Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XXV məqalə)

Şəkiyə Günorta çatdıq və Paşa bəylə danışdığımız yerdə görüşdük. Vaxt itirmədən Ağvanlar (Albanlar) məhəlləsinə yollandıq. Əslində «məhəllə» adlandırdığımız şey kiçik dalan və döngələri olan, çox da uzun olmayan bir küçədən ibarətdir və o, Şəkinin ən qədim küçəsinə açılır. Ən başında da hamam yerləşir.

1

2

34567

Şəkiyə ikinci dönüşümüzdə yol boyu məni bir sual düşündürürdü, niyə Şəki camaatı bu məhəlləni və ya küçəni türkcə «Alpanlar» deyil, eynən qrabarda, yəni çoxlarının qədim erməni dili hesab etdiyi, əslində isə orta fars, başqa sözlə, tat dilindən başqa bir şey olmayan bir dildə olduğu kimi «Ağvanlar» adlandırır? Qədim fars dilində «l» səsinin və onu ifadə edən hərfin olmadığını, bu üzdəndə qrabardilli mətnlərdə alban etnoniminin «ağvan» şəklində yazıldığını bilirdim.

Maraqlıdır ki, yeni fars dilində də alban etnonimi «ağvan» kimi ifadə edilir. Təsadüfi deyil ki, böyük Azərbaycan hökmdarı Həsən xan Bayandırın (Uzun Həsənin) fars dilində qələmə alınan və albanlarla bağlı olan fərmanında bu xalqın adı məhz «ağvan» kimi çəkilir. Ermənilər də dillərinə orta fars dindən (qrabardan) keçmiş həmin şəkli qullanırlar. Görünən budur ki, Şəki əhalisi də sözügedən etnonimin fars variantına üstünlük vermişlər.

«Ağvanlar məhəlləsi» ilə tanışlıqdan sonra Şəki xanlarının evinə yollandıq.

Şəkidə ən az 10 dəfə olsam da, sarayın olduğunu bilir, Şəki xanlarının da evinin dövrümüzədək ayaqda olduğunu bilmirdim. Bunu Paşa bəydən öyrəndim və dərhal da ora yollandıq.

8

9

10

10

11

1213

Evin girişinin bəzəkləri mükəmməl idi. İçəridə isə sadəcə bir otaq bəzəkli idi və orada divarda xanın ailə üzvlərinin elm aləmində «Qacar portret üslubu» adlanan üslubda çəkilmiş portretləri əks olunmuşdu. Mübaliğəsiz deyə bilərəm ki, onların hər biri Azərbaycan və dünya rəssamlığının şedevrləri kimi qiymətləndirilə bilər.

Ölkəmizdə, səhv etmirəmsə, Mirzə Qədim İrəvaninin fırçasına məxsus bir neçə rəsm əsərindən və təbii ki, sözügedən evin divarındakı əsərlərdən başqa, bu üslubda çəkilmiş başqa əsərlərə rast gılinmir. Onların əksəriyyəti İran, Gürcüstan və Rusiya muzeylərində qorunub saxlanılır. Hər üç ölkədə də Azərbaycan rəssamlarının əsərləri kimi deyil, fars müəlliflərin əsərləri kimi təqdim edilir. Gürcülər müəllifi bilinməyən, yəni anonim rəssamlar tərəfindən çəkilmiş portretləri isə utanıb-çəkinmədən gürcü əsərləri kimi qələmə verirlər

14151617

1820

Çox təəssüflər olsun ki, oradakı şəkillərin fotolarını çəkməyi unutduq. Buna səbəb də muzey işçilərinin bizə bilet satmalarına rəğmən, «bilet qurtarıb» bəhanəsilə bilet vermək istəməmələri və bu halın Mənsur bəyi çox bərk əsəbiləşdirməsi oldu. Onun «Muzeylər Azərbaycan xalqının sərvətidir, bilet verməməklə muzeyə xərclənməli olan pulu mənimsəyirsiniz» ittihamına cavab olaraq, özünü muzeyin müdiri kimi qələmə verən qadının cavabı çox gülməli və gülməli olduğu qədər də acınacaqlı idi: «Əşşi, nə olar axı, mən də Naxçıvanlıyam, sən Arazın o tayından, mən də bu tayından…»

Bir sözlə, mədəni səviyyəsi aşağı, yırtıcı təbiətə sahib bu qadına söz anlatnaq çətin məsələ idi. Bu qadın kefimizə elə bir soğan doğradı ki, Quzey bölgələrinə 4 günlük səfərimizi qəmli və bir qədər də qəzəbli notlarla başa vurmalı olduq. Heç bir bölgəmizin heç bir muzeyində bu qədər xoşagəlməz halla rastlaşmamışdıq.

Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın