Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XXIII məqalə)

Qaxda, muzeydə gördüyümüz keramika nümunələri Şamaxı, İsmayıllı və Qəbələ muzeylərində gördüklərimizin eynisi idi və bölgənin vahid mədəniyyətindən, çəkinmədən «Hun-Xəzər mədəniyyəti» adlandıra biləcəyimiz mədəniyyətdən xəbər verirdi. Orxon-Yenisey abidələrində məhz bu mədəniyyətin daşıyıcıları «onoklar» adlandırılmaqdadır.

1

2

 

Maraqlıdır ki, Çin yazı sistemində hunları ifadə edən və bu gün «xsiunq-nu» kimi oxunan ieroqlif müxtəlif dövrlərdə müxtəlif cür səslənmişdir və onun ən qədim oxunuş forması «hunok»dur. Bunu Avropanın ən məşhur çinşünaslarına istinadən Bahəddin Ögəl yazır. Fikrimizcə, Çin dilində hun etnoniminin ən əski səsləniş forması olan «hunok»la Orxon-Yenisey kitabələrindəki «onok» eyni adın fərqli səsləniş şəklidir və «on ox», yəni «on soyun birləşməsi» anlamındadır. Başqa sözlə on qardaşdan törəyən qo soyun birliyi.

Bu versiyanı «Boz qurd»la bağlı Çin qaynaqlarında əbədiləşmiş iki əfsanə də təsdiq etməkdədir.

3

Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mənşəyi ilə bağlı qədim Çin mənbələrində iki rəvayət qeydə alınmışdır. Birinci rəvayətdə deyilir ki. hunlarla eyni soydan olan göytürklər hun yurdunun şimalındakı Su (So) ölkəsindən çıxmışlar. Başbuğlarının, yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı vardı. Bunlardan birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi.

Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar, Bu fəlakətdən yalnız bir gənc qurtuldu. Bu gəncin iki arvadı vardı. Biri yaz tanrısının, digəri qış tanrısının qızı idi. Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə xaqan seçdi. O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvadlardan türk xalqı törədi.

İikinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dənizinin, yəni Xəzər dənizinin qərb sahillərində yaşayırdı. Bunun xalqı hunların bir bölümü idi və Asina (aşina) adlanırdı. Bu xalq qonşu xalqlardan biri tərəfindən məhv edilir. Bunlardan yalnız bir oğlan uşağı sağ qalır. Bir dişi qurd həmin uşağı tapıb ona qulluq edir, onu böyüdür və onunla evlənir. Oğlandan hamilə qalan qurd dənizin şərq tərəfinə keçirir və orada 10 oğlan uşağı doğur. Bu oğullardan Göytürk (Türküt) xalqı törəyir:

«Göytürklər qədim Xsiunq-Nunun (hunların, xəzərlərin) soylarından yaranmışlar və onların bir qoludurlar. Özləri isə A-şin-na adlı bir ailədən törəmişlər. (Sonradan çoxalaraq) ayrı oymaqlar halında yaşamağa başladılar.

Daha sonra Lin (Alan, Alaniya) adlanan bir məmləkət tərəfindən məğlub edildilər. (Məğlubiyyətdən sonra göytürklər) bu məmləkət tərəfindən bütünlüklə öldürüldülər.

(Tamamilə qırılan) göytürklər içində yalnız on yaşlı bir uşaq qalmışdı. (Lin məmləkətinin) əsgərləri uşağın çox kiçik olduğunu görüb (ona yazıqları gəlmiş və) öldürməmişdilər. Uşağın təkcə ayaqlarını kəsmiş, özünü də bir bataqlıq içindəki otların arasına tullayıb getmişdilər.

(Bu zaman) uşağın yanında bir dişi qurd peyda oldu və ona ət verərək bəslədi. Uşaq bu minvalla böyüdükdən sonra da dişi qurdla ər-arvadlıq etməyə başladı. Qurd da bu yolla ondan hamilə qaldı.

(Göytürkləri məğlub edən və hamısını qılıncdan keçirən Lin məmləkətinin) kralı bu uşağın hələ də yaşadığını eşitdi və əsgərlərini onu öldürməyə göndərdi. Uşağı öldürməyə gələn əsgərlər qurdla uşağı yan-yana gördülər. Əsgərlər qurdu öldürmək istədilər, amma qurd (onları görən kimi) tez qaçdı və Kao-ç-anq (Kuşan) məmləkətinin şimalındakı dağa getdi.  Bu dağda dərin bir mağara, mağaranın içində isə böyük bir ovalıq var idi. Çevrəsi də bir neçə yüz mildən artıq deyildi. Dörd yanı sıldırım qayalarla əhatə olunmuşdu. Qurd qaçaraq bu mağaranın içinə girdi və orada on uşaq doğdu.

Vaxt keçdikcə bu on uşaq böyüdü və bayırdan qızlar gətirərək, onlarla evləndilər. Beləliklə evləndikləri qızlar hamilə qaldılar və bunların hər birindən bir soy törədi. A-şi-na ailəsi də bu on boydan biridir.

Onların oğulları  və nəvələri çoxaldılar  və yavaş-yavaş yüz ailə halına gəldilər. Ju-julara tabe oldular. Altay ətəklərində yerləşdilər. Bundan sonra da Ju-juan dövlətinin dəmirçiləri oldular…».

Beləliklə, bu rəvayətdən açıq-aydın görünür ki, Göytürk İmperatorliğunu quran xalq, yəni türklər hunların, yəni onokların on soyundan birinin adı idi. Türklərin genezisi ilə bağlı ikinci rəvayətin məzmunu belədir:

«Bəziləri belə deyirlər: Bir rəvayətə görə göytürklərin ilk ataları Xsi-hai, yəni Qərb dənizinin (Xəzərin) sahillərində yaşayırdılar. Onların qadınları, kişiləri (uşaqları ilə birlikdə), böyüklü-kiçikli hamısı birlikdə Lin (Alan, Alaniya) adlı bir məmləkət tərəfindən məhv edilmişlər. (Türklərin hamısını qırdıqları halda) yalnız bir uşağa rəhm etmiş, onu öldürməkdən vaz keçmişlər. Bununla belə, onun da qollarını və qıçlarını kəsərək, özünü Böyük bataqlığın içindəki otların arasına atmışdılar. Bu vaxt dişi bir qurd peyda olmuş və ona hər gün ət və yemək gətirmişdir. Uşaq da bunları yeyərək özünə gəlmiş və ölməmişdi. (az bir vaxtdan sonra) uşaqla qurd ər-arvad kimi yaşamağa başlamış və qurd uşaqdan hamilə olmuşdu.

(Türklərin əski düşməni olan Lin dövlətinin hökmdarı uşağın sağ qaldığını eşitdikdə) tez adamlarını göndərərək həm uşağı, həm də qurdu öldürməyi əmr etmişdir. Əsgərlər qurdu öldürməyə gəldikləri zaman qurd bundan xəbərdar olmuş və qaçmışdı. Çünki qurdun müqəddəs ruhlarla (əyələrlə) əlaqəsi vardı (və daha öncə onlar vasitəsilə düşmənlərin gəldiklərini xəbər tutmuşdu).

Buradan qaçan qurd Qərb dənizinin şərqindəki bir dağa getmişdi. Bu da Kao-ç-anqın (Kuşanın) şimal-şərqində yerləşirdi. Bu dağın altında isə çox dərin mağara var idi. (Qurd buraya gəlincə) dərhalhəmin mağaranın içinə girmişdi. Bu mağaranın arxasında böyük bir ovalıq var idi. Bu ovalıq başdan-başa ot və çaylarla örtülü idi. Ovalığın çevrəsi isə təqribən 200 mildən artıq idi.

Qurd burada on oğlan uşağı doğmuşdu. (Göytürk dövlətini quran) A-si-na (“Tövrat”da və “Albaniya tarixi”ndə Askenaz) ailəsi bu uşaqlardan birinin soyundan törəmişdir».

Qeyd edək ki, məşhur fransız alimi, Çin mənbələri üzrə tanınmış mütəxəssis J. Dögin Çin mənbələrindəki “Xsi-hai” dənizinin (Qərb dənizinin) Xəzər dənizi olduğunu təsdiqləməkdədir (Tahirzadə, 1991, 68).

Çin mənbələrində türk xalqının mənşəyi ilə bağlı qeydə alınmış bu iki rəvayətdə iki məqam diqqəti xüsusi cəlb edir. 1-ci məqam türklərin ulu babalarının onoklardan (hunlardan) olması və Xəzərin qərbində, yəni Azərbaycanda yaşamış olması faktıdır ki, bu faktı eradan əvvəl lll-ll minilliklərə aid akkad və aşşur mənbələri, eləcə də eradan əvvəl l minilliyə aid Urartu mənbələri təsdiqləyir.

Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəlki Akkad və Aşşur mixi yazılarında  “turukku” kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Zelik Yampolski olmuşdur.  O, türklərin mənşəyi və ilk ata yurdu barədə o vaxta qədər rus – sovet  tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki, akkad  mənbələri “türk” etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir. Eradan əvvəl birinci minilliyə aid Urartu mixi yazılarında da eyni xalqın adı, eyni ərazinin sakinləri kimi qeyd edilmişdir. Urartu mənbələrində həmin xalqın adı “turuxi” kimi çəkilir. Firidun Ağasıoğlunun fikrincə, Aşşur mənbəlrində rast gəlinən “turukku” etnonimi “türk”etnik adının aşşur dilindəki səsləniş və yazılış formasıdır.

4

İlk dəfə Zelik Yampolski tərəfindən söylənilən bu fikrə sonralar  Əbülfəz Hüseyni, Cəfər Cəfərov, Məhəmməd Hatəmi Tantəkin, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Tofiq Hacıyev, Mahmud İsmayıl, Kamil Əliyev, Firidun Ağasıoğlu, Nizami Xudiyev və s. kimi Azərbaycan alimləri də şərik çıxmışlar.Yusif Yusifovun yazdığına görə, “türk” adına erkən orta əsrlərə aid hind qaynaqlarında turukka”, Xotən mətnlərində “ttrruki”, Tibet mənbələrində “druq” və “druqu” formasında rast gəlmək mümkündür.

Diqqəti çəkən daha önəmli məqam türklərin 10 qardaşdan törəmiş olması faktıdır ki, bu məlumat da Xəzər xaqanı İosifin yazdıqları ilə üst-üstə düşür. Xatırladaq ki, İosifin sözlərinə görə, xəzərlər Həzrət Nuhun nəvəsi, Yafəsin oğlu Toqarmanın (Türkün) 10 oğlundan törəmişlər. Onu da xatırladaq ki, Musa Kağankatlının yazdığına görə, Toqarma Azərbaycanın (Albaniyanın) 4-cü şahı olmuşdur.

5

6

Görünür, elə bu səbəbdən «Alban tarixi»ndə hun və xəzər etnonimləri sinonim kimi çəkilir. Məsələn II kitabın I fəslində deyilir:

7

8

XIV fəsildə də xəzərlərdən söhbət açılır:

9

10

11

 

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

XXVI fəsilsə isə bunlar yazılıb:

25

26

27

28

XXIX fəsilsə isə xəzərlərdən hunlar kimi bəhs edilir:

29

30

Qax Tarix-Diyarşünaslıq Muzeyinin ən maraqlı eksponatları içərisində e.ə. I minilliyə aid edilən muncuqlardır ki, onlardan bir qismi şüşədən hazırlanıb. Beləliklə, ölkəmizdə şüşə istehsalına ən azı 3000 il öncə başlanıldığı İlyas Babayevin fikirlərinin tamamilə səhv və ya qərəzli olduğu olduğu bir daha təsdiq olunur.

31

32

Ən maraqlı eksponatlar içərisində tunc qoç fiqurunu da xüsusi qeyd etmək lazımdır. Bu fiqur Azərbaycanda qoyunçuluğun nə zamandan geniş yayılaraq, keçiçiliyi sıxışdırdığını dəqiqləşdirə bilməyimiz baxımından çox önəmlidir.

33

Məlumat üçün bilsirək ki, Azərbaycandan Altaylara qədər yayılmış çoxsaylı Tunc dövrünə aid qayaüstü təsvirlərdən qədim türklərin məişətində keçinin daha önəmli yerə sahib olduğunu göstərir.

 

 

 

 

 

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma