Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XXII məqalə)

Balakəni tərk edib Qaxa gəldik. Artıq gec olduğundan gecəni İstirahət mərkəzlərindən birində keçirdik, səhər tezdə isə şəhərin Tarix-Diyarşünaslıq Muzeyinə yollandıq və orada da diqqətimizi çəkən, gələcək tədqiqatlarımıza işıq tuta biləcək bir neçə maraqlı eksponatla rastlaşdıq. İlk gözümüzə dəyən yenə də sacayaq formalı qab oldu və dərhal da Mənsur bəydən fotoqrafçılıq yaradıcılığına məhz həmin qabdan başlamasını xahiş etdim.

1

Bəli, artıq heç bir şübhə yox idi. Azərbaycanın Quzey bölgələrindən bu tip qablar çox tapılıb və Qafqazdan Çin sınırlarına qədər gedən, ölülərini mumiyalayaraq basdıran və çinlilərə dövrün texnoloji sirrlərini öyrədən türklər məhz buralardan getmişdilər.

Bu muzeydə də çox sayda iy ucları, yəni əyircəklər nümayiş etdirilir və həmin əyircəklər ölkəmizin ərazisində toxuculuğun ən qədim zamanlardan nə qədər geniş yayıldığının maddi sübutlarıdır. İlk baxışdan önəmsiz bir şey təsiri bağışlayan içi ovulmuş bu dəyirmi daş və ya gil konstruksiyalar təkcə Azərbaycan və ümumilikdə Türk sivilizasiyasının deyil, həm də ümumdünya sivilizasiyasının tarixinə işıq tuta biləcək misilsiz artefaktlardır.

2

E.ə. II-I əsrlərə aid olduğu söylənilən süd qabları da öncəki rayon və muzeylərdə gördüklərimizin eyni idi və onları şərab qabı adlandıran və guya Yunanıstandan ixrac edildiyini iddia edən İlyas Babayevin səhv etdiyinə və ya da məqsədli şəkildə faktları təhrif etdiyinə heç bir şübhə yoxdur.

34

5

6

Maraqlıdır ki, bu tip qabların bənzərinə və hətta eynisinə İçərişəhərdə aparılan qazıntılar zamanı da rast gəlinib.

7

Yuxarıdakı rəsmdə gördüyünüz qab kimi aşağıdakılar da İçərişəhərdən çıxıb və, deyəsən, daha qədimdirlər.

8

9

4 günlük ağır səfərin yorğunluğu, eləcə də səfərimizin əsil hədəfi olan türkcə yazılmış alban qəbir daşlarını tapa bilməmiz məndə bir qədər məyusluq yaratmışdı. Odur ki, muzeyin eksponatlarını gözucu seyr edir və ürəyimdə Mənsurun öz işini tez bitirməsi barədə Allaha yalvarırdım. Amma Mənsur bəy ənənəsinə sadiq idi, bütün maraqlı eksponatların bircə-bircə şəklini çəkməklə məşğul idi. Nə mənim, nə də məndən daha çox usanmış qızının və həyat yoldaşının ürəklərdə edilən duaları onu dayandıra bilmirdi. Əslində o bizdən daha çox yorulmalı və usanmalı idi. Çünki batün günü maşın sürür (Mən sürə bilmədiyim üçün ona yardımçı ola bilmirdim), sonra da fotoaparat əlindən düşmürdü. Bir sözlə, yorulmaq bilmirdi. Bəzi muzeylərdə şəkil çəkməyə icazə verilməsə də, o dəqiqə təslim olan məndən fərqli olaraq, dərhal etiraz edir, bu işi Vətən və millət üçün gördüyümüzü deyir və istədiyinə nail olurdu. Nail olmasında, bəlkə də güneyli olması və bunun ləhcəsindən hiss edilməsi əsas rol oynayırdı.

Bizlər Bakıda o qədər güneyli görmüşük ki, onlar bizim üçün artıq adiləşib və ayrılmaz parçamıza çevriliblər. Bölgələrdə isə hər gün güneyli görmək mümkün olmadığından onlara hələ də xüsusi münasibət, sevgi və hörmət var. Odur ki, Mənsura «yox, olmaz» deyən tapılmırdı. Qarşısında hər yerdə yaşıl işıq yanırdı…

Nə isə, keçək əsas məsələyə… Mən eksponatlara gözucu baxırdım. 10 ildən bəri axtardığım və tapmaq üçün bircə dənə də olsun, albom, kataloq, kitab və saytı gözümdən kənarda qoymadığım eksponatların bu muzeydə ola biləcəyini heç təsəvvürümə belə gətirə bilməzdim və gətirmədiyim üçün də onların yanından keçmiş və axtardığımı görə bilməmişdim. Sağ olsun güneyli dostum, onların da şəklini çəkibmiş və indi bu məqalə üçün şəkillər seçərkən, 10 ildən bəri peşində olduğum daşları gördüm və sevincimdən dilim-ağzım qurudu.

Söhbət aşağıdakı fotoda gördüyünüz deşilmiş daşlardan gedir. Bilirəm onlara baxanda bəziləriniz təəccüb edəcək və hətta qəh-qəhə çəkib güləcəksiniz. Amma o daşların nə olduğunu və nə üçün istifadə edildiyini yalnız və yalnız folklorşünas bilə bilər. Nəinki adi vətəndaşların, hətta arxeioloqların da bilməsi əksər hallarda mümkün deyil. Hərçənd ki, bilən arxeoloqlarımız da var. Bu baxımdan Hidayət Cəfərovun adını xüsusi çəkmək istəyirəm. Onun yazılarını oxuyanda Ağdamım Qarğalar təpəsi adlı Eneolit düşərgəsindən üzə çıxan qədim ocaq yerindən tapılan və ocaqdan qaralmış daşlar barədə nə qədər düzgün və doğru məlumat verdiyini görüb təəccüb etmişdim.

Eyni sözləri Nəcəf Müseyibli barədə də söyləyə bilərəm. TV proqramlarının birində Gəmiqayada aşkarlanan və erkən Tunc dövrünə aid olan bir qayüstü rəsmi şərh edərkən onu «Qurd ağzı bağlamaq» ovsunu ilə əlaqələndimiş və elə gözəl şərh vermişdi ki, heyrətimdən donub qalmışdım. Sonradan onun bu şərhini, təbii ki, ona istinadən «Azərbaycan türklərinin İslamaqədərki dili və ədəbiyyatı» kitabıma da daxil etdim.

10

Bu deşilmiş daşların nəyə xidmət etdiyi və nə üçün istifadə edildiyinə gəlincə, qeyd etməliyəm ki, qədim türklər onlardan yağış yağdırmaq üçün istifadə edərdilər. Görkəmli folklorşünas alim, mərhum Azad Nəbiyevin yazdığına görə,  xalq içərisində uzun müddət quraqlıq olarkən müəyyən “müqəddəs”ocaqlardan götürülmüş daşları ortadan dəlib suya salardılar. Məsələn, Quba – Qonaqkənd zonasında Baba dağdan gətirilmiş daşları suya salıb ipin başını sahildəki ağaclardan birinə bağlayardılar. İpin bağlandığı ağac adətən qarağac və ya fındıq ağacı olmalı idi. Daşlar suya salınarkən xorla oxuyardılar:

            “Daş başım,

            Yaş başım,

            Yaş oldu

            Üst-başım.”

            Sonra daşı suya salardılar. Bu vaxt ovsun oxunardı”

           “Suda daşım,

            Baba daşım,

            Gələr, getməz

            Yağışım.

             Suda daşım,

             Yaş başım,

             Yaş oldu

             Üst-başım.”

Ocağa atılan daşlar barədə isə  Azad Nəbiyev bunları yazıb:

             “Məlumdur ki, hələ çox qədimlərdən arası kəsilməz yağışlar zamanı günəşi çağırış mərasimləri xalq arasında geniş yayılmışdı. İbtidai insanlar bu görüşlə bağlı ovsunlar da yaratmışlar. Onlardan biri belədir: Günəşin çıxmasını arzulayan insanlar Baba dağından gətirilmiş daşları ocaqda, küldə basdırar və ocaqda xəşil bişirərdilər. Xəşili ananın ilki çalmalı idi. Ovsunçu basdırılan daşların  üstünə közləri yığa-yığa ovsun oxuyardı:

           “Qodu daşı,

             Odu daşı,

             Qodu kəssin

             Yağışı.”

            Sonra qızlar birlikdə oxuyurlar:

          “Budu daşı,

            Bulutların

            Kudu daşı,

            Bişirmişəm

            Xəmiraşı.

            Qonaq gəlsin

            Godu başı,

            Gətirsin

            Qızıl günü,

             Aparsın

            Yağışı.

            Qodu daşı,

            Odu daşı,

            Qodu kəssin

            Yağışı.”

              Qarğalar təpəsindən tapılan ocaq yeri və ocaqdan qaralmış daşlar bu qə-dim türk inancının köklərinin ən azı Eneolit dövrünə, yəni 6-8 min il öncələrə qədər uzandığını və bu mərasim zamanı oxunan ovsunların da 6-8 min il öncəyə aid poetik nümunələr olduğunu sübut edir. Bu isə o deməkdir ki, Azərbaycanda türk xalq teatr sənətinin, ağız ədəbiyyatının və xor ifaçılığının yaşı minilliklərlə ölçülür.

  1. Cəfərovun yazdığına görə, Azərbaycanın Eneolit əhalisinin həyatında dini ayin və ovsun mərasimləri də müəyyən yer tuturdu. Qarğalar təpəsində kiçik çalada tapılmış və odun təsirindən qaralmış daş topasını tədqiqatçılar quraqlıq zamanı yağış “çağırmaq” mərasimi ilə bağlayırlar.

         Böyük rus türkoloqu Lev Qumilyov özünün məşhur “Qədim türklər” kita-bında ən qədim zamanlardan etibarən türklər arasında “yada daşı”, yəni cadu daşı adlanan magik daşların köməyi ilə quraqlıq zamanı yağış yağdırmağın mümkünlüyünə inamın mövcud olduğunu qeyd etmiş və türklərin bu sənətlə məşğul olduqları barədə müxtəlif qaynaqlarda məlumatlar bulunduğunu yazmışdır:

         “Yuebanlar haqqında olan rəvayətdə soyuq hava və yağış çağırmağı bacaran  cadugərlərdən söhbət açılır. Jujanlarla döyüş zamanı yueban cadugərləri qarlı fırtına çağırıb düşmənlərin üzərinə göndərmişdilər. Bənzər rəvayəti Turlu Qriqori də nəql etmişdir. Avarların franklarla döyüşü zamanı avar cadugərləri şimşəkli tufan yaratmış, şimşək frank düşərgəsini vurmuş və onlar bunun nəticəsində məğlub   olmuşdular.  Eyni  cadu  gücü  naymanlara da aid edilmişdir. Rəşidəddin yazır ki, Çingiz xana qarşı döyüşən və başında Camuxanın durduğu soy birləşməsinin cadugərləri də tufan yaratmış, fəqət hesablamada səhvə yol verdiklərindən tufan öz başlarına çaxmışdı.”

          Türklərin yağış yağdırmaq gücünə sahib olan daşlardan istifadə etdikləri barədə bir çox müəlliflərin,o cümlədən Təbəri, Səəlibi, Balimi, Firdovsi, Mirxond, Sebos və başqalarıının əsərlərində, eləcə də Vll əsrin anonim Suriya və X əsr fars anonim mənbələrində çox sayda məlumat olduğunu  söyləyən Lev Qumilyov daha sonra yazır ki, yalnız Firdovsi bu halı izah etməyə çalışmış və baş verənləri kütləvi hiptnoz kimi şərh etmişdir. Qədim türklərin bu sənəti “yada”, yəni cadu adlandırdıqlarını diqqətə catdıran müəllifin bildirdiyinə görə, ayrı – ayrı türk xalqlarında bu inam XX əsrin əvvəllərinə qədər davam etmişdir.

         Dilçi alim Firudun Ağasıoğlu yazır:

         “Təbərinin yazdığına görə, Həzrət Nuh peyğəmbərin oğlu, türklərin ulu babası hesab edilən Yafəs türk xalqına yağış yağdıran yada daşı vermişdir. Başqa bir rəvayətdə isə həmin daşın türklərə Həzrət İbrahim peyğəmbərdən miras qaldığı

bildirilir.”

               Türklərin yada daşının köməyi ilə yağış yağdırdıqları barədə məlumat verən müəlliflərdən biri də X əsrdə yaşamış  məşhur alim İbn Əl-Fəqih Əl-Həmədanidir. O,ərəb dilində qələmə aldığı “Əxbar əl-buldan”, yəni “Ölkələr haqqında xəbərlər” adlı kitabının “Türklər, onların ölkəsi və bu ölkədəki möcüzələr haqqında“  başlıqlı bölümündə mövzu ilə bağlı maraqlı fikirlər söyləmişdir:

         “Türklər ölkəsinin möcüzələrindən biri də onların köməyi ilə türklərin yağış, qar, dolu yağdırdıqları və istədikləri digər bənzər təbiət hadisələrini meydana gətirə bildikləri daşlardır. Onlarda bu daşlar böyük önəmə sahibdirlər və geniş istifadə edilməkdədirlər. Bunu türklərin heç biri inkar etmir, fəqət həmin daşlar doqquzoğuzlar arasında daha çox qiymətləndirilir.”

         Müəllifi məlum olmayan, Xlll əsrdə fars dilində qələmə alındığı bilinən “Əcaib əd-dünya”, yəni “Dünyanın qəribəlikləri” adlı kitabda da maraqlı bir qeydə rast  gəlmək mümkündür:

          “Deyirlər ki, Ərdəbildə böyük daş var, əlinlə onu vurduqda xoş səs çıxarır. Quraqlıq düşdüyü zaman bu daşı şəhərdən kənara çıxarırlar və o saat yağış yağır. Onu yenidən şəhərə qaytaranda yağış kəsir.”

          Xalqımızın ilkin inam və etiqdlarının, ovçuluq, əkinçilik, maldarlıq həyatı ilə bağlı olan bu kimi mifik təsəvvürləri bizə əsasən xalq yaradıcılığı nümumələri ilə gəlib çatmışdır. Bu nümunələr improvizə edilmiş formalarda, əksər halda isə türkdilli xalqların poetik yaradıcılığı üçün ənənəvi olan ibtidai ölçü qəliblərində yayılmışdır. Türk boylarının ilkin magik təsəvvürlərinin poetikləşməsi , şifahi bədii yaradıcılıqda  əks olunması dövrünün məhsulu olan ovsunlar müəyyən mərhələdə ibtidai insanın gündəlik həyatında, həyatı dərketmə və öz bildiyi kimi idarə etmə prosesində mühüm mövqe tutmuşdur. Zaman keçdikcə, təbiətin sirləri insan üçün açıldıqca ovsun təsəvvürləri də zəifləmiş, bir janr kimi arxaikləşmişdir.

Qaxda çəkilmiş daşlarla bağlı sevincimi bölüşmək üçün Mənsur bəyə fikrimi bildirəndə, Yeniseydən, Qarasuk çayı hövzəsindən tapılan Qarasuk mədəniyyətnə aid oyulmuş “Yağmur daşlarının” də tapıldığını və onların yaşının bir neçə min il olduğunu söylədi və mənə aşağıdakı şəkli göndərdi.

11

«Bunlarda deşik yoxdur, yada daşı olduğunu haradan bilirsən?» deyə sorduğumda, onların üzərindəki naxışların magik mahiyyət daşıdığını söyləməklə fikrini əsaslandırdı. Fikri mənə məntiqi və inandırıcı göründü.

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma