Yeni Osmançılıq siyasəti və Xilafət ideyası

Bəxtiyar Tuncay

a

SSRİ-nin və ondan da əvvəl Varşava Blokunun çökməsi ilə II Dünya savaşından sonra qurulan qlobal nizam çökdüyü kimi, bu gün Suriya və İraqda baş verənlər də qlobal nizamın I Dünya savaşından sonra inşa edilmiş təməllərinin sarsılmaqda olduğundan xəbər verir. Bir şey tam aşkardır ki, mövcud qüvvələr balansı, eləcə də ABŞ-ın təkqütblü dünya qurmaq strategiyası günümüzün tələblərinə qətiyyən cavab vermir və hazırda Ön və Orta Şərqdə baş verənlər də bu yanlış strategiyanın, eləcə də balansın Rusiya və Çinin mənafeləri ilə ziddiyyət təşkil edən bir şəkildə pozulmasının birbaşa nəticəsidir. ABŞ-ın bu siyasəti ilə qətiyyən başrışmaq istəməyən Rusiya və Çinin Aralıq dənizinə hərbi döyüş təyyarəlləri və roketlər daşıyan gəmilər sövq etməsinin əsas səbəbi budur. Bir sözlə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Rusiya və Çin dünyanın yenidən bölüşdürülməsi və şəkilləndirilməsi prosesindən kənarda qalmayacaqlarını əyani şəkildə bütün dünyaya nümayiş etdirməkdədirlər…

ABŞ başda olmaqla Qərb blokunun Rusiya-Çin bloku ilə qarşı-qarşıya gəldiyi və ziddiyyətlərin dərinləşdiyi çox həssas bir dövrə qədəm qoymuşuq. Rusiya-Çin blokuna yerüstü əməliyyatlarda istifadə edilmək üçün II dərəcəli «müttəfiq» qismində İranın da cəlb edildiyinin şahidiyik.

İran həm Rusiya, həm ABŞ, həm də Çinin mənafelərinə tam cavab verir…

Gözləmək olardı ki, İranın qarşı tərəfdə yer alması səbəbindən ABŞ-İran münasibətlərində bir gərginlik yaşayancaaq və nəticədə iki İranın nüvə proqramı ilə bağlı əldə edilmiş sazişin qüvvəyə minməsi təxirə salınacaq. Amma belə olmadı. Əksinə, ötən ilin iyulun 14-də Vyanada İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair əldə olunmuş sazişə uyğun olaraq, həmin saziş bu ilim oktyabr ayının 18-dən qüvvəyə mindi və Qərb ölkələri tərəfindən İrana tətbiq edilən bütün embarqolar ləğv edildi. Nəticədə İran öz neftini istədiyi ölkəyə satmaq hüququ əldə etdi.

Əlbəttə, düşünmək olar ki, Qərb bu yolla neft bazarına daha çox məhsulun çıxarılmasını və qiymətlərin daha da aşağı düşməsini təmin etmək istəmişdir. Çünki neftin qiymətinin aşağı salınması Rusiya iqtisadiyyatını çökdürmək planının ən mühüm tərkib hissələrindən biridir. amma unutmayaq ki, ağacın iki başı var, onun bir tərəfi Rusiyadırsa, digər tərəfi Çindir. Neftin qiymətinin aşağı düşməsi Çinə sərf edir və onun iqtisadiyyatına müsbət təsir edir. Deməli, əsas məsələ bunda deyil.

Bəs, onda nədədir? Məsələ, şübhəsiz ki, şiə faktorundadır. Eynən Rusiya və Çin kimi Qərb də Ərəb baharından sonra özündə güc taparaq siyasət meydanına atılan və müsəlman torpaqları və onların sərvətləri uğrunda imperializmə qarşı ölüm-dirim savaşına girişən radikal islamçılara, başqa sözlə, müsəlman xalqlara qarşı məhz bu faktordan istifadə etməyi düşünür və istifadə də edir. Söhbət bütünlüklə şiələrdən ibarət olan İraq «ordusundan», İranın bölgəyə göndərdiyi hərbiçilərdən və «Hizbullah» terrorçularından gedir.

Digər qüvvələr…

Diqqətlə fikir versək, nə Rusiya, nə də ABŞ-ın islamçılarla yerdə müharibə aparmadığının, onları göydən bombardıman etdiyinin, müsəlman şəhər və kəndlərini xarabazarlığa çevirməklə məşğul olduğunun şahidi olarıq. Şəhər və kəndlərin darmadağın edilməsinin bircə səbəbi var. Yerli müsəlman xalq bütünlüklə islamçıları dəstəkləyir və onları ərzaq və döyüşçü ilə təmin edir. Yəni gizlədilməyə çalışılsa da, bölgənin müsəlman xalqı əslində öz torpaqlarının imperialist qüvvələrdən təmizlənməsi, imperialistlər tərəfindən başlarına hakim təyin edilmiş diktator və monarxların hakimiyyətdən salınması uğrunda savaşırlar. Hamısının da son məqsədi azad edilmiş müsəlman torpaqlarını eynən Osmanlılar dövründə olduğu kimi vahid İslam Xilafətində birləşdirməkdir. Yalnız şiələr bu prosesin kənarındadırlar və tam əks mövqedən çıxış edirlər. Bu da işğalçı qüvvələrə onlardan İslami Hərəkata qarşı bir vasitə kimi istifadə etməyə imkan verir. Şiələr yerüstü əməliyyatlara cəlb edilən köməkçi qüvvə kimi nəzərdən keçirilir. Eyni funksiyanı yerinə yetirmək üçün kürd terrorçularından da istifadə edilir. Maraqlıdır ki hər iki blok, yəni həm Qərb bloku, həm də Rusiya-Çin bloku həm şiələri, həm də kürdləri hər baxımdan dəstəkləyir. Çünki qara işi onların əli ilə görür, ölümə də məhz onları göndərirlər. Bura yezidi kürdlərini, yerli xristianları – arami və erməniləri də əlavə etmək lazımdır. Fəqət sonuncular əhəmiyyətli güc deyillər və mücahidlər tərəfindən, demək olar ki, bütünlüklə darmadağın edilmişlər.

Ən çox ümid isə kürdlərə bəslənilir. Çünki İran tərəfindən idarə edilən və əslində özləri də bilmədən və istəmədən fars imperializminin məqsəd və hədəflərinə xidmət edən şiələrdən fərqli olaraq kürdlərin arxasında birbaşa imperialist qüvvələrin özləri durur. Və məsələ təkcə bunda deyil, kürdlər artıq təkbaşına müstəqil bir gücə çevrilmiş Türkiyəyə qarşı da əvəzolunmaz silahdır, daha dəqiq desək, maşadır…

Yeni Osmançılıq siyasəti və Xilafət ideyası…

İslam dünyasında baş verən və Ərəb baharı ilə birbaşa bağlı olan möhtəşəm prosesi bir çoxları ABŞ-ın siyasətinin nəticəsi hesab etsələr də, məsələnin kökündə, əslində, Türkiyədə baş vermiş inqilabi proseslər durur. Yəni hər şey Türkiyədə AKP-nin hakimiyyətə gəlməsindən və I Dünya savaşının nəticəsi kimi ortaya çıxmış kamalizmin əvəzinə Yeni Osmançılıq ideyasını dövlət siyasəti halına gətirməsindən sonra başlamışdır. Türkiyə Cümhyriyyətinin tarixində islamçılar ilk dəfə deyildi ki, seçkilərdə qalib gəlirdilər. Hər dəfə də Qərb onların qarşısını almaq üçün ölkədə hərbi çevrilişə start verir, bu yolla kamalizmin ayaqda qalmasını təmin edirdi. Rəhbərliyi bütünlüklə ələvilərin əlində olan ordu da bunu böyük ustalıqla həyata keçirirdi. Türk tarixində ilk dəfə idi ki, bir islamçı partiya xalqın böyük əksəriyyətinin səsi ilə təkbaşına hakimiyyətə gələ bildi və dərhal da əməliyyat keçirərək yeni hərbi çevrilişin qarşısını almağı bacardı. Söhbət məşhur «Ergenekon» əməliyyatından gedir.

Bu gün Yeni Osmanlıçılıq siyasəti Türkiyənin xarici siyasətinin əsasını təşkil edir və I Dünya savaşından sonra itirilmiş nüfuz və qüdrətin qaytarılmasına xidmət edir. Unutmayaq ki, bugünkü ərəb ölkələrinin hamısı, o cümlədən inqilabların baş verdiyi ölkələr, eləcə də Suriya və İraq əski Osmanlı torpaqlarıdır və daim İslam Xilafətinin ərazisi olmuşlar. XVI əsrdə Xilafətin sükanı Osmanlılara keçdikdən və Osmanlı Xilafət dövlətinə çevrildikdən sonra bütün bu ərazilərdə yaşayan müsəlman xalqlar həm də xəlifə olan Osmanlı sultanlarını öz dini liderləri kimi görmüşlər.

Beləliklə Türkiyədə AKP-nin hakimiyyətə gəlişi və Yeni Osmançılığı dövlət siyasəti etməsi bölgənin bütün müsəlman xalqlarına güclü stimul vermiş və onları inqilablar edərək işğalçıların qurduqları qondarma dövlətləri yıxmaq və vahid İslam Xilafətini bərpa etmək uğrunda mübarizə etmək üçün hərəkətə keçirmişdir.

İslam faktorunu nəzərə almadan Yaxın və Orta Şərqdə baş verənləri anlamaq mümkün deyildir…

Bu gün bölgənin əsas hərəkətverici qüvvəsinə çevrilmiş İslam faktorunu diqqətə almamaq mümkün deyildir. Və imperialist güclər – həm Qərb bloku, həm də Rusiya-Çin bloku onu nəzərə alır və başa düşürlər ki, yerli xalqların müqaviməti qırılmadan bölgəni yeni nüfuz dairələrinə bölmək mümkün olmayacaqdır. Elə bu səbəbdən də aralarındakı dərin uçurum və ziddiyyətlərə baxmayaraq hər iki blok islamçılara qarşı birləşmişlər. Onlar özünü Xilafət dövləti elan edən, İraq və Suriyanın böyük hissəsini əlində saxlayan İŞİD-i daha böyük təhlükə görürlər və ona qarşı birlikdə savaşırlar.

Zarafat deyil, ABŞ ona qarşı mübarizə aparmaq üçün özündə 60 dövləti birləşdirən böyük bir koalisiya yaradıb. Rusiya və Çin də onunla mübarizə apardığını bəyan edir. Əslində isə hər kəsi qorxuya salan İŞİD-in özü yox, onun daşıdığı Xilafət ideyası və gələcəkdə bu ideyanı gerçəkləşdirməyə girişəcəyi heç bir şübhə oyatmayan Türkiyənin bütün bölgənin təkbaşına sahibi ola biləcəyi qorxusudur. Və Türkiyə bu iddiasını qətiyyən gizlətmir və hədəfinin 2023-cü il olduğunu da açıq şəkildə bəyan edir. Məhz həmi il I Dünya savaşında sonra Türkiyəyə sırınmış Lozan rəzalətinin 100 ili tamam olur və Lozan Sülh Sazişi qüvvəsini itirir. Bu isə o deməkdir ki, Türkiyə itiririlmiş torpaqlarına haqq iddia etmək üçün güclü hüquqi əsas qazanacaqdır.

Məsələnin başqa bir tərəfi də var. İş burasındadır ki, Türkiyə və AKP İslam dünyasında çox populyardır və ən çox sevilən və rəğbət bəslənən qüvvə kimi çıxış edir. Üstəlik də Türkiyə Böyük Millət Məclisi imperialist güclərin təkid və təzyiqi ilə 1924-cü ildə Xilafətin ləğv oluması barədə qərar qəbul edəndə, qərara qarşı olan millət vəkilləri ona bir bənd salmağa müvəffəq olmuşdular. Həmin bənddə deyilir ki, gələcəkdə Xilafət bərpa olunacaqsa, bu, müstəsna olaraq Türkiyənin hüququdur. Yəni Türkiyə Xilafəti, başq sözlə, Türk-İslam Xilafətini bərpa etmək hüququna sahib olan yeganə dövlətdir.

Türk-İslam Xilafətinin bərpa edilməsi mümkündürmü?

Türkiyənin xeyrinə olan daha iki faktoru da unutmamalıyıq. Əvvəla qeyd etməliyik ki, tarixən İslam Xilafətinin 4 uzunmüddətli paytaxtı olub: Şam (Dəməşq, Əməvilər dövrü), Bağdad, Qahirə (Abbasilər dövrü), İstanbul (Osmanlılar dövrü). Bu gün İraq, Suriya və Misirin nə gündə olduğunu bilirik. Türkiyə isə güclü, demokratik dövlətdir və orada sabitlik hökm sürür. Üstəlik də Peyğəmbərimizin (s) Müqəddəs Əmanətləri bu şəhərdə (Topqapı sarayında) qorunmaqdadır.

Türkiyənin əlində olmayan tək şey Məkkə və Mədinədir ki, onlara sahib olmaq da vacib şərtlərdən biridir. Məkkə və Mədinənin İslam Birliyi baxımında önəmi o qədər böyükdür ki, Türkiyənin ideya baxımından əsas rəqibi hesab edilə biləcək İslam Xilafəti Dövləti (İŞİD) o iki şəhəri, eləcə də onlardan sonra müsəlmanlar üçün üçüncü müqəddəs şəhər hesab edilən Qüdsü ələ keçirməyi qarşısına əsas məqsəd qoyub. Odur ki, İŞİD-çilərin bir gün Səudiyyə Ərəbistanı və İsrailə hücuma keçəcəkləri istisna edilmir. Lakin Səudiyyə sınırlarına çatmaq üçün onların öncə Bağdadı, ardınca Kufə və Bəsrəni alması lazımdır. Oralar isə şiələrin nəzarətindədir. İsrail sərhəddinə çata bilmək üçün isə onlar öncə Dəməşqi tutmalı, sonra isə ABŞ tərəfindən dəstəklənən və Dəməşqlə İsrail arasındakı bütün ərazilərə sahib olan Azad Suriya Ordusuna qalib gəlməlidir.

Qeyd edək ki, İŞİD-çilər nə Əməviləri, nə Abbasiləri, nə də Osmanlıları gerçək xəlifə hesab etmir, gerçək Xilafət kimi ilk dörd xəlifənin hakimiyyəti illərini əsas sayır və Xilafətin paytaxtı qismində Mədinəni nəzərdə tuturlar. Lakin onların ən böyük problemi Xilafətin varisi kimi çıxış etməyə hüquqi əsaslarının olmamasıdır və bu məsələdə onlar Türkiyə qarşısında çox zəif durumdadırlar.

Yeni Osmançılığın son hədəfi olan Türk İslam Xilafətinin bərpa edilməsi məsələsinə gəlincə, bu ideya imperialist gücləri daha çox qorxudur və şübhəsiz ki, onun gerçəkləşməməsi üçün əllərindən gələni edəcəklər.

 

Advertisements
Bu yazı Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma