DӘDӘ QORQUDDAKI AT RӘNGLӘRİNİN TÜRK DÖVLӘT GӘLӘNӘYİ VӘ YÖNLӘRLӘ BAĞLILIĞI

Dr. Seyfәddin ALTAYLI

s

Türklәr, tarixin әn qәdim çağlarından bәri yaşadıqları coğrafiyada hәm Türk tarixihnә, hәm dә dünya tarixinә önәmli bәhrәlәr qazandırıb. Türk dövlәtçiliyinin bilinәn tarixi Aratta dövlәti ilә başlayır. Ulu babalarımız tarixin yaranmasından әtibarәn Azәrbaycanda vә Anadoluda mәskunlaşsalar da, müәyyәn coğrafi vә siyasi sәbәblәrlә dünyanın digәr yerlәrinә, xüsusi ilә dә Asiya qitәsinin Türküstan coğrafiyasına üz tutub oraları da vәtәn coğrafiyasına çeviriblәr.

Ulu babalarımız, Türküstan coğrafiyasında böyük Sak impәriyasını daha sonra Oğuz Kaqanın rәhbәrliyi altında Böyük Hun İmperiyasını yaradıb. Mifoloji dünyamızda adı әfsanәlәşәn böyük Hun  İmperatoru Oğuz Kaqan, Türk dövlәtçiliyinә bir çox yenilik gәtirib vә qoyduğu әnәnә çağlar boyu davam edib.

Kitabı Dәdә Qorqud isә Ziya Gökalp demişkәn ağzımızda anamızın ağ südü kimi tәmiz olan dilimizin müqәddәs kitablarından biridir. Ulu babalarımızdan yadigar qalan bu әsәr nәhәng bir dil vә mәdәniyyәt abidәsi olmaqla yanaşı Türk dövlәtçiliyinin dә misilsiz zәnginliyini daşımaqdadır. Bizim fikrimizcә Kitabı Dәdә Qorquda sadәcә olaraq dilimizin vәәdәbiyyatımızın zәnginlik abidәsi gözüylә baxa bilmәrik. O hәm dә ulu babalarımızın hәlә mifoloji çağlarda yaratdığı dövlәtçilik gәlәnәyimizin möhtәşәm bir xәzinәsidir. Biz bu mәruzәdә “Türk dövlәt gәlәnәyindә yön anlayışı, bu anlayışın rәnglәrdә vә Dәdә Qorquddakı әkslәri” üstündәdayanacaq, Türk tarixi vә dövlәt gәlәnәyi yönündәn ağ, boz, qonur, qara rәnglәrin hansı anlamlara gәldiyini açmağa çalışacağıq.

Ağ rәng, Türk mifolojisindә saflığın, tәmizliyin, sadәliyin, mәsumiyyәtin, aydınlığın, müqәddәsliyin rәmzidir. Ağ rәng, qәdim Türk inamlarına görә ululuq, güclülük vә әdalәti tәmsil edirdi (12, s. 8). Altay Türkcәsindә “ağ” sözü cәnnәt anlamındadır (23, s. 571). Verbitski tәrәfindәn Altayda yaşayan Türklәr arasından yığılan “Yaradılış Dastanı”na görәÜlgәn, ucsuz-bucaqsız suların üstündә uçarkәn vә hәlәlik torpaq yox ikәn dünyanı yaratmaq istәdikdә ona işıq donundakı Ağ Әnә adlı bir iyә kömәk olur (25, s. 238). Azәrbaycan әdәbiyyatında da Şah İsmail Xәtayinin adı “Ağ atlı Oğlan”dır. Bamsı Bәyrәk Boyunda, Bәyrәk Qazan Bәyin hüzuruna gәldikdә; “ala sabah sapa yerdә dikilәndә ağ ban evli” (9, s. 82), Qazanın evinin yağmalandığı boyda, “ağ ban evim burdan keçib gördünmü?” (27, s. 40), yenә hәmin boyda Salur Qazan qarәt edilәn yurduna gәldikdә “ağ ban evim dikilәndә yurdu qalıb” (27, s. 39) ifadәsini dilә gәtirib. Әski Türklәrdә Göytanrıya qurban edilәn heyvanlar arasında ağ qoç da vardı. Altay Türklәrinin mifolojik Tanrısı Ülgәnә tәqdim edilәn qurbanın donu da açıq rәngliydi (14, s. 19). Türk kosmolojisindә qәrb yönünü tәmsil edәn rәngin ağ olması sәbәbi ilә Qızıl Orda Dövlәtinin qәrb qanadına “Ağ Orda” deyilirdi (15, s. 19). Altay Türklәri, şamanları “ağ şaman”, “qara şaman” deyә ikiyә ayırıb (7, s. 216-222). Uçan, yәni günahsız ruhlarla әlaqә saxlayanlar ağ şamanlar, yer altındakı günahkar ruhlarla әlaqә yaradanlar isә qara şamanlardır. Ağqoyunlu dövlәtinin bayrağı ağ rәngdә idi. Dövlәti yaradan Bayındır boyuna mәnsub әlәmlәr dә ağ rәngliydi (21, s. 33). Tatarlar qәdim vaxtlarda hәr il ağ rәngli bir atı pәrpinlәyәrәk ona müqәddәslik donunu geyindirәrdi vә qar yağmamış sahibi belәona minmәzdi (26, s. 180-181). Nağılda qardaşları Mәlikmәmmәdi quyudan çıxadarkәn yarı yolda kәndirini kәsib onu quyuya salandan sonra divin әlindәn xilas etdiyi qızın sözünәqulaq asıb döyüşә-döyüşә gәlәn ağ qoçla qara qoçu gördükdә ağ qoçun üstünә tullanır. Ağ qoç onu qara qoçun üstünә tullayır, qara qoç isә Mәlikmәmmәdi qaranlıq dünyaya aparır (4, s. 174). Qәdim vaxtlarda günbatan tәrәfin rәngi ağ (12, s. 8), simvolu isә qızıldı (11, s. 28).

Qәdim Türklәrdә yönlәri tәyin etmә iki şәkildә idi. Biri üzlәrini gündoğan tәrәfә döndәrib sağ vә sol, digәri dә üzlәrinigünәşә tutaraq yönlәri tәyin etmәlәri idi (24, s. 24). Gündoğan tәrәf qәdim Türk inamında xüsusi yer tutub. Göytürklәr üzlәrini günәşin doğduğu sәmtә tutub bura “irәli”, qәrb tәrәfә “geri”, günәyә “gün ortası”, qüzeyә “gecә ortası” deyirdi (24, s. 24-25). Hun kaqanı daim üzü güney istiqamәtә gәlәcәk şәkildә oturardı. Onun sol yanı, yәni gündoğan tәrәfi әn hörmәtli yer idi (3, s. 88). Dünyaya gәldiyim İgdirin Dizә kәndindә meyid dәfn olunacağı mәzarın başına aparıldıqda üzü gündoğan tәrәfә çevrilib yerәendirilir. Hәmin gәlәnәk Türkiyәnin Tuncәli vilayәtindәkiәlәvilәrdә dә yaşayır (18, s. 218). Qәdim Türklәrin üzlәrini güney tәrәfә döndәrib yönlәri “sağ, sol, öng, arkurı yәni arxa” şәklindә adlandırmaları tamamilә dini mәqsәdli idi. Әslindә yönlәrin bu şәkildә tәyini xüsusi ilә Hunlar çağında olub, dövlәt tәşkilatı da buna görә tәnzimlәnib (24, s. 26). Bu nizama görә sol gündoğan tәrәfdi vә müqәddәs olduğuna görә vәliәhd şahzada burda әylәşirdi. Oğuz zamanında dövlәtin sağ tәrәfi daha önәmliydi vә xaqan burda әylәşirdi. Bu nizam tarix boyu davam edib vә dövlәt hakimiyyәtini әlindә saxlayanlar daim sağ tәrәfdәәylәşiblәr.

Türk dövlәt gәlәnәyinin banisi olan Mәtә Kaqan E. Q. 201-ci ildә Çin xaqanı Kao-tini Pәtәng dağı hәrbindә mühasirәyә saldığında ordusunu dörd at rәnginә görә tәnzim etmişdi. Gündoğan tәrәfdә “boz”, qәrbdә “ağ”, güneydә “qonur”, qüzeydә isә “qara” atlılar dayanmışdı (22, s. 99; 3, s. 91; 16, s. 285).

Buna görә göy rәng, qәdim Türk inamında Tanrını tәmsil edirdi vә müqәddәsdi. Göy, qәdim Türkcәdә “yaruq” (işıq, parlaq) anlamını daşıyırdı vәәn ulu mәkandı. Yer-su isә Türkcәdә “kararıq” deyilәn mәvhumun zirvәsi idi, bunun astrolojik simvolu Ay vә Qara İlan adlı bürc idi (11, s. 26). Qaqauzlar qәdim vaxtlarda göyü şüşәdәn ibarәt bir qübbә şәklindә tәsәvvür edirmiş (30, s. 60). Boz rәng dә göyün rәnginә yaxın olduğundan müqәddәslik mәnasıyla yüklәnib şәrqdәki atların rәngi olub. Hun vә Göytürk dönәmlәrindә Göytanrıya boz rәngli at qurban edilirdi. At hәm dәyәrli bir heyvan, hәm dә qamlar onunla göyә çıxıb, yeraltı dünyasına enә bilirdi (6, s. 140-141). Anadoluda da “at, arvad, silah” üçlәmәsi bu üç şeyә verilәn dәyәri vurğulayır. Xakasların “Ay Xuucın” adlı dastanında Xan Mәrgәn, oğurlanıb yeraltına aparılan uşaqlarını tapıb gәtirmәk üçün doqquz qolac boyundakı boz atıyla qaranlıq dünyaya enir (1, s. 551). Babai üsyanını başladan Baba İlyasın atı boz rәnglidir. Bu mәlumat onun nәvәsi Әlvan Çәlәbi tәrәfindәn yazılan “Mәnaqıbnamә”dә qeydә alınıb (19, s. 205-206). Kül Tigin abidәsinin şәrq üzündә, Kül Tigin Çin komandiri Çaçanın ordusu ilә döyüşәrkәn öncә “Tadık Çor”un boz atına, sonra İşbara Yamtarın boz atına, üçüncü olaraq da Yügәn Silig Bәyin kәhәr atına minib” (28, s. 33) düşmәnә hücum edib.

Sağ tәrәfin önәmi Türk dünyasının hәr tәrәfindә müşahidә olunur. Manas Dastanında Manasın bir ünvanı da Sarı Noqaydır, çünki o sağ qola mәxsusdu (23, s. 301). Altayda yaşayan Türklәrin inamına görә yәrin iyәsi sağ әli döşündә, ürәyinin hizasında, sol әli bәlindә kәmәrinin üstündә olmaq şәrti ilә dayanmaqdadır (2, s. 128). Әlәvilәrdә bir qız qaçdıqdan vә onların toyuna razı olunduqdan sonra  qızevindә tәşkil onunan xınayaxdı mәrasimindә xına öncә qızın, sonra da nişanlısının musahib qardaşının sağ әlinә yaxılır (20, s. 92-93). Altay Türklәrinin inamına görә hәr insanın sağında “yayuçı” adlı yaxşılıq, solunda isә yeraltı dünyasının hakimiӘrlikin yolladığı “qara” iyә var (17, s. 17). Altay evlәrinin sağ tәrәfi qadınlara mәxsusdur (2, s. 128). Dәdә, әlәvilәrin cәm mәrasimlәrindә mәydanın üzbәüzündә sağ tәrәfә sәrilәn postun üstündәәylәşir, onun solunda saz çalan әrәnlәr, dәdәnin sağında isә bacı adlanan qadınlar әylәşir (29, s. 334). Trakyada Balım Sultan ocağına bağlı Bәktaşilәr vә Bәdrәddinilәrdә mürşid mәydanevindә küncdә, kişilәr sağında, qadınlar da solunda әylәşir (5, s. 70).

Qәdim Türk inamında “qara” rәng coğrafi olaraq qüzey yöndә olan yeri, şiddәt vә gücün böyüklüyünü göstәrmәdә, yaxşılığın qarşısında pisliyi, hәyata qarşılıq ölümü vә yası ifadәetmәdә xüsusi bir funksiya daşıyırdı (12, s. 40-42). Qaqauzlar, Böyük Hәftәyә “Qaranlıq Hәftә” deyir, bu hәftәdә ölәnlәrin günahkar olduğuna inanırlar (30, s. 362), Üç Pәlәvan nağılında da Gürgәn Qıvıran sallandığı quyunun dibindәki qaranlıq dünyaya qırxıncı gün çatır (30, s. 36). Anadoluda yaşayan әlәvilәrdә “qara” rәng cәhalәtin, “qırmızı” isә işığın, aydınlığın rәmzidir (19, s. 23). Dәdә Qorqud Dastanlarının Boğac Xan boyunda Bayandır Xan, “kimin ki oğlu-qızı yoxdu, qara otağa qondurun, qara kәçә altına döşәyin, qara qoyunun yahnısından qabağına gәtirin” (9, s. 39) deyә buyuraraq “qara” rәngә qarşı münasibәtini bildirir. 11-ci әsr divan әdәbiyyatının öncüllәrindәn biri olan Yusif Has Hacib, Qutadqu Bilik adlı әsәrindә Qaraxanlı Dövlәti dövründә sıravi vәtәndaşlar “qara”, bәylәr isә “ağ” şәklindә vәsiflәndirilib (13, s. 157). Türgiş Dövlәti, Qәrbi Göytürklәrin on boyu tәrәfindәn yaradılmışdı. Onların beşi gündoğanda, digәr beşi dә günbatanda yaşayırdı. Onu gündoğanda mәskun olanlar qurduğuna görәadı Sarı Türgiş Dövlәti kimi sәslәndirilirdi. Bu dövlәt, 716-cı ildә tәnәzzülә uğradıqda günbatanda yaşayanlar onu bәrpa etdilәr, ancaq adını Türk dövlәt gәlәnәyinә uyaraq mәcburәn Qara Türgiş Dövlәti qoydular (23, s. 275). Qaraxanlı dövlәtinin vәzirlәri dә qara ipәkdәn nişana daşıyırdılar, çünki dövlәti qara xalqdan olanlar yaratmışdı (12, s. 42). Azәrbaycan sahәsindә dәәsir düşmüşlәr vә xidmәtçilәr üçün “qul-qaravaş” ifadәsi işlәdilir. Mifoloji Türk inamına görә “göy üzü” qüzey yöndür vә simvol rәngi olan “qara” da yaşadığımız yәrdir (10, s. 3-5). Qәdim Türk inamına görә Tanrı insanlara әt yәmәlәrini buyurduqdan sonra Ülgәn göydәn biri qara diğәri ağ rәngli iki daş gәtirәrәk bir-birinә vuraraq çıxan qığılcımla atәş yandırıb (14, s. 42). Qaqauzlar, torpağın yeraltı dünyasının üstünü örtәn bir qübbә olduğuna inanır (30, s. 61), bir әfsanәyә görә dә günәş axşam olanda yeraltı dünyasına enir (30, s. 62). Kitabı Dәdә Qorqudda Salur Qazanın Evinin Yağmalandığı Boyda, “Salur Qazan yerindәn durmuşdu. Doxsan başlı ban evlәrin qara yәrin üstünә tikdirmişdi” (9, s. 48), Qam Börәnin oğlu Bamsı Bәyrәk Boyunda da, Qamqan oğlu Xan Bayındır yәrindәn durmuştu, qara yәrin üstünә ağ ban evin tikdirmişdi (8, s. 64) deyir.

Türklәrin qüzey yönә qara dәmәsi, bu bölgәdә iqlim şәraitinin hәddәn artıq ağır vә ağacların, otlarınmәhsulunungüneyә görә daha az olmasındandır. Azәrbaycan vә Anadolu sahәsindә işlәdilәn “qara qış” ifadәsi dә bundan yaranıb. Güney isә qüzeyә nisbәtәn daha isti olduğuna görә “qara”ya әks rәng olaraq “ağ” rәnglә tәmsil edilib.

Kitabi Dәdә Qorqudda, Salur Qazanın Evinin Yağmalandığı Boyda, qonur atın yiyәsi, Uruz Xanın ağası, Bayındır Xanın kürәkәni Ulaş oğlu Salur Qazan yerindәn durmuşdu; yenә hәmin boyda, Qazan qonur atını çәkdirib mindi, Dәli Dondaz tәpәl qaşqa ayqırını mindi, Qazan Beyin qardaşı Qaragünә göy bәdәvi atını tutdurub mindi, Bayındır Xanın düşmәnini mәğlub edәn Şir Şәmsәddin ağ atını çәkdirib mindi, Parasarın Bayburd hasarından sıçrayıb aşan Bәyrәk boz ayğırına mindi, qonur atlı Qazana “keşiş” deyәn Bәy Yeynәk doru ayğırına mindi (8, s. 140), İç Oğuza Daş Oğuzun Dönük Çıxması vә Beyrәyin Öldüyü Boyda Qazan, Qılbaş ilә Aruza xәbәr yollayıb deyir; “dәvәlәrimi nәrildәtdilәr, qaracıq Qazlıq atlarımı kişnәtdilәr” (8, s. 221).

Oğuz Xaqanın, eradan qabaq 201-ci ildә ordusunu Pәtәng dağı döyüşündәHunlardakı yön anlıyışına uyaraq at rәnglәrinә görә, gündoğan tәrәfdә “boz”, qәrbdә “ağ”, güneydә “qonur”, qüzeydә isә “qara” atlılar şәklindә yerlәşdirmәsi vә ordusunu buna görә nizamlaması, Orxon abidәlәrindә Kül Tiginin düşmәnlә döyüşәrkәn mindiyi atların rәngi ilә Kitabı Dәdә Qorqudda Qazanın qonur, Bәy Yeynәkin doru, yәni qonur, Bәyrәyin boz, Şir Şәmsәddinin ağ atına minmәsi, Qazanın Qazılıq atlarının qara rәngli olması, Oğuz Kaqan dövründәki dövlәtçilik vә yön anlayışının eyni ilә hәm Göytürklәrdә, hәm dә Dәdә Qorqud dastanlarında davam әtdiyini sübut edir.

QAYNAQLAR

1-Arıkoğlu, Әkrәm, Hakas Dәstanları I. TDK Yay. Ankara 2007

2-Asәna, G. A. Nikolay Şodoyevin Diliylә Altay Bilik, Pan yay. İstanbul 2011

3-Asәna, G. A-J. M. Dә Groot, Hunlar vә Türkistan, Pan yay. İstanbul 2010

4-Azәrbaycan Nağılları, Şәrq-qәrb, Bakı 2005

5-Bahadır, İbrahim, Alәvi Törәn vә Ritüәllәri, Sәmpozyum. İmәcә Kültür Sanat Әvi, Ankara 2005

6-Çoruhlu, Yaşar, Türk Mitolojisinin Anahatları, Kabalcı, İstanbul 2002

7-Әliadә, Mircәa, Şamanizm, İmgә yay.

8-Әlizadә, Samәt, Kitabi Dәdә Qorqud, Yazıçı, Bakı 1988

9-Әlizadә, Samәt, Dәdә Qorqud Ensiklopediyası, Kitabı Dәdәm Qorqud, Yeni Nәşrlәr Evi, C. I, Bakı 1999

10-Әsin, Әmәl, Türk Kosmolojisi, İstanbul 1979

11-Әsin, Әmәl, Türk Sanatında İkonografik Motiflәr, Kabalcı, İstanbul 2004

12-Gәnç, Rәşat, Türk İnanışları ilә Milli Gәlәnәklәrindә Rәnklәr, Ankara 1997

13-Xas Hacib, Yusif, Kutadgu Bilig, Çәviri: Rәşit Rahmәti Arat, TTK basımәvi, Ankara 1974

14-İnan, Abdülkadir, Tarihtә vә Bugün Şamanizm, Ankara 1999

15-Kafalı, Mustafa, Altın Orda Hanlığının Kuruluş vә Yüksәliş Dәvirlәri, Әd. Fak. Yay. İstanbul 1976

16- Kafesoğlu, İbrahim, Türk Milli Kültürü, Ötüken Yay. İstanbul 1998

17- Kalafat, Yaşar, Rәnklәr, Berikan yay. Ankara 2012

18-Kılavuz, Hasan, Alәvi Törәn vә Ritüәllәri, Sәmpozyum. İmәcә Kültür Sanat Әvi 2-3 Nisan, Ankara 2005

19-Mәlikoff, İrәnә, Kırklar Cәmindә, Dәmos yay. İstanbul 2007

20-Mәlikoff, İrәnә, Uyur İdik Uyardılar, Dәmos yay. İstanbul 2006

21-Ögәl, Bahaәddin, Türk Kültür Tarihinә Giriş, KBY, Ankara 1991

22-Ögәl, Bahaәddin, Türk Kültürünün Gәlişmә Çağları, TKAӘ Vakfı Yay. İstanbul 1988; Hunlar vә Türkistan, G. A. Asәna-J. M. Dә Groot, Pan Yayınları, İstanbul 2010; Kafәsoğlu, İbrahim, Türk Milli Kültürü, Ötükәn yayınları, İstanbul 1998

23-Ögәl, Bahaәddin, Türk Mitolojisi, C. I, TTK Yay. Ankara 2010

24-Ögәl, Bahaәddin, Türklәrdә Dәvlәt Anlayışı, KBY, Ankara 1999

25-Radloff, Wilhәlm, Sibirya’dan Seçmәlәr, çәviri. Ahmәt Temir, KBY, İstanbul 1976

26-Roux, Jәan-Paul, Orta Asya’da Kutsal Bitki vә Hayvanlar, Kabalcı, İstanbul 2005

27-Schmiәdә, H. Ahmәt, Kitabı Dәdәm Korkut, TDV Yay. İstanbul 2009

28-Tәkin, Talat, Orhon Yazıtları, Türk Dil Kurumu Yayınları, Ankara 2006

29-Yörükan,  Yusuf Ziya, K. B. Yayınları, Ankara 1998

30-Zanet, Todur, Qaqauzluk, Kişinov 2010

Advertisements
Bu yazı Mifologiya, Dilçilik, Folklor kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma