Milliyətçilik, məzhəbçilik və ümmətçilik

Bəxtiyar Tuncay

s

Noyabrın 13-də Fransanın paytaxtı Parisdə yerli vaxtla saat 21 radələrində gerçəkləşən və bütün xristian dünyasında «terror aktları» kimi dəyərləndirilən qanlı hadisəyə İslam dünyasında münasibət birmənalı deyil. Belə ki, bütün müsəlman dövlətlərin rəsmiləri də məsələyə Qərb ölkələri ilə eyni mövqedən yanaşmış, baş verənləri terror aktları kimi dəyərləndirmiş və Fransa hökumətinə başsağlığı mesajı verməyə tələsmişlər. Amma həmin ölkələrdə yaşayan sadə xalq içərisində isə məsələni qisas aktı kimi görənlər daha çoxdur. Qanlı olaylara imza atan şəxslər də onların nəzərində terrorçu yox, qisasçı və ya mücahiddirlər.

Məlim olduğu kimi, sözügedən tarixdə Parisdə ölkə başçısı Fransua Ollandın da Almaniyalı həmkarı Ştaynmayerlə birlikdə seyrçiləri sırasında olduğu futbol üzrə Fransa-Almaniya dostluq qarşılaşmasının getdiyi “Stad de France”  stadionunun yaxınlığında üç güclü partlayış törədilmişdi. Həmin gün paytaxtın müxtəlif yerlərində təqribən eyni vaxtda yeddi yerdə hücum təşkil olundu. Həmin aktların baş verdiyi restoranlardan bir az aralıdakı yerləşən konsert zalında da silah səsləri eşidilməyə başladı. Ora daxil olan silahlılar eynən restoranlarda olduğu kimi tamaşıçıları gülləbaran etməyə başladılar. Beləcə, silsilə partlayışlar və silahlı hücumlar 153 nəfərdən çox insanın həyatına son qoydu. Gecə saatlarında yaşanan zəncirvari proseslər paytaxt sakinlərinin ciddi təşvişinə səbəb oldu.

Bilindiyi kimi, baş verən qanlı hadisələrlə bağlı Parisdə fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə xalqa müraciətində ölkə prezidenti Fransual Olland bəyan edib.

Qarşıduran tərəflər nədən dinc əhalini hədəfə alır?..

Adına kimin «terrorçu», kimisinsə «qisasçı» və ya «mücahid» deməsindən asılı olmayaraq, bu qanlı olayı törədənlərin məhz mülki dinc əhalini hədəfə aldığı danılmaz faktdır. Lakin o da danılmaz faktdır ki, Suriya və İraqı bombardıman edənlər də guya «terrorçuları» vurduqlarını bəyan etsələr də əslində bu ölkələrin dinc şəhər və kəndlərini darmadağın etməkdə və faktiki olaraq, dinc müsəlman əhaliyə qarşı soyqırım siyasəti aparmaqdadırlar. Bu eyni dərəcədə həm ABŞ-ın başçılıq etdiyi və 70-ə yaxın dövlətin daxil olduğu koalisiyaya, o cümlədən Fransaya, həm də Rusiya və İranın daxil olduğu əks koalisiyasına aiddir. Doğrudur, həm birincilər, həm də ikincilər bu faktı inkar edir və guya silahlılara dəqiq zərbələr vurulduğunu iddia edirlər. Amma bunun belə olmadığını sözügedən koalisiyaların bir-birini ittiham etmək üçün ortaya qoyduqları təkzibedilməz dəlillər sübut edir. Bu dəlillər hər iki tərəfin yerli əhalini amansızlıqla qırdığını açıq-aşkar nümayiş etdirilir.

Bu soyqırıma cavab olaraq Parisdə gerçəkləşdirilən aksiyalarda da eyni metoddan istifadə edildi. Yəni hədəfə dinc sakinlər alındı.

Suriyada bir-biri ilə qarşı-qarşıya duran və hər biri ayrı-ayrılıqda öz şəxsi geosiyasi və iqtisadi maraqlarının təmininə çalışan ABŞ, Avrop Birliyi və Rusiya nədən dinc əhalini bombardıman edir və bu məsələdə eyni dərəcədə amansızlıq nümayiş etdirirlər? Səbəb aydındır. Yaxın və Orta Şərqi maraq dairələrinə bölmək və bu maraq dairələrinə uyğun şəkildə yenidən şəkilləndirmək üçün yerli müsəlman xalqın imperialistlərə qarşı sərgilədikləri müqavimət qırılmalıdır. Dinc əhalini isə ona görə qırmaq və zəiflətmək lazımdır ki, onlar əlinə silah alaraq İslam torpaqları uğrunda qəhrəmancasına mübarizə aparan mücahidlərə dəstək verə, yəni onları, ərzaq, malıyyə və yeni-yeni döyüşçülərlə təmin edə bilməsinlər.

Mücahidlər, bəs, nədən eyni metoda baş vurdular?..

Bu sualın da cavabı çox sadədir. İraq və Suriyada yerli xalq Vətənlərini imperialistlərin işğalından qorumaq uğrunda cihad edən mücahidlərə dəstək verdiyi kimi, ABŞ, Avropa Birliyi və Rusiyada yerli qeyri-müsəlman əhali də öz liderlərini, yəni İslam torpaqlarında işğalçı müharibə aparan hökumətlərini dəstəkləyir. Odur ki, imperialist qüvvələri həmin dəstəkdən məhrum etmək lazımdır. Yəni məqsəd işğalıçı dövlətlərin əhalilərinə başa salmaqdır ki, bu qanlı savaşlara son qoyulmasa, savaş sizin ölkənizə də sıçraya və firavan həyatınıza son qoya bilər. Və bu perspektiv gerçəkdən də mümkündür. Çünki Avropada da, Rusiyada da çox sayda müsəlman yaşayır və onlar yaşadıqları dövlətlərin Suriya, İraq, Əfqanıstan və s. ölkələrdə müsəlman qardaşlarına qarşı törətdikləri soyqırım və vəhşiliklərdən narahat və olduqca narazıdırlar. Fakt budur ki, baş verən hadisələr müsəlman xalqlar arasında ayrıseçkiliyə və bölünmüşlüyə yol açan milliyyətçi hisslərin nisbətən ikinci plana keçməsinə, birlik və bərabərliyə xidmət edən ümmərçiliyin ön plana çıxmasına səbəb olur.

Amerikalı analitik Skot Atran haqlı olaraq yazır ki, Parisdə baş verən qanlı hadisəni törədənlər istədikləri məqsədə nail ola biliblər: «Onlar Avropanı müsəlmanlar və qeyri-müsəlmanlar arasında ixtilafa təhrik etmək istəyirlər. Onlar ifrat reaksiyanın terroru artıracağını və beləliklə müsəlmanlar cihad düşərgələrinə qoşulub-qoşulmamaq arasında seçim etmək məcburiyyətində qalacağını düşünür».

Təhlilçinin sözlərinə görə, “Avropada müsəlmanlara qarşı kəskin reaksiya, Qərbin Yaxın Şərqdə hərbi əməliyyatları artırmasına və İŞİD-in bundan yararlanmasına gətirib çıxaracaq… Bu xaosu idarə itmə, yaradmaq və dəstəkləmək üçün əsas strateqiyadır”.

Bəli, görünən budur ki, müsəlmanlar da səlibçilərə (xaçlılara) qarşı eyni metoddan istifadə etməyə qərar veriblər və bu,həm strateji, həm də taktiki baxımdan tam doğru addımdır.

Müsəlmanlar arasında ümmətçilik ideyası güclənir…

Yuxarıda qeyd etdik ki, baş verən hadisələr müsəlman xalqlar arasında ayrıseçkiliyə və bölünmüşlüyə yol açan milliyyətçi hisslərin nisbətən ikinci plana keçməsinə, birlik və bərabərliyə xidmət edən ümmərçiliyin ön plana çıxmasına səbəb olur. Bunun ən bariz misalını Türkiyədəki 1 noyabr seçkilərində gördük. Ötən seçkilərdə 13,1 faizə qarşı bu dəfə cəmi 10,5 faiz səs toplayan HDP və səs faizlərinin sayı 16,3-dən 11,9-a düşən MHP-nin üzləşdikləri vəziyyət çox maraqlı bir tendensiyadan xəbər verməkdədir. Bu gün tam qətiyyətlə söyləmək olar ki, Türkiyədə milliyyətçiliyin, istər kürd, istərsə də türk milliyətçiliyinin perspektivi yoxdur və ya olduqca azdır. Yəni Türkiyə xalqı ölkənin bütövlüyü üçün təhdid mənbəyi rolunda çıxış edən hər cür milliyyətçiliyə «yox» deyir. Bu eyni dərəcədə həm kürd, həm də türk milliyyətçiliyinə aiddir. Ölkədə yaşayan xalqlar birlik və bərabərlik içində yaşamaq istəyir və İslamı, eləcə də islamçı partiya kimi tanınan AKP-ni Türkiyənin bütünlük və bütövlüyünün qarantı kimi görür. Əksəriyyətin fikri belədir ki, milliyyətçilik bölümnə və parçalanmaya, İslam dini isə birləşməyə və vəhdətə xidmət edir. Bir sözlə, bu fikrin hər keçən gün daha da çox dərk edilməsi və tərəfdar toplaması müşahidə edilir və görünən budur ki, İslam Türkiyədə, çoxsaylı marksist və ələvi qruplarının, eləcə də milliyyətçi kəsimlərin şiddətli müqavimətinə rəğmən, aparıcı ideologiya olmaqda hələ uzun müddət davam edəcək. Çünki hazırki həssas dövrdə türkçülük nəinki kürd problemini həll etmək iqtidarında deyil, əksinə kürd milliyyətçiliyini körükləməkdən başqa bir şeyə yaramır. Bu problemi yalnız və yalnız islamçılıqla həll etmək mümkündür. Seçkinin nəticələri əksəriyyətin məhz belə düşündüyün söyləməyə əsas verir.

Milliyyətçiliyin tədricən ikinci plana keçməsi, ümmətçiliyin yavaş-yavaş ön plana çıxması Azərbaycan Respublikasında da müşahidə edilir və son Aşura günü ölkədəki islamçıların nə qədər çox gücləndiyini və faktiki olaraq, yaxın gələcəkdə ölkədə inqilab edə biləcək potensiala yetişdiyini hər kəs öz gözü ilə gördü. Hərçənd ki, bizdəki «ümmətçilik» Türkiyə və ərəb ölkələrindəki ümmətçilikdən əsaslı surətdə fərqlənir və əslində ümmətçilik yox, məzhəbçilikdir…

Bəs, nədən Güney Azərbaycanda bunun əksini görürük?

Maraqlıdır ki, Türkiyə və Quzey Azərbaycandan fərqli olaraq, Güney Azərbaycanda, eləcə də İranın digər xalqları arasında ümmətçiliyin, daha dəqiq desək, məzhəbçiliyin sürətlə sıfra yaxınlaşmaqda, milliyyətçiliyin isə sözün əsl mənasında yüksəlməkdə olduğu müşahidə edilir. Bunun iki əsas önəmli səbəbi var. Birincisi, Quzey Azərbaycan və Türkiyədən fərqli olaraq, Güney Azərbaycan xalqının öz milli dövləti yoxdur, bu xalq ana dilində təhsil almaqdan və ən adi milli hüquqlarından məhrumdur . Üstəlik də fars şovinistləri tərəfindən assimilyasiya edilməyə çalışılır və mütəmadi olaraq, təhqirlərə məruz qalır. Milliyyətçilik isə, məlum olduğu kimi, əsir xalqın hakim xalq tərəfindən yeridilən assimilyasiya və şovinizmə qarşı ən güclü özünümüdafiə ideologiyası və sistemidir. Odur ki, Güneydə milliyyətçilik get-gedə güc toplamaqda və yüksəlməkdədir. Quzey Azərbaycan və Türkiyədə isə milliyyətçilik özünün bu funksiyasını çoxdan tamamlamıçdır. Onun qarşısında duran məqsədlər tamam fərqlidir.

İkinci məsələyə, yəni ümmətçiliyin, daha doğrusu, məzhəbçiliyin zəifləməsinə gəldikdə isə, bunun da səbəbi aydındır. Bu gün məzhəbçilik, yəni şiəçilik məzhəblərarası savaşı körükləməkdə olan fars imperializminin əlində bir yandan İranda yaşayan xalqları assimilyasiya etmək vasitəsi kimi çıxış edir, o biri yandan da onun İraq, Suriya, Yəmən və digər müsəlman ölkələrində, o cümlədən Quzey Azərbaycanda yeni ərazilər ələ keçirməklə genişlənmək planının ideoloji-siyasi bazasını təşkil edir. Bu isə azərbaycanlılara sərf etmir…

Advertisements
Bu yazı Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma