əgər Qəbələdə eşitdiklərimiz olmasaydı, bu qabların üzərində xüsusi durmağa ehtiyac hiss etməzdik. Hətta ola bilsin ki, İsmayıllıda da həmin qablardan olduğu da yadımıza düşməzdi. Amma sağ olsun Mənsur bəy, hara gedirdiksə, fotoaparıtı əlinə alıb mahir bir mədəniyyət ovçusuna çevrilir, önəmli heç bir şeyi gözdən qaçırmırdı.

Beləliklə, Qəbələdəki Arxeoloji Qoruqda yerləşən Arxeologiya mərkəzində də eyni tipli qablara rast  gəldik. Buradakılar daha gözəl idi və daha incə zövqlə hazırlanmışdı.

4

5

Burada bizə verilən məlumatdan elə çıxdı ki, bu qablar fərqli materialdan hazırlanıb və Yunanıstandan idxal edilib. Və şərab qabıdır. Doğrusu bu fikir bizə qətiyyən inandırıcı görünmədi. Amma bu da faktdır ki, Qəbələdəki orijinal formalı bu qablar İsmayıllıdan tapılmış analoqlarından daha yüksək texnologiya əsasında hazırlanmışdı.

Bu məqaləni yazarkən Mənsur bəy mənə Ağsudan tapılmış bənzər qablar barədə məlumat verdi və şəkillərini göndərdi. Elə bu da Yunanıstandan idxal barədə söylənilənlərə şübhəmizi daha da artırdı.

6

7

8

Məlumat üçün bildirək ki, bu nümunələr “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin inşaatçıları tərəfindən Girdimançaydan Ağsu şəhərinə su xətti çəkmək məqsədilə torpaq işləri görülərkən Bakı-Göyçay magistral yolunun şimal tərəfində, Kəlağaylı kəndi ərazisində qəbirlərdən üzə çıxıb. I-II əsrlərə aid olduğu hesab edilir. Bunlar əsasən yüksək zövqlə hazırlanmış rəngarəng, çeşidli saxsı qab nümunələridir.

Qəbələdəki Arxeologiya Mərkəzində müxtəlif formalarda hazırlanmış çox sayda saxsı qab nümayiş etdirilir və onların hamısı özünün bədii-estetik keyfiyyətləri ilə fərqlənməkdə, ölkəmizdə mövcud olmuş zəngin mədəniyyətdən xəbər verməkdədir.

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

2627

28293031

323334

Bütün bu eksponatlar, Azərbaycan xalqının, o cümlədən etnogenezimizdə yaxından iştirak etmiş albanların necə bir zəngin mədəniyyətə sahib olduqlarını göstərir. Gerçəkdən qürur duyulacaq bir tariximiz var. Fəqət bunlar haqqında söhbət açmaq və diqqətinizə çatdırmaq istədiyimiz maddi mədəniyyət nümunələrinin hamısı deyil. Digər eksponatlar barədə fikirlərimizi növbəti məqalədə davam etdirəcəyik.

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma