Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XX məqalə)

Şəkini tərk edib Balakənə yollandıq. Və yolun sağ tərəfində, dağ döşündə bir kilsə gördük. Dərhal maşını saxlayıb, onun şəklini çəkdik. Kilsə uzaqda idi və çox kiçik görünürdü, fəqət Mənsur bəy onun şəklini tam təsəvvür yarada biləcək şəkildə çəkməyi bacardı. Təbii ki, mən bunu yalnız indi, məqaləni yazarkən, onun üçün güneyli dostumdan çəkmiş olduğu fotoları aldıqdan sonra bildim.

DSC05340

Balakənə çatar-çatmaz, dərhal şəhərdəki Tarix-Diyarşünaslıq Muzeyinə yollandıq. Yolüstü Balakəndə yaşayan müəllim dostumuz Akif Məmmədliyə zəng vuraraq elə muzeydəcə görüşməyə qərar verdik. Məqsədimiz muzeydən sonra bu dəyərli ziyalının evinə getmək və onun evində təşkil etdiyi şəxsi muzeyi ilə tanış olmaq idi.

Məlumat üçün bildirim ki, Akif müəllimlə təqribən bir ildir ki, tanışıq və bu dəyərli ziyalı üzvü olduğum Bütöv Azərbaycan Ocaqlarının Dil və Tarix Qurumunun dəvəti ilə təşkilatımızın qonağı olmuş və bizləri maraqlı məruzəsi ilə sevindirmişdi.

Muzeydə diqqətimizi çəkən ilk eksponat sacayaq formalı gil qab oldu və dərhal Mənsur bəydən ilk olaraq onun şəklini çəkməsini xahiş etdim. Sağ olsun, xahişimi yerə salmadı…

DSC05385

DSC05388

Lakin bu, muzeydə bulunan yeganə gil sacayaq deyildi. Orada bütöv bir məzar da nümayiş etdirilməkdə idi və həmin məzarda ölü ilə birlikdə dəfn edilmiş çox sayda keramika nümunəsi içində bir neçə eyni tip qab da vardı. Onlardan bəzisi qazıntılar zamanı xəsarət almış, digərləri isə salamat qalmışdı.

DSC05412

DSC05411

DSC05391

DSC05392

Muzeydə çox sayda keramika nümunəsi də nümayiş etdirilməkdə idi. Lakin əksər eksponatlar kimi onların da dəqiq tarixi göstərilməmişdi ki, bu da seyirçilər üçün lazımsız problem çıxarırdı.

DSC05394

DSC05395

DSC05416

Yalnız aşağıdakı boşqab qırıqlarının XIII əsrə aid olduğunu heç bir tərəddüt etmədən söyləmək olar. Çünki onların üzərlərindəki bəzəklər Elxanlılar dövründə istifadə edilmişdir. Həmin bəzəklər barədə öncəki məqalələrin birində söhbət açdığımızdan mövzunun üzərinə qayıtmaq istəmirik.

DSC05396

Mən sacayaqlar barədə düşüncələrə dalmışkən, Mənsur bəy artıq xalqça-palaz məmulatlarını çəkməyə girişmişdi. O hər nümunəni diqqətlə incələyir, heç bir bəzək elementini və damğanı gözdən qaçırmamağa çalışırdı.

DSC05397

DSC05398

DSC05418

DSC05399

DSC05402

DSC05400

DSC05403

DSC05404

DSC05430

DSC05431

DSC05432

DSC05437

DSC05434

Mənsur bəyin bu xalçanın üzərində bu qədər çox dayanmasının səbəbi həmin xalçanın üzərində 24 oğuz boyundan biri olan bügdüzlərin damğasının olması idi. Bunu mənə o, sonra, muzeyi tərk edəndən sonra dedi.

12016528_964676990238155_729112693_n

DSC05435

DSC05436

Naxışlar, damğalar və üslub oğuz təfəkküründən xəbər verməkdə idi. Hərçənd ki, bəzi məmulatlarda üslubdan kənara çıxma və sistemsizlik özünü bariz şəkildə göstərirdi. Çox güman ki, həmin əsərləri avar qadınlar toxumuş, türk naxış elementlərindən müəyyən qədər istifadə etsələr də, əsasən öz fantaziya və rəng duyumlarına əsasən hərəkət etmişlər.

DSC05438

DSC05447

DSC05446

DSC05448

Görünür, elə bu səbəbdən də Mənsur bəy onların ayrı-ayrı detalları üzərində durmaq istəməmiş və ümumi görüntü götürməklə kifayətlənmişdir. Çünki onu maraqlandıran damğa və elementlər bu nümunələrdə rastlanmır.

Maraqlıdır ki, Orta Asiyanın türk xalqlarında bugünə qədər ən populyar musiqi alətlərindən biri hesab edilən və XVI əsrə qədər Azərbaycanda da eyni dərəcədə sevilmiş olan dombra bugünə qədər Balakən-Zaqatala bölgəsində və Dağıstanda öz populyarlığını qorumaqdadır . Azərbaycanda onu daha çox avarlar və qismən də ləzgilər yaşatmaqdadırlar.

DSC05405

Səfəvilərin dövründə ozanları aşıqlar əvəz etdiyi kimi, dombra və qopuzu da saz əlavə etmişdir. Əlbəttə, bu qətiyyən o demək deyildir ki, saz XVI əsrdə peyda olub. Xeyr, onun da tarixi dombra və qopuz kimi minilliklərin dərinliklərinə uzanır. Fəqət saz XVI əsrdən etibarən daha populyar duruma gəlmiş və rəqiblərini sıxışdırmışdır.

Dombra bu gün Orta Asiyada, o cümlədən qıpçaq türklərindən olan qazax və qırğızlar arasında ən sevilən musiqi alətlərindən biridir və manasçılar «Manas» dastanını məhz onun müşayiəti ilə oxuyurlar. Hərçəmd ki, artıq onlarda da dombra bizim sazın formasını almağa başlayıb. Formanın dəyişməsi adın dəyişməsinə gətirib çıxarmayıb. Eyni sözləri Quzey Qafqazın qıpçaqdilli türkləri – qaraçay, balkar, qumuq və noqaylar haqqında da söyləmək olar.

1

23

4

Muzeydə nümayiş etdirilən bir xalça məmulatı üzərindəki qıpçaq bəzək elementləri qıpçaqların bir zamanlar bu bögənin əsas sakinlərindən olduqlarını, zamanla oğuz soydaşlarının içərisində əridiklərini söyləməyə əsas verir. Buradakı naxış və motivlərə qazax və qırğız türklərində sıx-sıx rast gəlinir.

DSC05421

Biz nahaq yerə qıpçaqların və Orta Asiyanın adını çəkmədik. Sözügedən muzeydə qıpçaqların izini daşıyan daha bir tutarlı fakt bulunmaqdadır. Məsələ burasındadır ki, Balakən Tarix-Diyarşünaslıq Muzeyində bir neçə yun darağı nümayiş etdirilir və onlardan birinin üzərində, eynisinə Qırğızıstanda rast gəlinmiş bir damğa var. Söhbət yunan əlifbasındakı «omeqa» hərfini xatırladan damğadan gedir.

DSC05425

DSC05426

DSC05427

DSC05428

DSC05443

DSC05429

Qırğızıstanın məşhur Tenir-Too qayalıqlarında bulunan rəsm və yazılardan belə aydın olur ki, bu damğa türklərin onoq boyuna aid olmuşdur.

Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin dosenti Kubatbek Tabaldiyev və Qırğızıstan Milli Universitetinin muzey laboratoriyasının bərpaçısı Çanırbek Joldoşovun yazdıqlarından belə aydın olur ki, Temir Too abidəsi Son Tunc – Erkən Dəmir dövrünə aid edilir. Burada rastlanan yazı nümunələrinin sayı olduqca çoxdur və bu yazıların əsas xüsusiyyəti odur ki, onlarda sözlər bir-birinə bitişik yazılmışdır və onları ayıran heç bir işarədən istifadə edilməmişdir.

5

6

7

8

9

10

11

12

13

Tenir Too yazıları 1998-ci ildə Kubatbek Tabaldiyev tərəfindən aşkar edilmişdir və üst-üstə cəmi 8 mətndən ibarədirlər.

14

I Mətn

 

Transliterasiyası: R2T1MS1G1WN1K1(A)

Transkripsiyası: Er atım Asiq on ok a

Tərcüməsi: Ər adım Asiq on ox

5

II Mətn

 

Transliterasiyası: R2T1MS1G1WN1K1(A)

Transkripsiyası: Er atım Asiq on ok a

Tərcüməsi: Ər adım Asiq on ox

16

III Mətn

 

Transliterasiyası: MWN1D1AYL2Y2R2( )T1K1ŞR2T1MS1G1WN1K1(A)

Transkripsiyası: Munda il yer ü ( ) T1K1Ş Er atım Asiq on ok a

Tərcüməsi: Burada el və yer … Ər adım Asiq on ox

17

IV Mətn

 

Transliterasiyası: PAL1YR2T1MS1G1WN1K1(A)Y2R2Y1R1ŞM( )

Transkripsiyası: Palı (?) Er atım Asiq on ok a, yer yaraşım

Tərcüməsi: Apalı (?) Ər adım Asiq on ox, yer yaraşım

18

V Mətn

 

Transliterasiyası: R2T1MS1G1WN1K1(A)Y2R2Y1R1ŞM

Transkripsiyası: Er atım Asiq on ok a, yer yaraşım

Tərcüməsi: Ər adım Asiq on ox, yer yaraşım

19

 

VI Mətn

 

Transliterasiyası: MWN1D1A( )L2Y2R2(T1)(K1)R2T1MMK1P

Transkripsiyası: Munda il yer ü ( ) T1K1 Er atım MK1P

Tərcüməsi: Burada el və yer ü Ər adım MK1P

20

VII Mətn

 

Transliterasiyası: MW

Transkripsiyası: M

Tərcüməsi: Mu

21

VIII Mətn

 

Transliterasiyası: K1WM… ( ) (Y1) N1 ( )

Transkripsiyası: Okum…( ) ( ) N1 ( )

Tərcüməsi: Oxum ( ) ( ) N ( )

 

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma