Rusiya və ABŞ bir-birini Azərbaycanlı alimin silahı ilə məhv edə bilər…

Bəxtiyar Tuncay

Untitled

Son dövrlərdə Rusiya ilə bağlı təyyarə qəzalarının sayı o qədər çoxalıb ki, insanlar artıq bu barədə xəbərlərə əvvəlki kimi güclü reaksiya vermir, sanki, baş verənləri normal hadisə kimi qəbul edir. Noyabrın 8-də daha bir bənzər xəbər Xabarovsk şəhərindən gədi. Məlum oldu ki, sözügedən şəhərin hava limanında iki təyyarə toqquşub. Yayılan məlumata görə, “Aeroflot” aviaşirkətinə məxsus “Boeing 777” təyyarəsi uçuş zolağında hərəkət edərkən “AN-26” tipli təyyarənin qanadına toxunub. Qəza nəticəsində hər iki təyyarəyə ziyan dəyib. Sərnişinlər arasında isə ölən və ya xəsarət alan yoxdur.

Belə bir təsəvvür yaranır ki, saki, Allah Rusiyaya xəbərdarlıq ardınca xəbərdarlıq göndərir. Amma nə faydası?! Bu ölkə bütün dünyanı həyacan altında saxlamaqda davam edir. Onun hərbi aviasiyası Suriyanın şəhər və kəndlərini, o cümlədən türkmən yaşayış məntəqələrini durmadan bombardıman etməkdə, ölkəni xarabazarlığa çevirməkdədir. Şəhərlərinin bir qismi qaniçən Əsədə bağlı ələvi qüvvələr tərəfindən şəhərlərinin çoxu yerlə yeksan edilmiş Suriyanın digər yaşayış məntəqələrinin də ruslar altını üstünə çevrirlər. Ardınca da Suriya hərbiçisi geyimi geymiş iranlı cəlladlar və Hizbullah terrorçuları dinc müsəlman əhaliyə divan tutur. Doğrudur, İslam mücahidləri dərhal özünü yetirərək, qaniçənlərin cavabını verir, amma onlar özlərini yetirənə qədər bəzən iş-işdən keçmiş olur.

 

Rusiyanın nüvə silahından istifadə edəcəyi ehtimalı günü-gündən artır…

Bu arada isə Rusiya prezidenti Vladimir Putin özünün Təhlükəsizlik Şurasına tapşırıb ki, müdafiə təyinatlı nüvə silahı işləyib hazırlasın. Bu barədə ABŞ Müdafiə Nazirliyinin bir neçə gün əvvəl vəzifəsindən ayrılan yüksək vəzifəli əməkdaşı, müdafiə nazirinin müşaviri Evelin Farkas hərbi mövzuda ixtisaslaşmış amerikalı jurnalistlərlə işgüzar nahar zamanı məlumat verib.

Bu ilin avqustunda Bakıda səfərdə olan, səfərdən qayıtdıqdan az sonra istefaya çıxdığını elan edən Evelin Farkas Pentaqonda Rusiya və Avrasiya regionu ölkələri üzrə kurator idi. O, Moskvaya qarşı sərt addımların qatı tərəfdarı kimi çıxış edirdi və bu məsələdə müdafiə naziri ilə aralarında ziddiyyətlər yaranmışdı. Onun Bakıya səfəri Rusiya və ya İran tərəfindən mümkün ola biləcək hər bir təhdidə qarşı ABŞ-ın ölkəmizə edə biləcəyi hərbi yardım məsələsini müzakirə etmək məqsədi daşıyırdı.

Farkasın sözlərinə görə, Putin «sürətli sülhə» nail olmaq üçün nüvə silahından istifadəni ciddi şəkildə nəzərdən keçirir. Bu isə, yəni NATO, ABŞ və Rusiyanın iştirakı ilə baş verə biləcək müharibə bəşəriyyətin sonunu gətirməsə belə, dünya üçün olduqca fəlakətli olar və insanlığın gələcək firavan yaşayışını təhdid edərdi: «Rusiya Sovet İttifaqı ilə müqayisdə nüvə silahı ilə daha təhlükəli davranır.
Biz dayanıb gözləməli deyilik. Rusiyanı bu addımdan çəkindirəcək addımlar atmalıyıq».
Keçmiş Pentaqon rəsmisi bildirib ki, Rusiya ilə ABŞ-ın «soyuq müharibə» erasına qayıtdığı haqda fikirlər düzgün deyil. Çünki Rusiya Sovet İttifaqı deyil, onun iqtisadiyyatı zəifdir və siyasi vəziyyəti “kövrəkdir”. Bununla belə bu, o demək deyil ki, Rusiya təhlükə təşkil etmir: «Sovet İttifaqı ilə müqayisədə Rusiya daha az əraziyə malikdir, ancaq hərbi baxımdan daha mürəkkəb texnologiyalara sahiblənib. Onlar hətta kibermüharibə aparıb öz sələflərini xeyli qabaqlayırlar».

Tərəflər nüvə müharibəsini istisna etmirlər…

Evelin Farkas şübhəsiz ki, haqlıdır. Onun dediyinə görə, bugünkü Rusiya Leonid Brejnevin Politbürosuna nisbətən daha təhlükəli və proqnozlaşdırılmayandır.
“Soyuq müharibə” dövründə SSRİ ilə ABŞ arasında münasibətlər daha “sağlam” idi və qarşılıqlı hörmət əsasında qurulmuşdu. Tərəflər nüvə silahından istifadə ilə hədələmənin hansı nəticələrə səbəb olacağını anlayırdılar. Bu silahı ən son vasitə kimi nəzərdən keçirirdilər. Lakin Putin Rusiyasının paradoksal hərbi doktrinasından belə çıxır ki, Moskva “sülhü daha tez yaxınlaşdırmaq üçün” nüvə silahından istifadə etməyə hazırdır.

Onun bu fikri ilə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley də razıdır. O da öz növbəsində bildirib ki, Rusiyanın nüvə silahından istifadə riski yüksəkdir: «Rusiya hazırda ABŞ-ı məhv edə biləcək nüvə potensialına sahib yeganə ölkədir».

Mark Milley Rusiyanın siyasətinin «aqressiv» olduğunu və Birləşmiş Ştatların maraqlarını təhdid etdiyini deyib. General xəbərdarlıq edib ki, Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda etdiyi hərəkətlər Moskvanın nüvə silahını tətbiq etməyə hazır olduğunu göstərib.

Görünən budur ki, ABŞ sözügedən təhdidi ciddi qarşılayır və bu üzdən də bir neçə gün öncə strateji əhəmiyyətə malik olan qitələrarası ballistik raket sınağı keçirib. Belə ki, noyabrın 7-də yayılan xəbərlərdən belə aydın olur ki, ABŞ Hərbi Donanmasının rəsmisi Rayn Perri bildirib ki, Kaliforniya ştatının cənub sahillərində “Traydent 2” adlı ballistik raket uğurla sınaqdan keçirib. “Kentukki” adlı sualtı qayıqdan atılan bu raketin nüvə başlıqları daşımağa qadir olduğu qeyd olunur. İdarəetmə imkanına malik olan “Traydent 2”-nin dağıdıcılıq qabiliyyəti də yüksəkdir.

 

Rusiya Amerikanı azərbaycanlı alimin ixtira etdiyi daha dəhşətli silahla da vura bilər…

 

Lakin Rusiyanın ABŞ məhv etmək üçün nüvə silahından daha dəhşətli bir silahı var. Söhbət azərbaycanlı alim İkram Kərimovun kəşf etdiyi «Merkuri 18» adlı tevtonik silahdan gedir. Süni zəlzələlər  törədə bilmək qabiliyyətə malik  bu silah yerin altında toplanan enerjidən istfadə edərək zəlzələ, vulkan püskürməsi və buna oxşar təbii fəlakətlər törədə biləcək hipotetik qurğu, yaxud sistemdir.

“Tektonik silah” termini ilk dəfə 1992-ci ildə istifadə olunub. Amerika başda olmaqla dünyanın bir çox ölkəsi tektonik silah üzərində baş sındıran zaman artıq SSRİ-də bu mövcud idi. Onun yaradıcısı həmyerlimiz, qarabağlı, zəlzələşünas alim İkram Kərimov olub. Ağdam rayonunda anadan olan İkram Kərimovun adı bu günə qədər Rusiya tərəfindən gizli saxlanılırdı və onun barəsində məlumatları əldə etmək olduqca çətin idi. SSRİ-nin çöküşündən sonra məlum oldu ki, o, 1968-ci ildə “Merkuri-18″ məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahını ixtira edib. İkram Kərimovu  Şamo Rəhimovun layiqli davamçısı hesab etmək olar.

Əldə olan məlumatlara görə, SSRİ Müdafiə Nazirliyi İkram Kərimov başda olmaqla, bir qrup alimi gizli seysmik laboratoriyalarda aparılan və tektonik silahın kəşf edilməsinə yönələn tədqiqat işlərinə cəlb etmişdi. Bu barədə “Soverşenno sekretno” qəzeti yazırdı: «70-ci illərin sonlarında azərbaycanlı alim İkram Kərimov və onun rəhbərlik etdiyi elmi tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirdilər.  Əvvəllər belə zəlzələ xəbərçilərini yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimov və onun qrupu yeni elmi metodla adıçəkilən cihazlara ehtiyac olmadan öncədən zəlzələ əlamətlərini müəyyən etmişdilər».

Eyni silaha ABŞ da sahibdir…

 

Tədqiqatçı alim  Aynur Tağıyevanın yazdığına görə, bir neçə il ardıcıl olaraq keçirilən sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi Kərimovun yeni metoduna patent verərək, onu qeydə aldı. Bu kəşf məhz SSRİ Müdafiə Nazirliyi tərəfindən  “Merkuri” kodu adı altında həyata keçirilən geofiziki (tektonik) silahın hazırlanmasında istifadə edilməyə başladı. 1987-ci il noyabr ayının 30-da isə Sov. İKP MK və SSRİ Nazirlər Kabineti 1384-345 saylı qətnamə qəbul edərək, geofiziki silahın yaradılması barədə alimlər qarşısında yeni vəzifələr qoydu.

Aynur Tağıyeva yazır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması nəticəsində Kərimov və onun qrupu dağıdıldı və dünyanın bir neçə ölkəsinə köçürüldülər. 1995-ci ilə qədər ölkədə qalan Kərimovun qrupunu dünyanın müxtəlif bölgələrinə səpələyən rus kəşfiyytına sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı onun bütün tədqiqatlarının surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərinin ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat aldı: «NASA İkram müəllimin 1995-ci ildə dediyi sözü bu yaxınlarda təsdiqlədi ki, qütblərdəki buzların əriməsi atmosferin deyil, Yer qabığının qızması ilə bağlıdır və ondan sonra NASA siyasətini dəyişməyə başladı».

Maraqlıdır ki, ermənilər Spitakda 1988-ci ildə baş verən zəlzələdə onu ittiham etmişdilər. Onlar hesab edirdilər ki, Kərimov silahı Ermənistan üzərində sınayıb və ermənilərdən qisas alıb.

Hazırda alimin adı dünyanın 10 qızıl aliminin adı arasındadır və onun kəşfləri bütün dünya alimlərini heyrətləndirməkdə davam edir.

Advertisements
Bu yazı Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma