Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XIV məqalə)

Arxeologiya Mərkəzində əksəriyyəti Kür-Araz mədəniyyəti dövrünə, eləcə də sonrakı minillik və əsrlərə aid çox sayda sümük, daş və gildən hazırlanmış iy ucları da nümayiş etdirilir. Məlumat üçün qeyd edək ki, ip əyirmək üçün nəzərdə tutulmuş ən ilkin alət olan iylərə, daha doğrusu, onların ucluqlarına Azərbaycanda Neolit və Eneolit dövrünə aid abidələrdə də, özü də həddən çox sayda rast gəlinməkdədir ki, bu da ölkəmizin heyvandarlığın və onun nəticəsi kimi toxuculuğun yarandığı ilk ərazilərdən biri, bəlkə də, birincisi olduğunu sübut edir.

1

2

3

4

Maraqlıdır ki, Lənkəran ərazisindən tapılan və təqribən e.ə. II-I minilliklərə aid edilən bənzər ucluqlardan birinin üzərində əski türk-run yazısına rast gəlinmişdir.

5

Məlumat üçün bildirək ki, 1996-cı ildə Ankarada keçirilmiş III Beynaxalq Türkoloqiya Konqresində Prof. Dr. Əlisa Şükürlü Cəbrayıloğlu “Azerbaycanda Yeni Bulunan Köktürk Yazılı İki Eser” adlı məruzə ilə çıxış edərək, Lənkəran və İsmayıllı rayonlarından tapdığı iki göytürk tipli yazı nümunəsini elm aləminə təqdim etmişdir. Bunlardan biri saxsı iy (əyircək) üzərində iki sətirdən ibarət bir yazıdır. Həmin yazı nümunəsini dərindən tədqiq və təhlil edən, oradakı işarələrin səslənişini və oxunuşu dəqiqləşdirən Mənsur bəyin fikrincə, sözügedən epiqrafika abidəsi bölgəsəl tip etibarı ilə Qərbi Türk runları və Guzey Qafqaz varyantlarına daha yaxındır.

Güneyli dostum yazını belə oxumağı təklif edir:

  1. anaitgə eb-ebtə
  2. dab arttşr ança onulub
  3. on ap ay

Tərcüməsi :

  1. Anahita məbədində
  2. Artaşir (Ərdəşir ) yaralanıb, eləcə sağaldı
  3. on aydan çox

Sözlərin oxunuşu və izahı:

  1: anaitgə  (anait+gə) – “Anahita” teoniminin əski türkcədəki yönlük halıdır. Anahita (Yunan qaynaqlarında Anaites ) su və məhsuldarlıq tanrıçası olub. Əhəmənilər dövründə Midiya ərazisində, Ekbatanada əzəmətli məbədinin olduğu məlumdur. Bəzi xüsusiyyətlərinə görə onu Nana (Ay tanrıçası) ilə müqayisə etmək olar. Onun adı ilk dəfə Əhəməni şahı II Ərdəşirin Şuş sarayındakı yazısında Ahuraməzda və Mitra ilə birlikdə yad edilir və Ahuramazdadan sonra ikinci yerdə çəkilir. Bu isə şahın ona verdiyi önəmdən xəbər verir.

2: anaitgə  (anait+gə) – “Anahita” teoniminin əski türkcədəki yönlük halıdır. Anahita (Yunan qaynaqlarında Anaites ) su və məhsuldarlıq tanrıçası olub. Əhəmənilər dövründə Midiya ərazisində, Ekbatanada əzəmətli məbədinin olduğu məlumdur. Bəzi xüsusiyyətlərinə görə onu Nana (Ay tanrıçası) ilə müqayisə etmək olar. Onun adı ilk dəfə Əhəməni şahı II Ərdəşirin Şuş sarayındakı yazısında Ahuraməzda və Mitra ilə birlikdə yad edilir və Ahuramazdadan sonra ikinci yerdə çəkilir. Bu isə şahın ona verdiyi önəmdən xəbər verir.

3

: dab – Bu söz qədim türkcədəki “tap” sözünün cingiltili samitlərlə deyilişidir. Həmin kəlmə yaralamaq, döyməklə dəridə iz buraxmaq (Divan-ül Lüğət ət-Türk) mənalarında işlənmişdir.

4

: arttaşir ( Ərdəşir ) – ll Ərdəşir (e.ə 404-358 illər) VII Əhəmənı şahı  olub. Bu şahın dövründə bəzi mühüm tarixi hadisələr baş vermişdir ki, onlardan biri də Midiyada kadusilərin qaldırdığı qiyam idi. ll Ərdəşirin şəxsən özü fars ordusuna başçılıq edərək, həmin qiyamı yatırmağa cəhd etmiş, lakin onun ordusu böyük itgilərə məruz qalmış, nəticədə də şah kadusilərin tələbləri ilə razılaşmaq məcburiyyətində qalmışdı. Bu şahın dövründə baş vermiş daha bir hadisə onun Anahita məbədində qardaşı kiçik Kir tərəfindən sui-qəsd nəticəsində yaralanması idi. Kirin sonradan yunanlardan ordu alaraq, qardaşına hücuma keçdiyi və döyüşdə aldığı zərbədən öldüyü məlumdur.

Tarixi mənbələrdən o da məlumdur ki, ll Ərdəşir mənsub olduğu Əhəməni sülaləsinin inanc sisteminin əleyhinə olaraq, Fars (Persiya) tarixində ilk dəfə Anahita və Mitra kimi tanrıları da müqəddəslər sırasına daxil etmiş və onlara məbəd və heykəllər ucaltmışdır.

5

: ança – Bu kəlmə qədim türk dilində çox işlək söz olmuş, “eləcə”, “o qədər”, “elə”, “o cür” mənalarda işlənmişdir.

6

: onulub (onul+ub) – Bu fel “xəstəlıkdən sağalmaq”, “düzəlmək” mənasında olmuşdur. Sözügedən kəlmə “Divan-ül Lüğət ət-Türk”də sağır nunla “onguldı” ( “ongulmaq” felindən) formasında verilmiş və həmin mənada izah edilmişdir.

7

: on – Kəlmə on sayını ifadə edir.

11

: ap (əp) – “Ap” sözü “artiq”, “lap”, “ən” mənalarında bəzi sifət və zərflərin əvvəlinə artırılaraq, bu gün də işləkliyini qorumaqdadır . Lakin həmin kəlmənin haqqında söz açmaqda olduğumuz mətində müstəqil termin kimi “çox” və “artıq” anlamında işləndiyinin şahidi oluruq.

8

: ay sözü həm Yerin təbii peyki, həm də zaman vahidini, yəni təqvim ayını ifadə edir.  Bu mətində zaman vahidi kimi işlənmişdir.

Mənsur bəyin gəldiyi bu nəticə bizə qətiyyən inandırıcı gəlmir.

Bizcə, yazının yalnız son hissəsini Yenisey əlifbasının köməyi ilə oxumaq mümkündür:

Burada aşağıdakı sözləri oxumaq olur:

…TüŞüR (düşür) aNCa (o qədər) Ona (ona), aLıB (alıb) ON PaY (on pay).

Məlumat üçün bildirim ki, bu yazının həm Mənsur bəyin, həm də öz şərhimdə bugünlərdə AMEA Folklor İnstitutu tərəfindən nəşr etdirilmiş «Azərbaycan türklərinin İslama qədərki dili və ədəbiyyatı» kitabıma daxil etmişəm. Maraqlananlar həmin kitabın elektron variantını İnternetdən tapa bilər.

Yeri gəlmişkən qeyd edək ki, Ukraynadan da üzərində bənzər yazı olan bir iy ucu tapılmışdır.

6

Sözügedən iy ucunun II yüzilliyə aid olduğu bildirilir. Ukraynanın Odessa vilayətinin Kalinovka (keçmiş Serbı) kəndindən tapılıb. Təqdim etdiyimiz təsvirdəki oxunuşa cəhd bütünlüklə səhvdir və iranşünasların həqiqətdən uzaq şərhini əks etdiməkdədir. Ümidvaram ki, boş vaxt tapan kimi Mənsur bəy bu işi öz üzərinə götürəcək və yazını çözə biləcəkdir.

Qəbələ qoruğunda yerləşən Arxeologiya mərkəzində ulu nənələrimizin ən qədim zamanlardan bəzək əşyası kimi istifadə etdikləri muncuqlu boyunbağılar və digər bəzək əşyaları, eləcə də ənli-kirşan qabları və s. də nümayiş etdirilməkdədir. Onlar sayəsində qədim türk xanımlarının bədii-estetik zövqləri müəyyən məlumat əldə etmək olur.

7

8

910

1112

13

14

15

16171819

20

22

2324

25

Advertisements
Bu yazı Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma