Kateqoriya Arxivləri: Etnoqrafiya

Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XXV məqalə)

Şəkiyə Günorta çatdıq və Paşa bəylə danışdığımız yerdə görüşdük. Vaxt itirmədən Ağvanlar (Albanlar) məhəlləsinə yollandıq. Əslində «məhəllə» adlandırdığımız şey kiçik dalan və döngələri olan, çox da uzun olmayan bir küçədən ibarətdir və o, Şəkinin ən qədim küçəsinə açılır. Ən başında … Oxumağa davam et

Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük Kateqoriya: | Bir şərh yazın

Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XXIV məqalə)

Qaxda, muzeydə gördüyümüz bir tunc fiqur da çox maraqlıdır. Seyirçilərə maral fiquru kimi təqdim edilən fiqurun maral olmadığı o dəqiqə görünür və o, dovşana daha çox oxşayır. Amma dovşan da deyil, çünki, boynu çox uzundur və atın boynu kimi irəliyə … Oxumağa davam et

Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix Kateqoriya: | Bir şərh yazın

Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XXIII məqalə)

Qaxda, muzeydə gördüyümüz keramika nümunələri Şamaxı, İsmayıllı və Qəbələ muzeylərində gördüklərimizin eynisi idi və bölgənin vahid mədəniyyətindən, çəkinmədən «Hun-Xəzər mədəniyyəti» adlandıra biləcəyimiz mədəniyyətdən xəbər verirdi. Orxon-Yenisey abidələrində məhz bu mədəniyyətin daşıyıcıları «onoklar» adlandırılmaqdadır.   Maraqlıdır ki, Çin yazı sistemində hunları … Oxumağa davam et

Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük Kateqoriya: | Bir şərh yazın

Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XXII məqalə)

Balakəni tərk edib Qaxa gəldik. Artıq gec olduğundan gecəni İstirahət mərkəzlərindən birində keçirdik, səhər tezdə isə şəhərin Tarix-Diyarşünaslıq Muzeyinə yollandıq və orada da diqqətimizi çəkən, gələcək tədqiqatlarımıza işıq tuta biləcək bir neçə maraqlı eksponatla rastlaşdıq. İlk gözümüzə dəyən yenə də … Oxumağa davam et

Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Tarix, Türkçülük Kateqoriya: | Bir şərh yazın

Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XXI məqalə)

Onok boyunun soy damğasına qaşqay türklərinin qəbir daşlarının üzərində də rast gəlinir və bu qədim ənənə günümüzə qədər sürür. Eyni boyun adı Kül Təkin abidəsinin şərq tərəfinin 19-cu və şimal tərəfinin 13-cü sətirlərində, Tonyukuk abidəsinin 19, 30, 42 və 43-cü … Oxumağa davam et

Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük Kateqoriya: | Bir şərh yazın

Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XX məqalə)

Şəkini tərk edib Balakənə yollandıq. Və yolun sağ tərəfində, dağ döşündə bir kilsə gördük. Dərhal maşını saxlayıb, onun şəklini çəkdik. Kilsə uzaqda idi və çox kiçik görünürdü, fəqət Mənsur bəy onun şəklini tam təsəvvür yarada biləcək şəkildə çəkməyi bacardı. Təbii … Oxumağa davam et

Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük Kateqoriya: | Bir şərh yazın

Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XIX məqalə)

Şəkidə də digər bölgələrimizdəki muzeylərdə, eləcə də Bakıdakı Tarix Muzeyində gördüyümüz qadın heykəlciklərinin eynisinə rast gəldik. Artıq heç bir şübhə yox idi. Bütün Azərbaycan ərazisində bu heykəlciklər vahid bədii-estetik kanonlar əsasında hazırlanmışdır. Hətta belə təəssürst yaranır ki, onlar bir-birindən kopiya … Oxumağa davam et

Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük Kateqoriya: | Bir şərh yazın

Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XVIII məqalə)

Şəki Tarix-Etnoqrafiya Muzeyi bundan öncə ziyarət etdiyimiz muzeydən müqayisə edilməyəcək dərəcədə zəngin idi. Marağımıza səbəb olan eksponatlarla tanışlıq elə muzeyin həyətindəcə başladı. Həyətdə nümayiş etdirilən top lüləsi hərb tariximizi öyrənmək baxımından diqqətçəkici idi. Burada da eynən Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin həyətində … Oxumağa davam et

Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük Kateqoriya: | Bir şərh yazın

Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XVII məqalə)

Oğuzdan sonra Şəkiyə gəldik və gecəni məşhur Karvansarayda keçirdik. Mənsur bəy vaxtı səmərəli keçirmək üşün qarşısına çıxan, yəni Karvansarayda bulunan bütün xalça məmulatlarının ağına-bozuna baxmadan fotolarını çəkməyə başladı. Çəkdi ki, gələcəkdə digər bölgələrimizin xalça-palazı ilə tutşdura və bölgəyə xas özəllikləri … Oxumağa davam et

Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix Kateqoriya: | Bir şərh yazın

Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XVI məqalə)

Qəbələni tərk edib Oğza yollandıq. Bu rayonda düz-əməlli bir Tarix-Diyarşanaslıq Muzeyinin olmadığını görüb bərk pərişan olduq. Əslində tam belə demək də doğru olmazdı. Çünki şəhərin mərkəzində yerləşən udin ortodoks kilsəsində muzeyə bənzər bir şey təşkil edilib. O da çox kasıbdır. … Oxumağa davam et

Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük Kateqoriya: | Bir şərh yazın