Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XVI məqalə)

Mərkəzdə nümayiş etdirilən və dizayn üslubuna görə Səlcuqli üslubunu xatırladan boşqablar da maraq doğurur. Lakin Hülakülər dövrünə və üslubuna uyğun gələn boşqablar, deyəsən, daha çoxdur. XIV-XV əslərə aid qabların üslubu da orijinallığı ilə fərqlənir.

DSC05095

DSC05097

DSC05098

DSC05099

DSC05102

Diqqətimizi ən çox çəkən eksponatlar içərisində II-III əsrə aid olduğu bildirilən miniatür heykəlcikləri də xüsusi qeyd etməliyik. Qafqaz Albaniyası və ümumilikdə Azərbaycan incəsənətinin indiyə qədər öyrənilməmiş olan bu maraqlı nümunələri fayansdan hazırlanıb və formaca müəyyən mənada yaponların neskelərini (XVII əsr) xatırladır.

DSC05007

Neskelər bütün dünyada məşhur olsa da, onlardan daha qədim və daha maraqlı olan bu fiqurların qiyməti yoxdur. Oxucularda müəyyən təsəvvür yaransın deyə, aşağıda bir neçə neskenin şəklini təqdim edirik.

1

2

3

Qəbələ Arxeologiya Muzeyində nümayiş etdirilən şüşə məmulatları da ölkəmizdə qədim zamanlardan mövcud olmuş texnoloji mədəniyyətin səviyyəsindən xəbər verir.

DSC05015

DSC05016DSC05013

Bəziləri şüşənin vətəninin Misir, digərləri İkiçayarası, başqa biriləri isə Qafqaz olduğunu hesab edirlər. Lakin hələlik ən qədim şüşə nümunəsi Misirdə tapılmışdır. Arxeoloqlar həmin şüşə muncuğu miladdan öncə IV minilliyə aid edirlər. Sübut olunmuşdur ki, miladdan öncə 2800-cü ildə Misirdə rəngli şüşədən (qlazurdan) istifadə edilmişdir.

     Azərbaycanda da şüşə istehsalı qədim tarixə malikdir. Lakin arxeoloji qazıntılar nəticəsində tapılmış şüşə məhsullarının tarixi hələlik miladdan öncə I minilliyin başlanğıcndan o tərəfə keçmir. Şüşə istehsalı çətin başa gəldiyi üçün ondan ilk vaxtlar bəzək əşyası kimi istifadə olunmuşdur. Qəbələdən tapılan nümunələr isə Qafqaz Albaniyasında ən geci II-III əsrlərdən etibarən şüşə istehasalına başqlanıldığı, VII-VIII əsrlərdə bunun kütləvi hal aldığı məlumdur.

DSC05048

Qəbələdə də II-III əsrlərə aid şüşə məhsullara rast gəlinib. Fəqət Mərkəzə gələnlərə bildirilir ki, guya onlar yerli istehsal deyil və Suriyadan gətirilib. Və təbii ki, bu zaman bələdçilər İlyas Babayevə istinad edirlər. Başqa cür ola da bilməz. Çünki Qəbələ qədim türk şəhəridir, bunu yazılı mənbələr birmənalı şəkildə təsdiq edir. İlyas Babayevin isə məlum səbəblərdən türklərə münasibəti xoş adlandırıla bilməz. Elə çıxır ki, türklər köçəri olublar, şəhər mədəniyyətləri olmayıb və erkən orta əsrlərdə şüşə istehsal edə bilməzdilər.

     Şüşənin xəlitəsini almaq üçün şüşə qumuna (kvars qumuna) təbii soda,müəyyən miqdarda metal oksidin tozu və ağac külü qatırdılar.Metal tozunun müxtəlifliyi və bişirilmə temperaturu,adətən,şəffaf olan şüşənin rənginə təsir edir. Mis oksid şüşəyə göy-yaşıl,marqanes tozu-bənövşəyi və yaxud tünd-qəhvəyi,sürmə və qurğuşun tozu-sarı,qalay tozu-süd rəngi,kobalt oksid tozu göy rəng verir. Sonuncu şüşə növü Qafqaz üçün daha səciyyəvi olmuşdur.Azərbaycanın indiki Daşkəsən bölgəsindəki kobalt yataqları bütün Şərqdə məhşur idi.

DSC05049

DSC05109

DSC05110

DSC05111

Şübhəmizə səbəb olan təkcə bu məsələ deyildi. Başqa muzeylərdə daş dövrünə aid olduğu bildirilən bəzi tapıntılar nədənsə e.ə. IV minilliyə, Yəni Tunc dövrünə aid eksponatlar kimi təqdim edilir. Açıq-aydın görünür ki, «kimlərsə» xalqımızı geridəqalmış kimi göstərmək üçün dəridən-qabıqdan çıxıb.

DSC05040

DSC05041

DSC05036

DSC05037

DSC05038

DSC05039

Bu və ya digər arxeoloji tapıntının yaşını müəyyən etmək üşün, bir qayda olaraq, radiokarbon üsulundan istifadə edilir. Azərbaycanda, təəssüf ki, hələ də belə bir laboratoriya yoxdur. O səbəbdən də əksər eksponatların yaşı tam da dəqiq müəyyənləşdirilməyib.

Mərkəzin ən maraqlı eksponatları içərisində Türk dünyasında geniş yayılmış fal oxlarını və müxtəlif nəfəsli musiqi alətlərinin fraqmentlərini də qeyd etmək lazımdır.

DSC05124

DSC05122

DSC05126

DSC05127

DSC05128

Yuxarıda söhbət açdığım şübhəli məqamlar diqqətə alınmazsa, Mərkəz ümumilikdə bizə həddən artıq gözəl təsir bağışladı və ədalət xatirinə demək lazımdır ki, onun ərsəyə gəlməsimdə xidməti olan şəxslər hər cür tərif və hörmətə layiqdirlər. Əməkdaşlar haqqında da ən xoş sözlər söyləməyi özümüzə borc bilirik. Onlarla aramızda elə bir xoş münasibət yarandı ki, sonda bizə Qəbələnin arxeologiyasından bəhs edən iki nəfis kitab da hədiyyə etdilər.

DSC05045

DSC05030

DSC05119

DSC05120

DSC05042

Sonda bizə bələdçilik edən gənclə xatirə şəkli çəkdirməyi də unutmadıq.

DSC05131

DSC05134

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma