Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XIX məqalə)

Şəkidə də digər bölgələrimizdəki muzeylərdə, eləcə də Bakıdakı Tarix Muzeyində gördüyümüz qadın heykəlciklərinin eynisinə rast gəldik. Artıq heç bir şübhə yox idi. Bütün Azərbaycan ərazisində bu heykəlciklər vahid bədii-estetik kanonlar əsasında hazırlanmışdır. Hətta belə təəssürst yaranır ki, onlar bir-birindən kopiya edilmişdir. Bu yalnız və yalnız çox güclü dini-mifoloji ehkamların varlığı şəraitində belə ola bilərdi. Bu heykəlciyin də boynunda boynun uzadılmasına xidmət edən halqlar açıq-aydın görünür.

1

Əlbəttə, vahid üslubdan kənara çıxmalar da olmuşdur. Bu baxımdan Şəkinin Fazil kəndindən tapılan və hazırda Azərbaycan Milli İncəsənət Muzeyində qorunan aşağıdakı heykəlcik deyilənlərə ən gözəl misaldır. O, digərlərindən təkcə bədii həllinə görə fərqlənmir. Onu fərqləndirən əsas cəhət qollarında da çox sayda halqanın olmasıdır. Məsələ, burasındadır ki, biz bənzər adətləin dünya xalqlarındakı izləri ilə məşğul olanda, bəzi qəbilələrdə boyun halqaları ilə yanaşı qadının qolunun nazik və incə olmasına xidmət edən çoxsaylı bilərziklərdən də istifadə edildiyini görmüşdük.  Bu baxımdan e.ə. I minilliyə aid olduğu söylənilən «Fazil madonnası» unukaldır.

2

Fikrimizcə, aradakı fərq heykəlciklərin ayrı-ayrı dövrlər aid olmasından və zaman keçdikcə, bədii-estetik zövqlərin dəyişməsindən qaynaqlanır.  Bu dəyişiklik, şübhəsiz ki, ehkamçılıq səviyyəsində olan və postulatları dəyişməz qalan əski dini-mifoloji dünyagörüşündə yaranan bəzi dəyişikliklərin nəticəsindən başqa bir şey deyildir. Deməli, təqribən e.ə. I minillikdə çox-çox min illər ərzində davam edən dini-mifoloji baxışlar sistemində, nəhayət ki, islahatlar gerçəkləşə bilmişdir. Belə çıxır ki, Dəmir dövrünə tariximizdəki ilk radikal islahatlar dövrü kimi baxa bilərik.

Şəki eksponatları içərisində sacayaq formalı, yəni üç ayaqlı gil qablar da diqqət və marağımıza səbəb oldu.

3

Azərbaycanın Quzey bölgələrindən bənzər qablar çox tapılıb və onların bir qismi Tunc dövrünə aiddir. Qəbələdən tapılan, e.ə. I minilliyə aid edilən və hazırda Azərbaycan Milli İncəsənət Muzeyində qorunan sacayaq formalı qab da bu qəbildəndir.

4

Metal sacayaqlar bugünün özündə də Azərbaycan xalqının məişətində işlənməkdədir və ölkəmizdə elə bir kənd evi tapmaq mümkün deyil ki, orada sacayaq olmasın.

5

Bu məsələnin üzərində bu qədər ətraflı durmağımız əbəs deyil. İş burasındadır ki, «sacayaq məsələsi» Türk tarixinin ən maraqlı və sensasion «tapmaca»larından birinin açması və açarıdır. Söhbət bütün dünyanı heyrətləndirən qədim Çin mumiyalarından gedir. Bu mumiyaların sahibləri bugünkü Çin ərazisinə ilk dəfə e.ə. II minillikdə köçmüşdülər. Çinlilər misgərlik, tunc əldə etmək, araba düzəltmək, kotandan və qoşqudan istifadə kimi bir çox şeyləri onlardan öyrənmişdilər. Əldə etdikləri şeylərdən biri də tunc sacayaqlar idi ki, bu barədə qədim Çin mənbələri məlimat verməkdədir. Bu barədə Bahəddin Ögəlin «Hun İmperatorluğu» kitabından ətraflı məlumat əldə etmək mümkündür.

6

Belə çıxır ki, çinliləri dövrün ən irəli elmi-texniki yenilikləri ilə tanış edən bu xalq Azərbaycandan köçmüşdür.

7

8

Şəkidə görmək istədiyimiz ən əsas yer Fazil kəndində görkəmli arxeoloq alib Nəsib Muxtarov tərəfindən ərsəyə gətirilmiş məşhur «Labirint» yeraltı muzeyi idi. Lakin bəxtimizdən ərəfədə baş vermiş meşə yanğını bu kəndə də sıçramış, nəticə də kəndə elektrik verilməsi kəsilmişdi. Yerin altında olan bu muzeydə işıqsız bir şey etmək və görmək mümkün deyildi. Odur ki, Kiş kəndindəki qədim alban məbədini ziyarət etməyə, ziyarətdən sonra isə növbəti gün yenidən Şəkiyə dönmək şərti ilə, Balakən və Qaxa yollanmağa qərar verdik və gözəl Şəki şəhərini bir günlüyə tərk etdik.

9

10

11

Növbəti durağımız Kiş kəndi oldu…

12

1314

15

16

17

 

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma