VAHİD DÜNYA DÖVLƏTİ İDEYASI və III DÜNYA SAVAŞI PLANI

Bəxtiyar Tuncay

Untitled

Tanınmış amerikalı publisist, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulmanını dünyanı idarə etdiyi iddia edilən 300 ailədən və onların gizli planlarından bəhs edən məşhur «Komitet 300: Dünya Hökumətinin sirrləri» kitabı işıq üzü gördükdən sonra əsərdə haqqında bəhs edilən mövzu dünyada ən çox danışılan və müzakirə edilən mövzulardan birinə, bəlkə də birincisinə çevrilmişdir. Müəllifin İngiltərəni göz önündə tutaraq yazdığı aşağıdakı sözləri isə çoxlarını dərindən düşünməyə və dünyaya yeni nəzərlərlə baxmağa məcbur edə bilmişdir: “Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxt da müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət – Komitet 300 idarə edib”

Kitabda yazılanlardan belə məlum olur ki, təxribatın miqyası dəhşətverici səviyyədədir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüuru nəzarət səviyyəsinə çatdırılıb.

Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli “Komitet 300” təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir.

“Komitet 300” və ya daha dəqiq ifadə etmiş olsaq, “300 lər komitəsi” artıq var olan və yeni-yeni planların həyata keçirilməsi sayəsində daha da təkmilləşdirilən Dünya
hökümətinin əsasını təşkil edir.

«Dünya höküməti» dedikdə, dünyanı idarə edən 300 beynəlxalq
oliqarx ailəsi nəzərdə tutulur. Söhbət dünyanın 300 ən varlı ailəsindən gedir. O 300 ailədən ki, dünyanın yerdə qalan 7 milyard əhalisinin payına düşən qədər maddi vəsaitə malikdirlər. Bu isə o, deməkdir ki, hər bir oliqarx ailəsi yer kürəsinin qalan əhalisinin 20 milyonuna düşən maddi vəsait qədər pulu idarə edir.

300-lər komitəsi və Bilderberq klubu

Sözügedən 300 ailədən hər birinin faktiki maliyyə dövriyyəsi 20 milyon
əhalinin gəlirinə bərabərdir. Bu 20 milyon insanın hər biri özü də bilmədən və istəmədən həm onlara işləyir, həm də onlardan asılıdırlar. Özü də bu insanlar qloballaşma şəraitində dünyanın müxtəlif yerlərinə səpələnmiş ola bilər və
onların asılılığı nisbi olduğu üçün hiss olunmaya da bilər.

Dünyanın idarəçiliyini ələ keçirmiş həmin 300 ailə buna nail olmaq üçün ümumi razılıq əsasında güclərini birləşdirmək qərarına gəlmişlər. Çünki bu halda onların
təzyiqinə qarşı nəinki ayrı-ayrı fərd, millət və dövlətlər, hətta siyasi
hərbi qurumlar da duruş gətirə bilməz. Və onlar buna nail olmuşlar və demək olar ki, dünyanın əksər dövlətlərinin hökumətləri onlar tərəfindən seçilir və hakimiyyətə gətirilir. Hzırki hökümətlərin heç biri onlara qarşı çıxmır və çıxmaq fikrində də deyil. Çünki çıxanları Müəmmar Qəddafinin və Səddam Hüseynin aqibəti gözləyir

Dünya oliqarxları vaxtaşırı gizli görüşlər keçirirlər. Onların ən öndə gələnləri «Bilderberq klubu» və «Üçtərəfli Komissiya» adlı klublarda toplanmışlar. Həmin klublar haqqında hər hansı bir geniş məlumat əldə etmək mümkün deyildir və buna cəhd etməyin də heç bir mənası yoxdur. Bunlar son dərəcə gizli
cəmiyyətlərdir. Onların həqiqi məqsəd və vəzifələri kənar şəxslərdən gizlədilir. Bu tip cəmiyyətlər haqqında bizim bildiklərimiz yalnız ondan ibarətdir ki, onlar
var, onların üzvləri inanılmaz  nüfuz sahibidirlər və hədsiz dərəcədə zəngindirlər. BMT, YUNESKO, ÜTT və s. bu kimi beynəlxalq təşkilatlar onların maraqlarına xidmət edir və onlar tərəfindən idarə olunurlar.

Amma bu ilk baxışdan belədir. Əslində isə onlar haqqında müxtəlif mənbələrə səpələnmiş irili-xırdalı o qədər çox məlumat var ki, bu məlumatları zərrə-zərrə toplamaqla gizli pərdənin arxasında baş verənləri görmək heç də çətin deyildir. Eyni zamanda İsrail, ABŞ və İngiltərə kimi dövlətlərin apardığı siyasəti dərindən təhlil etməklə də bu planların mahiyyətini anlamaq olar. Eləcə də ən aparıcı klanlar hesab edilən yəhudi mənşəli Rokfeller, Rotşild və Morqan ailələrinə mənsublarının ayrı-ayrı vaxtlarda müxtəlif mətbuat orqanlarına verdikləri müsahibələrdən də çox sayda qiymətli məlumat əldə etmək mümkündür.

Ümumdünya elektron hökuməti və vahid dövlət ideyası…

 

Əldə olan bu tip məlumatlardan aydın olur ki, dünyanı idarə edən yəhudi klanları bu idarəçiliyi daha da təkmilləşdirmək məqsədi ilə ayrı-ayrı dövlətlərdə elektron hökumətlər qurmaq və sonra isə həmin «hökumətləri» öz nəzarətləri altında olan «vahid hökumət» şəklində birləşdirmək planına start vermişlər. Həmin plana görə, ilkin mərhələdə, hansı ölkənin valyutası olmasından asılı olmayaraq, dünyadakı bütün nəğd pul kütləsi elektron pullarla əvəz olunmalı, həm qlobal, həm də ayrı-ayrı ölkələrin daxilindəki topdan və pərakəndə ticarət bütünlüklə elektron kartlar vasitəsilə aparılmalıdır. Bu yolla tədricən dünya üzrə vahid pul vahidinin qəbul edilməsi üçün zəmin hazırlanacaq və vaxtı yetişdikdə bütün ölkələr həmin pul vahidinə keçəcəklər. Beləcə milli valyutalar və onlara nəzarət edən milli banklar öz əhəmiyyətini itirəcək və nəzarət bütünlüklə Bildelberq komitəsinin üzvlərinə keçəcəkdir. Bundan sonra isə sərhədlərin aradan qaldırılmasına, beləliklə də, milli dövlət və millət anlayışının tədricən sıradan çıxarılmasına, əvəzində isə etnik icmalar birliyinin bərqərar edilməsinə start veriləcək. Milli dövlət və hökumətlərin yerini isə bir müddət BMT, daha sonra isə onu əvəz etməli olan yeni bir beynəlxalq təşkilat tutacaq. Söhbət UNPO-dan, başqa sözlə, Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatından gedir (Unrepresented Nations and Peoples Organization; UNPO).

1991-ci ildə yaradılmış bu beynəlxalq təşkilat hələlik başqa dövlətlərin tərkibində yaşayan və həmin dövlətdə təmsil olunmayan etnik toplumlar, öz dövləti olmayan xalqlar və beynəlxalq aləmdə təmsil olunmayan xalqlar və toplumların birliyidir. SSRİ dağıldıqdan sonra Ermənistan, Estoniya, Latviya və Gürcüstan bir müddət UNPO təşkilatına üzv olmuş, daha sonar, yəni BMT-yə qəbul olunduqdan sonra həmin təşkilatdan çıxmışdılar.

 

UNPO BMT-ni əvəz etməli və Kent şahzadəsi onun başçısı olmalıdır…

 

UNPO təşkilatının bu gün əsas məqsədi, təmsil olunmayan xalqların və toplumların humanitar və mədəni hüquqlarını qorumaq, həmin xalqlara öz idarə etmə sistemlərini yaratmaqda kömək etmək və onları digər xalqların hücümlarından qorumaqdan ibarətdir. Gələcəkdə, yəni artıq bütün millətlər öz dövlətçiliyini itirdikdən sonra bütün millətləri özündə birləşdirməli olan UNPO hələlik dövətlər arasında BMT təşkilatına qəbul olunmaq üçün ilk addım hesab olunur. Artıq qeyd etdiyimiz kimi, Ermənistan, Estoniya, Latviya və Gürcüstan, eləcə də Palau və Doğu Timor kimi müstəqil dövlətlər UNPO-nun keçmiş üzvləri olmuşdular.  Maraqlıdır ki, 2009-cu ilin 1 fevral tarixində Güney Azərbaycanın UNPO təşkilatına üzv olmaq barədə müraciətinə müsbət cavab verilmiş və tarixdən etibarən Güney Azərbaycan da bu təşkilata qoşulmuşdur.

UNPO-nun əsas qərargahı Haaqa (Hollandiya) şəhərində yerləşər. Brüssel (Belçika) və Cenevrədə (İsveçrə) də filialları var. 300-lər kiomitəsinin gələcəkdə bu quruma başçı, başqa sözlə ümumdünya dövlət və hökumətinin başçısı kimi gətirməyi düşündükləri şəxsin 1992-ci ildə həmin təşkilatın Brüssel ofisində praktika keçdiyi, o zaman onun 30 yaşı olduğu haqqında dəqiq məlimat var. Söhbət yəhudilərin bütün dünyaya Maşiah (İsa Məsih) kimi təqdim edəcəkləri, 1962-ci il doğumlu Kent şahzadəsi Corc Vindzordan gedir.

Plana görə, o, Maşiah, yəni İsa Məsih elan edilməmişdən öncə III Dünya savaşına start verilməli və dünya əhalisinin böyük bir hissəsi məhv edilməldir. Yer üzündə bəzi mənbələrə görə cəmi 500 milyon, başqa mənbələrə görə 800 milyon, daha inandırıcı olan digər bir mənbəyə görə isə, 1 milyard insan qalmalı, onların da hamısı Maşiaha tabe edilməlidir.

III Dünya savaşı realdır…

Plana görə onun həyata keçməsinə mane olmaq potensialına sahib olan Rusiya, Çin və Hindistan kimi dövlətlər məhdud sayda nüvə zərbələri ilə ildırım sürəti ilə məhv edilməli, qalan insanlar da ətraf mühitə ziyan vurmamaq üçün adi silahlarla məhv edilməlidir. Daha sonra isə Vahid hökumət və vahid dövlət planını gerçəkləşdirmək mümkün ola bilər. Bunun üçün bütün insanların bank hesabları, elektron pasport və tibbi kartları vahid informasiya bazasına daxil ediləcək, insanların əlinin dərisinin altına onun haqqında zəruri informasiyanın bulunduğu çiplər yerləşdiriləcək. Bu Maşiaha (yalançı İsa Məsihə) bu yolla, peyklərin köməkliyi ilə hər kəsi nəzarətdə saxlamağa kömək edəcək. Maşiah adı ilə təqdim ediləcək Corc Vindzor insanları müharibənin fəlakətlərindən xilas edən «Böyük «Qurtarıcı» kimi təqdim ediləcək.

Əldə etdiyimiz məlumatlara əsasən, ABŞ və İran arasında əldə edilmiş gizli razılığa əsasən, İran da ortaya saxta bir «Mehdi» çıxartmalı, müsəlmanları onun gerçək Mehdi (ə) olduğuna inandırmalı və onun vasitəsilə müsəlmanları da Maşiaha, yəni yalançı İsaya tabe etdirməlidir.

Lakin Rusiyanın gözlənilmədən Suriyada peyda olması, ilk nüvə zərbəsini məhz onun vura biləcəyi riskinin ortaya çıxması, eləcə də İraqda özünün Həzrət Mehdinin (ə) naibi və köməkçisi olduğunu bəyan edən imam Yamani Əhməd əl-Həsənin peyda olması və İranın ABŞ-la birlikdə oynadığı mənfur oyunu faş etməsi dünya güclərinin kartını darmadağın edə bilər. Plan üçün ən böyük təhlükə isə özünü «İmam Mehdinin (ə) əsgərləri» elan edən və hədislərdə adları «qara bayraqlılar» kimi keçən İslam Xilafəti Dövlətinin mücahidləridir.  Bu sırada Türkiyədə hakimiyyətə gəlmiş AKP-ni və onun apardığı Yeni Osmançılıq siyasətini də xüsusi qeyd etmək lazımdır.

Advertisements
Bu yazı Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma