Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XVII məqalə)

Oğuzdan sonra Şəkiyə gəldik və gecəni məşhur Karvansarayda keçirdik.

DSC05177

Mənsur bəy vaxtı səmərəli keçirmək üşün qarşısına çıxan, yəni Karvansarayda bulunan bütün xalça məmulatlarının ağına-bozuna baxmadan fotolarını çəkməyə başladı. Çəkdi ki, gələcəkdə digər bölgələrimizin xalça-palazı ilə tutşdura və bölgəyə xas özəllikləri müəyyən edə bilsin. Bu, şəxsən məni az maraqlandırdığından yorğunluğumu çıxarmaqla məşğul idim. O isə işləməkdən usanmırdı.

DSC05175

DSC05176

DSC05181

DSC05182

DSC05184

DSC05185

DSC05187

DSC05186

DSC05189

DSC05190

DSC05193

DSC05194

Səhər yuxudan qalxıb, çörəyimizi yeyər-yeməz xan sarayına yollandıq. İnternet sarayın rəsmləri ilə dolu olsa da, güneyli dostum yenə də fotosunu əlindən yerə qoymaq bilmirdi.

DSC05208

DSC05212

Saraydan çıxıb yaxınlıqdakı kilsədə yerləşən Muzeyə yollandıq. Kilsə diofizit kilsələri formasında idi. Və görünür bu memarlıq ənənəsi Azərbaycanda və ümumiyyətlə Qafqazda ilk kilsə olan Kiş məbədinin memarlıq ənənələrindən qaynaqlanıbmış. Bu barədə hələ ciddi araşdırma aparmadığımdan tam dəqiq bir söz deməyə çətinlik çəkirəm.

DSC05234

Ehtimalıma görə, Azərbaycanda, o cümlədən Qərbi Azərbaycanda, eləcə də Gürcüstan və Dağıstanda mövcud olan və Kiş məbədinin memarlıq özəlliklərindən fərqli özəlliklərə sahib olan çoxsaylı alban-monofizit kilsələrinə Səlcuqlu memarlığının güclü təsiri olmuş və alban kilsələri məhz Səlcuqlulardan sonra müəyyən dəyişikliyə uğramışdır. Amma, təbii ki, bu hələlik sübut edilməmiş, yəni ciddi sübuta ehtiyacı olan bir ehtimaldır.

12

13

5

11

14

1516

17

18

19

20

21

22

33

Bir sözlə, sonrakı dövrlərdə tikilmiş və ya yenidən təmir edilmiş alban kilsələri əvvəlkilərdən üslubuna görə fərqlənir. Sonrakı dövrlərin məhsulu olan kilsələr Səlcuqlu memarlığının bəzi elementlərini əxz etmişlər. Bəzi Azərbaycan alimləri bunu anlamaqda çətinlik çəkərək, bu üslub fərqini guya erməni və alban kilsələri arasındakı fərq kimi qələmə verməkdə, bununla da ermənilərin dəyirmanına su tökməkdə alban kilsələrini erməni abidələri kimi qələmə verən saxtakar qonşularımıza haqq qazandırmaqdadırlar. Bir sözlə, konsepsiyasızlıq özünü hər baxımdan göstərməkdədir.

Xan sarayı yaxınlığında yerləşən muzeydə maraqlı eksponatlar az deyildi, amma bununla belə, həmin muzeyi də Oğuzdakı muzey kimi zəngin muzey adlandırmaq mükün deyil.

DSC05231

DSC05232

Muzeydə nümayiş etdirilən bəzi geyim nümunələri, xüsusən də gödəkçələr təkcə Azərbaycan etnoqraları üçün deyil, ümumilikdə türk və dünya etnoqrafları üçün diqqətçəkici material hesab edilə bilər.

DSC05220

DSC05228

DSC05229

DSC05220

DSC05224

DSC05225

DSC05226

Bu tip gödəkçələrə Səfəvilər dövrü miniatürlərimizdə, eləcə də Qacarlar üslubu boyakarlıq əsərlərində rast gəlinməkdədir.

1

2

3

4

Daha sonra Şəkinin Tarix-Diyarşünaslıq Muzeyinə yola düşdük. Bu barədə növbəti məqalədə söhbət açılacq.

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma