RUSİYA VƏ İRAN III DÜNYA SAVAŞINA HAZIRLAŞIR: HƏDƏF TÜRKİYƏDİR

Bəxtiyar Tuncay

a

Rusyanın Aralıq dənizinin doğusunda Suriyanın sahil sularında lövbər atan sualtı qayıqlarına “cruise füzeleri” yerleşdirməsi, eləcə də Ermənistana, daha dəqiq desək, İrəvandakı hərbi aerodroma 8 helikopter və xeyli sayda əsgər gətirməsi barədə sürətlə yayılan xəbərlər dünənə qədər başqa hava çalan Azərbaycan mediasının, eləcə də optimist notlara köklənmiş bəzi «siyasi analitik» və «politoloq»ların sanki, gözünü açdı. Belə ki, ölkədə tədricən belə bir fikir təbliğ edilirdi ki, «Rusiya öz güclü rəqibləri tərəfindən sıxışdırılır, onun qonşu ölkələrlə münasibətləri pisləşdirilir, maliyyə və ticarət imkanları azaldılır. Belə vəziyyətdə Qafqazdakı siyasətin dəyişməsi mütləqdir. Bu səbəbdən də, Moskvanın bu regionda fəallığının artması müşahidə olunur. Çünki Rusiyanın indi Azərbaycana həmişəkindən daha çox ehtiyacı var. Məhz bu səbəbdən Qarabağ məsələsində Kreml Azərbaycanın xeyrinə bəzi addımlar ata bilər».

Bu kimi sadəlövh fikirlərlə razılaşmaq, əlbəttə ki, mümkün deyildi. Əvvəla Rusiyanın istər Gürcüstana, istər Ukraynaya, istərsə də Suriyaya ildırımsürətli hərbi müdaxiləsi bir daha sübut etdi ki, heç bir proqnoza gəlməyən o təcavüzkar bir dövlətdir və əgər ona lazım olarsa, ölkəmizə də qoşun yeritməkdən çəkinməyəcək və bunu heç kəsdən soruşmayacaq. Ən pis halda bunu Ermənistanın əli ilə edəcəkdir. Bununla belə, nə qədər gülməli olsa da, Azərbaycan mətbuatında guya Azərbaycanı öz yanına çəkmək istəyən Rusiya Ermənistanın mənafeyinə zidd olaraq, Qarabağı və ya da işğal altında olan torpaqlarımızın bir qismini Azərbaycanı qaytara bilər.

Bu gün isə artıq bu fikirdə olan qalmayıb. Türkiyənin rus təyyarəsini vurmasından, eləcə də qardaş ölkənin baş bakanı Davudoğlunun Qarabağ barədə Ermənistan və Rusiyaya ünvanladığı sərt xəbərdarlıq məsələyə baxışı kökündən dəyişdirib.

Erməni yalanları bir-birini əvəz edir…

Öncəki məqalələrimizin birində qeyd etdiyimiz ki, «Rusiya Ermənistanın mənafeyinə zidd olaraq, Qarabağı və ya da işğal altında olan torpaqlarımızın bir qismini Azərbaycanı qaytara bilər» kimi iddialar daha çox Ermənistanın hakimiyyətə gəlmək üçün ölkədəki vəziyyəti gərginləşdirməyə çalışan müxalif qüvvələrinin dilindən səslənirdi. Məsələn, Ermənistanın birinci prezidenti Levon Ter Petrosyanın keçmiş müşaviri Jirayr Liparityan belələrindən biridir. O, “168 jam” qəzetinə açıqlamasında demiş ki,  “Mən hesab etmirəm ki, Rusiya Qarabağı özünə götürmək istəyir. Çünki bu Azərbaycanı daimi düşməninə çevirmək mənasına gələr ki, bu da Moskvanın planlarında daxil deyil”. Onun sözlərinə görə, Rusiyanın Ermənistana heç bir borcu yoxdur. Çünki bu gün İrəvandan ala biləcəyi heç bir şey yoxdur: “Rusiya burada istədiyi hər şeyə nail olub. İndi isə Moskva Azərbaycanı öz təsir dairəsinə salmağa çalışacaq Əgər Qarabağı öz ərazisi kimi götürsə və ya hazırki statusu tanıyaraq, qanuniləşdirsə Rusiya buna nail ola bilməyəcək. Moskvaya Dağlıq Qarabağı öz təsirində saxlamaq üçün zaman kəsiyi lazımdır.  Bundan sonra Kreml Bakı ilə danışıqlar aparacaq, lazım olanı alacaq və Azərbaycana da lazım olanı verəcək. Mən artıq uzun illərdir ki, Qarabağ problemini öyrənirəm və belə nəticəyə gəlmişəm ki, Rusiya Laçın və Laçın dəhlizi istisna olmaqla bu əraziləri Azərbaycana qaytaracaq. Bu ərazilərdən isə öz məqsədləri üçün istifadə edəcək».

Bu gün Ermənistanda başqa havalar çalınır və iddia edilir ki, guya Türkiyənin İraqa hərbçi göndərməsi İran və Türkiyəni Naxçıvanda üz- üzə gətirə bilər. Məlumata görə, bu iddia ilə erməni siyasi ekspertlər çıxış edib.

Ortaya, istər-istəməz belə bir sual çıxır: Niyə məhz Naxçıvanda, Ermənistanda yox? Görünən budur ki, ermənilər növbəti dəfə fantaziyalarına güc verərək, arzularını həqiqət kimi qələmə verməyə çalışır, bizim fantaziya və təxəyyülü zəif olan mediamız da həmişəki kimi onlara züy tutur.

Azərbaycan mediası erməni mediasının təqlidçisinə və şərhçisinə çevrilib?

Növbəti dəfə erməni fitnələrinin altinə çevrilmiş KİV-lərimizdən biri bu təxribat xarakterli iddianın ucundan tutaraq yazır ki, «Türkiyənin İraqdakı qoşunlarının sayını artırması İranın hiddətinə səbəb olub. Bu səbəbdən İran adekvat addımlar ata bilər». Daha sonra erməni mənbələrinə istinadən deyilir: «Məlumatlarda qeyd olunur ki, İran Türkiyənin bu addımına Naxçıvanda münaqişə yaratmaqla cavab verə bilər. “İran regionda sanksiyalardan canını qurtardığı bir vaxtda öz payını götürmək istəyir. Regionda İran və Türkiyənin üz- üzə gəlməsi Azərbaycan və İranın qarşılaşması kimi qiymətləndirilir”,- deyə ekspertlər bildirir. Erməni siyasi şərhçilər bildirir ki, Türkiyənin Naxçıvanda qoşunlarının olmasına baxmayaraq, əhalinin İranmeyilli olduğunu deyirlər. “Regionu başa düşmək çətindir. Çünki kimin – kimin yanında olduğunu dəqiq müəyyən etmək olmur. Hazırda Rusiya Ermənistanda hərbi fəalığını artırır. Əgər İran-Türkiyə və İran – Azərbaycan münaqişəsi başlayarsa Rusiya Ermənistanı ölkədə olan hərbi bazalarından müdafiə edəcəkmi?”»

Qeyd edək ki, «ANS.Press»in dərc etdirdiyi bu absurd fikirlərin müəllifi ermənilərdən də qabağa gedərək, daha sonra belə deyir: «Ümumiyyətlə son vaxtlar Naxçıvan ətrafında bəzi ziddiyətli fikirlər dolaşmaqdadır. Ötən gün Rusiya mətbuatında yayılan məlumata görə, “Regnum” İnformasiya Agentliyi dekabrın 11-də öz mətbuat mərkəzində Moskva və Qars müqavilələrinin denonsasiyası, yəni qüvvədən salınması mövzusundə dəyirmi masa təyin edib. Amma beynəlxalq müstəvidə Naxçıvanı Azərbaycan ərazisi kimi təsbit edən bu müqavilənin əsas qarantları kimi həmişə Türkiyə və Rusiya tanınıb. Rusiya və Türkiyə arsında 1921-ci ildə bağlanan Qars müqaviləsi Ermənistanın Naxçıvan ətrafında niyyətlərini həyata keçirməyə imkan vermir. Amma son baş verən hadisələr Ermənistanın Naxçıvana olan köhnə maraqlarını geri qaytarır».

İran gerçəkdən təhlükəli oyun oynayır…

 

ABŞ mediasının verdiyi məlumata görə, İran BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, orta mənzilli ballistik raket sınağı keçirib. Adının açıqlanmamasını istəyən ABŞ rəsmiləri bildiriblər ki, raket sınağı noyabrın 21-də keçirilib və raket İran ərazisində hərəkət edib. «Fox» xəbər agentliyi də öz növbəsində kəşfiyyat məlumatlarına istinadən, raket sınağının İranın Pakistanla sərhədinə yaxın liman şəhəri Çabahar yaxınlığında keçirildiyi haqda məlumat verib.

Xatırlatmaq yerinə düşər ki, cənub qonşumuzun oktyabr ayında uzun mənzilli raket sınağı keçirməsi BMT-nin Təhlükəsizlik Şurası (TŞ) tərəfindən qınanmışdı. TŞ raket sınağının keçirilməsinə hansı cavabın verilməsi ilə bağlı hələ də yekdil bir qərara gələ bilməyib və müzakirələr davam edir.

Bu olaydan sonra ABŞ rəsmiləri də Tehran rejiminin TŞ-nın İranın ballistik raket fəaliyyətləri ilə əlaqədar qətnamələrinin pozduğuna dair xəbərdarlıq bəyanatı ilə çıxış etdilər. Buna baxmayaraq, Ağ Evin sözçüsü Coş Ernest deyib ki, bu pozuntu halları İran və dünya qüdrətləri arasında əldə edilmiş tarixi nüvə razılaşmasına təsir etməyəcək.

Məlum olduğu kimi, sözügedən razılığa əsasən, İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində Tehrana qarşı sanksiyların çoxu aradan qaldırılacaq.  Amma bu da faktdır ki, BMT bu il İranın səkkiz il ərzində nüvə başlıqları daşıya biləcək ballistik raketlər üzərində işləri dayandırmasına çağıran qətnamə qəbul edib. TŞ-nın 2010-cui ildə qəbul etdiyi qətnaməyə əsasən də İranın ballistik raket sınaqları keçirməsi qadağan edilib.

Görünən budur ki, İranı bu kimi qətnamə və bəyanatlar qətiyyən narahat etmir və o da Rusiya kimi Böyük Müharibəyə hazırlaşır.

Aralıq dənizində güc göstərisi davam edir…

«İnterfax»ın yaydığı məlumatın yaydığı məlumata əsasən, «Rostov-na-donu» adlı Rus sualtı qayığının Şərqi Aralıq dənizi sularına daxil olub. onun cebhəxanasında, Rus hərbi gəmilərinin Xəzərdən guya IŞİD mövqelərinə atdığı raketlərin eynisi bulunur.   Qara dəniz Donanmasına daxil olan «Rostov-na-donu» qayığının Aralıq dənizinə göndərilməsiylə bağlı hələlik hər hansı bir rəsmi açıqlama verilməsə də.   Rusyanın digər xəbər agentlikləri bunu təsdiq edir. Fakt isə budur ki, Suriya sınırında rus savaş uçağının Türkiyəyə məxsus «F-16»lar tərəfindən vurulmasından sonra Rusya Suriyaya S-300 raket sistemləri yerləşdirib və rus hərbi təyyarələrinin raketlə təmin edilməsinə qərar verib.   Bundan başqa, sözügedən dənizə çox sayda rus hərbi gəmiləri də göndərilib.

Rusyanın Aralıq dənizinə yeni gəmiler göndərməsinin ardından Türk Dəniz Qüvvətləri Komandanlığı da adekvat qərarlar verməyə məcbur olub. Hazırda sözügedən dənizin şərq hissəsində Türkiyə də daxil olmaqla 12 ölkənin 36 hərbi gəmisi üzməkdədir. Türk Donanması ətraf limanlarda da 14 hərbi və eyni sayda logistik dəstək gəmisi saxlayır.

Suriyaya dəstək adıyla Qara dənizdəki donanmasının önəmli bir hissəsini, o cümlədən təyyarə daşıyan gəmiləri məhv etmək üçün nəzərdə tutulmuş «RFS Moskva» adlı savaş gəmisini bölgəyə göndərən Rusya, burada vəziyyətin daha da gərginləşməsinə səbəb olub.

Eyni bölgədə ABŞ-ın isə «USS Roosevelt» təyyarə daşıyan və «USS Donald Cook» adlı modern raketdaşıyan gəmiləri ilə birlikdə toplam 9 hərbi gəmisi var. Bu sıraya eynən Türkiyə və ABŞ kimi NATO üzvü olan Fransanın «Charles de Gaulle» adlı təyyarə daşıyan gəmisini və daha 2 hərbi gəmisini, eləcə də bir sualtı qayığını əlavə etmək lazımdır. Aralıq dənizinin şərqinə gəmi göndərən digər ölkələr isə İngiltərə, Kanada, İspaniya, Belçika, Portuqaliya, Yunanistan ve Hollandiyadır.

Mənafelər Suriya və qismən İraqda toqquşsa da, Rusiya və İranın başqa bir hədəfi, şübhəsiz ki, Yeni Osmançılıq siyasətinə start verən və əski torpaqları üzərində haqq iddia etməyə başlayan Türkiyədir.

Advertisements
Bu yazı Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

RUSİYA VƏ İRAN III DÜNYA SAVAŞINA HAZIRLAŞIR: HƏDƏF TÜRKİYƏDİR üçün cavab

  1. Vasif Muhəmməd Ramazanlı dedi ki:

    tuncay bəy yazılarınızda bu mənfur dığaları öz adları ilə, yəni hay adlandırmaq olmazmı ?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma