TÜRKİYƏ BÖYÜK TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏDİR: III DÜNYA SAVAŞINI ZƏRURİ EDƏN ŞƏRTLƏR

Bəxtiyar Tuncay

Untitledr

Rusyanın Gürcüstanda, daha dəqiq desək Güney Osetiya və Abxaziyada, ardınca Ukraynada, indi də Suriyada apardığı siyasəti təhlil etdikdə, onun öz geosiyasi və iqtisadi maraqlarını istisnasız olaraq hərbi güc işlətməklə təmin etdiyinin şahidi oluruq. Bu da onu göstərir ki, sözügedən dövlətin düşdüyü çətin iqtisadi vəziyyət ona bu kimi problemləri siyasi və iqtisadi resurslardan istifadə etmək yolu ilə həll edə bilməyə imkan vermir. Bu vəziyyətə düşən ölkələr, bir qayda olaraq, situasiyanı düzgün dəyərləndirir və öz real güc və nüfuzuna uyğun şəkildə praqmatik siyasət qurmağa çalışırlar. Lakin bu, nüvə silahına sahib olmayan ölkələr aiddir. Odur ki, Rusiya tamam fərqli yol seçib. O özünün nüvə dövləti olması faktına və hərbi gücünə istinad edir və problemlərini də buna uyğun olaraq, fərqli metodlarla həll edir. Bu isə çox təhlükəli yoldur. Ona görə təhlükəli yoldur ki, birtərəfli qaydada hərbi gücdən istifadə etmək uzun müddət davam edə bilməz və gec-tez qarşı tərəfi və ya tərəfləri də eyni yolu seçmək məcburiyyətində qoya bilər.

Rusiyanın Suriyaya hərbi müdaxiləsinin səbəbləri məlumdur. Birləşmiş Suriya Müxalifətinin İdlib əyalətini ələ keçirməsindən və bölgəni Bəşər Əsədə bağlı ələvi və kürd hərbi birləşmələrindən azad etməsi Rusiyanı təcili hərəkətə keçməyə sövq etmiş ən əsas amillərdən biridir. Məsələ burasındadır ki, İdlib bir yandan Türkiyə ilə, o biri yandan da Rusiyanın hərbi bazasının yerləşdiyi Lazakiyə (Latakiya) bölgəsi ilə sərhəddədir. Bu isə müxaliflərin Türkiyə ərazisindən silah-sursatla təminini asanlaşdırmaqla yanaşı, Rusiyanın hərbi bazalarının bulunduğu Lazakiyə və Tartus üzərinə hücuma  keçə bilməsi üçün gözəl şərait yaradır. Hazırda Rusiyanın özünün əsas hərbi əməliyyatlarını İdlibdə qərar tutmuş Suriya müxalifətinə, o cümlədən Birləşmiş Suriya Ordusu, Ən-Nüsra Cəbhəsi və türkmənlərə  qarşı yönəltməsini şərtləndirən əsas məsələ budur.

Təhlükəli oyunun əsası Gürcüstanda qoyulmuş, Ukraynada davam etdirilmişdir…

Əlbəttə, Rusiyanı da başa düşmək olar. O öz təhlükəsizliyi barədə düşünür. Belə ki, SSRİ-nin çöküşündən sonra əski sosialist blokuna daxil olan Çexiya, Slovakiya, Macarıstan, Polşa, Rumıniya və Bolqarıstanın, eləcə də Litva, Latviya və Estoniya kimi əski sovet respublikalarının NATO-ya üzv qəbul edilməsi nəticəsində bu rəqib hərbi blok Rusiyanın sərhədlərinə təhlükəli dərəcədə yaxınlaşmışdır. Üstəlik də Qərb Moldova, Gürcüstan və Ukraynanı da Rusiyanın təsir orbitindən çıxararaq, öz təsir dairəsinə daxil etməyə və bununla da NATO qüvvələri üçün gələcəkdə yeni plasdarm yaratmağa çalışır. Rusiyanın Gürcüstan və Ukraynaya qarşı aqressiv tutumunun da əsasında məhz bu məsələ durur.

Bütün bunlar barədə öncəki məqalələrdə geniş söhbət açmışıq. Qısaca olaraq, deyilənlərə onu da əlavə edək ki, Gürcüstan və Ukraynada rəngli inqilablara rəvac verən ABŞ-ın başqa bir hədəfi də bu ölkələrdə hakimiyyətə gətidiyi qüvvələrin əliylə Rusiyanın Abxaziya və Krımdakı hərbi bazalarının ləğvini gerçəkləşdirmək idi. Bu iki bazanın ləğvi isə Rusiyanı Qara dənizdə söz sahibi olmasına son qoymaq anlamına gəlir. Rusların Osetiya və Abxaziyanın Gürcüstandan müstəqilliyini dəstəkləməsinin, eləcə də Krımı işğal etməsinin əsas səbəbi sözügedən hərbi bazaları qoruyub saxlamaq və Qara dənizdə əvvəlki kimi söz sahibi olaraq qalmaq zərurətindən irəli gəlir.

ABŞ-ın Raketdən Müdafiə Sistemi Rusiyanı niyə narahat edir?

ABŞ-ın Rusiyanın bütün perimetri üzrə, xüsusən də Avropada qurmaqda olduğu geniş Raketdən Müdafiə Sistemi rusları ən çox və son dərəcə ciddi şəkildə narahat edən məsələdir. Amerikalılar rəsmi Moskvanı inandırmağa çalışırlar ki, bunda məqsəd İran və Quzey Koreyadan gözlənilən təhlükələrə vaxtında cavab verə biləcək müdafiə sistemidir. Lakin Ağ evin bu arqumenti ruslara qətiyyən inandırıcı görünmür. Əvvəla İran uzaq mənzilli ballistik raketlərə sahib deyil və yaxın 5-10 ildə sahib olmas da gözlənilmir. Ballistik raketlərə sahib olan Quzey Koreyadan qorunmaq üçünsə Avropada bu cür müdafiə sistemlərinin qurulması, ümumiyyətlə, absurddur. Çünki bu, balistika elminin qanunları ilə daban-dabana ziddiyyət təşkil edir. Odur ki, hədəf əslində Rusiyadır və bunu gilətmək mümkün deyil.

Əlbəttə, qurulmaqda olan müdafi çəmbəri nə ABŞ-ı, nə də Avropanı Rusiyanın ehtimali nüvə hücumundan qorumaq üçün  qətiyyən yetərli deyil və bu yolla rus raketlərinin sadəcə 40 faizini zərərsizləşdirmək mümkündür. Qalan arsenal isə NATO ölkələrini 1 yox, 3 dəfə məhv etmək üçün kifayətdir.

Belə olan surətdə əsil məqsəd nədir?

Rus hərbçilərinin bu suala cavabı sadədir: Əgər ABŞ Rusiyaya ilk zərbə endirərsə, – bunun nüvə zərbəsi olması şərt deyil, – bu onun raket və raketdən müdafiə sistemlərinin 60 faizinin sıradan çıxarılmasına gətirib çıxaracaq. Hazırda qurulmaqda olan müdafiə sistemləri isə ruslar tərəfindən cavab zərbəsi endiriləcəyi halda sağ qalmış raketlərin bir qismini şaxtadan çıxar-çıxmaz, digər bir qismini isə orbitə oturar-oturmaz sıradan çıxarmağa, qalan hissəsini də Amerikaya çathaçatda məhv etməyə yetər.

Rus hərbiçilərinin hesablama və proqnozları təsəlliverici deyil…

Rus hərbi analitikləri bildirirlər ki, ABŞ-ın hərbi doktrinasında Rusiya və Çinə ilk zərbə vurmaq planı da gözdən keçirilir. Onlar belə hesab edirlər ki, ABŞ münasib bildiyi vaxtda öz hərbi doktrinasına uyğun şəkildə Rusiyaya ilk raket zərbələri vuraraq Rusiyanın nüvə və raket arsenalının ən azı 60 faizini sıradan çıxaracaq və raketdən müdafi sistemini yerlə bir edəcəkdir. Ardınca isə Moskva qarşısında təslim olmaq barədə ultimatum qoyulacaq, ultimatum qəbul edilməzsə ölkənin bütün kommunikasiya sistemi, iqtisadiyyat obyektləri, bir sözlə infrastrukturu tamamilə məhv ediləcəkdir. Yəni Qərb bu yolla Rusiyanı işğal etmək və onun ərazisinin müxtəlif hissələrini ayrı-ayrı ölkələrin proyektoriatına çevirməyi planlaşdırır.

Bu hesablama və proqnozlara əsaslanan rus siyasi elitası bu fikirdədir ki, düşünülmüş planın qarşısını almağın yeganə yolu, ilk zərbənin, özü də nüvə zərbəsinin Rusiya tərəfindən vurulmasıdır. Kremldə bu barədə ciddi planlar mövcuddur. Və ruslar bunu gizlətmirlər də.

Beləliklə, əgər Suriyada və ya Ukraynada bu və ya digər səbəbdən NATO ilə ciddi qarşıdurma yaranarsa, Rusiyanın ABŞ-ı və NATO ölkələrini vuracağı qətiyyən istisna edilmir. İlk zərbələr isə raket və raketdən müdafi sistemlərinə, hərbi aerodromlara və ölkələrin paytaxtlarına vurulacaq. Bu isə o deməkdir ki, Yer kürəsi qlobal nüvə fəlakəti ilə üz-üzə qalacaq. Ən çox xəsarət alan isə ərazisində ballistik raketlər, raketdən müdafi sistemləri və nüvə silahı olan dövlətlər olacaq. Sağ qalan ölkələr də radiasiya tozu, nüvə qışı, aclıq və susuzluq kimi heç də az dəhşətli olmayan başqa bir fəlakətlə üzləşəcəklər.

Türkiyəni böyük təhlükə gözləyir…

Nüvə fəlakəti ilə müşayiıt olunan müharibənin başlaması ABŞ, Rusiya, Avropa, Çin, Quzey Koreya və Hindistan kimi nüvə dövlətlərinin, ola bilsin ki, həm də İsrailin tamamilə və ya qismən yer üzündən silinməsi demək olar. Rusiyanın müttəfiqi kimi çıxış edən ölkələrin, o cümlədən İran və Ermənistanın, ABŞ-ın yanında yer alacaq Yaponiya , Güney Koreya, Tayvan, Avstraliya və s. ölkələrin taleyi də fərqli olmaz.

Belə bir dəhşətli müharibə NATO ölkəsi kimi Türkiyə üçün də faciəli sonluqla bitəcək. Ən azı nüvə başlıqlı raketlərin olduğu Malatya, ağar bombardımançı təyyarələr üçün geniş uçma-enmə zolaqları olan aerodromu ilə məşhur İncirlik və Ankara vurulacaq.

Azərbaycan zərbələrdən kənarda qalsa da, Ermənistan, İran və Quzey Qafqazdan gələn radioaktiv tozdan böyük zərər görəcək. Yerlərdə dağıdıcı zəlzələlərin olması da istisna edilmir. Ən salamat yer isə Orta Asiya, Qərbi Sibir, Afrika və ola bilsin ki, Güney Amerika olsun.

Nə isə… Tanrı Türkiyəni və Azərbaycanı qorusun!!!

Advertisements
Bu yazı Mifologiya kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma